Son dövrlər boşanmış qadınların təkrar ailə qurmasında problem olduğu hamıya məlumdur. Hətta, onların bir çoxu öz gözəllikləri və şəxsi keyfiyyətləri (namuslu, ismətli olmaları) ilə, diqqət çəksələr də, təkrar ailə qurmaları problemə çevrilir. Maraqlıdır ki, bir çox hallarda həmin qadınlar özləri bundan imtina edirlər. Yəni, çıxan namizədlərə “yox” cavabı verirlər. Sual yaranır: niyə bu cür qadınlar bir evin xanımı olmaqdan imtina edib, ata evinin küncündə oturmağa üstünlük verirlər? Son dövrlər iş təcrübəmdə bu cür qadınlarla tez-tez rastlaşıram (yəqin ki, ətrafınızdakı boşanmış qadınlarda siz də bu halı müşahidə edirsiniz). Sual yaranır: bu, taleyin qismətidirmi, yoxsa, burada hansısa bir bir qanunauyğunluq var? Buradakı sirləri aşkar etmək üçün psixoloq olaraq boşanmış qadınlar arasında test sorğusu aparmaq qərarına gəldim. Sorğunun nəticələrindən aydın olur ki, onlarda aşırı əsəb mövcud olur. Ona görə də onlar həyat yoldaşları və digər ailə üzvləri ilə yola gedə bilmirlər. Bu cür qadınlarda adətən aşağıdakı digər əlamətlər də müşahidə olunur: - Baş, boyun, çiyin, bel ağrıları; - Ürək döyüntüləri; - Diksinmə, qorxu, vahimə; - Qorxulu yuxular görmə; - Boğulmalar; - Cinsi istəksizlik, həvəssizlik; - Yuxuda vəhşi heyvanların (yaxud qorxulu varlıqların) onu təqib etməsi; - Gecələr tez-tez sidiyə çıxma (bəzi hallarda); - Menstruasiya dövrünün həddən artıq ağrılı və sancılı keçməsi; - Qərarsızlıq (bir fikrə gələ bilməmək); - Hallunasiya (yanından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini hiss edir); - Həzm sistemi pozğunluqları; - Analıq orqanlarında kistalar, miomatik düyünlər, fibroma; - Həvəssizlik, ümidsizlik, sevgisizlik, inamsızlıq və s. Sadaladığım bu əlamətlərdən bir neçəsi olan qadınların ərləri ilə yola getməsində problem yaranır. Çünki, belə qadınlarda bir qayda olaraq cinci istək olmadığından (yaxud, az olduğundan), ərləri ilə aralarında məhəbbət bağı qırılır (yaxud, zəifləyir). Bundan sonra ailədə soyuma başlayır. Qadında öz ərinə, yaxud digər ailə üzvlərinə qarşı (yaxud, əksinə) aqressiya baş qaldırır. Bəzi ağır hallarda qadın ərinin ona yaxınlaşmasını özünə təhqir bilir və özünü zorlanmış hesab edir... Beləliklə, qadın bu və digər səbəblərdən əriylə birlikdə yaşamağı mümkünsüz hesab edir və boşanmaq qərarına gəlir. Boşandıqdan sonra bu cür qadınlar qarşılarına çıxan bəy namizədlərə bir qayda olaraq “yox” cavabı verirlər, yaxud da, onların münasibəti alınmır (hansısa səbəbdən baş tutmur). Oxucuda sual yaranacaq ki, bu nəyin nəticəsidir? Psixoloji və elmi-lədun araşdırmalarımız, eləcə də test sorğularının nəticələri göstərir ki, bütün bunlar ətraf mühitdən gələn neqativ enerjilərin təsirindən yaranır. Bu enerji əsasən insanın onurğasında toplanaraq ostroxondroza, yaxud, fəqərə yırtıqlarına səbəb olur. Bütün bunlar əsəbi (siniri) pozur. Ətraf mühitdən orqanizmə daxil olan neqativ enerjinin ikinci ən çox toplandığı yer cinsiyyət orqanlarıdır. Bu halda qadında cinsi istəksizlik yaranır, menstruasiyanı pozur və güclü sancılara, ağrılara, bəzi hallarda yumurtalıqlarda kistaların, polikistozların, miomatik düyünlərin yaranmasına gətirib çıxarır. Belə qadınlarda cinsi istək olmur. Son nəticədə, yuxarıda qeyd etdiyim kimi, bu cür əlamətləri olan boşanmış qadınlar adətən evlilik təkliflərinə “yox” cavabı verirlər. Səbəb onların qəlbindən sevgi və inam hissinin (oxu: faylının) silinməsidir. Belə ki, kompyuterlərimizə düşən virus ondakı fayl və proqramları necə silirsə, insana daxil olan neqativ enerji də qəlblərdən sevgi və inam faylını elə silir, həyatı dondurur, cinsi istəyi (məhəbbəti) öldürür. Nəticədə bu cür qadınlar boşanmağa meyilli olurlar və sonradan ailə qurmağa daxili həvəsləri olmur. Bu gün cəmiyyətimizdə neqativ enerji həddən artıq çox yayıldığından, bu enerjinin təsirinə məruz qalan qadınların da sayı sonsuzdur. Nəticə olaraq, son dövrlər boşanmaların sayında aşırı artım müşahidə edilməkdədir. Bəs bütün bu hallardan necə xilas olmaq olar? Tibb elmi neqativ enerjiyə qarşı vasitə kəşf etməsə də, bizim tətbiq etdiyimiz psixoloji və elmi-lədun (elmin alt qatı) metodu ilə cəmi 21 günə bu enerjidən və onun yuxarıda sadaladığım fəsadlarından xilas olmaq mümkündür. Bütün bu neqaiv əlamətlərdən xilas olan qadınların səhhətlərində mövcud olan sadaladığım problemlər aradan qalxmaqla yanaşı, məhəbbət hissi bərpa (vostonovit) olur və o sevərək ailə qurur; əsəbi olmur və ailəsinə bağlı olduğundan boşanmaq haqqında bir daha düşünmür (seans etdiyim boşanmış qadınların çoxu hətta, keçmiş ərindən də təkrar evlilik təklifləri alırlar).
0 Comments
Yaradana qovuşmağı öz yeganə istəyinə çevir. O səbəbdən ki, yeganə, ölməz və əbədi olan Odur. Davamlı elmlənən və daima elmi axtarışda olan insan mələkdən üstündür. Əgər xilas baradə bu gün düşünmür-sünüzsə, bəs nə vaxt düşünəcəksiniz? Bu zəncirləri bu gün qırmayacaqsınızsa bəs nə vaxt qıracaqsınız? Xırda işlərdə ciddilik böyük işlərdə mükəmməllik yaradar. Qorxu yolu ilə kamilləşmə, özünə daxili intizam yarat; qoy o sənin öz konstitusiyan olsun. Əks halda (qorxu yolu ilə kamilləşsən), kamillik cahilliyə dönər. Heç bir zaman “mən” deməyin, “biz” deməyin; daim “siz” deyin. Bu cümlədə böyük hikmətlər yatır. Biliyə edilən yatırım sənə çox böyük fayda gətirər. Çox dil bilmək savadlı olmaq demək deyil. Bir ölkədə oxumağa olan istək artmazsa, qəflət və ondan yaranacaq fəkətlər azalmaz. Amansız iqtidar piroq kimidir, onun qıraqlarından yemək asandır. Qoy bütün insanlar səni tanısın; amma, heç kim səni tam olaraq tanımasın. İnsanlar dayaz yerini gördükləri dərəni asan keçərlər. Evlənməzdən əvvəl gözünü dörd aç; evlənəndən sonra birini yum. Fırıldaqçılar düzgünlüyün bütün üstün cəhətlərini bilsəydilər, qazanc xatirinə düzgün insan olardılar. Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdı. Ağıl dişinin tez çıxması insan tez ağıllı olmasına dəlalət etməz. Hər kəsin içində öz doğuluşunu gözləyən bir xilaskar var Yaradan kömək edənlərə kömək edər. Cəmiyyəti düşündürməyi bacarmaq, əslində, onu tərbiyə etmək deməkdir. Düşünə bilən cəmiyyət əslində kamilliyin bütün mərhələlərindən keçməyə qadir olan cəmiyyətdir. Düşünə bilməyən, düşünmək istəməyən cəmiyyət isə, bir cəmiyyət kimi imzasızdır və daima kölədir. Əgər əsgərə oturmağa icazə versən, tezliklə yatmaq istəyəcək. Pis qanunlarla və yaxşı məmurlarla ölkəni idarə etmək mümkündür. Yox, əgər məmur pisdirsə, ən yaxşı qanunlar belə kömək etməz və iri məmurlar kiçik məmurlara deyərlər: elə edin ki, narazılıq olmasın; olsa da, bir təhər yoluna qoyun; harada qırılar qırılar. Zorakılıq çox sərt və davamlı olursa, məzlumarın tək nicatı zalıma və cəllada aşiq olmaq olur. Böyük şəxsiyyətlər öz xalqına haradan gəlib, hara getdiklərinə istiqamət vermək üçün yaranırlar. Nəsihət lazımsız olsaydı, onda peyğəmbərlər göndərilməzdi. Kamilliyin üç şərti var: düşüncənə, davranışına və danışığına nəzarət et. Dünya yaşamaq üçün çox təhlükəli bir yerdir. Haqsızlığın çox olmasına görə deyil, haqsızlığı görüb susanlar səbəbindən. Güclü şəxsiyyət nail olduğuna qane olmayandır. Böyük adamlar olmadan heç nə baş vermir. Onlar ona görə böyük olurlar ki, məhz bunu istəyirlər. Güclü rəhbər gələcək nəsilləri nəzərdə tutaraq fəaliyyət göstərər. İnsanı idarə edən əsas faktor iqlimdi. İqlimi çox olan ölkədən şübhəsiz xilaskar çıxacaq. O dövlətlər yaxşıdır ki, orada əhali natiqlərdən çox qanunlara qulaq asır. Dövlətin siyasətini bilmək istəyirsənsə, boş-boş danışıqlara yox, qəbul olunmuş qanunlara bax. Bir insanın ağlını onun ətarfına topladıqları adamlarla müəyyən etmək olar. Kamil insan ailəsini özündən, xalqını ailəsindən, bəşəriyyəti isə xalqından üstün tutmalıdır. Ölməz o adamdır ki, özündən sonra bəşəriyyət üçün böyük və faydalı yadigarları qalır. Bəşəriyyətdən üz döndərən adam öz vicdanından da üz döndərər. Heç bir millət, başqa bir millətdən üstün deyil. Kamil insan olmaq istəyirsənsə, ömrünün mənasını bəşəriyyətə xidmətdə gör. Qanunlar ona görə mövcuddur ki, onlar insanlığa xidmət etsin. Hər bir adamın xoşbəxtliyi də, bədbəxtliyi də dövlətdən asılıdır. İnsanlar o qədər varlı olmamalıdılar ki, kimisə satın ala bilsinlər; o qədər də kasıb olmamalıdılar ki, özlərini satsınlar. Canlıların birinci qanunu: heç bir canlı, başqa bir canlı tərəfindən öldürülməməlidir. Dövlətin məqsədi həyatı cənnətə çevirməkdir. Təhsilindən razı qalan millət, inkişafdan geri qalar. Demokratiya soyuq iqlim üçün, meritokratiya isə bütün dünya üçündür. Bilicilər Yaradanın Yer üzünə göndərdiyi ən böyük salehlərdir. Onların gəlişində məqsəd inancı, etiqadı cəmiyyətin yeni inkişaf tələbatına uyğunlaşdırmaq; köhnəlmiş, çürük ehkamlardan imtina etməyə kömək etməkdir. Düşmən adətən dostdan əmələ gəlir. Nə qədər az bilsəniz, cəhaləti o qədər şiddətlə müdafiə edərsiniz. Yaradanın iki müqəddəs kitabı var: İNSAN və KAİNAT. Xırda işlərə çox əhəmiyyət verənlər əllərindən böyük işlər gəlməyənlərdir. Beyin ən yaxşı kompasdır. Qeyd: Meritokratiya - ağıllıların və savadlıların hakimiyyəti Son dövrlər cəmiyyətdə cinsini dəyişənlərə və yaxud dəyişmək istəyənlərə tez-tez rast gəlirik. Əvvəllər belə hallar nadir hallarda və gizli baş verərdisə, indi artıq cinsini dəyişənlər bunu televiziya ekranından belə bəyan etməyə çəkinmirlər. Şübhəsiz ki, psixoloq olaraq, iş praktikamızda bu cür problem yaşayan pasiyentlərlə tez-tez qarşılaşırıq. Yəqin ki, çoxlarınızı bu problemi yaradan səbəb düşündürür: necə olur ki, insan cinsini dəyişmək istəyir? Qeyd edim ki, bu cür hallar əsasən erkən yaş dövründə özünü biruzə verir. Araşdırmalarımız göstərir ki, bunu yaradan əsas səbəb neqativ enerjidir. Bu qara enerji, gəncə həm birbaşa, həm də dolayısıyla təsir edə bilir. Birbaşa təsirdə insanda hormon pozğunluğu yaranır ki, nəticədə çox vaxt insanda cinsi istək olmur. Ağır hallarda isə, qız özünü oğlan, oğlan isə, qız kimi hiss etməyə başlayır. Dolayı təsirə gəldikdə isə, bu, hamiləlik dövründə (uşaq hələ ana bətnində olarkən) baş verir. Bu, ağır formadır və cinsini dəyişmək istəyənlərin böyük əksəriyyəti məhz bu cür təsirə məruz qalanlardır. Cinsi disfunksiya problemi yaşayan gənclərin anaları arasında apardığımız test sorğuları bu problemin yaranma səbəbini tapmaqda bizə kömək etdi. Belə ki, test sorğularından məlum olur ki, bu gənclər hələ ana bətnində olanda, analarında aşağıdakı əlamətlər müşahidə olunub: - Baş, boyun, çiyin, bel ağrıları; - Əsəb; - Ürək döyüntüləri; - Diksinmə, qorxu; - Qorxulu yuxular görmə; - Boğulmalar; - Yuxuda vəhşi heyvanların (yaxud qorxulu varlıqların) onu təqib etməsi; - Gecələr tez-tez sidiyə çıxma (bəzi hallarda); - Menstruasiya dövrünün həddən artıq ağrılı və sancılı keçməsi; - Qərarsızlıq (bir fikrə gələ bilməmək); - Hallunasiya (yanından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini hiss edir); - Həzm sistemi pozğunluqları; - Səbəbsiz ağlama; - Bəzi hallarda iyrənmə; - Həvəssizlik, ümidsizlik, sevgisizlik, inamsızlıq və s. Sadaladığım bu əlamətlərdən bir neçəsi olan qızlar (və yaxud analar) hmilə qalarkən, onlarda bu əlamətlər daha da artır və bundan çox əziyyət çəkirlər. Nəticədə, ya hamiləlik pozulur, ya da doğulan uşaqda gələcəkdə cinsi disfunksiya baş verir: yeniyetmə özünü mənsub olduğu cinsdən deyil, əks cinsdən hesab edir. Yeri gəlmişkən, qeyd edim ki, neqativ enerji öz xüsusiyyətlərinə görə kompyuter virusuna bənzəyir. Belə ki, virus kompyuterin beyin sistemini pozduğu kimi, neqativ enerji də daxil olduğu insanın sinir və beyin sistemini pozur. Beləliklə, normal fəaliyyəti pozulmuş beyin, bəzi hormonları (FSH, LH, Progesteron, Testosteron, Prolaktin, Androsteron) ifraz edə bilmir. Nəticədə yeniyetmədə cinsi istəksizlik müşahidə edilir; bəzi ağır hallarda isə, gənc özünü əks cinsə məxsus bilir. Beləliklə, onda cinsiyyətini dəyişmək arzusu yaranır. Neqativ enerjidə olan digər xüsusiyyət, insanların qəlbindən inam və məhəbbət hissini (faylını) silməsidir. Belə ki, virus kompyuterdəki faylları necə silirsə, qara enerji də qəlblərdən məhəbbət və inam hissini elə silir. Nəticədə gənclər bir çox hallarda ailə qurmaq istəmirlər (ailə quranlar isə, boşanmaq istəyirlər). Onlarda cinsi istək (həvəs) olmur. Belə gənclər bəzi hallarda ailə qursalar da bunu məhəbbətlə deyil, kiminsə xatirinə (ailənin təzyiqi və s.) reallaşdırırlar. Belə qızlarda ilk hamiləlik çox ağrılı, qorxu, həyəcanla və yuxarıda sadaladığım əlamətlərlə keçir. Ən pisi də odur ki, hamiləlik dövründə bu əlamətlər hamısı bətndəki uşağa keçir… Bu gün cəmiyyətimizdə neqativ enerji həddən artıq çox yayıldığından, bu enerjinin təsirinə məruz qalan qızların (qadınların) da sayı sonsuzdur. Nəticə olaraq, son dövrlər doğulan uşaqların əksəriyyətində yeniyetməlik dövründə bu və ya digər formada cinsi disfunksiyalar müşahidə olunmaqdadır. Amma, hər bir dərdin dərmanı olduğu kimi, bu problemin də çarəsi vardır. Belə ki, tətbiq etdiyimiz müalicə metodu ilə qısa müddətdə beyini neqativ enerjidən təmizləyib, normal fəaliyyətini tənzimləmək mümkündür. Hormon istehsalı qaydaya düşdükcə, cinsi disfunksiya da aradan qalxır və gənc cinsini dəyişməkdən vaz keçir. Son vaxtlar cəmiyyətdə kriminal hadisələr çoxaldığından, barmaq izlərinin götürülməsinə də tez-tez rast gəlinir. Etiraf etməliyik ki, qanuni oğrular bu gün cəmiyyətə çox böyük nüfuz etməkdədir və söz sahibidirlər. Bu səbəbdən də mövzunu Elmi-lədunla araşdırmaq qərarına gəldik. Qeyd edək ki, barmaq izlərini araşdıran dünyəvi elm DAKTİLOSKOPİYYA adlanır. Bütün elmlərin mənbəyi Qurandadır. Bəs daktiloskopiyya necə? Bu elm müqəddəs kitabda necə əksini tapıb? Bu sahəyə də bir nəzər salaq. İnsanın anatomik quruluşunda olan saysız-hesabsız hikmətlərdən biri də barmaq izləridir. Dünya yaranandan nə qədər insan gəlib-getsə də, heç birinin barmaq izləri biri-birinə bənzəmir. Quranda bu mövzuda cəmi bir ayədə söhbət açılaraq bildirilir ki, qiyamət günü insanlar dirildilərkən, həmin izlər olduğu kimi bərpa olunacaq və əməlləri ona həmin izlərlə sübut olunacaq: "Bəli, Biz onun barmaqlarını da (barmaq izlərini) düzəltməyə qadirik!" Quran, 75:4 Elmi-lədun hesablamalarımız göstərir ki, bu ayə, Quranın başdan saydıqda, 5555-ci ayəsidir. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, insanda iki əl və iki ayaq olmaqla, hər birində 5 barmaq vardır. Bunların dördünü yanaşı qoyduqda 5555 ədədi alınır ki, bu da "Qiyamət" (75) surəsinin 4-cü ayəsini göstərir: "Bəli, Biz onun barmaqlarını da (barmaq izlərini) düzəltməyə qadirik!" Quran, 75:4 (5555-ci ayə.) Bu və digər hikmətlər onu göstərir ki, Quranın sözləri Allaha məxsus olduğu kimi, onun düzülüşü və ayələrin nömrələnməsi də Yaradana məxsusdur. Odur ki, əməllərinizə diqqət edin. Bilin ki, hansı vəzifədə işləməyinizdən aslı olmayaraq, əməlləriniz bir gün qarşınıza qoyulacaq. Odur ki, çalışın barmaq izləriniz ancaq gözəl əməllərin üzərində qalsın. Qurani-Kərimə diqqətlə nəzər saldıqda görürük ki, bu müqəddəs kitab rəqəmlərdən və hərflərdən təşkil olunmuşdur. Hər bir hərfin də özünəməxsus yaradılış forması, etimoloji mənası vardır. “Quran” ümumilikdə 28 hərfdən təşkil olunub (ərəb əlifbasında 28 hərf var). Bu yazımızda bağlı ayə olan "ƏLİF LAM MİM" ayəsinin etimologiyasını araşdıracağıq.
Hesablamalarımız göstərir ki, "ƏLİF LAM MİM" ümumilikdə altı surədə gəlir və yaradılışın kodudur. “ƏLİF” birləşməsinin etimoloji mənası dost olmaq, cana yaxın olmaq, tanışmaq, qaynaşmaq kimi izah edilməkdədir. Bu birləşmə həm Allaha, həm də Adəmə işarə verir. Xəlifə Adəm əleyhissəlam Allahın ilk dostu, yaxını idi. Yeri gəlmişkən, "Adəm" sözünün əbcəd hesabı ilə cəmi 45 ədədidir. Allah-təala Adəmi su ilə torpağın qarışığından yaratdı. Əvvəlki yazımızda qeyd etdik ki, “Quran”da torpaq sözü 13 dəfə, su sözü isə, 32 dəfə keçməklə, bunların cəmi 45-ə (!) bərabərdir. “LAM” hərf birləşməsini etimoloji cəhətdən təhlil etdikdə hidayət, hiss etmə, "La İlahə İlləllah", "tək olan Allah", mənası bildirir. “MİM” birləşməsinin etimoloji təhlili isə, Müsəvvir, hər şeyi formaya salan, şəkil çəkən, surət verən, forma verən mənasını verir. Bütün bunlar Allah-təalaya xas olan xüsusiyyətlərdir. Bu yaradılışla Allah insanı gözəl, mükəmməl formada yaratmışdır. “Mim” hərf birləşməsində maraqlı bir məqama da diqqətinizi yönəldim ki, ərəb əlifbasında bu hərf kişi toxumuna (spermaya) bənzəyir. Bu da həmin hərfin yaradılışa işarə verdiyini bir daha təsdiqləyir. Yaradılışda daha bir hikmətə nəzər salaq: uşaq doğularkən, dodaqları ilə anasının döşünü axtarır ki, süd içsin. 286 gün ana bətnində qalıb süd içməyən uşaq dünyaya gələn kimi süd axtarması, Allahın onu hidayət etməsinə işarədir. Buradan aydın olur ki, Allah, yaradıb forma, şəkil, surət verdiklərini hidayət də edir. Deməli, "MİM" hərf birləşməsi həm yaradılışa, həm də hidayətə işarədir. “ƏLİF LAM MİM” hərf birləşməsi “Quran”da ilk olaraq “İnək” surəsində gəlir. Bu surənin ayələrinin sayının 286 olması da təsadüfü deyildir. Belə ki, yuxarıda qeyd etdik ki, insanın ana bətnində yaranması 286 günə başa gəlir: cütlüklərin görüşməsindən sonra toxumun bətnə düşməsi 6 gün + bətndə normal inkişaf 280 gün = 286 gün. “Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir”. “Quran”, 13:8 Paşa Yaqub - psixoterapevt, elmi-lədun bilicisi Həmid Məhərrəmov - rəssam, əbcəd və numorologiya elmlərinin bilicisi Nazil olmasından 1400 ildən artıq vaxt keçməsinə baxmayaraq, “Quran”ın yeni-yeni hikmətləri, riyazi dəqiqlikləri hər zaman üzə çıxmaqdadır. Onlardan bəzilərini əvvəlki yazılarımızda təqdim etmişdik. Müqəddəs kitabdakı riyazi sirlərdən bir neçəsini də bu yazımızda təqdim etmək qərarına gəldik. Araşdırmalarımız göstərir ki, “Quran”da 13 dəfə torpaq, 32 dəfə su (dəniz) sözləri keçir. Bunu nəzərə alıb, bu ədədləri cəmləyək: 13 + 32 = 45 Alınan 45 ədədinin sirrini tapmaq üçün belə bir hesablama aparaq: 13 : 45 = - 28,9 (29) 32 : 45 = -71,1 (71) Qeyd edim ki, buradakı 28,9 ədədi Yerin quru, 71 ədədi isə, su hissəsinə işarə verir (xatırladım ki, insanın anatomik quruluşunda da quru maddə ilə mayenin nisbəti eyni - 71-in 29-a nisbətindədir). 71 ədədi həm də Qurani-Kərimin “Nuh” surəsinin sıra nömrəsi - rəmzidir. Nuh sözünun əbcəd hesabı 64-dür. Surə özü 28 ayədən ibarətdir ki, yuxarıdakı hesablamada özünü büruzə verdi. İndi isə, oxucuların diqqətini başqa bir məqama cəlb etmək istəyirəm. Belə ki, “Quran”da 23 dəfə qadın, 23 dəfə isə, kişi sözləri keçir. Bu da təsadüfü deyildir. Belə ki, bunları topladıqda 46 ədədi alınır. Maraqlıdır ki, hər bir insanda xromosomların sayının 46 (!) olduğunu elm artıq təsdiq etmişdir: Kişilərdə 46 (XY); Qadınlarda 46 (XX). Beləliklə, dəniz və torpaq sözlərinin cəmi olan 45 ədədindən, Quranda keçən kişi və qadın sözlərinin sayını (23) çıxaq: 45 - 23 = 22 Elm təsdiq etmişdir ki, kişilərdə 46 xromosom (mayoz) sırasında 22 (!) cüt biri-birlərinə bənzərdirlər (eşdirlər). “Nuh” surəsinin 17-ci ayəsində Yaradan buyurur: “Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi”. Maraqlıdır ki, yaradılışdan bəhs edən bu ayənin də hərflərinin sayı orjinalda (ərəbcədə) kişi və qadın xromosomlarının sayı qədərdir - yəni, 23-dür. Elmi-lədun araşdırmalarımız göstərir ki, İsa əleyhissəlamın yaranış prosesi ilə, bitkilərin tozlanma yoluyla çoxalma prosesi bənzərdir. Belə ki, bitkilərdə çiçəyin rolu tozlanma yolu ilə çoxalmanı təmin etməkdən ibarətdir. Bir erkək çiçəyin orqanından sərbəst qalan polenlərin, digər dişi çiçəyin orqanının təpəciyinə çatması və burada yeni bir bitki toxumlarının yaranması hadisəsidir. Polenlərin daşınması (tozlanma) küləklə, arılar və böcəklərlə baş tutur. Həzrəti İsanın Məryəmin bətnində yaranması prosesində də biz eyni halları müşahidə edirik. Belə ki, “İmran ailəsi” surəsində Allah-təala buyurur: “Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan (!) kimi böyütdü...” 3:37 Burada fidan (ərəbcə nəbata, bitki) kəlməsi Məryəmin gələcəkdə İsaya bitkilərdə olduğu kimi (tozlanma üsulu ilə) hamilə qalmasına işarə verir. Qurani-Kərimin “Məryəm” surəsində Allah-təala buyurur: “(Cəbrail:) “Mən sənə ancaq təmiz (məsum) bir oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçisiyəm!” - dedi”. (Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!” (Cəbrail) dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!” (Məryəm) artıq (Cəbrailin üfürməsi ilə İsaya) hamilə oldu və onunla (bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi...”. “Məryəm” surəsi, 19-20-21-ci ayələr. Ayələrdən görünür ki, Həzrət İsanın yaranma prosesi ilə, bitkilərin tozlanma yolu ilə çoxalma prosesi üst-üstə düşür. Bu da “Nuh” surəsində keçən və yaradılışdan bəhs edən: “Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi” - ayəsini bir daha təsdiq edir. Paşa Yaqub – psixoterapevt, elmi-lədun bilicisi Həmid Məhərrəmov - rəssam, əbcəd və numorologiya elmlərinin bilicisi “Quran”da 30 mütəşabih (bağlı, mənası bilinməyən) ayə vardır ki, bugünədək mənası açılmamışdır. Bu haqda Rəbbim belə buyurur: “Sənə Kitabı (“Quran”ı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahın elm elm bəxş etdiyi şəxslərdən) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər”. Quran, “İmran Ailəsi” surəsi, 7-ci ayə. “Quran”ın bağlı ayələrindən bəhs edən bu kəlamlardan məlum olur ki, onların mənasını Allah və bir də Onun Özünün elm bəxş etdiyi şəxslər (elmi-ladun sahibləri) anlayarlar. Yəni, o şəxslər ki, onlar elmi birbaşa Rəbbimin Özündən vəhy yolu ilə qəbul etmişlər. Bundan əvvəlki yazılarımda məndən qabaq elm (lədun elmi) verilmiş Hacı Xalidin Allahdan vəhy qəbul etməsindən bəhs edəndə bəzi oxucularım bu informasiyanı həzm edə bilmədilər və “vəhyi ancaq peyğəmbərlər qəbul edə bilər, indi belə şəxs ola bilməz” deyib, mənə etiraz bildirdilər. Sözümün sübutu üçün daha bir dəlil – riyazi hesablama gətirəcəm ki, bu dəlillə mütəşabeh ayələrn mənasını anlamağın və indiki dövrdə də Allahdan vəhylə elm qəbul etməyin mümkünlüyünü insanlar dərk etsinlər. Qeyd edim ki, bağlı ayələr “Quran”ın iyirmi doqquz surəsinin başlanğıcında gəlmişdir. Bunu nəzərə alıb, “Quran”ın 29-cu surəsindən başlayaraq, müqəddəs kitab üzərində belə bir riyazi gəzişmə edək: 29-cu surə 69 ayədir; 69-cu surə 52 ayədir; 52-ci surə 49 ayədir; 49-cu surə 18 ayədir; 18-ci surə 110 ayədir; 110-cu surə 3 ayədir. 3-cü surə... Beləliklə, gəlib çıxdıq mütəşabeh (bağlı) ayədən bəhs etdiyimiz 3-cü (İmran ailəsi) surəyə. Və bura qədər biri-birinə riyazi yolla bağlanan yeddi surə gəldik. Bunu nəzərə alıb, 3-cü (!) surənin 7-ci (!) ayəsinə baxsaq, mütəşabih ayələrdən bəhs edən yuxarıdakı ayənin üzərinə gəlib çıxdığımızı görərik (bax: yuxarıdakı İMRAN AİLƏSİ surəsinin, 7-ci ayəsinə). Bu, həm də onu sübut edir ki, insan beyninin məhsulu olmayan bu riyazi gedişlə həmin ayənin üzərinə gəlib çıxan adam, elə həmin ayədə xəbər verilən elm verilmiş adamdır ki, mütəşabeh ayələri dərk edə bilir (bu riyazi gedişə ağılla fikir versək, bunun insan beyninin məhsulu olmadığını, yalnız Allahdan vəhy, elm qəbul etməklə mümkün olduğunu dərk edərik). Bağlı ayələrin niyə məhz iyirmi doqquz surənin əvvəlində gəlməsinin mənası isə, bu ədədin keçən yazılarımda qeyd etdiyim kimi, həm Yer kürrəsinin, həm də qiyamətin rəmzi olmasıdır. Belə ki, Yerin 29 faizi qurudur. Həmçnin, 29-cu surə 69 ayədən ibarətdir və 69-cu surə də “Haqq olan qiyamət” adlanmaqla, qiyamət rəmzi sayılır. İndi isə, “Quran”dakı mütəşabih ayələrdən birinin hikmətlərinə nəzər salmağa çalışaq. Yaradıcılığımı izləyənlər bilirlər ki, son 16 ildə Yerdə baş verən qiyamət əlamətlərini, təyyarə və enerji qəzalarını elmi-ladun üsulu ilə tədqiq edirəm (tədqiqatlarımın nəticələrini bir neçə kitabımda və məqalələrimdə, həmçinin burada tirajlamışam). Bu əsrdə baş verən və bir neçə ölkəni qaranlığa qərq edən enerji qəzalarını araşdırarkən, diqqət çəkən ən maraqlı məqam onların “Quran”ın bağlı (mütəşabih) ayələri ilə əlaqələnməsidir. İindiyədək bəzi sirləri açmamaqçün onların bu məqamlarını şərh etməmişəm. Yeri gəlmişkən, burada elə həmin gizli saxladığım məqamlara aydınlıq gətirmək istəyirəm. Belə ki, 2003-cü ilin 13 avqustunda Meksika, Kanada və Amerikada baş verən, Dünyanın bu hegamon dövlətini bir həftə qaranlıqda qoyan müəmmalı enerji qəzası yəqin ki, çoxlarınızın yadındadır. Həmin hadisə baş verən gün elm və kamillik əsri olan XXI əsrin 955-ci günü idi. Maraqlıdır ki, elm mənbəyi olan “Quran”ın 955 ci (!) ayəsi (başdan saydıqda) 7-ci surənin 1-ci (mütəşabih) ayəsidir: “ƏLİF, LAM, MİM, SAD” Burada diqqət çəkən maraqlı məqam bağlı ayədə hərflərin sayının 13 olmasıdır. Enerji qəzasının baş verdiyi tarix də 13-dür (13 avqust)! Əvvəlki yazılarımda 13 ədədini təhlil edərkən, bunun “Göy gurultusu” surəsinin sıra nömrəsi olmaqla, ildırıma, enerjiyə (!) bağlı olması haqda çoxsaylı faktlar sadalamışdım. Amerlkada baş verən enerji qəzasının baş verdiyi günün və həmin günlə uzlaşan “Quran” ayəsinin nömrəsinin 955 olduğunu nəzərə alıb, bu ədəddən “Quran”ın surələrinin (114) və səhifələrinin (286) sayını çıxaq: 955 – 114 – 286 = 555 Alınan 555 ədədi Quranda tövbə və cəza rəmzi sayılır (555 ədədi barədə əvvəlki yazılarımda şərh vermişəm). Yuxarıda bəhs etdiyim 955-ci (mütəşabih) ayənin hikmətlərini daha dərindən dərk etmək üçün burada həriflərin sayı olan 13 ədədinin digər mənalarına nəzər salaq. Bununçün, əvvəlcə 3-cü surənin 13-cü ayəsinə (3:13) baxaq: “İki dəstənin qarşı-qarşıya durması sizin üçün dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. (Möminlər 313 nəfər, kafirlər isə təqribən min nəfər idilər). (Möminlər kafirlərin) onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. (Yaxud kafirlər möminləri iki özləri qədər, yəni təxminən iki min nəfər və ya onların olduqlarından iki dəfə artıq, yəni altı yüzdən bir qədər çox görürdülər). Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu bəsirət sahiblərindən (gözüaçıq, ayıq adamlardan) ötrü bir ibrət dərsidir”. “Quran”, 3:13 313 nəfərdən bəhs edən əhvalatın məhz 3-cü surənin 13-cü ayəsində getməsi təsadüf sayıla bilməz (Quran məntiqinə görə həyatda təsadüf yoxdur). Rəqəmlər üzərində tədqiqat aparan rəssam dostum Həmid Məhərrəmovun bu günlərdə 13 rəqəmi ilə bağlı mənə yazdığı bir hikməti də burada qeyd etməyim yerinə düşər: “1” rəqəmi ərəbcə “Əlif”ə, 3 rəqəmini isə çevirəndə “lam”a bənzəməklə, ərəbcə bu ədəd (13 yaxud 313) “Allah” sözünün bənzəridir (bax: Allah sözünün ərəbcə yazılış formasına). Hesablamalarımız göstərir ki, 2013-cü ilin 13 avqustunda (əsrin 955-ci günü) Amerka kimi dünya hegomonu olan bir dövlətin (və onun ətrafındakı dövlətlərin) işığını bir həftəlik söndürməklə, Rəbbim həmin dövlətlərin rəhbərlərinə və sakinlərinə, onların simasında bütün bəşəriyyətə tövbə edib, doğru yola qayıtmaq üçün mesaj verirdi. Bu kodlaşdırılmış xəbrdarlığa məhəl qoymamağın nəticəsidir ki, bu gün dünyada fəlakətlərin ardı-arası kəsilmir. Yeri gəlmişkən, qeyd edim ki, Hacı Xalidin vəhylə qəbul etdiyi vacib xəbərlərdən biri də məhz qiyamət xəbəridir. Yəni, qiyamətin XXI əsrdə baş verəcəyidir ki, biz artıq onun astanasındayıq. Televiziyanı və digər informasiya kanallarını açıq gözlə izləyənlər qiyamətin əlamətlərini (qasırğalar, zəlzələlər, daşqınlar və s.) hər gün müşahidə etməkdədirlər. Təssüf ki, heç kəs düşünmür ki, bu gün televiziyadan izlədiyi mikro qiyamət sabah onun yaşadığı yerdə də baş verə bilər! Bundan sığortalanmaq üçün mütləq tövbə etməli və Allahın qoyduğu yolla getməlidir. Bizə məlumdur ki, bu əsrdə baş verəcək böyük qiyamətdən qabaq lokal (mikro) qiyamətlər baş verəcək ki, bununla da Yer kürrəsi indiki murdarlıqlardan təmizlənərək, özünün kamillik dövrünə qədəm qoyacaqdır. Rəbbim yaratdığı bəndələrin hamısının bu kamillik dövründən bəhrələnməsini istəyir. Ona görə də bəndələrini xəbərdar edir ki, bəla gəlməzdən öncə tövbə etsinlər və qiyamət günü Allahın hüzuruna üzü ağ getsinlər: “Özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə sonrakı imanı heç bir fayda verməz. De: “Gözləyin, doğrusu, biz də gözləyirik!” Quran, 6:158 Ümüd edirik ki, bu hikmətləri dərk edərək, insanlar tövbə edəcək, zülmə, harama, yalana, yaltaqlığa rəzalətə son qoyacaq, beləliklə də gələn bəlalardan sığortalanacaqlar. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |