Son dövrlər autizm sindromundan əziyyət çəkən uşaqlar üzərində apardığım uğurlu müalicə seansları bu qənaətə gəlməyimə əsas verir ki, doğulacaq körpənin autizm sindromundan əziyyət çəkib-çəkməyəcəyini hələ hamiləliyin ilkin dövründə təyin etmək mümkündür. Belə ki, autizmli uşaqların anaları bir qayda olaraq etiraf edirlər ki, hamiləlik dövründə (yaxud ondan əvvəlki dövrlərdə) özlərində yuxudan diksinib oyanma, baş, çiyin ağrıları, ürək döyüntüləri, qorxu, yuxuda boğulma, qarabasma (gözünə başqa varlıqlar görünməsi), qorxulu yuxular görmə, qərarsızlıq, əsəbilik müşahidə ediblər. Qeyd edim ki, bunlar neqativ təsirin əlamətləridir. Hamilə qadınlar (eləcə də gənc qızlar) neqativ təsirə qarşı həssas olduqlarından ətrafdakı insanlarda olan neqativ enerji onlara daha çox təsir göstərir. Nəticədə onlar özlərində yuxarıda sadaladığım əlamətləri müşahidə etməyə başlayırlar. Lakin müasir dövrdə insanlarımız gizli elmlərdən bixəbər olduqlarından bu əlamətlərin mahiyyətini dərk etmirlər. Başqalarına da deməyə utanırlar ki, ətrafakı insanlar onları dəli hesab edərlər (kimsə deyəndə ki, gözümə qorxulu varlıqlar görünür, cahil insanlar gülürlər və bunun mümkün olmadığını deyirlər). Onu da qeyd edim ki, qorxu, əsəb, stress və s. yuxarıdakı əlamətləri olan insanlarda beyin damarları sıxılmağa və tədricən qurumağa başlayır ki, bu da beyində və digər orqanlarda funksional pozğunluqla nəticələnir. Bu əlamətlər hamiləlik dövründə baş verdikdə isə, bətndəki körpənin birbaşa beyin sisteminə təsir edir ki, nəticədə əqli qüsurları olan, beyni inkşafdan geri qalan (autizm sindromlu) uşaqlar doğulur. Yeri gəlmişkən qeyd edim ki, bu gün cəmiyyətdə geniş şəkildə yayılan neqativ enerji tək autizmli uşaqların doğulmasına səbəb olmur; bu enerji həm də ailələrin sürətlə dağılmasına, uğursuzluqlara, evlərdə sirli yanğınlar baş verməsinə, xəstəliklərin artmasına və intiharların tüğyan etməsinə səbəb olur. Oxucuda sual yaranacaq ki, “qara enerji” indiki dövrdə niyə belə çox yayılıb? Neqativ enerjinin bu dərəcədə artmasına səbəb nədir? Sualınıza cavab olaraq bildirim ki, cəmiyyətdə neqativ enerji bütün dövrlərdə olub. Amma, əvvəllər bu dərəcədə deyildi. Bunun artması bu gün cəmiyyətdə magiya ilə məşğul olanların (falçı və cadugərlərin) hədsiz çoxalması və onların “xidmətindən” istifadə edənlərin artması ilə əlaqdardır. Vurğulamaq istəyirəm ki, Musa Peyğəmbərin dövründən bəri sehrbazlığın (cadugərliyin) indiki qədər artdığı bir dövr olmayıb! Artıq dünyanın dörd bir tərəfində yaşayan insanlar ”“ yüksək vəzifəlisindən tutmuş, sıravi vətəndaşına qədər ”“ bir iş görərkən ekstrasenslə (yaxud falçı ilə) məsləhətləşməyi, onların enerjisindən yararlanmağı özlərinə borc bilirlər. Düşünmürlər ki, bu kateqoriyadan olanların istifadə etdikləri enerji neqativ (“qara”) enerjidir. Nəticədə öz əlləri ilə özlərini tilsimə salırlar. Həmin enerji yüklənmiş əşya daim evə ağırlıq, uğursuzluq gətirir və xəstəliklərə, yuxarıda (ikinci abzasda) sadaladığım əlamətlərə səbəb olur... Hələ ta qədmdən bu əlamətləri olan insanlar kəramət (elmi-lədun) sahiblərinə müraciyət edər, onların müsbət enerjisi ilə bu cür təsirlərdən azad olardılar. Ona görə də cəmiyyətdə xəstəliklərə, səfalətə, autizm sindromuna və intiharlara... az təsadüf olunardı. Təcrübəmiz göstərir ki, bu cür neqativ əlamətləri insanlardan (o cümlədən hamilə qadınlardan) elmi-lədun üsulu ilə çox asanlıqla yox etmək mümkündür. Bu əlamətlərdən xilas olan anadan heç vaxt autizm sindromlu (yaxud, başqa problemli) uşaq doğulmaz.
0 Comments
Moderator.az saytında yayımlanan “Autizm xəstəliyinin sirri açıldı ”“ Kəşf” başlıqlı məqaləmin yayılmasından sonra ünvanıma çoxsaylı suallar gəlməkdədir (yazını bu linkdən oxumaq olar: http://www.moderator.az/news/174153.html ) Əvvəlcə onu bildirim ki, mənim tətbiq etdiyim müalicə metodu ilə autizm sindiromlu uşaqların müalicəsi anası ilə bərabər aparılır. Bu da bəzi pasiyentlərə qəribə gəlir və bunun səbəbini izah etməyimi istəyrlər. Qeyd edim ki, bunun səbəbi sindromun adından məlumdur. Belə ki, autizim ANADAN-GƏLMƏ (!) problemdir. Deməli məntiqlə problemin çözümü də ANADAN ”“ mənbədən başlamalıdır. Autizmlə doğulan xəstələrin analarını test edərkən aydın görmək olur ki, onlar uşaq doğulmamışdan xeyli əvvəl, bəzən hətta, qız vaxtından neqativ travma alırlar. Nəticədə onların orqanizmində sabitlik pozulur; diksinməyə, qorxmağa, yersiz əsəbləşməyə başlayırlar. Ağır hallarda qarabasmalar müşahidə olunur. Təəssüf ki, insanlarımız bu əlamətləri ciddiyə almırlar və bu da bir neçə ildən sonra müxtəlif xəstəliklərin yaranması, eləcə də autizim sindiromlu uşaqların doğulması ilə nəticələnir. Psixologiya və tibb elmi neqativ enerjini qəbul etmədiklərindən onların tətbiq etdikləri müalicə metodları yalnız autizmli uşaqların özlərinə yönəlir. Bu səbəbdən də indiyədək heç bir nəticə əldə edə bilmirlər... Sizə bir misal çəkim: tutaq ki, Mingəçevir SES-dən Bakıya gələn xətt məsələn, Ağdaşda qırılır. Bu vaxt Bakıda mənzilində işığı sönən biri, problemi çözmək üçün elektrik ustası çağırır. Usta əgər professionaldırsa qırığın Ağdaşda (yaxud, başqa rayonda) olduğunu aşkar edəcək və oradan xətti calayaraq, mənzildəki problemi həll edəcək. Yox əgər naşıdırsa, gəlib Bakıdakı mənzildə patronları qurdalamağa başlayacaq... Psixoloqların və həkimlərin autizmli uşaqların valideynlərini bir kənara qoyub, yalnız uşağın üzərində işləməsini mən naşı elektrik ustasının patronla, yaxud lampa ilə uğraşmasına bənzədirəm (hansı ki, xətt Ağdaşda qırılıb). Enerji misalını təsədüfən çəkmədim. Bilməliyik ki, 220 (!) sümüyün birləşməsindən yaranan insan anatomiyası həm də enerji daşıyıcısıdır. Belə ki, ruh insana yerləşdirilmiş və onu enerji ilə təmin edən bir batareya funksiyasını yerinə yetirir. Məişətdə işlətdiyimiz elektrik enerjisində müəyyən problemlər, kəsilmələr baş verdiyi kimi (küləyin, yaxud dələduz insanın müdaxiləsi ilə enerji kəsilə bilir), orqanizmimizi enerji ilə təmin edən ruhumuza da bu cür kənar müdaxilələr olur. Oxucuda sual yaranacaq ki, başqasının daxili enerjisinə bəd niyyət insanlar necə müdaxilə edə bilirlər? Nəzərinizə çatdırım ki, ruha neqativ təsir əsasən bu yollarla baş verir: 1) qorxu; 2) stress; 3) bəd nəzərlər; 4) magiya. Bildiyimiz kimi, hər bir insanın gözündə Selen maddəsi vardır. Bəzi insanlarda isə, bu maddə artıqlıq təşkil edir. Onlar gözəl bir insan, yaxud əşya görəndə heyrətlənirlər ki, bu zaman həmin Selen maddəsi şüalanmağa başlayır. Nəticədə, gözdən ayrılan neqativ enerji qarşıdakı insana daxil olur və birbaşa onun ruhuna (enerjisinə) təsir edir. Magiyaya gəldikdə isə, bu heç də insanların düşündüyü kimi cəhalət deyil, kimyanın sirlərinə əsaslanan böyük br elmdir (hansı ki, o sirlər müasir kimyaçılara məlum deyil). Sadəcə bu elm (magiya) Allah tərəfindən lənətlənmiş, şeytani bir elmdir. Yəni, bundan istifadə etmək kompyuterin müəyyən proqramlarından istifadə edərək bankları soymaq kimi günah (haram) bir elmdir. Bundan istifadə edənlər gec-tez Allahın bəlasına düçar olurlar. Buna baxmayaraq, yenə də insanlar bəd əməllərindən əl çəkməyərək müəyyən elementlərin (Dəmirin, Kalsiumun, heyvani yağların və s.) sirlərindən istifadə edərək sevmədikləri insanın enerjisinə (ruhuna) müdaxilə edirlər. Bütün bu neqativ təsirlər və müdaxilələrin nəticəsində insan beynində sabitlik (“sostoyaniya”) pozulur. Beyin damarları sıxılmağa və nəhayət qurumağa başlayır. Bundan sonra insanda müxtəlif xəstəliklər yaranmağa başlayır. Bunu, virusun kopyuteri dondurması ilə müqayisə etmək olar. Qadınlar (qızlar) həssas olduqlarından, neqativ təsirə kişilərdən daha çox məruz qalırlar. Amma, bu sahədə bilgisiz olduqlarından vaxtında tədbir görüb, bu enerjidən azad ola bilmirlər. Nəhayət, hamiləlik dövründə onlar bu neqativ enerjini bətnlərindəki övladlarına ötürürlər... Beləliklə, beyin damarları qurumuş övlad dünyaya gətirirlər ki, tibb elmi bu cür tilsimli uşaqları “autizm sindromu” adlandırır və müalicəsini mümkünsüz hesab edir. Bir psixoloq və elmi-lədun bilicisi olaraq apardığım araşdırmalar bu sindiromun ən azı 70-80 faiz (körpə yaşda bilinərsə 100 faiz) aradan qaldırmağın mümkünlüyünü göstərir. Bir şərtlə ki, problemin çözümünə ANADAN başlansın. Çünkü, yuxarıda qeyd etdiyimiz kimi, sindrom anadangəlmə(!)dir. İlk növbədə ananın hamiləlik dövründə (yaxud, ondan 10-15 il qabaq) aldığı neqativ travma aradan qaldırılmalı və orqanizmindəki sabitlik bərpa olunmalıdır. Daha sonra problemli uşaq seans edilərək, neqativ enerjisi götürülməli və sabitlik bərpa olunmalıdır. Bütün bu müalicə seansları fizikanın qanunlarına uyğun və elmi-lədun üsulu ilə həyata keçirilir. Bəzən pasiyentlər sual verirlər ki, ananı müalicə etmədən autizmli uşağı sağaltmaq olmazmı? Olar! Amma, bir şərtlə ki, müalicə aldıqdan sonra gərək uşaq ananın yanına qayıtmasın və onunla bir evdə yaşamasın. Çünki, təmizlənmiş uşaq neqativli ananın yanına gedən kimi, onda olan neqativi yenidən özünə çəkəcək və təkrar sabitlik pozulacaq. Təcrübəmiz göstərir ki, autizmli uşaqlar bu cür enerjiyə qarşı həssas olduqlarından, anada, atada, eləcə də bir evdə yaşadıqları ailə üzvlərində olan neqativləri maqnit kimi özlərinə çəkirlər və yüklənərək yenidən pozulurlar. Ona görə də bu cür xəstə uşaqların tək müalicəsi effekt vermir (psixoloqlar bu sirri bilmədiklərindən nəticə ala bilmirlər). Təcrübəmiz göstərir ki, autizm sindromlu uşaqlarda üç seansla 70-80 faiz nəticə almaq mümkündür. Bir şərtlə ki, seanslar anası ilə birlikdə aparılsın. Onu da vurğulayım ki, bu sindromlu uşaqlar neqativdən təmizləndikdən sonra valideynlərindən başqa heç kəsdən neqativi çəkmirlər. Bu da genetik rabitə ilə əlaqədardır. Autizm sindromlu uşaqların əsəbiliyi, aqressiyası, qaranlıqdan qorxmaları, ürək döyüntüləri, diksinmələri... neqativ təsirin əlamətləridir ki, üç seansla bu əlamətləri aradan qaldırmaq mümkündür. İnsan canlı transformatordur və enerjisini ötürməklə, istənilən xəstəliyi müalicə edə bilər... Bu günlərdə internetdə bir videonu izlədikdən sonra bu mövzuda yazmaq, bəzi sirləri izah etmək qərarına gəldim. Videodakı görüntü bundan ibarət idi ki, bir quş (sərçə) pəncərəyə çırpılaraq ağır travma alır və yerə sərilib, qanadlarını çırpmağa başlayır. Bu halı kənardan görən başqa bir quş yaxınlaşaraq, yerdə çabalayan həmcinsinə kömək edir: təxminən beş dəqiqə çalışdıqdan sonra ölü vəziyyətdə yerə sərilən quş uçub gedir... Bu mənzərə çoxlarınıza tanışdır və həyatda heyvanlar arasında bu yardım etməni çox müşahidə etmisiniz. Bu, bir növ insanın xəstə üstünə həkim çağırmasına bənzəyir. Lakin, fərq ondadır ki, insanlar biri-birlərinə kimyəvi vasitələr (əczalar) olmadan yardım edə bilmədikləri halda, heyvanlar biri-birlərinə daha çevik və təcili yardım göstərib, həyatını xilas edə bilirlər. Həkim çatana qədər xəstə ölə bilir, bir orqanı sağaldan dərman digər orqanı sıradan çıxara bilir, yaxud, xəstə dərman almağa pul tapmayaraq ölə bilir... Bütün bu problemlərlə heyvanlar qarşılaşmırlar və biri-birlərini bunların heç biri olmadan müalicə edə bilirlər. Sözü gedən videonu paylaşandan sonra oxucularımdan çox suallar gəldi ki, bu necə baş verir? Quş öz həmcinsini necə sağaldır? Nəzərinizə çatdırım ki, bütün bunlar enerji prosesidir. Yəni, kökündə enerjinin ötürülməsi dayanır və bunu əslində insan da edə bilər - əgər quş qədər elmi olarsa (!). Bildiyimiz kimi, kainat fizikanın qanunları (fiziki qanunlar) ilə idarə olunur. Yəni, İlahi sistemdə enerjinin paylanması ilə, fizikada enerjinin paylanması qanunları üst-üstə düşür. Maraqlıdır ki, hər iki sistemdə enerjinin paylanması 36 ədədinə bağlanır. Elmi-lədun araşdırmalarımz göstərir ki, kamil insanlar Allah-təala ilə bəndələri arasında enerji ötürücüsü funksiyasını yerinə yetirirlər. Fizikada isə, bu funksiyanı transformatorlar yerinə yetirirlər. İndi onlar arasında olan riyazi oxşarlıqlara nəzər salaq: Kamil insanın anatomik quruluşunda 5 duyğu üzvü, 5 oma, 5 bel fəqərəsi; həmçinin baş-beyində 5 şöbə vardır və 5 dəfə ibadət edir. Sadaladığım 5 amili özündə cəmləşdirən kamil insanın “Quran”dakı rəmzi 36-dır. (36 ədədi “Ya Sin” surəsinin sıra nömrəsidir. Bu ədədin və “Ya Sin” ifadəsinin kamil insan simvolu olması İlyas Peyğəmbərə müraciətlə müqəddəs kitabda "İlyasin" deyilməsindən aydın olur.) Maraqlıdır ki, transformatorda da 5 vəziyyət olmaqla, hər vəziyyətdə 36 (!) sarğı olur. Bildiyimiz kimi, kamil insanın (Peyğəmbərin) qəbul etdiyi enerji (vəhy) gizli səs, siqnal formasında olur. O, bu siqnalı sözə ÇEVİRMƏKLƏ insanlara çatdırır. Həm də hamısını deyil, onların şüuru səviyyəsində (həzm edə biləcəyi qədər) ötürür. Maraqlıdır ki, transformatorun da iş prinsipi eynən bu cürdür: "transformasiya" ÇEVİRMƏ deməkdir və funksiyası mənbədən qəbul etdiyi yüksəkgərginlikli enerjini alçaqgərginlikli enerjiyə (220) çevirib mənsəbə (cihazlara) ötürməkdən ibarətdir. İlahi sistemdə və fizikada enerjinin saxlanması və paylanmasındakı bənzərlik tək bunlardan ibarət deyildir. Fikir verirsinizmi: məişətdə istifadə etdiyimiz bütün cihazların üzərində bir qayda olaraq 220 ədədi həkk olunub. Araşdırmalarımız göstərir ki, həmin 220 ədədi enerji (ruh) daşıyıcısı olan insanın da üzərinə həkk olunub: hər bir insanın anatomik quruluşunun 220 (!) sümüyün birləşməsindən yarandığını anatomiya elmi təsdiq edib! Diqqətinizi başqa bir məqama da çəlb etmək istəyirəm. Fiziklərdə belə bir sual yaranacaq ki, kamil insanlar (peyğəmbərlər və kəramət sahibləri) anatomik və bioloji cəhətdən başqalarından fərqlənmədiyi halda, niyə onlar xəstəni sağaltmaq üçün enerji ötürə bilir, digərləri ötürə bilmir? Bu maraqlı sualın cavabını yenə fizikanın qanunları ilə izah edəcəm. Adətən transformatorların tutumunu artırmaq üçün onu açıb, içindəki sarğıları artırmaqla (genişləndirməklə) buna nail olurlar. Kamil insanlarda da eynən bu cürdür ”“ vəhy (enerji) qəbul etməzdən öncə onların qəlbində genişlənmə prosesi gedir. Yəni, onların enerji və informasiya götürmə qabiliyyəti artırılır. Bu barədə “Quran”ın “Açılıb genişlənmə” (94) surəsində belə deyilir: “Məgər biz sənin köksünü açıb genişləndirmədikmi?!” 94:1. Onu da qeyd edim ki, psixoloq olaraq pasiyentlərlə işləyərkən fizikanın yuxarıda şərh etdiyim qanunlarından yararlanıram. Yəni, onlara kənardan enerji ötürməklə müalicə edirəm (pasiyent özü bunu hiss etmir). Bu üsulla ən ağır xəstəlikləri üç seansla sağaltmaq mümkün olur. Oxucuda sual yaranacaq ki, heç yerdə yazılmayan bu müalicə metodunu haradan və necə öyrənmisən? Süleyman Peyğəmbərə sual verəndə ki, “elmi kimdən öyrənmisən?” Dedi “qarışqadan!” Yazının əvvəlində qeyd etdim ki, heyvanlar bizdən daha irəli gediblər və onlar ölüm ayağında olan həmcinslərini məhz özlərindən enerji ötürməklə xilas edirlər. Əgər siz quşların, milçəklərin davranışlarına diqqətlə baxsanız bunu hər gün görürsünüz! Əsl elmli insan odur ki, gördüyündən ibrət ala və onun sirrini öyrənərək həyata tətbiq edə bilə! Bu yazımda gördüklərimin, öyrəndiklərimin və tətbiq etdiklərimin sirrini izah etməyə çalışdım. Yunis Əmrə demişkən: Bilməyən nə bilsin bizi, Bilənlərə salam olsun! Moderator.az beynəlxalq xəbər agentliklərinə istinadən bildirir ki, Roma imperiyasının Pompey şəhərinin yerində aparılmış arxeoloji qazıntılar elm adamlarını heyrətə salıb. Pompey şəhəri hələ iki min il qabaq (eramızın 79-cu ilində) Vezuvi vulkanının püskürməsi nəticəsində lava altında qalıb. Aparılan arxeoloji qazıntılar zamanı buradan insanların daşlaşmış cəsədləri tapılmaqdadır. Tapılmış maddi nümunələr şəhərin 2000 il qabaqkı mədəniyyəti və insanların yaşam tərzi barədə fikir söyləməyə əsas verir. Şəkildə gördüyünüz biri-birinə sarılmış halda daşlaşmış iki cəsəd də Pompey şəhərindən lava altından tapılmışdır. Arxeoloqlar əvvəlcə bunu “iki qız” olaraq adlandırdılar. Ancaq bu həftə elm adamları heyrətamiz faktlar üzə çıxardılar. cəsədlərin əslində iki kişiyə aid olduğu təsdiq olundu. The Teleqrafın xəbərinə görə dünyaca məşhur arxeoloji ekspedisiyanın rəhbəri Massimo Osanna “Pompey əsla heyrətləndirməyə son verməz” deyərək, bunları söyləyib: “Bunun qadınlar arasında bir qucaqlaşma olduğunu xəyal etdik. Amma, tomoqrafik və DNT analizləri onların kişi cinsindən olduqlarını ortaya qoydu. Cütlüyün sevgili olduqlarını kəsinliklə deyə bilməsək də faktiki durumlarından bunu təxmin etmək olur. Diş və digər nümunələrin analizi cütlüyün ölərkən 18-20 yaş arasında olduqlarını və onların qohum olmadıqlarını göstərir”. Qeyd edək ki, Vezuvi vulkanı İtaliyanın Nepal şəhəri yaxınlığında yerləşir. Miladın 79-cu ilində baş verən püskürmə Pompey, Herkulanum və Stabiya şəhərlərinin yox olması ilə nəticələnib. Püskürmə o qədər güclü olmuşdur ki, göyə sovrulan vulkan külünün bir hissəsi Yunanıstanın ərazisinə də çatmışdır. Yunanıstanlı tədqiqatçıların sözlərinə görə, eramızdan əvvəl 79-cu ildə baş vermiş vulkan püskürməsindən sonra vulkanik tullantıların qalıqları Vezuvidən 650 kilometr məsafədə olan Miqdoniya gölü rayonunda tapılmışdır. "Müəyyən yerlədə külün qalınlığı üç metrə çatmışdır (partlayış o qədər güclü olmuşdur ki, çox böyük miqdarda kül 20-30 min kilometr yüksəkliyə qalxmışdır)" - Aristotel Univesitetindən olan mütəxəssis Fidikas Mixael bildirir. Vulkanın püskürməsi və lava altında qalaraq daşa dönən Pompey əhalisi haqda bir çox filimlər də çəkilib. Çəkilən filmlərdən və yazılan əsərlərdən görünür ki, vulkan baş verməzdən əvvəl Pompeydə haqsızlıq və ədalətsizlik hökm sürmüş, insanların həyat tərzi Lut qövmünün həyat trzi ilə eyni olmuşdur. Yəni, homoseksuallıq geniş yayılmışdır. Maraqlıdır ki, tapılan daşlaşmış cəsədlər üzərində aparılan tədqiqatlar da bunu sübut edir. Bildiyimiz kimi, keçən əsrin 80-ci illərindən sonra autizmlə doğulan uşaqların sayında kəskin artım müşahidə edilməkdədir. Xəstəliyin yaranma səbəbi tibb elminə məlum olmadığı kimi, onun getdikcə çoxlama səbəbi və müalicəsi də indiyədək məlum deyildir. Son dövrlər psixoloq olaraq işlədiyim autizim xəstələrinin anaları arasında apardığım test sorğusu bir çox heyrətamiz faktlar ortaya qoydu. Həmin faktlar bu xəstəliyin yaranma səbəbini tapmaqda mənə yardımçı oldu. Test sorğularından aydın olur ki, autizimdən əziyyət çəkən uşaqların analarında bir qayda olaraq hamiləlik dövründə eyni əlamətlər müşahidə olunub: yuxuda diksnmə, qorxu, boğulma, qarabasma, qorxulu yuxular görmə, darıxma və s. Bütün bunlar beyində sabitliyin pozulmasının əlamətləridir ki, autizm xəstələri hələ ana bətnində olarkən, analarda bu əlamətlər müşahidə olunub. Ən maraqlısı da odur ki, həmin uşaqlar doğulduqdan sonra anaların heç birində bu əlamətlər bir daha baş verməyib. Bu da onu göstərir ki, həmin əlamətlər doğuş zamanı anadan uşağa keçməklə, autizmin yaranmasına səbəb olur. Oxucuda sual yaranacaq ki, yxarıda sadaladığım, anada müşahidə olunan bu əlamətlər nəyin nəticəsidir və necə aradan qaldırmaq olar? Bunu izah etmək üçün, yenə də fizikanın qanunlarına müraciyət edək (Kainat fizikanın qanunları ilə idarə olunur). Bildiyimiz kimi, fizikada iki cür ”“ dəyişən (qalxıb-enən) və sabit (düzxətli) cərəyan mövcuddur. Bu hal enerji (ruh) daşıyıcısı olan insanda da mövcuddur. İnsanın enerjisi nə qədər ki sabitdir, onda heç bir xəstəlik baş vermir. Bəzən neqativ təsirlər nəticəsində insanın enerjisi “dəyişən cərəyan” formasına keçir. Yəni, onda tez-tez hal dəyişiklikləri, qoxular, diksinmələr, boğulma, pis yuxulardan əziyyət çəkmə, qarabasma halları baş verir. Bu hallar insanın beyin damarında baş verən sıxılma ilə əlaqədardır ki, bu da getdikcə həmin damarın qurumasına doğru gedir. Nəticədə həmin damar insanın hansı daxili orqanı ilə əlaqəlidirsə, o orqanda funksional pozğunluq baş verir. Qeyd edim ki, istənilən xəstəliyin insanda yaranma prosesi bu cür baş verir... Autizmli uşaqların anaları arasında apardığımız sorğulardan da aydın olur ki, onlar bu uşaqlara hamilə olarkən, orqanizmlərində sabitliyin pozulması halları müşahidə edilsə də, onlar bunun mahiyyətini bilmədiklərindən keçirdikləri (yuxarıda sadaladığımız) hallara məhəl qoymayıblar. Nəticədə ananın beynində başlayan həmin proses (damarın daralması və qurumağa başlaması) bətindəki uşağın da beynində eyni qaydada baş verir. Uşaq doğulduqda isə, bir çox hallarda həmin əlamətlər analarda yoxa çıxsa da, uşaqlarda proses davam etməyə başlayır. Beləliklə, yeni doğulan körpənin beyin damarlarının sıxılması, yaxud quruması onun əqli inkşafdan qalması ilə nəticələnir ki, bunun da adına müasir tibb elmində autizm deyilir. Yuxarıda qeyd etdiyimiz kimi, tibb elmi bu xəstəliyin səbəbini bilmədiyi kimi, müalicəsini də bilmir. Apardığımız psixoloji araşdırmalar bu xəstəliyin səbəini aşkar etdiyi kimi, müalicəsinin mümkünlüyünü də ortaya qoyur. Təcrübəmiz göstərir ki, cür xəstələri bioenerji ilə müalicə etmək mümkündür. Yəni, ilk növbədə ötürülən bioenerji ilə xəstədəki dəyişən cərəyan sabitləşdirilir. Nəticədə, beyində qurumuş damarlar dirçəlməyə başlayır; beyinin pozulmuş funksiyası bərpa olur və autizim xəstəsi sağalmağa başlayır. Ashleyin çox xoşbəxt bir evliliyi vardı. Üstəlik Harley adını verəcəyi bir körpə də gözləyirdi. Doğumuna bir neçə həftə qalmış Ashley ənsə sümüyündə (gicgahında) bir şiş olduğunu gördü və həkimə getməyə qərar verdi. Ancaq bu sadə bir şişkinlik deyildi... Həkimlər dərhal müalicəyə başladılar. Şiş bir müddət yox olsa da, yenidən göründü. Doktorlar daha detallı incələmə apardığında bunun xərçəng olduğu və Ashleyin bədəninə yayıldığını təsbit etdilər. Təcili kimyaterapiya müalicəsi alması lazım olsa da, bətnindəki uşağa görə bunu edə bilmədilər. Nəhayət, 2007-ci ildə Harvey 33 həftəliyində dünyaya gəldi. Bundan sonra Ashley kimyaterapiya müalicəsinə başladı. Ancaq həkimlər çox ümidsiz idilər. Hətda bir neçə həftəlik ömrü qaldığını düşünürdülər. Ashley oğlunun böyüdüyünü görməyəcəyindən çox üzülürdü. Bu səbəbdən də mücadilə etməkdən vaz keçmirdi. Harveyin dünyaya gəlişi anasına güc verdi və onun həyata daha sıx bağlanmasına səbəb oldu. Şişlər Ashleyin beyninə də yayılmışdı. Bu səbəbdən də sağ gözünü aça bilmirdi. Kimyaterapiyadan sonra Ashleyin saçları da tökülürdü. Həkimlər öncə ənsədəki şişi götürdülər. Daha sonra çənəsinə sıçrayan şiş beş həftə sonra ağciyərinə və qaraciyərinə yayılmağa başladı. Ashleyin vaxtı daralırdı. Ashley yüksək dozada kimyaterapiya müalicəsi aldı. Həkimlər beyindəki şişə müdaxilə edə bilmirdi və tək ümidləri kimyaterapiyaya qalmışdı. Ashley bu arada körpəsi, ailəsi, və yaxın rəfiqələri ilə mümkün qədər çox zaman keçirməyə çalışırdı. Birdən bir möcüzə baş verdi 2008-ci ilin yaz aylarında Ashleyin rentgen müayinələri tamamən təmiz çıxdı. Xərçəng şişlərindən əsər əlamət qalmamışdı. Özünü ölümə hazırlayan Ashley yaşayacağını öyrənincə sevincindən göylərə uçdu. Ancaq hekayə burada da bitmədi. Aldığı kimyaterapiyadan sonra həkimlər Ashleyə bir daha övlad dünyaya gətirə bilməyəcəyini demişdilər. Harley onun ilk və son körpəsi olacaqdı. Bunun üstündən iki il keçdikdən sonra Ashley ikinci körpəsini, 2016-cı ildə isə, üçüncü körpəsini dünyaya gətirdi. Bu gün Ashley üç övlad anasıdır və 9 ildir ki, bədənində xərçəngə dair heç bir əlamət görünmür. “Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Çünki anası onu (bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onun ana bətnində daşınma və süddən kəsilmə müddəti otuz aydır (9 ay bətndə, 21 ay ana südü ilə bəslənir). Nəhayət, insan kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən günahlarımdan Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam!” “Qumsal təpələr” surəsi, 15-16. Müqəddəs kitabın bu və digər ayələrində Allah-təala insana yeni doğulan körpənin 21 ay ana südü ilə bəslənməsini tövsiyə edir. Həmçinin, bildirir ki, belə uşaqlar böyüyüb 40 yaşına çatarkən kamil olarlar və həyatı dərk edərək, günahlarına görə tövbə edib, Allaha sığınarlar. Sual yaranır: niyə məhz 21 ay? Elmi-lədun hesablamalarımız göstərir ki, bu tövsiyə 21 ədədindəki hikmətlə bağlıdır. Odur ki, bu hikmətə birlikdə nəzər salaq. Bildiyimiz kimi, həm Yerin, həm də Göyün yeddi qatdan ibarət olması “Quran”da təsbit olunmuş və bunu elm sübut etmişdir. Həmçinin, Allah qarşısında səcdə edən hər bir insana fikir versək, onun yeddi üzvünün ”“ 2 ayaq, 2 diz, 2 əl və 1 alın ”“ yerə toxunduğunu görərik. Beləliklə, Yer, Göy və Allaha baş əyən kamil insanın qatlarını toplasaq 21 ədədinin alındığını görərik: 7 + 7 + 7 = 21 21 ədədi “Quran”ın “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd müqəddəs kitabda elm, kamillik və Peyğəmbərlik rəmzi sayılır. Araşdırmalarımız göstərir ki, insanda elm və digər insani keyfiyyətlərin (kamilliyin) təməli ana südü ilə qoyulur. Bu təməlqoyma prosesi 21 ay çəkir. Ona görə də hər şeyi qabaqcadan hesablayan və bilən Yaradan yeni doğulmuş körpənin məhz 21 ay ana südü ilə qidalandırmağı bir çox ayələrdə tapşırmışdır. Bildiyimiz kimi, “Quran” insanın “texniki pasport”u olaraq göndərilmişdir ”“ necə ki, hər bir alim ixtira etdiyi cihazın işləmə qaydasını göstərən teniki pasport yazar. Təəssüflər olsun ki, məişətdə işlətdiyimiz cihazlarda problem yaranmasın deyə onun texniki pasportunu tez-tez oxuyub əməl etdiyimiz halda, özümüzün, yaxud övladlarımızın həyatında problem yaranmaması üçün Yaradanımızın bizə göndərdiyi “texniki pasport”u bir dəfə də olsun oxumuruq (yaxud, əməl etmirik). Haşiyə çıxaraq qeyd edim ki, bu yaxınlarda doğulduğum kəndə yolum düşdü və orada qısa bir sorğu apardım. Məlum oldu ki, böyük bir kənddə bir dənə də olsun tərcümə “Quran” yoxdur. Bilirəm ki, bütün kəndlər belədir (ən çox 1-2 kitab ola bilər). Mollalarda olan ərəbcə “Quran”ı isə, heç özləri başa düşmürlər, nəinki dinləyənlər. Odur ki, aparılan araşdırmalar göstərir ki, yeni doğulan körpələrin 80 faizi ana südü ilə deyil, sünü qidalarla yemlənirlər. Bunun nə demək olduğunu dərk etmək üçün başqa bir statistikaya nəzər salaq. Aparılan araşdırmalar zamanı məlum olur ki, ağır cinayət törədən məhkumların 92 faizi belə süni qida ilə bəslənələr olub! Buradan belə nəticə çıxır ki, analar öz övladlarına 21 ay süd verməməklə onlarda tərbiyənin, əxlaqın, insan və Vətən sevgisinin, bir sözlə, kamilliyin təməlini qoymurlar. Məhz təməlin olmaması səbəbindən gələcəkdə övlad bu keyfiyyətləri əxz edə bilmir və beləliklə, bütün bu insani hisslərdən məhrum olur. Nəticədə belə insanların 92 faizi ağır cinayətlər törədirlər. Buradan belə nəticə də hasil olur ki, analar körpələrin südünü kəsməklə, əslində cinayətkarlığın və gələcək cinayətlərin təməlini qoymuş olurlar! İndi bildinizmi bu gün cəmiyyətimizdə ana sevgisi, Vətən sevgisi, böyüyə hörmət və s. insani hisslər niyə qəhətə çıxıb?! Valideyn övlada (və yaxud əksinə), qardaş-qardaşa, qohum-qohuma qonşu-qonşuya qənim kəsilib! İnsanlar əqrəb kimi bir-birlərini sancmağa məqam gəzirlər. Çünkü, körpəlikdə yedikləri qidaların tərkibi əqrəb, siçan, və s. vəhşi heyvanların geni ilə zəngindir. Bütün bunlar insanlarda genetik dəyişməyə, genetik mutasiyaya səbəb olmuşdur. Bu səbəbdən bu gün insanlarda aqressiya, cinayətə, pisliyə meyllilik çox güclüdür, nəinki insani hisslər. Bu gün qadınlar arasında sürətlə yayılan süd vəzlərində şişlərin yaranması da 21 ay südlə qidalandırma barədə “Quran”dakı tapşırığa əməl etməməyin nəticəsidir! Beləliklə, Allahın tövsiyyəsinə əməl etməyən analar övladlarının fiziki və mənəvi sağlamlıqları ilə yanaşı, öz sağlamlıqlarını da risk altında qoyurlar. “Quran”ın “Loğman” surəsində iki il ana südü ilə qidalananların hansı tərbiyələrə malik olduqları barədə belə buyrulur: “Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük günahdır!” “Biz insana ata-anasına yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı tövsiyə etdik. Anası onu bətnində çox zəif bir halda daşımışdı. Uşağın süddən kəsilməsi isə iki il ərzində olur. Biz insana buyurduq: “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!” “Əgər ata-anan bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, bu işdə onlara itaət etmə. Qalan dünya işlərində onlarla gözəl keçin, onlara itaət et”. “Loğman öyüd-nəsihətinə davam edərək dedi: “Oğlum, dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), hər şeydən xəbərdardır!” Oğlum! Namaz qıl, insanlara yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Bu yolda sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu dediklərim vacib əməllərdəndir!” “Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! “Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və danışanda səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” “Loğman” surəsi, 13-19-cu ayələr. Bütün bunlar bir daha sübut edir ki, analarımız Allahın tövsiyyəsinə əməl edərək, körpələrini 21 ay ana südü ilə bəsləməlidirlər. Bu onların həm özlərinin, həm də övladlarının (fiziki və mənəvi) sağlamlığının qarantiyası olar. Çünki, artıq elm sübut etmişdir ki, insanlıq, mənəvi dəyərlər uşağa məhz ana südü ilə keçir. Bir şərtlə ki, südlə bəslənmə müddəti 21 ay olsun. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |