Bugünlərdə Moderator.az saytında yayımlanan “Mendeleyev cədvəlindəki bu element koronavirusun dərmanıdır” başlıqlı yazımda elan etmişdim ki, Mendeleyevin ölümündən sonra onun tərtib etdiyi Elementlərin Dövrü Sistemi saxtalaşdırıldı. Buna görə də hazırda bəşəriyyətin bəlasına çevrilən koronavirus infeksiyasına qarşı dərman tapmaq mümkün deyildir. Virus kabus kimi insanları məhv etməkdədir... Yazıda qeyd etmişdik ki, 1906-cı ildə nəşr olunan və arxivlərdə saxlanan “Kimyanın əsasları” kitabındakı cədvəldə sıfır qrupu mövcuddur. Burada olan yeganə element “Nyutoniy”-dir. Ancaq, 1907-ci ildən (Mendeleyev öləndən) sonra nəşr olunan kitablarda nədənsə bu elementə rast gəlinmədi. Element insanlardan gizlədildi. (bax: https://www.moderator.az/news/316701.html ) Hazırda bu elementin öyrədilməməsinin nəticəsidir ki, tibb elmi bir çox xəstəliklərin, o cümlədən də koronavirus xəstəliyinin dərmanını tapa bilmir. Xatırladım ki, bu elementin sirlərini bilən böyük Alim Nikola Tesla daimi işləyən mühərriki yaratdı və enerjinin naqilsiz ötürülməsini kəşf etdi. Lakin, N. Tesla müəmmalı şəkildə öldürüldü və onun bütün hesablamaları yoxa çıxdı. Həmin yazıda qeyd etmişdim ki, bu elementin sirlərini bildiyimə görə bunu tibb elminə tətbiq etmişəm. Nəticədə bugünə qədər sağalmaz hesab edilən bir çox xəstəlikləri (xərçəng, dağınıq skleroz, parkinson və s) uğurla müalicə etmişəm. Hazırda Dünyaya yayılmış və yüzminlərlə insanın həyatına son qoyan koronavirus bəlasını da həmin bu gizlədilmiş elementin köməyi ilə sağaldıram. Bu bəyanatımdan sonra ünvanıma çoxsaylı zənglər və suallar gəlməkdədir. Zənglərin bir çoxu koronovirusa yoluxmuş və xəstəxanalarda müalicə alan insanlardan idi. Onları onlayn seans etdim. Bəziləri tam sağalıb, bəziləri ilə seanslarımız davam edir... Ünvanıma gələn sualların çoxunun məzmunu bundan ibarət idi ki, ortaya qoyduğum iddianı rəsmən təsdiq edim. Yəni, xəstəni sağaltmağım barədə ortaya rəsmi sənəd qoyum. Cavab verirdim ki, yaxın günlərdə sağaltdığım xəstələrin test cavablarını təqdim edəcəm. Artıq həmin gün gəlib çatdı və mən bir həkim olaraq ortaya qoyduğum iddianı sübut edən sənədləri moderator.az saytı vasitəsi ilə cəmiyyətə təqdim edirəm. Öncə onu qeyd edim ki, sağaltdığım xəstələrin bir neçəsi məlum səbəblərdən adının çəkilməsini istəmir. Biz də qanuna uyğun olaraq onların adlarını gizli saxlamaq məcburiyyətindəyik. Ancaq onlardan bir nəfəri adının və sənədlərinin yayılmasına razı oldu. Həmin pasiyentimin adı Seymur Ağayevdir. Bu azərbaycanlı gənc Türkiyənin Tokak dövlət xəstəxanasından aradı məni. Yazdı ki, martın 23-dən öskürək, sinə ağrıları və mədə-bağırsaqdakı yanğılarla həkimə müraciət etdim. Testin nəticələri pozitiv çıxdı və məni xəstəxanaya aldılar... Seymur mənə müraciət edəndə artıq ayın 27-si səhər saat 10 idi və o, öskürəkdən, sinədəki ağrılardan demək olar ki, nəfəs ala bilmirdi. Dərhal onu videoseans etdim və Efir enerjisini dalğalar şəklində onun sinə, boğaz nahiyyəsinə ötürdüm. Soruşdum ki, nə hiss edirsən? Dedi sanki sinəmdən nəsə çıxdı və mən yüngülləşdim. Elə mənimlə danışa-danışa dedi öskürəyim azaldı, sinəmdəki ağrılar yüngülləşdi. Axşamüstü göndərdiyi səsli mesajda Seymur deyirdi ki, mən özümü əla hiss edirəm, bu gün bütün dostlarımla görüntülü danışmışam (əvvəl öskürəkdən danışa bilmirdim)... Beləliklə, martın 27-dən başlayaraq, pasiyentimi hər gün (gündə 2 dəfə) videoseans etdim. Hər seansdan sonra Seymur özünü daha da gümrah hiss edirdi. Nəhayət bu gün – martın 30-da Seymurun təkrar test cavabları neqativ çıxdı. Artıq bu gün o, Tokak Dövlət Xəstəxanasından evə buraxıldı. Biz də verdiyimiz vədi yerinə yetirərək, onun sağalmasını təsdiq edən sənədi sizlərə təqdim edirik. Fürsətdən istifadə edərək, buradan dövlət rəhbərlərinə və koronavirusla mübarizə aparan dövlət qurumlarına müraciət edirəm ki, virusa yoluxmuş xəstələrlə mənim aramda videobağlantı yaratsınlar. Onlar dərmanlarla müalicə ilə yanaşı, mənim seanslarımı da qəbul edə bilərlər (əgər arzu edərlərsə).
0 Comments
Moderator.az saytında yayımlanan “Mendeleyev cədvəlindəki bu element koronavirusun dərmanıdır” başlıqlı yazımızda Dövri Sistemdən çıxarılmış “Nyutoniy” elementinin Koronovirusun dərmanı olduğunu əsaslandırmışdıq. (Bax: https://www.moderator.az/news/316701.html) Qeyd etmişdik ki, “Efir” adlanan bu elementin sirlərini dərindən bilməklə, bundan bir çox sağalmaz xəstəliklərin, o cümlədən də koronavirusun müalicəsində istifadə etmək mümkündür. Necə ki, Nikola Tesla bu sirləri kəşf etməklə, daimi işləyən mühərriki, enerjinin naqilsiz ötürülməsini ixtira etmişdi. Məqalənin yayımlanmasından sonra ünvanımıza çoxsaylı suallar gəlməkdədir. Oxucularımız soruşur ki, hansı qidalarla qidalansaq bu xəstəliyə yoluxmarıq? Maraqlıdır ki, COVİD-19-un qarşısını alan element də Dövrü Sistemdə 19 ədədi ilə nömrələnmişdir. Belə ki, Mendeleyev cədvəlinin 19-cu elementi olan Kalium orqanizmdə quruluğun qarşısını alaraq, nəmlik yaradır. Bildiyimiz kimi, koronavirusa yoluxmanın ilk əlaməti də boğazda və ağ ciyərlərdə quruluğun yaranmasıdır ki, nəticədə xəstədə quru öskürək başlayır. Ona görə də insanlar tərkibində Kalium olan qidalar qəbul etməlidirlər. Bununn üçün, məsləhət görərdik ki, indiki zamanda oxucularımız çovdar çörəyi, buğda çörəyi, qayısı, quru üzüm. yerkökü, böyürtkən, əncir, kivi, yemiş, şaftali, portağal, greyfurt, kök, kartof, balqabaq, brokoli, gül kələm, mərcimək, lobyalar, süd-qatıq (yağsız ve ya az yağlı) daha çox istifadə etsinlər. Bunların tərkibində Kalium elementi çox olduğundan və Kalium da bədəni qurumadan qoruyub, nəm saxladığından indiki dövrdə istifadə edilməsi zəruridir. Araşdırmalarımız göstərir ki, koronavirusun qarşısın alan ikinci element Flordur. Burada diqqəti cəlb edən digər məqam ondan ibarətdir ki, Florun da atom kütləsi 19(!)-dur. Bu elementin əsas funksiyası orqanizmi infeksiyalardan (!) qorumaqdır. Hesab edirik ki, indiki dövrdə insanlarımız Florla zəngin olan məhsulları da öz rasiyonlarına daxil etməlidirlər. Bu məhsullar isə, əsasən somon balığı, alma, yumurta, dəniz məhsullarıdır. Koronavirusun dərmanını axtaran alimlərə məsləhət görərdik ki, Mendeleyev cədvəlinin 19-a bağlı elementlərinə müraciət etsinlər. Hazırda xəstəxanalarda müalicə alan xəstələrə tərkibində Kalium və Flor olan preparatlar tətbiq edilməlidir. Söz ardı: koronavirusun ən effektli müalicəsi isə, ötən yazımızda qeyd etdiyimiz kimi, Mendeleyev cədvəlindən çıxarılan Efir enerjisidir ki, onu da seanslarla ötürürük. Bu element Dövri Sistemdən çıxarıldığına görə koronavirusun dərmanı tapılmır... Bu gün bəşəriyyətin başı üzərində koronavirus adlı bir kabus dolaşmaqdadır. Tibb elmi insanları bu kabusdan qorumaqda aciz qalıb. Doğurdanmı, bu xəstəliyin dərmanı yoxdur? Araşdırmalarımız göstərir ki, Mendeleyev sağ olarkən onun tərtib etdiyi Elementlərin Dövrü Sistemində “Nyutoniy” adlı element olmuşdur. Bu element bir çox sağalmaz xəstəliklərin, o cümlədən də koronavirusun dərmanıdır. Sübut üçün kitabxanaların fondunda olan 1906 ci ildə nəşr olunan “Kimyanın əsasları” kitabında (8-ci nəşr) Mendeleyevin əsl cədvəlinə baxmaq kifayətdir. Həmin cədvəldə sıfır qurupu vardır və bu qurupda yeganə element “Nyutoniy”dir. Kimyəvi işarəsi “X” olan bu element cədvəlin yuxarı sol küncündə yerləşirdi. Bu maddəyə "Dünya efiri" də deyirdilər. Cəvəldə “Efir” “Hidrogen”dən əvvəl yazılmışdı, sıfır qrupuna, sıfır sırasına daxil edilmiş yeganə element idi. Atom çəkisi 0,4 olan bu element əsl enerji daşıyıcısıdır. “Efir”in hissələri atomları, molekulları formalaşdırır, amma, kimyəvi reaksiyalarda iştirak etmir. Efir - maddənin bir hissəsidir (belə deyək ki, ruhudur, enerjisidir). 1906 ci ildə nəşr olunan “Kimyanın əsasları” kitabının 8-ci nəşrində Mendeleyev cədvəli Mendeleyevin vəfatindan (1907) sonra, bəşəriyyətin tərəqqisini istəməyən qüvvələr cədvəl üzərində dəyişiklik edib, “Efir” elementini oradan xaric etdilər və “sıfır” qrupunu ləgv etdilər. Beləliklə də, bir çox sirləri qizlətmiş oldular. Ona görə də müasir cədvəldə “Efir” görsənmir. Çünkü “0” qrupu mövcud deyil. Bu cür saxtalaşdırma kimya, fizika, biologiya və tibb elmlərinin gələcək inkişafına zərbə vurmaqla, sivilizasiyanın tərəqqisini dayandırdı. Hazırda məktəblərdə və Ali təhsil müəssisələrində Mendeleyev cədvəli tamamlanmamış, yarımçıq tədris olunur ki, bu da açıq saxtakarlıqdan başqa bir şey deyildir. Böyük alim Nikola Tesla (1856 – 1943) “Efir”dən energi alınmasının mümkünlüyünü sübut etdi. Alim bu elementin sirrini bilməklə, daimi işləyən mühərrik yaratdı. Daha sonra, enerjinin naqilsiz paylanmasını kəşf etdi. Bu da onun karyerasının sonunu gətirdi: hoteldə qaldığı otaqda müəmmalı şəraitdə ölü tapıldı. Dərhal onun otağından bütün əlyazmalarını, elmi işlərini kəşfiyyat xidməti yoxa çıxardı. Oxucuda sual yaranacaq ki, “Efir” elementi və onun faydaları bəşəriyyətdən niyə belə ciddi-cəhdlə gizlədilir? Səbəb budur ki, element Kainatın enerjisini, ruhunu təşkil edir. “Efir”in varlığını, onun sirrini bilmədən Kaninatın, yaradılışın dərki mümkünsüzdür. Bu gün bəşəriyyəti istismar edən böyük güclərə insanların dərrakəli olması maraqlı deyil (ağıllı, dərrakəli insanı istismar etmək çətindir). Həmçinin, daimi işləyən mühərriklərin həyata tətbiq edilməsi enerji resurslarına nəzarət edən mafiyaların marağına uyğun deyildir. Eləcə də bütün xəstəlikləri bu elementin vasitəsi il dərmansız sağaltmaq dərman istehsalı ilə məşğul olan böyük şirkətlərə sərf etmir. “Efir” enerjisi bütün xəstəliklərin dərmanıdır Mendeleyevin ölümündən sonra Elementlərin Dövri Sistemindən “Efir”in çıxarılması kimya, fizika və biologiya elmlərinin inkişafının qarşısını aldığı kimi, tibb elminə də zərbə vurdu. Tibb elmi, adını çəkdiyim elmlərə bağlı olduğundan, onlar kimi, yarımçıq qaldı. Təcrübəmiz göstərir ki, “Efir” elementinin sirlərini dərindən bilməklə, bundan bir çox sağalmaz xəstəliklərin, o cümlədən də koronavirusun müalicəsində istifadə etmək mümkündür. Necə ki, Nikola Tesla bu sirləri kəşf etməklə, daimi işləyən mühəriki, enerjinin naqilsiz ötürülməsini ixtira etmişdi (təəssüf ki, bütün bunlar bəşəriyyətdən gizlədildi). Qeyd edək ki, neçə illərdir bizim tətbiq etdiyimiz müalicə metodu da məhz bu sirlərə əsaslanır. Artıq xərçəng xəstəliyindən əziyyət çəkən onlarla xəstəni bu elemntlə sağaltmışıq və sağalan xəstələr bu barədə hətda kitab da yazıblar (“Xərçəngdən belə qurtuldum” Zərdabi nəşriyyatı, 2019). Bu elementi müalicəyə tətbiq etmək üçün müəyyən sirləri bilmək lazımdır. Biz bu sirlərə uzun araşdırmalardan, tədqiqatlardan sonra vaqif olduq. Elə bu səbəbdəndir ki, tibb elminin müalicəsiz hesab etdiyi bir çox xəstəlikləri heç bir dərman tətbiq etmədən, “Efir” enerjisi ilə müalicə edirik. Məsələn: bütün növ qorxular, fobiyalar, depressiyalar, həzm sistemi xəstəlikləri, zərərli vərdişlərdən (narkomaniya, alkoqolizm və s.) xilas olmaq, uroloji xəstəliklər, autizm, onurğa xəstəlikləri, cinsi disfunksiyalar, hormon pozğunluqları, nevrozlar, sinir sistemi xəstəlikləri, yuxusuzluq, parkinson, şizofreniya, miqren, zob, mielit, masteniya, dağınıq skleroz, dəmirov və s. dəri zöhrəvi xəstəlikləri, sonsuzluq, kista, mioma, fibroma, xərçəng və s xəstəlikləri indiyədək bu elementin köməyi ilə uğurla müalicə edirik. Bir daha vurğulamaq istəyirəm ki, Efir enerjisini koronavirusun da müalicəsinə tətbiq edib, xəstəliyi sağaltmaq mümkündür. Bunun üçün xəstəxanada müalicə alan xəstələrlə bizim aramızda videobağlantı yaratmaq kifayətdir. Ötürdüyümüz enerji dalğaları ilə neqativ enerji olan bu virusu asanlıqla yox etmək mümkündür. İnanıram ki, bir gün gələcək, insanlar bütün xəstəliklərin, o cümlədən də koronovirus kimi qorxulu virusların müalicəsində bu elementdən istifadə edəcəklər. Paşa Yaqub, Psixoterapevt, elmi-lədun bilicisi "Vİrus bİtəndən sonra bəşərİyyətİn kamİllİk dövrü başlayacaq və İnsanlar fİravan yaşayacaq"3/22/2020 XXI əsrin 2-ci (!) Qurban bayramı günü - 22. 02. 2002-ci il tarixdə vəhy yolu ilə mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur. Kitabı açıb gördüm ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir: “Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz” Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə. Allahın verdiyi dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür.) bitəcəyini bildiyimdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdim (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). Nəhayət, 22 iyunda Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu. 22 (!) təkandandan ibarət olan həmin zəlzələ nəticəsində bir çox şəhər və kəndlər Yer üzündən silindi, yüz minnlərlə insan həyatın itirdi. Ondan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin davamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik. 22 iyunla (2002) bağlı verdiyimiz xəbərin ALLAHDAN olduğunu sübut etmək üçün daha bir neçə dəlil gətirək: 1) Elm əsrinin birinci Qurban bayramının 286-cı günü - 14 dekabr 2001-ci il tarixdə Günəş tutuldu; 2) Əsrin ikinci Qurban bayramının 286-cı günü - 4 dekabr 2002-ci il tarixdə Günəş tutuldu; 3) 21-ci əsrin üçüncü Qurban bayramının 286-cı günü - 24 noyabr 2003-ci il tarixlərdə Günəş tutuldu. 4) Həmçinin, 22 iyun 2oo2-ci il tarixinin (cəzanın başlanğıc gününün) 286-cı günü - 3 aprel 2003-cü il tarixdə də Günəş tutulub. Bu faktlar 22 iyun tarixinin də Qurban bayramları (tövbə günləri) ilə eyni statusa malik olmasını və qəzetdə elan etdiyimiz xəbərin (vəhyin) doğruluğunu sübut edir. Onu da əlavə edim ki, 2-ci Qurban bayramı günü verilmiş dörd aylıq möhlət başa çatan gün - 24 iyunda (bayram üç gün olduğundan, möhlət də üç günə bitir) Ay tutulması baş verdi. (Bir daha xatırladım ki, 286 ədədi Kəbədə saxlanan orjinal Quranın səhifələrinin sayı olmaqla, Quranın şifrəsi sayılır). Elmi-lədun hesablamalarımız göstərir ki, 2002-ci ilin 22 iyunundan başlanan Yer kürəsinin təmizlənmə prosesi bu gün də davam etməkdədir və dünyada baş verən böyük zəlzələlər, təyyarə qəzaları, korono virus kimi yolxucu xəstəliklər bu prosesin tərkib hissəsi olmaqla, yolun azmış insanlara və onların zalım rəhbərlərinə xəbərdarlıq məqsədi daşıyır. Amma, çox təəssüf ki, bəşəriyyət, o cümlədən də Azərbaycan insanı baş verənlərdən düzgün nəticə çıxarmır. Hələ də biri-birinə qarşı zülm və haqsızlığı davam etdirirlər. Haqsızlıq təkcə yuxarı təbəqələrdə deyil, millətin aşağı zümrəsi də biri-birinə güzəştə getmək istəmirlər. Misal üçün, karantin elan edildikdən sonra mağaza və obyektlərin işi tmamən, yaxud, qismən dayanmasına baxmayaraq, obyekti icarəyə verənlərin çoxu icarə haqqını qabaqcadan, həm də yüz faiz ödəməyi tələb edirlər. Həmçinin, ev kirayə verənlər də kirayəşinin karantinlə əlaqədar evdə bekar oturmasını nəzərə almayaraq, kirayə haqqını qabaqcadan, həm də yüz faiz ödəməyi tələb edirlər. Neçə ildir tanıdıqları adamlara güzəştə getmirlər. Halbuki, mənəvi dəyərlər tələb edir ki, belə hallarda insanlar biri-birlərinə güzəşt edərək, heç olmasa almalı olduqarı pulun yarısını indi alıb, yarısını da karantin bitəndən sonra alsınlar... Bu misalı təsədafüfən çəkmədim; mənə məlumdur ki, 2oo2-ci ilin iyunundan etibarən glən bəlalar insanların bu cür qəddarlıqlarının, qeyri-sağlam həyat tərzinin, zülmün cavabıdır. Artıq ən kəskin fazaya daxil olub. Həndəsi silsilə ilə yayılan yolxucu virusun qarşısını tək spirtlənməklə alınacağını düşünənlər yanılırlar. Əxlaqımızı, əməllərimizi və insafımızı sahmana salmalıyıq! Belə etməsək, virusdan sonra digər ağlasığmaz bəlalar gələcəkdir... Yuxarıda qeyd etdiyim kimi, hazırda Yerin zülm və haqsızlıqdan təmizlənmə prosesi gedir. Bildiyim qədərində 2o2o-ci ilin sonlarına qədər təmizlənmə prosesi başa çatacaq. Bu prosesdən 21 faiz əhali sağ çıxacaqdır. Bundan sonra bəşəriyyətin kamillik dövrü başlayacaq və qalan əhali firavan yaşayacaqdır. İndiki prosesdən salamat çıxmaq istəyənlər tabeçiliyində olanların haqqını tapdalamamalı, özündən aslı olanlara, borclu olanlara mümkün qədər güzəştə getməli, yetim uşaqları doyuzdurmalı, sağlam həyat tərzi keçirməlidirlər. Əks halda əlləri dezinfeksiya etməyin heç bir faydası olmayacaq (öncə mənəviyyat “dezinfeksiya” olmalıdır). Söz ardı: yazıdakı 2 rəqəmlərini təsadüfən seçdirmədim. Quranda təsvir edilən qövmlərin cəzalanma səhnələri 2-ci dəfə yaşanmaqdadır. Həmin dövrlərdə əhalinin az hissəsi sağ çıxdığı kimi, indi də az hissə (bəşəri dəyərlərə təslim olanlar) növbəti dövrə keçəcəklər. Allah-təala belə buyurur: “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Biz Nuhdan sonra neçə-neçə ümmətləri məhv etdik. Rəbbinin öz qullarının günahlarını bilməsi, görməsi onlara cəza vermək üçün kifayət edər”. “Quran”, 17:16-17 "Günəşi işıqlı, Ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, Ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı... !" “Yunis” surəsi, 5. Ayədən göründüyü kimi, Allah-təala Günəşi və Ayı yaradıb ki, insanlar illərin, ayların sayını, hesabını bilsinlər. İnsanların şüuru, elmi artdıqca əvvəlcə Ayın günəş sistemində hərəkətinə uyğun olaraq Ay təqvimini (355 gün) yaratdılar. Elm bir qədər də inkişaf etdikdən sonra Yerin Günəş ətrafında illik dövr etməsinə uyğun olaraq Günəş təqvimi (365 gün) kəşf edildi. Odur ki, inamsız insanlar bu təqvimlərin insan beyninin məhsulu olduğunu (Allaha aid olmadığını) iddia etməkdədirlər. Elmi-lədun araşdırmalarımız göstərir ki, hər iki təqvim insan ağlının məhsulu olsa da, Allah Öz kodlaşdırılmış “möhür”ünü onların üzərinə vurmuşdur. Bununla da ağıl sahiblərinə sübut etmişdir ki, hər iki təqvimi yaradan Alim, bunu Allahın elmi və iradəsi ilə, Onun nəzarəti (izni) altında yaratmışdır! Bunu sübut edən hesablamaları moderator.az saytının oxucularına təqdim edirik. Bildiyimiz kimi, “Quran”-ın orjinalı 286 (!) səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələri ingilislərin ideoloji nəzarətinə keçənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 (!) səhifəyə yerləşdirilib. XVIII əsrdən sonra çap olunan “Quran”ların mətnində dəyişiklik edilməsə də, kağız formatı dəyişdirildiyindən səhifələrin sayı artdı. Odur ki, elmi-ləduna görə 286 ədədi ALLAHIN kodlaşdırılmış “möhürü” olaraq qəbul edilir. Araşdırmalarımız göstərir ki, bu “möhür” bütün dini və təqvim bayramlarının, eləcə də yaradılışın üzərinə vurulmuşdur. Bu yazımızda həmin kodları açmağa çalışacağıq. Öncə qeyd edək ki, insanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 (!) gündür. Bu da Yaradanın təqvimlər üzərinə vurduğu kodlaşdırılmış “möhür”dür. Bütün bu və ya digər hesablamalar göstərir ki, alimlər tərəfindən tərtib edilən təqvimlər əslində Allahın elmi və iradəsi ilə yaradılmışdır. Bunu sübut etmək üçün Allah Öz kodlaşdırılmış “möhür”ünü hər iki təqvim üzərinə vurmuşdur. Onu da nəzərinizə çatdırım ki, bu “möhür” “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı: Qurban və Ramazan bayramları üzərinə də vurulub. Belə ki, iki dini bayram arasında qalan günlərin sayı bir qayda olaraq (Qurban bayramından sayılmaqla) 286 (!) gündür! “Biz hər şeyi sayıb yazmışıq” (Quran, 78:29). Araşdırmalarımız göstərir ki, Allah öz kodlaşdırılmış “möhür”ünü insanın yaradılışı üzərinə də vurmuşdur. Belə ki, insan ana bətnində 286 (!) günə yaranır: cütlüklər görüşəndən sonra toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. Yeri gəlmişkən, onu da qeyd edək ki, 286 ədədi həm də “Quran”ın “İnək” sursinin ayələrinin cəmidir. Artıq elm sübut edir ki, hər bir inəyin anatomik quruluşu 286 (!) sümüyün birləşməsindən yaranıb. İnsan oğlunun elmi artdıqca, bu mesajları anlamağa başlayacaq. Anladıqca da, ya İlahi qanunauyğunluğa tabe olaraq, böhrandan xilas olacaq, ya da məhv olacaq! “Quran”da Yaradanın belə bir mesajı var: “Ey insan, göydə uçan quşu görürsənmi? Onun da ruzisini Biz veririk. Necə ki, onun ruzisini veririk, elə də sizin ruzinizi veririk”. Göydəki quşun da ruzisini verən ALLAHdan oxucularıma bu bayram günündə ruzi-bərəkət arzulayıram. Bərəkət bayramı olan Novruz bayramınız mübarək olsun! Tanınmış elmi-lədun bilicisi və psixoloq Paşa Yaqub pasiyentlərinə Moderator.az saytı vasitəsi ilə müraciət ünvanlayıb. Müraciəti oxucularımıza təqdim edirik: "Əvvəlcə qeyd edim ki, korona virus neqativ (qara) enerjinin bir forması olmaqla, ruhi varlıqdır. Virus o şəxslərə yoluxur ki, onlarda daha əvvəl neqativ enerjinin digər formaları (nəfis, bəd nəzər, magiya) olmuş olsun. Bu baxımdan mənim paiyentlərimin bu virusa yoluxma ehtimalı sıfıra bərabərdir. Çünki, mən onların xəstəliklərini sağaltmaqla yanaşı, bütün növ qara enerjilərdən təmizləyirəm. Bununla yanaşı psiyentlərimin nəzərinə çatdırıram ki, bütün növ neqativ enerjilər kimi, korona virusunu da seansla yox edə bilirəm (buna bşqaları inanmasa da, pasiyentlərim inanırlar). Odur ki, yaxınlarınızda, yaxud, tanışlarınızda virusa yoluxma halı baş verərsə (ALLAH eləsin baş verməsin), bu vaxt tibb müəssisələri ilə yanaşı, mənə də müraciət edə bilərsiniz. Bu vaxt seanslar onlayn qaydada aparılır. Qeyd edim ki, artıq neçə illərdir xaricdə olan pasiyentlərimin müxtəlif xəstəliklərini onlayn seans etməklə sağaldıram. Bu cür seansları bəşəriyyəti cənginə alan korona virusuna qarşı da etmək mümkündür. İnsanlar gələcəkdə seanslarımdan bəhrələnəcəklər. Profilaktik məqsədlə özünüzün və yaxınlarınızın şəxsi gigiyenalarınıza diqqət yetirin. Dezinfeksiya məqsədi ilə spirtlə yanaşı, alma sirkəsinə də üstünlük verin. Əllərinizi sirkəli suyla yuyun və bu suyla tez-tez qarqara edin, iyləyin. Çimdikdən sonra sirkəli suyla yaxalanın. Otaqları və əşyaları yuduğunuz suyun içərisinə alma sirkəsi əlavə edin. Hərdən bir çay qaşığı alma sirkəsini yarım stəkan suya qatıb içməyiniz məsləhətdir. Çünki, sirkə neqativ enerjiyə qarşı ən güclü vasitələrdən biridir (yuxarıda qeyd etdik ki, bu virus neqativ enerjidir). Hətta, onun iyi də neqativ enerjini qovur. Bir məqamı da vurğulayım ki, bədənində əvvəlcədən neqativ enerji (tilsim, cadu) olan adamlar alma sirkəsini içə bilmirlər. Çünki, ürəkləri bulanır. Ancaq, seans etdiyim adamlarda bu cür problem olmayacaq. Odur ki, çalışın gündə bir çay qaşığı alma sirkəsini daxilə qəbul edəsiniz. Korona vurusunun profilaktikasında tibb elminə məlum olmayan digər vasitə üzərrikdir. Çalışın gündə bir dəfə onun tüstüsünü iyləyib, həm də evinizə yayasınız. Üzərriyin müsbət təsiri xalq təbbətinə çoxdan məlumdur. Lakin, bütün bu profilaktik tədbirlər və tibbi müalicələr mənim onlayn ötürdüyüm enerji dalğalarını (Efir enerjisini) əvəz edə bilməz. Zərurət yarandıqda çalışın bu enerjidən yararlanın. Bu elmin sirlərini ALLAH bizə ona görə öyrədib ki, bu kimi bəlalar yayılanda inananları (əhalinin 29 faizini) qoruya bilək. Onu da vurğulamaq istəyirəm ki, bu cür bəlalardan qorunmaq üçün, insanlar günahlarına görə tövbə etməli, halallığa, insafa, dürüstlüyə riayət etməli, haqqa təslim olmalı, yetim uşaq qəlbi sevindirməli, tanıdığı özündən kasıb insanlara imkanı daxilində əl tutmalıdırlar... Bu kimi saleh əməllər gələn bəlalardan insanı sığortalayır. Mənə üz tutanlara həmişə olduğu kimi, ALLAHDAN sağlamlıq və bəlalardan qorunmaq arzulayıram. Söz ardı: Bayramla əlaqədar olaraq, martın 18-dən 29-dək bütün insanlar üçün konsultasiyam ödənişsizdir. Əlaqə: 050 375 30 97 Bayramlar nİyə məhz çərşənbə günlərİ qeyd edİlİr? - Allah İnsanın ruzİsİnİ həmİn gün yaradıb3/16/2020 Hələ ta qədimdən cəmiyyətimizdə çərşənbələrə və digər bu qəbildən olan bayramlara münasibət birmənalı olmayıb. Belə ki, əhalinin çox hissəsi bu tip bayramları qeyd etsə də, cəmiyyətimizin dindar kəsimi (ərəb mənbələrini oxuyanlar) bayram haqda “Quran”da xəbər verilmədiyindən, onu inkar edirlər. Bildiyimiz kimi, çərşənbələrin sayı - Su, Torpaq, Yel (hava) və Od (enerji) - olmaqla, dörddür. Elmi-lədun araşdırmalarımız göstərir ki, tariximizdən gələn bu ənənə insanın yaradılış ünsürləri ilə üst-üstə düşür. Belə ki, insan - torpaq, su, hava və ruh (enerji) olmaqla - dörd ünsürdən yaranıb. Həmçinin, təbiət də - yaz, yay, payız, qış olmaqla, dörd fəsildən ibarətdir. Eləcə də Kainatın - Şərq, Qərb, Şimal və Cənub olmaqla, dörd cəhəti var. Allah-təalanın nazil etdiyi səmavi kitabların sayı da - “Tövrat”, “Zəbur”, “İncil” və “Quran” olmaqla - dörddür. Müqəddəs “Qurani-kərim”də kainatın altı gündə (Bazar günündən başlamaqla, Cümə günü başa çatıb.) yaranması qeyd olunmuşdur. İki günə Yer, iki günə isə, insanların qidalanması üçün Yer üzərində olanlar (ruzilər) yaradılmışdır. Sonrakı iki gündə isə, göydə olanlar yaradılmışdır: “Doğrudanmı siz Yeri iki gündə (!) yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir!” “O, Yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və Allahdan ruzi istəyənlər üçün bərabər olaraq Yer əhlinin ruzisini dörd (!) gündə müəyyən etdi”. “Quran”, “Müfəssəl izah” surəsi, 9-11. Bu ayələrin mahiyyəti ilə, insanın yaradılışı və dörd çərşənbənin qeyd olunması arasında əlaqə aydın şəkildə görünür. Odur ki, bəzi dindarların Novruz bayramının dinə uyğun olmaması haqdakı fikirləri əsassızdır. Məlumdur ki, Novruzun (yeni günün) gəlişi ilə torpaqda oyanış yaranır və əkinçilər ruzi əldə etmək üçün fəaliyyətə başlayırlar. Onların fəaliyyətlərinin əsas istiqaməti TORPAQ və SUdur. Bahar fəslində əsən YEL isə, meyvə ağacları üçün rəncbər (əkinçi) rolunu oynayır. Yəni, ağacların toxumlarını kənara səpələməklə, onların tozlanmasını (mayalanaraq, ruzi verməsini) təmin edirlər. Baharın gəlişi ilə havanın hərarəti artır ki, OD da buna işarədir. Allah insanın ruzisini çərşənbə günü yaradıb Sual yaranır ki, ruzi ilə bağlı olan bu mərasimlər niyə məhz çərşənbə günləri qeyd olunur? Araşdırmalarımız göstərir ki, yuxarıdakı "Quran" ayəsi ilə hesabladıqda, ruzinin yaranması həftənin ikinci və üçüncü (çərşənbə axşamı və çərşənbə) günlərinə düşür. Odur ki, mərasimlər də bu günlərdə keçirilir. Yeri gəlmişkən, SU çərşənbəsi haqda bir qədər geniş bəhs etmək istərdik. Bildiyimiz kimi, Yerin 71 faizi sudan ibarətdir. Eyni zamanda insan orqanizminin də 71 faizinin sudan ibarət olmasını elm təsdiq etmişdir. Bu fakt insanın və Kainatın yaradılmasında necə bir İlahi qanunauyğunluğun olduğunu sübut edir. Burada diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, 71 ədədi “Quran”da da SU ilə bağlıdır. Belə ki, dəryadan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi 71-dir (!). Bütün bunlar yaradılışın necə bir nizamla və biri-birinə bağlı yaradıldığını bir daha sübut edir. Bundan ibrət alanlara salam olsun! "İndİ qara keşİşlər Azərbaycanı bürüyüblər və fİtnə-fəsad baxımından heç də ondan gerİ qalmırlar"3/10/2020 Bu günlərdə Sumqayıt şəhəri 49-cu məhəllədəki evlərin birində müəmmalı yanğınlar baş vrməsi barədə mediada videogörüntülər yayımlandı. Görüntülərdən məlum olurdu ki, bir neçə gündür evin fərqli otaqlarındakı əşyalar öz-özünə alovlanır. Hətta, vəziyyət o dərəcəyə çatıb ki, evdəki bütün əşyalar həyətə düşürülüb. Hadisənin şahidləri olan qonşuların dediyinə görə evdəki müxtəlif əşyalar öz-özündən alovlanmağa başlayır və qəribədir ki, axşam azanı veriləndə yanğınlar dayanır... Moderator.az-ın əməkdaşı bu müəmmalı hadisəni şərh etmək üçün tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaquba müraciət edib. Həkimin verdiyi şərhi oxucularımıza təqdim edirik: - Belə paranormal hal Azərbaycanda birinci dəfə deyil ki, baş verir. Bundan əvvəl də bəzi evlərdə sirli yanğınların baş verməsi haqda informasiyalar və videogörüntülər yayımışdı. Bu kimi hadisələr neqatv enerji səbəbindən də baş verə bilər, başqa səbəblər də ola bilər. Ən düzgün qərarı hadisə yerinə baxmaqla vermək olar. - Doktor, necə olur ki, neqativ enerji evə daxil olur? - Bunun çox yolları var – magik yolla qara enerjinin ötürülməsi və s. Bizim dastanlarımızda da bu mövzu öz əksini tapıb. Məsələn, götürək “Əsli-Kərəm” dastanını. Orada bəhs edilən mövzu Qara keşişin Əsliyə tilsim etməsi və toy gecəsi Kərəm Əslinin yaxasının düyməsini açarkən oradan çıxan sirli, sehirli bir odun Kərəmi yandırmasıdır. Dastan həmin magik hadisəni çatdırır bizlərə. Sumqayıtda baş verən sirli-sehirli yanğın da müxtəlif səbəblərdən baş verə bilər ki, bu səbəblərdən biri də həmin dastanda söylənən magiyadır. İndi qara keşişlər bütün Azərbaycanı bürüyüblər və fitnə-fəsad baxımından heç də ondan geri qalmırlar. - Bu cür hadisələrin qarşısını almaq mümkündürmü? - Əlbəttə mümkündür. Son vaxtlar belə sirli, paranormal hadisələrin baş verdiyi evlərə çox aparırlar məni. Hamısında da qarşısını almışam. “Quran”da elə ayələr var ki, onları insan öz enerjisi ilə birləşdirib istənilən məkana ötürəndə oradan neqativ enerji yox olur və belə paranormal hallar da baş vermir. "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi, məhəbbət və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!" Quran, 30:21 Bildiyimiz kimi, İslam dini və onun müqəddəs kitabı olan “Qurani-Kərim” qadına böyük dəyər vermişdir. Başqa səmavi kitablardan fərqli olaraq, “Quran”da qadınların adına bir çox surələr vardır. Buna misal olaraq “Qadınlar” (4), “Məryəm” (19), “İmtahana çəkilmiş qadın” (60) surələrini göstərmək olar. Həmçinin, bu müqəddəs kitabın yüzlərlə ayəsində qadınlardan, onların gözəl əxlaqından, kamil imanlarından və Allaha bağlılıqlarından, dualarının Allah dərgahında qəbul olunmasından bəhs olunur. * * * Bir qadın Həzrət Peyğəmbərimizin hüzuruna gəlib, ərinin hər gün onu döyməsindən şikayət etdi. Məhəmməd əleyhissəlam qadının ərini yanına çağırıb, nə üçün həyat yoldaşını döydüyünü soruşur. Kişi arvadının hər işinin yaxşı olduğunu, amma bir nöqsanlı vərdişini tərgitdirmək üçün onu tez-tez döysə də, bu xasiyyəti tərgidə bilmədiyini deyir. Peyğəmbərimiz bunun səbəbini belə izah etdi: - Kişi (Adəm) torpaqdan, qadın (Həvva) isə kişinin qabırğasından yaranıb. Qabırğanın bir başında olan əyrilik qadının hansısa bir xasiyyətində mütləq özünü biruzə verir və döyməklə düzəldilməsi mümkün deyildir. Sındırıb, xarab edərsən. Sən çalış bu nöqsanın üstünü örtəsən ki, kənardan görünməsin. Həzrət Peyğəmbərimizin bu nəsihətindən bütün kişilərimiz ibrət götürməlidir! Yəni, qadınlarda olan nöqsanı tez-tez onların üzünə vurmaqdansa, o nöqsanın üstünü örtmək daha fəzilətlidir. * * * Həzrət Fatimə ilə Həzrət Əli Əbinin toy günü Rəsulullah Həzrət Əlidən soruşdu: -Ey Əli! Ciyərimi yer üzündə gəzən görsən, nə edərsən? Əli əleyhissəlam: -Bilmirəm, ey Allahın Rəsulu! - deyə çaşqınlıqla cavab verdi. Allah Rəsulu sorduğu sualın cavabını belə açıqladı: - Övladlarımız bizim yer üzərində gəzən ciyərlərimizdir. Fatimə də mənim ciyərimdir. Mənim ciyərimlə necə davranarsansa Fatimə ilə də o cür davran. Peyğəmbər əfəndimiz bu tövsiyyəsini Həzrət Əlinin simasında bütün kişilərə edirdi ki, öz həyat yoldaşları ilə nəzakətlə rəftar etsinlər. Anlasınlar ki, qarşılarındakı bir atanın, bir ananın ciyərinin parçasıdır... * * * İslam tarixində bir çox kəramətli qadınlar olmuşlar ki, onlardan da biri Həzrət Rəbiədir (haqqında bir çox filimlər və kitablar yazılan bu xanım övliya VII əsrdə yaşamışdır). Onunla Həsən Bəsri (VII əsrdə yaşamış övliya) arasında baş verən bir əhvalatı oxucuların diqqətinə çatdırmaq istəyirəm. Bir gün Həsən Bəsri Fərat çayının kənarında oturan Rəbiyyəni görüncə, səccadəsini suyun üzərinə sərib: “Gəl burada iki rükət namaz qılaq” - dedi. Rəbiyyə: “Ustad, axirət əhlinə dünya bazarından bir nümunəmi göstərmək istəyirsən? O halda onun eləsini göstər ki, insan oğlu bənzərini göstərməkdə aciz qalsın” - deyə cavab verdi. Rəbiyyə daha sonra səccadəsini havaya sərdi və “Ey Həsən, sən də buraya gəl və insanların gözündən qeyb ol” - dedikdən sonra əsas söyləmək istədiyini söylədi: - Ustad, sənin etdiyini balıqlar, mənim etdiyimi isə, mələklər edər. * * * Qurani-Kərimdə Allah-təala bir neçə ləyaqətli qadını insanlara örnək göstərərək buyurur: “Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahın əzabından heç vəchlə qurtara bilmədilər. Onlara: “Başqaları ilə birlikdə siz ikiniz də Cəhənnəmə girin” - deyildi”. “Allah iman gətirənlərə isə, Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: “Ya Rəbbim! Mənim üçün Öz dərgahında - Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!" - demişdi”. “Allah mömin qadınlara həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz Cəbrayıl vasitəsi ilə libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini (şəriətini, dini hökmlərini), kitablarını təsdiq etdi və Allaha itaət edənlərdən oldu”. “Quran”, “Qadağan” surəsi, 10-11-12-ci ayələr. Göründüyü kimi, Yaradan Öz kitabında qadına böyük dəyər vermişdir. Biz də öz növbəmizdə ALLAHIN dəyər verdiyi bu gözəl məxluqları bayram münasibəti ilə təbrik edir, onlara səadət və xoşbəxtlik arzulayırıq. “Biz hər şeyi sayıb yazmışıq”. “Quran”, 78:29 Bəşəriyyəti təşvişə salan koronovirus epidemiyasının kodu “Covid-19” kimi qeyd olunub. Bu təsadüfdürmü? Həyatda təsadüf olmur. Bəs 19 ədədi nəyin rəmzidir? Əvvəlcə 19 ədədinə və onun hkmətlərinə nəzər salaq. Elmi-lədun hesablamalarımız göstərir ki, 19-cu ayə “Quran”da 82 dəfə keçir (yəni, müqəddəs kitabın cəmi səksən iki surəsində 19-cu ayə var; qalan surələrdə ayələrin sayı 19-dan azdır). Maraqlıdır ki, 82-ci (!) surə də 19 ayədir. “Quran”ın rəmzi (kodu) olan 114 ədədi cəmi üç rəqəmə bölünür ki, onlardan da biri 19-dur. 19 ədədində diqqət çəkən digər məqam, onun elmə və yradılışa bağlı olmasıdır. Belə ki, “Quran”ın ilk nazil olan surəsi (“Laxtalanmış qan”) 19 ayədən ibarət olmaqla, insana oxumağı əmr edir: “(Məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. “Laxtalanmış qan” surəsi, 1-5-ci ayələr. Göründüyü kimi, nazil olan ilk vəhy oxumağın, yaradılışı dərk etməyin vacibliyini anladır oxucuya. Həm də 19 ədədi altında anladır bunları. Bildiyimiz kimi, artıq biologiya elmi insanın (dölün) ana bətnində yaranış prosesinin laxtalanmış qandan başladığını təsdiq etmişdir. Qeyd edək ki, yaradılış (çoxalma) iki cürdür: toxumla və tozlanma ilə. Birinci hal, insanlarda və heyvanlarda, ikinci hal isə, bitkilərdə müşahidə edilməkdədir. Lakin, İsa Peyğəmbərin yaradılışı istisnalıq təşkil edir. Belə ki, o, yeganə bəşərdir ki, tozlanma (üfürmə) yolu ilə yaranmışdır. Burada diqqət çəkən ən maraqlı məqam isə, həmin hadisənin 19-cu (!) surədə (“Məryəm”) xəbər verilməsidir. Belə ki, Həzrət Məryəmin yaranması haqda Allah-təala buyurur: “Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan (bitki) kimi böyütdü...”. “Quran”, 3:37 Burada, Məryəmin fidana (bitkiyə) bənzədilməsi onun bitkilərdə olduğu kimi (tozlanma üsulu ilə) İsaya hamilə qalmasına işarə verir. Qurani-Kərimin 19-cu sursinin 19-cu (!) ayəsində Allah-təala buyurur: “(Cəbrail:) “Mən sənə ancaq təmiz (məsum) bir oğlan bağışlamaq üçün Rəbbinin göndərdiyi elçisiyəm!” - dedi”. (Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!” (Cəbrail) dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!” Bütün bunlar onu göstərir ki, 19 ədədi yaradılışa, xilaskara işarə verən bir ədəddir. Elmi-lədun hesablamalarımız göstərir ki, artıq bəşəriyyətin gözlədiyi Xilaskar cəmiyyətin içərisindədir; sadəcə, özünü biruzə vermir. Diqqətinizi “Quran”ın aşağıdakı ayəsinə cəlb etmək istəyirəm: "Biz hansı məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini müsibətə və bəlaya saldıq ki, bəlkə, (Allaha dua etməsi üçün Peyğəmbərə) yalvarıb-yaxarsınlar!" Quran, 7:94 Bəşər tarixinə nəzər saldıqda görürük ki, peyğəmbərlərin gəlişi o dövrə təsadüf edir ki, xeyirlə şər arasında balans pozulur; haqsızlıq, ədalətsizlik dünyanı bürüyür, necə deyərlər, zülm ərşə dirənir... Belə dövrlərdə meydana çıxan peyğəmbərlərdə fövqəladə qabiliyyətlər görünməyə başlayır. Məsələn, yuxarıda 19 ədədi altında bəhs etdiyimiz İsa Peyğəmbərdə fövqəladə həkimlik qabiliyyəti vardı. O, hətta, öz dövrünün həkimlərinin sağalda bilmədiyi xəstəlikləri (cüzam və s) də sağalda bildiyindən, cəmiyyət ona fövqəladə şəxs kimi baxır, və həkimlərin sağalda bilmədiyi xəstəliklərdən qurtulmaq üçün ona üz tuturdular. Bu da yuxarıda qeyd etdiyimiz 7-ci surənin 94-cü ayəsinə ("Biz hansı məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini müsibətə və bəlaya saldıq ki, bəlkə, (Allaha dua etməsi üçün Peyğəmbərə) yalvarıb-yaxarsınlar!") uyğundur... Yaşadığımız dövrdə baş verən zülm və haqsızlıqlara dərindən fikir versək, İsa Peyğəmbərin dövründən heç də geri qalmadığını, əksinə, daha da ağır formada baş verdiyini görərik. Hazırda yayılmış və tibb elmini aciz qoyan korono virusun “Covid-19” kodu ilə tanınması da bununla bağlıdır. Hsablamalarımız göstərir ki, bəşəriyyətin gözlədiyi Xilaskar armızdadır və bu sağalmaz xəstəliyin qarşısını öz fövqəladə elmi ilə alacaqdır... Ruh kompüter proqramı kimidir Elmi-lədun bilgilərimizə əsasən deyə bilərik ki, Ruh kompyuter proqramı kimidir. Ruhda sonsuz sayda funksiyalar vardır. Bunları açmaq qadağan olunduğundan, qısaca ruhun bir xüsusiyyətini izah etmək istərdik. Ruh bir missiyadır. Ruh, həm də, kompyuterə yüklənmiş proqrama bənzəyir ki, eyni proqramı iki kompyuterə yükləməklə o kompyuterləri eyniləşdirmək (eyni missiyanın daşıyıcısına çevirmək) mümkündür. Bildiyimiz kimi, kompyuter insanın “alt kopyası” olaraq yaradılıb. “Alt kopiya”ları proqramlarla eyniləşdirmək mümkün olduğu kimi, “üst kopiya”ları (insanları) da ruhlarla (missiyalarla) eyniləşdirmək mümkündür (bu barədə bundan artıq yaza bilmərik). Qısa olaraq onu bildirək ki, zühuru gözlənilən Xilaskar əslində bütün peyğəmbərlərin (o cümlədən İsanın) və imamların (o cümlədən 12-ci İmam Mehdinin) missiyasının davamçısıdır. Eyni zamanda, onların elmilə yüklənmiş olacaq. Yayılmaqda olan bəlaların (o cümlədən COVİD-19) qarşısını da məhz bu elmlə alacaqdır. Koronovirusun dərmanı Efir enerjisidir Araşdırmalarımız göstərir ki, korono virus maddi varlıq deyil, neqativ enerjidir. Bu enerjini (virusu) bədəndən Efir enerjisi vasitəsilə yox etmək mümkündür. Oxucuda sual yaranacaq ki, Efir enerjisi nədir? Qeyd edək ki, Mendeleyev sağ olarkən, onun tətərtib etdiyi Elementlərin Dövri Sistemi Cədvəlinin orjinalında “Efir” adlı element mövcud idi. 1906 ci ildə nəşr olunan “Kimyanın əsasları” kitabında (8-ci nəşr) Mendeleyevin əsl cədvəli salınmışdır. kimyəvi işarəsi “X” olan bu elementi Mendeleyev öz cəvəlində “Nyutoniy” adlandırmışdı. Cədvəlin yuxarı sol küncündə yerləşən bu maddə "Dünya efiri" idi. Cəvəldə “Efir”, “Hidrogen”dən əvvəl yazılmışdı, sıfır qrupuna, sıfır sırasına daxil edilmiş yeganə element idi. Atom çəkisi 0,4 olan bu element yer üzərində hər yerdə mövcuddur. Bu maddə əsl enerji daşıyıcısıdır. “Efir”in hissələri atomları, molekulları formalaşdırır, amma, kimyəvi reaksiyalarda iştirak etmir. Efir - maddənin bir hissəsidir (belə deyək ki, ruhudur, enerjisidir). Mendeleyevin vəfatindan (1907) sonra bəşəriyyətin tərəqqisini istəməyən qüvvələr cədvəl üzərində dəyişiklik edib, “Efir” elementini oradan xaric etdilər və 0 qrupunu ləgv etdilər. Beləliklə də, cədvəli saxtalaşdırmış oldular. Ona görə də müasir cədvəldə “Efir” görsənmir. Çünkü 0 qrupu mövcud deyil. Belə saxtalaşdırma kimya, fizika, biologiya elmlərinin gələcək inkişafına zərbə vurmaqla, sivilizasiyanın tərəqqisini dayandırdı. Hazırda məktəblərdə və Ali təhsil müəssisələrində Mendeleyev cədvəli tamamlanmamış, yarımçıq tədris olunur ki, bu da açıq saxtakarlıqdan başqa bir şey deyildir. Məhz bu yarımçıqlığın nəticəsidir ki, bu gün tibb elmi korono virusu və digər bu kimi xəstəliklr qarşısında aciz durumdadır. Elmi-lədun araşdırmalarımız göstərir ki, Mendeleyev cədvəlindən çıxarılan elementin sirlərini dərindən bilməklə, insan “Efir” elementini enerjiyə çevirib, bundan bütün xəstəliklərin, o cümlədən də korona virus COVİD-19-un müalicəsində istifadə edə bilər. Necə ki, Nikola Tesla bu sirləri kəşf etməklə, daimi işləyən mühəriki, enerjinin naqilsiz ötürülməsini ixtira etmişdi. Təcrübəmiz göstərir ki, Efir enerjisi dalğa formasında olduğu üçün, onu xəstəyə həm üzbə-üz, həm də videoseans vasitəsi ilə ötürmək mümkündür (hazırda Dünyanın müxtəlif ölkələrində olan, istənilən xəstəlikdən əziyyət çəkən pasiyentlərimi mən videoseans vasitəsi ilə sağaldıram). Odur ki, ölkəmizdə korono virusun qarşısının alınması üçün yaradılmış komissiya əgər istəyərsə, təklif etdiyimiz müalicə metodunu virusa yoluxmuş xəstələr üzərində sınaqdan çıxara bilər. Bunun üçün xəstələrlə mənim aramda videobağlantı yaradılması kifayətdir. Videoseans vasitəsi ilə Efir enerjisini dalğa şəklində xəstəyə ötürüb, onun bədənindəki virusu zərərsizləşdirə bilərəm. “Efir” elementinin sirlərindən bəşəriyyətin xeyrinə istifadə edən alimlər müəmmalı şəkildə öldürülürlər Tarixə nəzər yetirək: bir çox alimlər bu sonsuz enerji maddəsinin cəmiyyətin xeyrinə tətbiq olunma variantlarını işləyiblər. Amma, hamısının sonu faciə ilə bitib. Bəşəriyyətin tərəqqisini istəməyən qüvvələr buna imkan verməyiblər. Məsələn, böyük alim Tesla “Efir”dən energi alınmasının mümkünlüyünü sübut etdi. Alim bu elementin sirrini bilməklə, daimi işləyən mühərrik yaratdı. Daha sonra, enerjinin naqilsiz paylanmasını kəşf etdi. Bu da onun karyerasının sonunu gətirdi. Qoca vaxtı hoteldə qldığı otaqda müəmmalı şəraitdə ölü tapılır. O öləndən sonra onun otaqdan bütün əlyazmalarını, elmi işlərini kəşfiyyat xidməti (FBR) yoxa çıxardır. (Mövzunu geniş şəkildə bu linkdən oxuya bilərsiniz: https://www.moderator.az/news/216101.html ) 8 mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə pulsuz konsultasiya aksiyası keçiriləcək.
Moderator.az xəbər verir ki, aksiyanı tanınmış psixoloq Paşa Yaqub keçirəcək. Xeyriyyə aksiyası bütün yaşda olan qadınlar və onların körpə uşaqları üçün nəzərdə tutulub. Aksiyada aşağıdakı xəstəliklərdən əziyyət çəkən qadınlar pulsuz konsultasiyadan keçə biləcəklər: - Bütün növ qorxular, fobyalar; - Halüsnasiya (qarabasma); - Həzm sistemi xəstəlikləri; - Zərərli vərdişlərdən (narkomaniya, alkoqolizm və s.) xilas olmaq; - Uroloji xəstəliklər (enuroz, gecələr tez-tez sidiyə çıxma və s.); - Autizm (daun sindromu); - Epilepsiya; - Skalyoz , ostroxondroz və s. onurğa xəstəlikləri; - Təhsildə və işdə uğursuzluq; - Bütün növ depressiyalar; - Cinsi disfunksiyalar (zəiflik, həvəssizlik və s.); - Hormon pozğunluqları (oğlanın özünü qız, qızın oğlan kimi hiss etməsi və s); - Panikatak; - Sayrışan hallar nevrozu; - Sinir sistemi xəstəlikləri; - Bütün növ nevrozlar və əsəb xəstəlikləri; - Yuxusuzluq; - Parkinson xəstəliyi; - Şizofreniya; - Miqren; - Zob; - Miasteniya (əzələ zəifliyi) - Sevgisizlik, inamsızlıq; Xeyriyyə aksiyası özəl klinikalardan birində keçiriləcək. İştirak etmək istəyənlər aşağıdakı telefonla əlaqə saxlaya bilərlər: 050 375 30 97 |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |