Xəbər verildiyi kimi, bu gün (23 noyabr 2023) ölkəmizdə ölümlə nəticələnən bir neçə yanğın və ev uçması hadisəsi baş verdi. Belə ki, Dərnəgüldə taxta bazarı, Binəqədi rayonu S.S. Axundov küçəsində Ticarət Mərkəzi yandı. Daha sonra Gəncədə armatur zavodunda yanacaq çənlərində baş verən partlayışlar böyük bir ərazidə yanğına səbəb oldu. Daha sonra Bərdə rayonunda yas mərasimində evin döşəməsinin uçması ölümlə və xeyli insanın yaralanması ilə nəticələndi... Elmi-lədun hesablamalarımız göstərir ki, bütün bunlar təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir və Allahdan növbəti xəbərdarlıqdır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur. 1) Xatırladaq ki, bu ilin (Heydər ilinin) avqustun 2-də Qarabağ kanalı yarıldı və Bərdənin iki kəndi su altında qaldı. Bu gün həmin hadisənin 114-cü (!) günüdür ki, bu da Quran rəmzi (surələrin sayı) olmaqla, hadisələrin Allahdan xəbərdarlıq olması barədə söylədiyimiz fikri təsdiq edir. 2) Bu gün Sabirabad bazarının yanmasının 400-cü günüdür ki, bundan da Quranın surlərinin sayını çıxanda səhifələrinin sayı (286) qalır və hadisələrin biri-birinə bağlı olmasını, Allahdan xəbərdarlıq mesajı olmasını təsdiq edir: 400 – 114 = 286 3) Bu gün baş verən yanğın və faciyələr riyazi yolla astronomik xəbərdarlıqlara da bağlanır. Belə ki, Bu gün qanlı Ay tutulmasının (16.05.22) 555-ci günüdür ki, bu da Quranda tövbə və cəza rəmzi sayılır. 4) 01.05.2022-ci il tarixli Günəş tutulmasının isə, 572-ci günüdür ki, bundan da orjinal (Kəbədəki) Quranın səhifələrinin sayını çıxsaq, yenə də Yaradanın kodlaşdırılmış möhürü olan 286 ədədi alınır və hadisələrin Allah tərəfindən törədildiyini bir daha təsdiq edir: 572 – 286 = 286 5) Son vaxtlar ölkədə baş verən bir çox faciələr kimi, bu günkü faciəvi yanğınlar da dövlət səviyyəsində Qurana and içib, əməl olunmamasına bağlanır. Belə ki, bu gün üçüncü andiçmənin 3.684-cü günüdür ki, bundan da Quranın səhifələrinin sayını çıxsaq, tövbə və cəza rəmzi (555) alınar: 3684 – (286+286+286) - (286+286+286) - (286+286+286) = (555+555) NƏTİCƏ: bu və digər hesablamalarımz göstərir ki, bu gün baş verən faciyəvi yanğınlar ölkədə baş verən zülm və haqsızlıqlara Allahın qəzəbinin təzahürüdür. Quran sizlərə beş ildən bir yalandan and içib, sonra da xalqa zülm etmək, haqqını istəyənləri şərləyib zindanlara doldurmaq üçün göndərilməyib. Hər dəfə yazımızda qeyd edirik ki, bu xəbərdarlığa məhəl qoymasanız, daha intensiv və miqyasca daha böyük faciələrlə üz-üzə qalacaqsınız. Artıq vəziyyət göz önündədir: əvvəllər həftədə bir dəfə belə xəbərdarlıq faciəsi baş verirdisə, bu gün eyni gündə üç böyük yanğın baş verdi. Bunun üzərinə ölkə boyu yayılmış cürbə-cür yolxucu xəstəlikləri (qızılca, hepatit-A və s) də gəlsək, vəziyyətin getdikcə acınacaqlı hal aldığını görərik. Ancaq, təssüf ki, gördüklərindən çoxları ibrət almaq istəmirlər... Tərəzini düz tutun, çəkini əksiltməyin. Hesablamalarımız və elmi-lədun bilgilərimiz göstərir ki, son vaxtlar Allahdan gələn bəlaların bir çox hallarda bazarlara, ticarət mərkəzlərinə enməsi, ölkədə ticarətə qatılan haramlıqla əlaqədardır. Buna görə də bizdən özəlliklə tələb olunur ki, “Çəkidə və ölçüdə aldadanlar” (83) surəsini bir daha xalqın və rəhbərlərin nəzərinə çatdıraq: “Vay halına çəkidə və ölçüdə aldadanların!” “O kəslər ki, özləri xalqdan bir şey aldıqları zaman onu tam ölçüb alar”, “Xalq üçün bir şey ölçdükdə və çəkdikdə isə, onu əskildərlər!...” Quran, 83-cü surə, 1-3-cü ayələr. Təəssüfləndirici haldır ki, bu gün ölkə bazarlarında tərəzilərin əksəriyyəti ya düzgün çəkmir, ya da satılan mallar istehsalda və yaxud, ölçülüb, qablaşdırılarkən saxtalaşdırılır, haram qatılır, müştərilər nə yollasa (keyfiyyətdə, qatqılarda və s) aldadılır... Bütün bunlar kütləvi hal aldığından, Allahın qəzəbinə səbəb olmuş və ölkəmizin bazarlarına tez-tez bəlalar enməkdədir (yanğınlar baş verməkdədir). Baş verən bütün yanğınlar bir qayda olaraq Quran rəmzləri olan 114; 286 və 555 ədədləri altında baş verməsi bunun sübutudur. Sözümüzün Allahdan olduğunu təsddiq etmək üçün daha bir riyazi hikməti diqqətinizə çatdırırıq. Yuxarıda bəhs etdiyimiz 83-cü surə 36 ayədir. Eyni zamanda 36-cı surə (YA SİN) də 83 ayədir. Tarazlığa dəlalət edən bu hikmətin mənası odur ki, xeyirlə şər arasında tarazlığı pozmayın! Əks halda bazarlara, ticarət (həmçinin istehsal) müəssisələrinə daha çox bəlalar gələcəkdir! Zülmdən, haqsızlıq və haramçılıqdan, zinakarlıqdan əl çəkin! “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16-17 Məmləkətiniz və xanimanınız yerlə yeksan olmamış Haqqa təslim olun! Mesajları çatdırdı: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi
0 Comments
Son günlər ölkəmizdə uşaqlar arasında bir neçə yoluxucu xəstəlik kütləvi yayılmağa başlayıb. Onlardan biri Hepatit-A (sarılıq), digəri isə, qızılca xəstəliyidir. Virus xəstəliyi olan hər iki xəstəlik səbəbindən hazırda yüzlərlə uşaq xəstəxanalara yerləşdirilib. Yayılan xəbərlərdən belə məlum olur ki, bəzi uşaqlar xəstəlikləri yüngül keçirib, tez sağaldıqları halda, digərlərinin müalicəsi çox çətin gedir və ağırlaşmalar yaranır. Bu da təbii ki, valideynlərdə böyük həyəcan və təşvişə səbəb olur. Məsələ ilə əlaqədar tanınmış həkim və elmi-lədun bilicisi Paşa Yaquba müraciət etdik. Həkimin gundemxeber.az-ın əməkdaşına cavabı çox maraqlı və orjinal oldu: - Yayılan xəbərlərdən də göründüyü kimi, son aylar ölkə ərazisində Hepatit-A və qızılca virusu geniş yayılmaqdadır. Bu cür xəstələrin valideynləri bizə də müraciət edirlər. Müayinəmiz vaxtı məlum olur ki, bəzi uşaqlar həqiqətən də xəstəliyi başqalarından daha ağır keçirir və çətin sağalırlar. Bunlar əsasən anaların birinci uşaqları olurlar. Yəni, anadan ilk doğulan uşaqlar qızılca və hepatiti digərlərindən ağır keçirirlər. Bunun səbəbi həmin uşaqların neqativ enerjiyə daha çox yüklənmələri ilə əlaqədardır. -Doktor, körpə, yaxud, azyaşlı uşağa neqativ enerji necə yüklənir? - Doğurdan da maraqlı sualdır, körpəyə, azyaşlıya neqativ enerji harada və necə yüklənir? Bunun bir neçə yüklənmə yolu var ki, onlardan birincisi ana bətnidir. Əgər ana hamiləliyi gərgin, ağrılı, əsəbi, səbəbsiz ağlamalarla, stresslə, yataqda müalicə altında keçiribsə (bunlar hamısı anada olan neqativ enerjinin əlamətləridir), həmin uşaq artıq ana bətnində neqativ enerjiyə yoluxmuş olur. El arasında buna “uşaq çiləli doğulub” deyirlər. Həmin bu “çiləli doğulmuş” uşaqlarda immunitet həmişə zəif olur, tez-tez xəstələnən, tez-tez yıxılan, iştahsız və s problemli olurlar. Onlar bir qayda olaraq, bütün xəstəlikləri ağır keçirilər. Araşdırmalarımız göstərir ki, son vaxtlar yayılan qızılca və hepatiti də əsasən həmin neqativ enerji ilə doğulan birinci uşaqlar ağır keçirirlər. Neqativ enerji tək anadangəlmə olmayıb, həyatdaqazanılma da ola bilir. Bu hal əsasən baxışlardan, gözlərdəki Selen maddəsindən şüalanma ilə yüklənə bilir. Belə uşaqlarda da immun sistemi zəif olduğundan, xəstəlikləri, o cümlədən qızılca və hepatiti ağır keçirirlər, sağalma çox çətinliklə baş verir. Belə pasiyentləri müalicə edərkən, biz əvvəlcə onu neqativ enerjidən təmizləyib, sonra müalicə edirik. Bu halda müalicə effektiv olur və sağalma sürətlənir. Tibb elmi neqativ enerjini bədəndən götürə bilmədiyindən, bu cür uşaqların müalicəsində çətinlik çəkirlər və ağırlaşma baş verir. bizimyol.info Xəbər verildiyi kimi, bu gün (18 noyabrda) Səlyan rayonunda 11 nəfərin xəsarət alması ilə nəticələnən avtobus qəzası baş verdi. Elmi-lədun hesablamalarımız göstərir ki, qəza təsadüfü deyil, ciddi bir qanunauyğunluğa tabedir. Bunu sübut edən hesablamaları diqqətinizə çatdırırıq: 1) Yadınıza salaq ki, keçən ilin 15 oktyabrında Kür-Bakı su kəmərinin partlaması nəticəsində Bakı-Qazax avtomobil yolunu su basdı və ölkənin əsas nəqliyyat magistralı bir gün iflic oldu. Bu gün (Səlyanda avtobus qəzaya uğrayanda) həmin subasmanın 400-cü günü idi ki, bundan da Quran rəmzi olan 114 ədədini çıxsaq, alınan ədəd (286) müqəddəs kitabın səhifələrinin sayını göstərir və hadisənin Allah tərəfindən xəbərdarlıq mesajı olduğnu sübut edir: 400 – 114 = 286 2) Səlyanda avtobus qəzası baş verəndə 5 may tarixli Ay tutulmasının 166-cı günü idi ki, bundan da Quran rəmzini çıxsaq alınan ədəd (52) Səlyanın rəmzini göstərməklə, hadisənin bu rayonda baş verməsinin təsadüf olmadığını sübut edir: 166 – 114 = 52 3) Bugünkü avtobus qəzası dövlət səviyyəsində Qurana and içib, əməl edilməməsinə bağlanır. Belə ki, bu gün üçüncü andiçmənin 3.682-ci günüdür ki, bundan da tövbə və cəza rəmzini (555) çıxsaq, alınan ədədlər Quranın surələrinin və səhifələrinin sayını göstərir: 3682 – (555+555) – (286+286+286) - (286+286+286+286) = (114+114+114+114+114) NƏTİCƏ: Hesablamaların bəndlərini xeyli uzatmaq olardı; oxucunu yormamaq üçün bunu etmədik. Bu və digər hesablamalarımız göstərir ki, bu gün Səlyanda avtobusu qəzaya uğratmaqla Yaradan həm yolun azmış xalqa, həm də onu idarə edən zalımlar ordusuna kodlaşdırılmış mesaj verir: tövbə edib, yolunuza qayıdın; tərəzidə düz olun, biri-birinizə pislik etməyin! Allah bu Quranı sizə beş ildən bir yalandan and içmək üçün göndərməyib! Quranı və andı oyun-oyuncaq bilməyin! İçdiyiniz anda əməl edərək, ölkədə haqqı, ədaləti bərqərar edin; günahsız insanları şərləyib zindanlarda çürütməyin; insanları və dünyanı sahibsiz bilməyin! Bilin ki, hər addımınıza nəzarət edilir və hər gününüz (eləcə də Qurana and içdiyiniz günlər) hesablanır. Bəzi günlərdə xalqa, bəzi günlərdə isə, şəxsən özünüzə gələn bəlalarla sizə Allahdan xəbərdarlıqlar edilir. Yenədəmi özünüzə yığışmayacaqsınız (rəhbərlər zülümdən, xalq isə zalıma pərəstişdən, onu təbliğ etməkdən əl çəkməyəcəksiniz)? Günün birində getdiyiniz maşının bu avtobus kimi qəzaya uğramayacağından əminsinizmi? Hesablamalarımız göstərir ki, həmin qəzaya (yaxud, göydən gələn bəlaya) saylı günlər qalıb. Bəlli bir gündə Allah sizi peşman edəcək, bunu unutmayın! Etdiklərinizin cəzasını alacağınız gün çox da uzaqda deyil! Hesablamalar çox yaxını göstərir! Elə bilməyin ki, dünyanı Yaradan sizin nazınızla sonsuza qədər oynayacaqdır. Xeyr! Yenə də xeyr! Artıq bəla qapınızın kəndarındadır və siz onu öz üzərinizdə artıq hiss etməkdəsiniz! Sizi məhv edəcək həmin bəladan qurtuluş üçün tək yolunuz tövbə edib Allahdan və onun yaratdıqlarıından üzr diləmək, vurduğunuz ziyanları kompensasiya etməkdir. Belə etməsəniz az vaxtda nə zalım rəhbərlərdən, nə də ona pərəstiş edənlərdən əsər-əlamət qalacaqdır! Xəbərdarlığı çatdırdı: Dr. Paşa Yaqub – elmi-lədun bilicisi Bu gün rayonların birində hüzür məclisində iştirak edirdim. Molla Cümə namazının fəzilətlərindən danışaraq, camaatı qınadı ki, Cümə namazına gəlmirlər. Dedi namaza gəlməyib, həmin vaxtda ticarət və yaxud, başqa işlər görüb pul qazanan adama həmin pullar haramdır; gərəkdir ki, o işini buraxıb, Cümə namazına gələydi. Mollanın sözlərinə görə Şirvan şəhərində yüz on min əhali var, amma, cümə namazında yüz nəfər adam tapmaq olmur... Məclis tünlük olduğundan həmin anda mollaya cavab verə bilmədim. İstəyirəm buradan deyim, molla bilsin ki, insanlar (o cümlədən bu sətirlərin müəllifi) niyə Cümə namazına gəlmir. Əvvəla qeyd edim ki, Cümə namazının fəziləti barədə mollanın dedikləri ilə şərikəm, həqiqətən birgə dua etməkdə fayda var. Hacı axundun diqqətinə onu da çatdırmaq istəyirəm ki, Cümə namazının digər fəziləti də ondan ibarətdir ki, bu namaza rəhbərlik (imamlıq) edən şəxs namaza gələn bütün məscid əhlinin (və onlarn kəndlərindəki) problemlərini soruşub, o problemlərin həlli istiqamətində addımlar atmalıdır, cəhdlər etməlidir. Məsələn, filan kənddən gələn namaza gələn Məmmədcəfər bildirir ki, bir hektar taxıl əkmişəm, balalarımın ruzisidir, suvara bilmirəm, yazda balalarım acından öləcək. Bakıda oturub bizim kənddə beş yüz hektar torpaq alan filankəs müəllim suyun qabağını əjdaha kimi kəsib; ona deyin bizim də balalarımız var, imkan versin biz də taxılımızı suvaraq... Başqa bir kənddən gələn Qulammirzə deyir ki, heç yerdə işləyənimiz yoxdur, bir çətən külfətim acından ölür, qarınların doyuzdura bilmirəm, DSMF-na gedirəm, sosial yardım da vermirlər ki, heç yerdə işləməyənə sosial yardım verilmir (?)... Digər kənddən Cümə namazına gələn Cəfərqulu deyir ki, qonşum filankəs yalandan oğlumu şərləyərək üzünə durub tutdurmaq istəyir, məndən filan qədər pul istəyirlər... Bu minvalla Cümə namazından sonra hər bir müsəlman özünün, yaxud, yaşadığı kəndin problemlərini dilə gətirməli, məscidin rəhbəri (imamı) də həmin problemlərin səbəbkarlarına ya məktubla, ya adamlar vasitəsi ilə, ya sosial şəbəkə (mətbuat) vasitəsi ilə, ya da hüzür məclislərində o şəxslə qarşılaşarsa müraciət edib, izah etməlidir ki, etdiyi hərəkət düzgün deyil; müsəlmanları incitmək Allaha xoş getməz, bu cür günah işlərdən çəkindirmək üçün həmin günahkar şəxsi qınamalıdır, yeri gəlsə tənbeh etməlidir... Bütün bunlar fayda verməyəndə növbəti Cümə namazlarında həmin günahkar şəxslər camaat içində lənətlənməli və müsəlmanlara tövsiyyə edilməlidir ki, həmin şəxslər öləndə onun dəfnində iştirak etməyin, ona rəhmət deməyin... Belə etsələr camaat (Şirvan, yaxud digər şəhərlərin əhalisi) görər ki, axund cümə namazının bütün şərtlərinə əməl edir və xalqın pozulmuş haqqını müdafiə edir (haqqın yanındadır). Onda xalq cümə namazına axışar. Cox təssüf ki, xalq nəinki bunu görmür, gündəlik həyatında bunun tam əksini görür: bütün mollalar zalımlara (xalqı incidənlərə, haqsızlıq edənlərə) yaltaqlanır və onları təbliğ (pərəstiş) edir. Tanıdığınız mollaların sosial şəbəkə profillərinə baxın, yaxud, idarə etdikləri məclislərdə onları dinləyin, görün bircə kəlmə zülümkar həhbərlərin haqqında söz deyirlərmi, zalım olduqları üçün onları qınayırlarmı? Görməyəcəksiniz! Əksinə, mollaları həmin zalım rəhbərlərin “arxasına” girən görəcəksiz. Camaatı da qınayırlar ki, niyə gəlib bizim arxamızda dayanıb, namaz qılmırsınız? Əvvəlcə özünüz zalımın (Dəccalın) arxasından çıxın, bir yuyunub paklaşın, qüsul alın, üfunət iyiniz getsin, ondan sonra xalq gəlib sizin arxanızda dayanar. Guya xalq bilmir ki, siz haqqı desəniz, zalım rəhbərləri açıq-aşkar qınasanız sizi məsciddən iti qovan kimi qovarlar?! Bilir, ona görə də sizi heç qınamır da. Yaxşı olar ki, siz də məscidə gəlmədiyi üçün xalqı qınamayasınız . Siz mollalar hər biriniz məscidə getdiyiniz üçün dövlət büdcəsindən əməkhaqqı alırsınız. Dövlət büdcəsi də biz vətəndaşlardan toplanmış vergi əsasında formalaşır. Deməli sizin aldığınız maaşda mənim 1-2 qəpik də olsa haqqım var. Bax o haqqı mən sizə halal etmirəm. Çünki, mənim(kimilərin) pulumu alırsınız, amma, qorxunuzdan (maaşınızı kəsərlər deyə) haqqı demirsiniz. Bu azmış kimi, mənim haqqımı yeyənlərə rəğbət bəsləyirsiz, onları təbliğ edirsiniz, onlara dua edirsiniz. Sizlər faktiki olaraq Dəccalın nökərlərisiniz. Vəsiyyət edirəm ki, mən öləndə haqqı deməyə cəsarəti çatmayan molla nə mənim namazıma durmasın, nə də mənə Quran oxumasın! Mən Quransız və namazsız dəfn olunmağına razıyam, amma, hansısa yaltağın, Dəccalın nökərinin mənim cənazəmin, qəbrimin üstünə gəlməsinə razı ola bilmərəm. Ruhumu incitməyin! Paşa Yaqub həkim, elmi-lədun bilicisi “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran. 19:94
Xəbər verildiyi kimi, dünən (08.11.23) Azərbaycanın Cənub rayonlarında beş bal gücündə zəlzələ baş verdi (episentirdə 6 bal). Elmi-lədun hesablamalarımız göstərir ki, hadisə təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir və Allahdan növbəti xəbərdarlıqdır. Bunu aşağıdakı hesabamalardan görmək olur: 1) Xatırladaq ki, bu il yanvarın 28-də Naxçıvanda 5 bal zəlzələ baş verdi (episentri İran olmaqla, 6 bal). Burada diqət çəkən məqam ondan ibartdir ki, bu iki analoji hadisə arasında 286 gün fərq vardır ki, bu da orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayı olmaqla, hadisələrin Allahdan olduğunu sübut edir (286 ədədi Yaradanın rəqəmsal möhürü olaraq, bütün zəlzələlərin üzərinə “vurulur”). 2) Naxçıvanda (və İranda) daha bir zəlzələ keçən il oktyabrın 5-də baş vermişdi (5,8 bal). Maraqlıdır ki, dünən Cənub bölgəsində zəlzələ baş verəndə keçənilki zəlzələnin 400-cü günü idi. Bundan Quranın surələrinin sayını (114) çıxanda, səhifələrinin sayıı qalır və hadisnin Allahdan xəbərdarlıq mesajı olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir: 400 – 114 = 286 3) Dünən Günəş tutulmasının (01.05.22) 555-ci günü idi ki, bu da tövbə və cəza rəmzi olmaqla, tövbə etməyənlərin cəzalanacağına işarə verir. 4) Xəzərdə baş verən qəribə bir hadisəni yadınıza salmaq istəyirəm: 4 iyul 2021-ci ildə dənizdən göyə bir alov yüksəldi. Bu alov Bakıdan və ətraf rayonlardan görünsə də, nədən baş verdiyi bilinmədiyindən, gecə səhərədək sosial şəbəkələrdə Xəzərdəki neft yataqlarının bombalandığı barədə şaiyələr dolaşdı. Nəhyət, səhəri gün rəsmi qurumlar açıqlama verdilər ki, əslində həmin alov Xəzərdə baş verən vulkan püskürməsi imiş. Maraqlıdır ki, həmin vulkanla dünənki zəlzələ arasında 858 gün fərq vardır ki, bu da Yaradanın rəqəmsal möhürü (oxu:asan imzası) olan 286 ədədinin üç mislidir: 858 – 286 – 286 = 286 5) Sumqayıt yolunun üstündə olan “Evrohom” TM-in yanmasını da unutmamısınız yəqin ki (10.12.19). Dünən Cənub bölgəsində zəlzələ baş verəndə həmin yanğının 1430-cu günü idi ki, bundan da Quranın səhifəlrinin sayını çıxsaq, yenə də hadisələr üzərinə Yaradanın rəqəmsal möhürünün vurulduğunu görərik: 1430 – (286+286+286) = (286+286) NƏTİCƏ: Ölkəmizdə (həmçinin, İranda) baş verən zülm və haqsızlıqlar pik həddə çatdığından, artıq göydən (çox hissəni məhv edəcək) böyük bəlaların gəlməsi labüddür. İlahi qanunlara görə bu cür bəlalar (lokal qiyamətlər) baş verməzdən öncə mütləq yuxarıda sadaladıqlarım kimi, kiçik xəbərdarlıqlar baş verməlidir. Dünənki zəlzələ də bu qəbildən olan xəbərdarlıq mesajıdır ki, üzərindəki sirr pərdəsini Allahın elmi və izni ilə qaldırdıq, Azərbaycan xalqı və onun rəhbəri bu yazını oxuyub xəbərdar oldu. Bəşər tarixinə nəzər salsanız, Nuhun, Lutun Salehin... dövründə də bəla (lokal qiyamət) baş verməzdən öncə bu və ya digər formada xəbərdarlıqlar insanlar arasında yayılmışdı. Bu xəbərdarlığı eşidənlərdən kiçik bir hissə tövbə edib Rəbbinə dönməklə gələn bəlalardan (tufandan, daş yağmaqdan və s) xilas oldular. Çoxluq isə, məhv oldu. Tarix təkrar olunur: artıq bəşəriyyət Lut qövmündən daha həyasız, daha əxlaqsız və tərbiyəsiz olub (keçmiş insanların xəlvətdə etdiklərini indikilər utanmadan, həyasızcasına sosial şəbəkələrin canlı yayımında edirlər). İndiki rəhbərlər də öz zalımlığına, zülümkarlığına görə heç də Nəmruddan, Firondan və digərlərindən geri qalmırlar. Bunlar Dəccalın prototipləri olmaqla, Dəccalizm prinsipləri ilə zülm edirlər. Odur ki, Yaradanın səbri tükənmiş, Yeri təmizləmək barədə qərar vermişdir! Yuxarıda qeyd etdiyim kimi, böyük bəladan öncə xəbərdarlıqlar olduğu kimi, son dövrlər baş verən zəlzələlər, daşqınlar, təyyarə qəzaları... və onların Allahdan olduğunu sübut edən elmi-lədun hesablamalarla möhkəmləndirilmiş məqalələrimiz də zalım rəhbərlərə və onlara pərəstiş edənlərə xəbərdarlıq məqsədi daşıyır. “Yoxsa sizi qorxutmaq (xəbərdar etmək) üçün içərinizdən olan bir adam vasitəsi ilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə onlardan daha qüvvətli etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!” Quran, 7:69. Xəbərdarlığı şərh etdi: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi “Biz hər şeyi sayıb yazmışıq”. (Quran) Xəbər verildiyi kimi dünən (5 noyabr) Münhen-Tokio reysində uçan “A-350” təyyarəsi H.Əliyev hava limanına təcili eniş etdi. İlk baxışdan adi (sərnişinin halının kəskin pisləşməsi) görünən bu hadisənin hesablaması böyük batini mənasını ortaya qoyur. Elmi-lədun hesablamalarımız göstərir ki, hadisə təsadüfü baş verməyib, xüsusi qanunauyğunluğa tabedir. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur: 1) Xatırladaq ki, iyulun 12-də Qazaxstana məxsus “A-320” Bakıya qəza enişi etdi. Maraqlıdır ki, bu iki analoji hadisə arasında 114 (!) gün fərq vardır. Bu da Allahın elminin (Kitabının) rəmzi olduğundan, hər iki qəzanın əslində Yaradan tərəfindən bir mesaj olduğunu sübut edir. 2) Dünən Bakıya qəza enişi baş verəndə bu il yanvarın 22-də Qusarda istirahət mərkəzinin yanmasının (katejdə insanlar yandı) 286-cı günü idi ki, bu da orjinal (Kəbədə və muzeylərdə saxlanan) Quranın səhifələrinin sayı olmaqla, yenə də hadisələrin Allahın elminə (qüdrətinə) bağlı olduğunu bir daha sübut edir. 3) Elmi-lədun hesablamalarımız göstərir ki, təyyarənin üzərindəki marka (350) da təsadüfü deyildir (Quran mntiqinə görə həyatda təsadüf olmur). Yadınıza salaq ki, keçən il noyabrın 20-də Peruda “A-320” təyyarəsi qəzaya uğradı. Dünən eyni markalı təyyarə Bakıya qəza enişi edəndə Perudakı qəzanın 350-ci (!) günü idi ki, bu da təyyarənin üzərində həkk olunub. 4) Əvvəllər təhlil etdiyimiz bütün təyyarə qəzaları astronomik hadisələrlə (xəbərdarlıqlarla) bağlandığı kimi, bu qəza da Günəş tutulmasına bağlanır. Belə ki, dünən 30.04.2022-ci il tarixli Günəş tutulmasının 555-ci günü idi ki, bu da Quranda tövbə və cəza rəmzidir.... NƏTİCƏ: oxucunu yormamaq üçün hesablamaları çox uzatmırıq. Bu və digər hesablamalarımız göstərir ki, dünən Bakıya təcili eniş edən təyyarə əslində xalqa və onu idarə edənlərə Allahın mesajını çatdırırdı. Xalqa verilən mesaj budur ki, pozğun həyat tərzindən, oğurluqdan, yalandan üzə durmaqdan,biri-birlərinə pislik etməkdən, zalıma rəğbət bəsləməkdən, yaltaqlanmaqdan... çəkinsinlər; bu və digər saysız-hesabsız günahlarına görə tövbə etsinlər. Təyyarənin rəhbərlərə gətirdiyi (daha doğrusu kodlar vasitəsi ilə ötürdüyü) mesaj budur ki, göydə uçan saysız-hesabsız təyyarələrin (və onların içərisindəkilərin...) hər birinin hərəkəti Allahın nəzarətində olduğu kimi, sizin də hər bir hərəkətiniz (etdiyiniz oğurluqlar, xalqa verdiyiniz zülümlər, günahsız insanları şərləyərək zindanlara salmaqlarınız və digər saysız-hesabsız günahlaınız) Allahın nəzarətindədir və tezliklə cəzanızı alacaqsınız. Hər gün içərisində əyləncə ilə o tərəf-bu tərəfə uçduğunuz təyyarənin bir gün yuxarıdakı qəzaya uğrayanlar kimi qəzaya uğramayacağına əminsinizmi? Əmin deyilsiniz! Bəs onda nə üçün özünüzü Allah hesab edirsiniz?! Sizi yaradan, yaşadan, ruzi verən, o məqama yüksəldən Allahdan niyə qorxmursunuz?! Onun yaratdıqarına niyə bu qədər zülm edirsiniz? Zəruru qeyd: Elmi-lədun hesablamalarımız göstərir ki, yolazmış xalq və onun zalım rəhbərləri doğru yola gəlməzlərsə, yaxın bir zamanda enəcək böyük bəladan canlarını qurtara bilməyəcəklər. Ondan sonra nə zalım rəhbərdən, nə də ona pərəstiş edənlərdən əsər-əlamət qalmayacaq! Dünyanı bürüyəcək dəhşətli bəlalardan qurtulmaq istəyənlər tövbə edib, doğru yola dönsünlər və pis əməllərdən çəkinsinlər! Bəla gələn anda tövbə etməyin heç bir faydası olmayacaq! “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16-17 Mesajları şərh etdi: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |