“Biz hər şeyi sayıb yazmışıq”. Quran, 78:29
Xəbər verildiyi kimi, iki gün öncə - aprelin 24-də Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi 5 ünvanında yerləşən 5 mərtəbəli binanın 5-ci mərtəbəsi partladı. Nəticədə ölən və yaralananlar oldu (həmin gün Yasamalda da yataqxana yandı). İlk baxışdan adi (bədbəxt hadisə kimi) görünən bu hadisənin hesablaması, ciddi bir qanunauyğunluğa tabe olduğunu ortaya qoyur. Bu qanunauyğunluğun özünü Quran rəmzləri altında büruzə verməsi hadisənin Allah tərəfindən cəmiyyətə xəbərdarlıq olaraq törədilməsini sübut edir. Bunu sübut edən faktları təqdim edirik. 1) Xatırladaq ki, keçən il Bakıda 68 saylı məktəb və Qış parkı ətrafında bina (ətrafındakı maşınlarla birlikdə) eyni gündə (30.06.22) yandı. Bunlarla Biləsuvardakı yanğın arasında 298 gün fərq vardır ki, bundan da orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayını çıxsaq, alınan ədəd Biləsuvarın rəmzini (seriyasını) göstərir: 298 – 286 = 12 2) Biləsuvarda bina partlayanda ilin 114-cü günü idi ki, Bu da Quran rəmzii olmaqla, hadisənin Allah tərəfindən xəbərdarlıq olması barədə verdiyimiz xəbəri bir daha təsdiq edir. 3) İzləyicilərimizə məlumdur ki, hər dəfə Günəş və Ay tutulanda bunların Allahdan xəbərdarlıq mesajı olduğu barədə hesablamalar paylaşıb, tövbə etməyin vacibliyini xatırladırıq. O da məlumdur ki, Azərbaycanda və dünyada baş verən bu kimi bədbəxt hadisələr bir qayda olaraq astronomik xəbərdarlqlara bağlanır. Biləsuvarda bina partlayanda Ay tutulmasının (30.11.20) 870-ci günüdür ki, bundan Quranın səhifələrinin sayını çıxanda, yenə də rayonun rəmzi görünür: 870 – 286 – 286 – 286 = 12 4) Nəhayət, hadisə baş verəndə Günəş tutulmasının beşinci günü idi ki, bu da partlayan binanın üzərində həkk olunub (H. Əliyev 5). Bütün bu və digər hesablamalarımız göstərir ki, Biləsuvarda binanın partlaması, Yasamalda yataqxananın yanması, bunların Quran rəmzlərinə bağlanması insanların diqqətini bəşəri dəyərlər toplusu olan Qurana yönəltmək məqsədi daşıyır. Bununla Rəbbim mesaj verir ki, Quran sizə beş ildən bir yalandan and içmək üçün göndərilməyib; burada yazılanlar Yaradanın qanunlar toplusudur. Bu qanunlara tabe olmaq və onlara uyğun yaşamaq (biri-birinizin haqqın tapdalamamaq, özünüzdən aşağılara zülm etməmək, pozğun həyat tərzi keçirməmək) sizin borcunuzdur! Siz bu qanunlara tabe olmadıqca və heçə saydıqca, Allah cürbə-cür fəlakətlərlə diqqətinizi bu kitaba yönəldir. Elmi-lədun hesablamalarımız göstərir ki, bunlar qarşıdakı böyük bəlaların kiçik xəbərdarlıqlarıdır. Bu xəbərdarlıqlara məhəl qoymamaq insan oğlunun sonunu gətirə bilər... Bildiyimiz qədər buna az vaxt qalıb. Sonuncu bəladan ancaq az sayda tövbə etmiş, əməlisaleh insan sağ çıxacaq və onlar kamillik dövründə yaşayacaqlar (Nostradamusdan üzü bəri bütün kahinlər bu dövrü bəşəriyyətin “Qızıl çağ” dövrü kimi xəbər veriblər). Hamınıza kamillik dövründə yaşamağı arzulayıram. “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94. Xəbərdarlığı çatdırdı: Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi
0 Comments
Dövlət qurumlarının verdiyi xəbərə görə, iki gün öncə - 20 aprel tarixdə Azərbaycanın kosmosda olan “Azersky” peyki metioritlə toqquşaraq sıradan çıxdı.
Dünən isə, Azərbaycanın bir neçə rayonunda təbii fəlakətlər və yanğınlar baş verdi (Masallıda qasırğa evləri uçurdu, Cəlilabadda dolu əkinləri zay etdi, Ağstafada partlayışdan insanlar həyatlarını itirdilər, Qəbələdə məktəb yandı...). Yer kürrə şəklində olduğundan, eyni vaxtda burada üç tarix olur (məs. Yaponiyada ayın 22-i olanda Amerikanın bəzi ştatlarında hələ ayın 20 olur). Bütün bunları nəzərə alıb, həm peykin qəzaya uğramasını, həm də rayonlarda fəlakətlər baş verməsini eyni tarixə aid edərək hesablayacağıq. Elmi-lədun hesablamalarımız göstərir ki, Azərbaycan ətrafında (yerdə və göydə) baş verən bu hadisələr təsadüfü olmayıb, Allahdan gələn növbəti xəbərdarlıq mesajıdır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur: 1) Yadınıza salaq ki, keçən il iyul ayının 10-da Bakıya iki sərnişin təyyarəsi qəza enişi etmişdi (“A-330” və “A-340”). Həmin vaxt biz bu hadisələri şərh edərkən, bunların xəbərdarlıq olduğunu bildirmişdik və qeyd etmişdik ki, xəbərdarlıq nəzərə alınıb, ölkədə haqq-ədalət bərpa olunmasa, bunun daha böyük fəsadları olacaq... Hesablamalarımız göstərir ki, yuxarıda sadaladığım fəlakətlər baş verəndə həmin qəza enişinin 286-cı (!) günü idi. Bildiyimiz kimi, orjinal Quranın səhifələrinin sayı olan 286 ədədi Yaradanın rəqəmsal möhürü olaraq, bütün qəzaların üzərinə “vurulmuş” olur. Deməli, 286 gün öncə verilmiş xəbərdarlıq siqnalına (hansı ki, biz onu hesablamalarla xalqa çatdırmışdıq) məhəl qoyulsaydı, dünən yuxarıda sadaladığım qəzalar, təbii fəlakətlər və partlayış baş verməzdi. 2) Masallı və Cəlilabadda ötən il (18.03.22) də təbii fəlakət baş vermişdi. Belə ki, güclü yağışlardan sonra sel gələrək, bu ərazilərdə olan çayları daşdırmış, minlərlə hektar bostan, tərəvəz sahəsi su altında qalmışdı. Dünən bu hadisənin 400-cü günü idi ki, bundan da Quranın surələrinin sayını çıxanda səhifələrin sayı qalır və hər iki (keçənilki və bu ilki) hadisələrin Allah tərəfindən yolun azmış xalqa və onun zalım rəhbərlərinə Allahdan xəbərdarlıq mesajı olduğu aydın görünür: 400 – 114 = 286 3) Dünən baş verən qəza və fəlakətlər daha öncə (13.10.21) baş vermiş avtobus qəzası ilə riyazi yolla bağlanır. Belə ki, 171 nömrəli marşrut avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər ölmüş, xeyli insan isə yaralanmışdı. İlin 286-cı günü baş verən bu qəzanın 555-ci günü (dünən) həm kosmosda həm də yerdə Azərbaycana bəlalar endi (bildiyimiz kimi, 555 ədədi Quranda tövbə və cəza rəmzidir). 4) Xatırladaq ki, 28.09.2018 tarixdə Şirvanda hərbi zavodda partlayış olmuşdu. Dünən kosmik stansiya və Ağstafada kömür sexi partlayanda Şirvandakı partlayışın 1665-ci günü idi. Bundan tövbə və cəza rəmzini çıxsaq, yenə də cəza rəmzi alınır və ölkədəki zülm və haqsızlıqlara görə ağır cəzalanmaların olacağına işarə verir: 1665 – 555 – 555 = 555 5) Ölkədəki zülm və haqsızlıqdan söz düşmüşkən, qeyd edək ki, bundan sorumlu olan insan haqqı, ədaləti qoruyacağına dair dörd dəfə xalq qarşısında Qurana əl basıb, and içib. Lakin, buna baxmayaraq, ölkədə zülm ərşə dirənib, haqqı tələb edənlər ya öldürülür, ya da şərlənərək zindanlarda çürüdülür... Bütün bunlar Allahın qəzəbinə səbəb olduğundan artıq Azərbaycana böyük bəlalar endirilməsinə qərar vermişdir. Lakin böyük bəla göndərməzdən öncə Rəbbim kiçik xəbərdarlıq siqnalları ilə xalqı və onun andına əməl etməyən, zalım rəhbərlərini xəbərdar edir. Dünən peykin partlaması və rayonlarda fəlakətlər baş verməsi də həmin bu kiçik siqnallardan biridir. Sübut üçün bildirək ki, dünən üçüncü andiçmə mərasiminin 4.581-ci günüdür ki, bundan da Quranın surə və səhifələrinin üç mislini çıxsaq, yenə də tövbə və cəza rəmzinin üç misli (Qurana and içəndə və tövbə edəndə üç dəfə təkrarlanır) alınır və zalım rəhbərlərin tezliklə cəzalanacağı barədə verdiyimiz xəbərin doğruluğunu (Allahdan olmasını) bir daha sübut edir: 4581 – (114+114+114) – (286+286+286)- (286+286+286)- (286+286+286) = (555+555+555) Nəticə: Bu və digər hesablamalarımız göstərir ki, Azəraycanda zülmə rəvac verənlərə və zalıma rəğbət bəsləyənlərə tezliklə ağır bəlalar gələcək və burada zülm, dəccaliyyət dövrü bitəcəkdir. Bəlalardan xilas olmaq istəyənlər etdikləri günahlara görə tövbə etməli, tezliklə ölkədə haqqı bərqərar etməlidirlər. Əks halda: “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16-17 Xəbərdarlıqları çatdırdı: Paşa Yaqub – Həkim, Elmi-lədun bilicisi Xəbər verildiyi kimi, Xızı rayonunun Yaşma qəsəbəsində hərbi sursatın (15.04.23) partlaması nəticəsində iki nəfər həyatını itirdi, bir nəfər isə, ağır yaralandı (dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralıya şəfa diləyirik). Elmi-lədun hesablamalarımız göstərir ki, bu, üç nəfərin başına gələn adi hadisə olmayıb, bütövlükdə cəmiyyətə ötürülmüş bir xəbərdarlıq mesajıdır. Bunu aşağıdakı hesablamalardan görmək olur:
1) Xatırladaq ki, 11.03.2022 tarixdə Nərimanovda “Ramada” oteli yandı. Xızıda bomba partlayanda həmin yanğının 400-cü günü idi ki, bundan da Quranın surələrinin sayını (114) çıxsaq, səhifələrinin sayı qalır və hadisənin Aallah tərəfindən cəmiyyətə xəbərdarlıq mesajı ötürdüyünü subut edir: 400 – 114 = 286 (Qeyd: hazırda Kəbədəki, eləcə də muzey və kitabxanaların fondunda saxlanan qədim Quran kitabları hamısı 286 səhifəyə yerləşdirilib. Sonralar Quranın sözləri dəyişilməsə də, formatı dəyişildiyindən, səhifələrin sayı müxtəlifdir.) 2) Hesablamalarımız göstərir ki, Xızıda baş verən partlayış riyazi yolla Tovuzdakı enerji böhranına (14.02.22) da bağlanır. Belə ki, bu hadisələr arasında 429 gün fərq vardır ki, bundan yenə də Quranın surələrinin və səhifələrinin sayını çıxsaq, alınan ədəd (29) Xızının rəmzini (seriyasını) göstərir: 400 – 114 – 286 = 29 3) Yadınızdadırsa, iki il öncə Gəncəbasar bölgəsini dəhşətli bir ildırım sarmışdı (24.08.21). Yaşlı insanların dediyinə görə indiyədək o bölgəni belə bir ildırımın sardığını görməmişdilər (elektrik təsərrüfatına ciddi ziyan dəymişdi). Hmin gün biz bu hadisənin Elmi-lədun heablamalarını paylaşaraq, Allahdan növbəti xəbərdarlıq mesajı olduğunu göstərmişdik. Maraqlıdır ki, Xızıda insanların ölümü ilə nəticələnən sursat partlaması da riyazi yola Gəncədəki ildırım xəbərdarlığına bağlanır. Bu iki hadisə arasında 601 gün fərq vardır ki, bundan yenə də Quranın səhifələrinin sayını çıxsaq, alınan ədəd Xızının rəmzini göstərməklə, hadisənin Allahdan olduğunu bir daha sübut edir: 601 – 286 – 286 = 29 Xızıdakı partlayış bir çox xəbərdarlıq mesajları ilə uzlaşdığından (hansı ki, əvvəllər o hadisələr barədə yazmışıq) hesablamaları sonsuza qədər uzatmaq mümkündür. Lakin oxucunu yormamaq üçün yazını uzatmırıq. Nəticə Xızı rayonunda baş verən partlayış hadisəsi ölkədəki haqsızlığa, zülmə və insanların kütləvi şəkildə qeyri-sağlam həyat tərzi keçirməsinə Allahın qəzəbinin təzahürüdür. Yəni, bu hadisə ilə Allah-Taala insanlara doğru yola qayıtmaq və biri-birinizə zülm etməmək mesajı verir. Xəbərdarlığa qulaq asılarsa (əməl edilərsə) heç bir problem olmayacaq. Əks halda cəmiyyət daha böyük və kütləvi faciələrlə üz-üzə qala bilər. Ümid edirik ki, nəticə çıxarılacaq. “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16-17 Xəbərdarlıqları çatdırdı: Paşa Yaqub – Həkim, Elmi-lədun bilicisi Hazırda dünya ikiqütblüdür. Yəni, bəşəriyyət iki böyük mafiyanın varlığından (ağırlığından, əsarətindən) əziyyət çəkir.
Bunlardan biri Rusiyadadır ki, onlar postsovet məkanındakı "vəziyyətə" nəzarət edirlər. Yəni, bu ərazi onlardan əziyyət çəkir.... İkinci beynəlxalq mafiya Avropada (Amerika daxil) oturmaqla, bütün bəşəriyyətin üzərinə ağırlıq salıblar və zülm edirlər. Yer kürrəsində gedən bütün müharibələrdə, xəstəliklərdə, narkotikin, qadın ticarətinin yayılmasında bu mafiyanın barmağı var. Onların məqsədi Yer kürrəsində əhali sayını azaldıb, bir milyarda endirməkdi. Bu istiqamətdə bütün fitnə fəsadları törədirlər..... Müqayisə üçün deyək ki, Rusiyadakı mafiyadan təkcə postsovet məkanı ziyan çəkirsə, Avropadakından bütün bəşəriyyət ziyan çəkir... Postsovet məkanındakı hakimiyyətlər hər iki mafiyaya küllü miqdarda aylıq "tas" ödəyirlər. Ona görə də bu ölkələrdə mafiyadan kənar bir adamın hakimiyyətə gəlməsinə pərdə arxasında imkan verilmir.... Bunları yazmaqda məqsədim o deyil ki, sizi Rusiya mafiyasına istiqamətləndirim (deyim ki, ruslar "nəyə baxanda nədir"). Bizə "nəyə baxanda nə" lazım deyil. Bizə gerçək haqq-ədalət, mafiyaların əsarətindən tam çıxmaq lazımdır. Deyəcəksiniz ki, ustümüzə ikiqat (yerli mafiyaları da nəzərə alsaq çoxqat) ağırlığını salmış mafiyalar buna imkan verərlərmi? Sizinlə qismən razıyam, imkan verməməyə çalışacaqlar. Amma yolu var, onu da göstərəcəm. Dünya (Kainat) elə iki qütblü mafiyalardan (güclərdən) ibarətdirmi? Yoxmu başqa güc sahibi? Var, amma biz Onu yetərincə tanımırıq; çünki, Ondan çox uzaqlaşmışıq; Onun gücü, qüdrəti haqqında təsəvvürümüz belə yoxdur (ancaq kitablardan oxuyub, ağızlardan eşitmişik, çoxuna da inanmamışıq). O güc, qüdrət sahibi həm mafiya babalarını, həm də bizi Yaradandır. İnanın ki, Onun prizmasından (Nəzərindən, Dərgahından) baxanda bizə zülm edən mafiyozlar bilirsiniz nə boyda (çəkidə) görünür? Pəncərənizdən düşən Günaş şüasının fonunda göydə uçan toz dənələri görürsnüz haa, bax o boyda (o çəkidə) görünür.... Bizim mafiyalara yem olmağımıza səbəb həmin o gücün, qüdrətin Sahibindən uzaqlaşmağımızdır. Çoxunuz heç Onun varlığına, sizi yaratmasına da inanmırsınız (elə bilirsiz meymundan-zaddan yaranmısız). Sürüdən ayrı düşən qurda-quşa yem olduğu kimi, valideyndən uzaqlaşan körpa oğruya tuş gəldiyi kimi, Yaradanından uzaqlaşan cəmiyyəti də qatba-qat mafiyalar çalıb-çaparlar.... "İçinizin ən zalımın sizə rəhbər təyin edib, onun əliyla sizi cəzalandırarıq". (Quran). Müşahidələrim (və Elmi-lədun bilgilərim) onu deməyə əsas verir ki, cəmiyyət öz günah (hətta, murdar) əməlləri ilə bu zülmü haqq edib. Öz iş təcrübəmdən sizə bir misal çəkim: qəbuluma sağalmaz xəstəliyə (yaxud, uğursuzluğa) düçar olmuş xəstə(lər) gəlir; özünə deməsəm də, hiss edirəm ki, bu xəstəliyin yaranmasının gizli (pərdəarxası) səbəbi öz yaxın qohumlarının (əmisi arvadının, dayısı arvadının...) Etdiyi qara magiyadır... Nə isə, xəstəni bir neçə dəfə seans edib, yüngülləşdirirəm, sağalmağa (uğura) doğru gedəndə birdən xəstənin halı yenidən çevrilir, pis vəziyyətdə gəlir. Baxırsan ki, həmin adamlar öz murdar əməllərini bir də təkrarlayırlar. Seanslara sıfırdan başlamalı olursan... (Ona görə çox xəstələrimə tapşırıram ki, sağaldığını qohum-əqrəbalarına bildirmə). Bu cür murdar əməllərlə məşğul olanlar cəmiyyətin 5-3 faizini təşkil etsəydi, heç onlardan bəhs etməzdim. Acınacaqlı haldır ki, bu gün cəmiyyətin (eləcə də bəşəriyyətin) əhəmiyyətli faizi bu və digər (Yaradanın qadağan etdiyi) murdar əməllərlə məşğuldurlar. Bu səbəbdən də insanlar Yaradandan uzaqlaşır (Onun güc və qüdrətini öz həyatında hiss edə bilmir) və nəticədə qatba-qat mafiyalara yem olur (əzab çəkir)... Yuxarıda iki qütb mafiyaların günahlarını müqayisə etdik. İndi gəlin o mafiyaların günahları ilə əzilən kütlənin günahlarını müqayisə edək. Fikir verirsinizmi, mafiya babaları hamısı öz qohum-əqrəbalarını yuxarı çəkib, onlara yaxşılıq edirlər. İstismar və zülm etdikləri isə, yadlardır (qohum olmayanlar).... Əzilən kütlənin isə, pislik etdikləri ən yaxın qohumları (əmisi uşağı, dayısı uşağı, xalası uşağı....)dır. Hansı ki, Yaradan sizlərə tapşırıb ki, qohumun-qohum (qonşunun qonşu) üzərində haqqı var və o haqqı qoruyun. Sizlərdən çoxunuz o haqqı qorumaq əvəzinə, ayağınızın altına salıb tapdalayırsınız; öz qohumlarınıza (yaxud qonşularınıza) Allahın qadağan etdiyi (bilinib bilinməyən) zülümlər edirsiniz. Çoxunuzun etdiyi bu və digər günahlar cəmiyyəti çökdürür... Bunun nəticəsi olaraq başınıza zalım rəhbərlər gəlir (dəryalar quruyur, torpağın, əkin biçinin bərəkəti çəkilir).... Bütün günahları nəzərə alanda görmək olur ki, əzilən təbəqə ilə müqayisədə mafiya babaları "nəyə baxanda nə"dir (yəni, mafiyalar yadlara zülm etdikləri halda, cəmiyyət öz qan qohumlarına, doğma və yaxınlarına zülm edirlər).... Çıxış yolları Cəmiyyət mafiyaların zülmündən o vaxt xilas ola biləcək ki, hərə fərdi qaydada gizlində Allaha üz tutub etdiyi pis (günah) əməllərinə görə Yaradanından üzr istəsin, bir də belə günahlara yol verməyəcəyinə dair tövbə etsin. Bundan sonra hər kəs öz qohum-əqrəbasına, yaxın qonşusuna imkanı daxilində yaxşılıq etməyə (xeyir verməyə) çalışsın... Cəmiyyətin yarıdan çoxu belə edərsə, heç bir zalım şəxs o cəmiyyətdə rəhbər ola bilməz (Allah onu və onun yerinə gəlmək istəyən zalımı həmən öldürər...). Beləliklə, cəmiyyətin xeyir bərəkəti geri (özünə) qayıdar. Onda biz Yaradana yaxın olduğumuzdan Onun güc və qüdrətini həyatımızda açıq-aşkar hiss edərik. Onda heç bir mafiya bizim haqqımızı yeyə bilməyəcək (qüdrət sahibi buna imkan vermiyəcək). Hörmətlə: Sizi sevən və azad olmağınızı istəyən: Paşa Yaqub həkim, bilici Keçən dəfə Mendeleyev öləndən sonra onun cədvəlinin necə saxtalaşdırılmasından yazmısdım. İndi sizə Z. Bünyadovun ölümündən sonra onun müəllifi olduğu Quran tərcüməsinin saxtalaşdırılmasından bəhs edəcəm. Şəkildə gördükləriniz Quranın eyni (4:161) ayəsidir. Ziya Bünyadovla V. Məmmədəliyevin tərcüməsidir. fərqi görürsünüz. Birinci şəkil 1992-ci ildə (Bünyadovun sağlığında) çap olunmuş (qara cildli) kitabdan çəkmişəm. Burada rüşvət almaq haram elan edilib və alanları cəhənnəmdə şiddətli əzab gözlədiyi bəyan edilib.
İkinci şəkli eyni müəlliflərin 2015-ci ildə (Bünyadov öləndən sonra) çap olunan tərcümədən çəkmişəm. Buradan rüşvət sözü çıxarılıb (müəllif demək istəyir ki, rüşvət ala bilərsiz). Bunlar deyəsən şəriyəti şəraitə uyğunlaşdırmaq istəyirlər:) Axı 1992-ci ildən fərqli olaraq indi rüşvətə yanaşma başqadır, artıq dövlət səviyyəsində rüşvətə nəinki pis baxılmır, əksinə, şərait yaradılır. Ona görə hətta, Qurana da əl gəzdirib, rüşvəti pisləyən ayəyə düzəliş ediblər. Dəccalizmin mahiyyəti budur: özü həccə gedər, məscid tikdirər....amma Qurana elə müdaxilələr edər ki, insan çaşqınlıq içərisində qalar.... Bütün bunları qabaqcadan nəzərə alan Rəbbim Quranın ərəbcə variantını qoruyub saxladı. Bildi ki, hər dövr dəyişəndə yeni alimlər ərəbcə variantdan yeni tərcümələr edib, haqqı üzə çıxaracaqlar... Ey rüşvətxorlar! Siz elə bilirsiz Allah-Taala sizi görmür, izləmir? İndi sizin izlənmənizlə bağlı elə fakt deyəcəm ki, mat olacaqsız. Rüşvəti qadağan etdiyinə görə dəyişdirdiyiniz ayənin nömrəsi 161-dir. Eləmi?! Sizin rüşvətə (korrupsiyaya) qarşı formal olaraq yaratdığınız idarənin çağırış kodu (qaynar xətti) 161 deyilmi?!!! Bu ayənin şifrəsini sizin müvafiq idarənizin (korrupsiya idarəsinin) üzərinə həkk edən Allah sizin əməllərinizən xəbərdar deyilmi?! Tərcüməni saxtalaşdırmaqla Allahın bəlasından yayınacağınızı güman edirsiniz??? Yanılırsız!!! "Elə isə, onlardan ötrü tələsmə; çünki, Biz onların günlərini bir-bir sayırıq". (Quran) PAŞA YAQUB Elmi-lədun bilicisi Qeyd: Elə bilirsiz izləməyi təkcə siz bacarırsız??? |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |