Hər dəfə Pageyizm ideyası barədə məqalə paylaşanda izləyicilərimdən bəziləri irad tuturlar ki, İslam dura-dura niyə Pangeya ideyasını təbliğ edirsən? Öncə qeyd edim ki, həm İslam dini, həm də Pangeyizm bütün bəşəriyəti birləşdirmək, millətlər arasında sülh yaratmaq üçündür. Elə isə, mən niyə İslamdan çox Pangeyizmi təbliğ edirəm? Bunu izah etmək üçün belə bir misal çəkim: təsəvvür edin ki, Allah indiki dövrdə bəşəriyyəti islah etmək, insanları haqqa dəvət etmək üçün sizlərdən birini görəvləndirib. Bu məqsədlə dünya səyahətinə çıxmısınız ki, ölkələri gəzəsiniz, insanlara İslam dinini, onun gözəlliyini təbliğ edib, onları dinə dəvət edəsiniz; beləliklə, görəvinizi yerinə yetirəsiniz. Təsəvvür edin ki, yolunuz düşüb Avropanın bir ölkəsinə, camaatı yığıb başınıza təbliğat aparırsınız ki, İslamı qəbul edin. Avropa vətəndaşı qayıdıb sənə deyir ki, “hansı İslamı, İranda dar ağacı qurub, haqqını istəyənləri kəndirdən asan İslamı? Mən dəliyəmmi ki, azad yaşayışımı, qanunun aliliyini qoyub, başımı aparıb dar ağacının kəndirinə soxam?” Camaat hoydu-hoyduya götürüb səni bu ölkədən qovurlar... Üz tutursan başqa bir ölkəyə. Orda da başlayırsan camaatı İslama dəvət etməyə. Söhbətinin şirin yerində bir “mister Con” sənə yaxınlaşır, deyir danışığın yaxşıdır, çox gözəl, gəl gedək, sənə əyani bir şey göstərəcəm. Con girir sənin qoluna, aparır yaxınlıqdakı otelə. Resepşinə yaxınlaşıb, deyir ərəblər qalan otağı mənə göstər. Gedib açır otağın qapısın, görürsən ki, saqqalı bir ərəb 5-6 azyaşlı uşağı (oğlanı, yaxud qızları) salıb yatağına Lut qövmündən də betər bir vəziyyətdədirlər (bildiyiniz kimi, ərəblər bütün otellərdə belədirlər). Con səndən soruşur ki, filankəs müəllim, məni bunların dininə dəvət edirsən? Sən də deməyə söz tapmayıb, suyun süzülə-süzülə gedirsən başqa bir məmləkətə. Orada da insanları toplayıb, onları İslama dəvət edərkən, dinləyənlərdən biri deyir ki, "çox gözəl, mən qəbul edirəm, deməli, biz də İslamı qəbul etmiş ərəblər və farslar kimi bundan sonra narkotik əkib-becərib, balamızı dolandıra biləcəyik. Mənə bir hektar sahə ayırın, sabahdan narkotik becərəcəm. Əfqandan, “tanımadığım İran vətəndaşından” nəyim əksikdir?". Oradan da utana-utana uzaqlaşıb, missiyanı yerinə yetirmək üçün, üz tutursan başqa bir ölkəyə. İstəyirsən ki, insanları toplayıb, təbliğat aparasan, radio ilə elan edilir ki, ölkəmiz raket atəşinə tutulur, girin podvala. Neçə gün orada qalırsansa hər gün bu hücumlar təkrar olunur... Görürsən ki, bunları heç bir din maraqlandırmır, bunlar ancaq başlarını soxmağa sakit yer axtarırlar. Sənə də deyirlər ki, gözlə, müharibə qurarandan sonra səni dinləyəcəyik. Belə məqamda neynəməlisən? Oturub dünyada müharibələrin bitməsinimi gözləməlisən? Bəlkə heç müharibə on illərlə bitməyəcək və sən Allahın sənə həvalə etdiyi missiyanı yerinə yetirmədən öləcəksən? Qiyamət günü Allaha nə cavab vercəksən? Artıq sən düşünməyə başlayırsan və İslamı, Quranı inkar etməyən yeni bir ideya axtarırsan ki, onunla həm Dünyada sülh yaradasan, həm də İslamı sözdə qəbul edib, əməldə gözdən salan ərəblərə, farslara və digər xalqlara da başa salasan ki, İslamdan öncə ADAM olmaq lazımdır... Belə bir məqamda Allah sənin bəsirət gözünü açır və görürsən ki, Ayın üzərində min illərdir görünən "ləkə" əslində Yerin ilk yaranışında olan Pangeya materikinin xəritəsidir. Coğrafiya kitabını açıb, həmin xəritəyə də baxırsan, Aya da baxırsan, görürsən ki, eyni xəritə Ayın üzərindədir. Deməli, Allah hər axşam bizə Ay ilə mesaj verir ki, kökünüzə, fundamentinizə qayıdın. Torpaq bizim deyil, biz torpağınıq. Sabah bizim hamımızı udacaq bu torpaqdan ötrü biri-birimizi qırmaqdansa, elə Allahın bu torpaqda bizim üçün yaratdığı nemətlərdən yeyib, onun üzərində sülh şəraitində ölüncə kef çəkmək daha ağıllı fikir olmazmı? Müharibələr bizə övlad ölümündən başqa nə verir? Yerin kökü (özülü) Pangeya materiki olduğu kimi, bütün dinlərin də kökü tövhiddir. Fikirləşirsən ki, bu dövrdə bəşəriyyəti birləşdirməkdən, müharibələrə son qoyub, sülh yaratmaqdan söhbət gedirsə, buna ancaq dinlərin fundamentinə (tövhidə) qayıtmaqla nail olmaq olar. Yuxarıda qeyd etdiyimiz kimi, tövhid tək İslamın yox, İsaviliyin, Musəviliyin də əsasını təşkil edir. Bşəriyətin faciyəsi budur ki, əsası tövhid olan bütün dinlərin nümayəndələri bu gün biri-birini düşmən bilib, biri-birlərinin başlarına bomba yağdırmaqdadırlar. Bu atəşləri susdurmağın yolu bütün dinləri birləşdirməkdən keçir. Bu birlik də o vaxt baş verə bilər ki, dinlər hamısı kökünə (tövhidə) qayıtsın. Birləşmə ancaq tövhiddə mümkündür (tövhid kökdür dinlər onun budaqlarıdır).... Həm də digər dinlərin daşıyıcılarının böyük əksəriyyəti bu gün İslam Peyğəmbərini qəbul etmirlər, bu faktdır. Bu səbəbdən də bəşəriyyəti İslam ətrafında birləşdirmək mümkün deyil. (Digər tərəfdən də bu gün ərəbin, farsın və digər xalqların törətdikləri vəhşilikləri, qeyri-insani hərəkətləri görən bəşəriyyət açığı İslam dinindən qorxurlar; onlara elə gəlir ki, İslam belə olur). Amma, İbrahim Xəlilullah yeganə Peyğəmbərdir ki, bütün bəşəriyyət tərəfindən qəbul olunur. Çünki, o, bütün kitab verilmiş peyğəmbərlərin (Yaqubun, Yusifin, Musanın, İsanın, Məhəmmədin və s) babasıdır. Bu səbəbdən də Quranda Allah bütün peyğəmbərlərə (o cümlədən bugünkü kamil insanlara, Quranı canlı yaşayanlara) xitab edir ki, xalqını baban İbrahimin hənif dininə (tövhidə) dəvət elə. Onu da qeyd edək ki, İslam dini və Quran kamil insanlar üçün nəzərdə tutulub. Amma, bu gün biz elə bir mərhələyə gəlib çatmışıq ki, kamillikdən heç bir əsər əlamət yoxdur; əksinə, ibtidai insanlar kimi soyunub, lüt-üryan gəzirik. Tərbiyəmiz Lut qövmünün tərbiyəsindən də bərbad vəziyyətdədir (onlar tərbiyəsizliyi gizli edirdilərsə indiki insanlar canlı yayımlarda, milyonların gözləri qarşısında edirlər). Deməli, indiki adamların şüuru və əxlaqı ibtidaidən də aşağı səviyyədədir. Bu səbəbdən bunlar kamil dini (İslamı) onsuz da qəbul edəsi halda (tərbiyədə) deyillər. Çıxış yolu geri qayıdıb, İbrahimin dövründən başlayıb, sonra üzü bəri (kamilliyə doğru) gəlməkdir. Bunun üçün bəşəriyyətə İbrahim fəlsəfəsi təbliğ olunmalıdır. Nədir İbrahim fəlsəfəsi? İbrahim fəlsəfəsi aşaığdakı xasiyyətləri özündə cəmləşdirməkdir: -doğrudanışan olmaq, özünə rəva bilmədiyini başqasına rəva bilməmək; -qarşındakını öz səviyyəndə bilmək; -başqasının malına, namusuna göz dikməmək; -yalnız Yaradana güvənmək; -zinakar olmamaq; -lovğa və təkəbbürlü olmamaq; -hənif, ədalətli, vicdanlı, səxavətli, rəhimli və xeyirxah olmaq; -Allahın dostuyla dost, düşməniylə düşmən olmaq; -hər halında Allaha şükr etmək; -Allaha aid olan işlərdən xeyir güdməmək; -bütün işləri “Bismillah”la başlayıb, “Əlhəmdülillah”la bitirmək; -dünya işlərində səbirli olmaq; -Allahdan başqasından qorxmamaq; -istənilən halda (həyatına təhlükə olsa belə) ancaq haqqı demək və haqqın yanında olmaq ... Bir sözlə, bəşəri dəyərlərə sahib olmaq, bu dəyərləri özündə cmləşdirmək. Bütün bu dəyərləri özündə cəmləşdirəndən sonra hansısa bir dinin qəbulundan söhbət gedə bilər (bu xasiyyətləri kimdə görsəniz onu dindar hesab edə bilərsiniz). Təəssüf ki, bu gün yuxarıda sadaladığım bəşəri dəyərlərə sahib olmayan adamlar özlərini dindar adlandırırlar. Hətta, belələri mafiyalar tərəfindən qəsdən dinlərə rəhbər təyin edilir ki, insanların dinə, Allaha inamı azalsın, doğru yoldan azsınlar. Belə “din rəhbərləri” özləriylə bərabər, arxalarında dayananları da cəhənnəmə sürükləməkdədirlər. Yeri gəlmişkən, Pangeyizm ideyasını mən 2017-ci ildən mətbuatda təbliğ etməyə başladım (bu mövzuda xeyli məqalələrim, kitablarım çap olunub, videomüsahibələr vermişəm). Sonradan eşitdim ki, daha əvvəllər yazıçılardan biri bu mövzuda “Pangeyanın övladları” adlı fantastik roman da yazıbmış. Həmin romanda Pangeyanın (Yerin) qitələrə parçalanması ilə dinazavrların məhv olduğunu yazıbmış. Qeyd dim ki, o vaxtlar bəşəriyyət üçün təhlükə dinazavrlar idisə, indiki dövrdə də insanların qənimi beynəlxalq mafiyalardır. Bugünkü mafiyalar təhlükəliliyinə görə heç də dinazavrdan geri qalmırlar. Bütün müharibələrin, xəstəliklərin, narkoticarətin, insan alverinin… axasında dayanan mafiyozlar (dinazavrlar) hətta evində sakit oturan insanı da günün günorta vaxtı gəlib cibinə narkotik qoyub, qandallayıb aparıb zindanda öldürə, yaxud, ömrünü zindanda çürüdə bilirlər. Hazırda dünyada mövcud olan bütün dövlətlər dünya mafiya zəncirinin bir həlqəsidir (yəni, hər dövlətin başında bir “dinazavr” durub). Mövcud beynəlxalq təşkilatların vəzifəsi bu mafiya zəncirini qorumaqdan ibarətdir. Ona görə də xammal bazası olan Şərq ölkələrinin vətəndaları beynəlxalq təşkilatlara şikayət edərkən onların şikayətlərinə illərlə baxılmır, baxılanda da 3-5 min dollar kompensasiya kəsməklə işlərini bitmiş hesab edirlər. Həmin kompensasiyalar da sındırmadan sahibinə verilmir (şikayətçini sındırmasalar kompensasiyanı ona ödəmirlər). Bu gün bəşəriyyətin belə bir qəddar mafiyaların (“dinazavrların”) torunda girov kimi çabalamalarının səbəbi əslində insanlıqdan uzaqlaşmalarıdır. Yəni, insan oğlu əxlaqsız, tərbiyəsiz insana yaraşmayan hərəkət etdikcə və biri digərinə zülm etdikcə kütləvi şəkildə günaha batırlar. Beləkilə, Yaradandan uzaqlaşırlar. Çobanından uzaqaşan quzu qurda yem olduğu kimi, Allahdan da uzaqlaşan bəndələr kütləvi şəkildə mafiyalara (müasir dinazavrlara) yem olurlar. Yadınıza salın ki, bir zamanlar babanız İbrahim də dövrünün zalım rəhbəri (dinazavrı) Nəmruda qarşı mübarizə apardı. Hətta, Nəmrud hündür bir tonqal qalayaraq, İbrahimi oda atdı. Lakin, Allah İbrahimi həmin oddan sağ-salamat xilas etdi. Niyə xilas etdi? Çünki, İbrahim yuxarıda sadaladığım (Allah bəyənən) insani keyfiyyətlərə, əxlaqa, tərbiyəyə sahib idi. Bu gün biz bu keyfiyyətləri ona görə təbliğ edirik ki, sizlər də həmin insani keyfiyyətlərə sahib olsanız Allah sizi mafiyaların (müasir dinazavrların) başınıza yağdırdığı bombalardan, üstünüzə ələdiyi viruslardan, qidalarınıza, suyunuza qatdıqları zəhərlərdən qoruyar. İbrahimin misalından aydın olur ki, bu, Allah üçün problem deyil. Məncə bu xasiyyətləri əxz etmək bəşəriyyət üçün də problem olmamalıdır. Çünki, bu adi insanlıqıdr… Dr. Paşa Yaqub – Pangeyist (sülhyaradan) Qeyd: Pangeyizm ideyasından bəhs edən “İnanmayan Aya baxsın” kitabımız İngilis dilinə də tərcümə olunaraq, pashayaqub.weebly.com saytına yerləşdirilib. İngilisdilli oxucular həmin kitabdan geniş məlumat ala bilərlər.
0 Comments
Leave a Reply. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |