Peyğəmbərlər tarixinə nəzər saldıqda görürük ki, onların hər biri insanları inandırmaq üçün öz möcüzələri ilə gəliblər. Məsələn, Musa Peyğəmbər Qırmızı dənizdən yol açaraq, qövmünü oradan salamat keçirdi; əlindəki əsayla cadugərlərin qurduqları sehrləri qırdı (bax: Quran, 20-ci surə). İsa Peyğəmbərin korların gözünü açması, ölünü diriltməsi və s. göstərdiyi böyük möcüzələr idi. Bugünlərdə moderator.az saytında dərc olunan “ABŞ-ın Aya sahiblənmək istəyinin sirri Quranda imiş...” araşdırma məqaləsindən göründüyü kimi, Məhəmməd əleyhissəlamın möcüzəsi ilə Ayın parçalanması faktı artıq Amerika Milli Kosmik Agentliyinin (NASA) Ayda tədqiqat aparan alimləri tərəfindən təsdiq olundu. Peyğəmbərlərdən sonra yaşamış bir çox imamların və övliyaların da kəramət göstərərək xəstələrə şəfa verməsi barədə yaxın keçmişimizdə çoxsaylı faktlar mövcuddur. Bütün bunları xatırladıqca insan beynində bir sual yaranır: peyəmbərlərin və Allah dostlarının göstərdikləri bu möcüzələrin, kəramətlərin baş verməsi üçün böyük bir enerji tələb olunur. Bu enerji onlarda necə yaranır? Bunun bir elmi izahı varmı? Bu sualla tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaquba müraciət etdik. Həkimin cavabını oxucularımıza təqdim edirik: - Doğurdan da peyğəmbərlərin və digər Allah dostlarının göstərdikləri möcüzə və kəramətlər güclü enerji sayəsində başa gəlir. Bildiyimiz kimi, Kainat fizikanın qanunları ilə (fiziki qanunlarla) idarə olunur. Burada baş verən bütün enerji proseslərində bir qanunauyğunluq var. Ancaq, müasir elm Kainatda baş verən bir çox qanunauyğunluqları izah etməkdə acizdir. Ona görə ki, hal-hazırda istifadə edilən Elementlərin Dövri Sistemi saxtalaşdırılıb. Mendeleyevin ölümündən sonra cədvəldən “Efir” adlanan elementi çıxardılar. Bu saxtalaşdırma kimya və fizika elmlərinin inkişafına zərbə vurdu. Bu elmlərdə bir yarımçıqlıq, natamamlıq yarandı. Bu səbəbdən də müasir elm Kainatda baş verən bir çox hadisələri, o cümlədən, möcüzə və kəramətləri izah edə bilmir. Çünki, “Efir” elementinin sirlərini bilmədən bunları izah etmək mümkün deyil. -Mendeleyevin ölümündən sonra “Efir” elementi Dövri Sistemdən niyə çıxarıldı? - Mendeleyev sağ olarkən, onun tətərtib etdiyi Elementlərin Dövri Sistemi Cədvəlinin orjinalında “Efir” adlı element mövcud idi. 1906 ci ildə nəşr olunan “Kimyanın əsasları” kitabında (8-ci nəşr) Mendeleyevin əsl cədvəli salınmışdır. 1906 ci ildə nəşr olunan “Kimyanın əsasları” kitabının 8-ci nəşrində Mendeleyev cədvəli
Kimyəvi işarəsi “X” olan bu elementi Mendeleyev öz cəvəlində “Nyutoniy” adlandırmışdı. Cədvəlin yuxarı sol küncündə yerləşən bu maddə "Dünya efiri" idi. Cəvəldə “Efir” “Hidrogen”dən əvvəl yazılmışdı, sıfır qrupuna, sıfır sırasına daxil edilmiş yeganə element idi. Atom çəkisi 0,4 olan bu element əsl enerji daşıyıcısıdır. “Efir”in hissələri atomları, molekulları formalaşdırır, amma, kimyəvi reaksiyalarda iştirak etmir. Efir - maddənin bir hissəsidir (belə deyək ki, ruhudur, enerjisidir). Mendeleyevin vəfatindan (1907) sonra, bəşəriyyətin tərəqqisini istəməyən qüvvələr cədvəl üzərində dəyişiklik edib, “Efir” elementini oradan xaric etdilər və “sıfır” qrupunu ləgv etdilər. Beləliklə də, bir çox sirləri qizlətmiş oldular. Ona görə də müasir cədvəldə “Efir” görsənmir. Çünkü “0” qrupu mövcud deyil. Bu cür saxtalaşdırma kimya, fizika, biologiya elmlərinin gələcək inkişafına zərbə vurmaqla, sivilizasiyanın tərəqqisini dayandırdı. Hazırda məktəblərdə və Ali təhsil müəssisələrində Mendeleyev cədvəli tamamlanmamış, yarımçıq tədris olunur ki, bu da açıq saxtakarlıqdan başqa bir şey deyildir. -Paşa doktor, sizin əvvəlki yazılarınızdan oxudum ki, “Efir” elementinin sirlərini bilən alimlər müəmmalı şəkildə öldürülürlər? -Bəli, tarixə nəzər yetirsək görərik ki, “Efir” elementinin sirlərindən bəşəriyyətin xeyrinə istifadə edən alimlər müəmmalı şəkildə öldürülüblər. Belə ki, bir çox alimlər bu sonsuz enerji maddəsinin cəmiyyətin xeyrinə tətbiq olunma variantlarını işləyiblər. Amma, hamısının sonu faciə ilə bitib. Bəşəriyyətin tərəqqisini istəməyən mafiyoz qüvvələr buna imkan verməyiblər. Məsələn, böyük alim Nikola Tesla (1856 – 1943) “Efir”dən energi alınmasının mümkünlüyünü sübut etdi. Alim bu elementin sirrini bilməklə, daimi işləyən mühərrik yaratdı. Daha sonra, enerjinin naqilsiz paylanmasını kəşf etdi. Bu da onun karyerasının sonunu gətirdi: hoteldə qaldığı otaqda müəmmalı şəraitdə ölü tapıldı. Dərhal onun otağından bütün əlyazmalarını, elmi işlərini kəşfiyyat xidməti yoxa çıxardı. Hazırda Elimlər Akademiyası adlandırılan qurumlar “Efir” elementi ilə bağlı heç bir tədqiqat işini qəbul edilmirlər. Çünki, bu mövzuya hansısa Dünya gücləri tərəfindən qadağa qoyulub. Misal üçün, daimi mühərriklərin ixtirası baxlmır. -Doktor, “Efir” elementi və onun faydalarının bəşəriyyətdən belə ciddi-cəhdlə gizlədilməsinin səbəbi nədir? -Məncə səbəb odur ki, bu element Kainatın enerjisini, ruhunu təşkil edir. “Efir”in varlığını, onun sirrini bilmədən, Kaninatın, yaradılışın dərki mümkünsüzdür. Bu gün bəşəriyyəti istismar edən böyük güclərə insanların dərrakəli olması maraqlı deyil (ağıllı, dərrakəli insanı istismar etmək çətindir). Həmçinin, daimi işləyən mühərriklərin həyata tətbiq edilməsi enerji resurlarına nəzarət edən mafiyaların marağına uyğun deyildir. Bu səbəbdən də elmin inkişafına mane olmaqla, bu gün dünyada yarımçıq – inamsız, imansız dərrakəsiz bir kütlə formalaşdırıblar ki, onları asanlıqla istismar edirlər. Bu sirləri bilməyən adam kamilləşə bilməz. Kamilləşməyən adam isə, Peyğəmbərlik, övliyalıq məqamına yüksələ bilməz. Ona görə də müasir dövrümüzdə möcüzə göstərən adamlara rast gəlinmir; kəramət sahiblərinə isə, çox nadir hallarda rast gəlinir. “Efir” enerjisi bütün xəstəliklərin dərmanıdır -Paşa doktor, yuxarıda qeyd etdiniz ki, kəramət sahiblərinin xəstələrə şəfa verməsi də “Efir” enerjisi ilə mümkün olur. Səhv etmirəmsə siz özünüz də xəstələrinizi bu elementin sirləri ilə müalicə edirsiniz... -Elementlərin Dövri Sistemindən “Efir”in çıxarılması kimya, fizika və biologiya elmlərinin inkişafının qarşısını aldığı kimi, eləcə də tibb elminə zərbə vurdu. Tibb elmi, adını çəkdiyim elmlərə bağlı olduğundan, onlar kimi, yarımçıq qaldı. Təcrübəmiz göstərir ki, “Efir” elementinin sirlərini dərindən bilməklə, bundan bir çox sağalmaz xəstəliklərin müalicəsində istifadə etmək mümkündür. Necə ki, Nikola Tesla bu sirləri kəşf etməklə, daimi işləyən mühəriki, enerjinin naqilsiz ötürülməsini ixtira etmişdi (təəssüf ki, bütün bunlar bəşəriyyətdən gizlədildi). Qeyd edək ki, bizim tətbiq etdiyimiz müalicə metodu da məhz bu sirlərə əsaslanır. İnsan bədənində toplanan və orqanların funksiyasını pozan, ağrılara, xəstəliklərə səbəb olan neqativ enerjini bədəndən məhz “Efir”in enerjisi ilə xaric etmək mümkündür. Bu sirlər tibb elminə məlum olmadığından, bir çox xəstəliklər müalicəsiz hesab edilir. Hansı ki, belə “müalicəsiz” xəstəliklərin çoxunu “Efir”lə müalicə edib, sağaltmaq mümkündür. Zaman keçdikcə insan oğlu dərk edəcək ki, “Efir”dən alınan enerji bütün xəstəliklərin dərmanıdır... Nəzərinizə çatdırım ki, bu element istənilən adamda vardır. Sadəcə, bunu müalicəyə tətbiq etmək üçün müəyyən sirləri bilmək lazımdır. Biz bu sirlərə uzun araşdırmalardan, tədqiqatlardan sonra vaqif olduq. Elə bu səbəbdəndir ki, tibb elminin müalicəsiz hesab etdiyi bir çox xəstəlikləri heç bir dərman tətbiq etmədən, “Efir” enerjisi ilə müalicə edirik. Məsələn: bütün növ qorxular, fobiyalar, depressiyalar, həzm sistemi xəstəlikləri, zərərli vərdişlərdən (narkomaniya, alkoqolizm və s.) xilas olmaq, uroloji xəstəliklər, autizm, onurğa xəstəlikləri, cinsi disfunksiyalar, hormon pozğunluqları, nevrozlar, sinir sistemi xəstəlikləri, yuxusuzluq, parkinson, şizofreniya, miqren, zob, mielit, masteniya, dağınıq skleroz, dəmirov və s. dəri zöhrəvi xəstəlikləri, sonsuzluq, kista, mioma, fibroma və s şişlər... Onu da qeyd etmək istəyirəm ki, “Efir”in sirlərini bilməklə nəinki qarşındakı xəstəni, hətta, səndən min kilometrlərlə uzaqda olan xəstəni də sağaltmaq olur. Necə ki, N. Tesla enerjini naqilsiz ötürürdü... -Maraqlı müsahibəyə görə təşəkkür edirik Dr. Paşa Yaqubun konsultasiyasına yazılmaq istəyənlər üçün əlaqə nömrəsi: 050 375 30 97
0 Comments
“Təəssüf ki, insanlarımız bu əlamətləri ciddiyə almırlar. Bu da bir neçə ildən sonra şikəst uşaqların doğulması ilə nəticələnir” Son zamanlar ölkəmizdə nadir patalogiya ilə dünyaya gələn körpələrin sayı artıb. Bu yaxınlarda medianın gündəmini zəbt edən xəbərlərdən biri 4 əlli və 4 ayaqlı uşağın doğulması idi. Hər kəsi şoka salan bu xəbər ciddi müzakirələrə səbəb olmuşdu. Bu müzakirələr səngiməmiş növbəti qeyri-adi uşaq da görənləri heyrətləndirib. 2 il əvvəl doğulan uşağın oğlan və ya qız olduğunu doğum evində təyin edə bilməyiblər. Körpənin əvvəlcə kişi cinsinə məxsus olduğu düşünülüb. Lakin daxili orqanlarının qadına məxsus olduğu müəyyən edildikdən sonra, uşaq uzun müddət hormonal müalicə alıb. Ailə körpəni oğlan uşağı kimi təqdim edib, hətta adını da oğlan adı qoyub. Lakin 1 yaşına çatanda yenidən müayinə olunan körpənin daxili orqanlarının tamamilə qadına məxsus olduğu bildirilib, bu səbəbdən əməliyyatla qadın edilməsinə qərar verilib. Bəs bu cür halların baş verməsinə səbəb nədir? Hamiləlikdə ana bətnində hansı hallar baş verir ki, nəticə bu qədər acınacaqlıdır? Tanınmış həkim-psixoterapevt Paşa Yaqub mövcud vəziyyətlə bağlı Moderator.az saytına açıqlama verib. Həkimin sözlərinə görə, son dövrlər cəmiyyətdə anormal uşaqların doğulması halları artıb: - Psixoloq olaraq bu cür uşaqların anaları arasında apardığımız test sorğuları bir çox heyrətamiz faktları ortaya qoymaqdadır. Həmin faktlar uşaqların ana bətnində bu cür şikəst yaranmasının səbəblərini tapmaqda bizə yardımçı oldu. Test sorğularından aydın olur ki, anormal doğulan uşaqların analarında bir qayda olaraq hamiləlik dövründə eyni əlamətlər müşahidə olunub: yuxuda diksinmə, qorxu, əsəb, stress, boğulma, qarabasma, qorxulu yuxular görmə, ürək döyüntüləri və s. Bütün bunlar beyində sabitliyin pozulmasının əlamətləridir ki, şikəst uşaqlar hələ ana bətnində olarkən, analarda bu əlamətlər müşahidə olunub. - Bəs analarda müşahidə olunan bu problemlər nəyin nəticəsidir? - Bunu izah etmək üçün, fizikanın qanunlarına müraciət edək. Çünki Kainat fizikanın qanunları ilə idarə olunur. Bildiyimiz kimi, fizikada iki cür - dəyişən və sabit (düzxətli) cərəyan mövcuddur. Bu hal enerji (ruh) daşıyıcısı olan insanda da mövcuddur. İnsanın enerjisi nə qədər ki sabitdir, onda heç bir xəstəlik baş vermir. Bəzən neqativ təsirlər nəticəsində insanın enerjisi "dəyişən cərəyan” formasına keçir. Yəni, onda tez-tez hal dəyişiklikləri, qorxular, diksinmələr, boğulmalar, pis yuxulardan əziyyət çəkmə, qarabasma halları baş verir. Bu hallar insanın beyin damarında baş verən sıxılma ilə əlaqədardır ki, bu da getdikcə həmin damarın qurumasına doğru gedir. Nəticədə həmin ananın bətnində funksional pozğunluq baş verir. Qeyd edim ki, anormal uşaqların bətndə yaranma prosesi bu cür baş verir... Hamilə qadınlar özlərində yuxarıdakı halları müşahidə etsələr də, bunun mahiyyətini bilmədiklərindən, yaşadıqları narahat hallara məhəl qoymurlar. - Bu halları necə aradan qaldırmaq olar? Necə etmək olar ki, uşaq sağlam doğulsun? - Apardığımız araşdırmalar göstərir ki, son dövrlər ailələrdə doğulan ilk uşaq əsəbi olur. Şikəst doğulan uşaqlar da adətən ailənin birinci övladı olur. Anormal doğulan köpələrin analarını test edərkən, aydın görmək olur ki, onlar hamiləlik dövründə və ondan xeyli əvvəl, bəzən hətta, qız vaxtından neqativ travma alırlar. Nəticədə onların orqanizmində sabitlik pozulur; daimi baş, çiyin ağrıları, diksinmə, qorxu, əsəb, qarabasma halları yaşayırlar. Təəssüf ki, insanlarımız bu əlamətləri ciddiyə almırlar. Bu da bir neçə ildən sonra şikəst uşaqların doğulması ilə nəticələnir. İnsanlar bilməlidirlər ki, ana bətnində dölün anormal olması, ətraf mühitdən gələn neqativ enerjilərin nəticəsidir. Bütün növ neqativ enerjilərin təsiri nəticəsində ananın beynində və ruhunda sabitlik pozulur. Beynin kapilyar damarları sıxılmağa və nəhayət, qurumağa başlayır. Bunu virusun kompyuteri dondurması ilə müqayisə etmək olar. Qadınlar (qızlar) həssas olduqlarından, neqativ təsirə kişilərdən daha çox məruz qalırlar. Amma bu sahədə bilgisiz olduqlarından, vaxtında tədbir görüb, bu enerjidən azad ola bilmirlər. Nəhayət, hamiləlik dövründə onlar bu neqativ enerjini bətlərindəki övladlarına ötürürlər. Beləliklə, beyin damarları qurumuş, bədən üzvləri inkişafdan qalmış övlad dünyaya gətirirlər. O ki qaldı bütün bunların qarşısını almağa, psixoloq olaraq, təcrübəmiz göstərir ki, hamilə qadınlar yuxarıda sadaladığım əlamətləri vaxtında aradan qaldırarlarsa, sağlam övlad dünyaya gətirərlər. Onu da qeyd edim ki, bizim tətbiq etdiyimiz metodla bir neçə seansla bu əlamətləri aradan qaldırmaq mümkündür. Yeri gəlmişkən, qeyd edək ki, bu gün cəmiyyətdə geniş şəkildə yayılan neqativ enerji tək anormal uşaqların doğulmasına səbəb olmur; bu enerji həm də ailələrin sürətlə dağılmasına, uğursuzluqlara, evlərdə sirli yanğınlar baş verməsinə, xəstəliklərin artmasına və intiharların tüğyan etməsinə səbəb olur. - İndiki dövrdə neqativ enerjinin bu dərəcədə artmasına səbəb nədir? - Cəmiyyətdə neqativ enerji bütün dövrlərdə olub. Amma əvvəllər bu dərəcədə deyildi. Bunun artması bu gün cəmiyyətdə magiya ilə məşğul olanların (falçı və cadugərlərin) hədsiz çoxalması və onların "xidmətindən” istifadə edənlərin artması ilə əlaqədardır. Vurğulamaq istəyirik ki, Fironun dövründən bəri sehrbazlığın (cadugərliyin) indiki qədər artdığı bir dövr olmayıb. Artıq dünyanın dörd bir tərəfində yaşayan insanlar - yüksək vəzifəlisindən tutmuş, sıravi vətəndaşına qədər - bir iş görərkən ekstrasenslə (yaxud falçı ilə) məsləhətləşməyi, onların enerjisindən yararlanmağı özlərinə borc bilirlər. Düşünmürlər ki, bu kateqoriyadan olanların istifadə etdikləri enerji neqativ ("qara”) enerjidir. Nəticədə öz əlləri ilə özlərini çətin duruma salırlar. Həmin enerji yüklənmiş əşya daim evə ağırlıq, uğursuzluq gətirir və xəstəliklərə, şikəst uşaqların doğulmasına səbəb olur... Təcrübəmiz göstərir ki, bu cür neqativ əlamətləri insanlardan (o cümlədən hamilə qadınlardan) çox asanlıqla yox etmək mümkündür. Bu əlamətlərdən xilas olan anadan heç vaxt anormal uşaq doğulmaz. Eyni valideynlərdən yaranan uşaqlardan birinin yaraşıqlı, digərinin çirkin olduğunu görməyə artıq adət etmişik. Bunun səbəbləri tarix boyu cəmiyyəti düşündürsə də, doğru-düzgün elmi izahı tapılmayıb. Son vaxtlar ünvanıma bu mövzuda çoxsaylı suallar gəldiyini nəzərə alıb, bu istiqamətdə monitorinq aparmaq qərarına gəldim. Oxucular üçün maraqlı olacağını nəzərə alıb, monitorinqin nəticələrini diqqətinizə çatdırıram. Psixoterapevt və elmi-lədun bilicisi olaraq, bu cür fərqli görünüşə malik uşaqların anaları arasında apardığım sorğular maraqlı bir mənzərəni ortaya qoydu. Məlum oldu ki, hansı qızlar ki, sevib ailə qurublar və hamilə olarkən əsəb, stress qorxu keçirməyiblər, onların uşaqları göyçək və yaraşıqlı doğulur. Yəni, uşaq qarşılıqlı məhəbbətdən yarananda və ana sağlam olanda, doğulan uşaq yaraşıqlı və sakit olur. Lakin, elə analar da var ki, qızlıq dövründə onların qəlbində sevgi hissi olmayıb (yaxud çox zəif olub), əsəb, stress, qorxu, depressiya keçirib; baş, onurğa və s. orqanlarında ağrılar olub; Menstruasiya dövründə güclü sancılar və analıq orqanlarında problemlər olub... Bu əlamətlərdən bir neçəsi olan qızlar ailə qurduqdan və hamilə qaldıqdan sonra, sadaladığım əlamətlər bir qayda olaraq daha da artıb. Nəticədə, doğulan uşaq digərlərinə nisbətən daha çirkin və əsəbi olub. Elə ailələr də var ki, onlarda bir-iki övlad yaraşıqlı doğulduqdan sonra, növbəti uşaq çirkin doğulub. Test sorğularından məlum olur ki, əvvəlki uşaqlara hamilə olarkən, ananın psixoloji və sağlamlıq durumu normal olsa da, sonrakı hamiləlik vaxtı ətraf mühitdən gələn neqativ enerjilər səbəbindən, onda əsəb və gərginlik artıb. Analıq orqanlarında sancılar, daxili orqanlarda ağrılar; qorxu, ümidsizlik... yaranıb. Depressiv vəziyyətə düşdüyündən, ana çox vaxt ağlayıb... Nəhayət, həmin gərgin hamiləlikdən doğulan uşaq, əvvəlkilərə nisbətən çirkin, əsəbi, bəzi ağır hallarda isə, qüsurlu doğulub. Bu əlamətləri olan qızlar ailə qurmağa meyilli olmurlar İlk uşaqları nisbətən çirkin və əsəbi olan analar arasında apardığımız rəy sorğularından məlum olur ki, onlar sevərək ailə qurmayıblar. Menstruasiya dövrləri həmişə sancılı, ağrılı və yaxud gecikmələrlə baş verib. Əks cinsə həvəsləri olmayıb. Buna görə də evlilik təkliflərinə həmişə “yox” deyiblər. Nəhayət, yaşları keçdikdən sonra, belə qızlar yaxın ətraflarının təzyiqi və təkidi ilə (üzə düşərək) namizədlərdən birinə “hə” deyiblər. Ailə qurduqdan sonra isə, sıxıntıları daha da artıb. Yuxarıda sadaladığım əlamətlər və xəstəliklərlə hamiləlik keçirərək, ilk övladlarını dünyaya gətiriblər. Bu cür çətin hamiləlik nəticəsində doğulan uşaq çirkin və yaxud, əsəbi olur. Bundan sonra analarda bir qədər yüngülləşmə baş verir. Sanki, içlərindəki ağrı-acını, gərginliyi uşaqla bərabər kənara atırlar (əslində uşağa keçirirlər). Bundan sonra rahatlanan ana, ikinci, üçüncü dəfə hamilə qalarkən, bu dövrü nisbətən rahat və ağrısız keçirirlər. Nəticədə, növbəti doğulan uşaqlar əvvəlkinə nisbətən daha yaraşıqlı və əsəbləri daha sakit, zirək olurlar. Oxucuda sual yaranacaq ki, qızlarda və hamilə qadınlarda baş verən bütün bu depressiv hallar, həyəcan, fobya, ağrılar, sancılar nəyin nəticəsidir? Nədən yaranır? Sualınıza cavab olaraq bildirim ki, bütün bunlar ətraf mühitdən gələn neqativ enerjilərin təsirindən yaranır. Bu enerji əsasən insanın onurğasında toplanaraq ostroxondroza, yaxud, fəqərə yırtıqlarına səbəb olur. El arasında “duzlaşma” deyilən bu ağrılar onurğada skalyoz, kipoz da yarada bilir. Onurğada toplanan neqativ enerji əsəbə, baş ağrısına, miqrenə səbəb olmaqla yanaşı, beldə və qıçlarda da güclü ağrlar yaradır. Ətraf mühitdən orqanizmə daxil olan neqativ enerjinin ikinci ən çox toplandığı orqan cinsiyyət orqanlarıdır. Bu halda həm kişidə, həm də qadında cinsi istəksizlik yaranır. Bu cür enerjilər qızların (qadınların) ən çox analıq orqanlarında toplanmaqla, menstruasiyanı pozur və güclü sancılara, ağrılara, bəzi hallarda yumurtalıqlarda kistaların, polikistozların, miomaların... yaranmasına gətirib çıxarır. Belə qızlarda adətən cinsi istəksizlik müşahidə edilir. Son nəticədə, yuxarıda qeyd etdiyim kimi, bu cür əlamətləri olan qızlar adətən evlilik təkliflərinə “yox” cavabı verirlər. Səbəb onların qəlbindən sevgi və inam hissinin (oxu: faylının) silinməsidir. Belə ki, kompyuterlərimizə düşən virus ondakı fayl və proqramları necə silirsə, insana daxil olan neqativ enerji də qəlblərdən sevgi və inam faylını elə silir. Bu proses orqanizmin müxtəlif nahiyyələrində səbəbi bilinməyən ağrılarla müşahidə olunur. Nəticədə, belə qızlar ətrafdakıların təzyiqi Ilə ailə qursalar da, onlardan doğulan uşaqlar başqalarına nisbətən çirkin, bəzi hallarda isə, xəstə və zəif olurlar. Sual yaranır: neqativ təsirə niyə məhz zərif cinsin nümyanəndələri məruz qalırlar? Qeyd edək ki, neqativ enerji kişilərə də təsir edir. Lakin, qadın ruhu həssas və zərif olduğundan, onlara daha tez və güclü təsir göstərir. Qadınların daha çox neqativə yüklənməsinin digər səbəbi onların geyimləri və gözəllikləri ilə bağlıdır. Belə ki, zərif cinsin nümayəndələri daim geyim-kecimli və baxımlı olduqlarından, bəzi insanların (hətda əks cinsin də) gözündə olan Selen maddəsinin şüasına məruz qalırlar. Bu şüa, neqativ enerji şəklində qadınların bədəninə hopa və yuxarıda sadaladığımız fəsadları törədə bilir. Qadınların bu enerjiyə yoluxmasının digər səbəbi, cəmiyyətdə magiyanın geniş yayılması və insanların (özəlliklə də qadınların) biri-birlərinə qarşı bu qara enerjidən istifadə etməsidir ki, bu halda da yuxarıda sadaladığım fəsadlar baş verir... Araşdırmalarımız göstərir ki, neqativ enerji insana bir çox hallarda irsən keçir. Yəni, fiziki qanunlara uyğun olaraq, enerji heç vaxt itmir; birindən digərinə keçir. Bir zamanlar valideynlərdə olan neqativ enerji, onlar öldükdən sonra, övladlarında davam etməyə başlayır (bu, hazırda ən çox yayılmış haldır). Fikir versəniz görərsiniz ki, hansı ailədə ağır xəstəlikdən, intihardan dünyasını dəyişən varsa, çox keçmir ki, həmin ailənin digər üzvü ağır xəstələnir. Bunun ilk əlamətləri qorxu, həyəcanla başlayır, getdikcə (qarşısı alınmadıqda) ağır və sağalmaz xəstəliklərə səbəb olur. Yuxarıda qeyd etdiyim kimi, neqativ enerji uşağa həm də ana bətnində olarkən hopur və uşq böyüdükcə özünü (əsəb, immunitet zəifliyi, qorxu və s. formada) büruzə verməyə başlayır. Bəs bütün bunlardan necə xilas olmaq olar? Tibb elmi neqativ enerjiyə qarşı vasitə kəşf etməsə də, bizim tətbiq etdiyimiz seanslarla bu qara enerjidən və onun yaratdığı fəsadlardan (əsəbdən, sancılardan, ağrılardan, ostroxondrozdan, şişlərdən və s) xilas olmaq mümkündür. Bütün bu neqaiv əlamətlərdən xilas olan qızda məhəbbət hissi bərpa (vostonovit) olur və o sevərək ailə qurur. Hamiləlik dövründə heç bir ağrı, depressiv hal keçirmir. Beləliklə də, doğulan uşaqlar daha yaraşıqlı, əsəbləri sakit və ağıllı olurlar. Onu da qeyd edək ki, bu müalicə metodunda heç bir dərman vasitəsindən istifadə edilmədiyinə görə, hamiləliyə heç bir əks təsir göstərmir. Odur ki, hamiləlik dövründə də bu seansları qəbul etmək mümkündür. Son dövrlər intiharlar sürətlə artmaqdadır. Azərbaycan kimi kiçik bir ölkədə təkcə dünən dörd intihar hadisəsi baş verməsi problemin ciddiliyindən xəbər verir. İntihar edənlərin sosial tərkibinə nəzər saldıqda, onların maddi cəhətdən başqalarından heç də aşağı səviyyədə yaşamadığını (bəlkədə çoxundan üstün olduğunu) görmək olur. Odur ki, bir psixoloq və elmi-lədun bilicisi olaraq, intiharların bu qədər artmasının sirlərini araşdırmaq qərarına gəldik. Öncə qeyd edək ki, fizikada iki cür enerji növü var: sabit və dəyişən. Müqayisə üçün deyim ki, televizorun ekraranında 2-3 min volt SABİT cərəyan olsa da, bu cərəyan insanı öldürmür və faydalıdır: bizə görüntü və informasiya ötürür. Televizorun giriş hissəsində isə, cəmi 220 volt cərəyan olmasına baxmayaraq, bu cərəyan öldürücüdür. Çünki, bu cərəyanın növü DƏYİŞƏN cərəyandır. İnsan da enerji (ruh) daşıyıcısıdır. Ətraf mühitdən insana daim həm sabit, həm də dəyişən (neqativ) enerjilər gəlir. Fərq ondadır ki, bəzən insanın üzərinə güclü neqativ (qara) enerji axını baş verir. Bu qara enerji ruhdakı sabit cərəyanı "dəyişən cərəyan" formasına keçirir. Beləliklə, orqanizmdə sabitlik pozulur. Bundan sonra insanda ilk növbədə həyəcannlanmalar, qorxular, diksinmələr, qarabasmalar... baş verir. Daha sonra insan özünə qapanır; sevgisiz, həvəssiz olur; səbəbsiz ağrıları, qəlbində sıxılmaları olur; yuxuya gedərkən ayağı sanki boşluğa düşür, yaxud yüksəklikdən yıxıldığını hiss edərək oyanır; bəzi xəstələrdə gecələr tez-tez sidiyə çıxma, yaxud, həzm problemləri olur; bəziləri isə, ətrafından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini, yol gedərkən arxadan izləndiyini hiss edir; səbəbsiz əsəbləşir və səbəbsiz ağlayır. Bütün bunlar aradan qaldırılmadıqca, içindəki dəhşətli sıxıntı onu intihara sövq edir... Xəstənin dini inancı olduqa, bu faktor intiharı bir qədər ləngidir. Çünki, cəhənnəm qorxusu onu bu fikirdən bir qədər daşındırır. Lakin, fikir beyindən çıxmır. Orqanizmə düşən neqativ enerji güclü olduqda isə, nə dini inanc, nə də övlad sevgisi insanı intihar fikrindən daşındıra bilmir. Ümumiyyətlə, intihar fikrində olan insanda bir qayda olaraq, övladlarına və yaxınlarına qarşı sevgi hissi olmur. Bu hiss onların qəlbindən silinmiş olur. Kompyuterə düşən virus, ondakı fayl və proqramları necə silirsə, neqativ enerji də insanın qəlbindəki məhəbbət hissini, inam hissini elə silir. Bundan sonra insan heç kəsi sevmir, əks cinsə məhəbbət hissi olmur, hamıya şübhə ilə baxır. Yaxınlarının hər bir xoş hərəkəti onu əsəbləşdirir. Belə pasiyentlər klinikalara müraciət edərkən, diaqnostik aparatlar ondakı ağrıların səbəbini tapmaqda çətinlik çəkirlər; bir gün bir, sabah başqa diaqnoz qoyulur. Nevroloqlara və psixatrlara müraciət etdikdə, bu cür xəstələrə əsasən əsəbsakitləşdirici, psixotrop dərmanlar yazılır. Bu dərmanlar onu bir qədər sakitləşdirsə də, narkotik tərkibli və keyidici olduğundan, asılılıq yaradır və beyinin fəaliyyətini getdikcə zəiflədir (beyini keylədirir və əmək qabiliyyətini itirir). Bu cür dərmanların qəbulu intihar fikrini bir qədər ləngitsə də, onları qəbul etmədikdə təkrar narahatlıq və intihar fikri yaranır... Sual yaranır: bəs bu əlamətlər necə aradan qaldırılmalıdır, xəstə necə müalicə olunmalıdır ki, intihar fikrindən daşınsın? Araşdırmalarımız göstərir ki, insanda intihar fikrinin yaranması nə tibbin, nə də psixologiyanın qanunlarına uyğundur; əslində bütün bunlar fizikanın qanunlarına uğyğun olaraq baş verir və bu elmlə də aradan qaldırılmalıdır (psixologiya elmi buna qadir olsaydı, Azərbaycanın ən məşhur psixoloqu keçən il intihar etməzdi). Bir psixoterapevt və elmi-lədun bilicisi olaraq, intiharların qarşısını almaq üçün çox araşdırmalar apardım. Nəhayət, tester cihazının funksiyası diqqətimi cəlb etdi. Fiziklər bu aparatın funksiyalarını yaxşı bilirlər. Nəzərinizə çatdırım ki, tester aparatının çoxsaylı funksiyalarından biri də cihazın (məsələn, televizorun) daxilində olan dəyişən cərəyanı sabit cərəyana çevirməkdən ibarətdir. Yuxarıda qeyd etdim ki, intiharı yaradan başlıca səbəb orqanizmdəki (ruhdakı) sabitliyin pozulmasıdır. Yəni, enerjinin “dəyişən cərəyan” formasına keçməsidir. Deməli, fizikada enerji hansı qaydada sabitləşdirilirsə, insan orqanizmində də həmin prinsiplə sabitləşdirilməlidir. Uzun araşdırmalardan sonra kəşf etdim ki, testerdə olan bütün funksiyalar əslində insanda da var; sadəcə indiyədək kəşf edilməyibmiş. Elmi-lədun (elmin alt qatı) üsulu ilə bu sirləri kəşf etdikdən onra, nə qədər qəribə də olsa, artıq xəstələr üçün özüm tester funksiyasını yerinə yetirməyə başladım. Yəni, onlara əlimi vurduqda həm ağrının harada olduğunu təyin edə, həm də insanda dəyişən cərəyanı, sabit cərəyana çevirə bilirəm (eynən testerdə olduğu kimi). Bu metodla elə birinci seansda xəstənin gərginliyini aradan qaldırmaq, qəlbində məskən salmış və onu intihara vadar edən şiddətli sıxıntıları yox etmək mümkündür. Bu vaxt ruhdakı neqativ enerji yoxa çıxır və insan sakitləşir (sabitləşir). Onu da qeyd edim ki, bu metodla tək intihar fikrini deyil, tibb elminin müalicəsiz hesab etdiyi bütün xəstəlikləri asanlıqla sağaltmaq mümkündür. Onu da bildirim ki, bu müalicə metodunda heç bir tibbi avadanlıqdan və digər cihaz və texnikalardan istifadə olunmur. Sadəcə insan enerjisindən və bir sıra elmi-lədun sirlərdən istifadə edilir. Odur ki, bu müalicə üsulunu istənilən şəraitdə tətbiq etmək mümkündür. Ona görə də qəbuluma gələn xəstələr elə birinci seansdaca intihar fikrindən daşınırlar və qapandıqları otaqdan çıxaraq, cəmiyyətə qaynayıb-qarışırlar... Kompyuterdən silinmiş fayl və proqramlar necə bərpa (vostonovit) olunursa, intihar etmək istəyənin də qəlbindən silinmiş sevgi, məhəbbət hissləri, inam və ümid elə bərpa olunur. Onu da qeyd edim ki, neqativ təsirə məruz qalmış və intihar həddinə çatmış adamlarda inam hissi olmadığından, özləri gəlmək istəmirlər. Bəzi hallarda yaxınları tərəfindən zorla gətirilirlər, yaxud, bir çox hallarda məni onların yanına aparırlar (bu halda pasiyent mənim həkim olduğumu, onu seans etdiyimi bilmir; sadəcə söhbət etdikcə yüngülləşdiyini hiss edir). O ki, qaldı neqativ enerjinin insan ruhuna haradan, hansı yolla yoluxmasına, bunun bir neçə yoluxma yolu vardır. Bunlardan ən çox yayılanı nəfis, gözdür ki, orqanizmdə sabitliyi pozaraq, bir çox xəstəliklərin yaranmasına səbəb olur. Lakin, bu forma yüngül olduğundan, insanı intihara sövq etmir; sadəcə xəstəliyə salaraq, uzun illərdən sonra öldürə bilir. Neqativ (“qara”) enerjinin ən ağır forması insana magik təsirlə yoluxur. Bu hal xakerlər tərəfindən edilən virtual hücuma bənzəyir. Belə ki, xakerlər kənarda dayanmaqla saytları necə dağıdırlar, fəaliyyətini dondurularsa, maqlar da insan həyatını elə dağıda, fəaliyyətini dondura bilirlər. Müqəddəs kitablarda Yaradan bu cür işlərlə məşğul olanları lənətləyir. Onların iş prinsipi elmin alt qatına aiddir və əsasən kimyanın (kimyəvi elementlərin) sirləri üzərində qurulur. Onlara bu sirləri paralel aləmdə olan lənətlənmiş varlıqlar öyrədirlər (bu sirlər dünyəvi elmə aid olmadığından, kimyaçılar onları bilmirlər). Bu yolla göndərilən neqativ (qara) enerjinin ağır təsirinə məruz qalan insanın qəlbi o dərəcədə sıxılır və həyata, ətrafındakılara nifrət hissi yaradır ki, intihar etməyə məqam axtarır və fürsət düşən kimi intihar istəyini həyata keçirir. İntihar etmək istəyən adamlar öz planlarını əsasən ən sakit yerdə və ən sakit vaxtda həyata keçirirlər. Əsasən gecə, yaxud səhərə yaxın, insanlar yuxuda olarkən intihar etməyə çalışırlar. Ona görə də bu cür adamları tək qoymaq olmaz. Çalışmaq lazımdır ki, bu cür özünə qapanan xəstələrin olduğu otağın havası tez-tez dəyişilsin (özləri buna etiraz etsə də), paltarları tez-tez dəyişilsin və ətirlənsin. Belə xəstələrə fizikanın qanunlarına əsaslanan müalicə metodu ilə bir neçə seans kifayətdir ki, düşdükləri depressiv vəziyyətdən çıxıb, cəmiyyətə qaynayıb-qarışsınlar... 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi ölkə gündəminin əsas mövzularındandır. Hadisəyə münasibət bildirmək üçün əməkdaşımız tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaquba müraciət edib: - Doktor, Elinanının intiharının qarşısını almaq olardımı? Bu hadisədə müəllimlər günahkardır, yoxsa uşağın psixoloji durumu normal deyilmiş? - Elina Hacıyeva haqda yazılanları oxuduqca, yadıma keçən yay Moskvadan qəbuluma gələn eyni yaşda qız pasiyentim düşdü. Onun da anası şikayət edirdi ki, qızını sinif yoldaşları döyürlər, lağ edib alçaldırlar... hər gün dərsdən ağlaya-ağlaya gəlir. tez-tez sinfi, məktəbi dəyişsələr də, vəziyyət dəyişmir, yenə də qıza qarşı hər tərəfdən - şagirdlər, hətta, müəllimlər tərəfindən də basqılar var. Qəribədir ki, bu basqı tək məktəbdə deyil, həyətdə qonşu uşaqlar tərəfindən də edilirdi. Moskvadan gələn (azərbaycanlı) pasiyentimi bir neçə seans etdikdən sonra, dedi artıq mənə qarşı uşaqların münasibəti dəyişib. Belə ki, yay tətili olmasına baxmayaraq, sinif yoldaşları və qonşu qızları ona yazıblar ki, haralardasan, səninçün darıxırıq. Hansı ki, həmin uşaqlar bir ay öncə onunla oynamırdılar, təhqir edib alçaldırdılar... Bu intiharda məktəb rəhbərliyinin və müəllimlərin hüquqi məsuliyyəti olsa da, adətən belə problemlər məktəbi dəyişməklə tam həllini tapmır (amma, müəllimlər məsuliyyətli olsaydılar, uşağın intihar həddinə çatdırılmasına imkan verməzdilər). Burada başqa sirlər də olur ki, bunu da elmi-lədun yoluyla aradan qaldırmaq mümkündür. Ondan sonra yaxın ətrafı uşağın (yaxud böyüyün) nəinki üzərinə getmirlər, əksinə, sevgi və şəfqətlə yanaşırlar, dost olurlar... - Dediyiniz sirləri oxucularımız üçün bir qədər də açıqlaya bilərsinizmi? - Elmi-lədun araşdırmalarımız göstərir ki, belə problemlər ən çox ailənin ilk övladlarında görünür. Bu da öz başlanğıcını ana bətnindən götürür. Belə ki, ana həmin uşağa hamilə olarkən, ətrafındakı insanlar onu çox sıxırlar və hamiləlik dövrünü əsəblə, stresslə, haqsızlıq və gərginliklə keçirir. Aydın məsələdir ki, ana bu əsəbi, gərginliyi bətnindəki uşaqla birlikdə yaşayır. Nəticədə anada yaranan bu neqativ enerji virus kimi uşağa yoluxur. Bu şəraitdə dünyaya gələn uşağın həyatında həmin gərginlik davam edir. Yəni, uşaq böyüdükcə ətrafı tərəfindən basqılara, təzyiqlərə məruz qalır. Fizikanın qanunlarına görə enerji itmir, sadəcə bir haldan digər hala, yaxud, digər şəxsə keçir. Ananın haqsızlığa məruz qalmasına səbəb olan neqativ enerji də bətnindəki uşağa yoluxur. Nəticədə, uşaq böyüdükcə ananın çəkdiyi zülümləri təkrar yaşamağa başlayır. Sonda uşaq ya intihar edir, ya da ətrafındakılarla əsəb, nifrət şəraitində yaşayaraq, bütün yaşadıqlarını kodlaşdırılmış şəkildə gələcək övladına ötürür... - Doktor, bütün bunların qarşısını almaq olarmı? Yəni, elə etmək olarmı ki, ananın yaşadığı züLümlər kodlaşdırılmış şəkildə övlada keçməsin? - Əlbəttə mümkündür. Yuxarıda qeyd etdiyim Moskvadan gələn pasiyentimin ətrafında baş verən dəyişikliklər buna sübutdur. Belə problemlər yaşayan pasiyentlərlə hər gün işləyirəm. Onların çoxu tək məktəbdə deyil, böyüdükcə iş yerlərində də haqsızlıq və basqılara məruz qalırlar. Yaratdığımız elmi-lədun metodla cəmi bir neçə seansa bu neqativ prosesin qarşısını almaq olur. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |