Bildiyimiz kimi, bu gün Günəş tutulması baş verməkdədir. Bu tutulmanı bir neçə aspektdən təhlil edəcəyik. Öncə qeyd edək ki, Günəş tutulmaları 858 gün periodla təkrarlanır. Sual yaranır, niyə məhz 858? Nədir bu ədədin mahiyyəti? Əvvəlcə qeyd edək ki, “Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində vəhabilər hakimiyyətə gələnə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün quranlar 286 səhifəyə yerləşdirilib. Bildiyimiz kimi, insan “Quran”a and içərkən, yaxud tövbə edərkən bunu üç dəfə təkrarlayırlar. Gəlin bunu riyazi dilə çevirək: 286 + 286 + 286 = 858 Göründüyü kimi, bütün astronomik hadisələr “Quran”ın üç misli olan 858 ədədi altında təkrarlanır. Bu da onu sübut edir ki, elm Allaha məxsusdur və tutulmalar bəşəriyyətin diqqətini Yaradanın qanunlar toplusu olan “Quran”a yönəldir. Xatırladaq ki: - Qurban bayramı ilə Ramazan bayramı arasında da bir qayda olaraq, 286 gün fərq vardır; - İnsan ana bətnində 286 günə yaranır (cütlüklər görüşəndən sonra toxumun bətnə çatması 6 gün+bətndə normal inkişaf 280 gün = 286 gün); - Novruz bayramı ilə Yeni il (31 dekabr) bayramı arasında da 286 gün fərq var ki, bu da bayramlar (təqvimlər) üzərinə Allahın rəqəmsal möhürünün vurulduğunun sübutudur; - Quranın 2-ci ("İnək") surəsi 286 ayədən ibarətdir ki, inəyin də anatomik quruluşunun 286 sümüyün birləşməsindən yarandığını artıq elm təsdiq etmişdir. Bütün bunlardan sonra Günəş tutulmalarının da 286 ədədinin üç misli ilə təkrarlanmsı bəşəriyyətə Qurana (Allahın qanunlarına) təslim olmağın vacibliyi mesajını verir. Belə etsələr Günəş tutulmsından sonra gələn bəlalar yan keçmək olar. 8 aprel Günəş tutulması Nuhun gəmisinə işarə verir Astronomiya dəqiq elmlərin ən qədimidir. Bu elm qədim Yunanıstanda, Misirdə və Çində meydana gəlmişdir. Orta əsrlərdə astronomiya orta Asiya və Azərbaycanda təşəkkül tapmağa başlamışdır. Astronomiya digər dəqiq elmlərlə sıx əlaqədardır, onların üsullarından və əldə etdikləri nəticələrdən istifadə edir, üstəlik, onların da inkişafına təkan verir. Astronomiyanı digər dəqiq elmlərsiz, digər dəqiq elmləri də astronomiyasız təsəvvür etmək olmaz. Hələ astronomiya elmi yaranmamışdan çox-çox əvvəllər kahinlər Günəş və Ay tutulmalarını əsrlər boyu qeydə almış və bunların sayı üzərində təhlillər aparmışlar. Uzunmüddətli təhlillərdən sonra müəyyən etmişlər ki, astronomik hadisələr dövrlərə bölünür və hər astronomik dövr 18 il, 11 gün, 8 saatı (və yaxud 6.585 sutkanı) əhatə edir. Sonradan astronomiya elmi bu dövrü "Saros dövrü" adlandırdı. Hər "Saros dövrü”ndə bir qayda olaraq 71 astronomik hadisə baş verir ki, onlardan 28-i Ay, 43-ü isə, Günəş tutulması olur. Elmi-lədun hesablamalarımız göstərir ki, bütün astronomik hadisələr (Günəş və Ay tutulmaları) bir qayda olaraq 6.585 gündən bir təkrarlanır. Bunu sübut edən və astronomiya elmində yenilik olan cədvəli yazıya əlavə edirik. Yuxarıda qeyd erdik ki, hər astronomik dövrdə bir qayda olaraq 71 astronomik hadisə baş verir ki, onlardan 28-i Ay, 43-ü isə, Günəş tutulması olur. Neçə minilliklərdir ki, dəyişməyən bu rəqəmlərin mənası (niyə məhz bu sayda olması) hələ ki, astronomiya elmi tərəfindən kəşf olunmayıb. Araşdırmalarımız zamanı kəşf etdik ki, ki, buradakı 71 astronomik hadisə Yerin dərya hissəsinə işarədir (Yerin 71 %-i sudan ibarətdir). Dəryadan söhbət düşəndə isə, gözlərimiz önünə ilk növbədə gəmi və Nuh gəlir. Təsadüfü deyil ki, “Quran”ın bu mövzudan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi də 71-dir (!). Bu da həm dəryalara, həm də astronomik dövrdə baş verən 71 tutulmaya işarədir. 71-ci surənin 28 ayədən ibarət olması isə, “Saros dövrü”ndə baş verən 28 (!) Ay tutulmasının sirrini açır. “Nuh” surəsinin sıra nömrəsinndən ayələrinin sayını (28) çıxsaq, 43 ədədi alınır ki, bu da astronomik dövrdə baş verən Günəş tutulmalarının sayıdır: 71 - 28 = 43 Bütün bunlar Kainatın necə dəqiqliklə idarə olunmasını və bütün bu dəqiqliyin Allahın kitabına bağlanmasını, Onun emi ilə baş verməsini sübut edir. Sual yaranır: Günəş tutulması niyə məhz 43 dəfə baş verir (başqa sayda ola bilməzdimi)? Bu sualın cavabını da ALLAHIN kitabından tapmaq olur. Belə ki, Quranın “Ay” surəsi 54 ədədi ilə nömrələnib. Bu səbəbdən 54 ədədi Ay rəmzi sayılır. Elmi-lədun araşdırmalarımız göstərir ki, 54 ədədi Quranda 43 (!) dəfə keçir (kitabın cəmi qırx üç surəsində 54-cü ayə var). Bununla da Saros dövründə Günəş tutulmasının 43 dəfə baş verməsininn hikməti bir daha üzə çıxır. Click here to edit.
0 Comments
Leave a Reply. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |