Eyni valideynlərdən yaranan uşaqlardan birinin yaraşıqlı, digərinin çirkin olduğunu görməyə artıq adət etmişik. Bunun səbəbləri tarix boyu cəmiyyəti düşündürsə də, doğru-düzgün elmi izahı tapılmayıb. Son vaxtlar ünvanıma bu mövzuda çoxsaylı suallar gəldiyini nəzərə alıb, bu istiqamətdə monitorinq aparmaq qərarına gəldim. Oxucular üçün maraqlı olacağını nəzərə alıb, monitorinqin nəticələrini diqqətinizə çatdırıram. Ailə psixoloqu və elmi-lədun bilicisi olaraq, bu cür fərqli görünüşə malik uşaqların anaları arasında apardığım sorğular maraqlı bir mənzərəni ortaya qoydu. Məlum oldu ki, hansı qızlar ki, sevib ailə qurublar və hamilə olarkən əsəb, stress qorxu keçirməyiblər, onların uşaqları göyçək və yaraşıqlı doğulur. Yəni, uşaq qarşılıqlı məhəbbətdən yarananda və ana sağlam olanda, doğulan uşaq yaraşıqlı və sakit olur. Lakin, elə analar da var ki, qızlıq dövründə onların qəlbində sevgi hissi olmayıb (yaxud çox zəif olub), əsəb, stress, qorxu keçirib; baş, onurğa və s. daxili orqanlarında ağrılar olub. Menstruasiya dövründə güclü sancılar və analıq orqanlarında problemlər olub... Belə qızlar ailə qurduqdan və hamilə qaldıqdan sonra sadaladığım əlamətlər bir qayda olaraq onlarda daha da artıb. Nəticədə, doğulan uşaq digərlərinə nisbətən daha çirkin və əsəbi olub. Elə ailələr də var ki, onlarda bir-iki övlad yaraşıqlı doğulduqdan sonra, növbəti uşaq çirkin doğulub. Test sorğularından məlum olur ki, əvvəlki uşaqlara hamilə olarkən, ananın psixoloji və sağlamlıq durumu normal olsa da, sonrakı hamiləlik vaxtı ətraf mühitdən gələn neqativ enerjilər səbəbindən, onda əsəb və gərginlik artıb. Analıq orqanlarında sancılar, daxili orqanlarda ağrılar; qorxu, ümidsizlik... yaranıb. Depressiv vəziyyətə düşdüyündən, ana çox vaxt ağlayıb... Nəhayət, həmin gərgin hamiləlikdən doğulan uşaq, əvvəlkilərə nisbətən çirkin, əsəbi, bəzi ağır hallarda isə, qüsurlu doğulub. İlk uşaqları nisbətən çirkin və əsəbi olan analar arasında apardığımız rəy sorğularından məlum olur ki, onlar sevərək ailə qurmayıblar. Menstruasiya dövrləri həmişə sancılı, ağrılı və yaxud gecikmələrlə baş verib. Əks cinsə həvəsləri olmayıb. Buna görə də evlilik təkliflərinə həmişə “yox” deyiblər. Nəhayət, yaşları keçdikdən sonra, belə qızlar yaxın ətraflarının təzyiqi və təkidi ilə (üzə düşərək) namizədlərdən birinə “hə” deyiblər. Ailə qurduqdan sonra isə, sıxıntıları daha da artıb. Yuxarıda sadaladığım əlamətlər və xəstəliklərlə hamiləlik keçirərək, ilk övladlarını dünyaya gətiriblər. Bu cür çətin hamiləlik nəticəsində doğulan uşaq çirkin və əsəbi olur. Bundan sonra analarda bir qədər yüngülləşmə baş verir. Sanki, içlərindəki ağrı-acını, gərginliyi uşaqla bərabər kənara atırlar (əslində uşağa keçirirlər). Bundan sonra rahatlanan ana, ikinci, üçüncü dəfə hamilə qalarkən, bu dövrü nisbətən, rahat və ağrısız keçirirlər. Nəticədə, növbəti doğulan uşaqlar əvvəlkinə nisbətən daha yaraşıqlı və əsəbləri daha sakit, zirək olurlar. Oxucuda sual yaranacaq ki, qızlarda və hamilə qadınlarda baş verən bütün bu depressiv hallar, həyəcan, fobya, ağrılar, sancılar nəyin nəticəsidir? Nədən yaranır? Sualınıza cavab olaraq bildirim ki, bütün bunlar ətraf mühitdən gələn neqativ enerjilərin təsirindən yaranır. Bu enerji əsasən insanın onurğasında toplanaraq ostroxondroza, yaxud, fəqərə yırtıqlarına səbəb olur. El arasında “duzlaşma” deyilən bu ağrılar onurğada skalyoz, kipoz da yarada bilir. Onurğada toplanan neqativ enerji əsəbə, baş ağrısına, miqrenə səbəb olmaqla yanaşı, beldə və qıçlarda da güclü ağrlar yaradır. Ətraf mühitdən orqanizmə daxil olan neqativ enerjinin ikinci ən çox toplandığı orqan cinsiyyət orqanlarıdır. Bu halda həm kişidə, həm də qadında cinsi istəksizlik yaranır. Bu cür enerjilər qızların (qadınların) ən çox analıq orqanlarında toplanmaqla, Menstruasiyanı pozur və güclü sancılara, ağrılara, bəzi hallarda yumurtalıqlarda kistaların, polikistozların, miomaların... yaranmasına gətirib çıxarır. Belə qızlarda adətən cinsi istəksizlik müşahidə edilir. Son nəticədə, yuxarıda qeyd etdiyim kimi, bu cür əlamətləri olan qızlardan (analardan) doğulan uşaqlar başqalarına nisbətən çirkin olurar. Sual yaranır: neqativ təsirə niyə məhz zərif cinsin nümyanəndələri məruz qalırlar? Qeyd edək ki, neqativ enerji kişilərə də təsir edir. Lakin, qadın ruhu həssas və zərif olduğundan, onlara daha tez və güclü təsir göstərir. Qadınların daha çox neqativə yüklənməsinin digər səbəbi onların geyimləri və gözəllikləri ilə bağlıdır. Belə ki, zərif cinsin nümayəndələri daim geyim-kecimli və baxımlı olduqlarından, bəzi insanların (hətda əks cinsin də) gözündə olan selen maddəsinin şüasına məruz qalırlar. Bu şüa da mənfi yüklü olduğundan, qadınların bədəninə hopa və yuxarıda sadalanan fəsadları törədə bilir. Qadınların bu enerjiyə yoluxmasının digər səbəbi, cəmiyyətdə magiyanın geniş yayılması və insanların (özəlliklə də qadınların) biri-birlərinə qarşı bu enerjidən istifadə etməsidir ki, nəticədə yuxarıda sadaladığım fəsadlar baş verir... Araşdırmalarımız göstərir ki, neqativ enerji insana bir çox hallarda irsən keçir. Yəni, fiziki qanunlara uyğun olaraq, enerji heç vaxt itmir; birindən digərinə keçir. Bir zamanlar valideynlərdə olan enerji, onlar öldükdən sonra, övladlarında davam etməyə başlayır (bu, hazırda ən çox yayılmış haldır). Fikir versəniz görərsiniz ki, hansı ailədə ağır xəstəlikdən, intihardan dünyasını dəyişən varsa, çox keçmir ki, həmin ailənin digər üzvü xəstələnir. Bunun ilk əlamətləri qorxu, həyəcanla başlayır, getdikcə (qarşısı alınmadıqda) ağır xəstəliklərə, fəsadlara səbəb olur. Bəs bütün bunlardan necə xilas olmaq olar? Tibb elmi neqativ enerjiyə qarşı vasitə kəşf etməsə də, bizim yaratdığımız elmi-lədun müalicə metodu ilə cəmi 21 günə bu enerjidən və onun fəsadlarından (əsəbdən, sancılardan, ağrılardan, ostroxondrozdan, şişlərdən və s) xilas olmaq mümkündür. Bütün bu neqaiv əlamətlərdən xilas olan qızda məhəbbət hissi bərpa (vostonovit) olur və o sevərək ailə qurur. Hamiləlik dövründə heç bir ağrı, depressiv hal keçirmir. Beləliklə də, doğulan uşaqlar daha yaraşıqlı, əsəbləri sakit və ağıllı olurlar. Onu da qeyd edək ki, müalicə metodunda heç bir dərman vasitəsindən istifadə etmədiyimizə görə, hamiləliyə heç bir əks təsir göstərmir. Söz ardı: psixoloq olaraq təcrübəmiz göstərir ki, ki, bu cür neqativ təsirin əlamətləri ilə doğulan uşaqlar öz sinif yoldaşları, qonşu uşaqlar tərəfindən sevilmir və daim təzyiqlərə məruz qalırlar... Odur ki, analarla yanaşı, bu cür uşaqlar da seans almalıdırlar ki, neqativ enerjidən təmizlənsinlər və ətrafdakı uşaqlar və müəllimlər tərəfindən sevilsinlər.
0 Comments
İntiharların qarşısı fizikanın qanunları ilə alınmalıdır. Son dövrlər intiharlar sürətlə artmaqdadır. Azərbaycan kimi kiçik bir ölkədə təkcə dünən dörd intihar hadisəsi baş verməsi, problemin ciddiliyindən xəbər verir. İntihar edənlərin sosial tərkibinə nəzər saldıqda, onların maddi cəhətdən başqalarından heç də aşağı səviyyədə yaşamadığını (bəlkədə çoxundan üstün olduğunu) görmək olur. Odur ki, bir psixoloq və elmi-lədun bilicisi olaraq, intiharların bu qədər artmasının sirlərini araşdırmaq qərarına gəldik. Öncə qeyd edək ki, fizikada iki cür enerji növü var: sabit və dəyişən. Müqayisə üçün deyim ki, televizorun ekraranında 2-3 min volt SABİT cərəyan olsa da, bu cərəyan insanı öldürmür və faydalıdır: bizə görüntü və informasiya ötürür. Televizorun giriş hissəsində isə, cəmi 220 volt cərəyan olmasına baxmayaraq, bu cərəyan öldürücüdür. Çünki, bu cərəyanın növü DƏYİŞƏN cərəyandır. İnsan da enerji (ruh) daşıyıcısıdır. Ətraf mühitdən insana daim həm sabit, həm də dəyişən (neqativ) enerjilər gəlir. Fərq ondadır ki, bəzən insanın üzərinə güclü neqativ (qara) enerji axını baş verir. Bu qara enerji ruhdakı sabit cərəyanı "dəyişən cərəyan" formasına keçirir. Beləliklə, orqanizmdə sabitlik pozulur. Bundan sonra insanda ilk növbədə həyəcannlanmalar, qorxular, diksinmələr, qarabasmalar... baş verir. Daha sonra insan özünə qapanır; sevgisiz, həvəssiz olur; səbəbsiz ağrıları, qəlbində sıxılmaları olur; yuxuya gedərkən ayağı sanki boşluğa düşür, yaxud yüksəklikdən yıxıldığını hiss edərək oyanır; bəzi xəstələrdə gecələr tez-tez sidiyə çıxma, yaxud, həzm problemləri olur; bəziləri isə, ətrafından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini, yol gedərkən arxadan izləndiyini hiss edir; səbəbsiz əsəbləşir və səbəbsiz ağlayır. Bütün bunlar aradan qaldırılmadıqca, içindəki dəhşətli sıxıntı onu intihara sövq edir... Xəstənin dini inancı olduqa, bu faktor intiharı bir qədər ləngidir. Çünki, cəhənnəm qorxusu onu bu fikirdən bir qədər daşındırır. Lakin, fikir beyindən çıxmır. Orqanizmə düşən neqativ enerji güclü olduqda isə, nə dini inanc, nə də övlad sevgisi insanı intihar fikrindən daşındıra bilmir. Ümumiyyətlə, intihar fikrində olan insanda bir qayda olaraq, övladlarına və yaxınlarına qarşı sevgi hissi olmur. Bu hiss onların qəlbindən silinmiş olur. Kompyuterə düşən virus, ondakı fayl və proqramları necə silirsə, neqativ enerji də insanın qəlbindəki məhəbbət hissini, inam hissini elə silir. Bundan sonra insan heç kəsi sevmir, əks cinsə məhəbbət hissi olmur, hamıya şübhə ilə baxır. Yaxınlarının hər bir xoş hərəkəti onu əsəbləşdirir. Belə pasiyentlər klinikalara müraciət edərkən, diaqnostik aparatlar ondakı ağrıların səbəbini tapmaqda çətinlik çəkirlər; bir gün bir, sabah başqa diaqnoz qoyulur. Nevroloqlara və psixatrlara müraciət etdikdə, bu cür xəstələrə əsasən əsəbsakitləşdirici, psixotrop dərmanlar yazılır. Bu dərmanlar onu bir qədər sakitləşdirsə də, narkotik tərkibli və keyidici olduğundan, asılılıq yaradır və beynin fəaliyyətini getdikcə zəiflədir (beyni keylədirir və əmək qabiliyyətini itirir). Bu cür dərmanların qəbulu intihar fikrini bir qədər ləngitsə də, onları qəbul etmədikdə təkrar narahatlıq və intihar fikri yaranır... Sual yaranır: bəs bu əlamətlər necə aradan qaldırılmalıdır, xəstə necə müalicə olunmalıdır ki, intihar fikrindən daşınsın? Araşdırmalarımız göstərir ki, insanda intihar fikrinin yaranması nə tibbin, nə də psixologiyanın qanunlarına uyğundur; əslində bütün bunlar fizikanın qanunlarına uğyğun olaraq baş verir və bu elmlə də aradan qaldırılmalıdır (psixologiya elmi buna qadir olsaydı, Azərbaycanın ən məşhur psixoloqu keçən il intihar etməzdi). Bir psixoterapevt və elmi-lədun bilicisi olaraq, intiharların qarşısını almaq üçün çox araşdırmalar apardım. Nəhayət, tester cihazının funksiyası diqqətimi cəlb etdi. Fiziklər bu aparatın funksiyalarını yaxşı bilirlər. Nəzərinizə çatdırım ki, tester aparatının çoxsaylı funksiyalarından biri də cihazın (məsələn, televizorun) daxilində olan dəyişən cərəyanı sabit cərəyana çevirməkdən ibarətdir. Yuxarıda qeyd etdim ki, intiharı yaradan başlıca səbəb orqanizmdəki (ruhdakı) sabitliyin pozulmasıdır. Yəni, enerjinin “dəyişən cərəyan” formasına keçməsidir. Deməli, fizikada enerji hansı qaydada sabitləşdirilirsə, insan orqanizmində də həmin prinsiplə sabitləşdirilməlidir. Uzun araşdırmalardan sonra kəşf etdim ki, kompyuter insanın alt kopyası olaraq yaradıldığı kimi, tester cihazı da insanın alt kopyası olaraq yaradılıb. Yəni, testerdə olan bütün funksiyalar əslində insanda da var; sadəcə indiyədək kəşf edilməyibmiş. Elmi-lədun (elmin alt qatı) üsulu ilə bu sirləri kəşf etdikdən onra, nə qədər qəribə də olsa, artıq xəstələr üçün özüm tester funksiyasını yerinə yetirməyə başladım. Yəni, onlara əlimi vurduqda həm ağrının harada olduğunu təyin edə, həm də insanda dəyişən cərəyanı, sabit cərəyana çevirə bilirəm (eynən testerdə olduğu kimi). Bu metodla elə birinci seansda xəstənin gərginliyini aradan qaldırmaq, qəlbində məskən salmış və onu intihara vadar edən şiddətli sıxıntıları yox etmək mümkündür. Bu vaxt ruhdakı neqativ enerji yoxa çıxır və insan sakitləşir (sabitləşir). Onu da qeyd edim ki, bu metodla tək intihar fikrini deyil, tibb elminin müalicəsiz hesab etdiyi bütün xəstəlikləri asanlıqla sağaltmaq mümkündür. Onu da bildirim ki, bu müalicə metodunda heç bir tibbi avadanlıqdan və digər cihaz və texnikalardan istifadə olunmur. Sadəcə insan enerjisindən və bir sıra elmi-lədun sirlərdən istifadə edilir. Odur ki, bu müalicə üsulunu istənilən şəraitdə tətbiq etmək mümkündür. Ona görə də qəbuluma gələn xəstələr elə birinci seansdaca intihar fikrindən daşınırlar və qapandıqları otaqdan çıxaraq, cəmiyyətə qaynayıb-qarışırlar... Kompyuterdən silinmiş fayl və proqramlar necə bərpa (vostonovit) olunursa, intihar etmək istəyənin də qəlbindən silinmiş sevgi, məhəbbət hissləri, inam və ümid elə bərpa olunur. Onu da qeyd edim ki, neqativ təsirə məruz qalmış və intihar həddinə çatmış adamlarda inam hissi olmadığından, özləri gəlmək istəmirlər. Bəzi hallarda yaxınları tərəfindən zorla gətirilirlər, yaxud, bir çox hallarda məni onların yanına aparırlar... O ki, qaldı neqativ enerjinin insan ruhuna haradan, hansı yolla yoluxmasına, bunun bir neçə yoluxma yolu vardır. Bunlardan ən çox yayılanı nəfis, gözdür ki, orqanizmdə sabitliyi pozaraq, bir çox xəstəliklərin yaranmasına səbəb olur. Lakin, bu forma yüngül olduğundan, insanı intihara sövq etmir; sadəcə xəstəliyə salaraq, uzun illərdən sonra öldürə bilir. Neqativ (“qara”) enerjinin ən ağır forması insana magik təsirlə yoluxur. Bu, xakerlər tərəfindən kopyuterə göndərilən virusa bənzəyir – insanın həyatını dondurur və sözün əsl mənasında sıradan çıxarır (özünə qapandıraraq, sonda intihara sövq edir). Bu işlə falçı və cadugərlər məşğul olurlar ki, müqəddəs kitablarda Yaradan bu işlə məşğul olanları lənətləyir. Onların iş prinsipi elmin alt qatına aiddir və əsasən kimyanın (kimyəvi elementlərin) sirləri üzərində qurulur. Onlara bu sirləri lənətlənmiş varlıqlar öyrədir (bu sirlər dünyəvi elmə aid olmadığından, kimyaçılar onları bilmirlər). İntihar etmək istəyən adamlar öz planlarını əsasən ən sakit yerdə və ən sakit vaxtda həyata keçirirlər. Əsasən gecə, yaxud səhərə yaxın, insanlar yuxuda olarkən intihar etməyə çalışırlar. Ona görə də bu cür adamları tək qoymaq olmaz. Çalışmaq lazımdır ki, bu cür özünə qapanan xəstələrin olduğu otağın havası tez-tez dəyişilsin (özləri buna etiraz etsə də), paltarları tez-tez dəyişilsin və ətirlənsin, tualetə telefonla girməsin, axşamüstü hamama girməsin... Belə xəstələrə fizikanın qanunlarına əsaslanan müalicə metodu ilə cəmi üç seans kifayətdir ki, düşdükləri depressiv vəziyyətdən çıxıb, cəmiyyətə qaynayıb-qarışsınlar... "İnsanın ətrafından qəbul etdiyi enerji mütləq onun əhvalına təsir edir" "Psixoterapevt olaraq intiharların qarşısını almaq üçün fizikanın enerjinin saxlanması və paylanması qanunundan istifadə edirəm" Son dövrlər cəmiyyətdə intiharlar yüksələn xətlə artmaqdadır. Hətta azyaşlılar arasında intihar hallarına tez-tez rast gəlinməsi valideynləri narahat edir. Ömürlərinin ən gözəl çağında canına qəsd edən gənclər niyə çıxış yolunu intiharda görür? Çoxları bunu maddi sıxıntıların nəticəsi hesab etsə də, tanınmış psixoterapevt - həkim Paşa Yaqub tamamilə əksini düşünür. İntiharların sürətlə artmasının və gənc nəsli əhatə etməsinin səbəbləri ilə bağlı psixoloji monitorinq apardığını deyən P. Yaqub "Şərq"ə açıqlamasında hər gün belə pasiyentlərlə qarşılaşdığını bildirib: "Onlar arasında apardığım rəy sorğuları göstərir ki, bu hallar tək maddiyyatla bağlı deyil, daha çox psixoloji məqamlarla bağlıdır. Çünki intihara meyilli pasiyentlərin çoxu maddi cəhətdən heç də qohum-qonşusundan pis yaşamır. Onda olan maddi problemlər daha ağır və kəskin formada qonşularında, yaxın ətrafında da var. Amma digərləri bu problemə görə intihar etməyi ağlına belə gətirmədiyi halda, bu adam intihar fikrindən daşına bilmir". - Niyə eyni problemlərə görə başqaları yox, məhz bu şəxs intihar etmək istəyir? - Psixoloq olaraq apardığımız test sorğuları göstərir ki, intihar fikrində olan insanda özünə qapanma, səbəbsiz ağrılar, qəlbində sıxılmaları olur. Belə pasiyentlər sevgisiz, həvəssiz olur, yuxuya gedərkən ayağı sanki boşluğa düşür, yaxud yüksəklikdən yıxıldığını hiss edərək oyanır. Bəzi xəstələrdə gecələr tez-tez sidiyə getmə, yaxud həzm problemləri olur. Bəziləri isə ətrafından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini, yol gedərkən arxadan izləndiyini hiss edir, səbəbsiz əsəbiləşir və ağlayır. İçindəki sıxıntı, yaxud səs onu intihara sövq edir... Belə pasiyentlər klinikalara müraciət edərkən, diaqnostik aparatlar ondakı ağrıların səbəbini tapmaqda çətinlik çəkir. Pasiyentdəki ağrılar psixoloji və sinirlə bağlı olduğundan və diaqnostik aparatlar bunu göstərmədiyindən, tibb elmi bu cür xəstələri sağaltmaqda aciz qalır. Xəstədə bu cür halların yaranması və onu intihara sövq etməsi nə tibbin, nə də psixologiyanın qanunlarına uyğundur. Əslində bütün bunlar fizikanın qanunlarına uyğun olaraq baş verir və bu, elmlə də aradan qaldırılmalıdır. - İntihar hallarında fizikanın hansı qanunlarından söhbət gedə bilər ki? - Kainat fizikanın qanunları ilə idarə olunur. O cümlədən, insan özü də bir enerji daşıyıcısıdır. Bədənimizdəki ruh, bizə yerləşdirilmiş batareya funksiyasını yerinə yetirir. Nəzərə alsaq ki, hər bir insan ətraf mühitdən daim müsbət və mənfi enerji qəbul edir. Onda dərk edərik ki, qəbul etdiyimiz enerjilər bizim əhvalımıza mənfi və ya müsbət təsir edir. Fizikadakı sabit və dəyişən cərəyan insanın daxilində, ruhunda mövcuddur. Ətraf mühitdən gələn neqativ enerji ruhumuza düşərək, oradakı sabit cərəyanı dəyişən cərəyana çevirir. Beləliklə, orqanizmdəki sabitlik pozularaq, insanda tez-tez hal dəyişiklikləri baş verir. Vəziyyəti gah yaxşı, gah da pis olur. Bir gün bu orqan, sabah başqa orqan ağrıyır. Ona görə də diaqnostik aparatla baxanda bir gün bir, sabah başqa cür diaqnoz qoyulur. Bu cür "xəstəlik"ləri radara düşməyən raketlərə bənzətmək olar. Neqativ enerji orqanizmdə, daha doğrusu, ruhda daim hərəkət etdiyindən, onu diaqnostik aparatla təsbit etmək mümkün olmur. Bu cür neqativ enerji ağır formada olduqda, qəlbə şiddətli sıxıntı verir və xəstə daim səbəbsiz yerə ağlayır. Həmçinin, həmin neqativ enerji qəlbdəki sevgi hissini, inam və ümid hissini silir. Beləliklə, xəstədə sabaha inam olmadığından, həmçinin, yaxınlarına və doğmalarına sevgi, məhəbbət hissi qalmadığından, yaşamaq istəmir və intihara meyl edir. İnsanı həyata bağlayan, onu həyatın çətinliklərinə dözməyə sövq edən, qəlbdəki məhəbbət hissidir. Virus kompyuterdən fayl və proqramları necə silirsə, neqativ enerji də qəlbdən məhəbbət hissini elə silir. Bundan sonra insanı həyata bağlayan heç bir bağ olmadığından, intihar etməsində heç bir problem olmur. Müasir dövrümüzdə cəmiyyətdə neqativ enerjilər çox yayıldığından, insanların qəlblərindən məhəbbət hissi ya tamamilə silinmiş, ya da azalmışdır. Cəmiyyətdə inamsızlığın və ümidsizliyin artması da məhz bu amillə bağlıdır və fizikanın qanunları ilə izah olunur. - Bəs bu əlamətlər necə aradan qaldırılmalıdır, xəstə necə müalicə olunmalıdır? - Problem fizikanın qanunları ilə yarandığı kimi, onun həlli də bu qanunauyğunluqla aparılmalıdır. Bir psixoterapevt olaraq intiharların qarşısını almaq üçün fizikanın enerjinin saxlanması və paylanması qanunundan istifadə edirəm. Yəni, ustalar virus düşən kompüteri format edib, pozulmuş fayl və proqramları yenidən bərpa etdikləri kimi, mən də insanın qəlbindən neqativ enerjini təmizləyib, pozulmuş sevgi, məhəbbət və inam hissini yenidən bərpa edirəm. Nəzərə almaq lazımdır ki, kompüter insanın alt kopyası olaraq yaradılıb. Odur ki, onda gedən bütün proseslər bu və ya digər formada "üst kopya" olan insanda da baş verir. Sadəcə, insan kompüteri kəşf etsə də, özünü kəşf etməkdə acizdir. İnsanı ancaq elmi-lədunla (elmin alt qatını bilməklə) kəşf etmək və ondakı bütün problemləri həll etmək mümkündür. Bu elmi bilməklə, hətta, insanda olan narkomaniya, alkoqolizm kimi zərərli vərdişləri də birdəfəlik silmək mümkündür. Psixoterapiyanın və elmi-lədunun sintezindən yaratdığım özüməməxsus müalicə metodu ilə ilk seansdan sonra yuxarıda sadaladığım bütün əlamətlər (səbəbsiz əsəbiləşmə, səbəbsiz ağlama, izlənmə və qorxu hissi, ağrılar, qəlb sıxıntısı və s.) pasiyentdən yoxa çıxır və bir daha intihar fikrinə düşmür. Sadaladığım əlamətlərdən bir neçəsi olan qızlar heç vaxt sevərək ailə qurmurlar. Kiminsə təkidi ilə ailə qurduqda isə ailə həyatı onlar üçün cəhənnəmə çevrilir. Qəlblərindəki sıxıntı və gərginlikləri birə beş artır. İlk hamiləliklərini də beləcə əsəbi, gərgin və şiddətli ağrılarla keçirirlər. Nəticədə ilk doğulan uşaq ya autizmli, ya da ki, digər problemlərlə doğulur. Doğuşdan sonra həmin anada daxili sıxıntı azalır. Lakin, əsəbi uşaq bundan sonra ananın rahatlığını əlindən alır, ona dinclik vermir. Odur ki, qızlarda yuxarıda sadaladığım neqativ əlamətlər az da olsa müşahidə edildikdə, mütləq onu yaradan neqativ enerjidən xilas olub, sonra ailə qurmaları məsləhətdir. Bir neçə ay öncə xəbər vermişdik ki, Zərdab rayonunda şəhidə qarşı misli görünməmiş olay baş verib. Belə ki, rayonun Bıçaqçı kənd sakini Rəsulov Eyvaz Əlcabbar oğlu dövlət qurumla-rına yazdığı ərizədə, həmin kəndin şəhidi Müşfiq Hacıyevə qarşı şər-böhtan yazdığı ifadə olunub. (Xəbəri bu linkdən oxuya bilərsiniz: moderator.az/news/182364.html ) Qeyd edək ki, Müşfiq Hacıyev 1992-ci ilin avqustunda Ağdərə rayonundakı Qızılqaya yüksəkliyi uğrunda döyüşlərdə şəhid olub. Döyüş yoldaşlarının və komandirlərinin xahişini nəzərə alıb, Nazirlər Kabinetinin qərarı ilə oxuduğu Bıçaqçı kənd məktəbinə şəhidin adı verilib. Həmçinin, o vaxtlar “Şirvan” kolxozunun maliyyə dəstəyi ilə məktəbin həyətində şəhidin abidəsi ucaldılıb. Abidənin açılışında rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər. 1996-cı ildə Prezident H. Əliyevin fərmanı ilə şəhid Müşfiq Hacıyev ölümündən sonra “Xidmətlərinə görə” medalı ilə təltif edilib. 2000-ci ildə isə şəhidin döyüş yolundan bəhs edən “Şəhidlik zirvəsi” kitabı nəşr olunub. Həyatını bu millətin, dövlətin yolunda qurban verən, və bu cür titulları olan bir şəhidin təhqir olunmasına dözməyən ailə üzvləri böhtan və təhqirlərə görə məhkəməyə üz tutmuşdu. Acınacaqlı haldır ki, E. Rəsulov məhkəmə zalında da şəhidi təhqir etməkdən, ələ salmaqdan çəkinməyib. Bu gün redaksiyamıza zəng edən şəhidin qardaşı Bəxtiyar Hacıyev məhkəmənin gedişi barədə əməkdaşımıza bunları deyib: "İlk öncə şəhidi təhqir edən və onun abidəsinin götürülməsini tələb edən şəxsin kimliyi barədə məlumat vermək istəyirəm. Rəsulov Eyvaz sovetlər dönəmində ərizabazlığı, demoqoqluğu ilə ad çıxarmışdı. İndi dövr dəyişib, 74 yaşlı Eyvazın artıq məmurlara dişi batmır. İndi də ölülərdən, şəhidlərdən yazır. Bu (təhqiramiz ifadələr silinib) məhkəmədə durub utanmaz-utanmaz deyir ki, şəhid Müşfiq Hacıyevin cənazəsi kəndə gətirləndə iylənmişdi... O, bu təhqiramiz sözləri ona görə işlədirdi ki, biz qıcıqlanaq. Bu sözlərdən sonra məhkəmə zalında atamın halı pisləşdi, təzyiqi yüksəldi. Hələ də müalicə alır. Bu sözlərlə o, təkcə qardaşımın yox, bütün Azərbaycan şəhidlərini təhqir etmiş oldu. Onu da deyim ki, şəhidləri təhqir edən o şəxsdir ki, onun Şəmistan adlı oğlu - hansı ki, mənim şəhid qardaşımla yaşıddır - fərariliyə görə 10 ildən artıq iş alıb. Bir müddət həbsdə yatdıqdan sonra amnistiyaya düşüb. İkinci oğlu Alqayıt Vəkilov saxta həkim arayışı alaraq, hərbi xidmətdən yayınıb və özünə əlillik pensiyası düzəltdirib. Qəribədir ki, elə həmin xəstəxanadan sağlamlıq haqqında başqa bir arayış da alaraq, tam sağlam adam kimi, Zərdab rayon Yaşıllaşdırma və Meşəsalma idarəsinə işə düzəlib. Bu arayışların hansının doğru, hansının saxta olması barədə dəqiq bir söz deyə bilməsəm də, iki arayışdan birinin saxta olması dəqiqdir. Eyvazın diqqətinə onu da çatdırıram ki, mənim qardaşım kimi oğullar bu Vətənin, millətin yolunda şəhid olmasaydılar, sən və sənin fərari, saxtakar oğulların bu torpaqda gəzə bilməzdilər. Şəhidlər canlarını qurban verməsəydilər, səninkimilərin cəsədi Allah bilir hansı dərədə iylənərdi və heç dəfn edən də olmazdı... Bizim şəhidimizin cənazəsi şükür Allaha dəfn olunub və 25 ildir ki, hər il dövlət səviyyəsində yad olunaraq, abidəsi önünə gül dəstələri qoyulur. Sənin cəsədinin aqibəti necə olacaq, hələ naməlumdur". Şəhidin qardaşı Bəxtiyar Hacıyev onu da vurğuladı ki, Rəsulov Eyvazın bizim ailə ilə münasibəti olmadığından, şəhidin dəfnində iştirak etməyib. Odur ki, cənazədən iy gəlib-gəlmədiyini bilə bilməzdi. 2018-cİ İlİn Ay tutulmaları ədalətİn bərqərar olacağını xəbər verİr - Elmİ-lədun hesablamalar1/2/2018 “And olsun ki, Biz Quranı (ondan) ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!” “Ay” surəsi, 40. (Yazının əvvəlini bu linkdən oxuya bilərsiz: http://www.moderator.az/news/206271.html ) Öncə qeyd edək ki, 2018-ci ildə iki dəfə - 31 yanvar və 28 iyul tarixlərdə Ay tutulması baş verəcək. Elmi-lədun araşdırmalarımız göstərir ki, Ay tutulmaları bir-biri ilə “Quran”ın səhifələrinin (286) üç misli olan 858 (!) ədədi ilə bağlanır. Bildiyimiz kimi, “Quran”ın orijinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində İslama baxış dəyişənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 səhifəyə yerləşdirilib. Odur ki, bu ədədin hikmətlərinə qısaca nəzər salmağı lazım bilirik: 1) “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq (Qurban bayramından sayılmaqla) 286 gündür. 2) Araşdırmalarımız göstərir ki, insan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. 3) İnsanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür. 4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir. “Quran”ın əsas mahiyyəti günahlara görə insanın TÖVBƏ etməsidir ki, bu da üç dəfə deyilir. Bunu riyazi dilə çevirsək: 286; 286; 286 (müqəddəs kitaba and içəndə də üç dəfə təkrarlanır). Bunları topladıqda isə, 858 ədədi alınır: 286 + 286 + 286 = 858 Bu və digər hesablamalarımız sübut edir ki, 286 ədədi Allahın kodlaşdırılmış möhürü olaraq bütün elmlərin və böyük hadisələrin üzərinə “vurulmuşdur”. O cümlədən astronomik hadisələrin də üzərində 286 ədədinin üç misli olan 858 ədədini görmək üçün tərtib etdiyimiz aşağıdakı cədvələ diqqət etməyiniz kifayətdir: Cədvəldən göründüyü kimi, baş verən Ay tutlmaları əslində bəşəriyyətin diqqətini “Quran”a yönəltmək (tövbə etmək) üçün Allah tərəfindən göndərilmiş kodlaşdırılmış mesajdır. Onu da qeyd edək ki, qiyamətin əlaməti və gözlənilən bəlaların xəbərdarlığı (siqnalı) olan Ay tutulmalarının ötürdüyü mesajlar bununla bitmir. Elmi-ladun araşdırmalarımız göstərir ki, bütün Ay tutulmaları bir qayda olaraq Hicri-qəməri təqvimi ilə ayın 14-də baş verir. Bununla Yerə hansı kodlaşdırılmış informasiyanın ötürüldüyünü bilmək üçün 14 ədədinin hikmətlərinə nəzər salmaq kifayətdir. Öncə, Ay tutulmalarının cədvəlini hər iki təqvimlə diqqətinizə çatdırırıq: Cədvəldən göründüyü kimi, elm əsrinin bütün Ay tutulmaları 14 ədədi altında baş verir. Sual yaranır ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulub?
Xatırladaq ki, 14 ədədi Quranda “İbrahim” surəsinin sıra nömrəsidir. Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. Hesablamalarımız göstərir ki, 14 ədədi Allahın öz adına olan “Rəhimli Allah” surəsinə bağlanır və “Quran”da tarazlıq (balans) rəmzi sayılır. Bunu sübut etmək üçün bir düsturu diqqətinizə çatdırırıq: "Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı əlli beşdən azdır). Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var). Beləliklə, “Quran”da 55-ci ayə 41 dəfə, 41-ci ayə isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir: 55 - 41 = 14 Bu düstur bir daha “Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, fövqəladə bir elmlə düzüldüyünü təsdiq edir. Ay tutulmalarının da 14 ədədi altında baş verməsinin sirri bu düsturda açılır. Belə ki, xeyirlə şər arasında tarazlığı pozan və zülmə üstünlük verən iqtidarlara Allah tərəfindən mesaj ötürülür ki, hədlərini aşmasınlar və Yerdə tarazlığı pozmasınlar. Əvvəlki yazılarımızda ortaya qoyduğumuz faktlardan da görünürdü ki, Yerdə baş verən bütün böyük zəlzələ və təyyarə qəzaları bir qayda olaraq riyazi şəkildə Ay tutulmalarına bağlanır. Bu da sübut edir ki, Ay tutlmaları əslində tarazlığı pozanlara gələcək bəlaların siqnalıdır. Zülm edənlərdən və 14 ədədindən söhbət düşmüşkən, maraqlı bir tarixi faktı diqqətinizə çatdırım ki, Məhəmməd Əleyhissəlam dünyaya təşrif gətirən gecəsi zalım şah olan fars hökmdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Hadisəni şərh etmək üçün saraya çağrılan münəccimlər və bilicilər uzun müzakirələrdən sonra belə qərara gəldilər ki, səmavi kitablar vasitəsi ilə xəbəri qabaqcadan verilən Peyğəmbər artıq dünyadadır. Onu da bildirdilər ki, Nuşirəvanın hakimiyyəti süqut edəcək və 14 padşah dəyişdikdən sonra Sasanilər dövləti dağılacaq. Çox keçmədi ki, verilən proqnoz özünü doğrultdu və Sasanilər dövləti dağıldı. Bu müddətdə 14 dəfə saray çevrilişi oldu ki, hər bir padşahın hakimiyyəti bir neçə ay çəkdi. Məlumdur ki, bəşər yaranandan xeyirlə şər arasında həmişə balans olmuşdur. Tarixin elə mərhələləri də olmuşdur ki, xeyirlə şər arasında mövcud balans (birincinin ziyanına) pozulmuşdur. Peyğəmbərlər tarixini araşdırdıqda, məlum olur ki, onların zühuru da məhz belə məqamlarda baş verir. Yəni, Allah-təala xeyirlə şər arasında pozulmuş tarazlığı peyğəmbərlər vasitəsi ilə bərpa edir. Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Yerdəki bu vəziyyət Allah-təalanın qəzəbinə səbəb olmuşdur! Elmi-lədun araşdırmalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər, müəmmalı təyyarə qəzaları... məhz bu qəzəbin təzahürüdür. Astronomik hadisələrin elmi-lədun təhlili, pozulmuş balansı bərpa edəcək şəxsin də artıq aramızda olduğunu sübut etməkdədir. Bütün bu və ya digər (açıqlanması məqsədəuyğun olmayan) məlumatları təhlil edərək, insanlara tövsiyyə edərdik ki, özlərindən aşağılara zülm etməkdən, əziyyət verməkdən, pozğun həyat tərzi keçirməkdən çəkinsinlər. “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19-cu ayə. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |