“Göy gurultusu Onun şəninə təriflər deyir, mələklər də (Allahın) qorxusundan (Onu öyüb mədh edirlər). O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən onlarla istədiyini vurar. Allahın cəzası şiddətlidir!” Quran, “Göy gurultusu” surəsi, 13:13. Xəbər verildiyi kimi, bu il sentyabrın 27-də Daşkənddə böyük bir elektromobil bazasını ildırım vurdu. Nəticədə həmin ərazidəki xeyli obyektlər yandı, elcə də insan təlafatı və yaralananlar oldu. Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən fəlakət xüsusi bir qanunauyğunluğa tabedir və Allahdan bəşəriyyətə xəbərdarlıq məqsədi daşıyır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur: 1) Bu hadisə baş verəndə 26.05.2021-ci il tarixli astronomik xəbərdarlığın (Ay tutulmasının) 858-ci günü idi ki, bu da Kəbədə saxlanan orjinal Quranın səhifəlrinin (286) üç mislidir: 858 – 286 - 286 = 286 Bunu ədəbi dilə çevirdikdə Quran, Quran, Quran alınmaqla, bəşəriyyətin diqqətini Yaradanın kitabı olan Qurana yönəldir. 2) İldırım hadisəsi baş verəndə 10.06.2021 tarixli Günəş tutulmasının 841-ci günüdür ki, bundan da tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, alınan ədəd yenə də diqqətimizi Allahın elminə (kitabına) yönəldir və hadiisənin Allah tərəfindən xəbərdarlıq məqsədi ilə törədildiyini bir daha təsdiq edir: 841 – 555 = 286 3) Özbəkistan paytaxtını ildırım vurması Bakıdakı enerji böhranı (3 iyul 2018) ilə də riyazi yolla əlaqələnir. Belə ki, bu hadisələr arasında 1910 gün fərq vardır ki, bundan Quran rəmzlərini çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi görünür ki, bu da insan oğlunun diqqətini tövbə etməyin vacibliyinə yönəldir: 1910 – (114+286) - (114+286) = (555+555) 4) Daşkəndi ildırım vuranda 21 yanvar 2019-cu il tarixli Ay tutulmasının 1716-cı günü idi ki, bundan da Quranın səhifələrinin sayını çıxsaq, yenə də səhifələrin sayı alınır və bir daha diqqətimizi Yaradanın qanunlarına (Qurana) yönəldir: 1716 – (286 + 286 + 286) = (286 + 286 + 286) NƏTİCƏ: üç gün öncə Özbəkistan paytaxtını ildırım vurması əslində Dünyanı idarə edən mafiyalara və onlrın qurduğu hörmçək torunda çabalayan, yolun azmış bəşəriyyətə İlahi bir xəbərdarlıqdır ki, doğru yola qayıdın, özünüzdən aşağılara zülm etməyin! Yoxsa sizə atəş toxunar və cəhənnəmlik olarsınız! Yeri gəlmişkən, Quranın “İmtahana çəkilmiş qadın” (60) surəsi də 13 ayədən ibarətdir ki, bu səbəbdən surə diqqətimizi ildırıma yönəldir. Burada qadın dünya anlamındadır (hər ikisi şirin və zövq verəndir) və dünyanın, bəşəriyyətin hazırda böyük imtahan qarşısında olduğuna işarə verir. Son aylar dünyada baş verən lokal qiyamət prosesləri (hər gün bir neçə şəhrin yanması, dağılması...) həqiqətən də bəşəriyyətin imtahanıdır və sağ qalıb-qalmaması insan oğlunun haqqa təslim olub-olmamasından aslıdır. 13 ayədən ibarət olan “İmtahana çəkilmiş qadın” surəsində Yaradan insanlara əmr edir ki. Allahın düşmənləri ilə dost olmayın, onlardan məsafə sxlayın, onlara rəğbət bəsləməyin: “Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizin haqqınızı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi yurdunuzdan çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz (dostluq üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi (bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə (düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!” Quran, 60:1. Xəbərdarlığı şərh etdi: Paşa Yaqub – həkim, elmi-lədun bilicisi (Ardı var)
0 Comments
Bildiyimiz kimi, sentyabrın 15-də (2023) xaçmaz rayonunun grişində olan (Qudyalçay üzərindəki) körpünü sel apardığından, rayonun yolu demək olar ki, bir müddətə bağlandı (!). Elmi-lədun hesablamalarımız göstərir ki, hadisə təsadüfü baş verməyib, ciddi qanunauyğunluğa tabedir və yolun azmış xalqımıza, onun zalım rəhbərlərinə Allahdan xəbərdarlıq mesajıdır. Bunu sübut edən hesablamaları təqdim edirik: 1) Xatırladaq ki, 26.05.2023-cü il tarixdə Göygöldə analoji fəlakət yaşandı və sel iki nəfərin həyatına son qoyaraq, bir neçə insanı da yaraladı. Bu hadisəlr arasında 114 gün (!) fərq olması hər iki fəlakətin Allahdan xəbərdarlıq olduğunu təsdiq edir. 2) Xaçmazın yolu bağlananda Ay tutulmasının (08.11.22) 313-cü günü idi ki, bundan da orjinal (Kəbədəki) Quranın səhifələrinin sayını (286) çıxsaq, alınan ədəd Xaçmazın seriyasını (27) göstərməklə, hadisənin məhz bu rayonda baş verməsinin təsadüf olmadığını sübut edir: 313 – 286 = 27 3) Xaçmazda körpü uçanda həmçinin, Şəmkirdə baş verən (19 avqust) avtobus qəzasının 27-ci (!) günü idi. 4) Keçən il dekabrın 4-də sumqayıtda bir neçə mənzilin yanması nəticəsində iki uşaq həyatını itirdi. Bu iki hadisə arasında qalan günlərin sayının 286 (!) olması hər iki hadisənin allahdan olmasını sübut edir. ... (Hesablamaları uzatmaq da olardı; fəqət, oxucunu yormamaq üçün üç nöqtə qoyuram...) NƏTİCƏ: Bu və digər hesablamalarımız, eləcə də elmi-lədun bilgilərimiz göstərir ki, ölkədə baş verən zülm və haqsızlıqlar, həmçinin, millətimizin yolunu azması, biri-birinə qarşı qeyri-insani davranışları, pozğun həyat tərzi yaşamaları... Allahın qəzəbinə səbəb olmuş, nəticədə Respublika əhəmiyyətli körpünü sel aparmaqla, (yolu ksməklə) xalqa və rəhbərlərə xəbərdarlıq edir ki, bir-birinizlə qeyri-insani münasibətə, zülm və haqsızlıqlara son qoyun! Əks halda daha ağır bəlalarla üzləşəcəksiniz! Onu da qeyd edək ki, bu gün bütün dünyada lokal qiyamətlər (zəlzələlər, qasırğalar, daşqınlar...) baş verməkdədir ki, nəticədə dünya xalqları (yolların azmaları səbəbindən) Allah tərəfindən bəla gələcəyi ilə xəbərdar olunurlar. Bildiyim qədər dünyada gedən bu proses əsl bəla olmayıb, hələ xəbərdarlığıdır (jurnalıdır). Əsl bəla qabaqdadır. Yaxın aylarda bütün dünya murdar insanlardan təmizlənənib qurtaracaq və Yerdə ancaq pak (tövbə etmiş) insanlar qalacaqlar. Bundan sonra kamillik dövrü başlayacaq və insanlar (indiki əhalinin 29 faizi) nəhayət, haqqın, ədalətin nə olduğunu əyani şəkildə görəcəklər. Çalışın, siz də günahlardan təmizlənərək, qarşıdan gələn böyük (əsl) bəlalardan qurtulasınız. Br daha deyirəm ki, bugünədək gördükləriniz əsl bəla deyil, sadəcə, bəlanın xəbərdarlıqlarıdır. Bildiyim qədər əsl bəla yaxın aylarda gələcək və bu Nuh qövmünün, Lut qövmünün, Saleh qövmünün... başına gələnlərin analoqu olacaq. Bundan anacaq Allahın Özünün izn verdiyi (bəla gəlməzdən qabaq tövbə edən) az sayda şəxslər qurtula biləcəklər. Hər kəsin qurtuluşu öz əlindədir (daha doğrusu dilindədir). Tövbə edənlər bağışlanacaq. Xəbərdarlığı çatdırdı: Dr. Paşa yaqub – Elmi-lədun bilicisi AZƏRBAYCAN XALQINA VERİLMİŞ MÖHLƏT BAŞA ÇATMAQ ÜZRƏDİR – QURBAN BAYRAMINDA GƏLƏN XƏBƏRDARLIQ9/11/2023 Bu gün dünyada yaşanan təbii fəlakətlərə (zəlzələ, qasırğa və daşqınlara…) bəsirət gözü ilə baxdıqda Nuh Peyğəmbərin, Lut Peyğəmbərin, Saleh və digər peyğəmbərlərin dövründə baş verən (“Quran”da təsvir olunan) hadisələrin analoqunun təkrarlandığını görürük. Onu da qeyd edək ki, elm və kamillik əsri olan XXI əsr başlayandan “Quran” ikinci (!) dəfə yaşanmağa başlamışdır. Yəni, müqəddəs kitabda təsvir olunan hadisələrin analoqunu 2-ci (!) dəfə yaşayırıq. Məsələn, XXI əsrin 2-ci (!) Qurban bayramı günü (22.02.2002) vəhy yolu ilə mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur. Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir: “Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb ca-nınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə. Allahın verdiyi elmlə dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür.) bitəcəyini bildiyimdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdim (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). Nəhayət, 22 iyunda Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu (həmin zəlzələdə bir çox yaşayış məntəqələri tamamilə Yer üzündən silindi, yüz minlərlə insan həyatını itirdi). Ondan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin da-vamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik. Əvvəlcə 22 iyunla (2002) bağlı verdiyimiz xəbərin doğruluğunu sübut etmək üçün daha bir neçə dəlil gətirək: 1) Elm əsrinin birinci Qurban bayramının 286-cı günü - 14 dekabr 2001-ci il tarixdə Günəş tutulub; 2) İkinci Qurban bayramının 286-cı günü - 4 dekabr 2002-ci il tarixdə Günəş tutulub; 3) Üçüncü Qurban bayramının 286-cı günü - 24 noyabr 2003-ci il tarixdə Günəş tutulub. (Yeri gəlmişkən, qeyd edək ki, orjinal (Kəbədə və muzeylərdə qorunan) Quranın səhifələrin sayı olan 286 ədədi Yaradanın kodlaşdırılmış möhürü (oxu: asan imzası) olraq bütün böyük hadisələrin (bayramların, astronomik hadisələrin, təbii fəlakətlərin) üzərinə vurulmaqdadır). 4) Həmçinin, 22 iyun 2002-ci il tarixinin 286-cı günü - 3 aprel 2003-cü il tarixdə də Günəş tutulması baş verib. Bu faktlar 22 iyun tarixinin də Qurban bayramları (tövbə günləri) ilə eyni statusa malik olmasını və qəzetdə elan etdiyimiz xəbərin Allahdan olduğunu sübut edir. Onu da əlavə edək ki, 2-ci Qurban bayramı günü verilmiş dörd aylıq möhlət başa çatan gün - 24 iyunda da (bayram üç gün olduğundan, möhlət də üç günə bitir) Ay tutulması baş verdi. 22 iyunda vəəd olunan bəla niyə Azərbaycanın Şimalına deyil, Cənubuna düşdü? Oxucuda sual yaranacaq ki, 22 iyunda (2002) vəəd olunan bəla niyə Azərbaycanın Şimalına deyil, Cənubuna düşdü? Qeyd edək ki, Qurban bayramı günü Qurandan qəbul etdiyim vəhyi “Hürriyyət” qəzetində dərc etdirəndən sonra vaxt daraldıqca, ətrafımdakı insanların (qohumların, dostların, tanışların…) heç birinin tövbə etmədiyini görüb, onları itirəcəyimdən bərk narahat oldum (bu qədər yaxın adamlarımın hamısını bir dəfəyə itirməyə psixoloji cəhətdən hazır deyildim). Odur ki, vəəd olunan günə üç gün qalmış, gecələri yatmayıb, səhərədək açıq havada dualar etdim ki, gələn bəla təxirə salınsın (insanlara möhlət verilsin), yaxud, bəla Azərbaycana enməsin… Iyunun 21-dən 22-nə keçən gecə səhərə yaxın gözümə xəfif bir yuxu getdi (sanki məni huş apardı). Bu anda göyün üzündə qalın qara buludları (bəlanı) gördüm. Allaha dua etməyə başladım ki, bu bəla Azərbaycanın üstündən çəkilsin. Belə deyə-deyə iki əllərimi buluda tərəf qaldıraraq, onu Azərbaycanın üstündən kənara itələməyə başladım (yuxuda əllərim buluda çatırdı). Yuxuda çox dua və güc edəndən sonra gördüm qara bulud ölkəmizin üstündən tam kənarlaşdı və göyün üzü açıldı… Səhər yuxudan oyananda xəbərlərdən eşitdim ki, İranda 9 ballıq zəlzələ baş veib, 22 (!) təkan qeydə alınıb, bir çox yaşayış məntəqələrinin yerində ümumiyyətlə, heç nə qalmayıb (şəhər və kəndləri sanki yer udub). Mənə məlum oldu ki, Azərbaycan xalqına tövbə etmək üçün bir qədər möhlət verildi. Elmi-lədun hesablamalarımız göstərir ki, 2002-ci ilin 22 iyunundan başlanan Yer kürəsinin təmizlənmə prosesi bu gün də davam etməkdədir və dünyada (eləcə də Azərbaycanda) baş verən böyük zəlzələlər, təyyarə qəzaları, daşqınlar… bu prosesin tərkib hissəsi olaraq, insanlara xəbərdarlıq məqsədi daşıyır. Bildiyim qədər yaxın zamanda təmizlənmə prosesi başa çatacaq və Yerdə haqq-ədalət bərqərar olacaq. Təmizlənmə prosesi necə baş verəcək və kimlər xilas olacaq? Oxucunu düşündürən digər sual təmizlənmə prosesinin necə, nə vaxt baş verəcəyi və kimlərin xilas olacağıdır. Yuxarıda qeyd etdik ki, 21-ci əsr başlayandan (21-ci surə “Peyğəmbərlər” adlandığına görə bu ədəd Quranda Peyğəmbərlik, kamillik rəmzi sayılır) Quranda keçən əhvalatlar (peyğəmbərlərin və onların qövmlərinin başına gələnlər) 2-ci (!) dəfə yaşanmaqdadır. Hazırda Yer əhlinin bir qismi Nuh qövmünün, bir qismi Saleh qövmünün, bir qismi isə, Lut qövmünün… etdiyi murdar hərəkətləri təkrarlamaqdadırlar. Hazırda bəşəriyyətin kütləvi şəkildə (71 faizdən çoxunun) bu cür yolunu azması, pozğun həyat tərzi keçirməsi Yaradanın qəzəbinə səbəb olmuşdur. Bu səbəbdən də həmin qövmlərə göndərdiyi bəlaları (aclıq, quraqlıq, zəlzələ, qasırğa, subasma, göydən daş, həşarətlər yağması…) bir qədər yumşaq formada, hazırda hər gün bir xalqa göndərilməkdədir. (O qövmlərin başına gələnlərlə Quranın 7, 11, 21, 26…-cı surələrində daha ətraflı tanış ola bilərsiniz). Bildiyim odur ki, getdikcə intensivləşən bu bəlalar bütün dünyanı əhatə edəcək və şiddətlənəcək. Nəhayət, bəlli bir gündə Yaradan bu pozgun, zalım, imansız insanların həyatına son verəcək, ondan sonra kamillik dövrü başlayacaqdır. Xilaskar gələcəkmi? O, zalımlarla döyüşəcəkmi? Oxucunu maraqlandıran digər sual “Xilaskar gələcəkmi?”, yaxud, “gəlibmi?” suallarıdır. Bu gün bəşəriyyətin böyük əksəriyyəti hazırkı dövrün böhranlı dövr olduğunu qəbul etməkdədir və bir qismi İsanın, digər qismi isə, İmam Mehdinin (hər ikisinə Allahın Salamı olsun!) gəlişini gözləyirlər ki, əlinə qılınc alıb, zalımları qırsınlar, bunlar da xilas olsunlar… Qeyd edək ki, bu formada zühur baş verəsi olsa (hərçənd ki, baş vermiyəcək) həmin qılıncla ilk növbədə onları gözləyənlərin, gəlişi üçün dua edənlərin boynu vurulmalıdır. Çünki, onlar günahlarına görə heç də Nuh qövmündən, Lut qövmündən, Saleh… qövmlərindən geri qalmırlar. Əslində isə, təmizlənmə prosesi Quranda təsvir olunduğu formalarda baş verəcək. Rəbbim Quranda dəfələrlə, təkrar-təkrar vurğulayır ki, siz mələk olsaydınız, sizə mələkdən peyğəmbər göndərərdim, insan olduğunuza görə öz içinizdən (sizinlə birgə yaşayan) bir nəfəri peyğəmbər seçirik ki, sizə günahlarınızı anlatsın və Allah adından sizə xəbərdarlıq etsin (gələcək bəlanı bəyan etsin). Təəssüflər olsun ki, insanlar Quranın bu ayələrini (hökmlərini) qəbul etmirlər və göydən kiminsə gələcəyini təblig edirlər (Quranın hökmlərini qəbul etməyən hər bir kəs cəzanı haqq edir). Bu barədə bildiyim odur ki, Qurandakı bütün obrazların (peyğəmbərərin, imamların, fironların, nəmrudların, Dəccalın) prototipləri artıq aramızdadır və pərdələnmiş şəkildə öz işlərini görməkdədirlər. Yəni, Nuh, Saleh, Lut… peyğəmbərlər (hamısına Salam olsun!) öz qövmlərinin günahlarını özlərinə izah edib, necə doğru yola dəvət edirdilərsə, tövbə etməyənlərin necə cəzalanacağını bəyan edirdilərsə, indi də aramızda eyni missiyanı davamlı şəkkildə yerinə yetirən insanlar var… Həmin peyğəmbərlərin sözünə baxmayan qövmlərə necə bəla gəldisə, həmin bəlalar artıq indiki qövmlərə (xalqlara) gəlməkdədir və bizlər bunu hər gün televiziyalardan, yaxud internetdən izləyirik… Sadəcə, çoxları ağlına gətirmir ki, məsələn, Türkiyəni dağıdan zəlzələ, Amerikanı dağaıdan qasırğa… sabah onun yaşadığı şəhərdə (kənddə) də baş verə bilər və Allah pozgun, zalım xalqları məhv etdiyi kimi, indikiləri də məhv edə bilər. Məgər indi sizə rəhbərlik edənlər Firoondan, Nəmruddan azmı zülm edirlər? And olsun ki, onlardan qat-qat artıq zülm edirlər və onların zülmünü və əxlaqını ancaq Dəccalla müqayisə etmək olar (əslində onlar Dəccalın prototipi, məncə elə özüdür!). Firoon və Nəmrud öz dövrünün peyğəmbərlərini (İbrahimi, Musanı…) öz saraylarında qəbul etdi və dinlədi, onların təkliflərini saray əyanları ilə müzakirə etdi (təklifi qəbul etməsələr də). Siz öz rəhbərlərinizi onlarla müqayisə edin, görün hansısa ağıllı adamı qəbul edib, onun öyüd-nəsihətini dinləyərmi (bunu təsəvvür edə bilirsinizmi)? Elə isə, bu insanlar hansı ağılla Dəccalın gələcəyini gözləyirlər (Dəccal sizin başınızın üstündə deyilmi, ibadət yerlərində dayanmadan ona dualar etmirsinizmi)? Bugünkü Qurban bayramı (bayram üç gündür) əslində tövbə günüdür - tövbələrin qəbulu üçün böyük şans olan gündür. İnsanlarımız fürsəti qaçırmayaraq, günahlarına görə tövbə etməli, bizdən əvvəlki qövmlərin etdiyi və Allahın qəzəbinə sbəb olan əməllərə son qoymalı, vəzifədə olanlar özlərindən aşağı təbəqələrlə mülayim davranmalı, haqqı, ədaləti bərqərar etməlidirlər. Əks halda tezliklə gələcək (Quranda təsvir olunan) böyük bəladan canınızı heç cür qurtara bilməyəcəksiniz! Bir şəhəri su basanda oranın əhalisi evin üstünə çıxıb ağ bayraq qaldıranda FHN-nin xilasediciləri helikopterlə gəlib, onu xilas edə bilirlər. Evin zirzəmisinə girən adamı isə, xilas edə bilmirlər. İnsanların Allahdan gələn bəladan xilas olması da təxminən bu formada baş verəcəkdir. Yəni, kim ki, bəla gəlməzdən öncə tövbə edib, günah işlərinə son qoyub, o şəxs damın üstünə çıxıb, ağ bayraq qaldırana bənzəyir ki, onu xilas etmək çox asan olacaq. Tövbə etməyənlər isə, daşqın zamanı zirzəmidə gizlənənlərə bənzəyirlər ki, onları xilas etmək mümkün deyil... Tövbə edib, Haqqa təslim olmayanları İmam Mehdi gəlməyib, lap babası Məhəmməd Əleyhissəlam da gəlsə xilas etməsi mümkün deyil! Nuh öz oğlunu xilas edə bildimi? Lut öz ailə üzvlərini xilas edə bildimi? Xeyr! Deməli, Xilaskar bizim doğmamız, sevdiyimiz şəxs olsa belə, (tövbə etməsək) onun bizi xilas etməsi mümkünsüzdür. Yalnız tövbə etmiş adamları Allah kiminsə (hansı xilaskarınsa) əliylə xilas edəcəkdir. Daşqın zamanı ağ bayraq gtürüb dama çıxan adam üçün helikopterlə gələn xilaskarın (FHN əməkdaşının) adının nə olması maraqlı olmadığı kimi, indiki dövrdə də bizi Allahdan gələn bəladan xilas yolları göstərən adamın adının nə olması maraqlandırmamalıdır. Sadəcə, ağıllı adam olması və dediklərinə nümunə olması (dediklərinə özü əməl etməsi) bizə kifayət etməlidir ki, tövbə edib, günahlarımıza son qoyaq. Çünki, 2002-ci ildə Azərbaycan xalqına verilmiş möhlət artıq başa çatmaq üzrədir. Çox güman ki, bu dəfə bəlanın günü dəqiq deyilməsin və qəfil gəlsin. Ona görə də, bizim üçün ən düzgün hərəkət bu olar ki, tövbə edək və Allahın bəyənmədiyi əməllərdən, hərəkət və davranışlardan uzaq duraq! Söz ardı: Bu yazını hazırlayarkən hesablamalarla maraqlı faktlar üzə çıxardıq. Məlum oldu ki, 2oo2-ci ildə olduğu kimi, 2o2o-ci ildən sonrakı illərdə də (bu il də daxil) Qurban bayramlarından dörd ay (120 gün) sonra Ay tutulub. Bunu aşağıdakı cədvəldən görmək olur. 1) 2o2o-ci ilin Qurban bayramından 4 ay (120 gün) keçmiş Ay tutulub (30.11.2o2o). 2) 2021-ci ilin Qurban bayramından 4 ay keçmiş (19 noyabrda) Ay tutulub. 3) Maraqlıdır ki, keçən ilki Qurban bayramının da 120-ci (4 ayın tamaminda) günü (8 noyabrda) Ay tutulması baş verib və ilin 313-cü gününü əhatə edib. 4) Bu ilki Qurban bayramından dörd ay sonra - (28 oktyabrda) Ay tutulması baş verəcəkdir. Bütün bunları nəzərə alıb, 9-cu surədə (Qurban bayramı günü) verilmiş 4 aylıq möhləti bir daha diqqətinizə çatdırıram: “Böyük Həcc günü (Qurban bayramı günü) Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə. Qeyd: 21 il qabaq bəla gələrkən gecələr yatmayıb dua etdim ki, insanlara möhlət verilsin. Dualarımın qəbul olmasına baxmayaraq, möhlət verilmiş insanlar (həm vəzifəlilər, həm də vəzifəsizlər) mənə olmazın (sizin təsəvvür etməyəcəyiniz dərəcədə) zülümlər verdilər. Haqqımda ölüm fətvası verildi… Öldürə bilməsələr də tısbağa ağzıyxarı qalanda necə olarsa, illərlə o vəziyyətdə qaldım. Nəhayət, Rəbbim məni qorumaq üçün Elmi-lədun bəxş etdi və həkim qərar verdi. Bundan sonra özümə edilən zülmlərin qismən qarşısını ala bilsəm də, xalqıma edilən zülm və işgəncələr, şərlənib həbs olunmalar… məni üzməkdədir. Odur ki, daha möhlət üçün dua etmirəm. Əksinə, bəlanın tez gəlməsi üçün dua edirəm. Çünki, qalan ömrümü insan kimi yaşamaq istəyirəm. Bir sürü günahkara görə bütün ömrümü çabalamaq fikrim yoxdur. Yaşamaq istəyənlər zəhmət çəkib tövbə etsinlər və doğru yol tutsunlar. Həyat təcrübəmdən bilirəm ki, bu elə də çətin iş deyil, normal insani yaşayışdır. O ki, qaldı dörd ayın tamamında (bu ilin oktyabrın 28-də) nə baş verəcəyinə, bu barədə növbəti yazılarımızda bəhs edəcəyik. Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi Qurban bayramı, 2023 Yazıya əlavə: əziz dostlar, sonuncu Qurban bayramından bu yana dünyada baş verən zəlzələlər, daşqınlar... əslində lokal qiyamətlərdir ki, hər gün onlarla şəhəri alt-üst edir. Şübhəsiz ki, bu dağılma prosesi Azərbaycandan da yan keçməyəcək. Bundan sağ çıxmağın yeganə yolu tövbə edib, günahlardan çəkinməkdir. Əgər yaxınlarınızın, doğmalarınızın da sağ qalmasını istəyirsinizsə, onda bu yazını onlara da göndərin. Belə etsəniz ölkəmizdə tövbə edənlərin (günahdan çəkinənlərin) sayı daha çox olar və gələn bəlanın miqyası da kiçik olar (qurtulmaq asan olar). Əminəm ki, belə də olacaq. Yəni, ölkəmiz və xalqımız bu prosesdən başqa ölkələrə nisbətən daha az ziyanla çıxacaq. Xəbər verildiyi kimi, bu (10.09.2023) gecə Yevlax rayonunda qeyri adi idırım hadisəsi baş verdi. İnsanlar dəhşətli partlayış səsinə oyanıb, bayıra qaçdılar. Nə baş verdiyini dəqiq anlamadıqlarından, insanlara elə gəldi ki, düşmən ballistik raket atıb, gəlib Yevlaxa düşüb. Maraqlıdır ki, başqa vaxtlarda ildırım vurmalarını kənar kəndlərdə hiss olunmasa da, bu gecəki ilırım hadisəsi nəinki Yevlaxda, bütün respublikada bilindi (xəbər portallarında Yevlaxa raxet atılmasını təkzib edən rəsmi məlumatlar yayıldı). Elmi-lədun hesablamalarımız göstərir ki, bu gecə baş verən hadisə təsadüfü olmayıb, Allahdan gələcək böyük və dəhşətli bir bəlanın xəbərdarlığıdır. Bunu aşağıdakı hesablamalardan da aydın görmək olur: 1) Xatırladaq ki, keçən il avqustun 8-də ABŞ-da Ağ evin həyətinə ildırım düşdü (həmin gün Yevlaxda 5 mərtəbəli bina yandı). Bu gün həmin hadisələrin 400-cü günüdür ki, bundan da Quranın surələrinin sayını (114) çıxsaq, alınan ədəd orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayını (286) göstərməklə, hadisəlrin Allah tərəfindən xəbərdarlıq olması barədə söylədiyimiz fikri təsdiq edir: 400 – 114 = 286 2) Bu gün Yevlaxda baş verən hadisə Qazaxda baş verən analoji hadisə ilə də riyazi yolla əlaqələnir. Belə ki, keçən ilin 22 sentyabrda Şıxlı kəndində üç uşağı ildırım vurdu (ikisi dünyasını dəyişdi). Maraqlıdır ki, bu gün həmin faciyənin 352-ci günüdür ki, bundan da orjian Quranın səhifələrinin sayını çıxsaq, alınan ədəd Yevlaxın rəmzini (seriyasını) göstərir və hadisələrin Allahdan xəbərdarlıq olduğunu bir daha təsdiq edir: 352 – 286 = 66 (!) 3) Yadınıza salaq ki, Bakıda Alov qüllələrinin qarşısındakı məşəl partlayanda bunun Allahdan xəbərdarlıq olması barədə hesablamalar paylaşmışdıq və tövbə etməyin vacibliyini bildirmişdik. Bu gün həmin hadisənin 907-ci günüdür ki, bundan da tövbə və cəza rəmzini (555), eləcə də Quranın səhifələrini çıxsaq, yenə də hadisə baş verən rayonun seriyası görünür: 907 – 555 – 286 = 66 (!) 4) 66 ədədi “Qadağan” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd Quranda qadağan rəmzi sayılır. 66-cı surə 12 ayədən ibarət oldugundan, bunların hasili 792-yə bərabərdir (66x12=792). Burada diqqət çəkən məqam ondan ibarətdir ki, 792 gün bundan qabaq Hindistanda bir anda 38 nəfəri ildırım vuraraq öldürüb (11.07.21). 5) Maraqlıdır ki, bu gün Yevlaxda elektrik təsərrüfatını ildırım vurması hadisəsi riyazi yolla andiçmə mərasiminə də bağlanır. Belə ki, bu gün dövlət səviyyəsində üçüncü andiçmənin 3.609-cu günüdür ki, bundan da Quran rəmzlərini çıxdıqda, yenə də Quran rəmzi alınır və hadisənin Allahdan xəbərdarlıq olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir: 3609 – (555+555+555) – (286+286+286) - (286+286+286) = (114+114) NƏTİCƏ: Oxucunun beyin tutumunu nəzərə alaraq, 10 bəndlik hesablamalardan ancaq yarısını burada təqdim etdik. Bu və digər hesablamalarımız göstərir ki, bu gün Yevlaxın enerji sektorunu ildırım vurması və sədasının bütün ölkəyə yayılması təsadüfü olmayıb, Allahdan növbəti xəbərdarlıq mesajıdır. Bildiyimiz kimi, bu gün dünyanın demək olar ki, bütün ölkələrində lokal qiyamətlər yaşanmaqdadır. Yəni, hər gün dünyada ən azı bir neçə şəhər təbii fəlakətlərdən yerlə yeksan olur... Bütün bunlar bəşəriyyətin yolunu azmasından və Allahın qoyduğu qadağalara əməl etməməsi səbəbindəndir. Son dövrlər ölkəmizdə də təbii fəlakətlər günü-gündən daha da intensivləşməkdə, və xalqa böyük ziyan vurmaqdadır. Bütün bunlar yuxarıda qeyd etdiyimiz kimi, xalqın yolunu azmasından, harama-halala, qadağalara məhəl qoymamasından, pozğun həyat tərzi keçirməsindən; həmçinin, rəhbərlərin zülümkarlığından, içdikləri anda əməl etməməsindən və digər günah əməllərdən qaynaqlanır. Hesablamalarımız göstərir ki, bütün bu baş verən fəlakətlər hələ jurnaldır və xəbərdarlıq məqsədi daşıyır. İnsanlar (aşağılar və yuxarılar) bu xəbərdarlıqdan nəticə çıxarıb, tövbə etməzlərsə və qadağalara əməl etməzlərsə, əsl bəla hələ qabaqda baş verəcəkdir... Yeri gəlmişkən, qadağalar barədə Yaradan belə buyurur: “De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!” “Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi-buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi (verdiyiniz sözü, içdiyiniz andı) yerinə yetirin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz!” “Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!”. Quran, 6-cı surə, 151-152-153-cü ayələr. Qeyd: 66 ədədi həm də rayonların ümumi sayının rəmzidir (Azərbaycanda 66 rayon var). Paşa Yaqub, Həkim, elmi-lədun bilicisi "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (Lövhi-məhfuzda) yazılmamış olsun. Bu Allah üçün çox asandır!" Quran, 57:22 Xəbər verildiyi kimi, sentyabrın 1-də İstanbul-Bakı reysi ilə uçmaq istəyən “A-320” markalı təyyarədə nasazlıq yarandığından uçuş iki gün ləngidi. Bu müddətdə yüzlərlə soydaşımız İstanbul hava limanında çətin şəraitdə, əzab-əziyyətlə gözləməli oldular... Elmi-lədun hesablamalarımız göstərir ki, təyyarənin uça biməməsi (xarab olması) və insanların günlərlə əziyyət çəkmələri təsadüfü olmayıb, digər təyyarə qəzaları ilə riyazi şəkildə bağlanır. Bu əlaqənin Quran rəmzləri olan 114 və 286 ədədləri altında baş verməsi hadisənin Allahın elminə bağlı olmasına və ölkədə baş verən haqsızlığa, ədalətsizliyə, insanların kütləvi şəkildə pozulmasına qarşı bir xəbərdarlıq siqnalı verilməsinə sübutdur. Aşağıdakı hesablamalar dediklərimizi sübut edir: 1) Xatırladaq ki, keçən il 19 noyabrda Peruda hava limanına enən eyni markalı (“A-320”) təyyarə yük maşını ilə toqquşdu. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, sentyabrın 1-də bu qəzanın 286-cı günü idi. Bu da Quranın səhifəlrinin sayı olmaqla, təyyarənin xarab olmasının Allahdan olduğunu sübut edir. 2) İstanbul-Bakı reysindəki təyyarə uça bilməyəndə Bakıxanov qəsəbəsində yataqxana partlamasının (10 may) 114-cü (!) günü idi ki, bu da Quran rəmzi olmaqla, hadisənin Allahdan xəbərdarlıq olduğunu bir daha təsdiq edir. 3) Təyyarə qəzası ilə bağlı daha bir hadisəni yadınıza salaq ki, Krasnodar vilayətinin Jeyski şəhərində “Su-34” təyyarəsi yaşayış binasına çırpıldı (17 oktyabrda). İstanbul-Bakı reysində uçan “A-320” təyyarəsi xarab olanda həmin qəzanın 320-ci (!) günü idi. NƏTİCƏ: bu və digər hesabamalarımız göstərir ki, sözü gedən təyyarənin uça bilməməsi təsadüfü olmayıb, ciddi bir qanunauyğunluğa tabedir. Hadisənin Quran rəmzlərinə bağlanması sübut edir ki, bu, yolun azmış xalqımıza və onun zalım rəhbərlərinə Allahdan növbəti xəbərdarlıqdır. İnsanlar bu xəbərdrlığı nəzərə alaraq, tövbə edib, günah işlərdən (faiz yeməkdən, tərəzini səhv çəkməkdən, oğurluqdan, pozğunluqdan...) çəkinsinlər. Rəhbərlər isə, xalqın sərvətlərini taladıqlarına, yolları bağlayıb təyyarə biletinin qiymətini qaldırdıqlarına, xalqa cürbə-cür yersiz əziyyətlər verdiklərinə və s saysız-hesabsız günahlarına görə tövbə etsinlər. Dəccalizmə son qoysunlar! Belə etməsələr çox yaxında haqq etdikləri daha böyük bəlalar gəlcək ki, o bəlalardan nə aşağılar, nə də yuxarılar heç cür canlarını qurtara bilməyəcəklər. “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16-17 Dr. Paşa Yaqub Elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |