Son dövrlər koronavirusa yoluxmuş xəstələrlə apardığım videoseanslar öz bəhrəsini verməkdədir (qeyd edim ki, onları klinikada qəbul etmirəm, ancaq online seans edirəm). Artıq onlarla xəstənin həyata qayıtmasına vasitə olduğuma görə özümü xoşbəxt sanıram.
Bu Elmi-lədun seanslarla bağlı ünvanıma çoxsaylı suallar gəlməkdədir. Oxucuları ən çox maraqlandıran sual odur ki, bəşəriyyətin bəlasına çevrilən bu pandemiyanın əlində tibb elmi aciz qaldığı halda, necə olur ki, siz onu minlərlə km məsafədən online enerji ötürməklə sağaldırsınız? Ünvanıma bu cür suallar çox gəldiyindən, istərdim ki, bu sualı bir daha cavablandırım. Əvvəllər də bu mövzuda jurnalistlərin suallarına cavab verdiyimdən, bu dəfə fərqli cavab verəcəm. Belə ki, bu dəfə koronavirusun mahiyyətini fərqli mövqedən açıqlamaq fikrim var. Beləliklə, koronavirus nədir və tibb elmi niyə onun əlində aciz qalıb? Nəhəng dövlətlərin səhiyyə sistemlərini çökdürən bu virusun mahiyyətini açmaq üçün ağıl sahiblərinin diqqətini təxminən üç il əvvəl Ağdaş rayonunda baş vermiş bir hadisəyə cəlb etmək istəyirəm. Ölkə əhalisinin yadındadır ki, təxminən 3-4 il qabaq Ağdaşın kəndlərinin birində qeyri adi (paranormal) hadisələr baş verirdi. Naməlum bir varlıq kənd əhalisinin əsəblərini pozurdu. Həyətlərə soxuub, özünü göstərir və yox olurdu. əhali və polislər onu tutmaq üçün birgə postlar qursalar da, heç nəyə nail ola bilmirdilər. Çünki, naməlum varlıq gah görünür, gah da yox olurdu... Həmin dövrdə telekanallarda kənd əhalisindən alınmış müsahibələr yayımlanırdı. Bu müsahibələrdə insanların diqqət yetirə bilmədiyi bir neçə məqamı yada salıb, o məqamları koronavirusla mübarizənin bəzi məqamları ilə müqayisə etmək istərdim. Bu qeyri adi məxluq Ağdaşın bir kəndini bir müddət girinc etdikdən sonra. digər kəndə keçdi. Necə keçdi? Hadisənin şahidi televiziyaya müsahibəsində danışırdı ki, məxluqun daim göründüyü kənddən bir lafet ot alıb, qonşu kənddəki evimizə gətirirdim. Gəlib həyətə çatanda çıxdım lafetin üstünə ki, otu boşaldam, gördüm otun üstündə heç kim olmasa da, sanki burada kimsə uzanıbmış kimi, izi qalıb. Ondan sonra otun gətirildiyi kəndin əhalisi də qonşu kəndin əhalisi kimi gecə gündüz bu gözəgörünməz məxluqun əlində girinc qaldı. Bura da polislər gəldi, postlar quruldu, lakin heç bir nəticə hasil olmadı... Nəhayət, bir neçə aydan sonra bu qəribə varlıq gəldiyi kimi də yox oldu... Bu hadiəni təsadfən yada salmadım. Bir neçə il qabaq gözəgürünməz məxluq Ağdaş əhalisinin rahatlığın necə pozurdusa, bu gün də koronavirus adlanan gözəgörünməz məxluq bütün dünya əhalisinin rahatlığını elə pozub. Yenə də küçələrdə, yollarda polis postları qurulub, əhali qorxu və təlaş içindədir... Lakin, görülən tədbirlər heç bir gayda vermir. Virus bu kənddən o kəndə, o şəhərdən bu şəhərə, bir ölkədən digər ölkəyə sürətlə yayılmaqdadır. Ölkələr, şəhərlər və hətta, kəndlər arasındakı sərhdləri bağlayırlar ki, aparılan yüklər (oxu: ot lafeti), insanların əlləri, paltarları üzərində bu virus (gözəgörünməz varlıq) digər kəndə, şəhərə keçməsin... Məncə, bu müqayisə ilə ağıl sahibləri koronavirusun mahiyyətini az da olsa dərk etdilər. Daha bir müqayisə. Həzrəti Peyğəmbərimiz buyururdu ki, dırnaqlarınızı kəsin, çünki, altında şeytan gizlənir. İndi həkimlərimiz tövsiyyə edirlər ki, dırnaqlarınızı kəsin (yaxud dezinfeksiya edin) ki, altında virus (oxu: karona) gizlənir. Buradan belə anlaşılır ki, həkimlərin virus adlandırdığı elə Peyğəmbərimizin şeytan dediyi varlığın özüdür. Nəzərə alsaq ki, hər ikisi düşdüyü yerdə fəsad törədir, onda müqayisəmizdə yanılmarıq. Müqayisə etdiyim hər iki hal, koronavirusun mahiyyətini açan faktlardır. Buradan aydın olur ki, Quranda haqqında bəhs olunan cinər, şeytanlar müasir tibb və biologiya elmində viruslar, bakteriyalar adlanır (bunların heç biri gözlə görünmür). Tibb elmi Qurandan kənar düşdüyündən, bir çox virus və bakteriyaların, o cümlədən də koronavirusun qarşısını almaqda acizdir. Bizim tətbiq etdiyimiz elmi-lədun müalicə metodunda isə, bütün bunlara kompleks yanaşıldığından, apardığımız müalicələr bir neçə günə nəticə verir və virusa yoluxmuş xəstə tezliklə sağalır. Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi
0 Comments
”Məgər göylərdə və yerdə olanların Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların (hamısının), insanların isə, bəzilərinin Allaha səcdə etdiyini görmürsənmi?” “Quran”, “Həcc” surəsi, 18 Xəbər verildiyi kimi, bu gün – 21 iyun tarixində Günəş tutulması baş verəcək. Elmi-lədun hesablamalarımız göstərir ki, bu tutulma təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Belə ki, Günəş tutulmalarında diqqət çəkən məqamlardan biri, onların 29 ədədi altında baş verməsidir. Bu ədədin mənasını şərh etməzdən öncə, tərtib etdiyimiz cədvəli diqqətinizə çatdırırıq: Cədvəldən göründüyü kimi, tutulmalar 355 günün (Ay təqvimi ilə bir ilin) tamamında təkrar baş verir (bu hal dörd dəfə təkrarlanır). Bugünkü Günəş tutulmasının bizə ötürdüyü kodlaşdırılmış mesajları anlamaq üçün, 29 ədədinin hikmətinə nəzər salaq. Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer kürəsinə işarədir. Çünkü, yerin insan yaşayan quru hissəsi 29 %-dir (yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir). Diqqətinizi daha bir məqama yönəldək ki, “Quran”ın 29-cu surəsi “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar şər qüvvələrin, mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar. Qurani-Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. XXI əsrdə bu əlamətin (tutulmanın) 29 ədədi altında baş verməsi artıq Yer əhlinə kodlaşdırılmış xəbərdarlıq kimi qəbul edilməlidir. Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir. 69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır. Son dövrlər diktatorların hakimiyyətə gəlməsini araşdıran tədqiqatçılar bir məqama xüsusiylə diqqəti cəlb edirlər ki, onların bir çoxu hakimiyyətə 69 ədədi altında (69-cu ildə) gəlmişlər. Bu təsadüfdürmü? “Quran” məntiqinə görə həyatda təsadüf yoxdur! Bəs onda 69 ədədi nəyə işarədir? Yuxarıda qeyd etdiyimiz kimi, 69 ədədi “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd “Quran”da qiyamət rəmzi sayılır. Firoonun prototipləri olan diktatorların da 69 ədədi altında hakimiyyətə gəlmələri və xalqları hörümçək kimi tora salaraq əsarətdə saxlamaları bizə qiyamətin yaxınlaşdığını xəbər verir. Diktatorları təsadüfən hörümçəyə bənzətmədik. Burada da bir riyazi əlaqə vardır. Belə ki, “Hörümçək” surəsinin sıra nömrəsi 29 olmaqla, şər qüvvələrə, tor quranlara, müasir dildə desək mafiya və monopoliyalara işarədir. Maraqlıdır ki, 29-cu surə məhz 69 (!) ayədən ibarətdir. Bu fakt onu göstərir ki, 69-cu və 29-cu surələr həm mahiyyətcə, həm də riyazi yolla biri-birinə bağlanırlar. Sübut üçün daha bir dəlil gətirim: 29 ədədi (29-cu ayə) müqəddəs kitabda məhz 69 dəfə keçir (“Quran”ın altmış doqquz surəsində 29-cu ayə var; qalan surələrdə ayələrin sayı 29-dan azdır). Qeyd edək ki, 29 ədədi həm də, Yerin insan yaşayan (quru) hissəsinə işarədir. Fironun prototipləri olan diktatorların 69-cu ildə hakimiyyətə gəlməsi ilə 29 faizlik Yerdə zülmün əsası qoyuldu və mafiyalar bəşəriyyəti hörümçək kimi tora saldılar. Onların qurduqları dövlətlər də mafiya tipli dövlətlərdir (yaxud, dövlət tipli mafiyalardır). Fərəhli haldır ki, elm və peyğəmbərlik əsri olan XXI əsr başlayandan bəri, bu hörümçək toru dağılmağa başlayıb və Yaradanın iradəsi ilə bu proses irəliləməkdədir. Bu da təsadüfü deyildir. Belə ki: 29 x 69 = 2001 Gördüyümüz kimi bu hikmətli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir. Xatırladaq ki, 21 ədədi “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan bu ədəd “Quran”da elm, kamillik və peyğəmbərlik rəmzi sayılır. Diktatorların əsasən Şərq ölkələrində hakimiyyətə gəlməsini əsas götürən ateistlər bunu İslam dini ilə əlaqələndirmək kimi uğursuz cəhdlər edirlər. Məsələyə açıq gözlə baxdıqda isə, bunun tam əksini görmək mümkündür. Yəni, 29 faiz Yerin hər tərəfində zalımları hakimiyyətə gətirən, mafiya tipli dövlətləri yaradan və bu günədək onarın hakimiyyətini hər vəclə qoruyub saxlayan əslində qeyri müsəlmanlar - yahudi və xaçpərəstlərdir. Bunu görmək üçün heç də yüksək savad tələb olunmur. Sadəcə, azacıq gözüaçıq olmaq yetərlidir. Bugünkü Günəş tutulmasının elmi-lədun təhlili göstərir ki, Yaradan yolun azmış, bəşəri dəyərlərdən uzaqlaşmış insanlara, və onların rəhbərlərinə xəbərdarlıq edir ki, tövbə edib, doğru yola qayıtsınlar və bir-birlərinə zülm etməkdən, əziyyət verməkdən çəkinsinlər. Əks halda xalqları və onların zalım rəhbərlərini ağlasığmaz bəlalar gözləyir. Bu bəlalardan biri də bu gün bəşəriyyətin başı üzərində kabus kimi dolaşan koronavirusdur. Hesablamalarımız göstərir ki, bu və digər bəlalar getdikcə intensivləşəcək və nəticədə ilin sonunadək Yerdəki hazırki əhalinin 29 faizi sağ qalacaqdır. Beləliklə də indiki şeytani dövr başa çatacaq və 21-ci əsrin 21-ci ilindən Dünyada kamillik dövrü başlayacaqdır. Qeyd edək ki, Quranın “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olan 21 ədədi elmi-ləduna görə Peyğəmbərlik və kamillik rəmzi sayılır. "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Paşa Yaqub, psixoterapevt, elmi-lədun bilicisi (paylaşmaqla Yaradanın mesajçısı ola bilərsiz) Son zamanlaradək elm üçün naməlum qalan virus kəskin ağciyər xəstəliklərinə səbəb olur. COVİD-19 adı verilən koronavirus artıq Azərbaycan da daxil olmaqla, bir çox ölkə və ərazidə yayılıb, 400 mindən çox insan ölüb.
Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur. Bundan bir həftə sonra təngnəfəslik əmələ gəlir və bəzi hallarda xəstələrin xəstəxanaya aparılmasına ehtiyac yarana bilər. Əlləri mütəmadi olaraq yaxşıca yumaq virusa yoluxmamaq yolunda ilk addımdır. Elmi lədun bilicisi, psixoloq, parapsixoloq Paşa Yaqub koronavirusa yoxumuş xəstələri videoseansla sağaltdığını iddia edir. O, bununla bağlı “ koronavirus dərmansız da sağaları” başıqlı braşürlər də çap etdirib. Braşürdə virus necə insan bədənində yox etdiyini və sağaltdığı insanların fikirləri əks olunur. “Koronavirusu mən videosesans etməklə sağaldıram. Video vasitəsilə efir enerjisinin dalğalarını ötürürəm. Necə ki, televiziyalar dalğaları ötürür, məndə dalğaları ötürərkən bədənə yayılır. Təz nəşrdən çıxmış braşürdə də koronovirusadan sağalmış insanlar fikirlərini bölüşüb. Nəfəs alamayan və qızdırması düşməyən insanlar bir neçə seansla sağalıblar. Əgər nəticə pozitiv çıxıbsa, enerjini ötürməklə və bu bir neçə seansla neqativə çevirilir. Koronavirus özü də neqativ enerjidir. Daxil olur bədənə və mən həmin mənfi enerjini müsbət enerjiylə əvəz edirəm”. Paşa Yaqub, virusa yoluxmuş şəxsləri yalnız görüntülü qəbul etdiyini və dünyanın bir çox ölkələrindən olan xəstələri sağaltdığını qeyd edir: “Adətən virusa yoluxmuş şəxsləri üzbəüz qəbul etmirəm. Yalnız görüntülü qəbul edərək seans edirəm. Türkiyə, Almaniyada, İspaniyada, Rusiyada və başqa ölkələrdə virusa yoluxmuş şəxsləri təxmini 5-6 seansa sağaltmışam. Sağaltdıqdan sonra yenidən yoxlanıldıqdan sonra həmin şəxslərdə virus aşkarlanmamışdır. Amma bir-iki seansdan sonra həmin şəxs yaxşılaşmağa doğru gedir və rahat nəfəs almağa başlayır”. Parapsixoloqun koronavirus bəlasından xilas etdiyi şəxslərdən biriylə həmsöhbət olduq. Türkiyədə təhsil alan tələbə Seymur Ağayev Paşa Yaqubun tətbiq etdiyi bir neçə seansla koronavirus bəlasından qurtulduğunu bidlirir: “Nəhayət ki, xəstəxanadan çıxdım. Koronavirus bəlasından qurtuldum. Mənə Xəstəxanada baxan həkimlərə, bütün narahat olan dostlara və ən əsası doktor. Pasha Yaquba öz minnətdarlığımı bildirirəm. Mən xəstə olduğum vaxt dostlardan birisi mənə Paşa Yaqubla əlaqə yaratmağımı söylədi. Mən eyni gecədə doktor Paşa Yaquba whatsapda yazdım. Sabah Doktor mənə cavab verdi. Və mənimlə online şəkildə bir neçə seans etdi. Və hələ ilk seansdan mən özümü çox yaxşı hiss etməyə başladım. Və zamanla artıq özümü çox rahat hiss elədim. Və nəhayət dünən mənə bir daha Koronovirus testi olundu. Nəticə neqativ çıxdı. Və mən artıq bu gün xəstəxanadan ayrıldım. Başda Pasha Yaquba və Türkiyə Cumhuriyəti, Tokat dövlət xəstəxanasının həkimlərinə, sonra isə mənə bu zamanlarda dəstək olan bütün dostlara təşəkkür edirəm. Hər kəsə inamlı olmağı tövsiyyə edirəm”. Koronavirus dünyada sürətlə yayılır. Dövlət qurumları insanları virusa yoluxmadan qorumaq və pandemiyanın qarşısını almaq üçün hər gün yeni qadağalar tətbiq edirlər. Bütün bunlar isə ciddi psixoloji gərginliyə səbəb olur. Bəs insanlar belə vəziyyətdə nə etməlidirlər? Psixoloq Gülnar Orucova, Azərbaycanda karantin rejimi tətbiq olunandan insanlarda daha da bədbinləşmə müşahidə olunduğunu bildirdi: “Bütün dünyada insanlar sərbəstçiliyə öyrəşib. İnsanların sərbəstliyinə müəyyən məhdudiyyətlər olanda və bu məhdudiyyətlər insanların həyatını çətinləşdirəndə bu aqressiyaya səbəb olur. Bu aqressiyanı da insanlar müxtəlif cür büruzə verməyə başlayır. Azərbaycanda karantin rejimi tətbiq olunandan insanlar daha da bədbinləşib. Bəzi insanlar xəstəliyin ciddiliyini qəbul edir, bəziləri isə yox. Xəstəliyin ciddiliyini qəbul edən insanlarda panikalar əmələ gəlir. Evdə daha çox sıxıntı çəkməyə başlayırlar. Daim insanlardan özlərini qorumağa çalışırlar. İnsanların psixologiyasına karantin rejimi pis təsir edir”. Hər şeyə rəğmən bilməliyik ki, qəbul edilən qərarlar ilk növbədə ailənin və karantində qalanın təhlükəsizliyi üçündür və ən doğru addımdır. Təbii ki, darıxma, həsrət hissi var, ancaq bunlar müvəqqətidir. Yenə də təmkinli olaraq qərara hörmətlə yanaşmaq lazımdır. İnterPosta.info Ruh belə yaranır - Elmi-lədun araşdırma
Moderator.az saytında dərc olunan “Ruh haqqında bilmədiklərimiz - Elmi-lədun araşdırma” başlıqlı yazımızdan sonra oxucularımız bu mövzuda müxtəlif suallar ünvanlamağa başladılar. Suallardan biri Quranda keçən “Allah sizə şah damarınızdan da yaxındır” ayəsinin şərhi ilə bağlıdır. Nəzərinizə çatdırım ki, hər şey Allahdan qopan nurla yaradılmışdır. Allah ilə Kainat eyni deyil. Allah hər yerdədir; həm zamanın içindədir, həm xaricində; həm dəyişəndir həm də dəyişməyəndir. Allah Kainat və bütün varlıqları Özündən (Öz nurundan) yaratdı və Kainatı aşan, Kainatın şüurunda mütləq və dəyişməz bir varlıq olaraq suverendir. Ruhun tək məqsədi meydana gəldiyi Allaha dönməkdir. Bunun da yolu universal qanun olan təkamüldən keçir. Konkret mənada, Allahın daxilində olduğu Kainatın və varlıqların təkamül yolu ilə dəyişdiyi və inkişaf etdiyi, inkişafını tamamladıqdan sonra dönüşün yenə əzəli və əbədi olan Allaha olacağı şübhəsizdir. Bu geri dönüşdə yalnız təkamülünü tamamlayan ruhlar Allaha qovuşurlar. Kainat Allahın içindədir və sevgi vasitəsi ilə idarə edilir. Necə ki, bədənimizdə orqanlar sevgi yolu ilə biri-birinə bağlı olduğu kimi, Kainatda da hər şey bir birinə sevgiylə bağlıdır. Kainat sanki, iç-içə bir yumaqdır. Burada hər şey biri-birinin içindədədir. Yəni, Kainatın içində insan, insanın içində isə, Kainat var. Cahil və dərrakəsiz (mexaniki) ibadət dövrü artıq başa çatmaqdadır. Bundan sonrakı mərhələdə xeyirli əməllər və bəşəriyyətə sülh gətirən qanunlar yaradılmalıdır. Qarşıdakı dövrdə insanlar o qədər kamilləşəcək, saflaşacaqlar ki, etdikləri yaxşılıqları cəhənnəm qorxusundan deyil, yaradılmışlara sevgi, şəfqət səbəbindən edəcəklər. Paşa Yaqub - Pangeyist (Sülhsevər) Moderator.az saytında elmi-lədun araşdırmalarımız dərc edildikdən sonra,electron ünvanımıza yaradılış və ruh haqqında bir çox suallar gəlməkdədir. Odur ki, bugünkü yazımızı bu mövzuya həsr etmək qərarına gəldik.
Araşdırmalarımız göstərir ki, mələk insanın ağılı, şeytan isə, insanın hissləridir. Şər yoxdur; xeyiri şər edən insanlardır. İnsanlar dininə və milliyyətinə görə yox, ağlına və bacarığına görə bölünməlidir. Bilməliyik ki, üç cür insan var: 1) ağıllı; 2) bacarıqlı; 3) həm ağıllı, həm bacarıqlı. Peyğəmbərləri obyektiv və subyektiv olmaqla, iki qrupa bölmək olar. Obyektivlər Adəmdən Yusif Peyğəmbərə qədər olanlar; qalanları isə, subyektivlərdir. Bunlar da obyektivlerin fikirlərini inkişaf etdiriblər. Elmi-ləduna görə Peygəmbər bilicidir. Kim bəşəriyyətin xeyri üçün calışırsa, şübhəsiz, Allah ona kömək edəcək və elmdə qüvvətləndirəcək. İnsanları və heyvanları hərəkətə gətirən ruhdur. Hər bir insanın iki ruhu var: biri insanın göbəyində olur; ana bətnində inkişaf edir (heyvanlarda olan kimi). Digər ruh isə, insanın beynində olur. Bu ruh əzələ kimidir: insan məşq etdikcə əzələsi inkişaf edən kimi, beyin ruhunu da məşq etdirdikcə sonsuzluğa qədər inkişaf edir”. İnsan ana bətnində olanda onun ikinci ruhu (beyin ruhu) toxum kimi olur. Zaman keçdikcə bu toxum inkişaf edir və sanki, tumurcuqlayır. Həmin tumurcuqlardan meyvə çıxır və o meyvələrdən bir də toxum əmələ gəlir”. Beləliklə, beyin ruhu inkişaf etməyə və bəhrə verməyə başlayır. İkinci ruhunu inkişaf etdirən şəxs məhz Allaha qovuşar. Allahdan bir zərrəcik ayrıldı. Bu zərrəcik həyat zərrəciyi idi. Bu zərrəcik ilk vaxtlar hava, od, su və torpağı yaratdi. Sora bunlar reaksiyaya girərək mineralları yaratdı. Mineralların da ruhu var. Mineral, od, su, hava və torpaq reaksiyaya girərək bitkiləri yaratdı. Sonra isə, bitki, mineral, od, su, hava və torpaq reaksiyaya girərək heyvanları, yəni, hiss duyğularını yaratdi. Daha sora, bunların hamısı reaksiyaya girərək, insanı yaratdı. Allahın zərrəciyi ən çox insanda təcəssüm edir. Ən boyük möcüzə elmdir. Təkamül insanın beynində gedir. Vaxt var idi insan araba uzəldirdi, indi maşın, təyyarə düzəldir. Gələcəkdə yeni-yeni nəqliyyat vasitələri düzəldəcək”. Həqiqətləri dedikləri üçün insanlar bir çox filosofları, peygəmbərləri öldürdülər. Vaxt var idi İbrahim Peyğəmbər bütləri dağıdanda ona qarşı gedən də insanlar idi. O vaxt bütləri müdafiyə edənlərin inadkar gen kodları bugünkü insanlarda hələ də qalmaqdadır. Çoxluğa aldanıb ədalətdən sapmayın. Başınız fikirləşir, ayağınız isə, sizi aparır. Onda nə üçün baş yox, ayaq olursunuz? Paşa Yaqub Xəbər verildiyi kimi, bu gecə (iyunun 5-dən 6-na keçən gecə ) Ay tutulması baş verməkdədir. Elmi-lədun araşdırmalarımız göstərir ki, Ay tutulmaları təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Belə ki, tutulmalar biri-biri ilə “Quran”ın səhifələrinin (286) üç misli olan 858 (!) ədədi ilə bağlanır. (Bildiyimiz kimi, “Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində İslama baxış dəyişənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 səhifəyə yerləşdirilib). “Quran”ın əsas mahiyyəti günahlara görə insanın TÖVBƏ etməsidir ki, bu da üç dəfə deyilir (müqaəddəs kitaba and içiləndə də üç dəfə təkrarlanır). Bunu riyazi dilə çevirsək: 286; 286; 286. Bunları topladıqda isə, 858 ədədi alınır: 286 + 286 + 286 = 858 Bu və digər hesablamalarımız sübut edir ki, 286 ədədi Allahın kodlaşdırılmış möhürü olaraq bütün elmlərin və böyük hadisələrin üzərinə “vurulmuşdur”. O cümlədən, astronomik hadisələrin də üzərində 286 ədədinin üç misli olan 858 ədədini görmək üçün tərtib etdiyimiz aşağıdakı cədvələ diqqət etməyiniz kifayətdir: Bax: 858 gün fərqlə təkrarlanan Ay tutulmalarının cədvəlinə: Cədvəldən göründüyü kimi, baş verən Ay tutlmaları əslində bəşəriyyətin diqqətini “Quran”a yönəltmək (tövbə etmək) üçün Allah tərəfindən göndərilmiş kodlaşdırılmış mesajdır. Onu da qeyd edək ki, qiyamətin əlaməti və gözlənilən bəlaların xəbərdarlığı (siqnalı) olan Ay tutulmalarının ötürdüyü mesajlar bununla bitmir. Elmi-ladun araşdırmalarımız göstərir ki, bütün Ay tutulmaları bir qayda olaraq Hicri-qəməri təqvimi ilə ayın 14-də baş verir. Bununla Yerə hansı kodlaşdırılmış informasiyanın ötürüldüyünü bilmək üçün 14 ədədinin hikmətlərinə nəzər salmaq kifayətdir. Öncə, Ay tutulmalarının cədvəlini hər iki təqvimlə diqqətinizə çatdırırıq: Bax: ayın 14-cü günləri baş verən tutulmaların cədvəlinə: Cədvəldən göründüyü kimi, elm əsrinin bütün Ay tutulmaları 14 ədədi altında baş verir. Sual yaranır ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulub?
Xatırladaq ki, 14 ədədi Quranda “İbrahim” surəsinin sıra nömrəsidir. Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. Hesablamalarımız göstərir ki, 14 ədədi Allahın Öz adına olan “Rəhimli Allah” surəsinə bağlanır və “Quran”da tarazlıq (balans) rəmzi sayılır. Bunu sübut etmək üçün daha bir düsturu diqqətinizə çatdırırıq: "Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı əlli beşdən azdır). Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var). Beləliklə, “Quran”da 55-ci ayə 41 dəfə, 41-ci ayə isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir: 55 - 41 = 14 Bu düstur bir daha “Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, fövqəladə bir elmlə (Allahın birbaşa iradəsiylə) düzüldüyünü təsdiq edir. Ay tutulmalarının da 14 ədədi altında baş verməsinin sirri bu düsturda açılır. Belə ki, xeyirlə şər arasında tarazlığı pozan və zülmə üstünlük verən iqtidarlara Allah tərəfindən mesaj ötürülür ki, hədlərini aşmasınlar və Yerdə tarazlığı (balansı) pozmasınlar. Əvvəlki yazılarımızda ortaya qoyduğumuz faktlardan da görünürdü ki, Yerdə baş verən bütün böyük zəlzələ və təyyarə qəzaları bir qayda olaraq riyazi şəkildə Ay tutulmalarına bağlanır. Bu da sübut edir ki, Ay tutlmaları əslində tarazlığı pozanlara gələcək bəlaların siqnalıdır. Nişirəvanın sarayından niyə 14 sütun uçdu? Zülmkar rəhbərlərdən və 14 ədədindən söhbət düşmüşkən, maraqlı bir tarixi faktı diqqətinizə çatdırım ki, Məhəmməd Əleyhissəlam dünyaya təşrif gətirən gecəsi zalım şah olan fars hökmdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Hadisəni şərh etmək üçün saraya çağrılan münəccimlər və bilicilər uzun müzakirələrdən sonra belə qərara gəldilər ki, səmavi kitablar vasitəsi ilə xəbəri qabaqcadan verilən Peyğəmbər artıq dünyadadır. Onu da bildirdilər ki, Nuşirəvanın hakimiyyəti süqut edəcək və 14 padşah dəyişdikdən sonra Sasanilər dövləti dağılacaq. Çox keçmədi ki, verilən proqnoz özünü doğrultdu və Sasanilər dövləti dağıldı (bu müddətdə 14 dəfə saray çevrilişi oldu ki, hər bir padşahın hakimiyyəti bir neçə ay çəkdi). Xeyirlə şər arasında pozulmuş balans 2020-ci ildə bərpa ediləcək Məlumdur ki, bəşər yaranandan xeyirlə şər arasında həmişə balans olmuşdur. Tarixin elə mərhələləri də olmuşdur ki, xeyirlə şər arasında mövcud balans (birincinin ziyanına) pozulmuşdur. Peyğəmbərlər tarixini araşdırdıqda, məlum olur ki, onların zühuru da məhz belə məqamlarda baş verir. Yəni, Allah-təala xeyirlə şər arasında pozulmuş tarazlığı peyğəmbərlər vasitəsi ilə bərpa edir. Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Yerdəki bu vəziyyət Allah-təalanın qəzəbinə səbəb olmuşdur! Elmi-lədun araşdırmalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər, müəmmalı təyyarə qəzaları, yolxucu xəstəliklərin fəlakət həddinə çatması məhz bu qəzəbin təzahürüdür. Astronomik hadisələrin təhlili, eləcə də elmi-lədun bilgilərimiz göstərir ki, pozulmuş balansı bərpa edəcək şəxs artıq aramızdadır. Bütün bu və ya digər (açıqlanması məqsədəuyğun olmayan) məlumatları təhlil edərək, insanlara tövsiyyə edərdik ki, özlərindən aşağılara zülm etməkdən, əziyyət verməkdən, pozğun həyat tərzi keçirməkdən çəkinsinlər!!! “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19-cu ayə. Zəruri qeyd: 14 ədədinin Qurandakı sirlərini açan yuxarıdakı düstur insan beyninin məhsulu deyildir. Belə ki, bu düsturu Həzrət Cəbrail əleyhissəlam Neftçala rayon sakini Hacı Xalidə vəhy edərək: “Sabah Paşa Yaqub adlı bir nəfər sizə qonaq gələcək, bu düsturu ona ver” deyə, tapşırmışdır. Düsturu insanlara çatdırmaqda Yaradanın mesajı odur ki, cahillər “Məhəmməd “Quran”a özünə sərf edən ayələr əlavələr etdi”, “Ömər Əli haqda olan ayələri oradan şıxardı”, “Aişə haqda ayəni Peyəmbər özündən əlavə etdi” kimi cəfəng fikirlərinə son qoysunlar! Həzrət Cəbrail Əleyhissəlamın bizə nazil etdiyi bu və digər düsturlar “Quran”a insan əliylə müdaxilənin mümkünsüzlüyünü sübut edir! Allah tərəfindən bu (və digər) düsturun bizə vəhy edilməsi həm də onun sübutudur ki, hal-hazırda Azərbaycan Dünyanın Mənəviyyat Mərkəzi olmaqla, burada vəhy qəbul etməyə layiq insanlar yaşayırlar. ALLAH onların vasitəsiylə bəşəriyyətə mesajlarını çatdırır. “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94. Paşa Yaqub, Psixoterapevt, elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |