“Zülm edənlərə rəğbət bəsləməyin, yoxsa sizə atəş toxunar (bəla gələr). Sizin Allahdan başqa dostunuz (himayədarınız) yoxdur. Quran, 11:113
Xəbər verildiyi kimi, dünən (24 sentyabr) Tovuz rayonunda güclü külək ağacları aşırdı. Nəticədə iki nəfər həyatını itirdi (həlak olanlara Allahdan rəhmət diləyirəm). Elmi-lədun hesablamalarımız göstərir ki, hadisə təsadüfü olmayıb, xüsusi qanunauyğunluğa tabedir. Bu qanunnauyğunluğun Quran rəmzləri altında baş verməsi onu göstərir ki, xalqımızın zalıma rəğbət bəsləməsi, ona qeyd-şərtsiz itaət etməsi və yaltaqlanması Allahın qəzəbinə səbəb olmuş, nəticədə ölkədə bu və digər faciələr baş verməkdədir. Bunu sübut edən hesablamaları diqqətinizə təqdim edirik: 1. Yadınıza salaq ki, bu il aprelin 3-də Bakıda gecə klubunda baş verən güclü partlayış dağıntı və təlafatla nəticələndi. O vaxt hadisəni hesablayarkən bunun Allahdan bir xəbərdarlıq siqnalı olduğunu bəyan etmişdik. Maraqlıdır ki, Tovuzda baş verən dünənki faciyə də riyazi yolla həmin partlayışa bağlanır. Bu iki faciyə arasında 174 gün fərq vardır ki, bundan da Quran rəmzi olan 114 ədədini çıxsaq Tovuz rayonunun rəmzi (seriyası) alınır və hadisnin Allahdan xəbərdarlıq olması barədə söylədiyimiz fikri təsdiq edir: 174 – 114 = 60 2. Xatırladaq ki, keçən ilin 13 oktyabrında (ilin 286-cı günü) Bakıda 171 saylı avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər öldü, xeyli sayda insan yaralandı. Elmi-lədun hesablamalarımız göstərir ki, dünənki faciyə riyazi yolla həmin avtobus qəzasına da bağlanır (həmin faciyənin davamıdır). Bu iki qanlı hadisə arasında 346 gün fərq vardır ki, bundan da orjinal Quranın səhifələrinin sayını (286) çıxsaq, yenə də Tovuzun rəmzi görünür və hadisənin qanunauyğunluğunu sübut edir: 346 – 286 = 60 60 ədədindən söz düşmüşkən, qeyd etməliyəm ki, bu ədəd “İmtahana çəkilmiş qadın” surəsinin sıra nömrəsidir. Bu gün ərləri, oğulları və qardaşları şərlənərək zindanlara doldurulan, eləcə də Tər-tər hadisələrində gözləri qarşısında döyülə-döyülə öldürülən Azərbaycan qadınları əslində ağır imtahana çəkilmiş qadınlardır; 60-cı surə onlara da şamil olunur. Bu qadınların ah-naləsi ALLAH dərgahına çatmışdır. Kaş biləydiniz ki, bunun bədəli nə qədər ağır olacaq! Yaradan bu və digər faciyələrlə azərbaycanlıların diqqətini 60-cı surədə verdiyi mesaja yönəldir: “Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizin haqqınızı inkar etdikləri (Allahın bəxş tdiyi sərvətlərdən sizə vermədikləri, uşaqpulu və müavinətlərinizi kəsdikləri, özünüzü istədikləri vaxt şərə salıdıqları – P.Y) halda, siz onlarla dostluq edirsiniz...” “Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin...”. (Quran, 60-cı surə, 1-13-cü ayələr). Bu və digər hesablamalarımız göstərir ki, Azərbaycanda baş verən zülm və haqsızlıqlar, eyni zamanda əhalinin zalıma rəğbət bəsləməsi, zülm önündə susması Allahın qəzəbinə səbəb olmuşdur. Dünən (eləcə də başqa vaxtlarda) baş verən faciyə də əslində Yaradanın qəzəbinin təzahürüdür. Vətəndaşlarımız bundan ibrət alaraq, ən azından Allahın qəzəbinə düçar olmuş zalımlardan məsafə saxlamalıdırlar ki, tezliklə onlara gələcək böyük bəla aşağı təbəqəni tutmasın. Söz ardı:tarix sübut etmişdir ki, hansı ölkədə haqsızlıq, ədalətsizlik, xalq malını talamaq çoxalanda, zülm ərşə dirənəndə o məmləkətdən xeyir-bərəkət çəkilir və orada faciyələrin ardı-arası kəsilmir... Paşa Yaqub, Həkim, Elmi-lədun bilicisi
0 Comments
“Göy gurultusu Onun şəninə təriflər deyir, mələklər də (Allahın) qorxusundan (Onu öyüb mədh edirlər). O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən onlarla istədiyini vurar. Allahın cəzası şiddətlidir!” Quran, “Göy gurultusu” surəsi. 13:13
Xəbər verildiyi kimi, bu gün – 22 sentyabr 2022-ci il tarixdə Qazax rayonunun Şıxlı kədində üç nəfəri ildırım vurdu. Hadisədə bir nəfər dünyasnı dəyişdi, iki nəfər isə, ağır yaralandı (dünyasını dəyişənə Allahdan rəhmət, xəsarət alanlara isə şəfa diləyirəm). Hadisənin təsadüf olmadığı, ölkəmizə gələn bəlaların davamı olduğunu görmək üçün buradakı qanunauyğunluğa diqqət yetirək. Aıağıdakı hesablamalardan görəcəksiniz ki, bu ildırım hadisəsi xalqımıza və onun zalım rəhbərlərinə ALLAHDAN növbəti xəbərdarlıq mesajıdır. 1. Xatırladaq ki, 17 mart 2021-ci il tarixdə Azərbaycan ətrafında üç böyük (Allahdan gələn) hadisə baş verdi: 1) Gürcüstan və Azərbaycanda enerji mümmalı şəkildə kəsildi; 2) Binəqədidə beş ailənin evi birdən yandı; 3) Türkiyədə Yusifeli vilayətinin Dərəiçi kəndindəki bütün evlər demək olar tamam yandı.Qazaxda üç nəfəri ildırım vuranda həmin bu hadisələrin 555-ci günü idi ki, bunun da Quranda tövbə və cəza rəmzi olduğunu dəfələrlə şərh etmişik (Allahdan gələn bütün xəbərdarlıqların üzərində 555 ədədi görünür). 2. Qazaxda ildırım hadisəsi baş verəndə 5 iyun 2020-ci ildə baş verən Ay tutulmasının 841-ci günüdür ki, bunan da orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayını çıxsaq, alınan ədəd yenə də tövbə və cəza rəmzini göstərir və hadisənin millətimizə və onun zalım rəhbərlərinə xəbərdarlıq olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir: 841 – 286 = 555 3. Qazaxda baş verən sözü gedən faciyə Bakıdakı narkoloji dispanserin yanması (2 mart 2018) ilə də riyazi yolla əlaqələnir. Bülə ki, bu gün həmin hadisənin 1665-ci günüdür ki, bundan tövbə və cəza rəmzini çıxsaq, yenə də cəza rəmzi qalır və inanların diqqətini TÖVBƏ etməyin vacibliyinə (vaxtı çatdığına) yönəldir: 1665 – 555 – 555 = 555 (tövbə 3 dəfə deyilir) 4. Yadınıza salaq ki, 26 avqust 2016-cı il tarixdə Daşkəsəndə baş verən qasırğa dağıntılara səbəb oldu. Bu gün həmin qasırğanın 2220-ci günüdür ki, Qazaxda ildırım hadisəsi baş verdi. Bu ədəddən tövbə və cəza rəmzini çıxdıqda yenə də 555 ədədi alınmaqla, diqqətimizi təkrar olaraq TÖVBƏ vaxtının çatdığına yönəldir: 2220 – 555 – 555 – 555 = 555 Bu hadisə Binəqədidə 17 mərtəbə binanın və Baksöl yolunda taxta bazarının yanması hadisələri ilə də riyazi şəkildə əlaqələnir ki, oxucuları yormamaq üçün onları hesablamıram. Nəticə: Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən ildırım hadisəsi yolun azmış xalqımıza və zülm etməyi sevən (xobbisi zülm etmək olan) rəhbərimizə ALLAHDAN növbəti xəbərdarlıq mesajıdır. Əgər bu xəbərdarlıqdan nəticə çıxarıb, tövbə etməsələr və doğru yola dönməsələr yaxın günlərdə çox böyük bəlalarla (əsl cəzalanma ilə) üzləşəcəklər. Bu günə qədər baş verən və biri-biri ilə zəncirvari bağlı olan faciyələr əsl bəla olmayıb, sadəcə xəbərdarlıqlardır. Əsl bəla qabaqdadır və biz onun astanasındayıq. Ondan qorunmağın yeganə yolu tövbə etmək, pozğun həyat tərzinə və xalqa zülm etməyə son qoymaq, xeyir əməllərlə məşğul olmaqdır. Əks halda vəzifəsindən aslı olmayaraq, hamını cəza gözləyir (böyük vəzifəlilərin cəzası da böyük olacaq). "Biz bir məmləkəti məhv etmək istədikdə bir nəfərin dili ilə onun naz-nemət içində yaşayan başçılarına insanlara zülm etməməyi əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar, o məmləkəti və rəhbəri yerlə yeksan edərik". Quran, 17:16 Dr. Paşa Yqub – elmi-lədun bilicisi "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır!" Quran, 57:22
Xəbər verildiyi kimi 4 sentyabr 2022-ci il tarixdə Lerik rayonunun Günəşli kəndi (kəndin əvvəlki adı Azərbaycan olub) ərazisində 8 nəfərin ölümü, 10 nəfərin yaralanması ilə nəticələnən avtobus qəzası baş verdi (dünyasını dəyişənlərə rəhmət, yaralılara şəfa diləyirik). Elmi-lədun hesablamalarımız göstərir ki, hadisə təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Qəzanın digər analoji hadisələrə Quran rəmzləri ilə bağlanması onu göstərir ki, ölkədəki zülm və haqsızlıq, pozğun həyat tərzi Allahın qəzəbinə səbəb olmuş, nəticədə ard-arda xalqımııza bəlalar gəlməkdədir. Bu bəlaların xəbərdarlıq mesajları olduğu aşağıdakı hesablamalardan aydın görünür:
329 – 286 = 43
1153 – 555 – 555 = 43 (!) Yazılarımızı (xəbərdrlıqlarımızı) daaimi izləyən oxucularımıza məlumdur ki, yuxarıda əlaqəli qəzaların (Goranboy, Bakı, Ağstafa və s) hamısı haqda ayrıca bu cür məqalələr yazıb paylaşmışıq. Hər dəfə də vurğulamışıq ki, bu xəbərdarlıqdan nəticə çıxarmayacağınız təqdirdə daha ağır bəlalarla üzləşəcəksiniz. Yazılarımızı xronoloji ardıcıllıqla izləsəniz bunun şahidi olarsınız ki, hər dəfə gələn bəla əvvəlkindən daha ağır və insan itkisi daha çoxdur... Oxucuda sual yaranacaq ki, zalım rəhbərin zülmü ALLAHI qəzəbləndirirsə bəla niyə aşağı təbəqəyə gəlir? Məsələ burasındadır ki, xalq rəhbərinin zalım olduğunu bilsə də ona rəğbət bəsləməkdən, xidmət və pərəstiş etməkdən vaz keçmir. Halbuki, Quranın 60-cı surəsinin 1-ci və 13-cü ayəsində Rəbbim bunu qəti qadağan edir və bunu edən sadə insanların ağır cəzalanacağını xəbər verir. Bu sbəbdən gələn bəlaların xeyli hissəsi aşağı təbəqəyə toxunur. Quranda daha bir ayə var: “Qorxun o gündən ki, zalımlara gələn bəladan məzlumlar da canlarını qurtara bilməsinlər”. Qeyd edək ki, rəhbərlərə gələn bəlaları hələ ki, ört-basdır edib xalqdan gizlədə bilirlər (xalq isə gizlədə bilmir). Amma, yaxın zamanda zalıma gələn bəlanın miqyası o qədər iri və dəhşətli olacaq ki, artıq onu gizlədə bilməyəcəklər və bütün dünya bundan danışacaq! Odur ki, çalışın özünüzü qoruyun. Allahın qəzəbi ilə oynamayın! Bəlanız çox ağır olacaq! “Demədi” deməyin. "Biz bir məmləkəti məhv etmək istədikdə bir nəfərin dili ilə onun naz-nemət içində yaşayan başçılarına insanlara zülm etməməyi əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar, o məmləkəti və rəhbəri yerlə yeksan edərik". Quran, 17:16 Yazıya əlavə: Bu yazını yazarkən, mətbuatda Xətai rayon İcra Şöbəsinin binasının yanması ilə bağlı xəbərlər yayıldı. Yerdəki saat fərqini nəzərə alsaq görərik ki, yuxarıda sadaladığım bütün hadisələr əslində iki tarixə düşür. Yəni, yuxarıdakı hesablamalar bu yanğınla da uzlaşır. Xüsusi ilə onu qeyd etmək istəyirik ki, bu gün qanlı Ay tutulmasının (16 may) 114-cü günüdür. Bütün bu və digər hadisələr zalım rəhbərlərə və onların göstərişlərini düşünmədən (acımasız) yerinə yetirən İCRAÇILARA xəbərdarlıqdır: "Bu əsgərləriniz (icraçılarınız) kimdir ki, onlar sizi ALLAHIN əzabından qurtara bilsinlər?! Kafirlər, sadəcə olaraq, aldanmaqdadırlar!" Quran, “Hakimiyyət” surəsi, 20 Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |