İki gün öncə saytımızda yayımlanan “Cinlərin təsirinə məruz qalan oxucularla dialoqum” başlıqlı yazımızda toxunduğumuz məsələlər cəmiyyətdə geniş rezonans doğurdu (bir neçə sayt bu yazını təkrar yayımladı). Yazı ilə bağlı ünvanımıza çoxsaylı suallar gəlməkdədir. Oxucu marağını nəzərə alıb, həkimlik praktikamda rastlaşdığım başqa bir neçə qəribə hadisəni pasiyentlərimin razılığını alaraq (adı dəyişdirməklə) diqqətinizə çatdırıram.
Bir gün Vüsal adlı pasiyentim (ad şərtidir) qəbuluma gələrək, başına gələn qeyri-adi hadisəni danışdı. Dedi qəribə bir hadisə ilə rastlaşmışam, çox əziyyət çəkirəm, mənə kömək edə bilərsinizmi? Dedim nə məsələdir? Dedi bir qadın cin mənə ilişib, göz verib, işıq vermir. Daim yanımda gəzir, gecələr də mənimlə yatır, cinsi əlaqədə oluruq. Yanımda gəzdiyini məndən başqa heç kəs görmür. Mağazaya gedəndə mənə deyir nə istəyirsən götür, pul vermə, satıcıya de ki, ödədim, o da təsdiq edəcək ki, ödəmisən; istəsən pulun “qalığını” da ala bilərsən. Mən bunun doğruluğunu dəfələrlə yoxladım: cin yanımda olarkən, siqaret alıb, satıcıya pul vermədən dedim ki, “əllilik” vermişdim, pulun qalığını qaytar. O da siqaretin pulunu "çıxıb", "qalığını” qaytardı. Amma sonralar bu halları təkrar etməyə vicdanım yol vermədi. Gecələr məni çox yorduğuna və insan qadınlara qısqandığına görə ondan aralanmaq istəyirəm, bacarmıram, mənə kömək edin doktor. Dedim o cin qadın müğənni filankəsə bənzəyirmi? (Müəyyən səbəblərdən müğənninin adını çəkmirəm.) Dedi haradan bildiniz, yoxsa siz də görmüsüz? Dedim yox, səndən qabaq da birinə ilişmişdi; həmin adam cinin bütün əlamətlərini təsvir etdikdən sonra dedi kopya müğənni filankəsə oxşayır. Ondan yadımda qalmışdı. Gördüm sənin sadaladığın əlamətlərlə onun dedikləri üst-üstə düşür... Nə isə, bi neçə seansdan sonra qadın cin bir də Vüsalı narahat etmədi. Vüsal onu da deyirdi ki, qadın cin məni həyatdakı insan qadınlara qısqanırdı. Yəni, oğlan hansı qızla tanış olurmuşsa, cin gedib ona toxunurmuş, həmin qızlar ya ağır xəstəliyə düçar olurmuşlar, ya da başlarına pis işlər gəlirmiş... Ona görə də oğlan daha heç bir qıza yaxın durmaq istəmirmiş ki, qızlar bədbəxt olmasınlar. Yeri gəlmişkən, buna bənzər bir hadisə ilə, rayonların birində rastlaşmışdım. Qonaq qaldığım evdə ailənin gənc qıznı 20 ildən artıqdır ki, cinlər qaranlıq otaqda əsarətdə saxlayırdılar. Bu müddətdə heç kəslə təmasda olmağına icazə vermirlər. Ailə elə bilir ki, qıza vergi verirlər və nə vaxtsa, o xüsusi qabiliyyətə sahib olub, pul qazanacaq... Amma mən orada qonaq olarkən, qızın yatdığı qonşu otaqda nəyin baş verdiyini başa düşdüm və qızın halına ürəyim ağrıdı (o vaxtlar bu cür hallara müdaxilə etmək gücündə deyildim). Müqayisə üçün deyim ki, erməni əsirliyində olmaq, cinlərin əsarətində olmaqdan daha şükürlüdür... Oxşar bir hadisə Bakıda yaşayan, IX sinif şagirdi olan bir qız pasiyentimin başına gəlmişdi. Anası ilə qəbuluma gələn həmin qız mənə etiraf edəndə ki, cinlərlə cinsi əlaqədə olur və onlardan uşaq doğub, anasının gözləri bərələ qaldı və eşitdiyindən az qala şok olacaqdı. Doğulan uşağı ana (IX sinif şagirdi olan bakirə qız) görsə də, evdə ondan başqa heç kəs görmürdü. Qız deyir ki, atası hərdən uşağı gətirir, mənimlə görüşdürür. Hətta, uşağı gec görəndə ondan ötrü darıxıram. Anası qızı bir neçə dəfə seanslara gətirəndən sonra artıq həmin qız “uşağı” üçün darıxmadı və o məxluqlardan, onların mühtindən tamami ilə uzaqlaşdı... Bir vacib və gizli məqama da diqqətinizi cəlb edim ki, falçılıqla (qara magiya ilə) məşğul olanların hamısının yolu bu cür "əsirlikdən” keçir. Sonra təmasda olduqları imansız cinlər onlara zaman-zaman informasiya ötürürlər. Onlar da həmin informasiyaları yanlarına gələn adamara ötürməklə pul qazanırlar. Onu da deyim ki, onların verdikləri informasiyaların bəziləri düz olur (kartla, kofeylə, şamla baxan "şeytan”lar da belədir). Çünki, "Quran”da buyrulduğu kimi, şeytan insanları hər yerdə görə bilir və gördüklərini də əsarətdə saxladığı cadugərə xəbər verir... Bütün bunlar "İnək” surəsinin 102-103-cü ayələrində geniş izah olunduğundan bu barədə çox danışmıram. Həkim və Elmi-lədun bilicisi olaraq müşahidələrimiz göstərir ki, bu gün cəmiyyətin böyük əksəriyyəti neqativ enerjinin təsirindən əziyyət çəkirlər. Ən maraqlısı da budur ki, bu işlərin (fitnə-fəsadların) çoxunun arxasında qadınlar dayanır . Onlar bunu bəzən bilərəkdən edirlər və elə bilirlər ki, xoş bir missiya həyta keçirirlər. Belə ki, onlar xoşladıqları bir kişi ilə münasibət qurmaq istədikdə, bunu birbaşa kişiyə deməkdənsə, gedib cadugərə (falçıya) deyirlər. Kişini ələ almaq üçün falçıdan kömək istəyirlər. O da öz növbəsində bu işin onun üçün heç bir problem olmadığını, hər şeyi həll edəcəyini deyir. Və "gərəkəni yapır". Elə bütün bəlalar da bundan sonra baş verir. Soruşacaqsınız ki, nə baş verir? O baş verir ki, kişinin həyatında bütün işlər düyünə düşür: maddiyyatı azalır (və yaxud kəsilir), immuniteti zəifləyir və nəticədə tez-tez səhhəti pozulur, xəstələnir, məhəbbət hissini itirir (əks cinsə həvəsi olmur), həyat eşqi, yaşamaq həvəsi olmur, yuxuda diksinmələr, fobiyalar müşahidə edilir, qəmgin olur, özünə qapanır və s. Nəticədə, bu tilsimi elətdirən qadının bütün gözləntiləri boşa çıxır. Əvvəllər həmin kişi ilə arada bir kofe içirdilərsə, bundan sonra o da olmur. Çünki, kişidə o qədər problem yaranır, ən əsası da bütün qadınlara qarşı həvəsi elə ölür ki, nəinki, başqa qadınlarla, heç evdəki qadını ilə də normal münasibət qura bilmir. Ona görə də həkim və bilici olaraq qadınlara məsləhət görərdim ki, hansısa kişidən xoşları gəlirsə, ona eşq elan etməyi vacib bilirlərsə, bunu birbaşa etsinlər. Hansısa görücünün, falçının “köməyindən” heç vaxt istifadə etməsinlər. Bu, qanmaz uşağı kiritmək üçün əlinə qranat verməyə bənzəyir. Gec-tez həmin qranat uşağın əlində patlayıb fəsad törətdiyi kimi, magiya da insan həyatına daim neqativ enerji ötürdüyündən, gec-tez müxtəlif fəsadlar (xəstəliklər, faciələr...) törədir. Həkimlik təcrübəmdə hər gün qadınların (guya sevgidən) etdikləri tilsim səbəbindən sağalmaz xəstəliyə, depressiyaya, uğursuzluğa düçar olan neçə-neçə kişi görürəm. Onların halına ürəyim ağrıdığına görə bu yazını yazıram ki, qadınlar bu sahədə maariflənsinlər və etdiklərinin (daha doğrusu etdirdiklərinin) kişilərə necə ağır başa gəldiyini dərk etsinlər. Əziz qadınlar, bir həkim kimi sizlərə müraciət edirəm: əgər bir kişini sevirsinizsə heç vaxt ona tilsim, cadu etdirməyin! Bilməliyik ki, insanın etdiyi əməllər bir gün bumeranq kimi mütləq öz qarşısına çıxır. Odur ki, gözəl əməllərlə məşul olağın ki, qarşımıza da həmişə xeyir çıxsın! "İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu adamlar), həqiqətən nicat tapmış şəxslərdir”. "İmran ailəsi” surəsi, 104. Paşa Yaqub Həkim, Elmi-lədun bilicisi
0 Comments
"Rəbbin hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz?" “Quran”, 6:80.
Qonşuluğumda gənc və mömün bir oğlan yaşayır. Qəlbində böyük bir Allah eşqi, Peyğəmbər sevdası, İmam məhəbbəti var. Bəlkə elə bu səmimiyyətinə görədir ki, sevdiyi peyğəmbərlər, imamlar tez-tez yuxusuna girir, müəyyən təskinliklər, məsləhətlər verirlər. Bəzən müqəddəslərin üstüörtülü dediyi cümlələri başa düşməyəndə adının çəkilməsini istəməyən bu qonşum gəlib yuxusunu mənə danışır və onların mesajlarını şərh etməyi məndən xahiş edir. Bu mömin və sıxıntıda olan qonşum İmam Mehdi Əleyhissəlamı da dəfələrlə yuxuda görüb və nə vaxt zühur edəcəyini, mömünləri nə zaman xilas edəcəyini İmamdan soruşub. Hər dəfə də aldığı cavab bu olub ki, səbirli ol. Bu qonşum hər dəfə məndən soruşurdu ki, Siz də Xilaskar barədə arabir yazılar yazırsız, bilmirsiz İmam nə vaxt zühur edəcək? Hər dəfə ona izah edirdim ki, göydən kiminsə yerə enib, burada nizam yaratmasının, haqqı, ədaləti bərqərar etməsinin Quranda analoqu yoxdur. Quranda olmayan bir hal heç vaxt baş verə bilməz. Xilaskar bütün dövrlərdə olduğu kimi, indi də xalqın içərisindən çıxacaq və Yerdə sülhü, əminamanlığı, ədaləti bərqərar edəcək (təbii ki, xalqın dəstəyi ilə). Hər bir Peyğəmbər öz dövrünün imamı olduğu kimi, hər bir İmam da öz dövrünün Peyğəmbəridir (təbii ki, hər birinin öz dərəcəsi var). Peyğəmbərlik isə, bir missiya olaraq, insan yaranandan son dövrlərədək davam edib. Onların hər biri bu missiyanı özündən sonra gələnə ötürüb və ruhlar aləmində ona xeyir-dua verib. Bu missiyanın sonuncu daşıyıcısı İmam Mehdi (ona və bütün imamlara, peyğəmbərlərə Allahın salamı olsun!) olub. Bu gün Yerdə xeyirlə şər arasında tarazlıq pozulduğuna və zülm ərşə dirəndiyinə görə təbii ki, Allahın elm və missiya verdiyi bir nizamlayıcıya, qurtarıcıya ehtiyac yaranıb. Allahın izni ilə bu işi görəcək şəxsə ruhlar aləmində (İlahi sistemdə) ilk xeyir-duanı İmam Mehdi verməlidir. Bu həzrət özündən əvvəlkilərdən qəbul etdiyi missiyanı Allahın aramızdan seçdiyi şəxsə ötürüb, ona xeyir-dua verməlidir... Bu dediklərimə mömin qonşum inansa da, yenə də hiss edirdim ki, qəlbinin dərinliklərində İmam Mehdini gözləyir. Qəlbində imam sevgisinin güclü olduğunu bildiyimdən, onun fikirlərinə və gözləməsinə hörmətlə yanaşırdım. Dünən nəhayət, mömin qonşum gülər üzlə gəldi ki, doktor, mən yenə də İmam Mehdini gördüm. Amma, bu dəfə fərqli bir mənzərə idi və fərqli mesajlar verdi. Amma, yenə də mesajları tam olaraq başa düşə bilmədim. Dedim gördüklərini danış. Dedi gördüm gözəl bir yaşıllıq, təbiət qoynudur. Dünyanın hər yerindən möminlər bura toplanıb. Cəmi bir neçə yüz nəfər olarlar. (Qonşum da bunların arasında qabaq cərgədədir.) Onların dəvət olunmasında məqsəd İmam Mehdi Əleyhissəlamdan tapşırıq alacaqlarıdır. Hamı İmamı gözləyir. Nəhayət, İmam gəlib hündür bir yerdə dayanıb üzünü mömünlərə tutub, onlara Allahın Salamını çatdırdı. Möminlərə xitabən: “Ey iman gətirənlər! Sizin tapşırığınızı Allah “Cümə” surəsində verib. İndi gedin həm “Cümə” surəsinə əməl edin, həm də onu icra edin”. Sonra mən İmamdan soruşdum ki, Ya İmam, bəs mən neyniyim? Dedi sən də bu camaat kimi, həm “Cümə” sursinə əməl elə, həm də icra elə. Qonşum bu gördüklərini danışandan sonra dedi bayaqdan baxıram “Cümə” surəsinə, başa düşə bilmirəm ki, burada nəyi icra etməliyəm. Doktor, bəlkə sən mənə bir məsləhət versən? Onun söhbətini dinlədikdən sonra Quranın tərcüməsini götürüb, “Cümə” (62) surəsini təkrar bir də oxudum. Bir neçə tərcüməyə baxdıqdan sonra başa düşdüm ki, burada icra olunası ayələr 2-ci və 3-cü ayələrdir (qalan ayələrə əməl olunmalıdır). Ayələrdə deyilir: “Ümmilərə (dini bilgisi olmayanlara) özlərindən onlara Allahın ayələrini oxuyan, onları (günahdan) təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərən Odur. Həqiqətən, onlar daha əvvəl açıq-aydın bir zəlalət içində idilər”. “Allah (bu peyğəmbəri, xilaskarı) özlərindən olub hələ onlara qoşulmamış başqa kimsələrə (millətlərə) də göndərmişdir. O, qüdrətlidir, hikmət sahibidir”. “Cümə” surəsi, 2 və 3-cü ayələr. Ayələrdən görünür ki, hazırda yolun azmış, çox hissəsi demək olar heç bir dinə, kitaba tabe olmayan bəşəriyyəti günahlardan təmizləmək, zəlalətdən qurtarmaq üçün peyğəmbər təyin edilib. Lakin, burada bir nəfərin Peyğəmbər seçilməsindən söhbət getmir. Sadəcə, bu missiyanın sonuncu daşıyıcısı İmam Mehdi Əleyhissəlam olduğu üçün, o, missiyanı davam etdirməyi Yer kürəsində az sayda olan möminlərin öhdəsinə buraxır. Bu missiyanı icra etməyi onlara tapşırır. Özü isə, Haqq dərgahına qayıdır. Ola bilsin ki, gələcəkdə bu möminlərin də tapşırığı necə icra etməllərinə baxıb, içlərindən daha üstününü rəhbər seçəcəkdir. Odur ki, özünü mömin hesab edənlərin əsas vəzifələri Allahın (həm də İmam Mehdinin) tapşırığına əməl edərək, “Cümə” surəsinin 2 və 3-cü ayələrini icra etməkdir. Ayələrdən görünür ki, möminlər elmi-texniki tərəqqinin imkanlarından istifadə edərək, bu işi bütün dünyada (qeyri millətlər arasında) da icra etməlidirlər. Bəşəriyyət onlara inanıb, günahlardan təmizlənər və Allahın tövsiyyələrinə əməl edərlərsə, Yaradan onları bağışlayar və düşdükləri böhrandan onları möminlərin vasitəsi ilə xilas edər. Burada diqqət çəkən məqamlardan biri də “Cümə” surəsinin nömrəsi (62) ilə bağlıdır. Belə ki, 62 ədədi Quranda 36 dəfə keçir (qalan surələrdə ayələrin sayı 62-dən azdır). Bu fakt diqqətimizi 36-cı surə olan “YA SİN”-ə yönəldir. Yeri gəlmişkən, bir qədər də “YA SİN” surəsinin hikmətlərindən bəhs edək. Bildiyimiz kimi, Kainat fizikanın qanunları (fiziki qanunlar) ilə idarə olunur. Yəni, İlahi sistemdə enerjinin paylanması ilə, fizikada enerjinin paylanması qanunları üst-üstə düşür. Məsələn, 36-cı surə “YA SİN” adlanır. İlyas Peyğəmbərə müraciətlə müqəddəs kitabda "İlyasin" deyilməsi, bu sözün "kamil insan", "Peyğəmbər" sözünün sinonimi olduğunu deməyə əsas verir. Bildiyimiz kimi, kamil insan olan peyğəmbərlər (xilaskarlar) Allah-təala ilə bəndələri arasında enerji ötürücüsü funksiyasını yerinə yetirirlər. Fizikada isə bu funksiyanı transformatorlar yerinə yetirir. İndi onlar arasında olan riyazi oxşarlıqlara nəzər salaq. Kamil insanın anatomik quruluşunda 5 duyğu üzvü, 5 oma, 5 bel fəqərəsi; həmçinin baş-beyində 5 şöbə vardır və 5 dəfə ibadət edir. Sadaladığım 5 amili özündə cəmləşdirən kamil insanın “Quran”dakı rəmzi 36-dır (YA SIN). Maraqlıdır ki, transformatorda da 5 vəziyyət olmaqla, hər vəziyyətdə 36 (!) sarğı olur. Bildiyimiz kimi Peyğəmbərin qəbul etdiyi enerji (vəhy) gizli səs, siqnal formasında olur. O, bu siqnalı sözə ÇEVİRMƏKLƏ insanlara çatdırır. Həm də, hamısını deyil, onların şüuru səviyyəsində (həzm edə biləcəyi qədər) ötürür. Maraqlıdır ki, transformatorun da iş prinsipi eynən bu cürdür. "Transformasiya" ÇEVİRMƏ deməkdir və funksiyası mənbədən qəbul etdiyi yüksəkgərginlikli enerjini alçaqgərginlikli enerjiyə (220) çevirib mənsəbə (cihazlara) ötürməkdən ibarətdir. Bildiyimiz kimi, transformatorlar - yüksəldici və alçaldıcı olmaqla - iki qrupa bölünür. Yüksəldici transformatorların vəzifəsi qəbul etdikləri enerjini artıraraq ötürməkdən ibarətdir. Onlara nəinki cihaz birləşdirmək, heç yaxınlaşmaq da mümkün deyildir. İnsanı məsafədən vurur. Onun üçün də belə transormatorlar məhəllələrdən kənarda qoyulur və onlarla əlaqə alçaldıcı transformatorun vasitəsi ilə qurulur. İlahiyyat sistemində bunun misalı vəhy gətirən mələkdir (Həzrət Cəbraildir) ki, adi insanların onunla əlaqəsi nəinki mümkün deyildir, hətta uzaqdan belə onu görməsi ilə mələyin enerji və informasiya yükünə tab gətirə bilməz! (Xatırladım ki, Həzrət Cəbrail Peyğəmbərimizə çox vaxtı məhəllədən kənarda – Hira dağında nazil olardı.) Alçaldıcı transormatorlar isə, məhəllə (oxu: cəmiyyət) daxilində yerləşdirilməklə, yuxarıda qeyd etdiyim kimi, qəbul etdiyi yüksəkgərginlikli enerjini azaldaraq, cihazların (oxu: insanların) tutumuna uyğun – 220-yə çevirərək, ötürürlər. İlahi sistemdə bunun misalı peyğəmbərlərdir ki, qəbul etdikləri vəhyin bir hissəsini özlərində saxlamaqla , digər qismini insanların beyin tutumuna (şüur səviyyəsinə) uyğun olaraq, cəmiyyətə ötürürlər. İlahi sistemdə və fizikada enerjinin saxlanması və paylanmasındakı bənzərlik tək bunlardan ibarət deyildir. Belə ki, məişətimizdə istifadə etdiyimiz bütün cihazların üzərində bir qayda olaraq 220 ədədi həkk olunmuşdur. Maraqlıdır ki, həmin 220 ədədi enerji (ruh) daşıyıcısı olan insanın da üzərinə həkk olunmuşdur. Belə ki, hər bir insanın anatomik quruluşu 220 (!) sümüyün birləşməsindən yaranıb! Diqqətinizi başqa bir maraqlı məqama da çəlb etmək istəyirəm. Fiziklərdə belə bir haqlı sual yaranacaq ki, peyğəmbərlər (xilaskarlar) da anatomik və bioloji cəhətdən bizim kimi insanlar olduğu halda, niyə onlar mələyin informasiya və enerji yükünə tab gətirə bilir, başqa insanlar tab gətirə bilmir? Bu maraqlı sualın da cavabını yenə fizikanın qanunları ilə vermək mümkündür. Belə ki, adətən transformatorların tutumunu artırmaq üçün onu açıb, içindəki sarğıları artırmaqla (genişləndirməklə) buna nail olurlar. Kamil insanlarda da eynən bu cürdür – vəhy qəbul etməzdən öncə Allahın izni ilə onların qəlbində genişlənmə prosesi gedir. Yəni, onların enerji və informasiya götürmə qabiliyyəti artırılır. Bu barədə “Quran”ın “Açılıb genişlənmə” (94) surəsində belə deyilir: “Məgər Biz sənin köksünü açıb genişləndirmədikmi?!” 94:1. (Haşiyə: 94-cü surədə bəhs olunan açılıb genişlənmə prosesini yaşamayan adamın bunları şərh etməsi mümkünsüz olardı). Bütün bu və digər hesablamalarımız, Elmi-lədun bilgilərimiz göstərir ki, hazırda zülm və zəlalətdə olan bəşəriyyəti göydən kimsə gəlib xilas etməyəcəkdir. İnsanlar bu kimi hikmətləərdən ibrət alaraq tövbə etməli, Allahın kitabına və tapşırıqlarına əməl etməli, zalımlardan məsafə saxlamalı, xeyir əməllərlə məşğul olmalıdırlar ki, Allah da onları bağışlayıb, qurtuluşlarına qərar versin. Allahın və İmamın mesajlarını şərh etdi: Paşa Yaqub – həkim, Elmi-lədun bilicisi Bildiyimiz kimi dünən (14 fevral) Tovuz rayonundakı yarmstansiyada yanğın baş verdiyindən, rayon hələ də qaranlığa qərq olub. Quran məntiqinə görə həyatda heç bir hadisə təsadüfü baş vermədiyinə görə bu enerji böhranındakı qanunauyğunluğa birlikdə nəzər salaq.
Elmi-lədun araşdırmalarımız göstərir ki, sözügedən hadisənin sirləri rayonun rəmzi (seriyası) olan 60 ədədində gizlənib. Bunu üzə çıxarmaq üçün Quranın 60-cı (“İmtahana şəkilmiş qadın”) surəsinə nəzər salaq. Azərbaycanda zülmün ərşə dirənməsinə baxmayaraq, insanlarımız zalımlara rəğbət bəsləməkdə, onları təbliğ etməkdə, davam edirlər. Özlərini günahsız və məzlum hesab edən əhali yeri gəldi-gəlmədi zalımın qulluğunda durmağı özünə borc bildiyinə görə Allahın qəzəbinə gəlmiş, bu səbəbdən də Yaradan seriyası 60 olan Tovuzu qaranlığa qərq etməklə, bütün azərbaycan xalqına və onların başında duran zalımlara xəbərdarlıq etmişdir. Məqsəd insanların diqqətini 60-cı surəyə cəlb etməkdir: “Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar (zalımlar) sizin haqqınızı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (yurdunuzdan) çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa Mənim düşmənlərimi dost tutmayın. Siz onlarla gizlində dostluq edirsiniz (dostluq üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi (bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə (düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!” Quran, 60:1. 60-cı surənin 13 ayədən ibarət olmasını nəzərə alıb, bir qədər də 13 ədədinin hikmətlərinə nəzər salaq. Əvvəlki yazılarımızda qeyd etmişdik ki, 13 ədədi enerji (!) rəmzidir (mövzumuz da enerji böhranıdır). Yeri gəlmişkən, “Quran”ın 13-cü surəsi «Göy Gurultusu» adlanır. Göy gurultusunun enerji prosesi olduğu və həyəcan yaratdığı hamıya məlumdur. Surədə deyilir: «Göy gurultusu Onun şəninə təriflər deyir. O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən, onlara istədiyini vurar. Allahın cəzası şiddətlidir!» (13:13) Maraqlıdır ki, 13 ədədindəki hikmət kimya elmində də özünü biruzə verir. Belə ki, Mendeleyev cədvəlindəki 13-cü (!) element Alüminiumdur. Elektrik ötürmə qabiliyyəti yüksək olduğundan, 13-cü element energetika (!) sənayesinin özəyini təşkil edir. 13 rəqəmi həm “Quran”da, həm də fizikada həyəcan rəmzi sayılır (göy gurultusu insanda da həyəcan yaradır). Təsadüfi deyildir ki, hidrogen atomunun enerji qəbul etməmiş (həyəcanlanmamış) yükü 13 EV-dur. Hidrogen atomu enerji qəbul etdikdə yükü 13-dən keçir və həyəcanlanır; yükünü ötürməklə boşalır... (beləliklə, enerji axımı başlayır). İnsanlar arasında bəd xəbərin tez yayılması da həyəcanlanma ilə bağlıdır. Belə ki, bəd xəbərin enerji yükü mənfi olduğundan, onu qəbul edən insan həyəcanlanır və yükünü ötürməyə çalışır. Bu halı atomun və təbiətin həyəcanlanması (göy gurultusu) ilə müqayisə etdikdə, çox böyük oxşarlıq görünür. Həmçinin təbiət öz həyəcanını (yükünü) yağışla boşaltdığı kimi, insan da göz yaşı ilə boşaldır... Həyəcanlanma ilə bağlı diqqətinizi başqa bir maraqlı məqama da cəlb etmək istəyirəm. Yəqin çoxlarınız fikir vermiş olar: insanda həyəcan yarananda bu həyəcana ilk reaksiyanı bağırsaq verir. Yəni, bağırsaqda kəskin sancı yaranır. Biologiya elmi təsdiq etmişdir ki, hər bir insanda bağırsağın uzunluğu 13 (!) metrdir. Bütün bu sadaladığım faktlardan aydın olur ki, 13 ədədi enerji, həyəcan rəmzidir. Burada bir məqamı vurlamaq yerinə düşər ki, XXI əsr başlayandan Dünyada bir çox sirli, müəmmalı enerji qəzaları baş vermişdir. Bu qəzaların hesablamaları bir qayda olaraq 13 ədədinə bağlanır. Yəni, enerji qəzalarının 13 ədədi altında baş verdiyi məlum olur (bu, yuxrıda sadaladığım sirlərlə bağlıdır). Məsələn, götürək 2003-cü ilin 13 (!) avqustunda Amerikada (həmçinin, Meksika və Kanadada) baş verən və bir qitəni həftə ərzində qaranlığa qərq edən enerji qəzasını. Bu sirli hadisəni Elmi-lədun yolla araşdırarkən diqqətimizi çəkən ən maraqlı məqam hadisənin 13 ədədinə bağlanması oldu. Belə ki, həmin hadisə baş verən gün elm əsrinin 955-ci günü idi. Maraqlıdır ki, “Quran”ın ayələrini başdan başlayıb saydıqda 955 ci ayəsi 7-ci surənin 1-ci ayəsinə düşür: “ƏLİF, LAM, MİM, SAD” Göründüyü kimi burada həm hərflərin sayı, həm də qəzanın tarixi 13-dür. Yuxarıda 13 ədədinin “Göy gurultusu” surəsinin sıra nömrəsi olmaqla, ildırıma, enerjiyə (!) bağlı olması barədə çoxlu faktlar sadaladıq. Amerlkada baş verən enerji qəzasının baş verdiyi günün (Əsrin 955-ci günü idi.) və həmin günlə uzlaşan “Quran” ayəsinin nömrəsinin 955 olduğunu nəzərə alıb, bu ədəddən “Quran”ın surələrinin (114) və səhifələrinin (286) sayını çıxaq: 955 – 114 – 286 = 555 Alınan 555 ədədi Quranda tövbə və cəza rəmzi sayılır (555 ədədi barədə əvvəlki yazılarımızda geniş şərhlər vermişik). Əvvəlki yazılarımızda qeyd etdik ki, əsrin ikinci Qurban bayramı günü azərbaycandakı zalımların cəzalanacağı barədə vəhy qəbul edəndə, bu haqda o zamankı dövlət başçısına açıq məktub yazıb, məbuatda dərc etdirmişdim (dövlət başçısını zülmə son qoymağa çağırmışdım). Bundan sonra Azərbaycan və onun rəhbərliyi ətrafında sirli hadisələr baş verməyə başladı. Maraqlıdır ki, 13 avqustda Amerika bir həftəlik qaranlığa qərq olanda Azərbaycanın zülmə rəvac verən rəhbərliyi də oradaydı... Bu cür kodlaşdırılmış xəbrdarlıqlara məhəl qoymamağın, ibrət almamağın nəticəsidir ki, dünən Azərbaycanda 60 və 13 ədədləri altında daha bir enerji böhranı baş verdi. 13 ədədi ALLAHA işarə verir Araşdırmalarımız göstərir ki, 13 ədədi ərəbcə “Allah” sözünün yazılışına bənzəyir. Belə ki, “1” rəqəmi “Əlif”ə, 3 rəqəmini isə (çevirəndə) “lam”a bənzəməklə, ərəbcə bu ədəd “Allah” sözünün bənzəridir (bax: Allah sözünün ərəbcə yazılış formasına). 220 ədədi enerji rəmzidir Yeri gəlmişkən, enerji ilə bağlı diqqətinizi daha bir maraqlı məqama da cəlb etmək istəyirəm. Belə ki, məişətimizdə istifadə etdiyimiz və enerji ilə işləyən bütün cihazların (əşyaların) üzərində 220 ədədi yazılıb. Bu səbəbdən də 220 ədədi şüurlarda enerji rəmzi kimi qəbul edilir. Burada yadınıza salım ki, keçən ilin 10 iyul rarixində Hindistanda eyni anda 38 nəfəri ildırım (13) vuraraq öldürdü (38 ədədi barədə aşağıda danışacağıq). Maraqlıdır ki, bu ildırım faciəsindən 220 (!) gün sonra (dünən) Tovuzda enerji böhranı baş verdi. Bütün bunlar hadisələrin eyni Mərkəzdən – Allah tərəfindən törədildiyini və məqsəd insanların diqqətinin Qurana və 60-cı surəyə cəlb etmək lduğunu sübüt edir. 220 həm də insan rəmzidir Yeri gəlmişkən, onu da qeyd edək ki, enerji (ruh) daşıyıcısı olan insan anatomiyası 220 (!) sümüyün birləşməsindən yaranıb (sümüklərdən 22-si başdadır). Buradan aydın olur ki, 220 həm də insan rəmzidir. Hindistanda baş verən ildırım hadisəsində məhz 38 nəfərin ölməsi və 220 gündən sonra bunun Tovuzla əlaqələnməsi təsdüfü deyildir (həyatda təsadüf olmur). Maraqlıdır ki, Tovuzun rəmzi olan 60 ədədi Quranda məhz 38 dəfə keçir (Quranın cəmi otuz səkkiz surəsində altmışıncı ayə var). Bunu nəzərə alıb: 60 x 38 = 2280 : 114 = 20 13-cü ayə isə, Quranda 88 dəfə keçir (Quranın cəmi səksən səkkiz surəsində 13-cü ayə var). Bunların hasili isə 4-cü səmavi kitab olan Quranın səhifələrinin sayını göstərir: 13 x 88 = 1144 : 4 = 286 Bütün bunlar Tovuzda baş verən enerji böhranının Allahdan Azərbaycan xalqına bir xəbərdarlıq olduğunu və zalımlardan məsafə saxlamağın zəruriliyinə diqqəti cəlb etmək məqsədi daşıdığını sübut edir. Maraqlıdır ki, 60-cı surənin hasili bizi riyazi yolla tövbə və cəza rəmzi olan 555 ədədinin üzərinə aparır. Belə ki, 60 x 13 = 780. Quranı başdan saydıqda 780-ci ayə 5-ci surənin 111-ci ayəsinin üzərinə düşür ki, bunun da hasili cəza rəmzini göstərir: 5 x 111 = 555. Bu və digər Elmi-lədun hesablamalarımız 60 ədədi altında dünən baş verən enerji böhranının Allahdan millətimizə xəbərdarlıq olması barədə verdiyimiz xəbərin doğruluğunu təsdiq edir. Xəbərdarlığa səbəb xalqın zalımlara rəğbət bəsləməsi və onların əmrlərini can-başla yerinə yetirməsidir. Əgər insanlar bu və digər günahlardan çəkinməsələr yaxın aylarda daha böyük və ağlagəlməz bəlalarla üzləşəcəklər: “Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. Kafirlər qəbiristan əhlindən (ölülərin qiyamət günü diriləcəyindən) ümidlərini üzdükləri kimi, onlar da axirətdən (axirətdə Allahın mərhəmətindən) ümidlərini üzmüşlər!” 60-cı surə, 13-cü ayə. Söz ardı: Yerdəki saat fərqini nəzərə alsaq, 13 fevralda baş verən zəlzələ ilə Tovuzdakı enerji böhranı eyni tarixdə baş vermişdir. Odur ki, zəlzələ barədə dünənki hesablamalarımızı enerji qəzasına da aid etmək doğru olar. (Paylaşın, insanlar ibrət alsınlar) Xəbərdarlıqları şərh etdi: Paşa Yaqub – həkim, Elmi-lədun bilicisi “Siz günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?” (Quran, “Qızıl bəzəklər” surəsi, 43:5)
Xəbər verildiyi kimi dünən (13 fevral 2022) Azərbaycanın Qərb bölgəsində zəlzələ baş verdi. Episentrdə (Dmanisi rayonu) 6,2 bal olan zəlzələ ölkəmizin bir çox rayonunda da qorxu və həyəcan yaşatdı. Elmi-lədun hesablamalarımız göstərir ki, zəlzələ yolazmış millətimizə və onların zalım rəhbərlərinə Allahdan bir xəbərdarlıq idi. Bunu sübut edən hesablamaları diqqətinizə təqdim edirik. 1) Yadınıza salaq ki, bundan 400 gün qabaq – 9 yanvar 2021-ci il tarixdə Gürcüstanda 4 bal zəlzələ baş vermişdi. Həmin tarixdə İndoneziyada “Boeing-737”-nin qəzası səbəbindən 62 sərnişin dənizdə boğulmuşdu (Günəş tutulmasının 737-ci günü idi). Keçən ilin 9 yanvarında həmçinin, Pakistanda enerji böhranı baş verdiyindən ölkə qaranlığa qərq oldu. Qeyd etdiyim tarixdə Azərbaycanda (Şıxzərlidə) vulkan püskürmüşdü. Bütün bu hadisələrdən 400 gün sonra – dünən daha bir həyəcanlı hadisəni (zəlzələni) yaşadıq. Sadaladığım hadisələrin llahdan xəbərdarlıqlar olduğunu, dünənki zəlzələnin də bunların davamı olduğunu görmək üçün aradan keçən 400 gündən Quran rəmzini (114) çıxsaq, alınan 286 ədədi müqəddəs kitabın səhifələrinin sayını (kodunu) göstərir və hadisələrin Allah tərəfindən xəbərdarlıq olması barədə verdiyimiz xəbərin doğruluğunu təsdiq edir: 400 – 114 = 286 (Kəbədə və muzeylərdə saxlanan əlyazma Quran kitabları 286 səhifəyə yarləşdirilib. Son əsrlərdə Quranın sözləri dəyişməsə də formatı dəyişdiyindən səhifələrin sayı fərqlidir.) 2) 29 oktyabr 2018-ci il tarixdə İndoneziyada daha bir “Boeing-737” qəzaya uğramış, 196 sərnişin həlak olmuşdu. Maraqlıdır ki, dünən Azərbaycanda baş verən zəlzələ bu təyyarə qəzası ilə də riyazi yolla və eyni (114 və 286) rəqəmlər altında əlaqələnir. Belə ki, dünən Azərbaycanda zəlzələ baş verəndə sözügedən qəzadan 1.200 gün keçmişdi ki, bu da dördüncü səmavi kitab olan Quranın rəmzlərinin üç misidir: 1200 – (114 + 286) - (114 + 286) = (114 + 286) 3) 7 avqust 2020-ci il tarixdə daha bir “Boeing-737” təyyarəsi Hindistanda qəzaya uğradı və 17 nəfərin ölümü, 123 nəfərin yaralanması ilə nəticələndi. (Həmin tarixdə magistral qaz kəmərinin Hacıqabuldan keçən hissəsində baş verən partlayış böyük yanğına səbəb oldu.) Burada diqqət çəkən məqam ondan ibarətdir ki, dünənki zəlzələ bu hadisələrin 555-ci günü baş verdi. Əvvəl qeyd etdiyimiz kimi, 555 ədədi Quranda tövbə və cəza rəmzi sayılır. Bu kimi hadisələrlə Rəbbim biz insanlara tövbə edib doğru yola dönməyin vacibliyini anladır. 4) Dünən baş verən zəlzələ astronomik xəbərdarlıqlarla da əlaqələnir. Belə ki, dünən Günəş tutulmasının (02.07.19) 955-ci günüdür ki, bundan da Quranın rəmzini və kodunu çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınar və hadisəlrin Allahdan bir xəbərdarlıq mesajı olması barədə verdiyimiz xəbəri bir daha tsdiq edər: 955 – 114 – 286 = 555 Hesablamaları sonsuza qədər uzatmaq mümkündür. Lakin, oxucunu yormamaq üçün hesablamaları saxlayıb, hadisələrin mahiyyətinə qısaca varmaq istəyirik. Sual yaranır: niyə məhz “Boeing-737”? Niyə İndoneziya? Elmi-lədun bilgilərimizə görə İndoneziya əhalisi yaxşılıq etməyə, savab qazanmağa meyilli əhali deyil (real həyatda bu ölkənin əhalisini görməsək də, bizə çatan bilgilər belədir). Bu səbəbdən də orada zəlzələlər, təbii fəlakətlər və qəzalar başqa yerlərə nisbətən daha çox baş verir. Son dövrlər Azərbaycan əhalisi də satqınlığa, xırda mənfəətə görə yalandan kiminsə üzünə durmağa, pozğun həyat tərzinə meyl etdiyinə görə və savab işlərdən yayındığına görə artıq İndoneziya əhalisinə oxşamağa başlayır. Bu hal Allahın qəzəbinə səbəb olduğuna görə burada baş verən zəlzələlər də İndoneziyaya bağlanır. Yəni, buranı da ora kimi zəlzələlərin və qəzaların mərkəzinə çevirə bilər (əgər doğru yola dönməsək). Bəs niyə “Boeing-737” ? Quran məntiqinə görə həyatda təsadüf yoxdur. Bu yazıda 737 ədədinin üç dəfə təktrlanması diqqətimizi Quranın 737-ci ayəsinə yönəltmək üçündür. Ayədə Rəbbim buyurur: De: “Ey kitab əhli! Tövrata, İncil və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana (Qurana) düzgün əməl etmədikcə, siz (Allah yanında məqbul) heç bir şey üzərində deyilsiniz. Rəbbin tərəfindən sənə nazil edilən onlardan bir çoxunun yalnız azğınlığını və küfrünü artıracaqdır. Elə isə kafir tayfanın halına acıma! (Quranın 737-ci ayəsi. 5:68) Ayədən görünür ki, kitab verilən ümmətlərin heç biri (o cümlədən millətimizin böyük əksəriyyəti) o kitablarda yazılanlara əməl etmədiyinə görə və zülm etməkdə həddi aşdıqlarına görə Yaradan bu təyyarələri qəzaya uğradaraq, bəşəriyyətin diqqətini 737-ci (!) ayəyə yönəldib. Onu da qeyd etməliyik ki, Azərbaycan zülmün ərşə dirəndiyi, haqsızlığın tüğyan etdiyi, insanların namusuyla (!) təhdid olunduğu az sayda ölkələrdən biridir. Bildiyim qədər bu ölkəyə çox yaxın zamanda böyük bəlalar gələcək ki, bu bəlalardan da ən çox ziyan çəkən zülmün başında duranlar, insanları namusuyla təhdid edənlər və bu cür zalımlara pərəstiş edənlər olacaqlar! (Bizə çatan budur, ən doğrusunu Allah bilir.) Odur ki, ey rəhbərlər, ağlınızı başınıza yığın və zülm etməkdən çəkinin! Siz də ey özünü məzlum hesab edənlər, pozğun həyat tərzindən və zalıma pərəstiş etməkdən çəkinin ki, onlara gələcək bəla sizi tutmasın. Biri-birinizə yaxşılıq etməyə çalışın ki, bəlkə bağışlanasız. Mesajları şərh etdi: Paşa Yaqub – Həkim, Elmi-lədun bilicisi Tibb elminin müalicə olunmayan xəstəliklər siyahısına saldığı parkinson xəstəliyinin müalicəsi Azərbaycanda mümkün olub. Tibb elmində inqilabi yenilik olan bu hadisə barədə açıqlama almaq üçün əməkdaşımız parkinson xəstəliyini özünəməxsus qeyri-adi üsulla müalicə edən Azərbaycanlı həkim və Elmi-lədun bilicisi Paşa Yaqubdan və onun sağaltdığı xəstə - Ağdam rayon Şıxlar kənd sakini Oruc Quliyevdən müsahibə alıb. Həmin müsahibələri təqdim edirik. - Paşa doktor, zəhmət olmasa parkinson xəstəliyi barədə bir qədər məlumat verərdiniz. - Parkinson xəstəliyi bu gün bütün dünyada ən təhlükəli xəstəliklərdən biri sayılır. Bu xəstəlik hərəkət pozğunluqları qrupuna daxildir. Parkinson xəstəliyi ilkin olaraq titrəyən iflic adlandırılıb, sonradan onu kəşf edən alimin vəfatından sonra Parkinson olaraq tanınıb. Parkinsonun dəqiq səbəbi tibb elminə məlum olmasa da, yaranmasında bir neçə faktorun rolu qeyd olunur: beyində dopamin sintez olunan bölgədə mikro infarktlar baş verir və nəticədə o bölgə nekroza uğrayır, hüceyrələr ölür, bu zaman xəstəlik baş qaldırır. Bu gün dünyada milyonlarla insan parkinson xəstəliyindən əziyyət çəkir. 65 yaşdan yuxarı olan insanlarda parkinsona daha çox rast gəlinir. Hətta çox gənc insanlarda da bu xəstəliyinin yaranması mümkündür. 21 yaşdan aşağı da bu xəstəlik üzə çıxa bilər. Atada, anada bu problem varsa, övladlarda da ortaya çıxma riski yüksəkdir. Xəstəliyin əlamətləri: ilkin olaraq yorğunluq, halsızlıq, mədə-bağırsaq, qəbizlik, yuxu problemləri ortaya çıxır. Ən qabarıq qeydə alınan problemlərisə, hərəkət pozğunluqlardır: Hərəkət etməyən zaman titrəmə, əldə ayaqda, ən çox əlin baş barmağında durdurula bilməyən tirəmə olur. Diqqət dağınıq olan zaman titrəmə daha da artır. Amma titrəmə halı hamıda olmaya bilər. İkinci əsas kriteriya hərəkətlərin azalmasıdır. Üz ifadələri donur, üzdə ifadə olmur, insanın güldüyü, ağladığı bilinmir. Bundan başqa, parkinson xəstələrində əzələ sərtliyi də yaranır. Bu vaxt ağrı faktoru da ortaya çıxır. Daha çox əl, qol, ayaqlarda əzələlər sərtləşir. Əzələlər o qədər sərt olur ki, onun açılması mümkün olmur və ciddi ağrı yaranır. Xəstələr bundan çox əziyyət çəkirlər. Bundan başqa, ən mühüm əlamətlərdən biri müvazinətin itməsidir Parkinson xəstələrinin demək olar ki, hamısında xəstəliyin gedişatında psixoloji problemlər də ortaya çıxır: bəzən şizofreniya əlamətlərinə bənzər əlamətlər, hallüsinasiyalar yaranır, xəstələr doğmalarını belə düşmən kimi görür, böyük qorxuları, şübhələri olur. Bunlar ciddi psixiatrik problemlərdir. Parkinson xəstələri beş il dərman müalicəsinə nisbətən tabe olurlar. Beş ildən sonra isə, dərmanların effekti azalmağa başlayır, eyni zamanda dərmanların fəsadları ortaya çıxır. Ümumiyyətlə, tibb elmində parksinson xəstəsinin tam olaraq sağalması deyilən bir anlayış yoxdur. Belə xəstələr mütləq ömür boyu nevroloqun nəzarəti altında olmalıdırlar. - Doktor, necə oldu ki, indiyədək müalicəsi tapılmayan bu xəstəliyi Siz müalicə edə bildiniz? - Həkim və Elmi-lədun bilicisi olaraq, bizim parkinson xəstəliyinə baxışımız və müalicəmiz tibb elmindən fərqlidir. Belə ki, elmi-lədun bilgilərimiz göstərir ki, bu xəstəlik neqativ enerjinin təsirindən yaranır. Bu səbəbdən xəstəlik əslində tibb elmi ilə deyil, fizikanın qanunları ilə müalicə olunmalıdır. Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, neqativ enerji kompyuterə düşən virusa bənzəyir. Bu enerji orqanizmə düşdükdə ilk növbədə beynin kapilliyar damarlarında sıxılma, daha sonra isə, quruma gedir. Nəticədə, beyində dopomin ifraz edən bölgənin fəaliyyəti pozulur. Beləliklə, parkinson xəstəliyi meydana çıxır. Yuxarıda qeyd etdik ki, parkinson xəstələrində qorxu, həyəcan və doğmalarına qarşı aqressiya müşahidə edilir. Bu kimi halların səbəbini yenə də neqativ enerjidə axtarmaq lazımdır. Bayaq, bu enerjini kompyuter virusu ilə təsadüfən müqaisə etmədim. Virus kompyuterdən müəyyən faylları sildiyi kimi, neqativ enerji də ruhumuzda olan sevinc, fərəh, xoşbəxtlik, sevgi, məhəbbət hisslərini silir; əvəzində nifrət faylı yazır. Bunun nəticəsi olaraq, parkinson xəstəliyi olan insanda bütün yaxınlarına və doğmalarına qarşı nifrət hissi yaranır və onlara qarşı aqressiv, əsəbi davranır. Bizim müalicə metodumuz Elementlərin Dövrü Sistemində sıfır qrupunda, sıfır xanasında mövcud olmuş Nyutoniyum (Efir) elementinin sirlərinə söykənir. Hansı ki, Mendeleyevin ölümündən (1907) sonra bu element və onun mövcud olduğu sıfır qrupu cədvəldən çıxarıldı. Bu səbəbdən də müasir insanlar həmin element haqda kifayət qədər bilgiyə malik deyillər. Yeri gəlmişkən, qeyd edək ki, böyük Alim Nikola Tesla Nyutoniyum elementinin sirlərini mexanika sahəsinə tətbiq etməklə daimi işləyən mühərriklərin kəşfi, enerjinin naqilsiz ötürülməsi kimi, bir çox böyük kəşflərə imza atmışdır.
Müasir dövrümüzdə İlahinin bəxş etdiyi elmlə (Elmi-lədunla) xeyli araşdırmalar apardıqdan sonra Nyutoniyum elementinin sirlərinə biz də vaqif olduq və bunu tibb elminə tətbiq etdik. Beləliklə də tibb elmində sağalan və sağalmaz hesab edilən bir çox xəstəlikləri bu sirlərlə uğurla müalicə edərək, böyük nailiyyətlərə imza atdıq. - Bu elementin sirlərini bilməklə daha hansı xəstəlikləri müalicə edirsiniz? - Bizim tətbiq etdiyimiz müalicə metoduyla övlad həsrətində olan bir çox ailələr övlad sahibi olmuş, yetkinlik yaşına qədər danışmayan uşaqların dili açılmış, xərçəng və s sağalmaz xəstəliklərdən əziyyət çəkənlər sağlamlığına qovuşmuşlar. İndiyədək sağaltdığımız xəstəliklər bunlardır: - Bütün növ qorxular, fobyalar; - Həzm sistemi xəstəlikləri; - Zərərli vərdişlərdən (narkomaniya, alkoqolizm və s.) xilas olmaq; - Uroloji xəstəliklər (böyrəkdəki bütün problemlər, enuroz, sistit, gecələr tez-tez sidiyə çıxma və s.); - Autizm; - Epilepsiya; - Skalyoz , yırtıq, osteoxondroz, kipoz, protuziya və s. onurğa xəstəlikləri; - Təhsildə və işdə uğursuzluqlar; - Bütün növ depressiyalar; - Cinsi disfunksiyalar (zəiflik, həvəssizlik və s); - Hormon pozuntuları (oğlanın özünü qız, qızın oğlan kimi hiss etməsi və s); - Həyəcan pozuntuları (panik atak); - Sayrışan hallar nevrozu; - Sinir ağrıları və s sinir sistemi xəstəlikləri; - Bütün növ nevrozlar və əsəb xəstəlikləri; - Yuxusuzluq; - Parkinson xəstəliyi; - Şizofreniya; - Miqren; - Qalxanvari vəzin xəstəlikləri; - Göz xəstəlikləri; - Miasteniya (əzələ zəifliyi); - Sevgisizlik, inamsızlıq; - Dəmirov, qızıl yel və s. dəri xəstəlikləri, allergik yaralar...; - Bütün növ ağrılardan və neqativ enerjilərdən xilas olmaq; - Yorğunluq, halsızlıq; - Sonsuzluq; - Xərçəng; - Koronavirusa yoluxma (online sağaldırıq); - Koronavirusdan geriyə qalan əlamətlər - əsəb, ürək sıxılması, darıxma, yuxusuzluq, əzələ ağrıları və s. - Analıq orqanlarının xəstəlikləri - endometroz, kistalar, fibro-miomalar, folikulların partlamaması, uşaqlığın sallanması və s; - Osteoparez; - Damarların tromplaşması və s ürək-damar xəstəlikləri; - Zöhrəvi xəstəliklər (siflis, SPİD və s) - Bakteroloji xəstəliklər (qızılı stefilokok, fekal streptokok) və s. Parkinson xəstəliyindən əziyyət çəkən və Paşa doktorun müalicəsi ilə sağlamlığına qovuşan Oruc Quliyevin videomüsahibəsinə bu linkdən və ya bu saytın video bölməsindən baxa bilərsiniz: https://www.youtube.com/watch?v=dSET-xT5dH4 Paralel.az saytı üçün verilən müsahibədən. Koronavirus Azərbaycanda indiyədək yoluxdurduğu qədər də yoluxdurandan sonra yoxa çıxacaq.
Bu virus haqsızlığın, zülmün, günahların... balasıdır (övladıdır). Bu il bütün bunlarla birlikdə koronavirus da yox olacaq. Bildiyim qədər bütün bunların (kompleks) yox olmasına 228 (114 + 114) gündən az vaxt qalıb (hər şeyin düzgünün Allah bilir). Yeri gəlmişkən, koronavirusa özüm də bir neçə dəfə yoluxub, yüngül keçirmişəm. Virus bədənimdə olanda onun mənşəyi, mahiyyəti haqda bir çox kəşflər etdim və iki ildir ki, bu barədə başqalarından tamamilə fərqli mövqedən yazılar yazıram. Virus barədə kəşf etdiyim bilgilərin bir hissəsini bu məqalələrdə paylaşmışam. Bir hissəsi isə insanların şüur səviyyəsinə uyğun olmadığından hələlik yazmamışam. Bir daha vurğulayıram ki, bu virusun nə özünün, nə müalicəsinin tibb elminə heç bir aidiyyəti yoxdur. Sual verirlər ki, bəs hansı elmə aidiyyəti var. Cavabım budur: ufologiya elminə aiddir. Nə qədər ki, insanlar yoluxanda aptekə qaçacaqlar və tez-tez dərmanları dəyişəcəklər, virusdan canlarını qurtara bilməyəcəklər. Siz günahlarınızdan qurtulun, sabah görəcəksiz ki, virus falan heç nə yoxdur. Paşa Yaqub Psixoterapevt, Elmi-lədün bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |