Bildiyimiz kimi dünən (24 aprel) ilin 114-cü günü idi. Əvvəlki hesablamalardan da görünürdü ki, Yerə enən bəlaların bir çoxu bu ədəd altında özünü biruzə verir. Dünən baş verənlər bunu bir daha təsdiq etdi. Belə ki, dünən (114-cü gün) Türkiyə ərazisində "A-319" və "A-320" təyyarələri qəzaya uğrasa da xoşbəxtlikdən insan tələfatı olmadı. Nepalda isə, baş verən 7,9 bal zəlzələ itkisiz ötüşmədi. Dağıntı və təlafat barədə gələn xəbərlər insanı düşünməyə vadar edir. Keçən yazılarımda da qeyd etdiyim kimi, Yer kürrəsinin günahkarlardan təmizlənməsi prosesi gedir. Əgər insanlar tövbə edib, günahlardan təmizlənməsələr, onda Allah-təala Yeri insanlardan təmizləyəcək. "Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır!" Quran, 17:58.
0 Comments
|
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |