“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Məryəm” surəsi, 84. Xəbər verildiyi kimi, dünən (24 aprel) Fransaya məxsus “Boeing 777” təyyarəsində yanğın baş verməsi səbəbindən Bakı hava limanına qəza enişi etdi. Elmi-lədun hesablamalarımız göstərir ki, hadisə təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Belə ki, dünən baş verən təyyarə qəzası riyazi yolla aşağıdakı hadislərə bağlanır: - Nərmanov rayonunda Ramada otelinin yanmasının (11.03.22) 777-ci (!) günüdür. - 19 noyabr 2021-ci il tarixli Ay tutulmasının 891-ci günüdür ki, bundan Quran rəmzini çıxsaq, alınan ədəd təyyarənin üzərindəki markanı göstərir: 891 – 114 = 777 (!) - Qanlı Ay tutulmasının (26.05.21) 1063-cü günüdür ki, bundan da orjinal Quranın səhifələrinin sayını çıxsaq, yenə də təyyarənin markasını göstərir: 1063 – 286 = 777 (!) - Yeni ilin ilk günündə Yaponiyada 7,6 bal zəlzələ baş verdi və “A-350” təyyarəsi hava limanında digər təyyarə ilə toqquşdu. Dünən həmin hadisələrin 114-cü (!) günü idi ki, bu da hər iki hadisənin Allahdan xəbərdarlıq olduğunu sübut edir. - Qazaxstana məxsus “A-320” təyyarəsinin Bakıda qəza enişi etməsinin (12 iyul) 286-cı günü idi. Və s. NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, dünən yanğın baş verən təyyarənin məhz Bakıya eniş etməsi təsadüfü olmayıb, çox hissəsi yolun azmış xalqımıza və zülm etməkdə (manyakcasına) həddi aşan rəhbərlərimizə Allahdan gələn kodlaşdırılmış xəbərdarlıq mesajı idi. Qeyd edək ki, xalqın çox hissəinin Allahın qanunlarına (Qurana) tabe olmaması və rəhbərlərin ədaləti qoruyacaqları barədə konsitusiya qanunlarına (həmçinin içdikləri anda) əməl etməmələri Allahın qəzəbinə səbəb olub. Buna görə də ölkəmizdə tez-tez baş verən qəzalar, yanğınlar, zəlzələlər və digər hadisələr Quran rəmzləri altında baş verir və tərəfimizdən sirləri izah olunur ki, bəlkə günahkarlar bundan nticə çıxarıb doğru yola dönələr. Əgər dönməsələr bəlanın miqyası daha böyük olacaq ki, bundan nə xalq, nə də rəhbərlər canlarını qurtara bilməyəcəklər! Gözünüzü açın, dünyaya yaxşı-yaxşı baxın: görmürsünüzmü Allah gündə neçə-neçə ölkəni su ilə, zəlzələ, yaxud, qasırğa ilə dağıdır? Siz onlardan güclüsünüzmü? Əgər o qəzaya uğrayan təyyarələrin içərisində siz olsaydınız qəzanın qarşısını almağa qüdrətiniz çatcaqdımı? Xeyr! Elə isə, bəs niyə bu qədər təkəbbürlüsünüz!? Niyə günahlarınızdan, xalqa zülm etməkdən əl çəkmirsiniz? “Elə isə. onlardan ötrü tələsmə. Çünki, Biz onların günlərini bir-bir sayırıq”. (Quran) Mesajları çatdırdı: Paşa Yaqub – Pangeyist
0 Comments
Xəbər verildiyi kimi, 20 aprel tarixində Dərnəgüldəki taxta bazarı yenidən yandı. Elmi-lədun hesablamalarımız yanğındakı qanunauyğunluğu ortaya qoyur. Aydın olur ki, yanğın heç də təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Əvvəlki yanğın və qəzalar kimi, bu da yolazmışlara və zülm etməkdə həddi aşan rəhbərlərə Allahdan bir xəbrdarlıqdır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur: 1) Yadınıza salaq ki, 22.08.2019 tarixində Baksöl yolunda taxta bazarı yanmışdı. Bu iki analoji hadisə arasında 1699 gün fərq vardır ki, bundan orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayını (286) çıxsaq, alınan 555 ədədi tövbə və cəza rəmzi olmaqla, baş verən yangının günahkarlara gələcək böyük bəlanın xəbərdarlığı olduğunu göstərir: 1699 – 286 – 286 – 286 – 286 = 555 2) Hadisədə diqqət çəkən digər məqam ilin 111-ci günü (20 apreldə) baş verməsidir. Belə ki, Quranın 111-ci surəsi “Əbu Ləhəb” adlanmaqla, burada Əbu Ləhəb adlı bir zalımın əllərinin quruması haqda hökm verilir (və həmin vaxt onun əlləri həqiqətən də quruyur). Bildiyimiz kimi, Quranın hökmləri bütün dövrlərə aiddir və 21-ci əsr başlayandan, kitabın ayələri təkrar yaşanmağa başlayıb. Hesablamalarımız göstərir ki, 111-ci surənin hökmü indiki dövrdə xalqa zülm edənlərə də şamil olunacaq və onların da əlləri quruyacaqdır. Bu yanğınların 555 ədədi altında baş verməsi həm də ona işarə verir. Sübut üçün deyək ki, 111-ci surə 5 ayədən ibarətdir və bunun hasili 555 ədədinə bərabərdir: 111 x 5 = 555 3) Maraqlıdır ki, taxta bazarında baş verən sonuncu yanğın narkoloji dispanserdəki (02.03.18) yanğına da bağlanır. Bu iki analoji hadisə arasında 2.237 gün fərq vardır ki, bundan da Quranın səhifələrinin sayını çıxsaq, alınan ədəd tövbə və cəza rəmzi olmaqla, həm də Əbu Ləhəb haqqındakı hökmə işarə verir: 2237 – 286 – 286 = (555+555+555) (və yaxud: tövbə, tövbə, tövbə) 4) Daha bir analoji hadisəni – Alov qüllələrində baş verən partlayış və yanğını (30.12.21) yadınıza salmaq istəyirəm. Bu yanğınla taxta bazarındakı sözügedən yanğın arasında 841 gün fərq vardır ki, bundan yenə də Quranın kodu olan 286 ədədini çıxsaq, alınan ədəd zalım Əbu Ləhəbin haqqında verilmiş hökmü (surənin hasilini) göstərir: 841 – 286 = 555 5) Hesablamalarımız göstərir ki, taxta bazarındakı yanğın həm də Qurana dövlət səviyəsində and içib, əməl etməməyə bağlanır. Belə ki, yanğın üçüncü andiçmənin 3.837-ci günü baş vermişdir ki, bundan da Quranın surələrinin və səhifələrinin cəmini çıxsaq, alınan ədəd təkrar zalımların əllərinin quruyacağını göstərir: 3837 – (114+114+114+114) - (286+286+286) - (286+286+286) = (555+555+555) NƏTİCƏ: Bu və digər hesablamalarımız, həmçinin, elmi-lədun bilgilərimiz göstərir ki, Qurana and içib əməl etməmək, xalqa yersiz yerə zülm və işgəncələr vermək, ölkədə dəccalizmi bərqərar etmək Allahın qəzəbinə səbəb olmuş; Quranın Əbu Ləhəb haqqındakı “Əbu Ləhəbin əi qurusun! Qurudu da!” (111:1) hökmünün təkrar icra olunmasını vacib etmişdir. Bildyim qədər zalımlar tezliklə tövbə edib, Allahdan və xalqdan üzr diləməsələr az vaxtda hökm (111:1) icra olunacaq və zalımların əlləri quruyacaqdır. Əslində mən bunu daha öncələr bilsəm də, bu mövzuda burada danışmaq istəmirdim. Sonra fikirləşdim ki, bunu yazmamaqla əslində yuxardakılara pislik edirəm. Çünki, onlar gözlənilən təhlükədən xəbərdar olsalar ola bilsin bunun qarşısını almaq üçün gərəkəni (tövbəni) yaparlar və cəzadan xilas olarlar. Ona görə də yazmaq qərarına gəldim. Yazarkən də kiminsə xoşuna gəlib-gəlməyəcəyini düşünmədim (bu məni ən az maraqlandıran məsələdir). Kiminsə mənim haqqımda nə qərar verməsi məni qətiyyən ilgiləndirməz. Məni ilgiləndirən yeganə qərar Allahın mənim haqqımda verəcəyi qərardır. O nə qərar versə o da olacaq! Qüdrət Allaha məxsusdur! Allah haqqımızda xeyirli qərarlar versin və bizləri zalımın şərindən qorusun! Amin. "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Dr. Paşa Yaqub – Pangeyist (Sülhyaradan) Bugünlərdə paylaşdığım "Peyğəmbər ölübsə İmam niyə ölməməlidir?" Başlıqlı məqaləm sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır (məqalə bütövlükdə şərh bölümünə qoyulacaq). Axşam qrupların birində mövzu ilə bağlı mənə aşağıdakı iradları bildirmişdilər: 1) hədislərə inanmayan Paşa Yaqub niyə Həzrət Ömərdən sitat gətirir? 2) Ömər Həzrət Peyğəmbəri dəfn etməyə qoymurdusa bəs niyə onun ailə üzvləri müdaxilə etmirdilər, dəfn işi ilə məşğul olmurdular? Və s Onlara yazdığım cavabı burada da paylaşıram ki, ağıl sahibləri faydalansınlar: - Söhbət ondan gedir ki, Peyğəmbərin ətrafında olan bütün səhabələr Ömərin bu fikrinə inandılar ki, Peyğəmbər ölə bilməz, yəqin ki, o diriləcək və bir neçə saat beləcə gözlədilər... Yəni, insanlar Peyğəmbərin ölümünə inana, ölümü qəbul edə bilmirdilər.... Bir neçə saatdan sonra Əbubəkr gəldi və Quranın mən yazdığım (nədənsə siz yazmadığınız) ayələrini onlara xatırladıb dedi ki, Peyğəmbər də insandır, o da ölə bilər... Ondan sonra kəfin-dəfin işlərinə başladılar (kimin yumasının heç bir fərqi yoxdur, bu müzakirə mövzusu deyil). Bu gün 12-ci imamın ölməsini qəbul etməyənlər Quranın həmin ayələrinə zidd getmiş, üsyan etmiş olurlar.... Quranın bir ayəsinə inanmamaq, qəbul etməmək elə bütün Qurana inanmamağa bərabərdir.... Sizə nə olub ki, Qurana yox, narkobaron İran mollalarına inanırsınız? Bu yaşa gəlmisiz, ölünün dirildiyini görmüsüzmü??? Mağara əhlini deyirsinizsə, onlar ölməmişdilər, sadəcə yuxuya verilmişdilər. Oyandıqdan sonra da yaşamadılar, həmən canları alındı. (Qeyd: Allah onları ona görə yatızdırdı ki, onlar padşahın zülmündən qaçıb, mağaraya sığındıqdan sonra öz aralarında mübahisə etdilər ki, görəsən elə bir gün gələcəkmi ki, bu padşahın zülmü bitəcək?... Allah buyurur ki, Biz onları təxminən üç yüz il yuxuya verdik, sonra oyatdıq. Gördülər ki, zalım padşahdan əsər-əlamət yoxdur. Sonra Biz onları öldürdük. Bax: Mağara surəsinə). Məsləhət görərdim ki, batil inanclardan əl çəkəsiniz (çəkməsəniz də özünüz bilərsiniz, bunun mənə nə istisi, nə soyuğu?!). İkincisi, yazdığım hədis deyil, tarixi faktdır, olmuş əhvalatdır (hədis olsaydı inanmazdım). Bu fakt onu göstərir ki, o vaxtın insanları da Peyğəmbərin ölümünə inanmırdılar, necə ki, indi sizlər İmamın ölməsinə inanmırsınız. Amma, Allah Quranda buyurur ki, bütün yaranmışlar ölümə məhkumdur. Yeganə əbədi varlıq Allahdır! Xristiyanlar İsanı, sizlər də imamı Allaha bərabər tutmaqla küfr edirsiniz, biləsiz. Məsləhət görərdim ki tövbə edib, Quranın hökmlərinə təslim olasız! Kiminsə dirilib gələcəyini təbliğ edənlərin məqsədi insanları zalıma, onun zülmünə qarşı mübarizədən yayındırmaqdır, bunu biləsiniz. Həzrət Əli başda olmaqla on bir imam hamısı bilirdi ki, onlardan sonra da imam gələcək, 12-ci İmam da doğulacaq. Bəs niyə onlar onlar oturub 12-ci İmamı gözləmədilər; hamısı öz dövründə zalıma, onun zülmünə qarşı döyüşdülər, şəhidlik məqamına yüksəldilər. Dedilər haqsızlıq önündə susan dilsiz şeytandır! Onlar susmadılar, oturub 12-cinin doğulmasını gözləmədilər, daim haqdan yana oldular, yeri gələndə həyatlarını təhlükəyə atdılar, Şəhidlik, Peyğəmbərlik məqamına yüksəldilər (mənə görə hər İmam öz dövrünün peyğəmbəri olub). Onlar mübarizə aparmayıb, oturub hansısa əsrdə doğulacaq imamı gözləsəydilər, özləri heç vaxt nə imamlıq, nə şəhidlik, nə də peyğəmbərlik məqamına yüksələrdilər (onda İmam yox, sizin bir tayınız olardılar). Biləsiz ki, İmamlıq məqamı kiməsə oturduğu yerdə podnosda gətirib qabağına qoyulmur, bu məqam zülmə qarşı mübarizə ilə qazanılır (haqq edilir). Birinci İmamın həyatı, apardığı mübarizə ikinci üçün örnək olub, ikincinin həyatı üçuncü üçün, üçüncünün mübarizəsi sonrakılar.... üçün örnək olub. Bütün imamların həyatı isə, bəşəriyyətə nümunədir ki, insan oğlu yaşadığı müddətdə zalım qarşısında, susmasın; onun zülmünə qarşı qorxmadan, çəkinmədən mübarizə aparsın, Allahdan başqa heç kəsdən qorxmasın! 12-ci İmamın dirilməsini gözləyənlər üzdə özlərini imamsevər kimi göstərsələr də, əslində onlar haqsızlıq qarşısında dilsiz şeytan kimi susmaqla, xalqı yatızdırmağa çalışmaqla, əslində Dəccalizmə xidmət edirlər (onların profillərinə baxın görün ölkədə baş verən bu qədər zülmə, haqsızlığa qarşı bir cümlə etiraz bildiriblərmi?). Mənə görə imamların yolu ilə gedənlər zühuru gözləyənlər yox, bu gün meydanlarda zalıma qarşı savaşanlar, zindanlarda əziyyət çəkənlərdir. Təsadüfi deyildir ki, Allah Quranda ancaq mübarizə aparanların canlarına and içir (bu barədə onlarla ayə var). Onlar Allahın ən sevimli bəndələridir. Heç görmüsüzmü Allah hardasa ölünün dirilməsini gözləyən birinin canına and içsin. Əksinə, ölünün dirilməsini gözləmək Allaha şərik qoşmaqdır. Çünki, əbədiyyət ancaq Allaha məxsusdur. Bütün yaranmışlar ölümə məhkumdur! Söz ardı: Ey İsa Peyğəmbərin zuhurunu (dirilməsini) gözləyən kitab əhli! Ey İmam Mehdini gözləyənlər! Sizlər bu həzrətlərdən nə soruşacaqsınızsa, gəlib məndən (Paşa Yaqubdan) soruşa bilərsiniz. Onlara verdiyi elmi Allah bizə də verib. Sizə verəcəyim cavablar Quran məntiqinə uyğun gələrsə, onun Allahdan olduğuna inanarsınız... Allahın qulu: Paşa Yaqub Bildiyimiz kimi, bu gün Günəş tutulması baş verməkdədir. Bu tutulmanı bir neçə aspektdən təhlil edəcəyik. Öncə qeyd edək ki, Günəş tutulmaları 858 gün periodla təkrarlanır. Sual yaranır, niyə məhz 858? Nədir bu ədədin mahiyyəti? Əvvəlcə qeyd edək ki, “Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində vəhabilər hakimiyyətə gələnə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün quranlar 286 səhifəyə yerləşdirilib. Bildiyimiz kimi, insan “Quran”a and içərkən, yaxud tövbə edərkən bunu üç dəfə təkrarlayırlar. Gəlin bunu riyazi dilə çevirək: 286 + 286 + 286 = 858 Göründüyü kimi, bütün astronomik hadisələr “Quran”ın üç misli olan 858 ədədi altında təkrarlanır. Bu da onu sübut edir ki, elm Allaha məxsusdur və tutulmalar bəşəriyyətin diqqətini Yaradanın qanunlar toplusu olan “Quran”a yönəldir. Xatırladaq ki: - Qurban bayramı ilə Ramazan bayramı arasında da bir qayda olaraq, 286 gün fərq vardır; - İnsan ana bətnində 286 günə yaranır (cütlüklər görüşəndən sonra toxumun bətnə çatması 6 gün+bətndə normal inkişaf 280 gün = 286 gün); - Novruz bayramı ilə Yeni il (31 dekabr) bayramı arasında da 286 gün fərq var ki, bu da bayramlar (təqvimlər) üzərinə Allahın rəqəmsal möhürünün vurulduğunun sübutudur; - Quranın 2-ci ("İnək") surəsi 286 ayədən ibarətdir ki, inəyin də anatomik quruluşunun 286 sümüyün birləşməsindən yarandığını artıq elm təsdiq etmişdir. Bütün bunlardan sonra Günəş tutulmalarının da 286 ədədinin üç misli ilə təkrarlanmsı bəşəriyyətə Qurana (Allahın qanunlarına) təslim olmağın vacibliyi mesajını verir. Belə etsələr Günəş tutulmsından sonra gələn bəlalar yan keçmək olar. 8 aprel Günəş tutulması Nuhun gəmisinə işarə verir Astronomiya dəqiq elmlərin ən qədimidir. Bu elm qədim Yunanıstanda, Misirdə və Çində meydana gəlmişdir. Orta əsrlərdə astronomiya orta Asiya və Azərbaycanda təşəkkül tapmağa başlamışdır. Astronomiya digər dəqiq elmlərlə sıx əlaqədardır, onların üsullarından və əldə etdikləri nəticələrdən istifadə edir, üstəlik, onların da inkişafına təkan verir. Astronomiyanı digər dəqiq elmlərsiz, digər dəqiq elmləri də astronomiyasız təsəvvür etmək olmaz. Hələ astronomiya elmi yaranmamışdan çox-çox əvvəllər kahinlər Günəş və Ay tutulmalarını əsrlər boyu qeydə almış və bunların sayı üzərində təhlillər aparmışlar. Uzunmüddətli təhlillərdən sonra müəyyən etmişlər ki, astronomik hadisələr dövrlərə bölünür və hər astronomik dövr 18 il, 11 gün, 8 saatı (və yaxud 6.585 sutkanı) əhatə edir. Sonradan astronomiya elmi bu dövrü "Saros dövrü" adlandırdı. Hər "Saros dövrü”ndə bir qayda olaraq 71 astronomik hadisə baş verir ki, onlardan 28-i Ay, 43-ü isə, Günəş tutulması olur. Elmi-lədun hesablamalarımız göstərir ki, bütün astronomik hadisələr (Günəş və Ay tutulmaları) bir qayda olaraq 6.585 gündən bir təkrarlanır. Bunu sübut edən və astronomiya elmində yenilik olan cədvəli yazıya əlavə edirik. Yuxarıda qeyd erdik ki, hər astronomik dövrdə bir qayda olaraq 71 astronomik hadisə baş verir ki, onlardan 28-i Ay, 43-ü isə, Günəş tutulması olur. Neçə minilliklərdir ki, dəyişməyən bu rəqəmlərin mənası (niyə məhz bu sayda olması) hələ ki, astronomiya elmi tərəfindən kəşf olunmayıb. Araşdırmalarımız zamanı kəşf etdik ki, ki, buradakı 71 astronomik hadisə Yerin dərya hissəsinə işarədir (Yerin 71 %-i sudan ibarətdir). Dəryadan söhbət düşəndə isə, gözlərimiz önünə ilk növbədə gəmi və Nuh gəlir. Təsadüfü deyil ki, “Quran”ın bu mövzudan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi də 71-dir (!). Bu da həm dəryalara, həm də astronomik dövrdə baş verən 71 tutulmaya işarədir. 71-ci surənin 28 ayədən ibarət olması isə, “Saros dövrü”ndə baş verən 28 (!) Ay tutulmasının sirrini açır. “Nuh” surəsinin sıra nömrəsinndən ayələrinin sayını (28) çıxsaq, 43 ədədi alınır ki, bu da astronomik dövrdə baş verən Günəş tutulmalarının sayıdır: 71 - 28 = 43 Bütün bunlar Kainatın necə dəqiqliklə idarə olunmasını və bütün bu dəqiqliyin Allahın kitabına bağlanmasını, Onun emi ilə baş verməsini sübut edir. Sual yaranır: Günəş tutulması niyə məhz 43 dəfə baş verir (başqa sayda ola bilməzdimi)? Bu sualın cavabını da ALLAHIN kitabından tapmaq olur. Belə ki, Quranın “Ay” surəsi 54 ədədi ilə nömrələnib. Bu səbəbdən 54 ədədi Ay rəmzi sayılır. Elmi-lədun araşdırmalarımız göstərir ki, 54 ədədi Quranda 43 (!) dəfə keçir (kitabın cəmi qırx üç surəsində 54-cü ayə var). Bununla da Saros dövründə Günəş tutulmasının 43 dəfə baş verməsininn hikməti bir daha üzə çıxır. Click here to edit.
”Məgər göylərdə və yerdə olanların Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların hamısının, insanların isə, bəzilərinin (!) Allaha səcdə etdiyini görmürsənmi?” “Quran”, “Həcc” surəsi, 18 Xəbər verildiyi kimi, bu gün – 8 aprel tarixində Günəş tutulması baş verməkdədir. Elmi-lədun hesablamalarımız göstərir ki, Günəş tutulmaları təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bugünkü Günəş tutulmasında diqqət çəkən məqamlardan biri onun 29 ədədi altında baş verməsidir. Yəni, tutulmanın tarixini Hicri-qəməri təqviminə çevirsək görərik ki, Ramazan ayının 29-na düşür (bax: aşağıda qoyduğumuz Günəş tutulmalarının Miladi və Hicri-Qəməri təqvimi ilə cədvəlinə:) Bugünkü Günəş tutulmasının bizə ötürdüyü kodlaşdırılmış mesajları anlamaq üçün, 29 ədədinin hikmətinə nəzər salaq.
Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer kürəsinə işarədir. Çünkü, yerin insan yaşayan quru hissəsi 29 %-dir. Yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir. Diqqətinizi daha bir məqama yönəldək ki, “Quran”ın 29-cu surəsi “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar şər qüvvələrin - mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar. Qurani-Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. Tutulmanın 29 ədədi altında baş verməsi artıq Yer əhlinə kodlaşdırılmış xəbərdarlıq kimi qəbul edilməlidir. Yəni, az vaxtda insanları əsarətdə saxlayan mafiya tipli dövlətlərin (yaxud, dövlət tipli mafiyaların) dağılacağını xəbər verir. Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir. 69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır. Son dövrlər diktatorların (zalımların) hakimiyyətə gəlməsini araşdıran tədqiqatçılar bir məqama xüsusiylə diqqəti cəlb edirlər ki, onların bir çoxu hakimiyyətə 69 ədədi altında (69-cu ildə) gəliblər. Mafiya və monopoliyalar da həmin vaxtdan dövlətlərin içinə sızmılar. 69-dan dövlətlər mafiyalaşmağa başladı. Yuxarıda qeyd etdiyimiz kimi, 69 ədədi “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd “Quran”da qiyamət rəmzi sayılır. Firoonun prototipləri olan diktatorların da 69 ədədi altında hakimiyyətə gəlmələri və xalqları hörümçək kimi tora salaraq əsarətdə saxlamaları bizə qiyamətin yaxınlaşdığını xəbər verirdi. Diktatorları təsadüfən hörümçəyə bənzətmədik. Burada da bir riyazi əlaqə vardır. Belə ki, “Hörümçək” surəsinin sıra nömrəsi 29 olmaqla, şər qüvvələrə, tor quranlara, müasir dildə desək mafiya və monopoliyalara işarədir. Maraqlıdır ki, 29-cu surə məhz 69 (!) ayədən ibarətdir. Bu fakt onu göstərir ki, 69-cu və 29-cu surələr həm mahiyyətcə, həm də riyazi yolla biri-birinə bağlanırlar. Sübut üçün daha bir dəlil gətirim: 29 ədədi (29-cu ayə) müqəddəs kitabda məhz 69 dəfə keçir (“Quran”ın altmış doqquz surəsində 29-cu ayə var; qalan surələrdə ayələrin sayı 29-dan azdır). Qeyd edək ki, 29 ədədi həm də, Yerin insan yaşayan (quru) hissəsinə işarədir. Fironun prototipləri olan diktatorların 69-cu ildə hakimiyyətə gəlməsi ilə 29 faizlik Yerdə zülmün əsası qoyuldu və mafiyalar bəşəriyyəti hörümçək kimi tora saldılar. Onların qurduqları dövlətlər də mafiya tipli dövlətlərdir (yaxud, dövlət tipli mafiyalardır). Fərəhli haldır ki, elm və peyğəmbərlik əsri olan XXI əsr başlayandan bəri, bu hörümçək toru dağılmağa başlayıb və Yaradanın iradəsi ilə bu proses irəliləməkdədir. Bu da təsadüfü deyildir. Belə ki: 29 x 69 = 2001 Gördüyümüz kimi bu hikmətli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir. Xatırladaq ki, 21 ədədi “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan bu ədəd “Quran”da elm, kamillik və peyğəmbərlik rəmzi sayılır. Elmi-lədun hesablamalarımıza görə elm əsri olan 21-ci əsr başlayandan bəri bəşəriyyət kamillik dövrünə doğru irəliləməyə başlayıb. Bu özünü onunla büruzə verir ki, cəmiyyətdə kamilliyin son həddində olan insanlar görünməyə (tanınmağa) başlayıblar və hazırda onlar cəmiyyətə İlahi mesajlar ötürürlər (bu mesajlardan biri hazırda sizin qarşınızdadır). Diktatorların əsasən Şərq ölkələrində hakimiyyətə gəlməsini əsas götürən ateistlər bunu İslam dini ilə əlaqələndirmək kimi uğursuz cəhdlər edirlər. Məsələyə açıq gözlə baxdıqda isə, bunun tam əksini görmək mümkündür. Yəni, 29 faizlik Yerin hər tərəfində zalımları hakimiyyətə gətirən, mafiya tipli dövlətləri yaradan və bu günədək onarın hakimiyyətini hər vəclə qoruyub saxlayan əslində qeyri müsəlmanlar - yahudi və xaçpərəstlərdir. Bunu görmək üçün heç də yüksək savad tələb olunmur. Sadəcə, azacıq gözüaçıq olmaq yetərlidir. Özlərini “İslam” ölkəsi kimi təqdim edənlərin kimlərlə müttəfiq olmalarına baxsanız, onların mahiyyətlərini başa düşəcəksiz (İran rus və ermənilərlə, ərəb ölkələri isə, İngilisdilli ölkəllərlə müttəfiqdirlər...). Elmi-ləduna görə bu gün dünyada nəinki İslm dövləti yoxdur, əksinə, özlərini İslam kimi təqdim edən dövlətlər dini və millətləri parçalamaqla, İslamı gözdən salmaqla məşğuldurlar... Bugünkü Günəş tutulmasının elmi-lədun təhlili göstərir ki, yolunu azmış, bəşəri dəyərlərdən uzaqlaşmış insanlara, və onların rəhbərlərinə (!)Yaradan xəbərdarlıq edir ki, tövbə edib, doğru yola qayıtsınlar və bir-birlərinə zülm etməkdən, əziyyət verməkdən çəkinsinlər. Əks halda xalqları və onların zalım rəhbərlərini ağlasığmaz bəlalar gözləyir... Hesablamalarımız göstərir ki, bəlalar getdikcə intensivləşəcək və nəticədə qısa zamanda Yerdəki hazırki əhalinin 29 (!) faizi sağ qalacaqdır. Beləliklə də indiki şeytani dövr (dəccalizm) başa çatacaq və Dünyada kamillik dövrü başlayacaqdır. Qeyd edək ki, Quranın “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olan 21 ədədi elmi-ləduna görə Peyğəmbərlik və kamillik rəmzi sayılır. Onu da qeyd edim ki, 21-ci əsr qiyamət əsri olmaqla, bəşəriyyətin yekun əsridir (bu əsrdə Yerdə sivilizasiya başa çatacaq). Əlbəttə, ən düzgünün ALLAH bilir. Qərar Onundur. Bugünkü tutulmada diqqət çəkən digər məqam ilin 99-cu günü baş verməsidir. Belə ki, “Zəlzələ” surəsinin sıra nömrəsi olan 99 ədədi zəlzələ rəmzi sayılır (sözümüzün doğruluğunu bəşəriyyət keçən əsrin 99-cu ilində gördü) Elmi-lədun hesablamalarımız göstərir ki, bütün astronomik xəbərdarlıqlardan sonra Yerə bəlalar endiyi kimi, bu tutulmadan sonra da bəlalar gələcəkdir. Bu bəlaların əsasən zəlzələ ilə gələcəyi ehtimal olunur (düzgünün Allah bilir). Bu cür bəlalardan sığortalanmaq üçün insanlar günahlardan çəkinməli, rəhbərlər içdikləri anda əməl edərək, zülmə son qoymalıdırlar. Əks halda hazırda mövcud olan mafiya və monopoliyalar tezliklə dağılacaq, dəccalizmə xidmət edənlər ağır cəzalanacaqlar... "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Dr. Paşa Yaqub – Pangeyist (Sülhyaradan) Biri mənə yazıb ki, Peyğəmbərin hədislərində filan cür yazılıb, sən onun əksin deyirsən... Elə bil Peyğəmbər o sözü deyəndə bu onun yanında olub, doğruluğuna elə inanır ki... Rəhmətliyin oğlu, indiki "alim"lər Quranın tərcüməsinə, təfsirinə barmaq eləyib, insanları səhv istiqamətə yönəltməyə çalışırlar (avam adamları aldadırlar), o ki, qala hədis ola. Düzgün hədis qalar indiyə? (Heç düzgün İncil, Tövrat qalmayıb...) Hamısını narkobaron mollalar özlərinə uyğun "ofirmıt" eliyiblər. Əgər sən desəydin ki, Peyğəmbər filan hədisi mənim yanımda dedi, şahidəm, mən ona inanardım, amma, o hədis kitablarını kimin tərtib etdiyini, necə çap olunduğunu səndən yaxşı bildiyimə və onları tanıdığıma görə daha hədisə-mədisə inanmıram. Deyəcəksən ki, bəs sən nəyə inanırsan? Deyim ki, mən yeganə olaraq Qurana inanıram. Orada heç bir kəlmənin, nöqtənin belə dəyişmək mümkün olmadığına Allah Özü zəmanət verir. (Dəyişilmədiyinə adım kimi əminəm. Bilsəydim ki, Quranda Allahın dediyindən kənar bircə kəlmə dəyişiklik var, o kitabı heç əlinə almazdım). Amma, təfsir adıyla sırınan kitablarda çox sözlər insana məxsus olduğundan onları oxumuram. Sətri tərcüməsini oxuyuram, orada da mötərizə arasında yazılmış müəllif fikirlərinin (o cümlədən Ya Məhəmməd, Ya Peyğəmbər sözlərini) pozuram. Çünki, bunları tərcüməçi özündən pərçim edib ora. Lazım olsaydı Allah orda həmin sözləri işlədərdi. İşlətməyibsə, deməli bu sözlər lazım deyil. Bilirəm, deyəcəksiniz ki, nə fərqi var, mötərizədə Məhəmməd sözü yazılıbsa elə də oxu, niyə üstündən xətt çəkirsən? Məndə nöqsan axtaranlar bunu mənim əleyhimə istifadə edəcəklər ki, Paşa Yaqub Peyğəmbərin düşmənidir, onun adın pozur (bayaq burda elə bir rəy yazmışdılar). Ona görə də indi mən o fərqi sizə izah edim, onda biləcəksiz ki, mötərzədəkiləri niyə silirəm. Mötərizədəki (Ya Məhəmməd, Ya Peyğəmbər) sözlərini ona görə silirəm ki, birincisi, orada Allah o kəlmələri deməyib, ikincisi və ən əsası da odur ki, Quran öz oxucusuna (!) xitab eləyir. Tərcüməçilər bunu dərk etmədiklərindən mötərizə açıb, o sözləri ora pərçim edirlər. Belə olduqda oxucu həmin ayənin ona deyildiyini başa düşmür, elə bilir Peyğəmbərə xitab olunur. Mötərizəni silib oxuyanda görürsən ki, Allah sənə xitab edir, səninlə danışır... Ayədəki tapşırığı yerinə yetirməyə özünü məsul bilirsən və buna çalışırsan. Yerinə yetirdikdə də Quranı canlı yaşayırsan və daha dərindən dərk etməyə başlayırsan... Tərcüməçilər mötərizəni ora pərçimləyəndə isə, Quran sənlik olmur və dərketmə, ayəni icraetmə də baş vermir. Ayənin hökmündə özünü, yox Peyğəmbəri məsul bilirsən. İnanmırsınızsa Quranı mən deyən kimi oxuyun və icra edin... Bir müddətdən sonra görəcəksiniz ki, yerinə yetirdiyiniz (yaşadığınız) ayələr sizə vəhy olunur. Onda özünüzün Allah yanında nə qədər hörmətli, şərəfli olduğunuzu görəcəksiz.... Paşa Yaqub - Pangeyist Axşam dostlarla iftar məclisindəydim. Təklif etdilər ki, gəlin birlikdə namaz qılıb, İsa Peyğəmbərin, İmam Mehdinin zühuru üçün dua edəyin. Dedim siz dua edirsiniz edin, mən eləmirəm. Dedilər niyə, sən haqqın, ədalətin bərqərar olmasını istəmirsənmi? Dedim dua etməklə kiminsə dirilməsi mümkün olsaydı mən dua edərdim ki, valideynlərim, ailə üzvlərim dirilsin. Kiminsə duasıyla ölü dirilsəydi, sizdən öncə babalarınız, ulu babalarınız bu iş üçün (İsanın və Mehdinin dirilməsi üçün) min illərdir dua ediblər, dirilərdi. Deməli, mümkün deyil. Tutaq ki, mən dua etdim ki, İmam Mehdi dirilsin, məni zalımın zülmündən xilas etsin. İmam mənə qayıdıb deməz ki, öz nəfisin ucbatından (pul üçün, vəzifə üçün...) zalımı təbliğ edən, yaltaqlanan, qohum əqrəbanı başına yığıb zalıma səs vermək üçün gətirən sən deyildinmi? (Yaxud, günahsız adamın üzünə durub şərləyən, namusu ilə təhdid edib saxta izahatlara qol çəkdirən, günahsız olduğunu bildiyi halda 8-10 il iş kəsən, yaxud, tərəzidən oğurlayan, yaxud, zinakarlıq edən, qonşunun, qohumun haqqına görən, onlara ziyan vuran....siz deyilsizmi?). Başqalarına qarşı bütün bu yaramazlıqları edəndə bilmirdinmi bunları sənə də edən (sənə də şər atan, zülm edən...) tapılacaq?! Bu duruma nəfsinin ucbatından düşmədinmi? İmam Mehdi (yaxud İsa əleyhissalam) bizdən soruşmazmı ki, bütün bu və digər yaramaz hərəkətləri edəndə heç məni yada salmırdın! Demirdin ki, şərə saldığım, ziyan vurduğum adamın da Allahı, Peyğəmbəri, İmamı var!? İndi nooldu özün şərə düşəndə, zülmə məruz qalanda tez İmam yadına düşdü?! Bilmirsənmi, ilan bir gün onu bəsləyəni də çalır?! İmam sənin nökərindirmi ki, öz nəfsin ucbatından düşdüyun quyudan səni çıxarsın? Özün topalsanmı? Ağılsızsanmı? Canın çıxsın gərəkəni yap , düşdüyün vəziyyətdən çıx! Nə etmək lazım olduğunu bilmirsənsə götür Quranın tərcüməsini oxu, orada səndən əvvəl bu duruma düşənlər Nəmrudun, Fironun zülmündən necə xilas oldularsa, sən də o yolla bu gün Dəccalın zülmündən xilas olmağa çalış. Bu kimi batil düşüncənin yaranmasına səbəb odur ki, İranın ayətullah deyilən, müşteyid deyilən şarlatanları əsrlərdir ki, şeyx nəsrullahlıq edirlər: deyirlər biz dua edəcəyik, İmam Mehdi diriləcək, gəlib insanları xilas edəcək.... Ona qədər haqsızlığa, ədalətsizliyə, günahsız adamların dar ağacından asılmasına qarşı heç kəs səsin çıxarmasın, gözləyin, gələcək... Elədirsə , İranın şər rejimi niyə özü gözləmir? Onlar da biraz gözləsinlər, insanları dar ağacından asmağa tələsməsinlər, desinlər ki, İmam zühur edəndə bu adamın əməlinə baxar, günahkardırsa asar, günahsızdırsa buraxar (yaxud, ciblərə narkotik atıb şərləyənlər niyə dayanıb İmamı gözləmirlər)? Görürsünüzmü, şər maşını iranda da, Azərbaycanda da dayanıb gözləmədən insanların başını yeyə-yeyə gedir.... Amma, sizlərin beyninə yeridirlər ki, dinməyin, şərə qarşı mübarizə aparmayın, dua edib gözləyin, İmam Mehdi gəlib sizi şər maşınının ağzından xilas edəcək... Bütün bunlar dəccalizmin siyasətidir. Dəccalın məscidlərində İmamın dirilməsi üçün dua etdirən mollalar əslində dəccalın əsgərləridir. Dəccal onların altına maşın verib, aylıq maaş verib, deyir camaatın başını qat, haqsızlığa qarşı mübarizə aparmasınlar... Əsrlərdir ki, sizlər ölünün dirilməsi üçün məscidlərdə dualar edirsiniz, bir adam sizə demir ki, belə dua etməyin. Amma, həmin məsciddə siz bir kəlmə ölkədəki haqsızlıqdan, ədalətsizlikdən, insanların göz görəsi şərlənməsindən danışsanız, sözünüz ağzınızdan qurtarmamış başınızın uştünü polis kəsdirər və sizi də o birilər kimi zindana atarlar. Deməli sizin ölü diriltməyə çalışmağınız (şeyx nəsrullahlığınız) Dəccalı narahat etmir; haqqı deməyiniz narahat edir. Öz aramızdır, bir çoxlarınız heç İmamın diriləcəyinə inanmırsınız, amma, haqsızlığa qarşı mübarizə aparmağa qorxduğunuz üçün, özünüzü dirilməyə inanan kimi göstərirsiniz. Guya İmamı gözləyirsiz, gəlsə onunla birlikdə zülmə qarşı mübarizə aparacaqsız (ay hay). Beləliklə, qorxaqlığınızı, acizliyinizi ört basdır etməyə çalışırsınız... İmam dirilmiş olsaydı (bu mümkünsüzdür) və haqsızlığa qarşı mübarizə aparmış olsaydı, Dəccalın ordusu onun da cibinə narkotik atıb, başqa mübariz insanlar kimi, İmamı da şərləyib türməyə salardılar. Adım kimi əminəm ki, bu gün zühur üçün dua edənlərin böyük əksəriyyəti İmam şərlənəndə onun üzünə durardılar ki, narkotik satdığını görmüşdük (necə ki, bu gün türmələrdə yatanların üzünə durdunuz). Allah isə, Quranda belə buyurur: "Ya Peyğəmbər, sən öləcəksən, səndən sonra gələnlər dirimi qalacaqlar?! Şübhəsiz ki, bütün yaranmışlar ölümə məhkumdur!" Son olaraq: bütün peyğəmbərlər öz dövrlərinin imamı olduğu kimi, bütün imamlar da öz dövrlərinin peyğəmbərləri olublar. Hamısına Salam olsun! Onların öz dövrlərində haqsızlığa, zülmə qarşı apardıqları mübarizə bizlər üçün örnək olmalıdır. Cəsarətimiz çatırsa onlardan nümunə götürüb dəccalizmə qarşı mübarizə aparağın, çatmırsa heç olmasa əllaməlik etməyəyin. İndi elm əsridir, Şeyx Nəsrullah dövrü deyil.... Paşa Yaqub - Pangeyist |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |