(yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: https://pashayaqub.weebly.com/m601qal601l601r/zalmlara-glck-bla-onlarn-prstiskarlarn-da-tutacaq-2022-ci-ilin-proqnozlar ) V hissə Son illərdə təyyarələrin müəmmalı şəkildə qəzaya uğraması haqda xəbərləri demək olar ki, hər gün eşidirik. Bu qəzaların Elmi-lədun monitorinqini apararkən, heyrətamiz faktlar üzə çıxır. Belə ki, tərtib etdiyimiz cədvəldən aydın olur ki, göydə baş verən təyyarə qəzaları riyazi yolla astronomik hadisələrə bağlanır. Yəni, qəzaya uğrayan təyyarələrin üzərindəki marka bir qayda olaraq Ay tutulmasından keçən günün sayını göstərir. Məsələn: 1) 30 dekabr 2001 tarixli Ay tutulmasının 727-ci günü Afrikada "Boeng-727" (!) təyyarəsi qəzaya uğradı (26.12.2003). 2) Həmin Ay tutulmasının 737-ci günü isə "Boenq-737" (!) təyyarəsi qəzaya uğradı (03. 01.2004). 3) 8 sentyabr 2006 tarixli Ay tutulmasının 737-ci günü Moskva-Perm marşurutu ilə uçan "Boeng-737-500" markalı təyyarə müəmmalı şəkildə qəzaya uğradı (14.09.08). Bu qəzadakı daha bir sirri açmaq üçün markadakı ədədləri toplayaq: 737 + 500 = 1237 Maraqlıdır ki, bu qəza 24 aprel 2005-ci il tarixli Ay tutulmasının 1237-ci (!) günü baş verib. 4) 17 avqust 2008-ci il tarixli Ay tutulmasının 747-ci günü Səudiyyədə "Boeng-747" (!) təyyarəsi qəzaya uğradı (4.09.10). 5) 21 fevral 2021-ci ildə ABŞ-ın Florida ştatında “Boeing-777” qəza keçirəndə, 06.01.2019-cu il tarixli Günəş tutulmasının 777-ci (!) günü idi. və s. Oxucuları yormamaq üçün siyahını çox uzatmıram. İzləyicilərim bilirlər ki, hər təyyarə qəzası baş verəndə hesablamasını paylaşıram və bütün qəzalar eyni prinsiplə baş verir. (Haşiyə: Təyyarədigər qəzalarında diqqət çəkən digər məqam onların 858 ədədi ilə bağlanmasıdır. Bu yazının əvvəlində təqdim etdiyimiz cədvəldən gördünüz ki, bütün astronomhadisələr 858 gündən bir təkrarlanır. Maraqlıdır ki, eyni markalı təyyarələr də 858 günün tamamında təkrar qəzaya uğrayırlar. Mövzunu ağırlaşdırmamaq üçün bu cədvəli yazıya daxil etmirəm) Azərbaycanda da son illərdə müəmmalı qəzalar baş verib və biz bunların sirrini zamanında paylaşmışıq. Məsələn, 2004-cü ilin martın dördündə Bakıda baş verən "İL-76" qəzası böyük əks-səda verdi. Maraqlıdır ki, hadisənin 76-cı (!) günü Çində Azbaycana məxsus daha bir "İL-76" təyyarəsi (18 mayda) qəzaya uğradı. Həmin hadisəni riyazi təhlil edərkən, xüsusi olaraq vurğuladıq ki, 76 ədədi Quranın "İnsan" surəsinin sıra nömrəsi olduğundan bu hadisələrlə Yaradan bizim diqqətimizi İNSAN olmağın vacibliyinə yönəldir (görünən odur ki, millətimiz və dövlətimiz bunu unudub). Qeyd etmək istərdik ki, 2004-cü ildə Azərbaycanın xalqına və dövlətinə verilən mesajlar (xatırlatmalar) bununla bitmədi. Həmin il Allahdan gələn mesajlar təyyarə maketləri ilə birlikdə birbaşa dövlət başçısına şəxsən təqdim edildi (həmin vaxt bu maketlərin üzərindəki rəqəmləri mətbuata şərh etmişdim). Məsələn: 1) 2004-cü ilin 23 yanvar tarixində Fransanın Tuluza təyyarə zavodunda Azərbaycanın dövlət başçısına 555 (!) yerlik “A-380” markalı təyyarənin maketi təqdim olundu və bu maketlə birlikdə çəkdirdiyi şəkil mətbuatda dərc olundu. Maraqlıdır ki, maketin verildiyi tarix, Türkiyədə (10.01.2003) baş verən iki təyyarə toqquşmasının 380-ci (!) günü idi.Maket təqdim olunan gün, Ay tutulmasının (09.01.01) 1110-cu günüdür ki, bu ədəddən təyyarədəki yerlərin sayını (555) çıxsaq, alınan ədəd Quranda tövbə və cəza rəmzi sayılır: 1110 – 555 = 555 Maket təqdim edilən gün 05.07.01. tarixli Ay tutulmasının 935-ci günüdür ki, bundan da maketin üstündəki markanı çıxsaq, yenə də yuxarıdakı rəmzi rəqəm alınır və Allahdan gələn kodlaşdırılmış mesaj olduğunu bir daha sübut edir: 935 – 380 = 555 2) 2004-cü ilin martın 23-də Özbəkistanın Çkalov adına təyyarə zavodunda Azərbaycanın dövlət başçısına “İL-114” (!) markalı təyyarənin maketi təqdim edildi. Həmin gün Ay tutulmasının (26.05.2002) 669-cu günü idi ki, bundan da maketin üzərindəki markanı çıxsaq, yenə də tövbə rəmzi olan 555 ədədi alınır və təqdim edilən maketin əslində XƏBƏRDARLIQ PAKETİ olduğunu təsdiq edir: 669 – 114 = 555 3) 25 avqust 2005-ci il tarixdə Azərbaycan rəhbərliyinə daha bir təyyarə maketi Almaniyada səfərdə olarkən verildi. Üzərində “A-319” yazılmış bu maket ona təqdim olunan gün, Ay tutulmasının 114-cü (!) günü idi ki, bu da Quran rəmzidir... Bütün bu və digər faktlar, hesablamalar sübut edir ki, dövlət başçısına təqdim edilənlər əslində təyyarə maketi yox, XƏBƏRDARLIQ PAKETLƏRİ olub. Bu PAKETLƏRİ şərh etməyə məsul olan şəxs kimi qeyd etməliyəm ki, bunlardan nəticə çıxarılmadığına (tövbə edib, doğru yola dönmədiyinə, zülmə son qoyulmadığına, uşağın. yetimin, kasıbın haqqı yeyildiyinə) görə Azərbaycandan xeyir bərəkət çəkilib, müxtəlif qəzalar və s xoşagəlməz hallar çoxalmışdır. Elmi-lədun hesablamalarımız və digər (hələlik demədiyimiz) bilgilərimiz göstərir ki, əvvəlki illərdə təyyarə qəzasından ancaq aşağı təbəqədən olan insanlar ziyan görürdülərsə, 2022-ci ildə bu cür qəzalardan ziyan görənlər əsasən yuxarı təbəqədə oturub, zülmə, haqsızlığa şərait yaradan məmurlar olacaqlar. Yazının əvvəlində qeyd etdik ki, insan 220 sümüyün birləşməsindən yaranıb və bu sümüklərin 22-si BAŞdadır. Həm Quranda, həm də anatomiyada 22 baş (yaxud, başlanğıc) rəmzi sayılır. Elm əsrinin 22-ci ilində də bu hikmət özünü göstərəcək və tövbə edib doğru yola dönməyəcəkləri (zülmə son qoymayacaqları) təqdirdə BAŞdakılar ağır cəzalanacaqlar! ALLAH tərəfindən bu qədər dəqiqliklə izlənmələr (hələ çoxunu yazmadım) onu göstərir ki, Onun bəlasından heç yerə qaçıb qurtarmaq mümkün deyil. ALLAH bir zəlzələ törədərsə, nə putinlər, nə ərdoğanlar, nə də avropadakı mafiyozlar bizi xilas edəsi deyil (onlara güvənməyə gərək yoxdur). Biz ancaq günahlarımıza görə tövbə edib, zülmə, haqsızlığa... son qoyarıqsa, Yaradan bizi həm bəlalardan, həm də yuxarıda sadaladığım hegamon prezidentlərin təhdidlərindən qoruyacaq (onlar da izlənirlər). Bütün bunları – bu hikmətləri nəzərinizə çatdırdıqdan sonra bir daha deyirəm ki, Dünyanı sahibsiz bilməyin! Düşünməyin ki, ALLAH sizi elə ömrünüzün sonuna qədər başlı-başına buraxacaq. Yuxarıdakı faktlar bunun əksini deyir... “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94. Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi, 36 kitab müəllifi
0 Comments
Xəbər verildiyi kimi, bu gün (30.12.2021) Bakının simvolu hesab edilən Alov qüllələrinin qarşısındakı məşəl (alov) partlayıb. Nəticədə ərazidə olan tikintilərə, maşınlara və insanlara ciddi ziyan dəyib. Adi gözlə baxanda sıradan bir hadisə kimi görünən bu partlayışı Elmi-lədun yoluyla araşdıranda ortaya maraqlı faktlar çıxır. Hadisənin 114, 286 və 555 ədədləri altında baş verməsindən (Bütün analoji hadisələr bu ədədlər altında baş verir.) məlum olur ki, əslində bu partlayış ALLAH tərəfindən şeytana sitayiş edənlərə, massonlara bir xəbərdarlıq (işarə) olaraq törədilib.
Sual yaranır: massonlara xəbərdarlıq mesajı vermək üçün Yaradan niyə məhz alov qüllələrini seçdi? Heç kəsə sirr deyildir ki, bu gün Azərbaycan da daxil olmaqla, Dünyanın bütün dövlətləri massonlar tərəfindən idarə olunur. Ölkələrdəki hakimiyyətlər hər biri bu mafiya zəncirinin bir həlqəsidir. Hətta, mafiya (masson) zəncirinin qolları Dünya səviyyəli beynəlxalq təşkilatlara qədər gedib çıxır. Ona görə də Azərbaycan kimi xırda dövlətlər bu mafiyanın qoyduğu planları ödəməkdan yayınmaq istədikdə Beynəlxalq təşkilatlar buradakı insan haqları pozuntularını, korrupsiyanı, seçki saxtakarlığını yada salan bəyanatlar verirlər, yaxud, vəzifəli şəxslərə sanksiya tətbiq edəcəkləri ilə hədələyirlər. Bu o deməkdir ki, “kvartalın sonudur, haqqımızı gətirin”. Haqlarını alandan sonra bir müddət sakitlik olur. Bu gün Bakıda hər addımda masson simvollarına rast gəlmək olur. Metro stansiyaları, parklardakı gül əkmək üçün düzəldilən çalalar belə yuxarıdan baxanda masson simvolunu xatırladır. O cümlədən Bakının simvoluna çevrilən alov qüllələrini belə şeytanın buynuzu ilə yanaşı qoyanda oxşarlıq açıq-aşkar görünür. Elmi-lədun hesablamalarımz göstərir ki, alov qüllələrinin qarşısındakı alovu (məşəli) partlatmaqla Yaradan Dünyanı hörümçək toru kimi bürüyən masson mafiyasına xəbərdarlıq edir. Bunu sübut edən hesablamalarımızı təqdim edirik. 1) Ötən yazımızdan gördünüz ki, bütün Günəş və Ay tutulmaları Quranın səhifələrinin (286) üç misli olan 858 gündən bir təkrarlanır. Həmçinin dünyada baş verən böyük zəlzələlər, təyyarə qəzaları və s 858 ədədi altında təkrarlanır. Hesablamalarımız göstərir ki, alov qüllələrindəki bugünkü partlayış da 858 ədədi altında baş verib. Belə ki, bu partlayışdan 858 gün qabaq Baksol yolundakı taxta bazarı yanmışdı (22.08.2019). İki analoji hadisənin Quranın kodu altında təkrarlanması hadisənin massonlara və onların Bakıdakı əlaltılarına mesaj olması barədə dediklərimizi bir daha sübut edir: 858 – 286 – 286 = 286 Daha bir sual meydana çıxır: Bakıda saysız-hesabsız masson simvolları olduğu halda Yaradan niyə məhz Alov qüllələrini seçdi? Səbəb məkanın adı (və quruluşu) ilə bağlıdır. ALOV qülləsi adından da göründüyü kimi yanğın simvoludur. Binanın başqa hissəsinin yox, məhz qarşısındakı ALOVUN (məşəlin) partlaması isə, hər şeydə dəqiq olan, rəmzlərlə danışan massonlara çox dəqiq mesajdır. Bunu aşağıdakı hesablamalar da təsdiq edir: 2) ALOV binasında baş verən yanğın, Bakıdakı narkoloji dispanserdə baş verən (2 mart 2018-ci il tarixdə) yanğınla da riyazi şəkildə əlaqələnir. Bu iki yanğın arasında 1396 gün fərq vardır ki, bundan da Quranda tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenə də müqəddəs kitabın kodu olan 286 ədədi alınır və hadisənin massonlara (mafiyalara) gələcək bəlanın xəbərdarlığı olduğunu bir daha sübut edir: 1396 – 555 – 555 = 286 3) ALOV, yanğın simvolu olan binada bu gün baş verən yanğının sirləri bununla bitmir. Bu hadisə yuxarıdakı yanğınlarla əlaqələndiyi kimi, Binəqədidə 17 mərtəbə binada baş verən yanğınla da əlaqələnir. Xatırladaq ki, 10 noyabr 2017-ci il tarixdə Binəqədi rayonunda 17 mərtəbəli bina yanmış, nəticədə ölənlər və yaralananlar, ciddi maddi ziyan görənlər olmuşdu. Maraqlıdır ki, bu iki hadisə arasında 1510 gün fərq vardır ki, bundan da Quranın surələrinin sayını (114) və kitabdakı tövbə və cəza rəmzini (555) çıxsaq, yenə də səhifələrin sayı (286) alınır. Beləliklə, bu gün baş verən alov partlamasının mafiyalara xəbərdarlıq olmasıyla bağlı söylədiyimiz fikri bir daha təsdiq edir: 1510 – 555 – 555 – 114 = 286 4) Azərbaycanda baş verən bütün yanğınlar kimi, ALOV qülləsindəki yanğın da Ay tutulması ilə riyazi şəkildə bağlanır. Belə ki, bu gün 5 iyun 2020-ci il tarixli Ay tutulmasının 572-ci günüdür ki, bundan Kəbədəki orjinal Quranın səhifələrinin sayını çıxsaq, yenə də müqəddəs kitabın kodu alınır və hadisənin ALLAH tərəfindən dəqiqliyi sevən massonlara çox dəqiq (!) bir xəbərdarlıq olduğu görünür: 572 – 286 = 286 5) Kəbədən və oradakı 286 səhifəlik orjinal Qurandan söz düşmüşkən, diqqətinizi bununla bağlı bir fakta cəlb etmək istyirəm. Azərbaycana rəhbərlik edənlər 19 may 2017-ci ildə Kəbəni və oradakı Quranı ziyarət etdilər. Maraqlıdır ki, bu gün ALOV qülləsində baş verən yanğın həmin ziyarətlə də riyazi şəkildə bağlanır. Belə ki, bu gün həmin ziyarətin 1682-ci günüdür ki, bundan yenə də tövbə və cəza rəmzini çıxsaq, alınan ədəd rəhbərin 1682 gün qabaq ziyarət etdiyi KİTABın səhifələrinin sayını göstərir və insanın hər səfərinin, hər addımının Allahın nəzarətində olduğunu sübut edir: 1682 – 555 – 555 – 286 = 286 6) Alov qüllələrində çıxan yanğında diqqət çəkən digər məqam ondan ibarətdir ki, bu hadisədən 286 gün (!) qabaq (18 mart 2021 tarixdə) Binəqədi rayonunda beş ailənin birlikdə evi yanmış; Türkiyənin Yusifeli əyalətinin Dərəiçi kəndi demək olar tamamilə yanmış (yüzlərlə ev); həmçinin, həmin tarixdə Gürcüstanda və Bakıda elektrik kəsintisi baş vermişdi.... Bu fktları (hesablamaları) sonsuza qədər sadalamaq olar. Lakin, oxucunu yormamaq üçün burada dayandırıram. Bütün bu və digər Elmi-ləədun (İlahidən gələn) hesablamalarımız göstərir ki, bu gün masson simvolu olan, yanğın mənası verən binanın qarşısındakı alovun (!) partlaması hadisəsi təsadüfü olmayıb, massonlara və onların Bakıdakı əlaltılarına, şeytana (alova) tapınan satanistlərə ALLAHDAN xəbərdarlıq siqnalıdır: tezliklə dünyanı bürüyən mafiya zənciri Azərbaycandan qırılacaq. Sizlərə çox ağır (təsəvvür edə bilməyəcəyiniz) bəlalar gələcək! Yuxarıda sadaladığım bütün köhnə yanğınlar barədə zamanında bu cür hesablamalar paylaşmışdım. Hamısının da sonunda vurğulamışdım ki, bu yanğın xalqa zülm edənlərə ALLAHDAN gələn xəbərdarlıqdır. Onlar bu xəbərdarlıqlara məhəl qoymadıqlarına görə getdikcə daha böyük, daha dəqiq xəbərdarlıqlar alırlar. Müşahidələr göstərir ki, hadisələr artıq sıravi adamlardan uzaqlaşıb, iri mafiyozların binalarına yaxınlaşır. Bəla qapınıza dirənir cənablar! Ayılın, tövbə edib doğru yola dönün! Dünyanı sahibsiz sanmayın! Bilin ki. hər addımınız Allahın nəzarətindədir! Ağıllı olun! “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16-17 Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi (IV hissə) “Siz (zülm etməkdə) həddi aşan bir qövmsiniz deyə, (sizi başlı-başına buraxıb) Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?!” “Qızıl bəzəklər” surəsi, 5-ci ayə. Saros dövrü nədir? Hələ astronomiya elmi yaranmamışdan çox-çox əvvəllər kahinlər Günəş və Ay tutulmalarını əsrlər boyu qeydə almış və bunların sayı üzərində təhlillər aparmışlar. Uzunmüddətli təhlillərdən sonra müəyyən etmişlər ki, astronomik hadisələr dövrlərə bölünür və hər dövr 18 il, 11 gün, 8 saatı (və yaxud 6585 sutkanı) əhatə edir. Sonradan astronomiya elmi bu dövrü "Saros dövrü" adlandırdı. Hər "Saros dövrü”ndə bir qayda olaraq 71 astronomik hadisə baş verir ki, onlardan 28-i Ay, 43-ü isə Günəş tutulması olur. Neçə minilliklərdir ki, dəyişməyən bu rəqəmlərin mənası (niyə məhz bu sayda olması) hələ ki, astronomiya elmi tərəfindən kəşf olunmayıb (yəqin ona görə ki, indiyədək bu məsələyə “Quran” fonunda baxılmayıb). Elmi-lədun araşdırmalarımız zamanı məlum oldu ki, buradakı 71 astronomik hadisə Yerin dərya hissəsinə işarədir (Yerin 71 %-i sudan ibarətdir). Dəryadan söhbət düşəndə isə, gözlərimiz önünə ilk növbədə gəmi və Nuh gəlir. Təsadüfü deyil ki, “Quran”ın bu mövzudan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi də 71-dir (!). Bu da həm dəryalara, həm də “Saros dövrü”ndəki 71 tutulmaya işarədir. 71-ci surənin 28 ayədən ibarət olması isə, “Saros dövrü”ndə baş verən 28 (!) Ay tutulmasının sirrini açır: 71 - 28 = 43 hesablaması isə, bir astronomik dövrdə 43 (!) dəfə baş verən Günəş tutulmasının açarıdır. Sual yaranır: Günəş tutulması niyə məhz 43 dəfə baş verir (başqa sayda ola bilməzdimi)? Bu sualın cavabını da ALLAHIN kitabından tapmaq olur. Belə ki, Quranın “Ay” surəsi 54 ədədi ilə nömrələnib. Bu səbəbdən 54 ədədi Ay rəmzi sayılır. Elmi-lədun araşdırmalarımız göstərir ki, 54 ədədi Quranda 43 (!) dəfə keçir (kitabın cəmi qırx üç surəsində 54-cü ayə var). Bununla da Saros dövründə Günəş tutulmasının 43 dəfə baş verməsininn hikməti bir daha üzə çıxır. Araşdırmalarımız göstərir ki, bütün Ay tutulmaları bir qayda olaraq Hicri-qəməri təqvimi ilə ayın 14-də baş verir (bunu təsdiq edən cədvəli yazının üçüncü hissəsində təqdim etdik) Bununla Yerə hansı kodlaşdırılmış mesajların ötürüldüyünü bilmək üçün 14 ədədinin hikmətlərinə nəzər salmaq kifayətdir. Cədvəldən göründüyü kimi, elm əsrinin bütün Ay tutulmaları 14 ədədi altında baş verir. Sual yaranır ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulub? Xatırladaq ki, 14 ədədi Quranda “İbrahim” surəsinin sıra nömrəsidir. Allah-təala bu surədə İbrahim Peyğəmbərin zülmə qarşı apardığı mübarizədən söhbət açır. Onun mübarizəsi bütpərəstlik dövrünə təsadüf etməklə, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi və bütpərəstliyə son qoydu. Hesablamalarımız göstərir ki, 14 ədədi Allahın Öz adına olan “Rəhimli Allah” (55) surəsinə bağlanır və “Quran”da tarazlıq (balans) rəmzi sayılır. Bunu sübut etmək üçün daha bir düsturu diqqətinizə çatdırırıq: "Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı əlli beşdən azdır). Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var). Beləliklə, “Quran”da 55-ci ayə 41 dəfə, 41-ci ayə isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir: 55 - 41 = 14 Bu düstur bir daha “Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, fövqəladə bir elmlə (Allahın iradəsiylə) düzüldüyünü təsdiq edir. Ay tutulmalarının da 14 ədədi altında baş verməsinin sirri bu düsturda açılır. Belə ki, xeyirlə şər arasında tarazlığı pozan və zülmə üstünlük verən rəhbərlərə Allah tərəfindən mesaj ötürülür ki, hədlərini aşmasınlar və Yerdə tarazlığı (balansı) pozmasınlar (müasir terminlə desək: qırmızı xətti keçməsinlər). Əvvəlki yazılarımızda ortaya qoyduğumuz faktlardan da görünürdü ki, Yerdə baş verən bütün böyük zəlzələ, qasırğa və təyyarə qəzaları bir qayda olaraq riyazi şəkildə Ay tutulmalarına bağlanır. Bu da sübut edir ki, Ay tutlmaları əslində tarazlığı pozanlara və bütpərəstlərə (heykəllərə tapınanlara) gələcək bəlaların siqnalıdır. Nişirəvanın sarayından niyə 14 sütun uçdu? Zalımlardan, bütpərəstlərdən və 14 ədədindən söhbət düşmüşkən, maraqlı bir tarixi faktı diqqətinizə çatdırım ki, Məhəmməd Əleyhissəlam dünyaya təşrif gətirən gecəsi zalım şah olan fars hökmdarı, bütpərəst Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Hadisəni şərh etmək üçün saraya çağrılan münəccimlər və bilicilər uzun müzakirələrdən sonra belə qərara gəldilər ki, səmavi kitablar vasitəsi ilə xəbəri qabaqcadan verilən Peyğəmbər artıq dünyadadır. Onu da bildirdilər ki, Nuşirəvanın hakimiyyəti süqut edəcək və 14 padşah dəyişdikdən sonra Sasanilər dövləti dağılacaq. Çox keçmədi ki, verilən proqnoz özünü doğrultdu və Sasanilər dövləti dağıldı (bu müddətdə 14 dəfə saray çevrilişi oldu ki, hər bir padşahın hakimiyyəti bir neçə ay çəkdi). Mafiya tipli dövlətlər 286 günə qədər dağılacaq Məlumdur ki, bəşər yaranandan xeyirlə şər arasında həmişə balans olmuşdur. Tarixin elə mərhələləri də olmuşdur ki, xeyirlə şər arasında mövcud balans (birincinin ziyanına) pozulmuşdur. Peyğəmbərlər tarixini araşdırdıqda, məlum olur ki, onların zühuru da məhz belə məqamlarda baş verir. Yəni, Allah-təala xeyirlə şər arasında pozulmuş tarazlığı peyğəmbərlər vasitəsi ilə bərpa edir. Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması, bütpərəstliyin dövlət siyasətinə çevrilməsi göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb, zülm ərşə dirənib. Bir qrup mafiyozlar və oğrular mafiya yaradıb, adını dövlət qoyublar; kasıbın, yetimin haqqını yeməklə məşğuldurlar. Haqqını tələb edənləri öldürür, yaxud, şərləyərək zindanlarda çürüdürlər... Bütün bu və ya digər (açıqlanması məqsədəuyğun olmayan) məlumatların təhlili göstərir ki, Yer kürrəsində, o cümldən Azərbaycanda baş verən bu cür zülm və haqsızlıqlar ALLAHIN qəzəbinə səbəb olmuş, bu səbəbdən cürbə-cür bəlalar gəlməkdədir. Elmi-lədun araşdırmalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər, müəmmalı təyyarə qəzaları, xəstəliklərin tüğyan etməsi... məhz bu qəzəbin təzahürüdür. Odur ki, insanlara tövsiyyə edərdik ki, özlərindən aşağılara zülm etməkdən, əziyyət verməkdən, pozğun həyat tərzi keçirməkdən.... haram işlərdən çəkinsinlər! Elmi-lədun hesablamalarımız göstərir ki, 2022-ci ildə şeytani dövr başa çatacaq, zalım rəhbərlər və onların pərəstişkarları meydandan silinib gedəcəklər. Oğruların qurduqları mafiya tipli dövlətlər (yaxud, dövlət tipli mafiyalar) Nuşirəvanın (yaxud Səddamın, Qəddafinin...) sarayı kimi yerlə yeksan olacaqdır! Bu hadisə ən geci ilin 286-cı gününə qədər baş verəcəkdir. İnsanlar bütpərəstliklərinə, zalıma pərəstiş etdiklərinə, pozğun həyat tərzi keçirdiklərinə görə tez tövbə edərlərsə, ilin 114-cü günü də qurtula bilərlər (düzgünün Allah bilir). Əks halda zalımlara gələn bəla onların pərəstişkarlarını da tutacaqdır. “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” Quran,“Süfrə” surəsi, 19-cu ayə. (ardı var) Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi Ay barədə kəşflərim Ayda olan alimlərdən xeyli çoxdur – 2022-ci ilin Ay tutulmalarının təhlili12/27/2021 (III hissə) (Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: https://pashayaqub.weebly.com/m601qal601l601r/december-21st-2021 ) Quranda Ay tutulmaları qiyamətin əlaməti (xəbərçisi) kimi göstərilir. Bunu nəzərə alıb, növbəti ilin Ay tutulmalarını təhlil edib, bəşəriyyətə hansı mesajları verdiyinə diqqət edək. 2022-ci ildə iki Ay tutulması baş verəcəkdir. İlk Ay tutulması 16 may trixində, ikinci tutulma isə, 8 noyabr tarixində baş verəcəkdir. Elmi-lədun araşdırmalarımız göstərir ki, Ay tutulmaları təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Tutulmaları araşdırarkən məlum olur ki, onlar hər 355 gündən bir təkrarlanır. Bu da Ay təqvimi ilə bir il deməkdir. Məsələn, 2022-ci ilin mayın 16-da baş verəcək Ay tutulmasından 355 gün qabaq – 26 may 2020-ci ildə, ondan da 355 gün qabaq... anaoji astronomik hadisələr baş veribdir. (Bax, aşağıdakı cədvələ) Ay tutulmaları hər 858 gündən bir təkrarlanır Ay tutulmalarında diqqət çəkən digər məqam onların həm də 858 ədədi altında təkrarlanmalarıdır. Məsələn, ilin ilk Ay tutulmasından 858 gün qabaq – 10.01.21 tarixində analoji tutulma baş verib. Cədvəli aşağıda təqdim edirik. Sual yaranır: niyə astronomik hadisələr 858 gündən bir təkrarlanır? Qeyd edək ki, bu ədəd orjinal Quranın səhifələrinin sayı olan 286 ədədinin üç mislidir. Yeri gəlmişkən, qeyd edim ki, XVIII əsrə qədər üzü köçürülən, Kəbədə və muzeylərdə qorunan bütün “Quran”lar 286 səhifədə yerləşdirilib. Sonradan ərəblərin İslama və onun rəmzlərinə baxışları dəyişdiyindən “Quran”ın sözlərinə əl vurmasalar da kağız formatını dəyişdilər ki, bununla da səhifələrinin sayı artdı. Buna baxmayaraq, 286 ədədi “Quran”ın kodu sayılır və Allah tərəfindən yaradılan bütün elmlərin, eləcə də dünyada baş verən bütün elmi proseslərin alt qatında bu kodu (286) görmək olur. Məsələn: 1) “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq (Qurban bayramından sayılmaqla) 286 gündür. 2) Araşdırmalarımız göstərir ki, insan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. Buradan aydın olur ki, Allah Öz riyazi “möhür”ünü insanın yaranma prosesinə vurmuşdur. 3) İnsanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür. Hər iki təqvimi yaradan alimləri Allah yaratdığı üçün, onlara elmi Allah verdiyi üçün, Rəbbim ayrı-ayrı əsrlərdə yaşayan iki müxtəlif alimin kəşfinin üzərinə öz riyazi möhürünü (286) vuraraq, Öz qüdrətini ağıl sahiblərinə göstərmişdir. 4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir. Onu da qeyd edim ki, müqəddəs kitaba əl basıb and içərkən (yaxud, tövbə edərkən) bu üç dəfə deyilir. Bunu riyazi dulə çevirsək: 286 + 286 + 286 = 858 Elmi-lədun araşdırmalarımız göstərir ki, bütün Ay tutulmaları biri-digərinə 858 ədədi ilə riyazi şəkildə bağlanır. Bu da onu sübut edir ki, astronomik hadisələr təsadüfü olmayıb, ciddi bir qanunauyğunluğa tabedir və “Quran”a bağlanır. Ayın üzərindəki “ləkə” əslində hansı materikin xəritəsidir? Aydan söhbət düşmüşkən, diqqətinizi orada kəşf etdiyim Allahın daha bir hikmətinə cəlb etmək istəyirəm. Bəşər yaranandan günümüzədək insanlar Ayın üzərindəki “ləkə”ni görsələr də, bunun nə olduğunu, nəyə iarə verdiyini indiyədək heç bir alim izah edə bilməmişdir. Bəziləri düşünəcək ki, yəqin bu “ləkə”nin heç bir mənası olmadığına görə alimlərin diqqətini cəlb etməyib. Onda sual yaranır: mənası olmayan bir şeyi 384.401 km uzaqlıqdan Allah niyə hər gecə bizim gözümüzə soxur? Ayda dağ, dərə və s minlərlə nəsnələr olduğu halda, niyə Allah bizə oradan ancaq bu “ləkə”ni göstərir? Hansı ki, Aya səfər edən asronomlar orada bu ləkəni görə bilmirlər. İllərdir bu sirri düşündüyümdən və hikmətini axtardığımdan nəhayət, elm əsri olan XXI əsrdə Elm-lədun yolu ilə kəşf etdik ki, həmin ləkə əslində PANGEYA materikinin xəritəsidir. (Bax: aşağıakı fotolara:) Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, ilk yaranışda Yer kürrəsində cəmi bir materik olub ki, onun da adı Pangeya olub. (Həmin materiki əhatə edən okean isə, Pantalas olub.) Zaman keçdikcə həmin Pangeya materiki əvvəlcə iki hissəyə, sonra isə, altı hissəyə bölünüb.
“Pangeoist” sözünün mənşəyi isə, “Pan os” - “tam”, “bütöv”, “kök” (özül); “geo” - “Yer” mənasını verməklə, “bütöv Yer” mənasını bildirir. Yerin ilk yaranış formasını Ayın üzərindən hər gün bizə göstərməklə Yaradan bizlərə bir neçə mesaj verir. Mesajlardan biri odur ki, yaranışın əvvəlində Yer necə bütöv olubsa, sonda yenə həmin zəlzələlərlə əvvəlki bütöv halına qayıdacaq (bildiyim qədər bu XXI əsrdə baş verəcək. Düzgünün Allah bilir). Yerin xəritəsi Ayın üzərində əks olunduuğuna görə, Ayda gedən bütün proseslər Yerə təsir edir (bunu dünyəvi elm də sübut edir). Həmçinin zəlzələlər, daşqınlar, hətta təyyarə və enerji qəzaları da Ay tutulmalarına bağlanır... Bu və digər (sadalayacağım) faktlar sübut edir ki, mənim Ay barədə kəşflərim Ayda olan alimlərdən qat-qat çoxdur (elm Allaha məxsusdur) (ardı var) Paşa Yaqub – Elmi-lədun bilicisi, 36 kitab müəllifi Qeyd: Yazıdakı bütün astronomik cədvəllər müəllifin kəşfidir Həkimlik təcrübəmdə narkotik aslılığı olan çox pasiyentlərlə işləmişəm. Necə yoluxduqlarını soruşanda çoxusu deyir ki, dostum isrifadəçi idi, mən həmişə yanında olmaq istəyirdim ki, səhv etdiyini ona başa salım, bu yoldan onu çəkindirim. Amma, mən onu bu yoldan çəkindirə bilmədim, o isə məni yoluxdura bildi. Narkotik aslılığı olanların çox hissəsi bu cür yoluxur. Odur ki, gördünüz dostlarınızdan kimsə yoluxub, qətiyyən onun başına ağıl qoymağa çalışmayın. Bu ona bənzəyir ki, bir qohumunuzun, dostunuzun koronavirusa yoluxduğunu eşidəsiz, gedəsiz onun evinə, danlayasız ki, sən niyə yoluxmusan, niyə özünü qorumamısan??? Bu vaxt nə baş verəcək? Sizin danlamağınızın ona bir "tabletka" qədər təsiri olmayacaq, amma, özünüz yoluxacaqsız, gəlib digər yaxınlarınızı da yoluxduracaqsız... Sizin xəstəyə ən yaxşı köməyiniz o olar ki, zəng edib müalicə üçün məsləhətlərinizi verəsiz, etibar etdiyiniz həkimə yönləndirəsiz, imkanınız varsa müalicəsinə kənardan maddi yardım göstərəsiz... Narkotikə yoluxmuş dostlarınızla da koronavirusa yoluxanlarla necə davranırlarsa elə davranmalısız. O səhv etdiyini, quyuya düşdüyünü sizdən daha yaxşı bilir. Sizin danlağınızın, öyüd nəsihətinizin ona bir "patı" qədər əhəmiyyəti yoxdur. Bilin ki, siz onu danlayarkən o ürəyində düşünür ki, bu qədər danışmaqdansa mənə bir patı alsaydın daha yaxşı olardı.... Odur ki, özünüzü yormayın, imkan daxilində kənardan, ailəsinə elefon açmaqla ona müalicə üçün istiqamət, məsləhət verin. Narkomanlar müalicəyə ona görə meyl etmirlər ki, həkimlər xəstəyə elə ilk gündən narkotiki qadağan edirlər. Bu ona bənzəyir ki, gündəlik yüksək dozada insulin aslılığında olan şəkər xəstəsinə birdən birə insulin vurmağı dayandırasan. Bu vaxt şəkər xəstəsi necə olarsa, narkoman da elə olur.... Bu cür pasiyentlərimə heç vaxt demirəm ki, narkotik çəkmə, bu pis şeydir (o bunu məndən qat-qat yaxşı bilir). Sadəcə seans edirəm və deyirəm ki, hələlik aşağı dozalı, ucuz narkotikdən istifadə edə bilərsən. Bir neçə seansdan sonra onu da qadağan edirəm. Ondan sonra deyirəm ki, narkotik çəkmə, əgər dözə bilməsən, ağrın bərk olsa onda mənə zəng elə, çarəni məndən istə.... Beləcə ağrısı tutan vaxt mənə zəng edir və mən onu 5 dəqiqə videoseans edirəm. Həmən ağıları keçir. Bir neçə dəfə ağrılarını bu cür ötüşdürəndən sonra daha ürəyi narkotik istəmir. Bu üsulla istənilən narkomanı 21 günə, ən geci bir aya tam sağaltmaq mümkündür. Onu da deyim ki, narkotik aslılığı olan adamlarda sağalacağına heç vaxt inam olmur. Ona görə də seansa ödənilən pula ilk əvvəl heyifləri gəlir. Onlara evdən pul verəndə ki, seansa get, həmin pula narkotik alır, evdə yalandan deyir ki, getmişdim seansa... Ona görə də ailə üzvləri bu cür adamları bizim seansa tək buraxmamalıdırlar. Özləri yanlarında gətirib aparmalıdırlar. Gündəlik hansı dozada, hansı narkotikdən istifadə etdiyinə nəzarət etməlidirlər. Uzağı on gündən sonra nə qədər dəyişiklik olduğunu öz gözləri ilə görəcəklər və sonrakı seanslara nəzarət etmələrinə ehtiyac qalmayacaq. Bir gün bir generalın yüksək vəzifədə işləyən bacısı oğlu içki aludəçiliyindən qurtulmaq üçün mənə müraciət etdi. Söhbət əsnasında dedi evimizin yanında, yolumun üstündə bir kafe var, hər səhər və axşam orada bir butulka araq içirəm, sonra işə, yaxud evə gedirəm.... İşin axırıydı, adamı seans etdim. Dedi indi evə gedəndə həmin kafeyə girim, girməyim? Dedim özün bil, ürəyin istəsə iç, istəməsə içmə. Amma, axşam evə çatandan sonra içib-içmədiyinin düzgünün mənə yaz (seansımın ona necə təsir etdiyini bilmək istəyirdim). Axşam yazdı ki, həkim, evə qayıdanda kafenin qabağında dayandım. İçimdən bir səs dedi gir bir araq iç, digər bir səs də ilk dəfə peyda olub dedi girmə, get evə. Beləcə iki səsin arasında bir müddət donub qaldım küçədə. Nəhayət, içəri keçib əyləşdim. Həmişəki kimi yemək və araq sifariş verdim. Hər ikisini gətirdilər. Ofisiant arağı süzdü. Başladım yemək yeməyə. Arağın üzünə baxa-baxa qalmışdım. İstəyirdim içəm, ancaq içə bilmirdim, daxilimdə iyrənirdim araqdan. Beləcə yeməyimi yeyib qurtardım, araq stəkanına əlimi uzatmadım. Başımı yuxarı qaldıranda gördüm bütün ofsiantlar və kafenin müdiri yanımda dayanıb, heyrətlə mənə baxırlar. Müdir soruşdu ki, bu gün sənə noolub, bir təhər görünürsən. Dedim heç nə, içkiyə görə seans almışam, daha ürəyim istəmir içkini. Beləcə içməmiş gəldim evə. Bu əhvalatı ona görə yazdım ki, pasiyentə tərgitmək istədiyim bir şeyi (narkotik, içki və s) heç vaxt pisləmirəm və ona qadağan etmirəm. Belə etmək ona bənzəyər ki, qrip adam həkimə gələ, həkim də ona asqırmağın pis bir şey olduğunu izah edə və bunu xəstəyə qadağan edə. Əslində xəstə bunu həkimdən yaxı bilir. Həkimin vəzifəsi xəstəni müalicə etməkdir ki, asqırmasın. Əgər müalicədən sonra xəstə yenə asqırarsa bu xəstənin yox, həkimin günahıdır ki, yaxşı müalicə etməyib. Mənim də pasiyentlərim əyər seanslardan sonra ürəkləri həmin şeyləri istəyirsə, günahı xəstədə yox, özümdə görürəm. Xəstənin borcu seansa gəlmək, bizim də borcumuz onu sağaltmaqdır. Bütün bunları sizlərə ona görə izah etdim ki, bu cür yoluxmuş insanlarla ehtiyatlı davranasız. Onlara kömək edərkən, özünüzü də həmin quyuya sala bilərsiz. Ona görə də hər problemin həllini onun öz mütəxəssisinə həvalə edin. Əgər yoluxanlardan tanıdığınız biri varsa və kömək etmək istəyirsinizsə, onda bu yazını həmin şəxsin özünə yox, (özü heç vaxt tək gəlmiyəcək) ailənin başçısına, yaxud ailədən ağıllı bir adama göndərin. Əgər onlarda azacıq ağıl varsa, bu yazını oxuyandan sonra xəstəni götürüb gətirəcəklər.... Dr. Paşa Yaqub Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz:
https://pashayaqub.weebly.com/m601qal601l601r/december-21st-2021 “Həqiqətən, Rəbbin insanların zülmünə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!” “Quran”, “Göy gurultusu” surəsi, 6. Yuxarıda 22 və 9 ədədlərindən, növbəti ildə bu ədədlərin özünü necə göstərəcəyindən bəhs etdik. Bu ədədlərin fərqi 13-ə bərabər olduğundan (22 - 9 = 13) bir qədər də 13 ədədi barədə danışmaq istəyirik. Yeri gəlmişkən, onu da diqqətinizə çatdırım ki, “Quran”ın 13-cü surəsi «Göy Gurultusu» adlanır. Göy gurultusunun enerji prosesi olduğu və həyəcan yaratdığı hamıya məlumdur. Surədə deyilir: «Göy gurultusu Onun şəninə təriflər deyir. O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən, onlara istədiyini vurar. Allahın cəzası şiddətlidir!» (13:13) Maraqlıdır ki, 13 ədədindəki hikmət kimya elmində də özünü biruzə verir. Belə ki, Mendeleyev cədvəlindəki 13-cü (!) element Alüminiumdur. Elektrik ötürmə qabiliyyəti yüksək olduğundan, Alüminium energetika (!) sənayesinin özəyini təşkil edir. 13 rəqəmi həm “Quran”da, həm də fizikada həyəcan rəmzi sayılır (göy gurultusu insanda da həyəcan yaradır). Təsadüfi deyildir ki, hidrogen atomunun enerji qəbul etməmiş (həyəcanlanmamış) yükü 13 EV-dur. Hidrogen atomu enerji qəbul etdikdə yükü 13-dən keçir və həyəcanlanır; yükünü ötürməklə boşalır... İnsanlar arasında bəd xəbərin tez yayılması da həyəcanlanma ilə bağlıdır. Belə ki, bəd xəbərin enerji yükü mənfi olduğundan, onu qəbul edən insan həyəcanlanır və yükünü ötürməyə çalışır. Bu halı atomun və təbiətin həyəcanlanması (göy gurultusu) ilə müqayisə etdikdə, çox böyük oxşarlıq görünür. Həmçinin təbiət öz həyəcanını (yükünü) yağışla boşaltdığı kimi, insan da göz yaşı ilə boşaldır. Həyəcanlanma ilə bağlı diqqətinizi başqa bir maraqlı məqama da cəlb etmək istəyirəm. Yəqin çoxlarınız fikir vermiş olar: insanda həyəcan yarananda bu həyəcana ilk reaksiyanı bağırsaq verir. Yəni, bağırsaqda kəskin sancı yaranır. Biologiya elmi təsdiq etmişdir ki, hər bir insanda bağırsağın uzunluğu 13 (!) metrdir. Bütün bu sadaladığım faktlardan aydın olur ki, 13 ədədi enerjiyə işarədir. Burada bir məqamı vurlamaq yerinə düşər ki, XXI əsr başlayandan Dünyada bir çox sirli, müəmmalı enerji qəzaları baş vermişdir. Bu qəzaların hesablamaları bir qayda olaraq 13 ədədinə bağlanır. Yəni, enerji qəzalarının 13 ədədi altında baş verdiyi məlum olur (bu, yuxrıda sadaladığım sirlərlə bağlıdır). Məsələn, götürək 2003-cü ilin 13 (!) avqustunda Amerikada (həmçinin, Meksika və Kanadada) baş verən və bir qitəni həftə ərzində qaranlığa qərq edən enerji qəzasını. Bu sirli hadisəni Elmi-lədun yolla araşdırarkən diqqətimizi çəkən ən maraqlı məqam 13 ədədinə bağlanması oldu. Belə ki, həmin hadisə baş verən gün elm əsrinin 955-ci günü idi. Maraqlıdır ki, “Quran”ın ayələrini başdan başlayıb saydıqda 955 ci ayəsi 7-ci surənin 1-ci ayəsinə düşür: “ƏLİF, LAM, MİM, SAD” Göründüyü kimi burada həm hərflərin sayı, həm də qəzanın tarixi 13-dür. Yuxarıda 13 ədədinin “Göy gurultusu” surəsinin sıra nömrəsi olmaqla, ildırıma, enerjiyə (!) bağlı olması barədə çoxlu faktlar sadaladıq. Amerlkada baş verən enerji qəzasının baş verdiyi günün və həmin günlə uzlaşan “Quran” ayəsinin nömrəsinin 955 olduğunu nəzərə alıb, bu ədəddən “Quran”ın surələrinin (114) və səhifələrinin (286) sayını çıxaq: 955 – 114 – 286 = 555 Alınan 555 ədədi Quranda tövbə və cəza rəmzi sayılır (555 ədədi barədə əvvəlki yazılarımızda geniş şərhlər vermişik). Yazımızın əvvəlki hissəsində qeyd etdik ki, əsrin ikinci Qurban bayramı günü zalımların cəzalanacağı barədə vəhy qəbul edəndə, bu haqda o zamankı dövlət başçısına açıq məktub yazıb, məbuatda dərc etdirmişdim. Bundan sonra Azərbaycan və onun rəhbərliyi ətrafında sirli hadisələr baş verməyə başladı. Maraqlıdır ki, 13 avqustda Amerika bir həftəlik qaranlığa qərq olanda Azərbaycan rəhbərliyi də oradaydı. Hesablamalarımız göstərir ki, əsrin 955-ci günü Amerka kimi dünya hegomonu olan bir dövlətin (və onun ətrafındakı dövlətlərin) işığını bir həftəlik söndürməklə, Rəbbim həmin dövlətlərin rəhbərlərinə, onların simasında bütün bəşəriyyətə tövbə edib, doğru yola qayıtmaları, zalımı və onun zülmünü müdafiyə etməmələri üçün mesaj verirdi. Bu cür kodlaşdırılmış xəbrdarlıqlara məhəl qoymamağın nəticəsidir ki, Dünyada fəlakətlərin ardı-arası kəsilmir. Bildiyim qədər növbəti ildə bu kimi həyəcanlı hadisələr daha da artacaqdır və nəticədə bir qisim insanlar tövbə edib doğru yola qayıdacaq, əksəriyyəti isə, təmizlənmənin qurbanı olacaqdır... 13 ədədi ALLAHA işarə verir Araşdırmalarımız göstərir ki, 13 ədədi ərəbcə “Allah” sözünün yazılışına bənzəyir. Belə ki, “1” rəqəmi “Əlif”ə, 3 rəqəmini isə çevirəndə “lam”a bənzəməklə, ərəbcə bu ədəd “Allah” sözünün bənzəridir (bax: Allah sözünün ərəbcə yazılış formasına). Yuxarıda qeyd etdiymiz 22 – 9 = 13 düsturu onu göstərir ki, əsrin 22-ci ilində ALLAH Öz hikmətini, Öz qüdrətini göstərəcəkdir. Bu da 13 ədədi altında baş verəcəkdir. Yəni, enerjiylə, ildırımla bağlı həyəcanlı hadisələr yaşanacaqdır. İnsanlar bu bəlalardan ancaq tövbə edib ALLAHA sığınmaqla xilas ola biləcəklər. Çünki ilin nömrəsindən 13 ədədini çıxsaq “Tövbə” surəsinin sıra nömrəsi (9) qalır və gələn bəlalardan ancaq Tövbə etməklə xilas olmağın mümkünlüyünü göstərir: 22 – 13 = 9 Təsadüfi deyildir ki, 13-cü ayə Quranda 88 dəfə keçir (yəni, Quranın cəmi səksən səkkiz surəsində 13-cü ayə var; qalanlarda ayələrin sayı 13-dən azdır). 88-ci surənin adı “Bürüyən”dir ki, burada söhbət Qiyamətdən, məşəqqətdən gedir. 88-ci surə isə, öz növbəsində 26 ayədir ki, bunları cəmləyəndə Quran rəmzi alınır, 22-ci ildə baş verən hadisələrin Qurandakıların (bizdən əvvəlki qövmlərin başına gələnlərin) bənzəri olacağını gösərir: 88 + 26 = 114 Maraqlıdır ki, 22-ci surə də diqqətimizi riyazi yolla qiyamətə yönəldir. Belə ki, 22-ci surənin 78 ayədən ibarət olması diqqətimizi “Böyük xəbər” (78) surəsinə cəlb edir ki, burada da söhbət qiyamət xəbərindən gedir. Bu və digər hesablamalarımız göstərir ki, əsrin 22-ci ilində mikroqiyamətlər (başqa sözlə lokal qiyamətlər) çoxalacaq ki, nəticədə Dünya və Azərbaycan zalımlardan, yolazmışlardan təmizlənəcəkdir. Bir qədər də Xilaskar barədə Quranda belə bir ayə var: “Biz, peyğəmbər göndərməmiş heç bir millətə əzab vermərik!” “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16-17 Bu və digər ayələrdə görürük ki, bizdən əvvəl bəla gələn qövümlərin hamısına qabaqcadan xəbərdarlıq gəlib. Belə bir sual meydana çıxır: 2022-ci ildə bəlalar gəlməmiş xəbərdarlıq ediləcəkmi? Ediləcəksə kim edəcək? Neçə minilliklərdir ki, keşişlər və mollalar insanların başının altına yastıq qoyurlar ki, narahat olmayın, göydən kimsə gəlib sizi xilas edəcək. Amma, onların dediyi şəxsiyyətlər (İsa əleyhissəlam və İmam Mehdi) min illərdir dirilmədikləri kimi, min il bundan sonra da dirilmiyəcəklər! Bunu gözləmək avamlıqdan və İran mollalarının cəfəng təbliğatına uymaqdan başqa bir şey deyil. Kiminsə dirilib gəlməyinə inanmaq Qurana qarşı çıxmaq deməkdir. Çünki, Quran qiyamətdən savayı dirilməni inkar edir. Buyurur ki, siz mələk olsaydınız, sizə mələklərdən peyğəmbər göndərərdik. İnsan olduğunuza görə Peyğəmbəri də öz aranızdan bir insanı seçirik. Adəmdən üzü bəri bəşər tarixinə nəzər salsaq görərik ki, mələkdən, ruhdan bir peyğəmbər gəlməyib. Deməli bundan sonra da gəlməsi mümkün deyil! Bizə görə gələsi olanlar (insan olaraq) artıq bizim aramızdadır, gedəsi olanlardan da bəziləri gedib, qalanlar da 286 gündən gec olmayaraq gedəcəklər İnşallah (insanlar tez tövbə etsələr və zalıma rəğbət bəsləməkdən çəkinsələr bu daha da tez baş verər). Ata-babalarınız da sizin kimi kimlərinsə göydən gələcəyini gözləyə-gözləyə ömürlərini başa vurduar, heç kəsin gəldiyini də görmədilər. Və bu zülmü, haqsızlığı sizlərə (bizlərə) miras qoyub getdilər. Siz də onlar kimi oturub kiminsə zühur edəcəyini gözləsəniz bu zülmü və səfaləti öz övladlarınıza, nəvələrinizə... miras qoyaraq, dünyadan gedəcəksiniz. Quran məntiqinə görə hər bir insan kiminsə gəlişini gözləmədən özü tövbə edib düz yolda olmalıdır və zülmə, haqsızlığa qarşı mübarizə aparmalıdır. Nə bilirsən, bəlkə bu gecə ömrümüz tamamdır, niyə tövbə etmədən ölməliyik? Əgər hamımız tövbə etsək və biri-birimizə zülm etməkdən, aldatmaqdan çəkinsək sabah arzuladığımız xoşbəxt cəmiyyəti ALLAH bizə qismət edər. Cəmiyyətdə halallıq və düzgünlük olsa xeyir bərəkət aşıb daşar, nə bir xəstəlik olar, nə də sıxıntı; ALLAH onları qeybə çəkər və Yer üzünə bərəkət yağdırar.... Göydən gələcək zühur nağıllarını insanları yatızdırmaq üçün İran mollaları və onlardan betər fırıldaqçı keşişlər uydurublar ki, qoy insanlar zalıma qarşı mübarizə aparmasınlar, oturub göydən kiminsə gəlişini gözləsinlər... Quran məntiqinə görə göydən heç vaxt nə Peyğəmbər, nə İmam nə Xilaskar, gələ bilməz: "Ya Peyğəmbər, sən öləcəksən, səndən sonra gələnlər dirimi qalacaqlar?!" (Quran). "Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər". (Quran). Və s. Yəni, diriltmək məsləhət olsaydı Allah ən sevimli Rəsulu olan Məhəmməd əleyhissəlamı dirildərdi. Onu diriltmirsə deməli heç kəsi diriltməz! ALLAH kimisə diriltsə, onda hamı haqlı olaraq deyər ki, mənim də ata-babamı, övladımı dirilt. Diriltməsə bu ədalətsizlik olmazmı ki, birini dirildə, o birini diriltməyə?! Mənim tanıdığım ALLAH çox ədalətlidir və heç kəsə ayrı-seçkilik etməz! Heç kəsə görə qanunları dəyişməz! İstər İmam olsun, istər Peyğəmbər, istər sıradan biri.... ALLAHIN qanunu hamı üçün eynidir! Məhəmməd əleyhissəlam kitab verilmiş sonuncu Rəsuldur. Ondan sonra həmin mərtəbəyə olmasa da, digər kitab verilməmiş peyğəmbərlərin məqamına yüksələn xeyli sayda insanlar (imamlar, övliyalar) olmuşlar ki, onlar öz dərəcələrini daxildə bilsələr də, bunu zahirə çıxarmamışlar və millətə bəyan etməmişlər. Abırlarını qorumuşlar. Çünki bütün dövrlərdə kimsə desə ki, mən peyğəmbərlik məqamına yüksəlmişəm, insanlar ona qarşı üsyan edərlər... Bu insanın xislətindədir və heç vaxt dəyişmir. Övliyaların tədqiqatçısı olaraq bu mövzuda onlarla kitab yazmışam. Mənə aydın oldu ki, Azərbaycanda İslam yaranandan bəri onlarla şəxs Peyğəmbərlik məqamına yüksəlib və ALLAHLA rabitədə olub. Sadəcə yaşadıqları dövrdə bunu hər vəchlə gizlətməyə çalışıblar. Düzdür mən onları Məhəmməd əlyhissəlam səviyyəsində görmürəm, amma, onları heç də kitab verilməmiş peyğəmbərlərdən aşağı da hesab etmirəm. Xristiyan keşişləri də min illərdir cəfəng təbliğat aparırlar ki, İsa Peyğəmbər dirilib qayıdacaq. Amma heç bir xristiyan, yaxud yahudi oturub onu gözləmir, onlar haqsızlığa qarşı mübarizə aparır, özlərinə normal (oğru olmayan) dövlət qurur və adam kimi yaşayırlar. Bizdə isə "dindar"lar deyirlər ki, oturun gözləyin, gydən İmam gələcək, sizə haqq-ədalət olan bir dövlət quracaq, problemlərinizi həll edəcək.... Amma, min illərdir göydən heç kəs gəlmir, bundan sonra da gələsi deyil. Siz dindarsınızsa, Qurandan xəbəriniz varsa görün ki, ALLAH kitabda belə buyurub: Bir qövm öz tövrünü dəyişməyincə Biz onun tövrünü dəyişmərik. Yəni, insanlar tövbə edib doğru yola dönməyincə - tərəzidə düz çəkmədikcə, zalıma yaltaqlanmağa son qoymadıqca, biri-birini aldatmağa, haram işlərə son qoymadıqca onlara düzgün rəhbər, normal dövlət qismət olmayacaq. Bunlara son qoymaq üçün də heç bir İmamı gözləməyə ehtiyac yoxdur. Günü bu gün tövbə edin, düz olun! Sabah görəcəksiz ki, zalımlar ya təyyarə qəzasına düşdülər, ya da başlarına bir bəla gəldi, siz də qurtuldunuz. Belə asan işdən ötrü niyə bundan sonra min il də gözləməlisiniz? Elə bu gün bunu edib, ALLAHIN sizə vəd etdiyinə qovuşa bilməzsinizmi? “Özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə sonrakı imanı heç bir fayda verməz. De: “Gözləyin, doğrusu, biz də gözləyirik!” Quran, 6:158 Yuxarıda qeyd etdik ki, insanlara ALLAHIN xəbərdarlığını çatdıran şəxs əslində aramızdadır. Bildiyimiz kimi, indiyədək 12 imam olub və mömünlər tərəfindən qəbul edilib. İnsanların xilaskar kimi, gözlədikləri 12-ci İmam, əslində sayca və məntiqlə 13-cü olacaqdır (riyazi məntiqlə bir adam və yaxud əşya bir dəfə sayılar və 12-dən sonra 13-ün gəlməsi aksiomadır). Həmin şəxs hazırda aramızda olsa da, özünü büruzə verməyəcəkdir. Ancaq, Yerdə gedən bugünkü təmizlənmə prosesi (zəlzələlər, vulkanlar, daşqınlar...) başa çatandan sonra sağ qalan 29 faiz əhali 13-cü imamın kimliyini dərk edəcəkdir... Ümüd edirik ki, çatdırdığımız bu mesajları dərk edən insanlar tövbə edəcək, zülmə, harama, yalana, yaltaqlığa rəzalətə son qoyacaq, beləliklə də gələn bəlalardan sığortalanacaqlar. (ardı var) Dr. Paşa Yaqub – elmi-lədun bilicisi Ilin başa çatmasına bir neçə gün qalıb. Adətən bu ərəfələrdə bütün astroloqlar, öncəgörənlər... növbəti ilin necə keçəcəyi barədə proqnozlarını ortaya qoyurlar.
Biz də Elmi-lədun bilicisi olaraq 2022-ci il üçün hesablamalarımızı təqdim edirik. Yeri gəlmişkən, onu da qeyd edək ki, elm və kamillik əsri olan XXI əsr başlayandan “Quran” ikinci (!) dəfə yaşanmağa başlamışdır. Yəni, müqəddəs kitabda təsvir olunan hadisələrin analoqunu 2-ci (!) dəfə yaşayırıq. Məsələn, XXI əsrin 2-ci (!) Qurban bayramı günü (22. 02. 2002) vəhy yolu ilə mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur. Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir: “Allahdan və Onun Peyğəmbərindən böyük Həcc günü (Qurban bayramında) müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” (Bax: “Tövbə”(9) surəsinin ilk üç ayəsinə). Dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür.) bitəcəyini bildiyimdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdim (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). Müraciətimdə 22 iyindan etibarən Yerə böyük bəlalar enəcəyini xəbər verdim və sübutlar (hesablamalar) təqdim etdim… Nəhayət, 22 iyunda (2002) Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu (həmin zəlzələdə 22 təkan qeydə alındı və bir çox yaşayış məntəqələri tamamilə Yer üzündən silindi). Ondan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin davamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik. Əvvəlcə 22 iyunla (2002) bağlı verdiyimiz xəbərin doğruluğunu sübut etmək üçün daha bir neçə dəlil gətirək: elm əsrinin birinci, ikinci və üçüncü Qurban bayramlarının 286-cı günləri Günəş tutulması baş verib: 1) Birinci Qurban bayramının 286-cı günü – 14 dekabr 2001-ci il tarixdə Günəş tutulub; 2) İkinci Qurban bayramının 286-cı günü – 4 dekabr 2002-ci il tarixdə Günəş tutulub; 3) Üçüncü Qurban bayramının 286-cı günü – 24 noyabr 2003-ci il tarixdə Günəş tutulub. 4) Eləcə də 22 iyun 2002-ci il tarixinin 286-cı günü - 3 aprel 2003-cü ildə də Günəş tutulub. Bu faktlar 22 iyun tarixinin də Qurban bayramları ilə eyni statusa malik olmasını və qəzetdə elan etdiyimiz xəbərin (vəhyin) doğruluğunu sübut edir. Onu da əlavə edim ki, 2-ci Qurban bayramı günü verilmiş dörd aylıq möhlət başa çatan gün - 24 iyunda (bayram üç gün olduğundan, möhlət də üç günə bitir) Ay tutulması baş verdi. Elmi-lədun hesablamalarımız göstərir ki, 2(00)2-ci ilin 22 iyunundan başlanan Yer kürəsinin təmizlənmə prosesi bu gün də davam etməkdədir və dünyada baş verən böyük zəlzələlər, təyyarə qəzaları daşqınlar… bu prosesin tərkib hissəsi olaraq, insanlara xəbərdarlıq məqsədi daşıyır. Yeri gəlmişkən, qeyd edək ki, üzümüzə gələn 2(0)22-ci ildə təmizlənmə prosesi başa çatacaq və Yerdə haqq-ədalət bərqərar olacaqdır (Qüdrət Allaha məxsusdur). Elm əsrinin 22-ci ili əslində tövbə ilidir. Yəni, bəşəriyyət bəlaların və ölümlərin çoxaldığını görüb, bunlardan qurtulmaq üçün tövbə edəcək. Beləliklə də növbəti ildə az bir qisim (bildiyim qədər 29 faiz əhali) bəlalardan xilas olub, kamillik dövrünə qədəm qoyacaqdır. 22 baş rəmzidir Yeri gəlmişkən, “Quran”ın 22-ci surəsi “Həcc” adlanır. Bildiyimiz kimi, Kəbə evi dünyanın mərkəzi olmaqla, enerjinin BAŞlanğıcıdır. 9-cu surənin isə, “Bismillah”sız başlamasının səbəbi odur ki, bu surə 22-ci surənin davamıdır. Bunu 9-cu surənin yuxarıda qeyd etdiyim ilk üç aysindən görmək olur: “Allahdan və Onun Peyğəmbərindən böyük Həcc günü (Qurban bayramında) müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” (Bax: “Tövbə”(9) surəsinin ilk üç ayəsinə). Riyazi dildə desək, “Quran”da "iyirimi iki" "doqquza" çevrilir. Yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyası 22(0) sümüyün birləşməsindən yaranmışdır ki, (sıfır məna bildirmədiyindən mötərizəyə aldıq) bunlardan 22-si BAŞdadır. “Biz hər şeyi sayıb yazmışıq”. Quran, 78:29 "22"nin "9"a çevrilməsi “Quran” və anatomiyada olduğu kimi, fizika elmində də özünü büruzə verir. Belə ki, diqqətinizi enerji ilə işləyən cihazların üzərindəki yazıya cəlb etmək istəyirəm: bütün cihazlarınızın üzərində 220 ədədi həkk olunub. (Yuxarıda qeyd etdik ki, insan 220 sümüyün birləşməsindən yaranıb. Deməli 220 ədədi insanın da üzərində həkk olunub.) İndi isə, cihazların daxilində qoyulmuş transformatorların funksiyasına nəzər salaq: bu transformatorlar 22(0) voltluq enerjini bir qayda olaraq 9-a çevirirlər (!). Göründüyü kimi, bütün elmlərdə “22” “9”a çevrilir. Bu da bizim ikinci Quraban bayramı günü Qurandan qəbul etdiyimiz vəhyin doğruluğuna daha bir sübutdur. Buradan belə qənaət hasil olur ki, insan öz enerjisini əməli işə çevirərkən, onu vicdanının (oxu: daxili transformatorunun) süzgəcindən keçirməlidir. Yəni, TÖVBƏ surəsinin sərhədləri daxilində əməllər etməlidir: öz enerjisini günah işlərə sərf etməməlidir. Əgər insan fizikanın (Allah kainatı fizikanın qanunları ilə idarə edir.) qanunlarına tabe olmayıb, enerjisini günah işlərə (özündən aşağılara zülm etməyə, pozğun həyat tərzi keçirməyə, insanları aldatmağa...) sərf edərsə, onda mütləq gec-tez bəlaya məruz qalacaqdır. Son dövrlərdə cəmiyyətdə həyacanlı hadisələrin (qəzaların, zəlzələlərin, pandemiyyanın) artması da məhz bu amillərlə əlaqədardır... Elmi-lədun hesablamalarımız göstərir ki, 2(0)22-ci ildə Yerə gələn bəlalar daha da intensivləşəcək və bəşəriyyətin ccəzalanma dövrü başa çatacaq. Beləliklə də indiki şeytani dövr başa çatıb, kamillik dövrü başlayacaqdır. Bildiyim qədər bu proses ilin 286-cı gününə qədər başa çatacaqdır (düzgünün ALLAH bilir). Odur ki, insanlarımız fürsəti qaçırmayaraq, günahlarına görə tövbə etməli, vəzifədə olanlar özlərindən aşağı təbəqələrə zülm etməməli, haqqı, ədaləti bərqərar etməlidirlər. Aşağı təbəqədə olanlar da övbə etməli, biri-birlərini aldatmamalı, pozğun həyat tərzi keçirməməli, harama meyl etməməli, tərəzidə, verdikləri sözdə... düz olmalıdırlar. Belə etsələr gələn bəlalardan qurtula biləcəklər. Unutmayaq ki, Allah-təala “Quran”da belə buyurur: “Biz, peyğəmbər göndərməmiş heç bir millətə əzab vermərik!” “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Biz Nuhdan sonra neçə-neçə ümmətləri məhv etdik. Rəbbinin öz qullarının günahlarını bilməsi, görməsi onlara cəza vermək üçün kifayət edər”. “Quran”, 17:16-17 Onu da qeyd edək ki, xəbərdarlığı aldığımız ikinci Qurban bayramından etbarən Dünyanın Mənəviyyat Mərkəzi Azərbaycandır. Yəni, ALLAH Öz bəndələrinə etdiyi xəbərdarlıqları bu məkandan paylaşır və paylaşacaqdır. Bundan sonra baş verən hadisələrin sirrini bilmək və gələcəkdə nələr olacağını öyrənmək üçün Dünyanın gözü Azərbaycanda olacaqdır. Qeyd: “Quran” biz insanlara göndərilmiş vəhylər toplusudur. Bu vəhylərə əməl edən şəxs, mənbəyi bu kitabda olan (!) əlavə vəhylər də qəbul edə bilər (və yaxud, buradakı vəhylərin alt qatında olan sirlərdən agah ola bilər). 22 - 9 = 13 düsturu isə, növbəti ildə həyəcanlı hadisələrin çoxalacağından xəbər verir... (ardı var) Dr. Paşa Yaqub – elmi-lədun bilicisi Bugünki Günəş tutulması mafiya və monopoliyaların tezliklə dağılacağı mesajını verir – ELMİ-LƏDUN12/4/2021 ”Məgər göylərdə və yerdə olanların Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların hamısının, insanların isə, bəzilərinin (!) Allaha səcdə etdiyini görmürsənmi?” “Quran”, “Həcc” surəsi, 18
Xəbər verildiyi kimi, bu gün – 4 dekabr tarixində Günəş tutulması baş verdi. Elmi-lədun hesablamalarımız göstərir ki, Günəş tutulmaları təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Günəş tutulmalarında diqqət çəkən məqamlardan biri onların 29 ədədi altında baş verməsidir. Yəni, tutulmalarnın tarixini Hicri-qəməri təqviminə çevirsək görərik ki, bir qayda olaraq ayın 29-na düşür. Bu ədədin mənasını şərh etməzdən öncə, tərtib etdiyimiz cədvəli diqqətinizə çatdırırıq: (Bax: aşağıda qoyduğumuz Günəş tutulmalarının Miladi və Hicri-Qəməri təqvimi ilə cədvəlinə:) Cədvəldən göründüyü kimi, tutulmalar 355 günün (Ay təqvimi ilə bir ilin) tamamında təkrar baş verir və bu hal dörd dəfə təkrarlanır. Maraqlıdır ki, bugünkü tutulmadan 355 gün qabaq – keçən ilin 14 dekabrında Günəş tutulması baş verib. Bugünkü Günəş tutulmasının bizə ötürdüyü kodlaşdırılmış mesajları anlamaq üçün, 29 ədədinin hikmətinə nəzər salaq. Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer kürəsinə işarədir. Çünkü, yerin insan yaşayan quru hissəsi 29 %-dir. Yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir. Diqqətinizi daha bir məqama yönəldək ki, “Quran”ın 29-cu surəsi “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar şər qüvvələrin, mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar. Qurani-Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. Tutulmanın 29 ədədi altında baş verməsi artıq Yer əhlinə kodlaşdırılmış xəbərdarlıq kimi qəbul edilməlidir. Yəni, az vaxtda insanları əsarətdə saxlayan mafiya tipli dövlətlərin (yaxud, dövlət tipli mafiyaların) dağılacağını xəbər verir. Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir. 69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır. Son dövrlər diktatorların hakimiyyətə gəlməsini araşdıran tədqiqatçılar bir məqama xüsusiylə diqqəti cəlb edirlər ki, onların bir çoxu hakimiyyətə 69 ədədi altında (69-cu ildə) gəlmişlər. Mafiya və monopoliyalar da həmin vaxtdan dövlətlərin içinə sızmılar. 69-dan dövlətlər mafiyalaşmağa başladı. Yuxarıda qeyd etdiyimiz kimi, 69 ədədi “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd “Quran”da qiyamət rəmzi sayılır. Firoonun prototipləri olan diktatorların da 69 ədədi altında hakimiyyətə gəlmələri və xalqları hörümçək kimi tora salaraq əsarətdə saxlamaları bizə qiyamətin yaxınlaşdığını xəbər verirdi. Diktatorları təsadüfən hörümçəyə bənzətmədik. Burada da bir riyazi əlaqə vardır. Belə ki, “Hörümçək” surəsinin sıra nömrəsi 29 olmaqla, şər qüvvələrə, tor quranlara, müasir dildə desək mafiya və monopoliyalara işarədir. Maraqlıdır ki, 29-cu surə məhz 69 (!) ayədən ibarətdir. Bu fakt onu göstərir ki, 69-cu və 29-cu surələr həm mahiyyətcə, həm də riyazi yolla biri-birinə bağlanırlar. Sübut üçün daha bir dəlil gətirim: 29 ədədi (29-cu ayə) müqəddəs kitabda məhz 69 dəfə keçir (“Quran”ın altmış doqquz surəsində 29-cu ayə var; qalan surələrdə ayələrin sayı 29-dan azdır). Qeyd edək ki, 29 ədədi həm də, Yerin insan yaşayan (quru) hissəsinə işarədir. Fironun prototipləri olan diktatorların 69-cu ildə hakimiyyətə gəlməsi ilə 29 faizlik Yerdə zülmün əsası qoyuldu və mafiyalar bəşəriyyəti hörümçək kimi tora saldılar. Onların qurduqları dövlətlər də mafiya tipli dövlətlərdir (yaxud, dövlət tipli mafiyalardır). Fərəhli haldır ki, elm və peyğəmbərlik əsri olan XXI əsr başlayandan bəri, bu hörümçək toru dağılmağa başlayıb və Yaradanın iradəsi ilə bu proses irəliləməkdədir. Bu da təsadüfü deyildir. Belə ki: 29 x 69 = 2001 Gördüyümüz kimi bu hikmətli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir. Xatırladaq ki, 21 ədədi “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan bu ədəd “Quran”da elm, kamillik və peyğəmbərlik rəmzi sayılır. Elmi-lədun hesablamalarımıza görə elm əsri olan 21-ci əsr başlayandan bəri bəşəriyyət kamillik dövrünə doğru irəliləməyə başlayıb. Bu özünü onunla büruzə verir ki, cəmiyyətdə kamilliyin son həddində olan insanlar görünməyə (tanınmağa) başlayıblar və onlar cəmiyyətə İlahi mesajlar ötürürlər... Diktatorların əsasən Şərq ölkələrində hakimiyyətə gəlməsini əsas götürən ateistlər bunu İslam dini ilə əlaqələndirmək kimi uğursuz cəhdlər edirlər. Məsələyə açıq gözlə baxdıqda isə, bunun tam əksini görmək mümkündür. Yəni, 29 faiz Yerin hər tərəfində zalımları hakimiyyətə gətirən, mafiya tipli dövlətləri yaradan və bu günədək onarın hakimiyyətini hər vəclə qoruyub saxlayan əslində qeyri müsəlmanlar - yahudi və xaçpərəstlərdir. Bunu görmək üçün heç də yüksək savad tələb olunmur. Sadəcə, azacıq gözüaçıq olmaq yetərlidir. Özlərini “İslam” ölkəsi kimi təqdim edənlərin kimlərlə müttəfiq olmalarına baxsanız, onların mahiyyətlərini başa düşəcəksiz (İran rus və ermənilərlə, ərəb ölkələri isə, İngilisdilli ölkəllərlə müttəfiqdirlər...). Bizim baxışlarımıza görə bu gün dünyada nəinki İslm dövləti yoxdur, əksinə, özlərini İslam kimi təqdim edən dövlətlər dini və millətləri parçalamaqla, İslamı gözdən salmaqla məşğuldurlar... Bugünkü Günəş tutulmasının elmi-lədun təhlili göstərir ki, Yaradan yolun azmış, bəşəri dəyərlərdən uzaqlaşmış insanlara, və onların rəhbərlərinə (!) xəbərdarlıq edir ki, tövbə edib, doğru yola qayıtsınlar və bir-birlərinə zülm etməkdən, əziyyət verməkdən çəkinsinlər. Əks halda xalqları və onların zalım rəhbərlərini ağlasığmaz bəlalar gözləyir... Bu bəlalardan biri də bu gün bəşəriyyətin başı üzərində kabus kimi dolaşan koronavirusdur. Hesablamalarımız göstərir ki, bu və digər bəlalar getdikcə intensivləşəcək və nəticədə qısa zamanda Yerdəki hazırki əhalinin 29 (!) faizi sağ qalacaqdır. Beləliklə də indiki şeytani dövr başa çatacaq və Dünyada kamillik dövrü başlayacaqdır. Qeyd edək ki, Quranın “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olan 21 ədədi elmi-ləduna görə Peyğəmbərlik və kamillik rəmzi sayılır. Onu da qeyd edim ki, 21-ci əsr qiyamət əsri olmaqla, bəşəriyyətin yekun əsridir (bu əsrdə Yerdə sivilizasiya başa çatacaq). Əlbəttə, ən düzgünün ALLAH bilir. Qərar Onundur. Yeri gəlmişkən, qeyd edək ki, üç gün qabaq baş verən helikopter qazası da digər qəzalar (və zəlzələlər) kimi Günəş tutulması ilə riyazi şəkildə bağlanırdı: 29 (!) aprel 2014-cü il tarixli tutulmanın 2775-ci günü baş verdi ki, bu da tövbə və cəza rəmzi olan 555 ədədinin 5 mislidir: 2775 : 5 = 555 Helikopter qəzası həmçinin, 29 ədədi altında baş vermişdi. Belə ki, qəzanın baş verdiyi rayonun (Xızının) seriyası 29-dur. Bu və digər hesablamalarımız göstərir ki, bütün astronomik xəbərdarlıqlardan sonra Yerə bəlalar endiyi kimi, bu tutulmadan sonra da bəla gələcəkdir. Bu cür bəlalardan sığortalanmaq üçün insanlar günahlardan çəkinməli, rəhbərlər zülmə son qoymalıdırlar. Əks halda heç bir il çəkməyəcək ki, qurulmuş mafiya və monopoliyalar dağılacaq, onları yaradanlar ciddi cəzalanacaqlar... "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Dr. Paşa Yaqub, psixoterapevt, elmi-lədun bilicisi, 36 kitabın müəllifi. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |