Qurban bayramı ilə əlaqədar olaraq psixoloq və elmi-lədun bilicisi Paşa Yaqub xeyriyyə aksiyası keçirir.
Tibb elminin müalicəsiz hesab etdiyi xəstəliklərdən əziyyət çəkən adamlar, eləcə də digər xəstəliklərdən əziyyət çəkib, müalicə almağa maddi imkanı olmayan xəstələr Qurban bayramı günlərində (1-2-3 sentyabr) Paşa Yaquba müraciət edə bilərlər. Bu günlərdə imkansız adamlar üçün müayinə və müalicə ödənişsiz həyata keçiriləcək.
0 Comments
Moderator.az saytında dərc olunan “Ölüsünə ehsan vermək istəyən 12 dənə meyvə ağacı əksin” “Elmi-lədun” başlıqlı məqaləmizdən sonra ortaya belə bir sual çıxdı: bitkidən qurban olarmı? Yazını bu linkdən oxumaq olar: http://www.moderator.az/news/188818.html Niyə də olmasın? Qurana bəsirət gözü ilə nəzər salsaq, görərik ki, Qabilə bitkidən qurban vermək tapşırılır. Çünki, Habil heyvandarlıqla, Qabil isə, əkinçiliklə məşğul idi. Ataları Adəmin dili ilə Yaradan onlara tapşırdı ki, mübahisəyə son qoymaq üçün hər kəs öz məhsulundan Allah yolunda qurban versin. Burada daha bir sual yaranır: bəs niyə Habilin qurbanı qəbul oldu, Qabilinki yox? Elmi-lədun bilgilərimiz göstərir ki, Qabilin qurbanının qəbul olmamasına səbəb, onun səxavət əhli olmaması, yəni, xəsisliyi idi. Belə ki, o, bağının ancaq çürük, yararsız məhsulunu qurban vermişdi. Habil isə, heyvanlarının içərisindən ən yaxşısını, görkəmlisini qurban götürdü. Bu səbəbdən də Yaradan Qabilin qurbanını qəbul etmədi. Quranda keçən bu əhvalatdan görünür ki, əslində bitkidən də qurban olur. Sadəcə, məhsulun (meyvənin, tərəvəzin) ən keyfiyyətlisi Allah yolunda verilməlidir. Elmi-lədun bilgilərimiz əsasında deyə bilərik ki, yaxın gələcəkdə insanlar bitkilərdən verilən Qurban bayramını qeyd edəcəklər. Buna “Qansız bayram” deyiləcək. Hər il yayda qeyd ediləcək bu bayramda insanlar üç gün ərzində öz bağ-bostanlarının məhsulundan qurban olaraq paylayacaqlar. Heyvanı olmayan və yaxud heyvan almağa pulu olmayanlar, öz bağlarının meyvəsindən imkansızlara paylamaqla savaba çatacaqlar. Yaxın gələcəkdə ölülərə ehsan olaraq da meyvə ağacları əkiləcəkdir. Bütün bunlar ekalogiyaya müsbət təsir göstərməklə yanaşı, insanların qidaya, vitaminə olan təlabatını da təbii yolla ödəyəcəkdir. Həm də insanlarda yardımlaşma, paylaşma hisslərini artıracaq ki, bu da günahların yuyulmasına və savabın çoxalmasına səbəb olacaqdır. Son dövrlər ölülər üçün ehsan verilib-verilməməsi məsələsi cəmiyyətdə ən çox dartışılan mövzulardandır. Ehsan mövzusunun aktuallığını nəzərə alıb, bu barədə elmi-lədun bilgilərimizi moderator.az saytının oxucuları ilə bölüşmək qərarına gəldik. Ehsan barədə elmi-lədun yolu ilə bizə bildirilir ki, Quran oxumaq Allah dərgahında ehsan kimi qəbul olunmur. Odur ki, “üç”, “yeddi”, “qırx” adı ilə qeyd edilən Quran mərasimlərində heç bir məna yoxdur. Ölüsü üçün ehsan vermək istəyənlərə tövsiyyə olunur ki, mərhumun ehsanı üçün 12 ədəd meyvə ağacı əksinlər. Ölən adamın varisləri o ağaclara ehtiramla yanaşsınlar və qulluq etsinlər. Ağacların meyvələrini hər il yetimlərə və imkansızlara paylayıb, ölən adam üçün dua etmələrini xahiş etsinlər. Onların hər il etdikləri dualarla ölən adamın günahları ya tamam, ya da qismən bağışlanır... Ölən adam əgər çoxlu var-dövlət qoyub gedibsə, ölən günü həmin var-dövlətdən 40 yetimi doyuzdurmaq tövsiyyə olunur (və yaxud, heyvan kəsib, 40 yetimin evinə pay göndərmək olar). Mərhumun ilində isə, yeddi yetim doyuzdurmaq tövsiyyə olunur. Mərhum yuxunuza girirsə, üç yetim doyuzdurun. Söz ardı: ancaq yetimlərə (və çox yoxsullara) verilənlər Allah dərgahında ehsan olaraq qəbul edilir. Parkinson xəstəliyi bu gün bütün dünyada ən təhlükəli xəstəliklərdən biri sayılır. Bu xəstəlik hərəkət pozğunluqları qrupuna daxildir. Parkinson xəstəliyi ilkin olaraq titrəyən iflic adlandırılıb, sonradan onu kəşf edən alimin vəfatından sonra Parkinson olaraq tanınıb.
Parkinsonun dəqiq səbəbi tibb elminə məlum olmasa da, yaranmasında bir neçə faktorun rolu qeyd olunur: beyində dopamin sintez olunan bölgədə mikro infarktlar baş verir və nəticədə o bölgə nekroza uğrayır, hüceyrələr ölür, bu zaman xəstəlik baş qaldırır. Bu gün dünyada altı milyondan çox parkinson xəstəsi rəsmi qeydiyyatdadır. 65 yaşdan yuxarı olan insanlarda parkinsona daha çox rast gəlinir. Hətta çox gənc insanlarda da parkinson xəstəliyinin yaranması mümkündür. 21 yaşdan aşağı da bu xəstəlik üzə çıxa bilər. Atada, anada bu problem varsa, övladlarda da ortaya çıxma riski yüksəkdir. Xəstəliyin əlamətləri: ilkin olaraq yorğunluq, halsızlıq, mədə-bağırsaq, qəbizlik, yuxu problemləri ortaya çıxır. Ən qabarıq qeydə alınan problemlərisə, hərəkət pozğunluqlardır: Hərəkət etməyən zaman titrəmə, əldə ayaqda, ən çox əlin baş barmağında durdurula bilməyən tirəmə olur. Diqqət dağınıq olan zaman titrəmə daha da artır. Amma titrəmə halı hamıda olmaya bilər. İkinci əsas kriteriya hərəkətlərin azalmasıdır. Üz ifadələri donur, üzdə ifadə olmur, insanın güldüyü, ağladığı bilinmir. Bundan başqa, parkinson xəstələrində əzələ sərtliyi də yaranır. Bu vaxt ağrı faktoru da ortaya çıxır. Daha çox əl, qol, ayaqlarda əzələlər sərtləşir. Əzələlər o qədər sərt olur ki, onun açılması mümkün olmur və ciddi ağrı yaranır. Xəstələr bundan çox əziyyət çəkirlər. Bundan başqa, ən mühüm əlamətlərdən biri müvazinətin itməsidir Parkinson xəstələrinin demək olar ki, hamısında xəstəliyin gedişatında psixoloji problemlər də ortaya çıxır: bəzən şizofreniya əlamətlərinə bənzər əlamətlər, hallüsinasiyalar yaranır, xəstələr doğmalarını belə düşmən kimi görür, böyük qorxuları, şübhələri olur. Bunlar ciddi psixiatrik problemlərdir. Parkinson xəstələri beş il dərman müalicəsində daha yaxşı tabe olurlar. Beş ildən sonra isə dərmanların effekti azalmağa başlayır, eyni zamanda dərmanların fəsadları ortaya çıxır. Ümumiyyətlə, tibb elmində parksinson xəstəsinin tam olaraq sağalması deyilən bir anlayış yoxdur. Belə xəstələr mütləq ömür boyu nevroloqun nəzarəti altında olmalıdırlar. Parkinson xəstəliyinə elmi-lədun baxış Elmi-lədun bilicisi olaraq, bizim parkinson xəstəliyinə baxışımız və müalicəmiz tibb elmindən fərqlidir. Belə ki, elmi-lədun bilgilərimiz göstərir ki, bu xəstəlik neqativ enerjinin təsirindən yaranır. Neqativ enerji isə, magiya və yaxud gözdəki selen maddəsinin şüalanması ilə təsir edir ki, buna da el arasında bədnəzər deyilir. Əvvəlki yazılarımda qeyd etdiyim kimi, neqativ enerji kompyuterə düşən virusa bənzəyir. Bu enerji orqanizmə düşdükdə ilk növbədə beynin kapilliyar damarlarında sıxılma, daha sonra isə, quruma gedir. Nəticədə, beyində dopomin ifraz edən bölgənin fəaliyyəti pozulur. Beləliklə, parkinson xəstəliyi meydana çıxır. Yuxarıda qeyd etdik ki, parkinson xəstələrində qorxu, həyəcan və doğmalarına qarşı aqressiya müşahidə edilir. Bu kimi halların səbəbini yenə də neqativ enerjidə axtarmaq lazımdır. Bayaq, bu enerjini kompyuter virusu ilə təsadüfən müqaisə etmədim. Virus kompyuterdən müəyyən faylları sildiyi kimi, neqativ enerji (magiya) də ruhumuzda olan sevinc, fərəh, xoşbəxtlik, sevgi, məhəbbət hisslərini silir; əvəzində nifrət faylı yazır. Bunun nəticəsi olaraq, parkinson xəstəliyi olan insanda bütün yaxınlarına və doğmalarına qarşı nifrət hissi yaranır və onlara qarşı aqressiv, əsəbi davranır. Parkinson xəstələrində tez-tez hal dəyişmələri baş verir. Yəni, əhvalları gah yaxşı, gah da pis olur. Elmi-lədun bilgilərimiz göstərir ki, bu da neqativ təsirin nəticəsində baş verir. Bunun səbəbini izah etmək üçün təkrar fizikanın qanunnlarına nəzər salaq (Kainat fizikanın qanunları ilə idarə olunur). Bildiyimiz kimi, fizikada iki cür ”“ dəyişən (qalxıb-enən) və sabit (düzxətli) cərəyan mövcuddur. Bu hal enerji (ruh) daşıyıcısı olan insanda da mövcuddur. İnsanın enerjisi nə qədər ki sabitdir, onda heç bir xəstəlik (o cümlədən parkinson) baş vermir. Bəzən neqativ təsirlər nəticəsində insanın enerjisi “dəyişən cərəyan” formasına keçir. Yəni, onda tez-tez hal dəyişiklikləri baş verir. Ürəyin kardeoqrammasında olduğu kimi, insanın halı qalxıb-enir (gah yaxşı, gah pis olur). Bundan sonra insanda müxtəlif xəstəliklər, o cümlədən də parkinson yarana bilir. Elmi-lədun bilgilərimiz göstərir ki, bu əlamətlərin yaranma səbəbi yuxarıda qeyd etdiyimiz kimi, insan orqanizmindəki (ruhundakı) “sabit cərəyan”ın, “dəyişən cərəyan”a keçməsidir. Yəni, ruhda sabitliyin (“sostoyaniya”nın) pozulmasıdır ki, bu da neqativ təsirdən yaranır. Müasir psixologiya və nevrologiya elmləri ruhu bilmədiklərindən (qəbul etmədiklərindən) bütün bu əlamətləri aradan qaldırmaqda acizdirlər. Ona görə də parkinsonu sağalmayan xəstəlik hesab edirlər. Elmi-lədun bilgilərimiz və psixologiya sahəsindəki təcrübəmiz göstərir ki, parkinson xəstəliyinin müalicə seansları fizikanın qanunlarına uyğun aparılmalıdır. Yəni, bu xəstəlik fiziki qanunlarla yarandığı kimi, bu qanunlarla da aradan qaldırılır. Belə ki, virus düşən kompyuter format olunub, silinmiş fayl və proqramlar bərpa (vostonovit) olduğu kimi, insandan da neqativ enerji eləcə təmizlənir. Təcrübəmiz göstərir ki, tətbiq etdiyimiz müalicə metodları ilə parkinson xəstəliyini təzə başlayıbsa cəmi üç seansa, köhnədən yaranıbsa, yeddi seansa müalicə etmək mümkündür. Son dövrlər qızlar (qadınlar) arasıda belə bir hal geniş müşahidə olunur ki, ailə qurmaq üçün edilən təkliflərdən bir çox hallarda imtina edirlər. Hər namizəddə bir nöqsan (əslində bəhanə) tapıb, onlardan imtina edirlər. Psixoloq olaraq qəbuluma gələn qızlarda belə halları çox müşahidə etdiyimdən, bu mövzuda bəzi fikirlərimi Moderator.az saytının oxucuları ilə bölüşmək istədim. Qeyd edim ki, bu cür qızlar adətən şəxsi həyatları ilə bağlı deyil, əsasən, aşağıdakı problemlərə görə müraciət edirlər: - baş, çiyin və diz (qıç) ağrıları; - bel, fəqərə ağrıları; - qorxu, həyəcan; - əsəb; - ürək döyüntüləri; - diksinmələr; - boğulma; - arxadan izləndiyini hiss edir; - pis yuxular görür; - ağır hallarda qarabasmaları olur (boş evdə yanından kiminsə keçdiyini hiss edir); - daim qəmgin olur və özünə qapanır, evdən bayıra çıxmaq istəmir; - əks cinslə əlaqədə olmaq istəmir; - uğursuzluqları çox olur; Bu əlamətlərin bir neçəsi müşahidə olunan qız (qadın) heç vaxt evlilik təkliflərini qəbul edə bilmir. Onlara ciddi məqsədlə təkliflər gələndə də buna şübhə ilə yanaşırlar və qarşı tərəfə inanmırlar”¦ Psixoloji araşdırmalarımız və elmi-lədun bilgilərimiz göstərir ki, bu hallar neqativ təsirin əlamətləridir. Oxucuda sual yaranacaq ki, neqativ təsir necə baş verir? Nəzərinizə çatdırım ki, insan ruhuna neqativ təsir əssən bu yollarla baş verir: 1) qorxu; 2) stress; 3) bəd nəzərlər; 4) magiya. Neqativ enerjinin nə olduğunu və insana necə təsir etməsini bilmək üçün yenə də fizikanın qanunlarına və hər gün istifadə etdiyimiz kompyuterə nəzər salaq. Bildiyimiz kimi, kompyuter insanın alt kopyası olaraq yaradılıb. Deməli, kompyuterdə gedən bütün proseslər, bu və ya digər formada insanda da baş verir. Qayıdaq neqativ enerjinin nə olmasına. Bunu dərk etmək üçün, kopyuterimizə düşən virusu və onun yaratdığı fəsadları gözlərimiz önünə gətirək: kopyuterimiz donur və ondakı bir çox fayl və proqramlar silinir. Bilməliyik ki, insan qəlbində (ruhunda) olan sevinc, fərəh, xoşbəxtlik, sevgi, məhəbbət hissləri də kompyuterimizdə olan fayl və proqramlar kimidir. Virus kompyuterdən faylları sildiyi kimi, neqativ enerji də ruhumuzda olan sevinc, fərəh, xoşbəxtlik, sevgi, məhəbbət hisslərini silir; əvəzində nifrət faylı yazır. Bunun nəticəsi olaraq, depressiyaya düşən insan bütün yaxınlarına və doğmalarına nifrət etməyə başlayır və onlardan uzaqlaşmağa çalışır. Bilməliyik ki, virus kopyuterimiz üçün nədirsə, neqativ enerji də ruhumuz üçün odur. Neqativ enerji ruhda sabit halı dəyişən hala çevirir ki, nəticədə orqanizmin müxtəlif nahiyyələrində səbəbi bilinməyən ağrılar, əsəbilik, qəmginlik, özünə qapanma və s. yuxarıda sadaladığım depressiya əlamətləri və xəstəliklər yaradır. Bildiyimiz kimi, fizikada iki cür ”“ dəyişən (qalxıb-enən) və sabit (düzxətli) cərə-yan mövcuddur. Bu hal enerji (ruh) daşıyıcısı olan insanda da mövcuddur. İnsanın enerjisi nə qədər ki sabitdir, onda heç bir xəstəlik baş vermir. Bəzən neqativ təsirlər nəticəsində insanın enerjisi “dəyişən cərəyan” formasına keçir. Yəni, onda tez-tez hal dəyişiklikləri baş verir. Ürəyin kardeoqrammasında olduğu kimi, insanın halı qalxıb-enir (gah yaxşı, gah pis olur). Bundan sonra insanda yuxarıda sadaladığım əlamətlər müşahidə edilir. Belə əlamətlər olan qızlar (elə kişilər də) əks cinsə meyl etmirlər Psixoloq təcrübəmiz və elmi-lədun bilgilərimiz göstərir ki, bu əlamətlərin yaranma səbəbi yuxarıda qeyd etdiyimiz kimi, insan orqanizmindəki (ruhundakı) “sabit cərəyan”ın, “dəyişən cərəyan”a keçməsidir. Yəni, ruhda sabitliyin (“sostoyaniya”nın) pozulmasıdır ki, bu da neqativ təsirdən yaranır. Müasir psixologiya və nevrologiya elmləri ruhu bilmədiklərindən (qəbul etmədiklərindən) bütün bu əlamətləri aradan qaldırmaqda acizdirlər. Elmi-lədun bilgilərimiz və psixologiya sahəsindəki təcrübəmiz göstərir ki, yuxarıda sadalanan əlamətləri olan pasiyentlərin müalicə seansları fizikanın qanunlarına uyğun aparılır. Yəni, bu əlamətlər fiziki qanunlarla yarandığı kimi, bu qanunlarla da aradan qaldırılır. Belə ki, virus düşən kompyuter format olunub, silinmiş fayl və proqramlar bərpa (vostonovit) olduğu kimi, insandan da neqativ enerji eləcə təmizlənir. Bundan sonra yox olmuş sevgi, məhəbət və xoşbəxtlik hissləri (faylları) yenidən bərpa olunur. Bütün bunlar elmi-lədun sirlər əsasında cəmi üç seansa həyata keçirilir. Seanslar psixologiyada olduğu kimi, pasiyentdən bir neçə metr kənarda dayanaraq aparılır və təbii ki, ictimaiyyət üçün açılması məqbul olmayan müəyyən sirlər üzərində qurulur. Təcrübəmiz göstərir ki psixoterapiyanın və elmi-lədunun sirlərinə əsaslanan üç seans alan istənilən pasiyentin cəmi 21 gün müddətinə bu ağrılardan və uğursuzluqlardan qurtulması mümkündür. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |