"Xəstəliklərin bir çoxu tənhalıqdan yaranır" «Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır! “Quran”, 30:21 Son dövrlər psixoloq olaraq apardığım araşdırma və müşahidələr belə qənaətə gəlməyə əsas verdi ki, insanların (özəlliklə də qadınların) tənha yaşaması stress, əsəb gərginliyi yaradır ki, bu da onlarda erkən qocalmaya və bir çox daxili xəstəliklərin yaranmasına səbəb olur. Və bir hikməti də aşkar etdim ki, bütün bunlar insanların YARADILIŞ QANUNLARINA riayət etməmısindən doğur. Yəni, Allah insanı (cinsləri) yaradarkən onların yaşam tərzini müəyyənləşdirən qanunlar (qaydalar) müəyyən edib. Necə ki, alimlər icad etdikləri texnikanın işləməsi üçün teniki pasport deyilən bir kitab yazırlar. Çox təssüf ki, bu gün insanlarımız məişət cihazlarında problem yaranmaması üçün onların texniki pasportlarına ciddi riayət etdikləri halda, öz “texniki paspor”tlarına ”“ “Quran”a bir dəfə də olsun nəzər salmırlar və onun göstərişlərinə uyğun yaşamırlar. Bu da onlarda stresin, əsəb gərginliyinin, nəticə etibarı ilə də bir çox xəstəliklərin yaranmasına səbəb olur. Məsələn, Allah-təala “Quran”da buyurur ki, boşanan qadınlar üç aydan, əri rəhmətə gedənlər isə, dörd ay on gündən (3 ay + 40 gün = 130 gün) sonra ərə getsinlər: “Boşanan qadınlar üç dəfə heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib, gözləməlidirlər. Əgər o qadınlar Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz”. “Quran”, 2:228 “Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün başqa ərə getməyib özlərini gözləməlidirlər. Bu müddət tamam olduqda, artıq onların öz barələrində şəriətə müvafiq surətdə etdikləri işdən sizə heç bir günah gəlməz. Allah etdiklərinizin hamısından xəbərdardır!” “Quran”, 2:238 Gəlin görək bu gün bu tapşırığa əməl edən varmı? Bir çox hallarda həmin qadınların uşaqları olduğundan ya özləri könüllü, ya da ətrafdakıların təzyiqi ilə təkrar ailə qurmurlar. Beləliklə də tənhalığın və həyatlarındakı çatışmazlığın stressin yaşayırlar. Nəhayətdə bir çox psixi və daxili xəstəliklərin yaranmasına və erkən qocalmaya səbəb olurlar. Və yaxud, onlardan bəziləri öz bioloji təlabatlarını kənarda (zina yolu ilə) ödəməyə çalışırlar. Bu halda da həyəcan, stress və qazanılan günahlar insanı mənən çökdürür və ümumilikdə cəmiyyətin mənəvi aşınmasına, çökməsinə gətirib çıxarır (indiki kimi). Araşdırmalarımız göstərir ki, bütün bu anormallıqların kökündə qanunların düzgün tərtib olunmaması (yaradılış qanunlarının nəzərə alınmaması) dayanır. Belə ki, qanunverici orqanlarımız heyvanlar haqqında qanun qəbul edərkən, onların bütün xüsusiyyətlərini (balalama dövrü, ovlama dövrü və s.) nəzərə aldıqları halda, insanlar üçün qəbul etdikləri qanunda bu xüsusiyyətlər nəzərə alınmır. Belə ki, bildiyimiz kimi, bütün dövrlərdə və cəmiyyətlərdə qadınların sayı kişilərinkindən daim üstün olur. Bundan əlavə isə, qadın cinsindən olanlar 15 yaşdan sonra yetkinliyə çatırlar və ailə qurmağa can atırlar (və yaxud bioloji təlabatlarını ödəməyə meyilli olurlar). Qadınlarda hətda 70-80 yaşda da ailə qurmaq şansı yaranarsa, bu onlarda problem yaratmır (fiziki cəhətdən buna qadir olurlar). Kişilərdə isə, bu belə deyildir. Onlar adətən 20 yaşdan sonra ailə qurmağa meyl edirlər (əgər maddi imkanları yol verirsə). 65 yaşdan sonra isə, kişinin ailə qurması fiziki cəhətdən nadir hallarda mümkün olur. Bütün bu və digər (kişilərin ruzi dalıycan, hərbiyə və s. getmələri) faktları nəzərə alanda görürük ki, bütün cəmiyyətlərdə ailə qurmaq istəyən qadınlarla kişilər (tələblə təklif) arasında ən azı üç-dörd dəfə fərq olur. Yəni, hər kişiyə azı 3-4 qadın düşür. Məhz buna görə də hər şeyi qabaqcadan görən və problemləri nəzərə alan Rəbbim bir kişiyə zərurət yaranarsa, dördə qədər qadınla evlənməyə icazə verir: “... sizə halal olan (bəyəndiyiniz) qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər onlarla ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər azad qadın və ya sahib olduğunuz kənizlə evlənin. Bu, ədalətli olmağa daha yaxındır.” “Qadınlar” surəsi, 3-cü ayə. Təəssüfləndirici haldır ki, qanunverici orqanlar bu yaradılış qanunlarını nəzərə almırlar. Nəzərə alsaydılar hər halda cəiyyətimizdə bugünkü anormallıqlar - fahişəlik, zinakarlıq, qadın ticarəti və s. yaşanmazdı. Oxucuda sual yaranacaq ki, parlamentlər niyə bu yaradılış qanunlarını nəzərə almırlar? Araşdırmalarımız göstərir ki, dünyada qadın ticarətinə nəzarət edənlər Avropada oturan və beynəlxalq fondlara rəhbərlik edən masonlardır (!). Onlar demokratiya adı altında ikinci, üçüncü qurup ölkələrin parlament seçkilərinə qrant ayırmaqla, yaxud öz nüfuzlarından istifadə edərək birbaşa idarəçilərə təsir etməklə, qanunların yaradılış qanunları ilə uzlaşdırılmasına (uyğunlaşdırılmasına) heç vəclə imkan vermirlər. Çünki, bu halda “tələblə təklif” bərabərləşər, qadın artıqlığı yaranmaz. Beləliklə də dünyada qadın ticarətinə böyük zərbə dəyər. Ona görə də beynəlxalq fondlara (Hansı ki, bu fondların əsas gəlir mənbəyi qadın ticarəti, insan alveridir.) rəhbərlik edən masonlar müəyyən qədər pul xərcləyib bir çox dövlətlərin qanunverici və idarəedici orqanlarında öz adamlarını yerləşdirirlər və onlar vasitəsi ilə qanunların qəbuluna təsir göstərirlər. Məhz bunun nəticəsidir ki, Avropa və oradan yönləndirilən (təsir dairəsində olan) dövlətlərin qanunlarında bir kişinin saysız-hesabsız qadınlarla, yaxud, qadının çoxlu kişilərlə qeyri-rəsmi şəkildə (vətəndaş nigahı adıyla) birgə yaşamasıına icazə verildiyi halda, rəmi (qeydə alınmış) şəkildə buna icazə verilmir. Bu ona bənzəyir ki, ağacdakı meyvəni oğurluq yeyə bilərsən, amma icazəli (rəsmi, halal) yeyə bilmərsən (?). Bu anormallıq deyilmi? Bunun səbəbi odur ki, yuxarıda qeyd etdiyim kimi, əgər buna rəsmi icazə verilərsə, bekar (ərsiz) qadınların sayı azalar və bu da qadın ticarətinə zərbə vurar (!). İndi sizə aydın oldumu ikinci, üçüncü qurup ölkələrə öz fərdi fondundan milyardlarla pul buraxan adamlar bu pulu haradan və necə qaytarırlar? Məhz QADIN TİCARƏTİNDƏN! Bu gün biz (və bir çox cəmiyyətlər) bunun acılarını yaşamaqdayıq. Cəmiyyətimiz əxlaq faciəsi ilə üzləşib. Qadınlarımız rəsmi şəkildə ailə qurmaqda çətinlik çəkdiklərindən, öz bioloji təlabatlarını qeyri-rəsmi (zinakarlıqla) ödəmək məcburiyyətində qalırlar. Bu da yuxarıda qeyd etdiyim kimi, stresə, əsəb gərginliyinə və bir çox xəstəliklərin yaranmasına, cəmiyyətin pozulmasına, çürüməsinə gətirib çıxarır... Amma insanlarımız (əsasən də qadınlarımız) nəzərə alsınlar ki, Allah hər bir çətinlikdən çıxmaq üçün yollar qoyub. Yəni, sizin bəyəndiyiniz kişiylə nigahınıza dövlət qanunları rəsmi icazə vermirsə (qeyri-rəsmi əlaqəyə icazə verir), onda heç olmasa əlaqənizi Allahın kitabına uyğun qurun: ən azı iki nəfər etibarlı şahid tutun və onların qarşısında ər-arvad olduğunuzu elan edin və üzərinizə şəriətə müvafiq ər-arvadlıq məsuliyyəti götürün. Bu cür nigahı dövlət tanımasa da Allah dərgahında qəbul ediləcək və siz biri-birinizə halal olacaqsınız. Qohum-əqrəba, dost-tanış yanında utanmayacaqsınız. Bu hər halda zinakarlıqdan (günaha batmaqdan, qorxu, həyəcan keçirməkdən) çox yaxşıdır: “... İçərinizdən iki ədalətli şahid tutun. Siz də ey şahidlər! Allah üçün doğru şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona hər çətinlikdən bir çıxış yolu əta edər”. “Quran”, 65:2 Söz ardı: amma, bu məqsədlə heç vaxt siğədən istifadə etməyin. Çünki, siğə mollaların qadın ticarətini nəzarətdə saxlamaq üçün uydurduqları bir üsuldur. Siğədə şahid tutulmadığından bu oğurluq (zina) sayılır və bir qadın eyni vaxtda bir neçə kişi ilə gizli şəkildə əlaqədə olur. Təssüflər olsun ki, bu hal indi çox geniş yayılıb və bunun dinə heç bir aidiyyəti yoxdur. Yuxarıdakı “Quran” ayəsində də buyrulduğu kimi, hər tərəfdən iki şahid tutulmasa o nigah Allah dərgahında qəbul olunmaz və bu zina sayılar.
0 Comments
Moderator.az saytında yayımlanan “İnsan enerjisinə görə Allahdan sonra ikinci qüdrətli varlıqdır...” başlıqlı yazımda insanda olan sirli nöqtələrdən bəhs etmişdim (bax: http://www.moderator.az/news/173147.html ) Qeyd etmişdim ki, bu nöqtələri sıxmaqla hər bir insan paralel aləmə çıxa və öz enerjisini istənilən ünvana yönəldə bilər. Yazı oxucular arasında maraqla qarşılandığından bu mövzuda rastlaşdığım daha bir əhvalatı diqqətinizə çatdırıram. Belə ki, Ağdaş rayonunun Xosrov kəndində tədqiqat apararkən, Sovet dönəmində həmin kənddə Rus dili müəllimi işləmiş, hazırda isə, mollalıq edən Məhərrəm müəllimlə tanış oldum. Ondan Ərəb əlifbasını kimdən öyrənməsini soruşanda başına gələn maraqlı bir əhvalatı danışdı. Dedi Sovet dönəmində mən də hamı kimi dini yasaqlara riyayət etmirdim. Buna baxmayaraq, qəlbimdə Allaha, dinə qarşı bir sevgi, maraq vardı. Bir gün qəribə bir yuxu gördüm. Yuxuda iki nəfər məni çağırıb harasa bir otağa apardılar. Otağın başındakı taxtda bir nəfər nurani kişi əyləşmişdi. Məni aparan iki nəfərdən biri o mötəbər şəxsə ərz etdilər ki, dediyin adamı gətirmişik. Mən yaxınlaşıb ədəblə salam verdim və dizi üstə taxtın qabağında oturdum. Taxtda oturan nurani qoca məndən soruşdu ki, niyə Quran oxumursan? Dedim axı mən Ərəb əlifbasını bilmirəm. Dedi bundan sonra oxuya biləcəksən. Belə deyib, taxtdan qalxdı. Gəlib oturduğum yerdə başımın üstündə dayandı. İki əlini başıma qoydu. Barmaqlarının ucu ilə başımın müxtəlif yerlərinə toxundu. Dedi sabah mənim qəbrimin üstünə gedərsən, orada bir heybə asılıb, içərisində Quran var, götür bax, oxuyacaqsan. “Mənim qəbrimin üstünə get” deyəndə baş düşdüm ki, bu kəndimizdə günbəzi olan Şeyx Hacı Bulud babadır. Səhər yuxudan oyandım, gördüyüm yuxunun təsirindən çıxa bilmirdim. Maraq məni götürdü: görəsən mən Ərəb əlifbasın oxuya bilərəmmi? Günbəzə getməyə də ürək etmirdim. Övliyaya inamım olsa da, heç vaxt ora tək getməmişdim. Darvazanın qabağına çıxdım. Bu anda gördüm qonşu qadınlar həmin pirə ziyarətə gedirlər. Onlardan xahiş etdim ki, günbəzin içərisindəki heybədə Quran var, onu mənə gətirin. Tərəddüd etdiklərini görüb, dedim bu gecə Bulud baba özü yuxuma girib tapşırıb ki, o Quranı götür. Beləliklə, qadınlar Quranı mənə gətirdilər. Açdım, başladım yavaş-yavaş oxumağa. Amma, dəqiq bilmirdim ki, düz oxuyuram, yoxsa səhv oxuyuram. Dərsdə oturanda da stolun üstündəki qəzetin qıraqlarına ərəbcə sözlər yazırdım. Bunların da düz, yoxsa səhv olduğunu dəqiqləşdirə bilmirdim. Kəndimizdə Molla Zaman vardı, bir gün getdim onun yanına, dedim bax gör bu yazdığım, oxuduğum düzgün Ərəbcədirmi? Yoxladı, dedi hamısını düz yazmısan, bunları sənə kim öyrədib? Əziz oxucu! Bu cür hadisə tək Məhərrəm müəllimin başına gəlməyib. Mətbuatda buna bənzər bir çox hadisələr barədə xəbərlər verilibdir. Məsələn: 1. 1987-ci ildə Tula vilayətində təqaüdçü Gennadi Sergeyeviç Smirnov yük maşını ilə hasarın arasında qalıb, başından ciddi zədə alır. Növbəti gün alman dilində danışmağa başlayır. 2. 1992-ci ildə isə Yaroslavlda ağır xəstəlik keçirən qızcığaz sağaldıqdan sonra başa düşülməz dildə danışmağa başlayır. Sonradan aydın olur ki, bu eramızdan əvvəl III əsrdə mövcud olan Şumer dilidir. 3. Şotlandiyada 50 yaşlı qadın yuxudan durduqda öz ana dilində qeyri-adi danışdığını hiss edir. Məlum olur ki, bu Cənubi Afrika ləhcəsidir. Halbuki, qadın oralarda heç zaman olmayıb. 4. 1978-ci ildə Volqoqrad vilayətində yaşayan Nikolay Aleksandroviç Lipatov ildırım vurması nəticəsində ağır zədə alır və möcuzə nəticəsində sağ qalır. Sağalandan sonra 3 avropa dilində sərbəst danışmağa başlayır. Və s. Oxucuda sual yaranacaq ki, bütün bunlar necə baş verir? Bu sualın cavabını yuxarıda linkini qoyduğum məqalədə izah etmişəm: insan bədənində (yaxud başında) elə nöqtələr var ki, onlara toxunduqda insan beynindəki yatmış (istifadə edə bilmədiyimiz) şöbələr oyanmağa başlayır və insan indiyədək bacarmadığı işləri bacarır. Bunu kompyuterdəki müxtəlif proqramlara bənzətmək olar. Kompyuterdəki sirləri nə qədər çox bilsən, o qədər çox proqramlarla işləyə bilərsən. Az bildikdə kompyuterdə olan proqramlardan istifadə etmək mümkün olmur. Elm sübut edir ki, insan öz beyninin imkanlarından çox cüzi şəkildə istifadə edə bilir. Elmi-lədun araşdırmalarımız göstərir ki, yaxın bir dövrdə insanlar kamillik mərhələsini keçməyə başlayacaqlar. Bu mərhələni keçəndən sonra onların beyinlərində indiyədək istifadə etmədikləri şöbələr (oxu: proqramlar) aktivləşdiriləcək və bununla da insanlar elmin yüksək mərtəbələrini fəth edəcəklər. Artıq bəşəriyyət bu fazaya daxil olub... “... Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?” “Quran”, “Davar” surəsi, 80-ci ayə Bildiyimiz kimi kompyuter insanın alt kopiyası olaraq yaradılıb. Deməli "alt kopiya”da olan bütün imkanlar məntiqlə "üst kopiya”da (insanda) da olmalıdır. Bu mövzuya elmi-lədun üsulu ilə nəzər salaq. Məhəmməd əleyhissəlamın həyatından bir epizod hamımıza məlumdur ki, ilk vəhyi gətirən Həzrət Cəbrail üç dəfə "Oxu" dedi və hər üçündə eyni cavabı aldı: "Oxuya bilmirəm". Sonra Mələk Peyğəmbəri sıxdı və o, başladı oxumağa. Belə bir sual yaranır: anatomik və bioloji cəhətdən bizdən fərqlənməyən bir şəxsi sıxmaqla tanımadığı əlifbanı oxuyursa bu bizdə niyə mümkün olmasın? Bu suala cavab tapmaqda yenə də elmi-lədun köməyimə çatdı. Mövzunu dərindən anlamaq üçün diqqətinizi daha bir məqama yönəldim: bu gün bəşəriyyətin çox hissəsi xarici informasiya mənbəyinə (internetə) çıxmaq üçün gündə neçə dəfə “alt kopya”da “www” nöqtələrini sıxırlar. Elmi-lədun yolu ilə mənə məlum oldu ki, insan bədənində bəlli üç nöqtə vardır ki, onları hər əlin üç barmağı ilə birləşdirdikdə və bəlli bir duanı (oxu: parolu) dedikdə paralel aləmə (informasiya məkanına) çıxış yaranır. Maraqlıdır ki, bu anda barmaqların (hər əlin üç barmağının) bədənimizdə düzülüşünə baxdıqda "www" formasının yarandığını görürük. Barmaqlarla bu nöqtələri sıxdıqda insanın bəsirət gözü açılır və kainatı bütöv olaraq görə bilir. Yəni, başqalarının adi gözlə görmədiklərini (paralel aləmi, mələkləri...) bəsirət gözü açıldıqdan sonra görmək olur (bu vaxt çiynimdəki mələklərin nurunu ziyarət etməyimi adi sözlə ifadə edə bilmirəm). İndi isə, diqqətinizi internetdə hər gün sıxdığımız "@" işarəsinə cəlb etmək istəyirəm. Hansı ki, bu işarənin funksiyası informasiyanı (enerjini) ünvanlamaqdan ibarətdir. Qeyd edim ki, insan orqanizmində informasiyaya ilk reaksiya verən orqanlar mədə və bağırsaqlardır. Fikir vermisinizmi, qorxulu informasiya qəbul edən insanda öncə mədədə spazma yaranır və bağırsağa ötürür. Beləliklə, insanda sancı yaranır... Elə isə, internetdə mədə-bağırsağın rəngli şəklini tapın və onu "@" işarəsi ilə yanaşı qoyub, baxın. Görəcəksiniz ki, bunlar həqiqətən də, biri-birinin kopyasıdır. Elmi-lədun araşdırmalarım zamanı o da məlum oldu ki, insan mədəsinin üzərindəki bəlli nöqtələrə barmaqlarını qoyaraq, dua (parol sözlər) oxuyanda ondan ayrılan enerji kainatın istənilən nöqtəsindəki texnikanı (böyüklüyündən aslı olmayaraq) dayandırmaq gücünə malikdir. Amma, bu nöqtələri Allahın icazəsi olmadan istifadə etmək mümkün deyildir. Sual edəcəksiniz ki, bəs onda nə bilirsən ki, istənilən texnikanı dayandırmaq olur? Məsələ burasındadır ki, bu nöqtələrdən istifadə edib texnikanı dayandırmaq üçün Rəbbim cəmi bir dəfə - 1999-cu ilin dekabrında icazə verdi (həqqi-yəqinlik hasil olması üçün). Onda da hədəf yerin cazibəsindən kənarda olan Sputnik ötürücü stansiyası oldu. Nəticədə bütün dünyada transliyasiyalar bir dəqiqəlik dayandı. Hadisə baş verən gün Dünyanın bütün xəbər agentlikləri və telekanalları bu müammalı hadisə barədə xəbər yaydılar və Sputnikin Yerdən edilən təsirlə dayandırıldığını bildirdilər. Amma, heç kəs bunun səbəbini, mexanizmini və kim tərəfindən edildiyini izah edə bilmədi. Bu yazıda insanda olan sirli nöqtələrdən bəhs etməklə Sputnik stansiyasının dayandırılma mexanizmini izah etməyə çalışdım. İllər sonra bu hadisənin sirrini açdım ki, insanın hansı enerjiyə malik olması və bu enerjini idarə edə bilərsə hətda Yerin cazibəsindən kənarda olan Sputnik stansiyasını belə dayandırmaq imkanına malik olması bəşəriyyətə bəlli olsun. Bir məqamı da qeyd edim ki, mədənin üzərindəki "@" işarəsinə bənzər nöqtəni sıxarkən insanın enerjisi bir başa Allahın enerjisi ilə birləşir və insan Kainatın istənilən nöqtəsində istənilən texnikanı dayandırmaq gücündə olur. Bilməlisiniz ki, insan öz enerjisinə görə Allahdan sonra ikinci qüdrətli varlıqdır! Yəqin çoxlarınız bu cümləni həzm edə bilməyəcəksiniz. Deyəcəksiniz ki, Allahın Həzrət Cəbrail və s. kimi müqəddəs mələkləri olduğu hlada insan niyə ikinci yerdə olsun? Sualınıza cavab olaraq xatırladım ki, Həzrət Peyğəmbərimiz Meerac edərkən Həzrət Cəbrail onu müəyyən bir sərhəddə qədər müşayət etdi. O sərhəddə çatanda dedi: “Mənə buradan o tərəfə keçməyə icazə verilmir, sən tək get”. Bu cümlənin altında olan mənaya fikir versək görərik ki, Allah Özünə yaxınlaşmaq üçün ən etibarlı mələyinə sərhəd qoysa da kamillik mərhələsini keçmiş insan üçün belə bir sərhəd yoxdur. Yuxarıda qeyd etdim ki, həmin sirli nöqtələrdən Allahın Özünün izni olmadan istifadə etmək mümkün deyildir. Çünki, bu sirləri insanlar bilsələr ondan ancaq fitnə-fəsad törətmək, biri-birlərinə əziyyət vermək məqsədi ilə istifadə edərlər. Necə ki, hazırda ixtira etdikləri texnikaların çoxundan ancaq hərbi məqsədlə istifadə edib günahsız insanları öldürür, yurd-yuvalarını xaraba qoyurlar... Amma, ola bilər ki, gələcəkdə insanlar hamısı kamillik mərhələsini keçsinlər və Allah-təala onlara da bu nöqtələrdən istifadə etməyə icazə versin. Necə ki, Rəbbim buyurur: “Qulum elə bir hala gələr ki, Mən onun görən gözü, eşidən qulağı olaram!” Bir vacib məqamı da vurğulayım ki, insan enerjisindən xəstəliklərin müalicəsində də istifadə etmək mümkündür və çox gözəl effekt verir. Yəni, pasiyyentə enerji ötürməklə, onun daxili enerjisini artırmaq mümkündür ki, bununla da istənilən orqanın pozulmuş funksiyası bərpa olur. Beləliklə, insan depressiyadan və xəstəliklərdən xilas olur, həyat eşqi yüksəlir... Psixoloq olaraq qazandığım uğurların sirri elə bu nöqtələrin yerini bilməyimdədir. Məşhur kahin Nostradamus Yaxın Şərq mənşəli bir Mehdinin (Xilaskarın) Asiyada meydana çıxacağını və onun gəlişiylə, Dünyanın 2016-2020 illəri arasında Qızıl Çağa girəcəyini söyləyir. Məşhur kahin Mehdidən kitabın onuncu dərsinin 75-ci dörtlüyündə bəhs edərək söyləyir: “Uzun müddətdir gözlənilən adam heç dönməyəcək Avropaya; Asiyada ortaya çıxacaq; Hermesin birliyindən gələn biri; Şərqin bütün krallarının üstündə səsləniləcək”. Şifrə şərhçiləri bunu belə şərh edirlər: "Kahin “gözlənilən adam” dedikdə Mehdini nəzərdə tutur, və Mehdi (Xilaskar) Asiyada ortaya çıxacaq". Bəs xəbər verilən Xilaskar (Mehdi) nə vaxt gələcək? Şifrə təhlilçiləri bu tarixi "Qızıl Çağ" olaraq şərh edirlər. Təhlilçi Peter Pendiriyə döyüşlərin ardından insanoğlunun gözəllik və barışla tanış olacağı bu dövrün başlanğıc tarixini belə verir: 2016-2020-ci illər arası. "Pisliyin yaxşılıqla döyüşü" ilə əlaqədar Nostradamusun kral II Henriyə yazdığı məktubu araşdıran Pendiriyə məktubun son sətirlərinə diqqət çəkir: “Bu gün, bu gün və bir az zaman sonrası yox olacaq. Bu uzun sürən dövrdən sonra Saturnun səltənəti, Qızıl Çağ yenidən başlayacaq. Qullarının ağrısını hiss edən Yaradan Şeytanı dibsiz quyunun dərinliklərinə atacaq. Daha sonra Allah ilə insan arasında universal bir sülh başlanacaq. Və Şeytan illər boyunca orada bağlı qalacaq. Və daha sonra bağlarından qurtulacak”. Burada diqqət çəkən məqamlardan biri üçüncü sətirdə Xilaskarın “Hermesin birliyindən gələn biri” kimi xəbər verilməsidir. Bildiyimiz kimi, Hermes Misir mifologiyasında “Tanrının mesajcısı”dır. Yəni, Nostradamus Asiyada ortaya çıxacaq bu liderin əslində Orta şərq ”“ Misir tarixinə bağlı oacağını bildirmiş olur. Araşdırmalarımız göstərir ki, “Hermes” Misir dilində İdris Peyğəmbərin adıdır. Məlum olduğu kimi İdrisin əsl-nəsəbi dörd nəsillə Şis Peyğəmbərə yetişir. İbni Əsir yazır ki, Adəm dünyadan gedəndə İdrisin 368 yaşı vardı. Onun ibri dilində adı Xunux, ərəbcədə isə Uxnux kimi tələffüz olunur. Bəzi tədqiqatlara görə Yunan hikmət alimləri onun adını Hirmisül, yaxud, həkim Hirmis qoymuşlar. Hirmis Ərəbcə olub Yunanca “İrmis” Merkuri ulduzu mə`nasındadır. Onun anadan olduğu şəhəri bəziləri Babul, bəziləri isə qədim Misirin paytaxtı Mənəf şəhərinin olduğunu qeyd edirlər. Nübüvvət mənsəbi Əbul-bəşər Adəm və onun övladı Şisdən sonra bütün xüsusiyyətlər İsmi-əzəm və vəsiyyətnamə ilə ona yetişdi. Əbdül Vəhhab Nəccarın "Qisəsül-ənbiya" kitabında İdrisin Misirə gəlməsi, orada məskunlaşması və camaatı haqqa dəvət etməsi yazılır. Əlavə edir ki, o dövrün camaatı yetmiş iki dildə danışırdılar və Allah-taala bütün bunları ona öyrətdi. İdris də siyasət, şəhər idarəetmə və ölkə qayda-qanunlarını camaata öyrətdi. Həmçinin şəhərsalma yollarını da onlara öyrətdi. Bunun nəticəsində yer kürrəsində 188 şəhər salındı və onların ən kiçiyi Rəha şəhəri idi. İdris camaatı Allahın dininə, yeganəliyinə və Ona ibadət etməyə dəvət edərək deyirdi: "Bu dünyada yaxşı, saleh əməl axirətdə Onun əzabından qurtuluşa səbəbdir". O, camaatı dünyada zöhdlə yaşamağa və ədaləti bərqərar etməyə çağırırdı. Həmçinin, onları müəyyən vaxtlarda namaz qılmağa, müəyyən günlərdə oruc tutmağa, düşmənlərə qarşı cihad etməyə, zəkat verməyə, zəiflərə kömək etməyə, cənabətdən paklığa, it və donuz kimi heyvanlardan çəkinməyə, məstedici içkilərdən uzaq olmağa və s. kimi haram şeylərdən çəkinməyi əmr edirdi. Onlar üçün bəzi bayramlar da təyin etmişdi ki, onlarda qurban kəssinlər. O, özündən sonra gələn peyğəmbəri müjdə verib onun nişanələrini camaata çatdırdı və camaatı üç təbəqəyə - kahinlər, əmirlər və rəiyyətə bölmüşdü. Tarixdə İdris peyğəmbərin ən böyük peyğəmbərlərdən olması və Allah-taalanın bütün mənəvi, zahiri və batini nemətləri onda toplaması qeyd olunur. Nübüvvət mənsəbindən əlavə, zahirdə də qüdrət və əzəmətə çatması, camaatın ona hökmran kimi itaət etməsi və böyük hörmətlə yanaşması yazılır. Belə rəvayət olunur ki, İdrisin dövründə zalım bir padşah yaşayırdı. O zorla camaatın əkin sahələrini və mal-dövlətlərini əlindən almışdı. Onun gözəl bir qadını var idi və işlərini onunla məsləhət edir, onun dediyi ilə rəftar edirdi. Bir gün zülmləri səbəbindən İdrisin nifrətinə giriftar oldular. özü, o gözəl qadını və bütün tabeçiləri naümid oldular. İllər boyu camaata qıtlıq üz verdi... Tarixi mənbələrdə xəbər verilir ki, “İdrisin boyu hündür, sinəsi geniş, səsi alçaq, danışığı sakit və yeriyəndə addımlarını qısa atırdı... O, paltar tikən ilk şəxs idi və hər vaxt iynə vuranda Allaha təsbih edir, onun böyüklüyünü və birliyini xatırladırdı. Hər gün camaatın yaxşı əməl etməklərinə baxmayaraq onun əməlləri asimana qalxırdı". O dövrdə mələklər yerə enib camaatla əl verib salamlaşır və söhbət edirdilər. Bu onların saleh, pak və layiqli bəndə olmalarından irəli gəlirdi. Bu vəziyyət həzrət Nuha qədər davam etdi. Ondan sonra artıq camaat mələkləri görmədilər. İmam Sadiq (ə) Səhlə məscidinin fəziləti barəsində buyurur: "Hər vaxt Kufəyə getdiniz, hökmən Səhlə məscidinə gedib namaz qılın və Allahdan öz istəklərinizi diləyin, çünki, Səhlə məscidi İdris Peyğəmbərin evi idi və orada dərzilik edib namaz qılardı". Sual yaranır: bütün dinlərin, kahinlərin, öngörücülərin xəbər verdikləri Xilaskarı (Mehdini) Nostradamus niyə İdris Peyğəmbərə bağlı olacağını xəbər verir? Tarixi mənbələrdə onun İdris adlandırılması həddən artıq dərs və kitabla məşğul olması ilə əlaqədardır. Tarix və rəvayətlərə görə ilk yazı yazan, paltar tikən və dərzilik öyrədən şəxs İdris idi. Ondan qabaq insanlar özlərini heyvan dəriləri ilə örtürdülər. O, bir çox elmlərin - nücüm (münəccimlik), hesab (cəbr), həndəsə, heyət (astronomiya) və s. elmlərin mənşəyi və ilk müəllimi hesab olunur. İdris bunları heç yerdən oxumurdu (çüki, o dövrdə kitab yox idi), o, bunları elmi-lədun yolu ilə mənimsəyirdi. Yəni, Allahdan gələn vəhylərlə mənimsəyirdi və yazaraq insanlara öyrədirdi. Ona görə də bu elmlərin ilk mənbəyi İdris Peyğəmbər sayılırdı. Müasir dövrdə meydana çıxacaq Xilaskarın da elm cəhətdən İdris əleyhissəlama oxşaması onun elmi-lədun sahibi olacağına işarə verməklə, həm də İdris və ondan sonra gələn bütün peyğəmbərlərin missiyalarını davam etdirəcəyini bildirir. Elmi-lədun araşdırmalarımız ruhda sonsuz sayda funksiyalar olduğunu göstərir. Bunları açmaq qadağan olduğundan qısaca ruhun bir xüsusiyyətini izah etmək istərdik. Ruh bir missiyadır. Ruh həm də kompyuterə yüklənmiş proqrama bənzəyir ki, eyni proqramı iki kompyuterə yükləməklə o kompyuterləri eyniləşdirmək (eyni missiyanın daşıyıcısına çevirmək) mümkündür. Bildiyimiz kimi kompyuter insanın “alt kopyası” olaraq yaradılıb. “Alt kopya”ları proqramlarla eyniləşdirmək mümkün olduğu kimi, “üst kopya”ları (insanları) da ruhlarla (missiyalarla) eyniləşdirmək mümkündür (bu barədə bundan artıq yaza bilmərəm, necə istəyirsiz qavrayın). Qısa olaraq onu bildirək ki, zühuru 2016 ”“ 2020-ci illər arasında gözlənilən Xilaskar əslində İdris Peyğəmbərdən üzü bəri bütün peyğəmbərlərin (o cümlədən İsanın) və imamların (o cümlədən 12-ci İmam Mehdinin) missiyasının davamçısıdır. Yəni, onların elminə yüklənmiş olacaq. O ki, qaldı hmin Xilaskarın bəşəriyyəti hansı ideya ətrafında birləşdirəcəyinə, ötən yazılarımızda qeyd etdiyimiz kimi, bu ideya Pangeya ideyası olacaqdır. (Bax: www.moderator.az/news/172595.html) Yəni, Azərbaycanda meydana çıxacaq bu şəxs Yerin başlanğıc materiki olan və birlik, bütövlük rəmzi sayılan Pangeya ideyasını irəli sürərək, bütün insanları bu ideya ətrafında birləşdirəcək. Beləliklə də Yer kürrəsində sülh, əminamanlıq, insanlıq bərqərar olacaq ki, bu səbəbdən Allah öz bərəkətini yenidən Yerə yağdıracaqdır (hansı ki, bu bərəkət indi Yerdən çəkilib). “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19-cu ayə. "Günəşi işıqlı, Ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, Ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı... !" “Yunis” surəsi, 5. Ayədən göründüyü kimi, Allah-təala Günəşi və Ayı yaradıb ki, insanlar illərin, ayların sayını, hesabını bilsinlər. İnsanların şüuru, elmi artdıqca əvvəlcə Ayın günəş sistemində hərəkətinə uyğun olaraq Ay təqvimini (355 gün) yaratdılar. Elm bir qədər də inkişaf etdikdən sonra Yerin Günəş ətrafında illik dövr etməsinə uyğun olaraq Günəş təqvimi (365 gün) yaradıldı. Adətən inamsız insanlar bu təqvimlərin insan beyninin (elminin, zəkasının) məhsulu olduğunu (Allaha aid olmadığını) iddia etməkdədirlər. Elmi-lədun araşdırmalarımız göstərir ki, hər iki təqvim insan ağlının məhsulu olsa da Allah Öz kodlaşdırılmış “möhür”ünü onların üzərinə vurmuşdur. Bununla da ağıl sahiblərinə sübut etmişdir ki, hər iki təqvimi yaradan Alim bunu Allahın elmi və iradəsi ilə, Onun nəzarəti (izni) altında yaratmışdır. Bunu sübut edən hesablamaları moderator.az saytının oxucularına təqdim edirik. Öncə qeyd edək ki, insanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür. Bildiyimiz kimi, “Quran”ın orjinalı 286 (!) səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələri ingilislərin ideoloji nəzarətinə keçənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 səhifəyə yerləşdirilib (ondan sonra çap olunan “Quran”ların mətnində dəyişiklik edilməsə də, kağız formatı dəyişdirildiyindən səhifələrin sayı artdı). Əvvəlki yazılarımızı izləyən oxucularımıza məlumdur ki, bütün Günəş, Ay tutulmaları, eləcə də Yerdə baş verən zəlzələ və qəzaların üzərində 286 ədədini görmək mümkündür. Başqa sözlə desək, bu ədəd Allahın kodlaşdırılmış “möhür”ü olaraq, Onun elmi ilə baş verən bütün hadisələrin üzərinə vurulmuşdur. Novruz bayramı ilə yeni il bayramı arasında qalan günlərin sayı 286 olduğu kimi, “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq (Qurban bayramından sayılmaqla) 286 gündür! Araşdırmalarımız göstərir ki, Allah öz “möhür”ünü insanın yaradılışı üzərinə də vurmuşdur. Belə ki, insan ana bətnində 286 (!) günə yaranır: cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. Bütün bu və ya digər hesablamalar göstərir ki, alimlər tərəfindən tərtib edilən təqvimlər əslində Allahın elmi və iradəsi ilə yaradılmışdır. Bunu sübut etmək üçün Allah Öz kodlaşdırılmış “möhür”ünü hər iki təqvim üzərinə burmuşdur. Yeri gəlmişkən, onu da qeyd edək ki, 286 ədədi həm də “Quran”ın “İnək” sursinin ayələrinin cəmidir. Artıq elm sübut edir ki, hər bir inəyin anatomik quruluşu 286 (!) sümüyün birləşməsindən ibarətdir. Moderator.az saytında yayımlanan “Salvador Dalinin əsərinin sirləri açıldı” başlıqlı məqaləm sosial mediyada geniş müzakirələrə səbəb olub (məqaləni bu linkdən oxumaq olar: http://www.moderator.az/news/172403.html ).
Yazıda qeyd etmişdim ki, “Geopolitik uşaq yeni insanın doğumunu seyr edir” adlı rəsm əsərində doğulan uşaq Azərbaycanda meydana çıxacaq Pangeya ideyasına işarədir. Bu ideya bütün bəşəriyyəti öz ətrafında birləşdirərək, Yerdə sülhü, əminamanlığı bərqərar edəcəkdir. Bununla da Yer sakinləri bu günkü müharibə və səfalət girdabından xilas olacaqlar... Oxuculardan bəziləri bu sirlərin açmasına inansalar da, bunu yazıçı təxəyyülünün məhsulu, müəllifin subyektiv fikri adlandıranlar da oldu. Yazdığım fikirlərin subyektiv olmadığını və Allahdan gələn bir xəbər olduğunu sübut etmək üçün daha bir sirri diqqətinizə çatdırmaq istəyirəm. Yazıda Dünyanın ilk yaranışda tək bir materikdən ibarət olduğunu, həmin materikin isə Pangeya adlandığını yazmışdım. Bu materik zaman-zaman 6 hissəyə parçalanıb. Bu gün sizə açacağım sirr bu Pangeya materiki haqqındadır Belə ki, insanlar hər gecə bu materiki görsələr də, əslində bunun Pangeya olduğunu heç vaxt ağıllarına gətirməyiblər. İndi mən sizə həmin materikin yerini göstərirəm: axşam qaranlıq qovuşandan sonra başınızı qaldırıb Aya baxın; Pangeya materikini orada görəcəksiniz. Belə ki, Ay Yer kürrəsinin, üzərindəki ləkə isə, Pangeya materikinin kopyasıdır. Bütün bu və hələlik demək istəmədiyim digər sirlər S. Dalinin əsərinə verdiyim şərhin - Azərbaycanda doğulacaq yeni ideyanın bəşəriyyəti xilas edəcəyi barədəki fikirlərimin subyektiv olmadığını, Allahın qərarı olduğunu bir daha sübut edir. Ünvanlanan suallar içərisində “Bəşəriyyət birləşib vahid hala gəldikdən sonra ictimayi quruluş necə olacaq?” sualı çoxluq təşkil edir. Həqiqətən, maraqlı sualdır: Bəşəriyyət gələcəkdə hansı quruluşda yaşayacaq: kapitalizm, sosializm, yoxsa kommunizm olacaq? Mənə məlum olan odur ki, gələcəkdə bəşəriyyət bu quruluşların heç birində yaşamayacaq. Gələcək quruluşun adı İnformasionizm olacaq. Bu quruluşda əsas məsələ məlumat olacaq. Doğru-dürüst məlumat hər şeydən qiymətli olacaq. Hakimiyyət quruluşu isə, Meritokratiya olacaq. “Meritokratiya” ”“ savadlıların və ağıllıların hakimiyyəti deməkdir. Yəni, insanlara mənsub olduqları partiyaya görə deyil, malik olduqları savada, ağıla görə yanaşılacaq. Onu da bildirim ki, həmin vaxt insanlarda elm çox güclü inkşaf edəcək və digər planetlərdə yaşayan canlıların elminə yaxın, bəlkə də onlardan çox olacaq. Həmin dövrdə mədəniyyət və incəsənət də indikindən güclü inkişaf edəcəkdir. Belə ki, tikilən binalar insanlara, heyvanlara və ağaclara bənzəyəcəkdir. Yəni, memarlıq o qədər güclü inkişaf edəcək ki, istənilən görkəmli adama bənzəyən, sevdiyiniz heyvana, yaxud, xoşladığınız ağaca, gülə bənzər binalar sifariş edib, tikdirə biləcəksiniz. O ki, qaldı rəsm əsərindəki rəqəmlərin sirrinə, bu başqa bir yazının mövzusudur... Bildiyimiz kimi, məşhur rəssam Salvador Dali (1904-1989) bir çox sirli rəsm əsərləri yaratmışdır ki, bu sirlər, oradakı gizli şifrələr üzərində bu gün də tədqiqatçılar baş sındırmaqdadırlar. Rəssamın belə şifrəli əsərlərindən biri də “Geopolitik uşaq yeni insanın doğumunu seyr edir” adlı rəsm əsəridir. Göründüyü kimi, əsərdə Yer kürrəsi, materiklər təsvir edilib və kürrədən bir uşaq doğulur. Əsərdə diqqət çəkən digər məqam kənarda dayanan qadının əliylə xəritə üzərində Azərbaycanı işarə verməsidir. Bir çox təhlilçilər əsərdəki yeni doğulan körpənin dünyanı xilas edəcək XİLASKAR ”“ İsa Məsih, yaxud, Həzrət Mehdi olduğunu bildirirlər və qadının verdiyi işarə ilə rəssamın bu körpənin Azərbaycandan çıxacağını xəbər verdiyini güman edirlər. Oxucularımıza məlumdur ki, indiyədək elmi-lədun yolu ilə bir çox sirlər üzərindən pərdələri qaldırmışıq. Buna misal olaraq Qız qalasının sirləri, Mendeyeyev cədvəlinin sirləri, Astronomiya, anatomiya, daktiloskopiya və s. elmlərə aid açdığımız sirləri moderator.az saytının oxucularına təqdim etmişik. Bu yazımızda isə, sirli rəssam Salvador Dalinin sözü gedən əsərindəki sirləri oxucularımıza təqdim edirik. Elmi-lədun araşdırmalarımız göstərir ki, əsərdəki doğulan uşaq PANGEOİSTdir. Nədir (kimdir) Pangeoist? Bunu izah etmək üçün Yer kürrəsinin əvvəlki halına qayıdaq. Elmə məlumdur ki, ilk yaranışda Yer kürrəsində cəmi bir materik olub ki, onun da adı Pangeya olub. Həmin materiki əhatə edən okean isə, Pantalas olub. Zaman keçdikcə həmin Pangeya materiki əvvəlcə iki hissəyə - Lavrasiya və Hondvanaya bölünmüşdür. Hazırda isə, altı materik olduğu hamınıza məlumdur. “Pangeoist” sözün mənşəyi isə, “Pan os” ”“ “tam”, “bütöv”, “kök” (özül); “geo” ”“ “Yer” mənası verməklə, “bütöv Yer” mənasını bildirir. Göründüyü kimi, ilk yaranışda Yer bütöv olmuş, əsrlər keçdikcə parçalanaraq indiki halına gəlmişdir. Necə ki, insanlar əvvəlcə bir atadan və bir anadan (Adəm və Həvvadan) doğulduqdan sonra millətlərə, xalqlara parçalandılar; daha sonra irqlərə, dinlərə, təriqətlərə... parçalandılar və hazırki hallarına gəldilər. Həmin eyni atanın və ananın övladları artıq biri-birlərinə düşmən kəsilərək, bir xalq digərinin, bir din o birinin qanını içməyə hazırdır və içirlər də! Salvador Dalinin şifrəli əsərindəki yeni doğulan Pangeoist adlandırdığımız körpə həmin bu parçalanmanın qarşısını alacaq və Yeri əvvəlki halına ”“ bütöv Yer halına gətirəcək şəxsdir. O şəxsin fəaliyyəti ilə Yerdə yaşayan bütün insanlar vahid bir ideya ətrafında birləşərək, bu günkü düşmənçiliyə və müharibələrə son qoyacaq, sülh, əminamanlıq şəraitində yaşayacaqlar. Etiraf edək ki, bu gün bəşəriyyət arasında yaranan qarşıdurmanın kökündə ilk növbədə dinlər dayanır. Daha dəqiq desək din mafiyaları (dinlərin mafiyalaşması) dayanır. Dünyaya açıq gözlə baxsaq “Buddizim”, “Atəşpərəstlik”, “Musəvilik”, “İsavilik” və “İslam” adı altında fəaliyyət göstərən mafiyaların dünya sərvətləri, nüfuz dairəsi uğrunda necə qanlı savaş apardıqlarını görmək olar. Bu savaşda qazanan yuxarıda sadaladığım mafiyalar, onların başında duran mafiozlar; itirən isə, onları din bilib, ardıyca gedən sadə insanlardır. Bu mafiyalar insanları öz ardıyca aparmaq, özlərinə tabe etdirmək üçün ibadətgahlar (kilsələr, sinaqoqlar, məscidlər...) düzəldir və ora “Allah evi” adı verirlər (halbuki, Allah hər yerdə, özəlliklə də insanın qəlbindədir). Mafiya başçılarının gəlir mənbəyi olan bu ibadətgahlarda əsas təbliğat onun üzərində qurulur ki, başqa dinlərə (yaxud təriqətlərə) mənsub olan insanlar sizin düşməninizdir və mütləq onları qətlə yetirib, sərvətlərini və yurdlarını əllərindən almalısınız. Onlar əsasən, savadsız, elmsiz, işsiz-gücsüz insanları öz təsiri altına salaraq, onlara maaş vəəd verməklə müharibələrə cəlb edirlər. Nəticədə həmin müharibədə iştirak edən tərəflərə həm silahlarını satır, həm əsir götürdükləri insanları (onların orqanlarını) satır, həm də qarətçilikdən küllü miqdarda sərvət qazanırlar. Bir çox hallarda müharibədə iştirak edən əsgərlərin maaşlarını və sığortalarını da vermirlər (əsgərlər ölüncə döyüşür, ömürlərini mafiyaların yolunda qurban verirlər). Bütün bunların qarşısın almaq, insanları din mafiyalarının əsarətindən qurtarmaq üçün əsərdə təsvir edilən Pangeoist insanlara elmlənməyi və bu mafiyaların quraşdırdıqları ibadətgahlardan “Allah evləri”ndən uzaq durmağı tövsiyyə edəcəkdir. Beləliklə, onun təbliğatı bütün dünyaya yayılacaq və insanlar öz əvvəlki hallarına ”“ birlik və sülh hallarına qayıdacaqlar. Oxucuda sual yaranacaq ki, Pangeoist ideyasının rəhbəri (əsərdəki doğulan uşaq) və onun ardıyca gedənlər dinsiz olacaqlarmı? Əlbətdə ki, yox! Onlar Yaradanın birliyini qəbul edəcəklər. Öz fəaliyyətlərində elmə, əxlaqa, halallığa və dürüstlüyə - bir sözlə, bəşəri dəyərlərə üstünlük verəcəklər. Sadəcə, indi mövcud olan (mafiyaların nəzarətində olan) heç bir ibadətgaha getməyəcəklər və özləri də heç bir ibadətgah yaratmayacaqlar. Onlar yuxarıda qeyd etdiyimiz kimi, Allahın təkliyini, hər yerdə olduğunu qəbul edəcəklər. Bu səbəbdən onların inancı daha çox bütün kitab verilmiş peyğəmbərlərin babası olan İbrahim Peyğəmbərin təbliğ etdiyi Tovhidə (tək Allahlığa) uyğun gələcəkdir. Bildiyimiz kimi, Tovhid bütün dinlərin mənbəyi, başlanğıcıdır (həmin vaxt ibadətgah olmayıb). Beləliklə, yeni doğulmuş Pangeoist həm millətləri, həmm də dinləri ilkin mənbəyinə, başlanğıcdakı halına gətirəcəkdir ki, bu da insanlar arasında sülhün, əminamanlığın yaranmasına səbəb olacaqdır... Salvador Dalinin “Geopolitik uşaq yeni insanın doğumunu seyr edir” əsərində diqqət çəkən digər məqam xəritə önündə dayanmış qadının Azərbaycana işarə etməsidir. Elmi-lədun araşdırmalarımız göstərir ki, yeni doğulan Pangeoist və onun təbliğ edəcəyi pangeoizm ideyası həqiqətən də çox qısa zamanda Azərbaycanda meydana çıxacaq və buradan bütün dünyaya yayılacaqdır. O ki, qaldı əsərdə təsvir edilən qadına (qadının kimliyinə), həmin qadın bu ideyanın yayılmasına dəstək olacaq güclü bir qadındır ki, kimliyi zaman keçdikcə insanlara məlum olacaqdır... Psixoloq, yazıçı, otuzdan çox kitabın müəllifi olan Paşa Yaqub “Elmi-lədun işığında” kitabını nəşrə hazırlayıb. Hələ çap olunmamış bu kitabın əvvəlki hissələrini Moderator.az saytı yayımlamışdı. Kitabdan daha bir hissəni oxucularımıza təqdim edirik: Aralarında mübahisə düşən iki nəfər hakimlərə müraciət edə bilər. Hakimlər onları dinləyib haqlı tərəfə bəraət qazandırmalı, təqsirkarı isə cəzalandırmalıdır. Ədalətsizliyə yol verməyin. Ata-anasına sayğısızlıq göstərənə lənət olsun! Qonşusunun sərhədini dəyişdirənə lənət olsun! Koru azdırana lənət olsun! Qəribin, yetimin, dulun işinə baxarkən ədaləti pozana lənət olsun! Atasının arvadı ilə yaxınlıq edib atasının şərəfini ləkələyənə lənət olsun! Heyvanla cinsi əlaqəyə girənə lənət olsun! Doğma bacısıyla, atabir bacısıyla, anabir bacısıyla yaxınlıq edənə lənət olsun! Qayınanasıyla yaxınlıq edənə lənət olsun! Pusqu qurub soydaşını öldürənə lənət olsun! Rüşvət alıb günahsız qan tökənə lənət olsun! Əgər bu gün sizə verdiyim nəsihətlərin hamısına dəqiqliklə əməl edib Yaradanın sözünə qulaq assanız, Yaradan sizi bütün xalqlardan üstün edəcək. Yaradanın sözünə həmişə qulaq assanız, bütün bu nemətlər başınızdan töküləcək: şəhərdə də, tarlada da xeyir-bərəkətiniz aşıb-daşacaq; övladlarınız çox, torpağınızın bəhrəsi bol olacaq, heyvanlarınızın balaları, buzovlarınız, quzularınız saya gəlməyəcək. Səbətləriniz, xəmir təknələriniz bərəkətli olacaq. Hər işiniz avand olacaq. Yaradan anbarlarınızı bərəkətli, əl atdığınız hər işi xeyirli edəcək. Yaradan sizə verdiyi diyarda üstünüzə bolluca xeyir-bərəkət yağdıracaq. Yaradanın əmrlərinə riayət edib Onun yolu ilə getsəniz, Yaradan siz sülhsevərləri müqəddəs xalq edəcək. Yaradan mal-heyvanınızı birə-beş artıracaq, torpağınızı məhsuldar edəcək. Yaradan Öz ruzi-bərəkət anbarının, göylərin qapısını açıb torpağınıza vaxtlı-vaxtında yağış yağdıracaq, əlinizin hər işinə bərəkət verəcək. Siz bir çox xalqlara borc verəcəksiniz, özünüz isə borc üçün heç kimə ağız açmayacaqsınız. Əgər Yaradanının əmrlərinə, sizə tapşırdığı əmrlərə həmişə boyun əysəniz, Yaradan sizi quyruq deyil, baş edəcək; siz aşağıda deyil, yuxarıda olacaqsınız. Yox əgər Yaradanın əmrlərinə qulaq asmasanız, bütün əmrlərə və qanunlara dəqiqliklə əməl etməsəniz, bu lənətlər sizi qarabaqara izləyib yaxanızdan yapışacaq: Şəhərdə də, tarlada da lənətli olacaqsınız. Səbətləriniz xəmir təknələriniz lənətli olacaq. Övladlarınız da, torpağınızın bəhəri də, mal-heyvanınızın balaları da lənətli olacaq. Hər işiniz nəhs gətirəcək. Bəd əməllərinizə, Yaradanı unutduğunuza görə gördüyünüz hər işdən lənət, çaşqınlıq, cəza biçəcəksiniz; tez bir zamanda məhv olub yer üzündən yox olacaqsınız. Tutmağa getdiyiniz diyardan kökünüz tamamilə kəsilənəcən Yaradan azar salıb sizi qıracaq. Axırınıza çıxana qədər Yaradan canınıza vərəm, titrətmə, iltihab, qızdırma salacaq, üstünüzə qılınc göndərəcək. Səmum yelindən məhsulunuz yanacaq, onu kif basacaq. Başınızın üstündəki göylər misə, ayağınızın altındakı torpaq dəmirə dönəcək. Başınıza yağış əvəzinə toz-torpaq yağdıracaq, siz məhv oluncaya qədər ölkələrinizdə belə olacaq. Yer üzündə bütün məmləkətlər üçün dəhşət rəmzi olacaq. Meyitinizi göydəki quşlar didəcək, yerdəki heyvanlar parçalayacaq, onları ürküdüb qovan olmayacaq. Yaradan sizi çibanlarla, babasillə, və digər yeni xəstəliklərlə cəzalandıracaq, bədəninizə yara salacaq, dərdinizə dərman tapılmayacaq. Yaradan ağlınızı alacaq, gözünüzü kor edəcək, sizi çaşqınlığa salacaq. Günün günorta çağı, zülmət məhbusu olan kor kimi, əllərinizi sürtə-sürtə gəzəcəksiniz. Bütün işləriniz tərs gətirəcək. Daim sizə fırıldaq gələcək, soyacaqlar, köməyiniz olmayacaq. Nişanlandığınız qızı gəlib başqa kişi zorlayacaq. Ev tikəcəksiniz, içində yaşamayacaqsınız. Üzümlük salacaqsınız, bəhrəsindən dadmayacaqsınız. Öküzünüzü gözünüzün qabağında kəsəcəklər, amma, ətindən bir tikə də yeməyəcəksiniz. Gözünüz görə-görə miniyinizi oğurlayacaqlar, geri qaytaran olmayacaq. Qoyun-quzunuzu düşmənlər aparacaq, hayınıza gələn olmayacaq. Gözünüz baxa-baxa oğlunuzu, qızınızı yadellilər aparacaq. Onların həsrəti sizi üzəcək, amma əliniz heç yana çatmayacaq. Torpağınızın bəhrəsini, yığdığınız bütün məhsulu yadlar yeyəcək. Daim aldanacaq və sıxışdırılacaqsınız. Gördüklərinizdən başınıza hava gələcək. Yaradan dizlərinizdə, ayaqlarınızda, təpədən dırnağadək bütün bədəninizdə ağrılı, sağalmaz çibanlar çıxaracaq. Çox səpib, az biçəcəksiniz. Məhsulunuzu çəyirtkələr yeyəcək. Üzümlüklər salıb becərəcəksiniz, barından bir gilə belə, dərməyəcəksiniz. Qurdlar onun axırına çıxacaq. Torpağınızın hər yerində zeytun ağacları olsa da, bədəninizə sürtməyə yağ tapmayacaqsınız, çünki bütün zeytunlar töküləcək. Oğullarınız, qızlarınız olacaq, amma onları gözüdolusu görməyəcəksiniz, çünki əsir aparılacaqlar. Ağaclarınıza, torpağınızın bəhərinə həşəratlar daraşacaq. Aranızda yaşayan müharibəsevərlər yüksəldikcə yüksələcək, siz isə, alçala-alçala gedəcəksiniz. Siz ona yox, o, sizə borc verəcək. O, baş olacaq, siz isə quyruq. Yaradanın sözünə qulaq asmadığınız, sizə buyurduğu qayda və qanunlara riayət etmədiyiniz üçün bütün bu lənətlər yaxanızdan yapışıb sizə zərbələr endirəcək, ta o vaxta qədər ki, tam məhv olasınız. Bu lənətlər sizin də, övladlarınızın da üstündə bir nişan, bir əlamət olacaq. Ona görə ki, bolluqda yaşayanda Yaradana sevinclə, könül xoşluğu ilə qulluq etmədiniz. Yaradan düşmənlərinizi üstünüzə göndərəcək. Ac-susuz, yarıçılpaq, hər şeydən korluq çəkə-çəkə onlara qulluq edəcəksiniz. Yaradan orada ürəyinizi həyəcanla dolduracaq, gözlərinizin nurunu alacaq, sizi çarəsizliyə düçar edəcək. Həyatınız tükdən asılı olacaq, gecəniz-gündüzünüz səksəkə içində keçəcək, bu gündən sabaha ümidiniz olmayacaq. Qulaq verin, ey göylər, görün nə deyirəm! Ey yer üzü, eşit ağzımdan çıxan kəlmələri. Nəsihətim yağmur olub yağacaq, sözlərim şeh olub damacaq - çəmənliyə çiskinləyən narın yağışlar kimi, yaşıllığa tökülən leysanlar kimi. Yaradanın böyüklüyünü vəsf edin! O, hər işi mükəmməl, bütün yolları haqq; nahaq iş görməyən etibarlı Allah Adildir, Haqqdır! Kitabın ikinci hissəsini bu linkdən dinləyə bilərsiniz: "Kişi paltarı geyən qadından və qadın paltarı geyən kişidən Allah həzar edər " Psixoloq Paşa Yaqub növbəti “Elmi-lədun işığında” kitabını nəşrə hazır-layıb. Hələ çap olunmamış bu kitabın əvvəlki hissələrini moderator.az saytı yayımlamışdı. Kitabdan daha bir hissəni oxucularımıza təqdim edirik: Budur, planetlər qarşınızdadır; baca-rırsınızsa övladlarınıza verməyi vəd etdiyiniz planetləri tutun. Yaradan sizi o qədər çoxaldıb ki, sayınız göydəki ulduzlar qədərdir. Qoy Allah sizi indikindən də min dəfə çox eləsin və necə ki vəd edib, sizi nemət sahibi etsin. İçərinizdən müdrik, bəsirətli, dünyagörmüş adamlar seçin. Hakimlərinizə belə göstəriş verildi ki, “Aralarında münaqişə düşən şəxslərin işinə ədalətlə baxın! Hökm çıxaranda tərəfkeşlik etməyin. Kasıb adamı da böyük adamı dinlədiyiniz kimi dinləyin. Adamlardan qorxmayın, hökm Allahındır”. Sizin sülhsevər davranmağınız başqa xalqlara sizin müdrik, aqil olduğunuzu göstərəcək və bu qayda-qanunlar haqqında eşidən o xalqlar deyəcək: “Bu böyük xalq, doğrudan da, müdrik və aqil bir xalqdır”. Amma, siz ehtiyatlı olun, diqqət edin ki, bu qanunları unutmayasınız, nə qədər ki sağsınız, onlar ürəyinizdən silinməsin. Onları övladlarınıza, nəvələrinizə danışın. Sizlər həmin o qanunları sahib olacağınız ölkədə rəhbər tutub yaşamalısınız. Gözlərinizi göylərə qaldırıb baxanda, asimandakı ordunu - günəşi, ayı, ulduzları görəndə aldanıb onlara səcdə qılmayın, onlara sitayiş etməyin. Allah onları göylər altında yaşayan bütün bəşərə ərməğan edib. Allahın qadağan etdiyi heç nəyin surətində özünüz üçün oyma büt düzəltməyin. Allah siz sülhsevərləri xalqlar arasına səpələyəcək. Ey insanlar, bu gün sizə bəyan etdiyim qanun və hökmlərə qulaq verin. Adam öldürməyin. Zina etməyin. Oğurluq etməyin. Heç kimə qarşı yalandan şahidlik etməyin. Başqasının arvadına tamah salmayın. Heç kimin heç nəyində ”” evində, torpağında, pulunda, varında və dövlətində gözünüz olmasın. Dinlə ey insan! Yaradanı bütün qəlbinlə, bütün varlığınla, var gücünlə sevməlisən. Bu gün sənə əmr etdiyim sözlər ürəyinə həkk olub qalsın. Onları övladına aşıla; evdə oturanda, yol gedəndə, yatanda, duranda onlardan danış. Onları nişan kimi əlinə bağla, qoy alın bağı kimi alnında olsun. Bütpərəstlərlə belə rəftar edin: qurbangahlarını dağıdın, dik daşlarını sındırın, bütlərini kəsin, oyma bütlərini yandırın. Ey sülh sevər insanlar! Siz Yaradanın müqəddəs xalqısınız. Yaradan yer üzündəki bütün xalqların arasından sizi seçib ki, Onun xalqı, Onun xüsusi mülkü olasınız. Buna görə bu gün sizə verdiyim əmrlərə, qanun və hökmlərə cidd-cəhdlə əməl edin. Əgər bu hökmlərə həmişə qulaq assanız və onları yerinə yetirsəniz, Yaradan ata-babalarınıza and içib verdiyi əhdə vəfa edəcək, vəd etdiyi kimi, məhəbbətini sizdən əsirgəməyəcək. Sizi sevəcək, sizə xeyir-bərəkət verəcək, sayınızı çoxaldacaq. O, sizə çoxlu övlad nəsib edəcək, torpağınızın məhsulunu, taxılınızı, yağınızı bərəkətli edəcək; mal-qaranızın, qoyun-keçilərinizin balası çox olacaq. Siz xalqların ən mübarəki olacaqsınız. Aranızda nə bir sonsuz kişi, nə bir sonsuz qadın olacaq. Heyvanlarınızdan biri də qısır olmayacaq. Sizdən hər cür azar-bezarı uzaq edəcək, sizi eşidib-gördüyünüz dəhşətli xəstəliklərə düçar etməyəcək. Qızıl-gümüşə meyl etməyin, elmə meyl edin. İyrənc şeyləri evinizə gətirməyin, yoxsa onlarla bir yerdə məhv olarsınız. Belə şeylərdən ikrah etməli, iyrənməlisiniz; çünki onlar məhv edilməli şeylərdir. İnsanı yaşadan yemək deyil, insanı yaşadan xeyirli əməl və elmdir. Adil insanlar tərəfkeşlik etməz, rüşvət almaz. Yetim üçün, dul qadın üçün ədaləti bərqərar edər; qəribi sevər, ona ruzi, geyim verər. Siz də qəribi sevməlisiniz, çünki, bir zamanlar özünüz də qərib olmusunuz. Kamillik dövründə hər yeddinci il borcdan azad etmə ili olacaq. Alacağı olan hər kəs borclu adamı borcdan azad etməlidir. O, soydaşından, yaxud qardaşından borcunu tələb etməməlidir; çünki, Yaradanın eşqinə borclardan azad edilmə elan ediləcək. Yaradan vəd etdiyi kimi, sizə xeyir-bərəkət verəcək. Siz xalqlara borc verəcəksiniz, özünüz isə borc üçün heç kimə ağız açmayacaqsınız. Bir çox cahil xalqlara ağalıq edəcəksiniz. Sizin isə, üstünüzdə ağalıq edən olmayacaq. Yaradanın sizə verəcəyi diyardakı şəhərlərdən birində soydaşlarınızdan kimsə kasıblasa, ürəyiniz daşa dönməsin, ona qarşı xəsislik etməyin. Əlinizi səxavətlə açıb möhtac olduğu, korluq çəkdiyi şeyi ona borca verin. Ona qarşı səxavətli olun, nə isə verəndə candərdi verməyin, Onda Yaradan əməyinizə, əl atdığınız hər işə xeyir-bərəkət verəcək. Çünki, dünyada hələ ki, kasıblar olacaq. Buna görə də sizə deyirəm: ölkənizdəki fəqir-füqəraya qarşı əliaçıq olun. Yetimlər məktəbi qutardıqdan sonra onları əliboş yola salmayın. Sürünüzdən, xırmanınızdan, zeytununuzun və üzümünüzün məhsulundan səxavətlə onlara pay verin. Yaradan sizə bərəkət verdiyi kimi, siz də onun yaratdıqlarına qarşı əliaçıq olun. Haqq-ədaləti tapdalamayın, tərəfkeşlik etməyin, rüşvət almayın, çünki rüşvət hikmətlinin gözünü kor edər, dürüst adamın fikrini dəyişdirər. Ədalətə, yalnız ədalətə can atmalısınız ki, sağ qalıb Yaradanın sizə verdiyi diyara sahib olasınız. Rəhbərlər çoxlu arvad almamalıdır, yoxsa ürəyi haqq yolundan dönər. Özü üçün çoxlu qızıl-gümüş də yığmamalıdır. Aranızdan pisliyi yox edin ki, bütün cahil insanlar eşidib qorxsun. Yaradanın sizə irs olaraq verdiyi dünyanı murdarlamayın. Əgər soydaşınızın azmış öküzünü ya da qoyununu görsəniz, özünüzü görməməzliyə vurmayın. Onu mütləq aparıb soydaşınıza qaytarın. Lakin yiyəsi sizdən uzaq yaşayırsa və ya onu tanımırsınızsa, heyvanı aparıb özünüzdə saxlayın, yiyəsi axtaranda qaytararsınız. Kiminsə azmış ulağını görəndə, paltarını, yaxud başqa bir əşyasını tapanda da eyni cür davranmalısınız. Özünüzü görməməzliyə vurmayın. Soydaşınızın ulağının, yaxud öküzünün yolda yıxılıb qaldığını görəndə yan keçməyin. Mütləq yiyəsinə heyvanı qaldırmağa kömək edin. Qadın kişi paltarı, kişi qadın paltarı geyinməməlidir. Allah belə adamdan ikrah edir. Əgər ağacda, yaxud yerdə içində bala və ya yumurta olan quş yuvasına rast gəlsəniz və görsəniz ki, ana quş yuvanın üstündə oturub, onun balalarına toxunmayın. Belə edin ki, güzəranınız xoş, ömrünüz uzun olsun. Ev tikəndə damına məhəccər çəkin ki, kimsə damdan yıxılmasın və qanı sizin boynunuzda qalmasın. Öküzlə eşşəyi bir kotana qoşmayın. Yunla kətanın qarışığından toxunmuş parçadan paltar geyinməyin. Aranızdan pisliyi yox etməlisiniz. Heç kim atasının arvadını alıb atasının şərəfinə ləkə gətirməməlidir. Düşmənlərinizə qarşı çıxmaq üçün ordugah quranda özünüzü hər cür murdarlıqdan qoruyun. Nəzir edəndə onu yerinə yetirməyi uzatmayın, çünki, Yaradan bunu sizdən tələb edəcək. Yerinə yetirməsəniz, özünüzə ziyan verənlərdən olacaqsınız. Amma nəzir deməkdən qaçınırsınızsa, bu günah deyil. Verdiyiniz sözün (əhdin) üstündə durun və Yaradana öz dilinizlə könüllü olaraq nə nəzir etmisinizsə, yerinə yetirin. Qonşunuzun üzümlüyünə girəndə ürəyiniz istəyən qədər üzüm yeyə bilərsiniz, amma, səbətə yığıb aparmayın. Qonşunuzun zəmisinə girəndə əlinizlə sünbül dərib yeyə bilərsiniz, amma zəmiyə oraq vurmayın. Yadellinin, yaxud yetimin işinə baxanda haqqı, ədaləti pozmayın. Dul qadından verdiyiniz borcun əvəzinə girov kimi paltarını almayın. Tarlanı biçəndə yaddan çıxıb tarlada qoyduğunuz dərzi götürmək üçün geri qayıtmayın. Qoy qərib, yetim, dul üçün qalsın. Belə etsəniz, Yaradan hər işinizi avand edər. Zeytun ağacını çırpandan sonra qayıdıb budaqları ikinci dəfə çırpmayın. Qoy yerdə qalan qəribin, yetimin və dulun olsun. Bağınızdakı üzümü yığandan sonra tənəklərdə qalanı yığmağa qayıtmayın. Qoy o, qəribin, yetimin və dulun olsun. Kitabın əvvəlki hissələrini aşağıdakı lentdən izləyə bilərsiniz: Bu gün Azərbaycanda İlaxır və yaxud Torpaq çərşənbəsi qeyd olunur. Bildiyimiz kimi, çərşənbələrin sayı ”“ Su, Yel (hava), Od (enerji) və Torpaq ”“ olmaqla, dörddür.
Elmi-lədun araşdırmalarımız göstərir ki, tariximizdən gələn bu ənənə insanın yaradılış ünsürləri ilə üst-üstə düşür. Belə ki, insan ”“ torpaq, su, hava və ruh (enerji) olmaqla ”“ dörd ünsürdən yaranıb. Məlumdur ki, Novruzun (yeni günün) gəlişi ilə torpaqda oyanış yaranır və əkinçilər ruzi əldə etmək üçün fəaliyyətə başlayırlar. Onların fəaliyyətlərinin əsas istiqaməti TORPAQ və SUdur. Yeri gəlmişkən, Yer kürrəsinin 29 faizi torpaqdan (71 faizi sudan) ibarətdir. Maraqlıdır ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir. Bu fakt Yerin və insanın yaradılışının necə İlahi qanunauyğunluğa tabe olduğunu bir daha sübut edir. Bu da “Nuh” surəsində keçən və yaradılışdan bəhs edən: “Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi” ”“ cümləsinin boşuna deyilmədiyini göstərir. Torpaq həm də bərəkət rəmzidir. “Quran”da torpaqla bağlı diqqət çəkən ayələrdən biri də budur: “Biz möminləri Yerin daim xeyir-bərəkət verdiyimiz Şərq tərəfində yerləşdirdik”. Yer kürrəsinə nəzər salsaq, Qərbə nisbətən Şərqin təbi sərvətlərlə daha zəngin olduğunu və müsəlmanların da bu bərəkətli hissədə məskunlaşdığını aydın görmək mümkündür. (Bu gün dünyada alovlanan müharibələrin də kökündə məhz Şərqin zəngin təbii sərvətləri dayanır.) Bir daha oxucularımızı Torpaq çərşənbəsi münasibəti ilə təbrik edirik. Qoy həyatınız Şərq torpaqları kimi ruzili, bərəkətli olsun. Bəşəriyyətə sülh və əmin-amanlıq arzusuyla: Paşa Yaqub Yazıçı-psixoloq Paşa Yaqub Bakı Beynəlxalq Avtovağzalındakı qarşılaşdığı özbaşınalıqdan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadəyə şikayət edib. Moderator.az-a göndərdiyi şikayətdə deyilir: "Hörmətli Ramin müəllim! Bu gün Ailə üzvlərimi Zərdab rayonuna yola salmaq üçün Bakı Beynəlxalq Avtovağzalına getdim. Kassaya yaxınlaşıb Bakı-Zərdab marşurutuna bilet almaq istədim. Lakin, kassir bu marşuruta bilet satılmadığını bildirdi və ödənişi birbaşa sürücüyə verməyimi məsləhət gördü. Sürücüyə yaxınlaşıb qiyməti soruşdum. Bir sərnişin üçün gediş qiymətinin yeddi manat olduğunu dedi. Onu da bildirmək istəyirəm ki, Bakıdan Zərdaba qədər yolun uzunluğu təxminən iki yüz kilometrdir. Avtovağzalın məlumat bürosundan öyrəndim ki, Bakı-Zərdab marşurutuna biletin rəsmi qiyməti 4 manat 26 qəpikdir. Amma, bilet satılmır. Sürücülər bundan istifadə edərək hər sərnişindən 2 manat 74 qəpik artıq pul alırlar. Qeyd edim ki, həmin marşurutla geriyə qayıtmaq da 7 manatdır. Nəzərə alsaq ki, bu marşurutdan gündə yüzlərlə sərnişin istifadə edir, onda sürücülərin və dispetçerlərin əlbir olaraq nə qədər soyğunçuluq etmələrini təsəvvür etmək çətin deyildir. Hörmətli Cənab Nazir! Ümid edirik ki, səlahiyyətlərinizdən istifadə edərək avtovağzallarda köhnədən məskən salmış mafioz qruplaşmaları dağıdacaqsınız və biz sərnişinlər də istifadə etdiyimiz marşuruta kassadan bilet ala biləcəyik. Hörmətlə: Paşa Yaqub, Avtovağzalın xidmətindən istifadə edən sərnişin" “Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, cəmi aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur. Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!” “Quran”, “İmran ailəsi” surəsi, 42-43.
Bildiyimiz kimi, İslam dini və onun müqəddəs kitabı olan “Qurani-Kərim” qadına böyük dəyər verir. Başqa səmavi kitablardan fərqli olaraq, “Quran”da qadınların adına bir çox surələr vardır. Buna misal olaraq “Qadınlar” (4), “Məryəm” (19), “İmtahana çəkilmiş qadın” (60) surələrini göstərmək olar. Həmçinin, bu müqəddəs kitabın yüzlərlə ayəsində qadınlardan, onların gözəl əxlaqından, kamil imanlarından və Allaha bağlılıqlarından, dualarının Allah dərgahında qəbul olunmasından bəhs olunur: “İmranın zövcəsinin (Hənnənin): “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” ”“ dediyini xatırla! Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”, - söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. (Hənnə:) “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini Şeytanın şərindən Sənə tapşırıram” (dedi). Belə olduqda, Rəbbi Məryəmi yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə Məryəmin ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. Zəkəriyya: “Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!” “Quran”, “İmran ailəsi” surəsi, 35-37. Ayədən görünür ki, Rəbbim kişilərlə (kişi peyğəmbərlər, imamlar, övliyalarla) yanaşı, bəzi qadınlara da hikmət (kəramət) bəxş etmişdir. Məryəmin yanında daim Cənnət ruzilərinin olması da onun kəramətini təsdiq edən ayədir. Dünyada məşhurlaşmış və böyük nüfuz qazanmış kişilərin həyatına nəzər salanda onların hamısının arxasında ləyaqətli bir xanımın dayandığını və bu uğurları qazanmaqda ona dəstək olduğunu görmək olur. Bu faktı Həzrət Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın da həyatında aydın görmək olur. Belə ki, Allah ona elm, hikmət Peyğəmbərlik bəxş etsə də, bu hikməti, elmi təbliğ etmək üçün lazım olan maddi dəstəyi Xədicə xanımın əliylə verdi. Həmin dövrdə və ondan sonrakı dövrlərdə dünyaya maddi cəhətdən zəngin xanımlar çox gəlib-getsələr də öz var-dövlətini Allah yolunda ancaq Xədicə xanım sərf etdi (qıydı). Məhz bu səxavətinə görə də ancaq onun adı bu günümüzə gəlib çıxdı və qiyamətə qədər də Peyğəmbərin adı çəkildikcə, həyatından bəhs edildikcə Xədicə anamızın da adı onunla bərabər çəkiləcək və hörmətlə yad ediləcəkdir. Buna bənzər səxavətli qadınlardan biri də Nigar xanımdır ki, böyük mütəfəkkir Seyid Mir Həmzəyə maddi və mənəvi dəstək olmuşdur. Böyük Sufi Şeyxi onun adını özünə təxəllüs götürərək “Həmzə Nigari” imzasıyla yazıb yaratmışdır. Yeri gəlmişkən, Peyğəmbərimiz qadınlara, qızlara böyük dəyər vermiş və onları ciyərinin bir parçası adlandırmışdır. Bunu aşağıdakı əhvalatdan da görmək olur. Həzrət Əli ilə Həzrət Fatimənin toy günü idi. Peyğəmbər əfəndimiz üzünü Əli əleyhissəlama yutub: - Ya Əli, mənim ciyərimi yer üzündə görsən nə edərsən? - deyə, sordu. İlk dəfə belə çətin sualla qarşılaşan Həzrət Əli duruxur və cavab verməkdə çətinlik çəkir. Məhəmməd əleyhissəlam kürəkəninin duruxduğunu görüb, sualını izah etdi: - Ya Əli, bil ki, hər bir övlad öz valideyninin yerdə gəzən ciyəridir. Fatimə də mənim ciyərimdir. Mənim ciyərimlə necə davranarsansa Fatimə ilə də elə davran. Peyğəmbərimizin öz kürəkəninə dediyi bu hikmətli nəsihət bütün kişilərə aiddir. Hər bir kişi öz qadını ilə davrananda bu faktı mütləq nəzərə almalıdır, bilməlidir ki, qarşısındakı kiminsə ciyərparəsidir. Bir daha bütün qadınların bayramını təbrik edib, onlara sevgi dolu, sevinc dolu, mənalı bir həyat arzulayıram! BAYRAMINIZ MÜBARƏK! Müəllifin yaradıçılığını aşağıdakı linkdən izləyə bilərsiniz: https://www.youtube.com/channel/UCRFRHQVGzDHgG_jA6C-YG3Q İsanın yaranması, ağacların bar verməsİ və xəstəlİklərin müalİcəsİ yellə bağlıdır - MARAQLI3/7/2017 Pasiyentlərimdən biri söhbət edir ki, bu yaxınlarda kliniki ölüm keçirərək o biri dünyaya düşdüm. Orada mənə bir çox hikmətlərin sirlərini izah etdilər ki, onlardan biri də yellə (küləklə) bağlıdır. Belə ki, orada küləyi “rəncbər” (toxumsəpən) adlandırdılar. Çünki, külək olmasa bitkilərin və ağacların toxumları yayılmaz və ruzi-bərəkət olmaz. Bütün bunların səbəbkarı yeldir.
Bu gün Yel çərşənbəsi günü pasiyentimin danışdığı bu söhbət düşdü. Yeldən söz düşmüşkən, əvvəlki yazılarımdan birində bəhs etdiyim İsa Peyğəmbərin yaradılış sirrini də xatırlamaq yerinə düşərdi. Belə ki, İsa əleyhissəlamın da küləklə (üfürməklə) yarandığı “Quran”da öz əksini tapıb: “Belə olduqda, Rəbbi Məryəmi yaxşı qəbul etdi, onu gözəl bir fidan (!) kimi böyütdü...” “İmran ailəsi” surəsi, 37. Burada fidan (bitki) kəlməsi Məryəmin gələcəkdə İsaya bitkilərdə olduğu kimi (tozlanma üsulu ilə) hamilə qalmasına işarə verir. Qurani-Kərimin “Məryəm” surəsində isə, Allah-təala buyurur: “(Cəbrail:) “Mən sənə ancaq təmiz (məsum) bir oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçisiyəm!” ”“ dedi”. Məryəm dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!” (Cəbrail) dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün qüdrətimizə dəlalət edən bir möcüzə, sənə və möminlərə isə dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!” Məryəm artıq Cəbrailin üfürməsi ilə İsaya hamilə oldu və onunla (bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi...”. “Məryəm” surəsi, 19-20-21-ci ayələr. Ayələrdən görünür ki, Həzrəti İsanın yaranma prosesi, bitkilərin tozlanma yolu ilə çoxalma prosesi üst-üstə düşür. Bu da “Nuh” surəsində keçən və yaradılışdan bəhs edən: “Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi” ”“ ayəsini bir daha təsdiq edir. Küləkdən (yeldən) və üfürmədən söhbət düşmüşkən, keçən yazımda xəstəliklərin elmi-lədun üsulu ilə diaqnozu və müalicəsindən bəhs etmişdim (Bax: http://www.moderator.az/news/170886.html ) Bildirmişdim ki, psixologiya ilə elmi-lədunu birləşdirib istənilən ağır xəstəliyə diaqnoz qoymaq və müalicə etmək mümkündür. Mövzuya əlavə olaraq onu da qeyd etmək yerinə düşər ki, elmi-lədun üsulu ilə mənə öyrədilən müalicə metodu da üfürməyə (yelə, küləyə) əsaslanır. Yəni, İsanın yaranmasında və meyvələrin bar verməsində olduğu kimi, xəstəliklərin müalicəsində də üfürmə metodundan istifadə edilir (bunu pasiyentlərim görüblər). Bu vaxt pasiyentə külək vasitəsi ilə daxil olan enerji ondakı bütün neqativ enerjini yox edir ki, bunun da nəticəsi olaraq 5-10 dəqiqə ərzində bədəndə olan ağrılar yoxa çıxır. Beləliklə, psixoloqların və terapevtlərin tətbiq etdikləri müalicə metodları ilə 20-30 seansa (bir neçə aya) sağalan xəstəlikləri üfürmə (küləklə ötürülən enerji) metodu ilə 2-3 seansa uğurlu nəticələr almaq olur. “Axşam siqaret çəkmək üçün həyətə çıxmışdım. Ağacların arasında yadplanetliləri gördüm”. Bu sözləri əməkdaşımıza Masallı rayonunun Tatyan kənd sakini, hazırda Hökməli məktəbində müəllim işləyən Yusif Kazımlı bildirib. Yusif müəllim deyir ki, atama baş çəkmək üçün doğulduğum Tatyan kəndinə gəldim. Saat 23:30 radələrində siqaret çəkmək üçün eyvana çıxdım. Siqareti təzə yandırmışdım ki, birdən eyvanla üzbə-üz ağacların xışıltısını eşitdim, nəsə ağacdan ağaca keçə-keçə mənim qarşımdakı ağaca gəlirdi. Bu zaman elə bil ki, dişlərini şaqqıldadırdı və qəribə bir uğultu səsi gəlirdi. Mən “Yırtıcı xişnik” Amerika filminə bir neçə il əvvəl baxmışdım, oradakı yadplanetlinin gəlişindəki əlamətlər bunda da eynilə oxşayırdı, ona görə də məndə şəkk-şübhə yeri qalmadı ki, gələn fəzalıdır. Amma, qaranlıq olduğundan onun əlamətlərini çox da aydın görə bilmirdim. Məni qorxu hissi bürüdü. Həyətdəki iki bəd itlər də zəncirlərini qırıb qaçmşdılar, gözə dəymirdilər. Adətən hər hənirtiyə hürən itlərin səsi gəlmirdi. Mən yandırdığım siqareti ağaca tərəf tulladım və cəld evə girib qapını kilidlədim. Yarım saat sonra iri fanarı götürüb yenidən eyvana çıxdım və hər tərəfə baxdım. Hər yer sakitlik idi, heç nə görünmürdü. İtlər zəncirlərini sürüyə-sürüyə öz damlarına tərəf gəlirdi. Səhər o səmti yenə yoxladım, amma heç bir iz yox idi. Mən həm UNO-larla, həm də digər dünyalara maraqlanan və NASA-nın ictimaiyyətdən gizli saxladığı bəzi sənədlərlə maraqlanıram , onları daim izləyirəm. Bəlkə də bu səbəbdən onlar məni qorxutmaq istəyiblər. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |