Xəbər verildiyi kimi, üç gün öncə (25 martda) Bakıda 67 saylı marşrut avtobusu qəzaya uğradı. İlk baxışdan adi görünən bu qəzanı elmi-lədun üsulu ilə araşdıranda, qəzanın arxasında dayanan çox böyük sirlər üzə çıxır. Məlum olur ki, çox hissəsi yolun azmış xalqımıza və onun zalım rəhbərlərinə Allahdan böyük bir xəbərdarlıq mesajı verilir. Bu yazımızda həmin xəbərdarlıq mesajının üzərindəki sirr pərdəsini qaldırıb, izah edəcəyik ki, söz sahibi bundan agah olsun. Əvvəlcə avtobusun üzərindəki nömrədən başlayaq. Bildiyimiz kimi, 67 ədədi Quranın “Hakimiyyət” surəsinin sıra nömrəsi olduğundan bu ədəd Quranda hakimiyyət rəmzi sayılır. Üç gün öncə baş verən avtobus qəzası da əsasən hakimiyyətdəkilərə xəbərdarlıq mesajıdır ki, günahsız insanlara zülm etməsinlər. Əks halda ağlasığmaz bəlalara tuş gələcəklər. Bunu sübut edən hesablamaları diqqətinizə çatdırırıq: 1) 6 dekabrda Bakıda 46 saylı marşrut avtobusu qəzaya uğradı. Üç gün öncə isə, 67 saylı avtobus qəzaya uğradı. Bu iki analoji hadisə arasında 114 gün fərq vardır ki, bu da Quran rəmzi olmaqla, hadisələrin Allah tərəfindən törədilməsi və hakimiyyətdəkilərə xəbərdarlıq olması barədə söylədiyimiz fikri təsdiq edir. (7 dekabrda isə, Bakıda baş verən 5,6 bal zəlzələ şəhər əhalisini həyəcanlandırdı. Saat fərqini nəzərə alsaq, hər iki hadisə eyni tarixdə baş vermişdi. Yəni, həm qəzadan, həm də zəlzələdən 114 gün keçirdi) 2) 67 nömrəli avtobusun qəzaya uğraması Qusar-Bakı marşrutunda hərəkət edən avtobusun qəzası (13 avqust) ilə də riyazi yolla bağlanır. Bu iki analoji hadisə arasında 228 gün fərq vardır ki, bundan da Quran rəmzini (114) çıxanda yenə də Quran rəmzi alınır və hadisələrin Allahın elminə bağlandığını və kodlaşdırılmış mesaj olduğunu bir daha sübut edir: 228 – 114 = 114 3) Sözü gedən qəza hadisəsi Lerik-Lənkəran yolunda qəzaya uğrayan (04.09.22) səkkiz nəfərin ölümü, səkkiz nəfərin isə yaralanması ilə nəticələnən avtobus qəzasının 572-ci günü baş verib. Bildiyimiz kimi orjinal (Kəbədə və muzeylərdə saxlanan) Quranın səhifələrinin sayı olan 286 ədədi Yaradanın rəqəmsal möhürü olaraq bütün qəzaların üzərinə vurulur. Lerikdəki qəza ilə 67 saylı avtobusun qəzası arasında əlaqəni görmək üçün 572 ədədindən 286 çıxaq: 572 – 286 = 286 4) 67 nömrəli marşrut avtobusu qəzaya uğrayanda narkoloji dispanserdə baş verən yanğının (02.03.18) 2220-ci günü idi ki, bundan da tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenə də tövbə bə cəza rəmzi alınır və tövbə etməyəcəkləri təqdirdə hakimiyyətdə olanların ağır cəza alacaqlarına mesaj verir: 2220 – 555 – 555 – 555 = 555 (Bu düsturun verdiyi başqa bir mesaj da var ki, o barədə hələlik danışmırıq) 5) 67 saylı avtobus qəzaya uğrayanda Qazaxda üç uşağı ildırım vurmasının (21.09.22) 555-ci günü idi. 6) Sözü gedən avtobus qəzası 23 yanvarda Şirvandakı hərbi zavodda baş verən partlayışın 67-ci (!) günü baş verdi ki, bu da xəbərdarlıq mesajının hakimiyyətə aid olduğunu bir daha təsdiq edir. NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, 67 nömrəli avtobusun qəzaya uğraması təsaadüfü olmayıb, zalım rəhbərlərə ilahi mesajdır ki, xalqa zülm etməsinlər, günahsız insanları şərləyib zindanlara doldurmasınlar. Onları da Allah yaradıb və sizlər bu xalqa xidmət edəcəyinizlə bağlı beş dəfə əlinizi Qurana basıb, Aallah qarşısında and içmisiniz. Lakin, andınıza əməl edib, haqqı, ədaləti bərqərar etmək istəmirsiniz; boşuna inadkarlıq edirsiniz. Bu səbəbdən də sizə cürbə-cür bəlalar gəlir. Bu bəlalar əvvəllər xalqın aşağı təbəqəsini (zalıma pərəstiş və xidmət edənləri) tuturdusa, indi artıq cavabdehlərin özünü tutmaqdadır. Artıq hədəfdə hakimiyyətin yuxarı eşalonudur (bəzi sirləri hələ açıqlamaq istəmirik). Qurana and içməkdən söz düşmüşkən, hakimiyyət rəmzi olan 67 nömrəli avtobus qəzaya uğrayanda üçüncü andiçmənin 3.813-cü günü idi ki, bundan da Quran rəmzlərini çıxsaq, yenə də tövbə və cəza rəmzi (555) alınar və tezliklə tövbə etməyəcəkləri təqdirdə zalım rəhbərləri və onlara xidmət edənləri, pərəstiş edənləri ağır cəzaların gözlədiyini xəbər verir: 3813 – (114+114+114) - (114+286) – (114+286) – (114+286) - (286+286+286) - (286+286+286) = 555 Sözümüzün sonunda zülm etməkdə həddi aşan rəhbərlərə “Hakimiyyət” surəsindən bir mesaj veririk: “Bu əsgərləriniz (ordunuz, köməkçiləriniz, pərəstişkarlarınız) kimdir ki, onlar sizi Allahın əzabından xilas edə bilsinlər?! Kafirlər sadəcə yanılırlar”. “Hakimiyyət” (67) surəsi, 20-ci ayə Mesajları çatdırdı: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi
0 Comments
Hər dəfə Pageyizm ideyası barədə məqalə paylaşanda izləyicilərimdən bəziləri irad tuturlar ki, İslam dura-dura niyə Pangeya ideyasını təbliğ edirsən? Öncə qeyd edim ki, həm İslam dini, həm də Pangeyizm bütün bəşəriyəti birləşdirmək, millətlər arasında sülh yaratmaq üçündür. Elə isə, mən niyə İslamdan çox Pangeyizmi təbliğ edirəm? Bunu izah etmək üçün belə bir misal çəkim: təsəvvür edin ki, Allah indiki dövrdə bəşəriyyəti islah etmək, insanları haqqa dəvət etmək üçün sizlərdən birini görəvləndirib. Bu məqsədlə dünya səyahətinə çıxmısınız ki, ölkələri gəzəsiniz, insanlara İslam dinini, onun gözəlliyini təbliğ edib, onları dinə dəvət edəsiniz; beləliklə, görəvinizi yerinə yetirəsiniz. Təsəvvür edin ki, yolunuz düşüb Avropanın bir ölkəsinə, camaatı yığıb başınıza təbliğat aparırsınız ki, İslamı qəbul edin. Avropa vətəndaşı qayıdıb sənə deyir ki, “hansı İslamı, İranda dar ağacı qurub, haqqını istəyənləri kəndirdən asan İslamı? Mən dəliyəmmi ki, azad yaşayışımı, qanunun aliliyini qoyub, başımı aparıb dar ağacının kəndirinə soxam?” Camaat hoydu-hoyduya götürüb səni bu ölkədən qovurlar... Üz tutursan başqa bir ölkəyə. Orda da başlayırsan camaatı İslama dəvət etməyə. Söhbətinin şirin yerində bir “mister Con” sənə yaxınlaşır, deyir danışığın yaxşıdır, çox gözəl, gəl gedək, sənə əyani bir şey göstərəcəm. Con girir sənin qoluna, aparır yaxınlıqdakı otelə. Resepşinə yaxınlaşıb, deyir ərəblər qalan otağı mənə göstər. Gedib açır otağın qapısın, görürsən ki, saqqalı bir ərəb 5-6 azyaşlı uşağı (oğlanı, yaxud qızları) salıb yatağına Lut qövmündən də betər bir vəziyyətdədirlər (bildiyiniz kimi, ərəblər bütün otellərdə belədirlər). Con səndən soruşur ki, filankəs müəllim, məni bunların dininə dəvət edirsən? Sən də deməyə söz tapmayıb, suyun süzülə-süzülə gedirsən başqa bir məmləkətə. Orada da insanları toplayıb, onları İslama dəvət edərkən, dinləyənlərdən biri deyir ki, "çox gözəl, mən qəbul edirəm, deməli, biz də İslamı qəbul etmiş ərəblər və farslar kimi bundan sonra narkotik əkib-becərib, balamızı dolandıra biləcəyik. Mənə bir hektar sahə ayırın, sabahdan narkotik becərəcəm. Əfqandan, “tanımadığım İran vətəndaşından” nəyim əksikdir?". Oradan da utana-utana uzaqlaşıb, missiyanı yerinə yetirmək üçün, üz tutursan başqa bir ölkəyə. İstəyirsən ki, insanları toplayıb, təbliğat aparasan, radio ilə elan edilir ki, ölkəmiz raket atəşinə tutulur, girin podvala. Neçə gün orada qalırsansa hər gün bu hücumlar təkrar olunur... Görürsən ki, bunları heç bir din maraqlandırmır, bunlar ancaq başlarını soxmağa sakit yer axtarırlar. Sənə də deyirlər ki, gözlə, müharibə qurarandan sonra səni dinləyəcəyik. Belə məqamda neynəməlisən? Oturub dünyada müharibələrin bitməsinimi gözləməlisən? Bəlkə heç müharibə on illərlə bitməyəcək və sən Allahın sənə həvalə etdiyi missiyanı yerinə yetirmədən öləcəksən? Qiyamət günü Allaha nə cavab vercəksən? Artıq sən düşünməyə başlayırsan və İslamı, Quranı inkar etməyən yeni bir ideya axtarırsan ki, onunla həm Dünyada sülh yaradasan, həm də İslamı sözdə qəbul edib, əməldə gözdən salan ərəblərə, farslara və digər xalqlara da başa salasan ki, İslamdan öncə ADAM olmaq lazımdır... Belə bir məqamda Allah sənin bəsirət gözünü açır və görürsən ki, Ayın üzərində min illərdir görünən "ləkə" əslində Yerin ilk yaranışında olan Pangeya materikinin xəritəsidir. Coğrafiya kitabını açıb, həmin xəritəyə də baxırsan, Aya da baxırsan, görürsən ki, eyni xəritə Ayın üzərindədir. Deməli, Allah hər axşam bizə Ay ilə mesaj verir ki, kökünüzə, fundamentinizə qayıdın. Torpaq bizim deyil, biz torpağınıq. Sabah bizim hamımızı udacaq bu torpaqdan ötrü biri-birimizi qırmaqdansa, elə Allahın bu torpaqda bizim üçün yaratdığı nemətlərdən yeyib, onun üzərində sülh şəraitində ölüncə kef çəkmək daha ağıllı fikir olmazmı? Müharibələr bizə övlad ölümündən başqa nə verir? Yerin kökü (özülü) Pangeya materiki olduğu kimi, bütün dinlərin də kökü tövhiddir. Fikirləşirsən ki, bu dövrdə bəşəriyyəti birləşdirməkdən, müharibələrə son qoyub, sülh yaratmaqdan söhbət gedirsə, buna ancaq dinlərin fundamentinə (tövhidə) qayıtmaqla nail olmaq olar. Yuxarıda qeyd etdiyimiz kimi, tövhid tək İslamın yox, İsaviliyin, Musəviliyin də əsasını təşkil edir. Bşəriyətin faciyəsi budur ki, əsası tövhid olan bütün dinlərin nümayəndələri bu gün biri-birini düşmən bilib, biri-birlərinin başlarına bomba yağdırmaqdadırlar. Bu atəşləri susdurmağın yolu bütün dinləri birləşdirməkdən keçir. Bu birlik də o vaxt baş verə bilər ki, dinlər hamısı kökünə (tövhidə) qayıtsın. Birləşmə ancaq tövhiddə mümkündür (tövhid kökdür dinlər onun budaqlarıdır).... Həm də digər dinlərin daşıyıcılarının böyük əksəriyyəti bu gün İslam Peyğəmbərini qəbul etmirlər, bu faktdır. Bu səbəbdən də bəşəriyyəti İslam ətrafında birləşdirmək mümkün deyil. (Digər tərəfdən də bu gün ərəbin, farsın və digər xalqların törətdikləri vəhşilikləri, qeyri-insani hərəkətləri görən bəşəriyyət açığı İslam dinindən qorxurlar; onlara elə gəlir ki, İslam belə olur). Amma, İbrahim Xəlilullah yeganə Peyğəmbərdir ki, bütün bəşəriyyət tərəfindən qəbul olunur. Çünki, o, bütün kitab verilmiş peyğəmbərlərin (Yaqubun, Yusifin, Musanın, İsanın, Məhəmmədin və s) babasıdır. Bu səbəbdən də Quranda Allah bütün peyğəmbərlərə (o cümlədən bugünkü kamil insanlara, Quranı canlı yaşayanlara) xitab edir ki, xalqını baban İbrahimin hənif dininə (tövhidə) dəvət elə. Onu da qeyd edək ki, İslam dini və Quran kamil insanlar üçün nəzərdə tutulub. Amma, bu gün biz elə bir mərhələyə gəlib çatmışıq ki, kamillikdən heç bir əsər əlamət yoxdur; əksinə, ibtidai insanlar kimi soyunub, lüt-üryan gəzirik. Tərbiyəmiz Lut qövmünün tərbiyəsindən də bərbad vəziyyətdədir (onlar tərbiyəsizliyi gizli edirdilərsə indiki insanlar canlı yayımlarda, milyonların gözləri qarşısında edirlər). Deməli, indiki adamların şüuru və əxlaqı ibtidaidən də aşağı səviyyədədir. Bu səbəbdən bunlar kamil dini (İslamı) onsuz da qəbul edəsi halda (tərbiyədə) deyillər. Çıxış yolu geri qayıdıb, İbrahimin dövründən başlayıb, sonra üzü bəri (kamilliyə doğru) gəlməkdir. Bunun üçün bəşəriyyətə İbrahim fəlsəfəsi təbliğ olunmalıdır. Nədir İbrahim fəlsəfəsi? İbrahim fəlsəfəsi aşaığdakı xasiyyətləri özündə cəmləşdirməkdir: -doğrudanışan olmaq, özünə rəva bilmədiyini başqasına rəva bilməmək; -qarşındakını öz səviyyəndə bilmək; -başqasının malına, namusuna göz dikməmək; -yalnız Yaradana güvənmək; -zinakar olmamaq; -lovğa və təkəbbürlü olmamaq; -hənif, ədalətli, vicdanlı, səxavətli, rəhimli və xeyirxah olmaq; -Allahın dostuyla dost, düşməniylə düşmən olmaq; -hər halında Allaha şükr etmək; -Allaha aid olan işlərdən xeyir güdməmək; -bütün işləri “Bismillah”la başlayıb, “Əlhəmdülillah”la bitirmək; -dünya işlərində səbirli olmaq; -Allahdan başqasından qorxmamaq; -istənilən halda (həyatına təhlükə olsa belə) ancaq haqqı demək və haqqın yanında olmaq ... Bir sözlə, bəşəri dəyərlərə sahib olmaq, bu dəyərləri özündə cmləşdirmək. Bütün bu dəyərləri özündə cəmləşdirəndən sonra hansısa bir dinin qəbulundan söhbət gedə bilər (bu xasiyyətləri kimdə görsəniz onu dindar hesab edə bilərsiniz). Təəssüf ki, bu gün yuxarıda sadaladığım bəşəri dəyərlərə sahib olmayan adamlar özlərini dindar adlandırırlar. Hətta, belələri mafiyalar tərəfindən qəsdən dinlərə rəhbər təyin edilir ki, insanların dinə, Allaha inamı azalsın, doğru yoldan azsınlar. Belə “din rəhbərləri” özləriylə bərabər, arxalarında dayananları da cəhənnəmə sürükləməkdədirlər. Yeri gəlmişkən, Pangeyizm ideyasını mən 2017-ci ildən mətbuatda təbliğ etməyə başladım (bu mövzuda xeyli məqalələrim, kitablarım çap olunub, videomüsahibələr vermişəm). Sonradan eşitdim ki, daha əvvəllər yazıçılardan biri bu mövzuda “Pangeyanın övladları” adlı fantastik roman da yazıbmış. Həmin romanda Pangeyanın (Yerin) qitələrə parçalanması ilə dinazavrların məhv olduğunu yazıbmış. Qeyd dim ki, o vaxtlar bəşəriyyət üçün təhlükə dinazavrlar idisə, indiki dövrdə də insanların qənimi beynəlxalq mafiyalardır. Bugünkü mafiyalar təhlükəliliyinə görə heç də dinazavrdan geri qalmırlar. Bütün müharibələrin, xəstəliklərin, narkoticarətin, insan alverinin… axasında dayanan mafiyozlar (dinazavrlar) hətta evində sakit oturan insanı da günün günorta vaxtı gəlib cibinə narkotik qoyub, qandallayıb aparıb zindanda öldürə, yaxud, ömrünü zindanda çürüdə bilirlər. Hazırda dünyada mövcud olan bütün dövlətlər dünya mafiya zəncirinin bir həlqəsidir (yəni, hər dövlətin başında bir “dinazavr” durub). Mövcud beynəlxalq təşkilatların vəzifəsi bu mafiya zəncirini qorumaqdan ibarətdir. Ona görə də xammal bazası olan Şərq ölkələrinin vətəndaları beynəlxalq təşkilatlara şikayət edərkən onların şikayətlərinə illərlə baxılmır, baxılanda da 3-5 min dollar kompensasiya kəsməklə işlərini bitmiş hesab edirlər. Həmin kompensasiyalar da sındırmadan sahibinə verilmir (şikayətçini sındırmasalar kompensasiyanı ona ödəmirlər). Bu gün bəşəriyyətin belə bir qəddar mafiyaların (“dinazavrların”) torunda girov kimi çabalamalarının səbəbi əslində insanlıqdan uzaqlaşmalarıdır. Yəni, insan oğlu əxlaqsız, tərbiyəsiz insana yaraşmayan hərəkət etdikcə və biri digərinə zülm etdikcə kütləvi şəkildə günaha batırlar. Beləkilə, Yaradandan uzaqlaşırlar. Çobanından uzaqaşan quzu qurda yem olduğu kimi, Allahdan da uzaqlaşan bəndələr kütləvi şəkildə mafiyalara (müasir dinazavrlara) yem olurlar. Yadınıza salın ki, bir zamanlar babanız İbrahim də dövrünün zalım rəhbəri (dinazavrı) Nəmruda qarşı mübarizə apardı. Hətta, Nəmrud hündür bir tonqal qalayaraq, İbrahimi oda atdı. Lakin, Allah İbrahimi həmin oddan sağ-salamat xilas etdi. Niyə xilas etdi? Çünki, İbrahim yuxarıda sadaladığım (Allah bəyənən) insani keyfiyyətlərə, əxlaqa, tərbiyəyə sahib idi. Bu gün biz bu keyfiyyətləri ona görə təbliğ edirik ki, sizlər də həmin insani keyfiyyətlərə sahib olsanız Allah sizi mafiyaların (müasir dinazavrların) başınıza yağdırdığı bombalardan, üstünüzə ələdiyi viruslardan, qidalarınıza, suyunuza qatdıqları zəhərlərdən qoruyar. İbrahimin misalından aydın olur ki, bu, Allah üçün problem deyil. Məncə bu xasiyyətləri əxz etmək bəşəriyyət üçün də problem olmamalıdır. Çünki, bu adi insanlıqıdr… Dr. Paşa Yaqub – Pangeyist (sülhyaradan) Qeyd: Pangeyizm ideyasından bəhs edən “İnanmayan Aya baxsın” kitabımız İngilis dilinə də tərcümə olunaraq, pashayaqub.weebly.com saytına yerləşdirilib. İngilisdilli oxucular həmin kitabdan geniş məlumat ala bilərlər. "Haqqı tələb edənlər Haqqa boyun əyməlidirlər " Bu başlıq altında 2006-cı ildə məqaləm çap olunmuşdu. Orada mübarizənin taktikasını göstərmişdim. O vaxt mübarizə aparanlar təkliflərimi qulaqardına vurdular. İndi yavaş-yavaş etiraf edirlər ki, indiyə qədərki taktika özünü doğrultmur, başqa taktika seçilməlidir.... Mənim təklif etdiyim taktika budur ki, kimdənsə haqqı tələb edirsənsə gərək özün kiminsə haqqına girməyəsən, günahlarına görə tövbə edəsən, özün haqqa nümunə olasan. Onda Allah səni Dəccalın şərindən, böhtanından, zülmündən, zindanından qoruyacaq və haqqa çatdıracaq. Yox əgər sən özündən aşağının haqqını tapdalamısansa heç vaxt yuxarılardan haqqını ala bilmərsən. Haqqını istəsən səni şərləyib zindana atacaqlar. Bəşər tarixinə nəzər salsaq, nəmrudlar, fironlar hamını öldürsələr də, peyğəmbərlərə heç nə edə bilmədilər (halbuki, onları da öldürmək istədilər). Çünki, peyğəmbərlər günahlarına görə tövbə edib təmizlənmişdilər. Bu səbəbdən Allahın qoruması altında idilər.... İnsanlar bilməlidirlər ki, zalıma qarşı mübarizə aparan şəxs mütləq Allahın çətiri altına girməlidir. Bura girməyin də yolu tövbədən keçir.... Haqqa dönün ki, Haq sizi qorusun. Sizi nə Avropa, nə də başqa dövlət qoruyası deyil. Onlara Azərbaycanın sərvəti lazımdır. Sərvəti kim verirsə, onu da qoruyurlar (sizi də zapas təkər kimi baqaja qoyublar, sərvət qurtaranda lazım ola bilərsiz)... Deməli siz Avropadan, Amerikadan, Rusiyadan, İrandan....daha güclü bir himayədar tapıb, onun çətiri altına girməlisiz.... Belə bir yeganə güclü varlıq Allahdır. O sizdən pul, mal istəmir; yeganə şərti indiyədək etdiyin günahlara görə tövbə elə, bundan sonra kimsənin haqqına girmə, günah etmə. Bundan sonra apardığın mübarizədə necə qorunduğunu görəcəksən və tezliklə zalımlardan haqqını alacaqsan. Elmi-lədun hesablamalarımız göstərir ki, hazırda dünyada 313 nəfər tövbə etmiş mübariz insan olsa onlar tez bir zamanda nəinki öz ölkələrində, hətta, bütün dünyada haqqı bərqərar edərlər.... Allah heyvanları insanlara nümunə olsun deyə yaratdı. İnsan cəmiyyəti heyvanlardan öyrənə-öyrənə inkişaf etdi, formalaşdı. Məsələn, insan oğlu dövlət və ordu qurmağı bal arısından, toxuculuğu hörümçəkdən, zəhmətkeşlyi qarışqadan... öyrəndi. Hələ bundan sonra da heyvanlardan öyrəniləsi çox şeylər vardır. Fikir verirsinizmi, heyvanlar balalarını bir müddət böyüdəndən sonra, onları ana təbiətə buraxırlar. İnsanlar bundan ibrət götürüb, öz oğlan uşaqlarını həddi-buluğa çatdıqdan sonra cəmiyyətə buraxmalıdırlar. Həmin oğullar cəmiyyətə (xalqa) xidmət etdikcə şəxsiyyət kimi formalaşır, cilalanıb-prlayır, ətrafa işıq saçırlar. Cəmiyyət də öz növbəsində həmin oğulların xidmətini qiymətləndirib, müəyyən mərtəbəyə yüksəldir və yüksək məqam sahibi kimi valideyninə qaytarır. Necə ki, İbrahim Peyğəmbər oğlu İsmaili qurban verməyə hazır oldu. Allah bu qurbanı (balaca İsmaili) qəbul edib, onu Peyğəmbər İsmail halında atasına qaytardı. Valideynlər bu hadislərdən ibrət götürüb, gərək oğullarını xalqa, cəmiyyətə xidmət etməyə (yeri gəlsə xalq yolunda qurban verməyə) hazır olsunlar. Onda cəmiyyət o oğulları sevib-əzizləyəcək və gec-tez (bərkdən-boşdan çıxandan sonra) yüksək məqam sahibinə, böyük şəxsiyyətə çevirəcək. Bütün peyğəmbərlər və tarixi şəxsiyyətlər bu cür – cəmiyyətin qoynunda, xalqa xidmətdə yetişiblər. Tarixə nəzər salsanız, ata-ana nəzarəti altında böyüyən heç bir övlad nə peyğəmbər, nə də tarixi şəxsiyyət olmayıb. Bu gün oğul övladlarını cəmiyyətlə bölüşmək (cəmiyyətə buraxmaq) istəməyən valideynlər onların püxtələşməsinin, gələcəkdə tarixi şəxsiyyətə çevrilməsinin qarşısını alırlar... Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi Tİk-tokda soyunanlara görə o dünyada dövlət başçıları sorğu-sual olunacaqlar - Bİlİcİdən açıqlama3/1/2024 Dünəndən bəri sosial media profilimdə "azyaşlılar"ın evlənməsi ilə bağlı iki fərqli baxışın qızğın mübahisəsi gedir (hətta, mənə hədə-qorxu gələn, şantaj edənlər də oldu). Əvvəla "azyaşlı" dediklərinizlə söhbət edin, görün onların bildiyinin yarısını bilsəniz mənə nə istəyirsiz deyin. Onlarla bir məsələni müzakirə edin, sonra baxın görün azyaşlı onlardı, yoxsa sizsiniz? O ki qaldı onların çoxunun tərbiyəsinin pozulmasına, canlı yayımda soyunmalarına, bu acı faktdır və hər kəsi narahat edir. Amma, başqalarından fərqli olaraq mən vəziyyətin bu cür olmasının günahını azyaşlılarda yox, çoxyaşlılarda, özəlliklə də ölkəni idarə edənlərdə görürəm. Deyəcəksiniz ki, ölkənin yiyəsi sosial şəbəkədə milyonlarla uşağa nəzarət etməlidirmi, onlara tərbiyə verməlidirmi? Xeyr, hamıya nəzarət etmək, tərbiyə vermək mümkünsüzdür. Amma, Aqil rəhbər sosial şəbəkələrdə soyunub duranları görəndə öz-özünə soruşmalıdır ki, bunlar nə istəyirlər? Nə etsək bunlar çəkilib gedərlər (söhbət inzibati tədbirdən getmir, siyasətdən gedir)? Onda sualın cavabı avtomatik beyinə gələcək ki, bunlar kişi istəyirlər. Bəs bunlara mane olan nədir? Cavab gələcək ki, maneə bizim onlara "azyaşlı" deyib, ailə qurmalarına icazə verməməyimizdir. Onlar bu qanmazlığımızın əvəzini bizdən belə çıxırlar: soyunub, cinsi orqanlarını "böyük"lərin gözünə soxmaqla. Yəni deyirlər ki, ay "böyük"lər, korolmuş gözləriniz görsün ki, biz böyümüşük və ailə qurmaq istəyirik (nə qədər ki, icazə verməyəcəksiniz, elə burda dayanıb, bunları soxacağıq sizin gözünüzə). Haqlı deyillərmi? Məncə haqlıdırlar və hələ az da edirlər, gərək başqa cür edələr. Düşünürəm ki, biz "böyük"lər bu sarsaqlığımızda biraz da davam eləsək gənclərdən özümüzə qarşı bundan betərini haqq edəcəyik. Aqil rəhbər həmən səhvin düzəldib, "azyaşlı"lara (əslində çoxbilmişlərə) qoyulmuş sünü maneəni aradan qaldırımalıdır. Onda bunlar canlı yayınlardan yığışacaqlar. Bilməliyik ki, Allahın verdiyi haqqı bəndədən almağın aqibəti belə olur: övladlar bezib, bütün orqanlarını açıb qoyurlar valideynlərinin, qohumlarının, rəhbərlərinin qabağına!!! Söz ardı: Sirat körpüsünü, o dünyanı görüb gəlmiş adam kimi (bu barədə məqalələrində, kitablarımda kifayət qədər dəlil sübut gətirmişəm) dəqiq bilirəm ki, üç dəfə heyz gördükdən sonra evlənmək istəyən qıza kimsə (dövlət rəhbəri, qanunverici orqan üzvləri) mane olarsa (imkan verməzsə) və bundan sonra həmin qız zina edərsə onun günahının çox hissəsi maneə yaradan adamın üzərinə düşür. Elmi-lədun bilicisi kimi dəqiq bilirəm ki, bu gün 18 yaşından aşağı gənclərin soyunub tik toka çıxmalarına görə, parklarda, yaxud gizlin yerlərdə zina hərəkətlər etdiklərinə görə dövlət rəhbəri, deputatlar o dünyada sorğu-sual ediləcəklər və nəticəsi onlar üçün çox ağır olacaq. Bunu demək mənim borcumdur. "Demədi" deməyin. Dr. Paşa Yaqub Elmi-ladun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |