Övliyalıqda yüksək dərəcələrə çatmış mübarək şəxslərdən bir qisminə Qütb və ya bunun sinonimi olan aktab deyilir. İşlərin görülməsinə və çətinliklərin aradan qaldırılmasına vasitə olan bu müqəddəs insanların dünya işləri və maddi aləmlə əlaqəli olanlarına Qütb-ül-aktab, Qütb-ül-ebdal və ya Qütb-ül-medar (medar qütbü); din və irşad işləri ilə vəzifəli olanlara Qütb-ül-irşad (irşad qütbü) deyilir. Qütb-ül-övliya - aləmin nizamı ilə əlaqələnən, bolluq-qıtlıq, barış-savaş, sağlamlıq-xəstəlik, ruzi, yağmur və buna bənzər olaylarla görəvləndirilən, rical-i qeybdən yəni hər kəsin tanımadığı (kəşf etmədiyi) Allah adamı olub, əmrində üçlər, yeddilər, qırxlar deyə söylənən yenə bu işlərlə vəzifəli seçilmiş insanların olduğu böyük vəlilərdir. Böyük Alim İmam Rəbbaninin bildirdiyinə görə Qütb-ül-ebdal və ya Qütb-ül-medar deyilən bu zat hər zaman bulunur. Həzrəti-Rəsulullahın zamanında da vardı. Fəqət bunlara inziva (insanlar arasına qarışmaq, gizlənmək) lazımdır. Bunları hər kəs tanımaz (dərk etməz). Hətta, bunlardan bəziləri özü-özünü belə tanımaz (dərk etməz). Yenə İmam Rəbbani həzrətləri buyurur: “Qütb-ül-medar aləmdə, dünyada hər şeyin var olması və yaşaya bilməsi üçün feyz (həyat eşqi) gəlməsinə vasitə olur. Hər şeyin yaradılması, ruzilərin göndərilməsi, dərdlərin, bəlaların götürülməsi, xəstələrin şəfa tapması, Qütb-ül-ebdal və ya Qütb-ül-medar deyilən zatın feyzləri ilə olur. İman sahibi olmaq, hidayətə qovuşmaq, ibadət etmək, tövbə etmək isə, Qütb-ül-irşadın feyzləri ilə olur. Qütb-ül-ebdalın (Qütb-ül-medarın) hər zamanda, hər əsrdə bulunması lazımdır. Aləmin ondan boş qalması mümkün deyildir. Çünkü aləmin nizamı ona bağlı yaradılmışdır. Əgər bu qütblərdən biri vəfat edərsə, yerinə başqası təyin edilir. İrşad qütbü isə, belə deyildir. Çünkü, aləmin rüşd, hidayət və imandan boş olduğu zamanlar olur. Peyğəmbər əfəndimiz zamanının irşad qütbü idi. Həmin dövrdə medar qütbü Üveys əl-Qərani idi”.
0 Comments
Aİlədə bİrİ öləndə, onda olan neqatİv enerjİ dİgər aİlə üzvünə keçİr və İntİhar baş verİr...11/6/2018 “Ölənlə ölməzlər” deyib atalarımız. Lakin, gələn xəbərlərdən məlum olur ki, son vaxtlar insanlar bu məsələ əməl etməyərək, ölənin ardıyca özlərini öldürməyə çalışırlar. Sumqayıtda baş verən bu günkü intihar hadisəsi də bu qəbildəndir. Belə ki, Sumqayıt sakini 16 yaşlı Fatimə, bir il qabaq rəhmətə gedən atasının ayrılığına dözə bilməyərək, intihar edib. Sual yaranır: bəşər yaranandan ölüm də var, ayrılıq da. Əvvəllər insanlar bu cür hadisələri təbii qarşılayırdılarsa, indi niyə dözə bilmirlər? Əməkdaşımız bu sualla, tanınmış psixoterapevt, elmi-lədun bilicisi Paşa Yaquba müraciət edib. Həkimin cavabını Moderator.az-ın oxucularına təqdim edirik: - Psixoloji araşdırmalarımız göstərir ki, ailədə bir nəfər dünyasını dəyişəndən sonra, həmin ailənin digər bir üzvü – hansı ki, dünyasın dəyişənə daha yaxın idi – psixoloji sarsıntı keçirir. İllər keçdikcə, həmin adam sağalmaz xəstəliyə də tutula bilir. Bu, əvvəlcə özünü qorxu, stress kimi, biruzə verir. Daha sonra isə, depressiyanın əlamətləri görünməyə başlayır: insan daxilən sıxılır, tez-tez xəstələnir və ilk baxışda adi görünən xəstəlik, həmin şəxsdə sağalmaz hala gəlir. - Bu niyə belə olur? - Bu o vaxt baş verir ki, ailədə dünyasını dəyişən şəxsin xəstəliyi neqativ enerjidən yaranır. Bildiyimiz kimi, bu səbəbdən yaranmış xəstəliklər kimyəvi dərmanlarla sağalmırlar və ölənədək bu enerjinin yaratdığı fəsadlardan (xəstəliklərdən) əziyyət çəkirlər. Fizikanın qanununa görə, enerji yox olmur, birindən digərinə ötürülür. Belə şəxslər də öldükdən sonra, onları sıxan neqativ enerji ailədən ona ən yaxın olan adama keçir. Bundan sonra bütün ağırlıq mərkəzi həmin şəxsin üzərinə düşür. Beləliklə, həmin şəxs müxtəlif xəstəliklərdən və sıxıntıdan əziyyət çəkməyə başlayır. Bəziləri dözür, bəziləri isə, sıxıntıya tab gətirməyərək, 16 yaşlı Fatimə kimi, intihara əl atırlar… - Bəs bunun qarşısını necə almaq olar? - Belə şəxslər bizə müraciət edəndə biz onları neqativ enerjidən təmizləyirik. Bundan sonra həmin enerji bird aha ailədə davam etmir. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |