Xəbər verildiyi kimi, bu gün – 30 noyabr 2020-ci il tarixdə Ay tutulması baş verməkdədir (saat 16-dək davam edəcək). Bu tutulmanın Yer əhlinə hansı mesajları verdiyini araşdıraq.
Elmi-lədun araşdırmalarımız göstərir ki, Ay tutulmaları təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü “Quran” rəmzləri ilə büruzə verir ki, bu da qiyamətin əlamətləri olan tutulmaların Allahın elmi ilə və ciddi bir nizamla baş verdiyini ortaya qoymaqdadır. Belə ki, aşağıdakı cədvəldən də göründüyü kimi bütün Ay tutulmaları “Quran”ın səhifələrinin üç misli olan 858 ədədi altında təkrarlanır. Yeri gəlmişkən qeyd edim ki, XVIII əsrə qədər üzü köçürülən, Kəbədə və muzeylərdə qorunan bütün “Quran”lar 286 səhifədə yerləşdirilib. Sonradan ərəblərin İslama və onun rəmzlərinə baxışları dəyişdiyindən “Quran”ın sözlərinə əl vurmasalar da kağız formatın dəyişdilər ki, bununla da səhifələrinin sayı artdı. Buna baxmayaraq, 286 ədədi “Quran”ın kodu sayılır və Allah tərəfindən yaradılan bütün elmlərin, eləcə də dünyada baş verən bütün elmi proseslərin alt qatında bu kodu (286) görmək olur. Məsələn: 1) “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq (Qurban bayramından sayılmaqla) 286 gündür. 2) Araşdırmalarımız göstərir ki, insan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. 3) İnsanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür. 4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir. Onu da qeyd edim ki, müqəddəs kitaba əl basıb and içərkən (yaxud, tövbə edərkən) bu üç dəfə deyilir. Bunu riyazi dulə çevirsək: 286 + 286 + 286 = 858 Elmi-lədun araşdırmalarımız göstərir ki, bütün Ay tutulmaları biri-digərinə 858 ədədi ilə riyazi şəkildə bağlanır. Bu da onu sübut edir ki, astronomik hadisələr təsadüfü olmayıb, ciddi bir qanunauyğunluğa tabedir və “Quran”a bağlanır. (Bax: 858 gün fərqlə baş verən Ay tutulmalarının cədvəlinə) (Bax: CƏDVƏL – 858) Cədvəldən göründüyü kimi, baş verən Ay tutlmaları əslində bəşəriyyətin diqqətini “Quran”a yönəltmək üçün Allah tərəfindən göndərilmiş kodlaşdırılmış mesajlardır. Onu da qeyd edək ki, qiyamətin əlaməti və gözlənilən bəlaların xəbərdarlığı (siqnalı) olan Ay tutulmalarının ötürdüyü mesajlar bununla bitmir. Elmi-ladun araşdırmalarımız göstərir ki, bütün Ay tutulmaları bir qayda olaraq Hicri-qəməri təqvimi ilə ayın 14-də baş verir (bu gün də Qəməri təqvimlə Rəbül-əvəl ayının 14-dür). Bununla Yerə hansı kodlaşdırılmış informasiyanın ötürüldüyünü bilmək üçün 14 ədədinin hikmətlərinə nəzər salmaq kifayətdir. Öncə, Ay tutulmalarının cədvəlini hər iki təqvimlə diqqətinizə çatdırırıq: (Bax : CƏDVƏL – 14) Cədvəldən göründüyü kimi, elm əsrinin bütün Ay tutulmaları 14 ədədi altında baş verir. Sual yaranır ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulub? Xatırladaq ki, 14 ədədi Quranda “İbrahim” surəsinin sıra nömrəsidir. Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. Hesablamalarımız göstərir ki, 14 ədədi Allahın Öz adına olan “Rəhimli Allah”(55) surəsinə bağlanır və “Quran”da tarazlıq (balans) rəmzi sayılır. Bunu sübut etmək üçün daha bir düsturu diqqətinizə çatdırırıq: "Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı əlli beşdən azdır). Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var). Beləliklə, “Quran”da 55-ci ayə 41 dəfə, 41-ci ayə isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir: 55 - 41 = 14 Bu düstur bir daha “Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, fövqəladə bir elmlə (Allahın birbaşa iradəsiylə) düzüldüyünü təsdiq edir. Ay tutulmalarının da 14 ədədi altında baş verməsinin sirri bu düsturda açılır. Belə ki, xeyirlə şər arasında tarazlığı pozan və zülmə üstünlük verən iqtidarlara Allah tərəfindən mesaj ötürülür ki, hədlərini aşmasınlar və Yerdə tarazlığı (balansı) pozmasınlar. Əvvəlki yazılarımızda ortaya qoyduğumuz faktlardan da görünürdü ki, Yerdə baş verən bütün böyük zəlzələ və təyyarə qəzaları bir qayda olaraq riyazi şəkildə Ay tutulmalarına bağlanır. Bu da sübut edir ki, Ay tutlmaları əslində tarazlığı pozanlara gələcək bəlaların siqnalıdır. Nişirəvanın sarayından niyə 14 sütun uçdu? Zülmkar rəhbərlərdən və 14 ədədindən söhbət düşmüşkən, maraqlı bir tarixi faktı diqqətinizə çatdırım ki, Məhəmməd Əleyhissəlam dünyaya təşrif gətirən gecəsi zalım şah olan fars hökmdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Hadisəni şərh etmək üçün saraya çağrılan münəccimlər və bilicilər uzun müzakirələrdən sonra belə qərara gəldilər ki, səmavi kitablar vasitəsi ilə xəbəri qabaqcadan verilən Peyğəmbər artıq dünyadadır. Onu da bildirdilər ki, Nuşirəvanın hakimiyyəti süqut edəcək və 14 padşah dəyişdikdən sonra Sasanilər dövləti dağılacaq. Çox keçmədi ki, verilən proqnoz özünü doğrultdu və Sasanilər dövləti dağıldı (bu müddətdə 14 dəfə saray çevrilişi oldu ki, hər bir padşahın hakimiyyəti bir neçə ay çəkdi). Xeyirlə şər arasında pozulmuş balans yaxın aylarda bərpa ediləcək. Məlumdur ki, bəşər yaranandan xeyirlə şər arasında həmişə balans olmuşdur. Tarixin elə mərhələləri də olmuşdur ki, xeyirlə şər arasında mövcud balans (birincinin ziyanına) pozulmuşdur. Peyğəmbərlər tarixini araşdırdıqda, məlum olur ki, onların zühuru da məhz belə məqamlarda baş verir. Yəni, Allah-təala xeyirlə şər arasında pozulmuş tarazlığı peyğəmbərlər vasitəsi ilə bərpa edir. Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Yerdəki bu vəziyyət Allah-təalanın qəzəbinə səbəb olmuşdur! Elmi-lədun araşdırmalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər, müəmmalı təyyarə qəzaları, yolxucu xəstəliklərin pandemiyya həddinə çatması məhz bu qəzəbin təzahürüdür. Astronomik hadisələrin təhlili, eləcə də elmi-lədun bilgilərimiz göstərir ki, pozulmuş balansı bərpa edəcək şəxs artıq aramızdadır! Bütün bu və ya digər (açıqlanması məqsədəuyğun olmayan) məlumatların təhlili göstərir ki, Yer kürrəsində, o cümldən Azərbaycanda baş verən zülm və haqsızlıqlar ALLAHIN qəzəbinə səbəb olmuş, bu səbəbdən cürbə-cür bəlalar gəlməkdədir. Bu bəlalardan biri də koronavirus xəstəliyidir. Bildiyim qədərində heç bir inzibati tədbir bu pandemiyyanın qarşısını ala bilməyəcəkdir. Çünki, Yaradandan gələn bəlanın qarşısını hansısa dövlət orqanın alması mümkünsüzdür. Bu və digər bəlaların (şiddətli istilər, quraqlıq, su qıtlığı və s) qarşısını almaq üçün mütləq ölkədə haqq-ədalət bərqərar olmalıdır. Əks halda gələn növbəti bəlanı görüb, əvvəlkilərə şükür etməli olacağıq. Hesablamalarımız göstərir ki, yaxın aylarda bu bəlalardan ancaq 29 faiz əhali sağ qalacaqdır. Odur ki, insanlara tövsiyyə edərdik ki, özlərindən aşağılara zülm etməkdən, əziyyət verməkdən, pozğun həyat tərzi keçirməkdən çəkinsinlər! “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19-cu ayə. Söz ardı: Bugünkü tutulmadan 14 (!) gün sonra - 14 dekabrda tam günəş tutulması baş verəcək. Yəni, həmin vaxt Dünya qaranlığa qərq olacaq. 1999-cu ilin avqustunda olduğu kimi. Yeri gəlmişkən, Quranda ZƏLZƏLƏ surəsi 99 ədədi ilə nömrələndiyin görə 99-cu il Bəşər tarixinə zəlzələ ili kimi düşdü. Yəni, həmin il elə bir ölkə qalmadı ki, orada dağıdıcı zəlzələ baş verməsin. Dekabrın 14-də həmin hadisənin analoqu baş verəcək. Ola bilsin Yerdə pozulmuş balans da bu zəlzələlərlə "düzəlsin". Çünki, insan əliylə bu balansı düzəltmək çətin məsələdir. Şər o qədər güclənib və qəddarlaşıb ki, xeyri təmsil edənlərin onlara gücü çatması çətin məsələdir.... Hər ziyanın içində bir xeyir də var... Zəlzələlərdən sonra dünyada yeni bir düzən başlaya bilər ki, həmin vaxtdan bəşəriyyətin KAMİLLİK DÖVRÜ başlaya bilər. Düzgünün ALLAH bilir. Mənim bildiyim odur ki, yaxın müddətdə Yer üzü zalımlardan təmizlənəcək. Ya zəlzələdən, ya vəlvələdən..... Paşa Yaqub, Psixoterapevt, elmi-lədun bilicisi
0 Comments
Qarşımda Paşa Yaqubun yenicə çapdan çıxmış “Autizmə belə qalib gələk” kitabı dayanıb. Mən bu kitabın müəllifini uzun illərdir ki, tanıyıram və tanıdığım üçün deyə bilərəm ki, onun əsərləri ilə şəxsiyyəti vəhdət təşkil edir. Onun bir neçə kitabının məsləhətçisi, redaktoru və ön söz müəllifi də olmuşam. Bəri başdan qeyd etmək istərdim ki, ictimai fəal olan, cəmiyyətdə baş verən sosial hadisələrə biganə qalmayan bu adamda öncəduyumluq xüsusiyyətləri də vardır. Qəribə xarakterə malik olan bu insanın yazdıqları özünün təbiətindən, ruhundan doğulduğu üçün həmişə oxucular tərəfindən səmimi qarşılanır. Ümumiyyətlə, onun düşüncələri və bu düşüncələrin məhsulu olan əsərləri halallıq, vətənpərvərlik, əməksevərlik, səmimilik üzərində köklənmişdir. Bu mənada tanınmış araşdırıcı, psixoterapevt, elmi-lədun bilicisi, fəal ictimaiyyətçi Paşa Yaqub öz oxucularını da bu dəyərlər üzərində kökləməyi bacarır. Ulu Yaradana şükranlıq, həyata bağlılıq onun yaradıcılığının canıdır desəm, bəlkə də səhv etmərəm. O, adətən görüb-bildiyi, tanıdığı adamları, nəsilləri tərənnüm edir, əsərlərində, kitablarında onların bir növ obrazlarını yaradır.
Yazılarında forma zənginliyi olduğu kimi, bəzən özü də bu yazılarda özünəməxsus forma nümunələrini yaradır. Onun yazdıqlarında canlı, poetik bir ruh hiss olunur. Müxtəlif mövzularda yüzlərlə məqalənin, oçerkin, neçə-neçə ensiklopedik dərginin, ümumilikdə 34 kitabın müəllifi olan Paşa Yaqub həm də tanınmış psixoterapevtdir. Onun bir psixoterapevt kimi insanlara şəfa verən özünəməxsus müalicə metodları vardır. Onlarla xəstə insan Paşa Yaqubun müalicəsi sayəsində sağalaraq həyata yenidən vəsiqə almışdır. Budur, indi də müəllif oxucuları ilə növbəti görüşə “Autizmə belə qalib gələk” kitabı ilə gəlir. Məlumdur ki, autizm sözü yunanca autos sözündən olub, “öz və ya özü” anlamını ifadə edir. Autizm insanda erkən yaşdan başlayan, ömür boyu davam edən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beyinin inkişafına maneə yaradan ağır bir xəstəlikdir. Sadalanan bu əlamətlər autizmi Asperger sindromu kimi yüngül görünən autistik spektrum pozuqluğundan ayırır. İrsi mənşəli olan autizm xəstəliyi bəzi hallarda doğum şikəstliklərinə səbəb olan faktorlarla əlaqəli olur. Onun bəzi hallarda uşaqlıqda edilən peyvəndlərdən qaynaqlanması səbəbini təsdiqləyən elmi dəlillər demək olar ki, yox dərəcəsindədir. Autizm termini ilk dəfə 1938-ci ildə Vyana Universiteti xəstəxanasından Hans Asperger tərəfindən uşaq psixologiyası üzərində apardığı almanca bir dərsdə Bleurelin “autistik psixopatlar” terminologiyası əsasında “müasirləşmişdir”. Asperger hazırda Asperger sindromu kimi tanınan bir ASP növünü araşdırırdı; amma bu sindrom müxtəlif səbəblərə görə 1981-ci ilə qədər ayrıca bir diaqnoz kimi tanınmışdır... 1943-cü ildə Leo Kanner davranışları ilə təəccüb doğuran 11 uşaq haqqında yazdığı məlum hesabatında ilk olaraq erkən infantil autizm terminini işlətmişdir. 1960-cı ilin sonlarından başlayaraq autizmin həyat boyu sürdüyünü, zəka geriliyini, şizofreniya və digər inkişaf pozğunluqlarından fərqini və valideynləri aktiv müalicə proqramlarına həvəsləndirmələrin gətirdiyi faydaları göstərərək ayrıca bir sindrom olduğu qəbul edilmişdir. Autizmin yaranması həm irsi, həm də ki, doğuşdan əvvəlki, doğuş zamanı və ya hamiləlik zamanı baş verən narahatlıqlar, o cümlədən uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər. Əgər hal-hazırda doğulan hər min körpədən 55-i (bu, az qala hər doğulan 20-ci uşaq deməkdir) bu sindromdan əziyyət çəkirsə, deməli bu xəstəlik çox ciddi, bəşəriyyəti düşündürəsi bir problem məsələdir. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycan cəmiyyətində autizm haqqında yetəriqədər məlumatlar yoxdur. Əslində bu, müəyyən mənada böyük narahatlıqlar doğurur. Autizm sindromu olan uşağa təkcə psixoloq və ya loqoped diaqnoz qoya bilməz. Bu xəstəliyə düçar olan uşaqlar vaxtaşırı həm də psixoterapevt və psixonevroloq dəstəyi almalıdırlar. Hələlik bu vaxta qədər autizmin çarəsi tapılmayıbdır. Elə bu səbəbdən də sindromun konkret dərmanı yoxdur. Hətta bu sindromun çarəsini tapacaq şəxsə Nobel mükafatı da vəd olunmuşdur... Qarşınızdakı bu kitabda tanınmış araşdırıcı, psixoterapevt Paşa Yaqub insanda autizm sindromunun yaranma səbəblərini aydınlaşdırır. Maraqlısı budur ki, müəllif kitabda autizmin müalicə metodlarını özünəməxsus şəkildə izah edir. Oxucu autizm ilə bağlı bir çox məqamları özündə işıqlandıran bu kitabda maraqlı fikir və ideyalar, müalicə üsulları və s. ilə rastlaşır. Paşa Yaqubu oxucuların, onu tanıyanların gözündə ucaldan onun ciddi araşdırmaları, səmimiliyi, öz peşəsinə olan sevgisidir. O, halal, saf, səmimi bir insan olduğu üçün yazılarında da halallığa, saflığa, səmimiliyə çağırış təbii səslənir. Autizm sindromlu uşaqların valideynləri, hamilə qadınlar, həkimlər, psixoloqlar və digər kateqoriyadan olan oxucular üçün nəzərdə tutulan bu kitab ümidvaram ki, oxucular tərəfindən rəğbətlə qarşılanacaq və cəmiyyətimizdə öz layiqli qiymətini alacaqdır. Söz ardı: “Autizmə belə qalib gələk” kitabı Səhiyyə nazirliyinin rəyi, “Autizim-Difektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə işıq üzü görüb. Nazim Tapdıqoğlu (Vəlişov), tədqiqatçı, tarixçı, pedaqoq, şair, “Qızıl Qələm” mükafatı laureatı Yazılarımı daimi izləyən dostlar xatırlayır ki, illərdir zəlzələlərdən, təyyarə qəzalarından bəhs edən yazılarımın sonuncu abzası belə bitir: 'Bütün bu və digər hesablamalarımız və elmi-lədun bilgilərimiz onu göstərir ki, baş verən bu faciəvi hadisə insanların günahlarına görə ALLAHDAN növbəti xəbərdarlıqdır. Əgər insanlar bu xəbərdarlıqdan nəticə çıxarıb tövbə etməsələr və günah işlərinə son qoymasalar daha ağır faciələrlə qarşılaşacaqlar....." Son 20 ildə yazdığım bütün məqalələrin axırıncı abzası bu sözlərlə bitib.... Mən çox dedim, əhali az eşitdi..... Nəticə nə oldu: adam tanıyıram ki, koronavirus diaqnozuyla evində yatır, bir həftədir təcili yardıma zəng edir ki, gəlin məni xəstəxanaya götürün, gəlmirlər. Bu gün ölkədə minlərlə belə dərdiylə baş başa buraxılan xəstələr var..... keçən il bu vaxtı sizin ağlınıza gələrdimi ki nə vaxtsa həkim çağıracağıq, həkim həftələrlə çağrışa gəlmiyəcək?! Heç kəsin ağlına gəlməzdi, ancaq başımıza gəlir; artıq bu gün bu acı reallığı yaşayarıq..... artıq səhiyyə sistemi pandemiya qarşısında çöküb.... Həkim və bilici olaraq gündə onlarla ağır xəstə qəbul edirəm. Mən onlarda digər həkimlərin görə bilmədiyi çox sirləri də görürəm. Məsələn qarşımdakı xərçəng xəstəsinin 20 il qabaq öz doğma bacısı tərəfindən edilən tilsim səbəbindən bu xəstəliyə düçar olduğunu görürəm. Və yaxud, sinir sistemi pozulan, depressiyaya düşən, ailəsi dağılan, şikəst uşaqlar doğan..... insanların hansı yaxın qohumları (nənəsi, xalası, bibisi .....) tərəfindən bu vəziyyətə salındığını görürəm.... təsəvvür edirsizmi ölkədə nə qədər onkoloji və digər sadaladığım və sadalamadığım xəstələr var... hansı ki, öz qohumları tərəfindən bu vəziyyətə salınıblar. Onların ahı-naləsi bu gün ƏRŞİ bürüyüb... həmin ah-nalə koronavirus şəklinə düşüb insanlığın başına yağır..... Bu gün həftələrlə həkim gəlmir. Lakin insanlar birtəhər apteklərdən baha qiymətə də olsa dərmanlar tapıb özlərini müalicə etdirirlər. Sabah bilirsizmi biz hansı dəhşətli faciələrlə üzləşə bilərik: xəstəlik o qədər çoxalar ki, apteklərdə dərman tapılmaz((( Bəs çıxış yolu nədir? Yuxarıda qeyd etdiyim kimi, insanlar kütləvi şəkildə TÖVBƏ etməli, Tövbə etməli, yenə də Tövbə etməli!!! Bundan sonra imkanı olan yaxşılıq etsin. Olmayan isə heç olmasa günahlardan çəkinsin. Beləliklə ölkədə heç kəsin günahından zülm çəkən olmasın..... Beləlikə ərşi bürüyən ah-nalə azalsın.... Bir elmi-lədun bilicisi kimi bildirirəm ki, bu halda koronovirus və digər bəlalar səngiyəcək. Əks halda yaxın aylarda insanlığı çox böyük faciələr gözləyir....... (((( Qeyd: Xahiş edirəm bu müraciəti mümkün qədər paylaşasız: qulağı olan eşitsin, gözü olan oxusun!!! Dr. Paşa Yaqub Elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |