Elm və Peyğəmbərlik əsri olan 21-ci əsrin 21-ci ilinin astanasındayıq. Çoxlarını düşündürür ki, bu ildə bizi nə gözləyir? Bu suala cavab tapmaq üçün 21 ədədinin sirlərinə nəzər salaq.
Məlumdur ki, Quranın bir neçə aysində Yaradan insanın 21 ay ana südü ilə qidalanmasını tövsiyyə edir: “Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Çünki anası onu (bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onun ana bətnində daşınma və süddən kəsilmə müddəti otuz aydır (9 ay bətndə, 21 ay ana südü ilə bəslənir). Nəhayət, insan kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən günahlarımdan Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam!” “Qumsal təpələr” surəsi, 15-16. Göründüyü kimi, müqəddəs kitabın bu və digər ayələrində Allah-təala insana yeni doğulan körpənin 21 ay ana südü ilə bəslənməsini tövsiyə edir. Həmçinin, bildirir ki, belə uşaqlar böyüyüb 40 yaşına çatarkən kamil olarlar və həyatı dərk edərək, günahlarına görə tövbə edib, Allaha sısığınarlar. Sual yaranır: niyə məhz 21 ay? Elmi-lədun hesablamalarımız göstərir ki, bu tövsiyə 21 ədədindəki hikmətlə bağlıdır. Odur ki, bu hikmətə birlikdə nəzər salaq. Bildiyimiz kimi, həm Yerin, həm də Göyün yeddi qatdan ibarət olması “Quran”da təsbit olunmuş və bunu elm sübut etmişdir. Həmçinin, Allah qarşısında səcdə edən hər bir insana fikir versək, onun yeddi üzvünün – 2 ayaq, 2 diz, 2 əl və 1 alın – yerə toxunduğunu görərik. Beləliklə, Yer, Göy və Allaha baş əyən kamil insanın qatlarını toplasaq 21 ədədinin alındığını görərik: 7 + 7 + 7 = 21 21 ədədi “Quran”ın “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd müqəddəs kitabda elm, kamillik və Peyğəmbərlik rəmzi sayılır. Araşdırmalarımız göstərir ki, insanda elm və digər insani keyfiyyətlərin (kamilliyin) təməli ana südü ilə qoyulur. Bu təməlqoyma prosesi 21 ay çəkir. Ona görə də hər şeyi qabaqcadan hesablayan və bilən ALLAH yeni doğulmuş körpənin məhz 21 ay ana südü ilə qidalandırmağı bir çox ayələrdə tapşırmışdır. Bildiyimiz kimi, “Quran” insanın “texniki pasport”u olaraq göndərilmişdir – necə ki, hər bir alim ixtira etdiyi cihazın işlənmə qaydasını göstərən teniki pasport yazar. Təəssüflər olsun ki, məişətdə işlətdiyimiz cihazlarda problem yaranmasın deyə onun texniki pasportunu tez-tez oxuyub əməl etdiyimiz halda, özümüzün, yaxud övladlarımızın həyatında problem yaranmaması üçün, Yaradanımızın bizə göndərdiyi “texniki pasport”u bir dəfə də olsun oxumuruq (yaxud, əməl etmirik). Araşdırmalar göstərir ki, yeni doğulan körpələrin 80 faizi ana südü ilə deyil, sünü qidalarla yemlənirlər. Bunun nə demək olduğunu dərk etmək üçün başqa bir statistikaya nəzər salaq. Aparılan araşdırmalar zamanı məlum olur ki, ağır cinayət törədən məhkumların 92 faizi belə süni qida ilə bəslənələr olub! Buradan belə nəticə çıxır ki, analar öz övladlarına 21 ay süd verməməklə onlarda tərbiyənin, əxlaqın, insan və Vətən sevgisinin, bir sözlə, kamilliyin təməli qoyulmur. Məhz təməlin olmaması səbəbindən gələcəkdə övlad bu keyfiyyətləri əxz edə bilmir və beləliklə, bütün bu insani hisslərdən məhrum olur. Nəticədə belə insanların 92 faizi ağır cinayətlər törədirlər. Buradan belə nəticə də hasil olur ki, analar körpələrin südünü kəsməklə, əslində cinayətkarlığın və gələcək cinayətlərin təməlini qoymuş olurlar! İndi bildinizmi bu gün cəmiyyətimizdə insani hisslər niyə qəhətə çıxıb?! Valideyn övlada (və yaxud əksinə), qardaş-qardaşa, qohum-qohuma qonşu-qonşuya qənim kəsilib! İnsanlar əqrəb kimi bir-birlərini sancmağa məqam gəzirlər. Çünkü, körpəlikdə yedikləri qidaların tərkibi əqrəb, siçan, və s. vəhşi heyvanların geni ilə zəngindir. Bütün bunlar insanlarda genetik dəyişməyə, genetik mutasiyaya səbəb olmuşdur. Bu səbəbdən bu gün insanlarda aqressiya, cinayətə, pisliyə meyllilik çox güclüdür, nəinki insani hisslər. Bu gün qadınlar arasında sürətlə yayılan süd vəzlərində şişlərin (kista, mastopatiya və s) yaranması da 21 ay südlə qidalandırma barədə “Quran”dakı tapşırığa əməl etməməyin nəticəsidir! Beləliklə, Allahın tövsiyyəsinə əməl etməyən analar övladlarının fiziki və mənəvi sağlamlıqları ilə yanaşı, öz sağlamlıqlarını da risk altında qoyurlar. Əgər uşaq 21 ay ana südü ilə qidalanarsa, böyüyəndə kamilliyin ən yüksək mərtəbəsinə - Peyğəmbərlik məqamına yüksələ bilər. Bu səbəbdən də “Quran”ın “Peyğəmbərlər” surəisi 21 ədədi ilə nömrəlnmişdir. “Quran”ı elmi-lədunla tədqiq edərkən onun surələrinin və ayələrinin nömrələnməsində xüsusi bir qanunauyğunluğun olduğu üzə çıxır. Burada hər bir rəqəmin rəmzi mənası vardır və həmin rəqəm altında deyilən sözlər (ayələr) də bir qayda olaraq rəqəmdəki mənanı tamamlayır. Məsələn, götürək kamilliyin ən yüksək məqamına yüksəlmiş Rəsulullahın adına olan "Məhəmməd" (47) surəsini. Surənin nömrəsi (rəmzi) olan 47 ədədinin sirri elə Yaradanın Öz adına olan "Rəhimli Allah" (55) surəsində açılır. Yəni, Peyğəmbərin adına olan surə riyazi yolla Allahın adına olan surəyə bağlanır. Belə ki, "Rəhimli Allah" surəsi 78 ayədən ibarətdir və bu ayələrin 31-də eyni sual təkrar olunur: "Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!" Bunu nəzərə alıb, ayələrin ümümi sayından (78), təkrar olunan sualların sayını (31) çıxsaq “Məhəmməd” surəsinin sıra nömrəsi olan 47 ədədinin alındığını görərik: 78 – 31 = 47 Bu fakt ALLAHLA Onun Peyğəmbəri arasında olan əlaqənin riyazi sübutu olmaqla yanaşı, həm də “Quran”ın düzülüşünün birbaşa Allah-təalanın nəzarətində olmasının riyazi sübutudur. Yəni, surə və ayələrin düzülüşü insan beyninin məhsulu olmayıb, şüurdankənar, fövqəladə bir elmlə baş tutmuşdur. “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94. O ki, qaldı “Rəhimli Allah” (55) surəsində eyni sualın niyə məhz 31 dəfə təkrarlanmasına, bu 31-ci surəyə, yəni, həkimlik elmi verilmiş Loğman Peyğəmbərə işarədir (“Loğman” surəsinin rəmzi 31-dir). Ana südü ilə qidalanmadan məhz 31-ci surədə bəhs olunması onu göstərir ki, bu tapşırığa əməl olunarsa, insan kamilliyin ən yüksək zirvəsinə çatar və ALLAH ona Öz elmindən (Elmi-lədun) bəxş edər. Yeri gəlmişkən, yuxarıda kamillik rəmzi olan 47 ədədinin sirrini açan düstur barədə qısa bir açıqlama vermək istəyirəm. Ağlım kəsəndən belə bir düsturu axtarırdım ki, “Quran”ın riyazi sirlərini açsın... Bu axtarışdaykən, 21-ci əsr başlayanda (təxminən 20 il qabaq) Bakıda bir insanla tanış oldum. Adam məni qonaq dəvət etdi və ünvan verdi: Neftçala rayonu, Aşağı Qaraimanlı kəndi, Fərəcov Xalid Saday oğlu. Söz verdim ki. sizə qonaq gələcəm (hələ bu düstur barədə söhbətimiz olmamışdı). Aradan aylar keçdi və yaz açılanda yadıma düşdü ki, mən adama söz verdim, gərək onlara qonaq gedəm. Bir sabah durub, Neftçalaya yola düşdüm. Soraqlaşıb, Hacı Xalidin evini tapdım. Böyük ehtiramla qarşıladıqdan sonra, söhbət əsnasında mənə yuxarıdakı və digər iki düsturu verdi. Dedi bu düsturları bu gecə Həzrət Cəbrail Əleyhissəlam mənə vəhy etdi və tapşırdı ki, sabah səinin Paşa Yaqub adlı bir qonağın gəlcək, bu düsturları ona ver. Mən düsturlara baxdım ki, həqiqətən Quranın riyazi sirlərini açan bu düsturlar insan beyninin məhsulu deyildir. Bunu ancaq ALLAH vəhy edə bilər Öz etibarlı mələyi vasitəsi ilə... Həmin gündən etibarən, bu düsturlarıın köməyi ilə dünyada baş verən bütün sirli hadisəlrin, təyyarə qəzalarının və s üzərindən sirr pərdəsini qaldırmağa başladım. Bu mövzuda bugünədək otuzdan çox kitab, minlərlə məqalə yazdım... Soruşa bilərsiniz ki, bu düsturları sən illərdir axtardığın halda, niyə birbaşa özünə deyil, Hacı Xalidə vəhy olundu? Qeyd edim ki, Həzrət Cəbrail Əeyhissəlam hər adama nazil olmur. Bu Mötəbər Mələk o adama nazil olur ki, adam kamilliyin ən yüksək həddində - Peyğəmbərlik məqamında olsun. Həmin vaxt mən bu məqama yüksəlmədiyimə görə Mələk düsturu mənə birbaşa deyil, Hacı Xalid vasitəsi ilə çatdırdı. Çünki, dəyərli dostum Hacı Xalid artıq bu məqama yetişmişdi və vəhy qəbul etməyə layiq idi. Bütün bunları bildikdən sonra, bir daha qayıdaq astanasında olduğumuz 21-ci ildən gözləntilrə. Elmi-lədun bilgilərimizə görə elm əsrinin bu ilində insanlar öz içərilərində olan kamil insanları tanıyıb, onların qəbul etdikləri vəhylərdən və onlara verilmiş elmdən (Elmi-lədundan) daha çox bəhrələnəcəklər və onların göstrdikləri yolla gedərək, düşdükləri böhranlı vəziyyətdən (yolxucu xəstəliklərdən, aclıq və səfalətdən, təbii fəlakətlərdən) xilas olacaqlar... Dr. Paşa Yaqub, Psixoterapevt, elmi-lədun bilicisi
0 Comments
Xəbər verildiyi kimi, dünən (29.12.20) Xorvatiyada 6,5 bal gücündə zəlzələ baş verdi. Bu da dağıntı və insan təlafatına səbəb oldu.
Elmi-lədun hesablamalarımıza görə bu hadisə təsadüfi olmayıb, qanunauyğunluğa tabedir. Bunu aşağıdakı hesablamalardan görmək olur. Öncə qeyd edək ki, bu zəlzələ 555 ədədi altında baş verib. Bu ədədin hikmətinə vaqif olmaq üçün aşağıdakı düsturu nəzərinizə çatdıraq: “Quran” niyə məhz 114 surədə nazil oldu? Başqa ədəd ola bilməzdimi? Bunun tərtibçilərin iradəsi ilə deyil, məhz Allah-taalanın elmi və qərarı ilə baş tutmasını aşağıdakı hesablamadan görmək olur: Kainatın 4 cəhətdən; Təbiətin 4 fəsildən ibarət olmasını; İnsanın 4 ünsürdən yaranmasını; Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə (!) təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır. Bu dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə, 9 rəqəmi ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, 39 ...... 109) surələrdəki ayələri cəmləsək 555 ədədi alınar: 129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555 Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır. Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 – 555 = 114 Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı (rəmzi) olan 114 ədədini göstərir. Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: "Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" 13:6 Düsturdan göründüyü kimi, “Quran”ın əvvəlki surələri nə qədər mülayimdirsə, sıra nömrələri artdıqca kəmiyyət dəyişikliyi keyfiyyət dəyişikliyinə səbəb olur; yəni, surələr və ayələr sərtləşməyə doğru gedir. (Elementlərin Dövrü Sistemində bu hal dövrlərdə nömrələr artdıqca, metallıq xassəsinin azalıb, qeyri-metallıq xassəsinin artması ilə özünü göstərir.) Yuxarıda qeyd etdik ki, dünən Xorvatiyada baş verən zəlzələ tövbə və cəza rəmzi olan 555 ədədinə bağlanıb. Belə ki: 1) Zəlzələdən 555 gün qabaq – 19 iyun 2019-cu il tarixdə Yaponiyada və Rusiyada 7 bal gücündə zəlzələ baş vermiş, dağıntı və təlafat olmuşdu (hətta sunami xəbərdarlığı edildi). 2) Xatırladaq ki, 14 dekabr 2017 tarixində Amerikada baş verən enerji qəzası Atlanta hava limanını bir gün ərzində qaranlığa qərq etdi. Minlrlə təyyarə reysi təxirə salındı... Dünən Xorvatiyada zəlzələ baş verəndə həmin enerji qəzasının 1.110-cu günü idi. Bundan da tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenə də 555 ədədi alınar və hadisənin ALLAH tərəfindən bir cəza olaraq göndərilməsi bardə söylədiyimiz fikrə şübhə qalmaz: 1110 – 555 = 555 3) Hava nəqliyyatından söz düşmüşkən, dünənki zəlzələ təyyarə qəzası ilə də 555 ədədi ilə bağlanır. Belə ki, 17 may 2018-ci il tarixdə Kubada “Boeinq-737” qəzasında yüzdən çox insan həyatını itirdi. Bu qəzanın 955-ci günü Xorvatiyada sözügedən zəlzələ baş verdi. 955 ədədindən Kəbədə saxlanan orjinal Quranın surələrinin (114) və səhifələrinin (286) sayını çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınar və hadisənin ALLAH tətəfindən törədildiyini bir daha təsdiq edər: 955 – 114 – 286 = 555 Yuxarıda qeyd etdik ki, həm Quranda, həm də Mendeleyev cədvəlində kəmiyyət dəyişikliyi keyfiyyət dəyişikliyinə səbəb olur. Elm və Peyğəmbərlik əsri olan XXI əsrin də günləri keçdikcə, baş verən qəza və təbii fəlakətlərin (o cümlədən xəstəliklərin) ağırlaşdığını, miqyasının böyüdüyünün şahidi oluruq. Yəni, burada da kəmiyyət dəyişikliyi keyfiyyət dəyişikliyinə səbəb olur. XİLASKARIMIZ KİMDİR? Yeri gəlmişkən, yuxarıda 114 ədədinin sirrini açan düstur barədə qısaca açıqlama vermək istəyirəm. Ağlım kəsəndən belə bir düsturu axtarırdım ki, dünyada baş verən hadisəlrin üzərindən o düsturla sirr pərdəsini qaldırmaq olsun. Yəni, “bu hadisə niyə baş verdi?” sualına o düsturla cavab vermək olsun. Bu axtarışdaykən, təxminən 20 il qabaq Bakıda bir insanla tanış oldum. Adam məni qonaq dəvət etdi və ünvan verdi: Neftçala rayonu, Aşağı Qaraimanlı kəndi, Fərəcov Xalid Saday oğlu. Söz verdim ki. sizə qonaq gələcəm (hələ bu düstur barədə söhbətimiz olmayıb). Aradan aylar keçdi və yaz açılanda yadıma düşdü ki, mən adama söz verdim, gərək onlara qonaq gedəm. Bir sabah durub, Neftçalaya yola düşdüm. Soraqlaşıb, Hacı Xalidin evini tapdım. Böyük ehtiramla qarşıladıqdan sonra, söhbət əsnasında mənə yuxarıdakı və digər iki düsturu verdi. Dedi bu düsturları bu gecə Həzrət Cəbrail Əleyhissəlam mənə vəhy etdi və tapşırdı ki, sabah səinin Paşa Yaqub adlı bir qonağın gəlcək, bu düsturları ona ver. Mən düsturlara baxdım ki, həqiqətən Quranın riyazi sirlərini açan bu düsturlar insan beyninin məhsulu deyildir. Bunu ancaq ALLAH vəhy edə bilər Öz etibarlı mələyi vasitəsi ilə... Həmin gündən etibarən, bu düsturlarıın köməyi ilə dünyada baş verən bütün sirli hadisəlrin, təyyarə qəzalarının və s üzərindən sirr pərdəsini qaldırmağa başladım. Bu mövzuda bugünədək otuzdan çox kitab, minlərlə məqalə yazdım... Soruşa bilərsiniz ki, bu düsturları sən illərdir axtardığın halda, niyə birbaşa özünə deyil, Hacı Xalidə vəhy olundu? (Maraqlı sualdır, bəlkədə heç ağlınıza gəlmirdi ) Qeyd edim ki, Həzrət Cəbrail Əeyhissəlam hər adama nazil olmur. Bu Mötəbər Mələk o adama nazil olur ki, adam kamilliyin ən yüksək həddində - Peyğəmbərlik məqamında olsun. Hazırda mən bu məqama yüksəlmədiyimə görə Mələk düsturu mənə birbaşa deyil, Hacı Xalid vasitəsi ilə çatdırdı. Çünki, dəyərli dostum Hacı Xalid artıq bu məqama yetişib... Əvvəlki yazılarımda sual qoymuşdum ki, dövrümüzün Varaqa Bin-Nofəli kimdir? Yəni, müasir insanların gözlədiyi XİLASKARI kim bəyan edəcək? Buyurun əziz dostlar, Varaqa Bin-Nofəlin missiyasının bugünkü davamçısı olaraq Xilaskarı sizə təqdim edirəm: Müasir dünyamızda Həzrət Cəbrail Əleyhissəlamdan vəhy qəbul edən yeganə kamil insan Hacı Xalid Saday oğlu! Söz ardı: ALLAHIN elm bəxş etdiyi insan olaraq, cəmiyyət içində özümü hamıdan aşağıda tuturam. Lakin, ALLAH qatında dərəcə etibarı ilə. Hacı Xalid bu dünyada yeganə insandır ki, ALLAHA yaxınlıq baxımından onu özümdən üstün tuturam (siz necə tutarsınızsa öz işinizdir). Qeyd: Bir daha qeyd edirəm ki, insanlar doğru yolu qəbul etməyənə qədər təbii fəlakətlər və yolxucu xəstəliklər davam edəcək... Allah saleh əməl sahiblərini qorusun! Amin. Dr. Paşa Yaqub Elmi-lədun bilicisi ”Məgər göylərdə və yerdə olanların Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların hamısının, insanların isə, bəzilərinin (!) Allaha səcdə etdiyini görmürsənmi?” “Quran”, “Həcc” surəsi, 18 Xəbər verildiyi kimi, bu gün – 14 dekabr tarixində, Bakı vaxtı ilə 17:35-dən Günəş tutulması başlayıb. Bu, tam Günəş tutulması olmaqla, dünyanı bütünlüklə qaranlığa qərq edəcək. Bundan qabaq tam tutlma 1999-cu ilin 11 avqustunda baş vermişdi. Həmin tutulmadan sonra bütün ölkələrdə dağıdıcı zəlzələlər baş verdiyindən, 99-cu il yaddaşlarda zəlzələ ili kimi qaldı.... Elmi-lədun hesablamalarımız göstərir ki,Günəş tutulmaları təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Belə ki, tutulmalar biri-biri ilə “Quran”ın səhifələrinin (286) üç misli olan 858 (!) ədədi ilə bağlanır. Bildiyimiz kimi, “Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində İslama baxış dəyişənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran”� kitabları 286 səhifəyə yerləşdirilib. Sonradan ərəblərin İslama və onun rəmzlərinə baxışları dəyişdiyindən “Quran”ın sözlərinə əl vurmasalar da kağız formatını dəyişdilər ki, bununla da səhifələrinin sayı artdı. Buna baxmayaraq, 286 ədədi “Quran”ın kodu sayılır və Allah tərəfindən yaradılan bütün elmlərin, eləcə də dünyada baş verən bütün elmi proseslərin alt qatında bu kodu (286) görmək olur. Məsələn: 1) “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq (Qurban bayramından sayılmaqla) 286 (!) gündür. 2) Araşdırmalarımız göstərir ki, insan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. 3) İnsanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 (!) gündür. 4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 (!) ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 (!) sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir. Onu da qeyd edim ki, müqəddəs kitaba əl basıb and içərkən (yaxud, tövbə edərkən) bu üç dəfə deyilir. Bunu riyazi dulə çevirsək: 286 + 286 + 286 = 858 Elmi-lədun araşdırmalarımız göstərir ki, bütün Günəş tutulmaları biri-digərinə 858 ədədi ilə riyazi şəkildə bağlanır. Bu da onu sübut edir ki, astronomik hadisələr təsadüfü olmayıb, ciddi bir qanunauyğunluğa tabedir və “Quran”a bağlanır. (Bax: aşağıdakı 858 gün fərqlə baş verən Günəş tutulmalarının cədvəlinə) Bu və digər hesablamalarımız sübut edir ki, 286 ədədi Allahın kodlaşdırılmış möhürü olaraq bütün elmlərin və böyük hadisələrin üzərinə “vurulmuşdur”. O cümlədən, astronomik hadisələrin də üzərində 286 ədədinin üç misli olan 858 ədədini görmək mümkündür. Tərtib etdiyimiz cədvəldən görünür ki, bugünkü tutulmadan 858 gün qabaq – 11 avqust 2018-ci ildə də Günəş tutulması baş verib. Günəş tutulmalarında diqqət çəkən məqamlardan biri də onların 29 ədədi altında baş verməsidir. Bu ədədin mənasını şərh etməzdən öncə, tərtib etdiyimiz cədvəli diqqətinizə çatdırırıq: (Bax: aşağıda qoyduğumuz Günəş tutulmalarının Miladi və Hicri-Qəməri təqvimi ilə cədvəlinə:) Cədvəldən göründüyü kimi, tutulmalar 355 günün (Ay təqvimi ilə bir ilin) tamamında təkrar baş verir və bu hal dörd dəfə təkrarlanır. Maraqlıdır ki, bugünkü tutulmadan 355 gün sonra – gələn ilin 4 dekabrında da Tam günəş tutulması baş verəcəkdir.
Bugünkü Günəş tutulmasının bizə ötürdüyü kodlaşdırılmış mesajları anlamaq üçün, 29 ədədinin hikmətinə nəzər salaq. Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer kürəsinə işarədir. Çünkü, yerin insan yaşayan quru hissəsi 29 %-dir (yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir). Diqqətinizi daha bir məqama yönəldək ki, “Quran”ın 29-cu surəsi “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar şər qüvvələrin, mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar. Qurani-Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. XXI əsrdə bu əlamətin (tutulmanın) 29 ədədi altında baş verməsi artıq Yer əhlinə kodlaşdırılmış xəbərdarlıq kimi qəbul edilməlidir. Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir. 69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır. Son dövrlər diktatorların hakimiyyətə gəlməsini araşdıran tədqiqatçılar bir məqama xüsusiylə diqqəti cəlb edirlər ki, onların bir çoxu hakimiyyətə 69 ədədi altında (69-cu ildə) gəlmişlər. Bu təsadüfdürmü? “Quran” məntiqinə görə həyatda təsadüf yoxdur! Bəs onda 69 ədədi nəyə işarədir? Yuxarıda qeyd etdiyimiz kimi, 69 ədədi “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd “Quran”da qiyamət rəmzi sayılır. Firoonun prototipləri olan diktatorların da 69 ədədi altında hakimiyyətə gəlmələri və xalqları hörümçək kimi tora salaraq əsarətdə saxlamaları bizə qiyamətin yaxınlaşdığını xəbər verir. Diktatorları təsadüfən hörümçəyə bənzətmədik. Burada da bir riyazi əlaqə vardır. Belə ki, “Hörümçək” surəsinin sıra nömrəsi 29 olmaqla, şər qüvvələrə, tor quranlara, müasir dildə desək mafiya və monopoliyalara işarədir. Maraqlıdır ki, 29-cu surə məhz 69 (!) ayədən ibarətdir. Bu fakt onu göstərir ki, 69-cu və 29-cu surələr həm mahiyyətcə, həm də riyazi yolla biri-birinə bağlanırlar. Sübut üçün daha bir dəlil gətirim: 29 ədədi (29-cu ayə) müqəddəs kitabda məhz 69 dəfə keçir (“Quran”ın altmış doqquz surəsində 29-cu ayə var; qalan surələrdə ayələrin sayı 29-dan azdır). Qeyd edək ki, 29 ədədi həm də, Yerin insan yaşayan (quru) hissəsinə işarədir. Fironun prototipləri olan diktatorların 69-cu ildə hakimiyyətə gəlməsi ilə 29 faizlik Yerdə zülmün əsası qoyuldu və mafiyalar bəşəriyyəti hörümçək kimi tora saldılar. Onların qurduqları dövlətlər də mafiya tipli dövlətlərdir (yaxud, dövlət tipli mafiyalardır). Fərəhli haldır ki, elm və peyğəmbərlik əsri olan XXI əsr başlayandan bəri, bu hörümçək toru dağılmağa başlayıb və Yaradanın iradəsi ilə bu proses irəliləməkdədir. Bu da təsadüfü deyildir. Belə ki: 29 x 69 = 2001 Gördüyümüz kimi bu hikmətli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir. Xatırladaq ki, 21 ədədi “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan bu ədəd “Quran”da elm, kamillik və peyğəmbərlik rəmzi sayılır. Elmi-lədun hesablamalarımıza görə elm əsrinin 21-ci ilindən etibarən bəşəriyyətin kamillik dövrü başlayacaq və cəmiyyətdə kamilliyin son həddində olan insanlar görünməyə (tanınmağa) başlayacaqlar... Diktatorların əsasən Şərq ölkələrində hakimiyyətə gəlməsini əsas götürən ateistlər bunu İslam dini ilə əlaqələndirmək kimi uğursuz cəhdlər edirlər. Məsələyə açıq gözlə baxdıqda isə, bunun tam əksini görmək mümkündür. Yəni, 29 faiz Yerin hər tərəfində zalımları hakimiyyətə gətirən, mafiya tipli dövlətləri yaradan və bu günədək onarın hakimiyyətini hər vəclə qoruyub saxlayan əslində qeyri müsəlmanlar - yahudi və xaçpərəstlərdir. Bunu görmək üçün heç də yüksək savad tələb olunmur. Sadəcə, azacıq gözüaçıq olmaq yetərlidir. Özlərini “İslam” ölkəsi kimi təqdim edənlərin kimlərlə müttəfiq olmalarına baxsanız, onların mahiyyətlərini başa düşəcəksiz (İran rus dövlətiylə, ərəb ölkələri isə, İngilisdilli ölkəllərlə müttəfiqdirlər...). Bizim baxışlarımıza görə bu gün dünyada nəinki İslm dövləti yoxdur, əksinə, özlərini İslam kimi təqdim edən dövlətlər dini və millətləri parçalamaqla, İslamı gözdən salmaqla məşğuldurlar... Bugünkü Günəş tutulmasının elmi-lədun təhlili göstərir ki, Yaradan yolun azmış, bəşəri dəyərlərdən uzaqlaşmış insanlara, və onların rəhbərlərinə (!) xəbərdarlıq edir ki, tövbə edib, doğru yola qayıtsınlar və bir-birlərinə zülm etməkdən, əziyyət verməkdən çəkinsinlər. Əks halda xalqları və onların zalım rəhbərlərini ağlasığmaz bəlalar gözləyir... Bu bəlalardan biri də bu gün bəşəriyyətin başı üzərində kabus kimi dolaşan koronavirusdur. Hesablamalarımız göstərir ki, bu və digər bəlalar getdikcə intensivləşəcək və nəticədə qısa zamanda Yerdəki hazırki əhalinin 29 faizi sağ qalacaqdır. Beləliklə də indiki şeytani dövr başa çatacaq və 21-ci əsrin 21-ci ilindən Dünyada kamillik dövrü başlayacaqdır. Qeyd edək ki, Quranın “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olan 21 ədədi elmi-ləduna görə Peyğəmbərlik və kamillik rəmzi sayılır. Onu da qeyd edim ki, XXI əsr qiyamət əsri olmaqla, bəşəriyyətin yekun əsridir (bu əsrdə Yerdə sivilizasiya başa çatacaq). Əlbəttə, ən düzgünün ALLAH bilir. Qərar Onundur. "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Paşa Yaqub psixoterapevt, elmi-lədun bilicisi 36 kitabın müəllifi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |