Xəbər verildiyi kimi, 24 yanvar 2022-ci il tarixdə Orta Asiyanın üç dövlətində - Qazaxstan, Qırğızıstan və Özbəkstanda enerji böhranı baş verdi. Ölkələrin paytaxtları da daxil olmaqla, bütün iri şəhərləri və kəndləri qaranlığa qərq oldu. Hava limanları, metro və digər elektriklə işləyən nəqliyyat, televiziyalar, rabitə, internet, mobil operatorlar, banklar, marketlər və s həyati obyektlər iki gündür işini dayandırıb. Əhaliyə su verilmədiyindən insanlar iki gündür susuzliqdan əziyyət çəkirlər...
İlk baxışdan təsadüfü bir qəza kimi qələmə verilsə də burada böyük hikmətlərin, İlahi xəbərdarlıqların olduğu üzə çıxır. Elmi-lədun hesablamalarımız göstərir ki, enerji böhranı riyazi yolla Günəş tutulmalarına və digər analoji hadisələrə bağlanmaqla, insan oğlunun diqqətini Yerdəki zülmə, haqsızlıq və ədalətsizliyə yönəldir. Baş verən qəza, bütün bunlara son qoymaq üçün İlahi xəbərdarlıqdır. Bunu sübut etmək üçün aşağıdakı hesablamaları diqqətinizə çatdırırıq: 1. Yadınızdadırsa FHN-nin Zığda yerləşən modul tipli koronavirus xəstəxanasının Oksigen çənlərində partlayış baş verdi (18.12.2020). Həmin hadisədə ölənlərin olması barədə xəbərlər dolaşsa da, qapalı müəssisə olduğundan, yayılan xəbərləri sübut etmək mümkün olmadı. Maraqlıdır ki, Orta Asiyadakı enerji böhranı həmin xəstəxanadakı partlayışın 400-cü günü baş verdi ki, bundan da Quran rəmzini (114) çıxsaq, müqəddəs kitabın kodu (səhifələrinin sayı) olan 286 ədədi alınar və hadisənin ALLAH tərəfindən xəbərdarlıq olması barədə verdiyimiz xəbərin doğruluğunu təsdiq edər: 400 – 114 = 286 (Ötən yazılarımızda qeyd etdiyimiz kimi, 114, 286 və 555 ədədləri Allahın kodlaşdırılmış “möhürü” olaraq, bütün bu kimi hadisələrin üzərinə “vurulur”.) 2. Astronomik hadisəlləri şərh edərkən, bildirmişdik ki, bunlar Yerə enəcək bəlaların siqnallarıdır. Təqdim etdiyimiz cədvəllərdən də görünürdü ki, Yerdə baş verən bütün qəza və zəlzələlər, təbii fəlakətlər riyazi yolla Günəş və Ay tutulmalarına bağlanır. Sözü gedən enerji böhranı da bu qəbildəndir. Belə ki, dünənki enerji böhranı 7 yanvar 2019-cu il tarixli Günəş tutulmasının 1110-cu günü baş vermişdir ki, bundan da Tövbə və cəza rəmzi olan 555 ədədini çıxdıqda yenə də cəza rəmzi alınır və hadisənin ALLAH tərəfindn xəbərdarlıq olması barədə söylədiyimiz fikri bir daha tsdiq edir: 1110 – 555 = 555 3. Orta Asiyada sözü gedən enerji böhranı baş verən gün həmçinin, 10 iyun 2021-ci il tarixli Günəş tutulmasının 228-ci günü idi ki, bundan da Quran rəmzi olan 114 ədədini çıxsaq, yenə də surlərin sayı alınır və hadisənin Allah tərəfindən xəbərdarlıq olması barədə verdiyimiz xəbərin doğruluğunu bir daha təsdiq edir: 228 – 114 = 114 4. Yadınızdadırsa keçən ilin 4 oktyabrında bütün dünyada internet böhranı baş verdi. Sosial şəbəkələrin çökməsi Dünya iqtisadiyyatına milyardlarla ziyan vurdu. Elmi-lədun hesablamalarımız göstərir ki, dünən baş verən və Orta Asiya iqtisadiyyatına bir o qədər ziyan vuran enerji böhranı riyazi yolla internet böhranına bağlanır. Belə ki, bu iki böhran arasında 114 (!) gün fərq vardır ki, bu da hər iki hadisənin üzərinə ALLAHIN vurduğu kodlaşdırılmış MÖHÜR-dür! Oxucunu yormamaq üçün hesablamaları çox uzatmıram. Bu və digər (açıqlanması məqbul olmayan) hesablamalarımız göstərir ki, Yer kürrəsindəki iqtisadiyyat zalım mafiyozların əlində olduğu üçün və həmin zalımlar özlərini hər şeyin sahibi (Allah) hesab etdiklərindən, Yaradan onların diqqətini Özünə və kitabına yönəldir! Xatırladır ki, sizlər nə qədər varlı və güclü olsanız da, Yaradan qarşısında çox acizsiniz! Allah bir anda bütün rabitənizi və işığınızı kəsməyə, sizi qaranlığa və xaosa qərq etməyə qadirdir! Elə isə, Ağıllı olun uşaqlar! İnsanlara zülm etməyə, özünüzü Allah kimi aparmağa son qoyun! Əks halda daha böyük, daha ağır “sürprüzlərlə” qarşılaşacaqsınız! “Məgər insan heç kəsin ona gücü çatmayacağını zənn edir? Və: Mən (insanları yoldan çıxartmaq üçün) xeyli mal-dövlət sərf etmişəm!” – deyir? Məgər o heç kəsin onu görmədiyini güman edir?! Məgər Biz ona iki göz vermədikmi?! Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?! Biz ona iki yol (xeyir və şər) göstərmədikmi?!....” (Quran: 90:5-10-cu ayələr) "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi
0 Comments
İlin 21-ci günü olduğunu nəzərə alıb, 21 ədədinin hikmətlərinə nəzər salaq.
Bildiyimiz kimi, həm Yer, həm də göy yeddi qatdan ibarətdir. Həmçinin, Allah qarşısında səcdə edən hər bir insana fikir versək, onun yeddi üzvünün – 2 ayaq, 2 diz, 2 əl və 1 alın – yerə toxunduğunu görərik. Beləliklə, Yer, göy və Allaha baş əyən kamil insanın qatlarını toplasaq 21 ədədinin alındığını görərik: 7 + 7 + 7 = 21 21 ədədi “Quran”ın “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd müqəddəs kitabda elm, kamillik və Peyğəmbərlik rəmzi sayılır. Elmi-lədun araşdırmalarımız göstərir ki, insanda elm, sevgi, humanizm və digər insani keyfiyyətlərin (kamilliyin) təməli ana südü ilə qoyulur. Bu təməlqoyma prosesi 21 ay çəkir. Ona görə də hər şeyi qabaqcadan hesablayan və bilən ALLAH yeni doğulmuş körpənin məhz 21 ay ana südü ilə qidalandırmağı bir çox ayələrdə tapşırmışdır. Bildiyimiz kimi, “Quran” insanın “texniki pasport”u olaraq göndərilmişdir – necə ki, hər bir alim ixtira etdiyi cihazın işlənmə qaydasını göstərən teniki pasport yazar. Təəssüflər olsun ki, məişətdə işlətdiyimiz cihazlarda problem yaranmasın deyə onun texniki pasportunu tez-tez oxuyub əməl etdiyimiz halda, özümüzün, yaxud övladlarımızın həyatında problem yaranmaması üçün, Yaradanın bizə göndərdiyi “texniki pasport”u bir dəfə də olsun oxumuruq (yaxud, əməl etmirik). Bu gün qadınlar arasında sürətlə yayılan süd vəzlərində şişlərin (kista, mastopatiya və s) yaranması da lörpənin 21 ay südlə qidalandırmaq barədə “Quran”dakı tapşırığa əməl etməməyin nəticəsidir! Beləliklə, Allahın tövsiyyəsinə əməl etməyən analar övladlarının fiziki və mənəvi sağlamlıqları ilə yanaşı, öz sağlamlıqlarını da risk altında qoyurlar. Əgər uşaq 21 ay ana südü ilə qidalanarsa, böyüyəndə kamilliyin ən yüksək mərtəbəsinə - Peyğəmbərlik məqamına yüksələ bilər. Bu səbəbdən də “Quran”ın “Peyğəmbərlər” surəisi 21 ədədi ilə nömrəlnmişdir. Sual yaranır: qadınlar arasından kəramətli şəxslər çıxdığı halda niyə onlardan peyğəmbər seçilmir? Bildiyimiz kimi, Peyğəmbərlik məqamına ancaq kişilərin layiq görülməsi barədə “Quran”da ayələr vardır: “Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik..." “Bal arısı” surəsi, 43. Qadınlarda ayda bir dəfə baş verən fizioloji hallar vardır ki, həmin dövrdə qadının ibadət etməsi, vəhy qəbul etməsi mümkün deyildir. Yuxarıda qeyd etdik ki, “Quran”ın 21-ci surəsi “Peyğəmbərlər” adlandığından, 21 ədədi müqəddəs kitabda Peyğəmbərlik rəmzi sayılır. Elmi-lədun araşdırmalarımız göstərir ki, qadınlardan fərqli olaraq, kişilərin anatomik quruluşunda 21 ədədi görünür. Belə ki, qadınlarda 20 ədəd barmaq olduğu halda, kişilərdə barmaqların və barmaqvari çıxıntıların (cinsiyyət üzvünün) birlikdə sayı 21-dir. Həyatda təsadüf yoxdur. Bu amil qadınların peyğəmbər seçilməməsinə səbəb olmasa da hər halda insanın anatomik quruluşunun müqəddəs kitabla uzlaşmasını göstərən faktdır. Bu və digər bir çox səbəblərdən peyğəmbərlər ancaq kişilər arasından seçilir. Bunları etsəniz, Peyğəmbərlik məqamına yüksələ bilərsiniz “... Səni də yalnız (möminlərə) müjdə verən və (günahkarları cəza ilə) qorxudan sifəti ilə göndərdik”. “Quran”, 17:105. Elmi-lədun araşdırmalarımız göstərir ki, Peyğəmbərlik haqqında Yer əhlinin təsəvvürləri tamamilə yanlışdır. Öncə qeyd edək ki, Peyğəmbərlik kamilliyin sonuncu mərhələsidir. “Quran” məntiqinə görə bu mərhələ (məqam) heç kəsin üzünə qapana bilməz. Sadəcə, bu mərhələyə yüksəlmək insandan iradə və cəsarət tələb edir. İnsan hər hansı bir məqama layiq olarsa, Allah o məqamı həmin bəndəsindən əsirgəməz. Əks halda bu ədalətsizlik olardı ki, bu da ədalət sahibi olan Allaha yaraşmaz. Bu ona bənzəyər ki, abutiryent universitetə qəbul olmaq üçün lazım olan balı toplaya, amma, ona deyələr ki, sən filan ildə, yaxud filan yerdə doğulmusan, filan millətdənsən, sənə olmaz. Belə ədalətsizliyi Allahdan gözləyirsinizmi? Şəxsən mən gözləmirəm və bunun belə olmadığını da dəqiq bilirəm! Sual edirəm: biz nə vaxt peyğəmbərlərin etdiklərini etdik, onların əxlaqına, imanına, səxavətinə sahib olduq, Allah bizi onların məqamına yüksəltmədi? İş burasındadır ki, biz peyğəmbərlərin əməllərini təkrarlamırıq, bir-birimizi istismar edirik və topladığımız haram pulla gedib vəhabilərin məskənini ziyarət edirik ki, qayıdanda bizə "Hacı" deyib, başa keçirsinlər, sonra da deyirik ki, indi heç kəs Peyğəmbərlik məqamına yüksələ bilməz... Əgər biz bir məqama layiq deyiliksə, bu o demək deyil ki, başqaları da o məqama layiq deyillər və yüksələ bilməzlər! Quranda yüzlərlə ayə vardır ki, istənilən adamın bu məqama yüksələ bilməsinə və vəhy qəbul etməsinə işarə verilir: "Allah Öz əmri ilə mələkləri vəhy ilə bəndələrindən istədiyinə (!) göndərib belə buyurar: “İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!” “Bal arısı” surəsi, 2-ci ayə. Bu və digər ayələrdə Allah-təala istədiyi bəndəsinə vəhv göndərə biləcəyinə, istədiyi bəndəsini özünə xəbərverən (carçı) seçə biləcəyinə açıq-aşkar işarə verir. Bunları etsəniz Peyğəmbərlik məqamına yüksələ bilərsiniz: - İndiyədək etdiyiniz günahlara görə tövbə edin; - Təkəbbürdən və lovğalıqdan uzaq olun; - Sadə həyat tərzi keçirin; - Cəmiyyət üçün faydalı olmağa və onlara düz yol göstərməyə çalışın və özünüz buna nümunə olun; - Əxlaqınızı saflaşdırın və Qurana uyğunlaşdırın; - Quranın tərcüməsini oxuyarkən orada tərcüməçininmötərizə arasında yazdığı “Ya Məhəmməd”, “Ya Peyğəmbər” sözlərinin əvəzində xəyalən öz adınızı təsəvvür edin və həmin vəhyi özünüzə gəlmiş kimi qəbul edin və onu yerinə yetirməyə çalışın; - Quranda münafiqlərdən, kafirlərdən bəhs edərkən və tərcüməçilər mötərizə arasında VII əsrdə yaşamış adamların adını çəkdikcə, siz o adın yerində hazırda yaşayan tanıdığınız bu xarakterli adamların adını təsəvvür edin. Onda Quranı tam dərk edəcəksiniz və tanıdığınız yaxşı-pis bütün insanarın obrazlarını bu kitabda görəcəksiniz. Bir müddət belə (Quranın buyurduğu kimi) yaşadıqdan sonra görəcəksiniz ki, “Quran”ın bütün ayələrini vəhy şəklində qəbul edirsiniz və oradakı əsas (kamil) obrazlardan biri olduğunuza əmin olacaqsınız. Bir məqamı da diqqətinizə çatdırım ki, Quran 114 surədən ibarətdir və sonuncu – 114-cü surəsi “İnsanlar” adlanır. Deməli, 114 ədədi tək Quran rəmzi olmayıb, həm də İNSANLAR rəmzidir. Çünki, müqəddəs kitabda bütün növ insanların obrazları təsvir edilib. Bu obrazların hamısının (peyğəmbərlərin, fironların, nəmrudların, kafirlərin, möminlərin...) prototipləri hər zaman cəmiyyətdə görünüb, görünür və qiyamətədək də görünəcək! Sual yaranır: Quranı vəhy şəklində qəbul edən Əhmədə niyə müqəddəs kitabda “Məhəmməd” deyə xitab olundu? Cavab budur: nə qədər ki, kamilləşməmişdi, Əhməd idi; kamillik məqamına yüksəldikdən sonra artıq Məhəmməd oldu. Yəni, Məhəmməd obrazı Quranda kamillik simvoludur və Yer üzərində keçmişdə, indi və gələcəkdə yaşamış və yaşayacaq bütün kamil insanları (peyğəmbərləri, imamları, övliyaları) özündə ehtiva edir. 21-ci əsr kamillik əsri olduğundan, biz bu əsrdə kamillik məqamına yüksəlmiş, Allahdan elm və vəhy qəbul edən insanları görəcəyik. “Biz peyğəmbərləri yalnız (möminlərə) müjdə verənlər və (zalımları) qorxudanlar (xəbərdar edənlər)olaraq göndərdik”. “Mağara” surəsi, 56 Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi Son dövrlərdə Aərbaycanda sağala bilməyən xəstələrin ən çox üz tutduqları ölkə İrandır. Əslində imkanlı adamlar Avropaya və İsrailə, orta təbəqə Türkiyə və Rusiyaya, kasıb təbəqə isə İran klinikalarına üz tuturlar. Azərbaycan əhalisinin çox hissəsi kasıb olduğundan, müalicə üçün İrana üz tutanların sayı da digər ölkələrə nisbətən daha çoxdur. Haqq üçün danışsaq, İrandan gələnlərin çox hissəsi qayıtdıqda sevincək halda sağaldıqlarını deyirlər. Onlar öz sevinclərini həm qohum-əqraba ilə, həm də sosial şəbəkələrdə gen-bol bölüşdüklərindən, əhali arasında belə bir fikir formalaşıb ki, İrana müalicəyə gedən xəstələr hamısı sağalıb gəlirlər (digər ölkələrə üz tutanlar yüksək və orta təbəqənin adamları olduğundan, onlar sağalmaları barədə xəbəri heç vaxt sosial şəbəkələrdə paylaşmırlar. Bu səbəbdən də Azərbaycanda digər ölkələrin klinikaları İran klinikaları qədər məşhur deyil).
Bütün bunlar işin görünən tərəfidir. Gəlin bir qədər də məsələnin görünməyən tərəflərinə nəzər salaq. Məsələnin mahiyyətinə dərindən nəzər salmaq istəyirsinizsə, İrandan sağalaraq gələn, sevinci yerə-göyə sığmayan, bir çox hallarda qurban kəsib paylayan N sayda qohum və tanışlarınızı bir neçə aydan sonra təkrar ziyarət edin (yaxud, telofon açın) və səhhətiylə maraqlanın. Görəcəksiniz ki, bir neçə aydan sonra ya həmin sağalmış orqanı, ya da digər bir orqanı kəskin şəkildə xəstədir və yenidən İrana getmək üçün pul axtarır. Bu yaxında feysbuk dostluğumda olan tanınmış jurnalist Fikrət Fərəməzoğlunun paylaşdığı statusu mən də şərh yazaraq paylaşdım. Adam yazır ki, Səhhətim kəskin pisləşib, yenidən İrandakı həkimimin qəbuluna getmək istəyirəm, icazə verilmir... Bu statusu paylaşarkən yazdığım şərh beləydi ki, bu dostum cəmi üç ay qabaq həmin bu profildən həmin iranlı həkimini ağız dolusu tərifləyirdi ki, məni və həyat yoldaşımı çox gözəl əməliyyat etdi, qayğıkeş, savadlı həkimdir... Bəs necə oldu ki, üç aydan sonra jurnalistin vəziyyəti kəskin pisləşdi və yenidən həmin klinikaya, həmin həkimə can atır? Belə faktlar sosial şəbəkələrdə yüz minlərlədir. Sadəcə insanların İrana müalicəyə getmələri, sağalıb gəlmələri barədə statusları yadda saxlayıb, 3-4 ay sonra bir də onun profilinə nəzər salmaq lazımdır. Adını çəkdiyim jurnalist tanınmış adam olduğundan, onun səhhəti barədə paylaşımlarını yadda saxlamışdım (digərlərinə də siz nəzər salsanız məsələnin gerçək mahiyyətini anlayarsınız). Həkimlik təcrübəmdə hər gün onlarla belə pasiyentlə qarşılaşıram ki, 3-4 ay qabaq İran klinikasından tam sağalaraq qayıdıbdır. Oxucuda sual yaranacaq ki, bəs bu necə olur ki, insan sağalaraq qayıdır, amma, bir neçə aydan sonra əvvəlkindən daha kəskin xəstələnir? Əvvəllər yazılarımda, müsahibələrimdə vurğulamışdım ki, bütün xəstəliklərin səbəbi (fundamenti) neativ enerjidir. Bu enerji orqanizmə onurğa vasitəsi ilə daxil olur. Ona görə də onurğanı orqanizmin anteni adlandırmışdım (onurğayla anteni yanaşı qoyub baxdıqda biri-birinə nə qədər bənədiyini aydın görmək olur). Onların funkiyaları da bnzərdir. Belə ki, anten dalğaları tutub, cihaza ötürdüyü kimi, onurğa da Kainatdan gələn enerji dalğalarını qəbul edərək, orqanizmə ötürür. (Məqalnin linki: https://pashayaqub.weebly.com/m601qal601l601r/onurga-orqanizmin-antennasi-funksiyasini-yerin-yetirir-elmi-ldun ) Orqanizmə bu yolla neqativ enerji daxil olduqda, bu enrji ilk növbədə onurğada fəsad (protuiya, osteoxandroz, yırtıq...) yaradır. Daha sonra isə, hansısa bir orqanın üzərində yığılaraq, onun funksiyasını pozur, beləliklə, xəstəlik yaranır... Xəstə insan müalicə üçün (və s məqsədlə) ölkəni tərk edəndə yaşadığı yerdən bir neçə min km uzaqlaşır. Beləliklə, kəmiyyət (məsafə) dəyişikliyi baş verir. Artıq qabırğa (anten) əvvəlki dalğaları tuta bilmir (televiziyalar və WI-FI uzaq məsafədən dal]anı tuta bilmədiyi kimi). Beləliklə də KEYFİYYƏT dəyişikliyi baş verir. Bu, Kainatın idarəolunma qanunudur: kəmiyyət dəyişikliyi mütləq keyfiyyət dəyişikliyinə səbəb olmalıdır! (Əvvəlki yazılarımda həm Quranda, həm də Mendeleyev cədvəlində kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçməsinin bənzər olduğunu müqayisəli şəkildə göstərmişdim.) Kainatın bu qanunu İrana müalicəyə gedən xəstələrdə də özünü biruzə verir. Belə ki, uzaq msafəyə getdiyindən, onurğa artıq ona ötürülən neqativ enerjini qəbul edə bilmir. Beləliklə, əlaqə kəsilir. Bir qədər orada qalıb, müalicə aldıqda asanlıqla sağalır. Ancaq yaşadığı yerə qayıdan kimi, yenidən həmin enerji dalğalarının təsirinə məruz qalır və əvvəlki proses (neqativ enerjinin hansısa orqanın üzərinə toplanması) təkrar baş verir. Nəticədə bir neçə aydan sonra həmin şəxs əvvəlkindən daha kəskin vəziyyətlə üzləşir... Əslində digər ölkələrə üz tutan azsaylı yuxarı təbəqənin nümayəndələrində də belə olur. Onlar da sağalıb qayıdandan bir müddət sonra başqa problemlə üzləşirlər. Sizə bir sirri də açım ki, müalicə üçün xaricə üz tutan xəstələr orada heç həkimə getməyib, sadəcə 21 gün ərzində orada yaşasalar, bu müddətdə görəcəklər ki, ağrıları keçdi və özlərini çox sağlam və gümrah hiss edirlər. Amma, onlar da qayıdandan sonra yenə də eyni problemi yaşayacaqlar. Bu cür halı gündəlik həyatınızda sizin hər biriniz yaşayırsınız, ancaq mahiyyətinə varmırsınız. Belə ki, yaşadığınız şəhərdən, yaxud kənddən çıxıb, uzaq bir bölgədə olan qohumunuzun evinə qonaq gedəndə görürsünüz ki, evinizdə olan ağrılar (baş, bel və s) burada qaldığınız müddətdə baş vermir. Evinizə qayıdanda həmin ağrıların təkrar baş verdiyini görürsünüz. Adicə sanatoriyaya, yaxud, başqa yerə istirahətə gedən adamlar da bu halın şahidi olurlar, orada ağrıları olmur. Çoxunuz bunu havayla, iqlimlə əlaqələndirirsiniz. Əslində isə, bu, kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə səbəb olmasındandır. Son dövrlər dünyanın bir çox ölkələrinin vətəndaşlarına online seanslar verirəm. Həmçinin, xarici ölkələrdə yaşayan azərbaycanlılar xəstələndikdə çox vaxtı mənə müraciət edirlər. Onları müayinə edərkən soruşuram ki, əvvəllər səndə filan, filan hallar (hansı ki, həmin hallar insana neqativ enerji yüklənməsinin əlamətləridir) baş veribmi? Cavab verirlər ki, bəli, Azərbaycanda olanda belə hallar olurdu, bu ölkəyə gələndən sonra onlar yoxa çıxdı. Soruşuram ki, bunlar necə yoxa çıxdı, müalicə aldınmı? Deyir yox, sadəcə öz-özündən yoxa çıxdı, soruşursan, indi yadıma düşür ki, bir vaxtlar (Vətəndə) məndə belə hallar var idi... Bəli, əziz oxucu, bütün bunlar kəmiyyət (məsafə, paralellər, meredianlar) dəyişikliyi səbəbindən enerji dalğalarında baş verən keyfiyyət dəyişikliyinə görədir. Amma, elə bilməyin ki, xaricə gedən adamlar bu neqativ enerjinin dalğalarından birdəfəlik qurtula bilirlər. Əsla yox! Onlar sadəcə keyfiyyət cəhətdən başqa bir mərhələyə keçirlər. Yəni, burada ağrıyan orqanları daha ağrımır. Orada başqa orqan ağrımağa başlayır. Yaxud, insan başqa bir (maddi, mənəvi, şəxsi həyat və s) problemi yaşamağa başlayır. Araşdıranda görürük ki, məkanı dəyişdikdən sonra neqativ enerji insana başqa bir formada təsir etməyə (mane olmağa) başlayır... Bütün bu sirləri ona görə ictimailəşdirdim ki, insanlar xəstələnərkən, İrana-Turana gedib, Dünyanı fırlanmaqdansa, ətək-ətək pullar xərcləməkdən, ağır cərrahi əməliyyatlara girməkdənsə, elə öz vətənində neqativ enerjidən təmizlənsə və ildə bir-iki dəfə 21 gün müddətində fərqli iqlimlərdə (məsələn, Şimal bölgəsinin insanı Cənub bölgəsində və yaxud əksinə) yaşasa, həmin insanda heç vaxt xəstəlik olmaz və uzunömürlü olar. Dr. Paşa Yaqub – Elmi-ldun bilicisi Öncə qeyd edim ki, əsəb xəstələri ilk seanslarda bizi yaxın buraxmaq istəmirlər, mümkün qədər müqavimət göstərməyə çalışırlar. Bunun səbəbi odur ki, onlarda neqativ enerji əvvəl çox güclü olur. Mən müsbət enerjini (Efir enerjisi) ötürəndə ondakı mənfi enerji ilə toqquşur. Xəstə iki əks enerjinin arasında qalıb sıxılır... Bu hal onu əsəbləşdirir. Ancaq bu hal hər seansda bir qədər azalır. Getdikcə onun bədənində neqativ enerji azaldıqca (kiçildikcə) müqavimət və sıxılma da azalır. Beləliklə, 3 seansdan sonra demək olar ki, xəstə ciddi müqavimət göstərmir. Ona görə də valideynlər bir qədər səbirli olub, mənə vaxt tanımalıdırlar. Xəstənin yox, həkimin sözünü əsas götürüb, məsləhətlərimizə qulaq asmalıdırlar. Belə etsələr, Maştağa əsəb dispanserində nə qədər xəstə varsa, hamısını bir aya sağaldaram. Amma, hanı elə ağıllı valideyn? Ağıllı və dərrakəli valideynin uşağı əslində heç ora düşməzdi; əzəldən çarəsin tapa bilərdi. Ağıllı valideyn bilərdi ki, ruhi xəstəliyin tibbə aidiyyəti yoxdur. İnanmırsınızsa əsəb dispanserindən çıxanlarla maraqlanın, görün çıxanlardan bir iş-güc sahibi olanlar, ailə dolandıranlar varmı?
... Yeri gəlmişkən, bir sirri də açım ki, bu sahədə daha da maariflənəsiz. Maştağa ruhi əsəb dispanserinə məni dəfələrlə xəstə üstünə aparıblar. Həm də neçə illərdir ki, ruhi xəstələrlə işləyirəm. Təcrübəmdən və mənə Allahın bəxş etdiyi elmlə (elmi-lədunla) bilirəm ki, ruhi xəstəliyin yaranma səbəbi ilk növbədə xəstənin anasıdır (sizə qəribə gəlsə də belədir!). Yəni, ana hələ gənc olanda, (bu ruhi xəstəni dünyaya gətirməzdən qabaq) ona elmi dildə desək neqativ enerji ötürülür (loru dildə desək tilsim, cadu olunur). Bu enerji onu gecələr diksindirir, qorxu, həyəcan, panika... yaradır. Baş, çiyin, onurğa və s ağrıları olur.... Süd vəzilərində və analıq orqanlarında müxtəlif problemlər (kistalar, mastapatiya, miomatik düyünlər və s) yaranır. Qorxulu yuxular (ilanlar, vəhşi heyvanlar... onu təqib edirlər.) görür. Yuxuda boğulmalar, qarabasmalar, yatarkən üstünə ağırlıq çökdüyünü hiss edir... Lakin bunların fərqinə varmır (üzr istəyirəm, ana özünü qanmazlığa qoyur). Nəhayət, bütün bu neqativ əlamətlərin çoxuyla birlikdə hamiləliyi səbəbsiz yerə ağlaya-ağlaya, əsəbi halda başa vurur və dünyaya neqativ enerjiyə yoluxmuş (tilsimli) uşaq gətirir! Uşaq əsəbi böyüyür, çox hallarda skalyozu və s problemləri olur. Autizmi, yaxud əqli geriliyi olmasa, yetkinlik yaşına çatan kimi bütün problemləri çox yüksək qabarır. Əsəblərini cilovlaya bilmir.... Ana hələ də başa düşmür ki, günahkar onun viruslu bətnidir (doğmaqda davam edir). Ən çox birinci uşaqda əsəb problemi olur. Və həmin birinci uşaq illərlə psixatr müalicəsi alsa da fayda olmur. Nəhayət, ruhi-əsəb dispanserinə qoyulur.... (Bundan sonra ondan bir daha adam olmur.) ...Birinci uşağı doğandan sonra ana biraz rahatlanır (çünki, bədənindəki neqativ enerjinin çox hissəsini birinci uşaqla bərabər atır – daha doğrusu ilk övlada ötürür). Sonrakı hamiləliklərində səbəbsiz ağlamır, az əsəbləşir.... Doğulan sonrakı uşaqlarda da problem az olur. Lakin, birinci uşaq ya autizmli olur, ya da biraz böyüyəndən sonra başlayır ANASINI AĞLATMAĞA... Yəni ana artıq səbəbsiz ağlamasa da, birinci doğduğu uşağa baxıb ağlayır. Yəni, onun o qədər böyük dərdləri olur ki, ana ona baxıb daim içində ağlayır. Amma, nə edəcəyini bilmir. Tibb elmindən, kimyəvi dərmanlardan başqa heç bir vasitə haqqında doğru düzgün məlumatı yoxdur; falçılara da gedəndə dəfələrlə aldadıblar.... Artıq heç nəyə inanmır. Bir qədər psixotrop dərmanlardan yedizdirir... Dərmanların təsirindən uşaq daha da süstləşir, sevgi hissi olmur, key kimi gəzir, ya da bir küncdə oturur, bir çox hallarda cinsin tanımır. Dərmanını kəsəndə əsəbləşib, valideynlərini döyür.... Böyüdükcə güclənir və idarəolunmaz vəziyyətə gəlir.... Nəhayət, aparıb qoyurlar ruhi-əsəb dispanserinə.... ...Ana niyə tibbdən başqa vasitə tanımır? Ona görə tanımır ki, Paşa Yaqub kəramət sahibləri (seyyidlər, övliyalar, ALLAH dostları) haqda kitablar yazıb, bu kitabları ("Kəramətin sirləri", "Xanım övliyalar" "Təbabətin sirləri"...) ayda bir dəfə böyük kitab mağazalarında imza günü keçirib, gün ərzində gələnlərə pulsuz paylayanda ana o kitabı ya məndən qəbul etmirdi (kitab əlimdə qalırdı), ya da üzə düşüb götürürdüsə də çıxanda kitabxananın qapısı ağzına atıb çıxıb gedirdi. Satıcılar pulsuz payladığım bu kitabları mağazanın digər başındakı piştaxtaların üstündən tapıb, gətirib verirdilər mənə. Deyirdilər neynirsiz bu kitabları hədiyyə edib, onsuz da aparmırlar, atıb gedirlər; ondansa heç paylamayın. Amma mən günün sonunadək bu prosesi davam etdiridim. Elə olurdu ki, övliyaların həyatından bəhs edən bir kitabı bəlkə də 10-15 adama verirdim, hamısı da qapının ağzındakı kitab rəfinin üstünə atıb gedirdi (başıma çırpmağa həya edirdilər). Beləliklə, 10-15 il qabaq yazıçı olaraq sosial şəbəkədə və yaxud mətbuatda elan etdiyim imza günlərimdə pulsuz paylamaq üçün götürdüyüm 50 kitabdan təxminən 40-nı evə qaytarırdım. Ancaq usanmırdım. Hər ay gedirdim və kitab mağazalarının işçiləri mənim səbrimi, hərəkətlərimi heyrətlə müşahidə edirdilər... Nə yazılmışdı bu kitablarda? Niyə mən bunu belə cəhdlə “sırımağa” çalışırdım? İnsanlara nəyi anlataq istəyirdim? …. Yuxarıda qeyd etdiyim kimi, o kitablar Azərbaycanda yaşamış kəramət sahiblərinin (və yaxud, pirlərin, ziyarətgahların....) həyatından bəhs edirdi. Kitablarda iyarətgahların tarixindən bəhs etməklə yanaşı, həmçinin burada sağalmış xəstələrdən də çoxsaylı müsahibələr yer alırdı. Ən çox da tibb elmində sağalmaz hesab edilən xəstəliklərdən (ruhi xəstəliklər də daxil olmaqla) sağalan adamların müsahibələri yer alırdı. Əyər həmin vaxt kitabları aparıb oxusaydılar, bu cür ruhi (və s) xəstəliklərin niyə yarandığını, necə aradan qaldırmaq lazım olduğunu biləcəkdilər. Onda (15 il qabaq) həmin kitabı götürməyənlər, küncə atıb, hırıldaya-hırıldaya gedənlər gənc qızlar indi uşaq sahibidirlər. Həkim olaraq tam əminliklə deyirəm ki, onların 95 faizi birinci uşaqlarına baxıb çox vaxt ağlayırlar. Yəni, ANASINI AĞLADAN uşaqlar həmin təbəqənin uşaqlarıdırlar.... O vaxtı onlar o kitabları mağazanın küncünə atmayıb, aparıb gündə 1-cə saat oxusaydılar, 3-4 günə kitabı bitirərdilər. Oxuyanda niyə səbəbsiz ağladıqlarını, qarabasmalarını və s yuxarıda sadaladığım hallar nəyin əlamətləri olduğunu, necə aradan qaldırmaq lazım olduğunu biləcəkdilər. Onda uşaqları da əsəbi doğulmayacaqdı və indi ağlamaycaqdılar... …Həyatımın yazıçılıq dönəmində əsasən Allah dostlarının həyatından kitablar yazırdımsa, həkimlik dönəmində müxtəlif xəstəliklərin sirlərindən və şəfa yollarından bəhs edən broşurlar yazıb, yenə də pulsuz paylayıram. Bir gün avtobusda gedəndə yanımdakı gənc qızın üzündə sağalmayan çoxlu yaralar olduğunu gördüm. Təcrübəmdən bilirəm ki, bu cür yaralar dərmanlara tabe olmur. Sumkamdan TƏBABƏTİN SİRLƏRİ broşurunu çıxarıb qıza verdim, dedim pulsuz paylayıram, götürün, üzünüzdəki yaranın səbəbləri və müalicəsi burada yazılıb. Nə qədər cəhd etdim, qız broşuru götürmədi, dedi mən kitab oxumuram. Bu hal bir dəfə olsaydı, heç burda yazmazdım, minlərlə dəfə olub (buna baxmayaraq, bu broşuranı iki dəfə böyük tirajla çap etdirib yanıma gələn xəstəlrə hədiyyə etmişəm). İşlədiyim klinikanın foyesində divanlar, kreslolar qoyulub, qarşısında da yurnal stolu var. Bütün həkimlərin xəstələri orada oturub, saatlarla həkim qəbulu və yaxud analiz cavablarını gözləyirlər. Xəstəliklərə aid broşurlarımı həmin jurnal stolunun üstünə düzüb kənardan müşahidə edirəm ki, görüm oturan xəstələr o broşurları açıb vərəqləyəcəklərmi ki, görək burada nə yazılıb? Görürəm orada axşamadək yüzlərlə adam oturur, amma cəmi 2 ya 3 adam broşuranı əlinə alır. Qalanlar saatlarla telefonda ancaq tik-toka, votçapa baxıb gedirlər. Sonra da həkimləri söyürlər ki, bizi aldadırlar falan.... Elə düz edib aldadırlar! Niyə priblatikalını aldatmırlar, xaxolu aldatmırlar, almanı, ingilisi.... aldatmırlar, ancaq aərbaycanlını aldadırlar? Çünki, o millətlər avtobusda gedəndə tik-tokla oynamırlar, əllərində bir yığın kitab, qəzet olur, yol gedəndə onları oxuyurlar. Sən isə, tik-tokla, vatçapla.... başını aldadırsan, ona görə də həkimlər də sənin başını aldadırlar.... Sən başını belə aldatmasaydın, onlar da səni elə aldatmazdılar... Haşiyə: bu yaxınlarda arayış almaq üçün rayonda bir idarəyə girdim. Baxdım ki, burada müdür köhnə tanışlardandır. Məni hörmətlə qarşıladı və otağına dəvət edib, çaya qonaq etdi. Dedi müəllim, səni çoxdandır rayonda görmürəm, de görüm harda olursan, indi işin gücün nədir? Dedim elə o vaxtdan Bakıya köçmüşəm, klinikada psixoterapevt işləyirəm. Dedi çox gözəl, haqqın yolun tapmısan, elə bizim hamımızın sənə ehtiyacımız var. Sonra da qayıtdı dedi ki, sən çalış bu hakimiyyət dəyişməsin, çünki, bunlar hakimiyyətdə qaldıqca sənin xəstən çox olacaq))) Dedim bu lap “Nuşirəvanla bayquşların söhbəti”nə döndü ki)) Dedi o söhbət necə olub? Dedim Nizami Gəncəvinin yazdığına görə Nuşirəvan vəziriylə ölkəni gəzməyə çıxır. Görür iki bayquş ağaca qonublar. Quş dili bilən vəzirinə deyir ki, o bayquşların söhbətini mənə tərcümə elə. Vəzir deyir bayquşun biri o birinə elçi gəlib, qızını almaq istəyir. Bayquş başlıq olaraq 10 dənə xaraba kənd istəyir. Bu biri də deyir ki, beşini nağd verirəm, toydan sonra qalanını da verərəm. Qız verən razılaşmır ki, indi yoxdursa sonra hardan alacaqsan? Elçi gələn deyir ki, narahat olma, nə qədər ki, Nuşirəvan hakimiyyətdədir, sənə 10 nədir, yüz xaraba verərəm)). Dedim ay müdir, indi sən deyən o söhbətə oxşadı..... Müdir əlini əlinə vurub şaqqanaq çəkdi, dedi elə “toçnu” həmin söhbətdir, bunlar qaldıqca sənin xəstən çox olacaq, Elə mən özüm də yaxın günlərdə gələcəm ))) İnsanları övliyalar deyil, banditlər daha çox maraqlandırır ...Kitab mağazalarında aksiya keçirərkən müşahidə edirdim ki, mənim hədiyyə kitablarımı qəbul etməyən, atıb gedən adamlar mağazadan kifayət qədər baha qiymətə dedektiv kitablar alırdılar. İndi öz-özümə düşünürəm ki, bəlkə insanlarımız övliyalarla deyil, oğrularla, banditlərlə daha çox maraqlandıqlarına görə ALLAH onları oğruların, banditlərin, kriminal insanların idarəçiliyinə verdi. Hər halda mən millətimizin indiki durumunu ALLAHIN cəzası hesab edirəm və çıxış yolu kimi tövbə edib, ALLAHA xoş gedən işlərlə məşğul olmağı tövsiyyə edirəm. (Ufologiya elmindən anlayışı olanlar bilirlər ki, kim paralel aləmdəki şər qüvvələrlə (məxluqlarla) çox ilgilənərsə, həmin məxluqlar ona ürcah olarlar. İnsanlarımız övliyalarla deyil, oğrularla çox maraqlandığına görə oğrular onlara ürcah olublar.) ...Yadımdadır, o vaxt gənc bir oğlana kitab hədiyyə etdim. Vərəqlədi, gördü övliyalardan (kəramət sahiblərindən) bəhs edir. Qaytardı verdi özümə, gülə-gülə dedi müəllim, biz XXI əsrdə yaşayırıq eey (yəni, bu nədir mənə verirsən?). Dedim bala, bir yaşayışına, dövlətinə, idarəçiliyinə bax, gör XXI əsrdə yaşayana oxşayırsan? Görmürsənmi sizi yüz-yüz, min-min kimlərəsə təhkim ediblər?! Təhkimçilik hansı quruluşa, hansı ictimayi formasiyaya aiddir, bilirsənmi? Feodalizmə aid deyilmi? Səni feodalizm qanunları ilə idarə edənlərə və eşşək yerinə minənlərə niyə demirsən ki, indi XXI əsrdir?! Övliyaların kitabına gələndə “beyqəfil” yadına düşdü ki, XXI əsrdə yaşayırsan?! Əslində kəramət sahibləri kamillik məqamına yetişmiş insanlardır və indiki feodalizm qanunları ilə yaşamağı özlərinə rəva bilən (təhqir hesab etməyən) insanlar heç vaxt o məqamı dərk edə bilməzlər. Bunun üçün hələ əsrlər keçməlidir ki, normal şüurun, özünə normal cəmiyyət, normal dövlət qurmaq qabiliyyətin olsun ki, bəlkə övliyaların məqamını ondan sonra az da olsa dərk edə biləsən. ...Burada yadıma Zünnun Misri ilə bir gəncin əhvalatı düşdü. Əhvalat belə olmuşdur: Bir gənc Zünnun Misrinin yanında övliyaları inkar etdi. Zünnun barmağındakı üzüyü çıxarıb gəncə verdi ki, apar bunnu çərçi (köhnə kitablar satan) bazarında 10 qızıla sat gəl. Gənc birazdan qayıtdı ki, çərçilər bu üzüyə bir gümüşdən artıq vermədilər. Zünnun dedi indi bu üzüyü apar ləl-cəvahirat bazarına, gör orada nə verəcəklər? Gənc birazdan qayıtdı və heyrət içində dedi ki, ləl-cəvahirat satanlar bu üzüyə min qızıl təklif etdilər. Zünnun dedi mənim bu üzüyü satmaq fikrim yoxdur, sadəcə bu üzüyə kimin hansı qiyməti verəcəyini sənə göstərmək istəyirdim. Sənin övliyalara qiymət verməyin, çərçilərin bu üzüyün dəyərini bilmələri kimidir. ...Bir zamanlar cahil insanların pulsuz götürmədiyi kitablarımı ensiklopediya halında cəmlədim. 700 səhifəlik A5+ formatda ÖVLİYALAR ENSİKLOPEDİYASI Azərbaycanda bir ilk olaraq mənim müəllifliyimlə çap olundu. Qüdrət ALLAHA məxsusdur! Övliyaların (Allah dostlarının) yolunda çəkilən əziyyətləri Rəbbim yüksək qiymətləndirdi (insanlardan fərqli olaraq). Əziyyətim boşa getmədi. İndi mən də övliyaların etdiklərini edirəm. Yəni, ALLAHIN şəfasını Onun bəndələrinə çatdırıram. Məni bu mərtəbəyə çatdıran Rəbbimə həmd olsun! ...Bir vaxtlar mən araşdırmaçı olaraq övliyaların sağaltıdığı (şəfa verdiyi) xəstələri tapıb, onlardan müsahiblər alıb, kitablar yazırdım. İndi mənim sağaltdığım xəstələri tapıb, müsahibələr alıb, kitablar yazırlar... İnsanın etdiyi şeylər həmişə qarşısına çıxır. Ona görə də çalışıb yaxşı (Allaha xoş gedən) işlər görmək lazımdır ki, qarşımıza da xeyir çıxsın! ... Başıma gələn bu əhvalatları yazmaqda məqsədim odur ki, insanların bəyənib əllərinə almadığı (Allah dostlarından bəhs etdiyinə görə), təkkəbbürlükləri ucbatından evlərinə aparmadıqları bu kitabları yazdığıma görə ALLAH məni necə mükafatlandırdığını biləsiniz və bəlkə cahillər utana. Koranavirus da daxil olmaqla, dünyada bütün xəstəliklərin dərmanını Rəbbim mənim bu övliyalardan kitab yazan əllərimə verdi. Görün siz nəyi atıb getmisiz, ey cahillər! Sizin bəyənmədiyiniz şeyə görə ALLAH adama nə boyda mükafat verir. Kaş bunu dərk edəydiniz! "Dedi: 'Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim, öyüd-nəsihət verdim, nəsihət etdim... Siz isə, bu nəsihətə məhəl qoymadan səhv yolunuza davam etdiniz, məni lağa qoydunuz. İndi mən sizdən ötrü necə yas tutum?" Quran, 7:93 Dr. Paşa Yaqub VI hissə (Yenilənib) (Yazının əvvəlin bu linkdən oxuya bilərsiniz: https://pashayaqub.weebly.com/m601qal601l601r ) Yazının Ay tutulmasından bəhs edən bölümündə qeyd etdik ki, Quranın orjinalı 286 səhifədən ibarədir və müqəddəs kitaba and içəndə, yaxud, tövbə edəndə üç dəfə təkrar deyilir. Bunu riyazi dilə çevirəndə (286 + 286 + 286) 858 ədədi alınır. Əvvəlki hissələərdə təqdim ediyimiz cədvəllərdən görünürdü ki, həm Ay tutulmaları, həm də göydə baş verən təyyarə qəzaları 858 gündən bir təkrarlanır... Maraqlıdır ki, Günəş tutulmaları da eyniylə 858 gündən bir əkrarlanır. Məsələn, 1 may 2022-ci il arixdə baş verəcək Günəş utulmasından 858 gün qabaq (26.12.19) Günəş tuulub (bax: aşağıdakı cədvələ). Günəş tutulmalarında diqqət çəkən məqamlardan biri də onların 29 ədədi altında baş verməsidir. Yəni, tutulmalarnın tarixini Hicri-qəməri təqviminə çevirsək görərik ki, bir qayda olaraq ayın 29-na düşür. Bu ədədin mənasını şərh etməzdən öncə, tərtib etdiyimiz cədvəli diqqətinizə çatdırırıq: (Bax: aşağıdakı Günəş tutulmalarının Miladi və Hicri-Qəməri təqvimi ilə cədvəlinə:) (Cədvəldən o da görünür ki, tutulmalar 355 günün (Ay təqvimi ilə bir ilin) tamamında təkrar baş verir və bu hal dörd dəfə təkrarlanır).
2022-ci ilin Günəş tutulmalarının bizə ötürdüyü kodlaşdırılmış mesajları anlamaq üçün, əvvəlcə 29 ədədinin hikmətinə nəzər salaq. Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer kürəsinə işarədir. Çünkü, yerin insan yaşayan quru hissəsi 29 %-dir. Yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir. Diqqətinizi daha bir məqama yönəldək ki, “Quran”ın 29-cu surəsi “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar şər qüvvələrin, mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar. Qurani-Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. Tutulmanın 29 ədədi altında baş verməsi artıq Yer əhlinə kodlaşdırılmış xəbərdarlıq kimi qəbul edilməlidir. Yəni, az vaxtda insanları əsarətdə saxlayan mafiya tipli dövlətlərin (yaxud, dövlət tipli mafiyaların) dağılacağını xəbər verir. Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir. 69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır. Son dövrlər diktatorların hakimiyyətə gəlməsini araşdıran tədqiqatçılar bir məqama xüsusiylə diqqəti cəlb edirlər ki, zalımların bir çoxu hakimiyyətə 69 ədədi altında (69-cu ildə) gəlmişlər. Mafiya və monopoliyalar da həmin vaxtdan dövlətlərin içinə sızmışlar. 69-dan dövlətlər mafiyalaşmağa başladı. Firoonun prototipləri olan diktatorların (zalımların) 69 ədədi altında hakimiyyətə gəlmələri və xalqları hörümçək kimi tora salaraq əsarətdə saxlamaları bizə qiyamətin yaxınlaşdığını xəbər verir. Diktatorları təsadüfən hörümçəyə bənzətmədik. Burada bir riyazi hikmət vardır. Belə ki, “Hörümçək” surəsinin sıra nömrəsi 29 olmaqla, şər qüvvələrə, tor quranlara, müasir dildə desək mafiya və monopoliyalara işarədir. Maraqlıdır ki, 29-cu surə məhz 69 (!) ayədən ibarətdir. Bu fakt onu göstərir ki, 69-cu və 29-cu surələr həm mahiyyətcə, həm də riyazi yolla biri-birinə bağlanırlar. Sübut üçün daha bir dəlil gətirim: 29 ədədi (29-cu ayə) müqəddəs kitabda məhz 69 dəfə keçir (“Quran”ın altmış doqquz surəsində 29-cu ayə var; qalan surələrdə ayələrin sayı 29-dan azdır). Qeyd edək ki, 29 ədədi həm də, Yerin insan yaşayan (quru) hissəsinə işarədir. Zalımların 69-cu ildə hakimiyyətə gəlməsi ilə 29 faizlik Yerdə zülmün əsası qoyuldu və mafiyalar bəşəriyyəti hörümçək kimi tora saldılar. Onların qurduqları dövlətlər də mafiya tipli dövlətlərdir (yaxud, dövlət tipli mafiyalardır). Diktatorların Şərq ölkələrində hakimiyyətə gəlməsini əsas götürən ateistlər bunu İslam dini ilə əlaqələndirmək kimi uğursuz cəhdlər edirlər. Məsələyə açıq gözlə baxdıqda isə, bunun tam əksini görmək mümkündür. Yəni, 29 faiz Yerin hər tərəfində zalımları hakimiyyətə gətirən, mafiya tipli dövlətləri yaradan və bu günədək onarın hakimiyyətini hər vəchlə qoruyub saxlayan əslində qeyri müsəlmanlar - yahudi və xaçpərəstlərdir. Bunu görmək üçün heç də yüksək savad tələb olunmur. Sadəcə, azacıq gözüaçıq və vicdanlı olmaq yetərlidir. Özlərini “İslam” ölkəsi kimi təqdim edənlərin kimlərlə müttəfiq olmalarına baxsanız, onların mahiyyətlərini başa düşəcəksiz (İran rus və ermənilərlə, ərəb ölkələri isə, yəhudilər və ingilislərlə müttəfiqdirlər...). Bizim baxışlarımıza görə bu gün dünyada nəinki İslm dövləti yoxdur, əksinə, özlərini İslam kimi təqdim edən dövlətlər dini və millətləri parçalamaqla, İslamı gözdən salmaqla məşğuldurlar... 2022-ci ilin Günəş tutulmalarının elmi-lədun təhlili göstərir ki, Yaradan yolun azmış, bəşəri dəyərlərdən uzaqlaşmış insanlara, və onların zalım rəhbərlərinə (!) xəbərdarlıq edir ki, tövbə edib, doğru yola qayıtsınlar və bir-birlərinə zülm etməkdən, əziyyət verməkdən çəkinsinlər. Əks halda xalqları və onların zalım rəhbərlərini ağlasığmaz bəlalar gözləyir... Qurana and içib, əməl etməmək Azərbaycana böyük fəlakətlər gətirir “Quran”dan söz düşmüşkən, onu da qeyd etməliyik ki, dövlət səviyyəsində müqəddəs kiaba əl basılıb, anda əməl edilməməsi Azərbaycanda bir çox sirli hadisələrə və faciələrə səbəb olmuşdur. Məsələn, dövlət səviyyəsində üçüncü andiçmənin törətdiyi fəsadları araşdıraq: 1) 19 okyabr 2013-cü il arixdə baş tutan üçüncü andiçmə günü Ay tutuldu. 2) Yazının əvvəlində qeyd etdik ki, bütün astronomik hadisələr və təyyarə qəzaları 858 (286+286+286) gündən bir təkrarlanır. Maraqlıdır ki, 3 iyul 2018-ci ildə baş verən və ölkəni günlərlə (həftələrlə) qaranlığa qərq edən enerji böhranı da üçüncü andiçməylə 858 ədədi ilə bağlanır. Belə ki, bu enerji bhranı baş verəndə üçüncü andiçmə mərasiminin 1716-cı günü idi ki, bundan da 858 ədədini çıxsaq, yenə də Quranın səhifələrinin üç misli olan 858 ədədi alınır və enerji böhranının andiçməylə əlaqəsini sübut edir: 1716 – 858 = 858 (Buradan aydın olur ki, and içib əməl etməyənlərə əbədi qaranlıq mesajı verilir) 3) 23 fevral 2016-cı ildə enerji kəsildiyindən Bakı-Sumqayıt qatarı yolda qaldı. Dəmir yolunda bütün qatarların hərəkəti iflic oldu. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, həmin gün üçüncü andiçmənin 858-ci (!) günü idi. 4) Üçüncü andiçmənin 114-cü günü – 10 fevral 2014-cü il tarixdə ölkəmizdə 5,5 bal gücündə zəlzələ baş verdi. Yerin 10 km dərinliyində baş verən bu zəlzələ demək olar ki, bütün Azərbaycanı silkələdi. 5) 29 sentyabr 2014-cü il tarixdə Azərbaycanın Qərb bölgəsində (Gəncəbasardan Qəbələyədək) 6 bal zəlzələ baş verdi. Nəticədə yaşayış binalarında çatlar yaranmaqla, böyük bir həyəcan yaşandı. Həmin gün üçüncü andiçmənin 342-ci günü idi ki, bundan da Quranın surələrinin sayını çıxanda yenə də Quran rəmzi alınır və hadisənin ALLAHIN qəzəbinin təzahürü olduğu bir daha aydın olur: 342 – 114 – 114 = 114 6) Üçüncü andiçmənin 286-cı günü isə, Heydər Əliyev Mərkəzində yanğın baş verdi (həmçinin, baqa elə bir hadisə baş verdi ki, o barədə rəsmi informasiya verilmədiyindən burada qeyd etmirik. Nə baş verdiyini yuxarıda əyləşənlər bilir). 7) 4 sentyabr 2015-ci il tarixdə Şəkidə 7 ballıq zəlzələ baş verəndə üçüncü andiçmənin 684-cü günü idi ki, bu da Quran rəmzi olan 114 ədədinin altı mislidir: 684 – (114 + 114 + 114) = (114 + 114 + 114) 8) Üçüncü andiçmə mərasiminin 555-ci (!) günü Bakı-Böyükkəsik qatarı qəzaya uğradı (28.04.2015). Həmin istiqamətdə gün ərzində bütün qatarların hərəkəti dayandı. 9) Xatırladaq ki, 19 avqust 2015-ci il tarixdə zalımların (bir neçə nəfər istisna ola bilər.) vətəni olan Naxçıvandan havaya qalxmaq istəyən “Boeng-757” təyyarəsində qəza baş verdiyindən uçuş təxirə salındı. Maraqlıdır ki, həmin gün üçüncü andiçmənin 669-cu günü idi ki, bndan da Quran rəmzini çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınar: 669 – 114 = 555 10) Keçən ilin 24 avqust tarixi Gəncəbasar bölgəsində yaşayanların yaddaşlarından yəqin ki, heç vaxt silinməyəcək. Çünki, həmin gün elə bir ildırım hadisəsi baş verdi ki, nəinki o bölgədə yaşayanlar, hətta, dünyanın heç bir yerində insan oğlu elə bir ildırım çaxması görməmişdi. Gəncə və ətraf ərazi bir saata yaxın sanki tamamilə ildırımın alovuna büründü. İnsanları vahiməyə salan bu hadisədən şəhərin enerji sisteminə böyük ziyan dəydiyindən, bölgə günlərlə qaranlığa qərq oldu. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, həmin gün üçüncü andiçmənin 286(0)-cı günü idi ki, bu da yalandan and içib əl basdıqları “Quran”ın səhifələrinin on mislidir: 286(0) – (286 + 286 + 286) = (286 + 286 + 286) Dördüncü andiçmənin fəsadları 11) Yadınızdadırsa, keçən il yanvarın 25-də Xırdalanda qeyri-adi səsə malik bir partlayış baş verdi. Şəhərin 27-ci məhəlləsində yaşayış evi necə güclü səslə partladısa Bakıda və ətraf rayonlarda camaat diksindi. Bütün ölkə həyəcana düşdü və panika yayıldı ki, Rusiya Bakını bombalayır. Həqiqətən də inandırıcı görünürdü. Ancaq uzaqmənzilli bombalar bu cür güclü səs çıxara bilərdi. Həmin hadisədə ölənlər və yaralananlar oldu. Sual yaranır: bəs bunun sirri nə idi ki, bina bu cür ətraf rayonlara yayılacaq dərəcədə güclü səslə partladı? Yazının əvvəlində qeyd etdik ki, Azərbaycanda dövlət səviyyəsində Qurana and içilib əməl olunmaması ölkədə bir çox faciələrə səbəb olub. Elmi-lədun hesablamalarımız göstərir ki, Xırdalandakı bu partlayış da məhz andiçmə mərasimlərinə bağlanır. Belə ki, partlayış baş verəndə dördüncü andiçmənin (18.10.18) 858-ci günü idi ki, bundan da Quranın səhifələrinin sayını çıxdıqda, yenə də səhifələrin sayı alınır və hadisənin ALLAH tərəfindən xəbərdarlıq məqsədi ilə törədildiyini bir daha təsdiq edir (ona görə də səsi Bakıda eşidildi): 858 – 286 – 286 = 286 11) Yuxarıda qeyd etdik ki, 3 iyul 2018-ci il tarixdə ölkəni qaranlığa qərq edən enerji qəzası riyazi yolla üçüncü andiçməyə bağlanırdı. Maraqlıdır ki, dördüncü andiçmənin də 286-cı günü eyni yerdə (Mingəçevir İES-də) qəza baş verdi və ölkənin rayon və kəndlərində günlərlə enerji qıtlığı yaşandı. Sözü gedən hadisə 29 iyun 2019-cu il tarixində baş verməklə, dördüncü andiçmə mərasiminin 286-cı (!) günü idi. Bütün bu hadisələrlə Yaradan zalımlara mesaj verir ki, Quran sizə beş ildən bir yalandan and içmək üçün göndərilməyib. And içmisinizsə əməl etməyə artıq borclusunuz. Borcunuzu yerinə yetirmədikcə ölkəni partlayışlar, faciələr və qaranlıqlar bürüyəcək! Bildiyim qədər bu gündən sayılmaqla 286 gündən az bir vaxtda proses başa çatacaq. Yəni, Qurana əl basanlar ya andlarına əməl edib ölkədə haqqı, ədaləti, halallığı bərpa edəcəklər, ya da cəzalarını alıb gedəcəklər! Ola bilsin proses ilin 114-cü günü də tamamlana bilər (düzgünün ALLAH bilər). Bizim vəzifəmiz hadisələrin sirrini açıb, insanları xəbərdar etmək, gözlənilən bəllar barədə car çəkməkdir. Əməl edib-etməmək insanların özündən aslıdır. Ağlı olan nəticə çıxaracaq... Bu prosesdən sonra kamillik dövrü başlayacaqdır ki, bu dövrdə ancaq əməlisalehlər və doğru yolda olanlar yaşayacaqlar. Odur ki, yaxşı olar insanlar o dəhşətli bəlaları gözləmədən tövbə edib, doğru yola dönsünlər, rəhbərlər zülmə son qoyaraq, kasıbın, yetimin haqqını mənimsəməsinlər... "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Dr. Paşa Yaqub - elmi-lədun bilicisi, 36 kitab müəllifi. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |