Kolumbiyada baş verən təyyarə qəzasının sirləri “Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq! Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik”. “Quran”, “Yunis” surəsi, 22-23. Xəbər verildiyi kimi, göyərtəsində Braziliyanın “Şapekoense” futbol komandasının olduğu təyyarənin Kolumbiyada qəzaya uğraması nəticəsində 75 nəfər ölüb. Bu mövzuda əvvəlki hesablamalarımızla tanış olanlara məlumdur ki, təyyarə qəzaları təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Elə isə, dünən Kolumbiyada baş verən bu qəzadakı qanunauyğunluqlara nəzər salaq. Əvvəlcə qeyd edim ki, bu qəzada da öncəkilərdə olduğu kimi qanunauyğunluq özünü 114 və 286 ədədləri ilə biruzə verir ki, bu da yolun azmış bəşəriyyətin diqqətini bəşəri dəyərlər toplusu olan “Quran”a, cəlb etmək məqsədi daşıyır (birinci ədəd “Quran”ın surələrinin, ikinci isə, səhifələrinin sayı olmaqla bu ədədlər müqəddəs kitabın kodları sayılır). Məsələn: 1) Bu il avqustun 6-da İtalyanın Berqamo hava limanında “Boeing-737” markalı təyyarə uçuş-enmə zolağından çıxaraq, maşın yoluna girdi. Nəticədə ölən və yaralananlar oldu. Maraqlıır ki, dünən futbolçuları daşıyan təyyarə qəzaya uğrayanda həmin hadisənin 114-cü (!) günü idi. 2) 26 oktyabr 2015-ci il tarixdə Riqa-Bürüssel reysi ilə uçan və içərisində tanınmış azərbaycanlı jurnalistin də olduğu “Boeing-737” markalı təyyarə qəza keçirərək, hava limanından kənarda düzənlik sahəyə düşdü (xoşbəxtlikdən sərnişilər xilas edildilər). Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu hadisə ilə Kolumbiyadakı qəza arasında 400 gün fərq vardır. Bundan “Quran”ın surələrinin sayını çıxdıqda, yenə də müqəddəs kitabın səhifələrinin sayı görünür və bir daha diqqətimizi müqəddəs kitaba yönəldir: 400 ”“ 114 = 286 3) Xatırladım ki, 17 fevral 2016-cı ildə ABŞ-a məxus “Boeing-757” markalı təyyarə İngiltərədə, İngiltərəyə məxsus “A-320” isə, Fransada eyni gündə qəza keçirdilər. Maraqlıdır ki, dünən Kolumbiyada futbolçuları daşıyan təyyarə qəzaya uğrayanda yuxarıda qeyd etdiyim iki qəzanın 286-cı (!) günü idi ki, bu da hadisələrin biri-birinə zəncirvari bağlı olduğunu və biri-birinin davamı olduğunu bir daha sübut edir. 4) 8 may 2015-ci il tarixdə İspaniyada “A-400” markalı (114+286) sərnişin təyyarəsi Coco-Cola (!) zavoduna çırpıldı. Elmi-lədun hesablamalarımız göstərir ki, dünən futbolçular qəzaya uğrayanda həmin hadisənin 572-ci günüdür ki, bundan da “Quran”ın kodunu (286) çıxsaq, yenə də müqəddəs kitabın rəmzi olan 286 ədədi alınır və hadisələrin Allahdan kodlaşdırılmış xəbərdarlıq olduğunu bir daha təsdiq edir: 572 ”“ 286 = 286 5) Braziliya futbolçuları təyyarə qəzasına düşəndə Əlcəzairə məxsus “A-320” təyyarəsinin 117 sərnişinlə birlikdə yoxa çıxmasının 858-ci günü idi: 858 ”“ 286 ”“ 286 = 858 Xatırladım ki, bütün Günəş və Ay tutulmaları (astronomik xəbərdarlıqlar), eləcə də təyyarə qəzaları (kodlaşdırılmış xəbərdarlıqlar) hamısı “Quran”ın səhifələrinin üç misli olan 858 gündən bir təkrarlanır. Bu da onunla bağlıdır ki, insan müqəddəs kitaba and içəndə, yaxud tövbə edib doğru yola qayıdanda bunu üç dəfə təkrarlayır. Bəlkə tövbə edib doğru yola qayıdaq?! Oxucularımızın diqqətini daha bir maraqlı məqama cəlb edək ki, son dövrlər idmançıları daşıyan təyyarələrin qəzaya uğraması halları çoxalmışdır. Bunu necə izah etmək olar? Bizcə bu onunla əlaqədardır ki, müasir dövrdə ölkələr mənasız idman yarışlarına küllü miqdarda pul sərf etməklə, israfçılığa yol verirlər. Hansı ki, həmin ölkələrdə bir tikə çörəyə möhtac olan vətəndaşlar var. Həmin milyonlarla pulu ac insanların sosial problemlərinin həllinə yönəltmək daha savab və Allaha xoş gedən əməl olardı, nəinki onların boğazlarından kəsib hansısa yaramaz futbolçulara verib onları harınlaşdırmaq (idmançıların necə harın və pozğun həyat keçirmələri hamımıza məlumdur). Sual yaranır: ölkələr bəs niyə belə edirlər? Məsələ burasındadır ki, bu gün dünyada idman sektoruna masson lojaları nəzarət edirlər və burada dövr edən milyardlar da son nəticədə onların büdcəsinə daxil olur. Həmçinin, bu lojaların ölkələrə, onların idarəçilərinə təsirləri də kifayət qədərdir. Məhz bu təsirlərdən istifadə edib dövlət büdcələrinin əhəmiyyətli hissəsini mənasız idman yarışlarına ayrılmasına nail olurlar. Burada kütləyə yönəlik psixoloji məqamları (siyasəti) da nəzərə almamaq olmaz. Belə ki, fərdlər tamaşaçı qismində idman meydançasına toplaşdıqda onların şüurlarındakı fərdilik itir və onlar düşüncə qabiliyyətini itirmiş kütləyə çevrilirlər. Məhz bu səbəbdəndir ki, bir komandanın azarkeşi digər komandanın azarkeşini öldürməyə hazır olur (çox vaxtlar da öldürür) lap doğma qardaşı olsa belə. Göründüyü kimi, kütləvi idman yarışları insanların psixologiyasına mənfi təsir göstərir və onları bir növ şüursuz, düşüncəsiz hala gətirir. Masson lojalarının bu cür yarışları artırmalarının (genişləndirmələrinin) kökündə dayanan səbəblərdən biri ”“ bəlkə də ən mühümü məhz budur: insanları fərdi düşüncə qabiliyyətindən məhrum edib, şüursuzlaşdırmaq, kütləyə çevirmək! Onların bəşəriyyətə yönəlik bu fitnə-fəsadı Allahın qəzəbinə səbəb olduğundan tez-tez idmançıları daşıyan təyyarələr qəzaya uğrayırlar. Bu qəzaların “Quran”ın kodlarına bağlanması və biri-biri ilə riyazi şəkildə əlaqələnməsi fikrimizi bir daha təsdiq edir. "İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Ayələrimi (zalımların cəzalanacağı haqda hökmlərin bütün dövrlrə aid olduğunu) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!" “Quran”, “Peyğəmbərlər” surəsi, 37.
0 Comments
İki gün öncə o dünyanı görüb gəlmiş və gördüklərini moderator.az-ın oxucularıyla bölüşən Murad Həsənov adlı bir soydaşımızın məktubunu təqdim etmişdim (yazını bu linkdən oxumaq olar:
moderator.az/news/159857.html Qeyd edim ki, Murad bəy həmin məktubunda yadplanetlilərlə əlaqəsindən və onu əməliyyat etmələrindən, üzərinə izləmə qurğusu yerləşdirmələrindən də bəhs etmişdi. Onun yazdıqlarının dəqiqləşdirib, doğruluğuna əmin olduqdan sonra bu mövzuda onunla olan söhbətimizi moderator.az-ın oxucularına təqdim edirəm: -Mn onları görmüşəm. Hətta onlar məndə müalicə də aparıblar. Məndə qaşınma cox olduğundan elə bilirdim ki, məndə alerqiya var. Qolumda, bədənimdə qızartılar, oval şəklində şişmələr olurdu. Bunu valideynlərim də bilirdilər. Bir gün yuxudan ayıldım hansı ki, bədənimdə şişlər var idi, orada əməliyyat aparılmışdı; yerində nəzərə çarpmayan şramlar qalmışdı. Amma, elə incəliklə əməliyyat edilmişdi ki, indiyə kimi valideynlərim də təəcüblü qalıblar. Və o gündən bəri məndə nə qaşınma, nə şiş, nə də qızartı yoxdur. Hətta, mənim uşaqlıqda anadangəlmə qrijam vardı, sallanirdi, sizdə məni üzürlü hesab eləyin, hər səhər ayılanda kompleks yaşayırdım. Həmin gun ayıldım ki, o da yoxdu. -Bunlar necə baş verdi? Gördüklərinizi, olanları ətraflı təsvir edə bilərsizmi? - Mən onlardan birinin ayağını gördüm dəli oldum, cox qorxurdum. Baxın, mən bunu izah edə bilərəm. Yatmışdım ağzı üstə və mən budilnik qurmuşdum telefonumda ki, səhər tezdən oyanıb insituta gedəm. Səhər üzü onlar peyda oldu başımın üstündə. Ultra səslə - göy ultra işıqla məni keyləşdirdilər. (“otkluçat” elədilər). Mən hərəkətsiz şəkildə donub qaldım. Amma, ən maraqlısı odur ki, gözüm, beynim işləyirdi. Və o anda həmin qəribə varlıqlardan birinin ayağını gördüm, üç dırnaqdan ibarət idi, iki dırnağının üzərində durmuşdu. Mən həm də rəssamam, onların ayaqlarının şəklini çəkim baxın: Boz dəriləri vardı, tükləri yoxdu. Sadəcə adi boz dəri kimi bir şey. Maraqlıdır ki, həmin vaxt budilnik çaldı, mən hərəkət edə bilmirəm. Bir an mən yuxuya getdim. Ayıldığımda budilniki söndrmək istədim və onlar yox idi. Sonra bədənimdəki şişlərin və qrijanın yox olduğunu gördüm. Əməliyyat etdikləri yerlərə diqqətlə baxanda zəif görünən izlər qalmışdı. Onlar da bir neçə gündən sonra yoxa çıxdılar. Indi məndən saglam adam yoxdu inanın. Mən onları dəfələrlə görmüşəm. Onlar mən ancaq tək olduğum otaqda və yalnız yatdığım vaxtı peyda olurdular. -Onlar səni nə vaxt əməliyyat etdilər? - Altı il bundan qabaq olub və əməliyyatdan sonra onları bir daha görmədim. Amma, onlar tərəfindən hər an izləndiyimi hiss edirdim. Sizə bir şey deyim: nə vaxt eyni otaqda kiçik qardaşımla yatanda stolun üstündə qab, stəkan özü-özünə yerə düşürdü və mən çox qorxurdum. Qardaşım da inana bilmirdi. Neçə dəfə qalxıb qabı yerdən götürüb yerinə qoymuşam. Hiss edirdim ki, məndə mikro cip var, yerləşdiriblər bədənimə, onunla izliyirlər məni. Amma, tapa bilmirdim izləmə qurğusunu. Üstündən bir neçə il keçdi, ayağımda dizdan aşağı, baldır tərəfdə dərimin altında balaca yumuru muncuq boyda bir şey məni narahat edirdi. Mən onu evdə hamıya göstərdim. Biz hazırlaşırdıq ki, həkimə göstərək. Səhərisi günü o balaca daş, yəni, mikro cip yoxa çıxdı və yerində zəif iz - şram qaldi. Bir neçə gündən sonra o şram da yoxa şıxdı. Ən maraqlısı odur ki, bir neçə ildən sonra - 2011-ci ildə qarşıma bir insan çıxdı və o mənə çox maraqlı şeylər danışdı. Məlum oldu ki, məndə baş verən şeylər o insanda da olubmuş. O, bir başqa varlıqdan olan qadın cinsində varlıq görübmüş və onda hissiyyat artımı olub. O, insana baxanda onun necə öləcəyini gorə bilirdi. Men ondan maraqlandım ki, mənə necə ölüm gorünür? O, belə cavablandırdı: sən infaktan oləcəksən. Amma demədi neçə yaşda. O insan məndən iki yaş kiçik idi. Mən onu itirdim, nə nömrəsinə zəng catmırdı, nə də özünü tapa bilmədim daha. Sanki o insan yoxa çıxdı. Sontalar bir sənədli filmə baxanda həmin gördüyüm varlıqların təsvirini gördüm orada. Onları görən başqa adamlar da eynən mənim gördüyüm kimi təsvir edirdilər. Filim bele adlanır: “Четвортый видь”. Bütün bunlar kimlərəsə fantastik görünə bilər, amma gerçəkdən bunları yaşamışam. - O gördüyünüz varlıqlar evə necə daxil olurdular? - Onlar evə çox sadə, sanki ruh kimi səssiz-səmirsiz daxil olurlar. Üzərlərində heç bir işıq yoxdur, bizim kimidilər. Amma, danışmırlar. Mənim qorxumu hiss edirdiler. Amma, məni anlayırdılar. Mən isə, onları anlamırdım, çünkü ünsiyyət yaratmadılar. Qeyd: soydşımızın 30 yaşı var. Türkmənistanın Tejen şəhərinin Sabik küçəsi, 52 saylı mənzildə yaşayır. Tikinti sektorunda çalışır. Dünənki yazımda o dünyanı görüb gəlmiş və gördüklərini Moderator.az-ın oxucularıyla bölüşən bir soydaşımızın müsahibəsini təqdim etmişdim
Yazını bu linkdən oxumaq olar: (moderator.az/news/159747.html ) Yazını paylaşandan sonra internet ünvanıma Murad Həsənov adlı daha bir soydaşımızdan məktub daxil oldu. Məktub müəllifi ürək əməliyyatı keçirən zaman ruhunun bədəndən çıxdığını, o dünyada olarkən gördüklərini və eşitdklərini təsvir edir. Oxucu marağına səbəb olacağını nəzərə alaraq, həmin məktubu təqdim edirik: “Türkmənistandakı xəstəxanalardan birində ürək əməliyyatı keçirirdim. Əməliyyat dörd saat çəkdi. Həmin vaxt gördüm ruhum bədənimdən çıxdı. Tunellərdən keçdim. Dəqiqliyi ilə deyə bilərəm ki, haradasa 5-6 dəqiqəyə tuneldən keçdim. Sonra ağ, düm ağ bir yerə çıxdım. Orada təxminən bir addımlıqdan kimsə mənimlə danışırdı. Qorxulu deyildi, sanki adi halmış kimi, özümü rahat hiss edirdim. Mən ilk ora düşəndə bu kəlməni işlətdim: “Nəhayət ki!” O, belə cavablandırdı: “Heç sevinmə, geri donəcəksən”. Mən isə, bu sualı verdim: “Nəyə görə?” O, dedi ki, “sənə hələ ölüm yazılmayıb, ona görə getməlisən geri. Bura alışma, onsuz da geri dönəcəksən”. -Bundan sonra mən səslər eşitdim ki, həkimlər mənə sual verirlər: ozünü necə hiss edirsən, haralardasan? -Mən ayıldım, suala da cavab verdim dedim ki, New Yorkdaydim. Həkimlər ucadan güldülər. Amma, bir soz deyim: nədənsə geri qayıtmaq istəmirdim. Ruhum göydə olanda xəstəxananın kolidorunda gözləyən bütün yaxınlarımı görürdüm ruhum sayəsində. Həmin vaxt ruhum şad idi, rahat idi deyə, geri qayıtmaq istəmirdim. Məni zorla qaytardılar”. Noyabrın 22-də Yaponiyada baş verən 7,4 bal gücündə zəlzələdən sonra maraqlı hadisə qeydə alınıb. Məlumata görə, yeraltı təkanlardan bir neçə dəqiqə keçmiş havada NUO görünüb.
16 yaşlı yeniyetmə tərəfindən çəkilən videoda "uçan boşqab" səmada rahat hərəkət edir. Olayı Moderator.az-a şərh edən tədqiqatçı Paşa Yaqub videoda görünən işığın UNO olmadığını, ruh olduğunu bildirdi. Eyni zamanda tədqiqatçı qeyd etdi ki, bu hadisəni icra etmiş mələklərin də nuru ola bilər. Hansı ki, "Quran"da Allah onlara and içir: "And olsun düzüb qoşan mələklərə!" Hər bir olayı yaradan icraçı mələklər vardır və bu məqamda Allah onların işığını kameraya salmaqla bəşəriyyətə açıq-aşkar mesaj ötürür. Paşa Yaqub onu da vurğuladı ki, hər bir insan bəsirət gözünü açmaqla paralel aləmdə olan icraçı mələklərin nurunu görə bilər. Son vaxtlar KİV-də kliniki ölüm keçirərək o biri dünyanı görüb gəlmiş adamlar barədə müxtəlif informasiyalar yer almaqdadır. Belə şəxslərdən biri də o dünyada gördüklərini Moderator.az-ın əməkdaşına danışmışdır. Adının çəkilməsini istəməyən şəxs bağırsaq əməliyyatı zamanı kliniki ölüm keçirdiyini və bir müddətdən sonra özünə gəldiyini bildirir. Müsahibim kliniki ölüm anında görüklərini belə nəql edir:
-Ruhum bədənimdən çıxaraq tavanda dayanmışdım. Həkimlər ürəyimin vurmadığını görüb təlaşa düşdülər. Mən ruh şəklində qaranlıq tuneldən keçərək işıqlı və gözəl bir məkana düşdüm. Orada məni Cənnəti Cəhənnəmi gəzdirərək dünyanın bir sıra sirlərini izah edirdilər. Bu sirlərdən biri dil haqqında oldu. Dedilər dil orqanizmin keşikçisi funksiyasını yerinə yetirir. Belə ki, daxili orqanlar qazarmada yatan əsgərlər msalındadır. Adətən hərbi qaydalara görə yatan əsgərləri qorumaq üçün qazarmanın qapısı ağzında bir nəfər keşikçi (dnivalnı) dayanır. İnsan orqanizmində həmin keşikçi funksiyasını dil yerinə yetirir. İnsan düşmənlə qarşılaşarkən əgər dil artıq-əskik söz danışarsa və yaxud barışıq yaratmazsa düşmən hücum edərək bədən boşluğunda olan daxili orqanları (oxu: qazarmada yatan əsgərləri) zədələyər ki, bu da insanın ölməsinə səbəb olar. Həmçinin, fövqəladə hallarda dil həyəcan səsi ilə lazımi insanları (və yaxud Allahı) köməyə çağırır ki, bununla da keşikçi funkiyasını yerinə yetirmiş olur. Bir məqamı da qeyd edim ki, dil əgər "özünü pis aparıb" kiməsə sataşarsa bunun ziyanını adətən "qazarmada yatan əsgərlər" (daxili orqanlar) çəkir - düşmən hirslənərək, orqanlardan birini zədələyir. Odur ki, öz təhlükəsizliyini qorumaq üçün insan gərək dili xoş danışığa, artıq sözlərdən çəkinməyə vərdiş etdirsin. İnsan orqanizmi bir hərbi sistemə bənzəyir ki, burada hər cür fövqəladə vəziyyətlərə hazır olmalıyıq. Külək rəncbər funksiyasını yerinə yetirir Müsahibim daha sonra o biri dünyada ona küləyin əhəmiyyətini izah etdiklərini bildirdi: - Dedilər külək olmasa əkin-biçin, bağ-bağat bar verməz. Külək ağacların və bitkilərin toxumlarını ətrafa səpələməklə rəncbər funksiyasını yerinə yetirir. Bütün bu və digər sirlərdən agah etdikdən sonra müsahibim yenə də əməliyyat olunduğu palataya qayıdır və kənardan baxdıqda həyat yoldaşının və övladlarının onun ruhsuz bədəni ətrafında ağladıqlarını görür. Beləliklə ruhu bədəninə daxil olur və yenidən bu aləmə qayıdır. Kimə ki, dərdimi izhar eyləyib, dərman istədim,
Onu özümdən də betər dərdə mübtəla gördüm. (Məhəmməd Füzuli) Azərbaycanda bu ilin 9 ayı ərzində intihar edənlərin sayı açıqlanıb. Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov mətbuata bildirib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmişlərdən 156-sı qadın, 27 nəfəri yetkinlik yaşına çatmayanlar, qalanları isə kişilər olub. Dəhşətli statistikadır! İnsanlar heç vaxt olmayan kimi özlərini öldürməyə meyl edirlər. Araşdıranda məlum olur ki, ən xırda səbəblərdən belə adamlar intihara əl atırlar. İntihar xəbərini eşidən oxucunun ağlına ilk gələn fikir ölkədə iqtisadi vəziyyətinin çətinliyi, kredit borcları və s. maddi problemlər olur və intiharı bu səbəblərə bağlamağa çalışırlar. Şübhəsiz ki, intiharın baş verməsində bu amillərin də rolu az deyil. Amma, səbələri tək maddi problemlərə bağlasaq özümüzü aldatmış olarıq. Çünki, səbəblər tək maddidirsə, bəs onda yetkinlik yaşına çatmayanlar niyə bu qədər intihar edirlər? Axı bizdə məktəblilərə kredit verilmir ki, azyaşlılar borc içində olsunar!? Məktəblinin problemi onun gündəlik məktəbdə xərclədiyi peraşki pulu və yaxud dəftər-qələm puludur ki, bu da o qədər kiçik məbləğdir ki, bunu tapmaması səbəbindən insanın özünü asması heç də normal hal deyil. Araşdıranda məlum olur ki, maddi çətinliklərə görə (və yaxud digər problemlərdən) intihar etdiyi deyilən uşağın həm oxuduğu məktəbdə, həm də yaşadığı məhəllədə eyni problemlərlə qarşılaşan saysız hesabsız uşaqlar var və onlar bu problemləri adi qarşılayıb, gündəlik məişət qayğıları hesab edirlər və belə xırda şeylər üçün intihar etmək heç ağıllarına belə gəlmir. Yaxud, həyatından bezib intihar etmiş yaşlı kişi və qadınların problemlərini araşdıranda görürük ki, yaşadığı kənddə, yaxud şəhərdə ondan da çox kredit borcu olan, ondan da ağır dərdi olanlar var; niyə onlar intihar etmədilər, bu intihar etdi? Maraqlı və araşdırılmalı mövzudur. Odur ki, bu mövzunu elmi-lədun üsulu ilə araşdırmaq qərarına gəldik. Öncə qeyd edək ki, insanı dünyaya bağlayan, həyatın məşəqqətlərinə dözməyə vadar edən qəlbində olan məhəbbət hissidir. Ötən yazılarımızda insanda məhəbbət hissinin necə yaranmasından bəhs etmişdik. İnsanı kopyuterə bənzətsək, qəlbindəki məhəbbət hissini də bir fayl (və yaxud proqram) saya bilərik. Araşdırmalarımız göstərir ki, intihara meylli adamlarda ilk növbədə məhəbbət hissi (faylı) yoxa çıxır (silinir). Bununla da onu yaxınlarına, doğmalarına bağlayan heç bir bağ olmadığından, həyatda qalmaq istəmir; özünə qapanır, tək qalmaq istəyir və əsəbi olur. Ətrafındakıların ona dedikləri xırda bir sözü, zarafatı da problemə çevirib, əsəbləşir və dava-dalaş salır... Bəs onlarda məhəbbət hissinin (faylının) silinməsinə və belə aqressivləşmələrinə səbəb nədir? Yuxarıda insanı komryuterlə müqayisə etməyimiz təsadüfü deyildi. Belə ki, kompyuterimizə virus düşəndə onun hansısa bir fayl və yaxud proqramının silinməsinə səbəb olur. Araşdırmalarımız göstərir ki, bu hal bu və ya digər formada insanda da baş verir və ilk növbədə onu həyata bağlayan məhəbbət hissini (faylını) silə bilir... Son nəticədə insanı intihara aparan bu hal (proses) necə və hansı səbəbdən baş verir? Elmi-lədun araşdırmalarımız göstərir ki, insanda məhəbbət hissini pozan ən başlıca səbəb kənardan gələn neqativ təsirlərdir. Belə ki, virus kompyuterin hansısa bir proqramını silən kimi, neqativ enerji də insanın qalbinə daxil olaraq onun məhəbbət hissini (faylını) silir. Bundan sonra həmin şəxs ətrafında olanların heç birini sevə bilmir. Qəlbində onlara qarşı olan sevgi hissini nifrət əvəzləyir. Beləliklə, neqativ təsirə məruz qalmış şəxs özünə qapanır, cəmiyyətə qoşulmamağa çalışır və əsəbi olur; ətrafındakıların xırda bir sözündən, hərəkətindən dava-dalaş salır. Bu cür hal yaşayan adamlar adətən qəti qərar verməkdə çətinlik çəkirlər. Ailə qurmaq, iş görmək istiqamətində bir addım atmaq istəyəndə hədsiz tərəddüd edirlər və bu gün verdikləri qərarı sabah öz ziyanlarına dəyişirlər. Yəni, sabit bir fikrə malik olmayıb, tez-tez fikirlərini dəyişirlər. Belə şəxslər həm də yuxudan tez-tez diksinib oyanırlar, qaranlıqdan qorxurlar, qorxulu yuxular görür, özlərinə qapanır və bəzi (ağır) hallarda intihara meylli olurlar. Bütün bunlar yuxarıda qeyd etdiyim kimi, neqativ təsirin əlamətlərindəndir. Nə etməli? Oxucuda bir sual da yaranacaq ki, bəs nə etməli? Əgər kimsə bu cür təsirə məruz qalıbsa və onda yuxarıda sadaladığım əlamətlər müşahidə olunursa, bundan necə xilas olsun? Araşdırmalarımız göstərir ki, hələ ta qədimdən son 40 ”“ 50 ilə qədər (tibb elmi xeyli inkişaf edənədək) bu cür problemlərlə qarşılaşan insanlar yaşadıqları ərazidə olan kəramət sahiblərinə (ilkin dövrlərdə peyğəmbərlərə, sonrakı dövrlərdə isə, Allah dostlarına) üz tutar, dərdlərini onlara danışar və onların xeyir-duası ilə özlərində sağlam, xoş əhval (oxu: sabit cərəyan, enerji) hiss edərdilər. Bildiyimiz kimi Allah-təala kainatı fizikanın qanunları ilə idarə edir. Odur ki, diqqətinizi tester cihazına və onun funksiyaları ilə kəramətli adamların funksiyası arasında olan eyniliklərə cəlb etmək istəyirəm. Aparatın çoxsaylı funksiyalarından biri dəyişən (ürəyin kardioqramında olduğu kimi qalxıb-enən) cərəyanı sabit (düzxətli) cərəyana çevirməkdən ibarətdir. Qeyd edim ki, cihazlarda yaranan bu cür problem enerji (ruh) daşıyıcısı olan insanda da bir çox hallarda özünü büruzə verir. Belə ki, yuxarıda qeyd etdiyim kimi, neqativ təsirə məruz qalmş şəxsin halı və bir məsələyə, şəxsə münasibəti dəyişkən olur ki, bu da onda məhəbbət faylının silinmə prosesinin getdiyini göstərir. Təcrübə göstərir ki, belə şəxslər kəramət sahiblərinin ziyarətində olanda ondan aldığı müsbət enerji ilə qəlbindəki dəyişən cərəyan sabit cərəyana çevrilir və silinmiş məhəbbət faylı bərpa (vostanovit) olmağa başlayır. Araşdırmalarımız göstərir ki, belə problemləri üç, yaxud yeddi seans ziyarət prosesi ilə həll etmək mümkündür. Bu səbəbdəndir ki, Mövlanə Cəlaləddin Rumi kəramət sahiblərini mənəvi həkimlər adlandırır və onları maddi həkimlərlə (tibb işçiləri ilə) belə müqayisə edir: “O zahir həkimlər başqadır, onlar ürəyə nəbzi tutaraq baxırlar və verdikləri əczalarla (dərmanlarla) insanın cismini müalicə edirlər. Mənəvi həkimlər isə, nəbzi tutmadan ürəyə baxırlar və Allahın bəxş etdiyi elmlə (elmi-ladunla) insanın ruhunu müalicə edirlər. Onların dəlilləri kəşf, ilham və sirri-İlahidir”. “İnsan Mənim sirrimdir, Mən də insanın sirriyəm!” (Allah-təala, qüdsi hədislərdən)
. Bu yazımda isə, diqqətinizi insanda torpağa məhəbbətin yaranması prosesinə cəlb etmək istəyirəm. Təcrübə göstərir ki, kənd adamlarında torpağa məhəbbət (bağlılıq) güclü olur. Bu səbəbdən də onlar bir çox hallarda yaşadıqları yerdən ayrılmaqda çətinlik çəkirlər; yeni məskunlaşdığı yerlərə çətin adaptasiya olurlar və köhnə yurd üçün darıxırlar. Şəhər adamları isə, bu cür problemi yaşamırlar. Yəni, şəhərlilər kəndlilərə nisbətən yaşadıqları yeri daha asan dəyişirlər və düşdükləri yerə daha asan və tez uyğunlaşırlar. Bu onlarda torpağa məhəbbət hissinin kənd adamlarına nisbətən daha zəif olması ilə əlaqədardır. Sual yaranır ki, niyə eyni bioloji varlıq olan iki insanın birində torpağa məhəbbət daha güclü, digərində isə, zəif olur? Bunun səbəbi nədir? Elmi-lədun araşdırmalarımız göstərir ki, bu hal insanda torpağa qarşı məhəbbət hissinin yaranma prosesi ilə əlaqədardır. Gəlin görək insan qəlbində torpağa məhəbbət hissi necə yaranır? Araşdırmalarımız göstərir ki, bu proses yağış təzə yağmağa başlayanda insan yenicə islanmış sürüşkən torpağın üzəri ilə yeriyərkən baş verir. Yəni, kənd adamı hər dəfə yağış altında torpaq yolla sürüşə-sürüşə gedərkən, özü də bilmədən onun qəlbində torpağa qarşı məhəbbət hissi yaranır və bu məhəbbət bağı onu həmin torpağa bağlayır. Bu səbəbdən də kənd adamı yaşayış yerini dəyişəndə uzun müddət yaşadığı torpağın həsrətini (məhəbbətini) çəkir və düşdüyü mühitə uyğunlaşmaq onun üçün çətin olur. Şəhər mühitində isə, torpaq yol olmadığından (hər tərəf asfalt və yaxud betondur) burada yaşayan insanda yuxarıda şərh etdiyim bioloji proses demək olar ki, getmir və yaxud çox zəif gedir. Deməli, yerə döşənmiş beton örtük şəhər insanının torpaqla əlaqəsini zəiflədir ki, bu da onda torpağa qarşı məhəbbət hissinin daha az olmasına səbəb olur. Buna görə də şəhər adamı yaşayış yerinini dəyişməkdə heç bir problem görmür və düşdüyü yerə daha tez uyğunlaşır. Yeri gəlmişkən, diqqətinizi bir vacib məqama da yönəldim ki, insanlar arasında da məhəbbət hissi bir çox hallarda əsasən sürtünmədən yaranır. Yəni, əks cinslər biri-birinə sürtündükdə (toxunduqda) onlar arasında qarşılıqlı məhəbbət hissi baş qaldırır. Eynən torpağa qarşı olduğu kimi. Bu halı heyvanlar arasında da müşahidə etmək mümkündür. Onlar da sevişməzdən öncə biri-birlərinə sürtünürlər. Torpaq həm də insanın yaradıldığı maddə olduğundan, insanda ona qarşı bir bioloji uyğunluq və bağlılıq vardır. “De: “Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir durub gedin, sonra da bir dərindən düşünün, görəcəksiniz ki sizin yoldaşınızda heç bir divanəlik əsəri yoxdur. O yalnız qarşıdakı şiddətli əzabla sizi qorxudan (xəbərdar edən) bir peyğəmbərdir!”
“Quran”, “Səba” surəsi, 46 Həzrəti Musa Bəni-İsrail tayfasını Fironun zülmündən xilas edərək dəryadan keçirdi və diyari-Kənana üz tutdu. Üç mənzil yol gedəndən sonra bir bulağa rast gəlib səhrada su tapdıqlarına sevindilər. Lakin bulağın suyunu acı görüb pərişan oldular və Həzrət Musanı ittiham etməyə başladılar ki, niyə onları bu susuz və otsuz səhraya gətirdi. Bu vaxt Musa əsasını bir daşa vurdu və Qüdrəti-İlahidən daşdan 12 çeşmə qaynadı. Bəni-İsrail içərisində olan 12 tayfanın hər biri öz bulağından su içib, heyvanlarını da suvardılar. Daha sonra yollarına davam edib, bir şəhərə yetişdilər ki, oranın əhalisi öküz formasında düzəltdikləri bütlərə sitayiş edirdilər. Bəni-İsrail tayfası bu bəzəkli bütləri görüb valeh oldular və Musadan tələb etdilər ki, onlar üçün də belə bütlər hazırlasın. Həzrəti Musa onları məzəmmət edib dedi ki, siz necə bir cahil tayfasınız?! Onların ibadətləri batildir. Allahdan başqa bir məbud yoxdur. Firon sizin övladlarınızı qırıb, özünüzə zülm edərkən məgər Allah sizi Fironun zülmündən xilas etmədimi? Siz necə naşükürsünüz?! Həzrət Musa məyus olub onlara bəd dua etdi. Bu səbəbdən müqəddəs torpağın onlara haram edildiyi və qırx il Tih səhrasında dolaşacaqları barədə Allah-təala Musaya vəhy etdi. Tih səhrası avaralıq çölü deməkdir (Qələzəm dənizi ilə Ağ dəniz arasında susuz və yaşıllıqsız bir biyabandır). Qarabağdan qaçqın düşən soydaşlarımızın nə zaman bu cənnətməkan bölgəyə qayıdacaqları barədə sual veriləndə hər dəfə yadıma bu əhvalat düşür. Oxşar mənzərədir. Qarabağlı soydaşlarımız da qaçqın düşməzdən öncə əhalinin dini-mənəvi vəziyyəti Bəni-İsrail tayfası ilə eyni idi. Oğurluq və s. günah işlər çoxalmış, insanlar dindən, imandan uzaqlaşmışdılar. Allah-təala buyurur ki, insanlar yolların azanda bir qövmü digər qövmün əli ilə cəzalandırarıq... Soydaşlarımız da Qarabağdan Bakıya və digər rayonlara (oxu: Tih səhrasına) üz tutduqdan sonra bir hissəsi xristiyanlığa, bir hissəsi vəhabiliyə, bir qismi isə atəşpərəstliyə meyl saldılar. Öncə yol verdikləri günahlara görə tövbə etmək yerinə, həmin günahları daha da artırdılar... Digər bölgələrdə yaşayan soydaşlarımız da gördükləri hadisələrdən ibrət almaqdansa, son dövrlər daha çox günah etməyə meyillidirlər. Bu səbəbdən də məmləkətimiz başdan-başa günahkarlar yurduna dönüb. Bəlkə elə bu səbəbdəndir ki, ölkəmiz Tih səhrası kimi bərəkəti çəkilmiş bir durumdadır. Axı Allah-təala buyurur ki, “Yolunuzu azarsınız, dəryanızı qurudaram!” Göründüyü kimi, bu gün Azərbaycanda dəryalar (ruzi mənbələri) qurumuş bir durumdadır... Nə qədər ki, gec deyil, soydaşlarımız (dağlı, aranlı...) milli-mənəvi dəyərlərə sahib olmalı və etdikləri günahlara görə tövbə etməlidirlər; bəlkə bu avaraçılıqdan canlarını qurtardılar... “Siz günah törətməkdə həddi aşan bir qövmsünüz deyə, sizi başlı-başına buraxıb “Quran”ı sizə təbliğ etməkdən vaz keçməliyikmi?!”
“Quran”, “Qızıl bəzəklər”surəsi, 5. Xəbər verildiyi kimi, bu gün Bakı Metropolitenində növbəti dəfə ajiotaj yaranıb. Belə ki, Metropolitenin "Həzi Aslanov" metro stansiyasından "Dərnəgül" stansiyasına doğru hərəkət edən qatarda ciddi nasazlıq yaranıb. Qatar "Nəriman Nərimanov" stansiyasına çatmamış 15 dəqiqəyə yaxın tuneldə qalıb. Daha sonra qatar "Nəriman Nərimanov" stansiyasında təcili şəkildə boşaldılıb. Qeyd edək ki, dərhal vaqonlardan düşürdülən sərnişinlər "Nəriman Nərimanov" stansiyasında təlaşlanıblar və yaranmış sərnişin sıxlığı bir neçə nəfərin halının pisləşməsinə səbəb olub. Metro qəzalarının monitorinqindən bəhs etdiyimiz yazımızda bu qəzaların bir qayda olaraq “Quran” rəmzi olan 114 ədədi altında baş veriyi görünürdü Monitorinqin nəticələrini bu linkdən oxuya bilərsiniz. Elmi-lədun hesablamalarımız göstərir ki, bu gün baş verən həyəcanlı hadisə yenə də 114 ədədi ilə özündən əvvəlki metro qəzalarına bağlanır. Məsələn: 1) Bu gün 26 iyul tarixdə Şirvan şəhərindəki silah zavodunda baş verən partlayışın 114-cü (!) günüdür. 2) Xatırladım ki, 22 iyun 2015-ci il tarixdə metroda analoji hadisə yaşanmışdı. Belə ki, həmin gün qatarın tuneldə qalması səbəbindən sərnişinlər arasında həyəcan yaranmışdı. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu qəza ilə bugünkü qəza arasında 400 gün fərq vardır ki, bundan da “Quran”ın surələrinin sayını çıxdıqda, müqəddəs kitabın səhifələrinin sayı (286) alınır: 400 ”“ 114 = 286 3) Bakı metropolitenində daha bir qəza hadisəsi 10 dekabr 2015-ci ildə baş vermişdi. Maraqlıdır ki, bu gün həmin qəzanın 342-ci günüdür ki, bundan da “Quran”ın rəmzini (114) çıxanda, yenə də müqəddəs kitabın kodu olan 114 ədədi alınır və hər iki qəza arasında riyazi əlaqəni bir daha sübut edir: 342 ”“ 114 ”“ 114 = 114 4) Bu gün Bakı metropolitenində baş verən qəza hadisəsi Moskvadakı metro qəzası ilə (15. 07. 2014) də riyazi yolla əlaqələnir. Belə ki, bu gün həmin hadisənin 858-ci günüdür ki, bu da “Quran”ın səhifələrinin sayının (286) üç mislidir: 858 ”“ 286 ”“ 286 = 286 5) Yadınıza salım ki, 6 noyabr 2014-cü il tarixdə metronun “Q. Qarayev” stansiyasına çatmamış qatarda tüstülənmə baş vermiş, sərnişinlər təşvişə düşmüşdülər (həmin tarixdə Xəzər dənizində estakada uçması səbəbindən ölən və yaralananlar olmuşdu). Bu gün həmin hadisələrin 742-ci günüdür ki, bu da “Quran” rəmzlərinin cəmidir: 742 ”“ 114 ”“ 114 ”“ 114 ”“ 114 = 286 6) Hesablamalarımız göstərir ki, bugünkü metro qəzası Ay tutulması ilə də əlaqələnir. Belə ki, bu gün 19 oktyabr 2013-cü il tarixli Ay tutulmasının 1127-ci günüdür ki, bundan yenə də “Quran”ın səhifələrinin sayını çıxdıqda, tövbə və cəza rəmzi sayılan 555 ədədi alınır və diqqətimizi bir daha müqəddəs kitaba yönəldir: 1127 ”“ 286 ”“ 286 = 555 6) Bu gün baş verən metro qəzası Ay tutulmaları ilə əlaqələndiyi kimi, Günəş tutulmalarına da bağlanır. Belə ki, bu gün 3 noyabr 2013-cü il tarixdə baş verən Günəş tutulmasının 1110-cu günüdür ki, bu da tövbə və cəza rəmzi olan 555 ədədinin iki mislidir: 1110 ”“ 555 = 555 7) Qatarla bağlı daha bir həyəcanlı hadisə Goranboyda baş vermişdi. 29 aprel 2015-ci il tarixdə Bakı-Böyükkəsik qatarı Goranboyda qəzaya uğradığından yol bağlandı və bir gün həmin istiqamətdə qatarların hərəkəti dayandı. Burada diqqət çəkən maraqlı məqam bu gün həmin hadisənin 570-ci günü olmasıdır. Bundan “Quran” rəmzini çıxanda yenə də müqəddəs kitabın kodu görünür: 570 ”“ 114 ”“ 114 ”“ 114 ”“ 114 = 114 Elmi-lədun araşdırmalarımız göstərir ki, bu gün metroda baş verən həyəcan 912 gün bundan qabaq Tovuz rayonunda yaşanan həyəcanla da riyazi şəkildə əlaqələnir. Belə ki, 21 may 2014-cü il tarixdə Tovuzun Qovlar qəsəbəsində eyni gündə üç evə ildırım düşdü və həmin gün güclü sel bölgənin bir neçə kəndinə ziyan vurdu. Maraqlıdır ki, bu gün həmin hadisələrdən 912 gün keçir ki, bu da 114 ədədinin səkkiz mislidir. 912 ”“ 1114 ”“ 114 ”“ 114 ”“ 114 ”“ 114 ”“ 114 ”“ 114 = 114 Bu və digər hesablamalarımız göstərir ki, Bakı metropolitenində yaşanan bugünkü həyəcan təsadüfü olmayıb, ciddi bir nizama, qanunauyğunluğa tabedir. Bu qanunauyğun “Quran” rəmzləri altında baş verməsi yolun azmış millətimizin və ona rəhbərlik edənlərin diqqətini müqəddəs kitaba və orada təsbit olunmuş bəşəri dəyərlərə (halallığa, doğruluğa, dürüstlüyə, həyaya, mərifətə...) yönəltmək məqsədi daşıyır. Ümid edirik ki, insanlarımız Allahdan gələn bu kodlaşdırılmış xəbərdarlıq mesajına laqeyd qalmayacaqlar və tövbə edərək bəşəri dəyərlərə tabe olacaqlar. “Biz bir məmləkəti məhv etmək istədikdə bir nəfərin dili ilə onun naz-nemət içində yaşayan başçılarına (Allaha iman gətirməyi) əmr edərik. Lakin onlar (bu çağırışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik. Biz Nuhdan sonra neçə-neçə ümmətləri məhv etdik. Rəbbinin öz qullarının günahlarını bilməsi, görməsi (onlara cəza vermək üçün) kifayət edər”. “Gecə vaxtı seyr” surəsi, 16-17-ci ayələr. XXI əsr başlayandan Dünyada bir çox sirli hadisələr baş verməkdədir ki, onlardan da biri Amerikanın bir həftə qaranlığa qərq olması hadisəsidir. 2003-cü ilin 13 avqustunda Amerikada (həmçinin, Meksika və Kanadada) baş verən, dünyanın bu hegamon dövlətini bir həftə qaranlıqda qoyan müəmmalı enerji qəzası yəqin ki, çoxlarınızın yadındadır.
Bu sirli hadisəni elmi-lədun araşdırarkən diqqət çəkən ən maraqlı məqam “Quran”ın bağlı (mütəşabih) ayələri ilə əlaqələnməsidir. Belə ki, həmin hadisə baş verən gün elm əsrinin 955-ci günü idi. Maraqlıdır ki, elm mənbəyi olan “Quran”ın 955 ci (!) ayəsi (başdan saydıqda) 7-ci surənin 1-ci ayəsidir: “ƏLİF, LAM, MİM, SAD” Göründüyü kimi burada hərflərin sayı 13-dür. Baş verdiyi tarix də 13-dür. Əvvəlki yazılarımızda 13 ədədini təhlil edərkən, bunun enerjiyə bağlı olması haqda çoxsaylı faktlar sadalamışdıq (yazını bu linkdən oxumaq olar: http://www.moderator.az/news/132245.html). Hadisədə diqqət çəkən digər məqam onun elm əsrinin 955-ci günü baş verməsidir. Belə ki, 955 ədədindən “Quran”ın surələrinin (114) və səhifələrinin (286) sayını çıxaq, müqəddəs kitabda tövbə və cəza rəmzi olan 555 ədədi alınar: 955 ”“ 114 ”“ 286 = 555 Beləliklə, baş verən sirli hadisə diqqətimizi həm “Quran”ın bağlı ayəsinə, həm də tövbə və cəzanın vacibliyinə yönəldir. Yeri gəlmişkən, “Quran”da 30 mütəşabeh ayə vardır ki, bugünədək mənası açılmamışdır. Bu haqda Rəbbim belə buyurur: “Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “ Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.” Quran, “İmran Ailəsi” surəsi, 7-ci ayə. Quranın bağlı ayələrindən bəhs edən bu kəlamlardan məlum olur ki, onların mənasını Allah və bir də Onun Özünün elm bəxş etdiyi şəxslər (elmi-ladun sahibləri) anlayarlar. Yəni, o şəxslər ki, onlar elmi birbaşa Rəbbimin Özündən vəhy yolu ilə qəbul etmişlər. Bundan əvvəlki yazılarımızda ustadım Hacı Xalidin Allahdan vəhy qəbul etməsindən bəhs edəndə bəzi oxucularım bu informasiyanı həzm edə bilmədilər və “vəhyi ancaq peyğəmbərlər qəbul edə bilər, indi belə şəxs ola bilməz” deyə, rəylər yazdılar. Sözümüzün sübutu üçün daha bir dəlil ”“ riyazi hesablama gətirəcəm ki, bu dəlillə mütəşabeh ayələrn mənasını anlamağın və indiki dövrdə də Allahdan vəhylə elmi-ladun qəbul etməyin mümkünlüyünü insanlar dərk etsinlər. Qeyd edək ki, bağlı ayələr “Quran”ın iyirmi doqquz surəsinin başlanğıcında gəlmişdir. Bunu nəzərə alıb, kitab üzərində belə bir riyazi gəzişmə edək: 29-cu surə 69 ayədir; 69-cu surə 52 ayədir; 52-ci surə 49 ayədir; 49-cu surə 18 ayədir; 18-ci surə 110 ayədir; 110-cu surə 3 ayədir; 3-cü surə... Artıq 3-cü surəyə gəlib çıxdıq və bura qədər bir-birinə riyazi yolla bağlanan yeddi surə gəldik. Bunu nəzərə alıb, 3-cü surənin 7-ci ayəsinə baxsaq, mütəşabih ayələrdən bəhs edən yuxarıdakı ayənin üzərinə gəlib çıxdığımızı görərik: “Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “ Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.” “Quran”, “İmran Ailəsi” surəsi, 7-ci ayə. Bu riyazi gedişə ağılla fikir versək, bunun insan beyninin məhsulu olmadığını, yalnız Allahdan vəhy, elm qəbul etməklə mümkün olduğunu dərk edərik. Bağlı ayələrin niyə məhz iyirmi doqquz surənin əvvəlində gəməsinin mənası isə, bu ədədin (29) keçən yazımızda dediyimiz kimi, həm Yer kürrəsinin, həm də qiyamətin rəmzi olmasıdır. Belə ki, Yerin 29 faizində insan yaşayır. Həmçinin, 29-cu surə 69 ayədən ibarətdir və 69-cu surə də “Haqq olan qiyamət” adlanır. Yeri gəlmişkən, qeyd edim ki, Hacı Xalidin vəhylə qəbul etdiyi vacib xəbərlərdən biri də məhz qiyamət xəbəridir. Yəni, qiyamətin XXI əsrdə baş verəcəyidir ki, biz artıq bunun astanasındayıq. Televiziyanı və digər informasiya portallarını açıq gözlə izləyənlər qiyamətin əlamətlərini (qasırğalar, zəlzələlər, daşqınlar və s.) hər gün müşahidə etməkdədirlər. Təssüf ki, heç kəs düşünmür ki, bu gün televiziyadan izlədiyi mikro qiyamət sabah onun yaşadığı yerdə də baş verə bilər. Bundan sığortalanmaq üçün mütləq tövbə etməli və Allahın qoyduğu yolla getməlidir. Elmi-lədun yolu ilə bizə məlumdur ki, bu əsrdə baş verəcək böyük qiyamətdən qabaq lokal (mikro) qiyamətlər baş verəcək ki, bununla da Yer kürrəsi indiki murdarlıqlardan təmizlənərək, özünün kamillik dövrünə qədəm qoyacaqdır. Rəbbim yaratdığı bəndələrin hamısının bu kamillik dövründən bəhrələnməsini istəyir. Ona görə də elm verdiyi qullarının vasitəsi ilə bəndələrini xəbərdar edir ki, bəla gəlməzdən öncə tövbə etsinlər və qiyamət günü Allahın hüzuruna üzü ağ getsinlər: “Özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin əzabının, yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz. De: “Gözləyin, doğrusu, biz də gözləyirik!” “Quran”, 6:158. Hesablamalarımız göstərir ki, Rəbbim hegamon dövlətin rəhbərlərinə və sakinlərinə həmin enerji qəzası (bir həftə qaranlığa qərq olma) hadisəsi ilə tövbə edib, doğru yola qayıtmaq üçün mesaj verirdi. Bu xəbrdarlığa məhəl qoymamağın nəticəsidir ki, Amerikada və digər ölkələrdə fəlakətlərin ardı-arası kəsilmir. Maraqlı məqamlardan biri də odur ki, bu müəmmalı hadisələr bir çox hallarda məhz 13 ədədi altında baş verir. Bu da təmizlənmə başa çatandan sonra insanların tanıyaraq qəbul edəcəkləri 13-cü imama işarədir. Bildiyimiz kimi, indiyədək 12 imam olub və mömünlər tərəfindən qəbul edilib. İnsanların xilaskar kimi, gözlədikləri 12-ci İmam əslində sayca və məntiqlə 13-cü olacaqdır ki, aramızda olsa da özünü büruzə verməyəcəkdir (riyazi məntiqlə bir adam və yaxud əşya bir dəfə sayılar və 12-dən sonra 13-ün gəlməsi aksiomadır). Ancaq təmizlənmə prosesi başa çatandan sonra sağ qalan 29 faiz əhali 13-cü imamın kimliyini dərk edəcəkdir. Ümüd edirik ki, bu hikmətləri dərk edərək, insanlar tövbə edəcək, zülmə, harama, yalana, yaltaqlığa rəzalətə son qoyacaq, beləliklə də gələn bəlalardan sığortalanacaqlar. “Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. İndi heç onlardan birini görür, yaxud onlardan bir səs-səmir eşidirsənmi?" “Məryəm” surəsi, 98. 14 ədədinin sirləri... Xəbər verildiyi kimi, noyabrın 14-də Ay son 68 ildə ilk dəfə Yerə ən yaxın məsafədə olacaq. Bu tarixdə Ay mövcud ölçüsündən 14% (!) daha böyük görünəcək. Parlaqlığı isə 30% artacaq və “Super Ay” olacaq. Sonuncu dəfə belə hadisə 1948-ci ildə baş verib. Ayda baş verən bu cür hallardan sonra qarşılıqlı cazibə qüvvəsi daha da çoxladığından Yerdə adətən müxtəlif proseslər baş verir. Belə ki, okeanlarda qabarmaların, zəlzələlərin baş verməsi gözlənilən hallardır. Hadisədə diqqət çəkən məqamlardan biri onun 14 ədədi altında (ayın 14-də) baş verməsidir. Elmi-ladun araşdırmalarımız göstərir ki, Ayla bağlı baş verən bütün astronomik proseslər 14 ədədi altında baş verir. Belə ki, bütün Ay tutulmaları bir qayda olaraq Hicri-qəməri təqvimi ilə ayın 14-də baş verir. 14 ədədinin hikmətlərini şərh etməzdən öncə, Ay tutulmalarının cədvəlini hər iki təqvimlə diqqətinizə çatdırıram: Bu kodlaşdırılmış hadisələri təhlil edərkən, diqqətimizi başqa bir məqam cəlb etdi. Sual yarandı ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulub? Xatırladım ki, 14 ədədi Quranda “İbrahim” surəsinin sıra nömrəsidir. Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. Araşdırmalarımız göstərir ki, 14 ədədi Allahın öz adına olan “Rəhimli Allah” surəsinə bağla-nır və “Quran”da çox böyük tarazlıq (balans) yaradır. Bunu sübut edən hesablamanı diqqətinizə çatdırırıq: "Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı əlli beşdən azdır). Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi 55 surəsində 41-ci ayə var). Beləliklə, “Quran”da 55 ədədi 41 dəfə, 41 ədədi isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi Ay tutulmalarının kodunu göstərir: 55 ”“ 41 = 14 Alınan 14 ədədi həm də "İbrahim" surəsinin sıra nömrəsi olmaqla, onun Peyğəmbərliyinin riyazi sübutudur. Yuxarıdakı hesablama həmçinin, Ayla bağlı astronomik hadisələrin Allah tərəfindən insanlara bir kodlaşdırılmış xəbərdarlıq (mesaj) olduğunu sübut edir. Elə isə, sual yaranır: bu günkü astronomik hadisə bizə hansı mesajı verir? Qeyd edək ki, Ayın Yerə yaxınlaşmasının 14 ədədi altında baş verməsi (və bundan sonra baş verəcək qabarmalar, zəlzələlər) Yerdə xeyirlə şər arasında tarazlığı pozanlara (nəmrudların, firoonların prototiplərinə) bir xəbərdarlıq mesajıdır. Nuşirəvanın sarayından niyə məhz 14 sütun uçdu? Yeri gəlmişkən, 14 ədədi ilə bağlı diqqətinizi daha bir maraqlı və hikmətli fakta cəlb edək ki, Məhəmməd əleyhissəlam dünyaya təşrif gətirən gecəsi fars hökümdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Bu hadisəni şərh etmək üçün saraya yığılan kahinlər və bilicilər şaha bildirdilər ki, bəşəriyyətin gözlədiyi Peyğəmbər artıq dünyadadır və sütunların uçması da Nuşirəvanın hakimiyyətinin tezliklə süqut edəcəyinə işarədir. Çox keçmədi ki, verilmiş proqnoz özünü döğrultdu və sasanilər dövləti süqut etdi. Yuxarıda qeyd etdiyim kimi, peyğəmbərlərin (elmi-ladun sahiblərinin) meydana çıxması, adətən Yerdə xeyirlə şər arasında tarazlığın pozulduğu zamanlarda baş verir və onların missiyası tarazlığı bərpa etməkdən ibarət olur. Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Hər gün yüzlərlə insan fitnə-fəad törədənlərin partlatdığı bombanın qurbanına çevrilir, yaxud şərlənərək başına yüz cürə oyunlar açılır, bu və ya digər formada zülmə məruz qalır. Yerdəki bu vəziyyət Allah-təalanın qəzəbinə səbəb olmuşdur. Hesablamalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər və müəmmalı təyyarə və s. qəzalar da məhz bu qəzəbin təzahürüdür. Odur ki, Yerdə baş verən bütün böyük qəza və zəlzələlər bir qayda olaraq riyazi şəkildə Ayda baş verən astronomik proseslərə bağlanır. Bunu sübut edən faktları əvvəlki məqalələrimizdə (və kitablarımızda) diqqətinizə çatdırmışıq. Bu onu göstərir ki, Ayda gedən proseslər əslində gələcək bəlaların siqnalıdır (necə ki, qatar yaxınlaşanda fit verər). İnsanlar bu siqnaldan (xəbərdarlıqdan) nəticə çıxararaq günahlarına görə görə tövbə etməli, mövqelərinə (əməllərinə) diqqət etməli və savablarının sayını artırmalıdırlar. Əks halda... "Elə isə onlardan ötrü (zalımların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Azərbaycanın futbol millisini Şimali İrlandiyanın Belfast şəhərindən Bakıya gətirən təyyarədə nasazlıq yaranıb.
Bu barədə məlumatı musavat.com-a millimizi Dünya çempionatı-2018-in seçmə mərhələsinin səfər oyununda müşayiət edən jurnalistlər veriblər. Azərbaycan millisinin 4:0 hesabı ilə məğlub olduğu oyundan sonra futbolçular və onları müşayiət edən şəxslər Belfastın Olderqrov hava limanına gəliblər. Lakin onları Bakıya qaytarmalı olan “Azərbaycan Hava Yolları”na məxsus “Boeing 787 Dreamliner” təyyarəsində nasazlıq yaranıb: təyyarə işə düşməyib. Nəticədə reys 10 saata yaxın ləngiyib. Azalın məlumat bürosundan əməkdaşımıza verilən məlumata görə artıq problem aradan qaldırılıb və futbolçularımız Bakı vaxtı ilə saat 19:25-də Bakı Beynəlxalq hava limanında olacaqlar. Qeyd edək ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsi Belfasta çatandan Şimali İrlandiyada müzakirələrə səbəb olmuşdu. “Sky Sports” məlumat yaymışdı ki, futbolçulara ayrılan bahalı təyyarə yerli sakinlərdə maraq yaradıb. “Azərbaycan millisinin bu təyyarə ilə Şimali İrlandiyaya gəlməsi ölkənin maddi gücündən xəbər verir”, - məlumatda bildirilirdi. Moderator.az xəbər verir ki, eyni təyyarədə millimizin bundan əvvəlki səfər oyunu ərəfəsində də problem yaranmışdı. Çexiya yığması ilə qarşılaşan millimizin üzvlərini aparmalı olan təyyarə bu ilin 9 oktyabrında Bakıdan gecikmə ilə yola düşmüşdü. Havada olarkən isə təyyarədə texniki nasazlıq baş verib. Təyyarənin təkərlərindən birinin tam qapanmaması uçuş sırasında həyəcan yaşadıb. Bu barədə sərnişinlərə də məlumat verilib və bildirilib ki, Bakıya dönüb, nasazlıq aradan qaldırıldıqdan sonra yenidən yola düşüləcək. (Bu barədə geniş məlumatı aşağıdakı linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/154317.html ) 35 gündən sonra eyni problemlə üzləşən futbolçularımız artıq bir neçə saatdan sonra Vətənə dönə biləcəklər. “Aerbus-320” təyyarəsinin qəzaya uğramasının sirləri
“Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19. Xəbər verildiyi kimi bu gün (10 noyabr) göyərtəsində 172 sərnişin olan Sinqapura məxsus “A-320” sərnişin təyyarəsi mühərrikində baş verən nasazlıq səbəbindən Makaoda qəza enişi etmişdir. Hesablamalarımız göstərir ki, əvvəlki qəzalarda olduğu kimi, bu qəzada da ciddi bir qanunauyğunluq vardır. Bu qanunauyğunuq həmişə olduğu kimi, yenə də özünü “Quran” rəmzləri olan 114 və 286 ədədləri ilə biruzə verir ki, bu da hadisənin Allah tərəfindən bir xəbərdarlıq mesajı olduğunu sübut etməklə, bəşəriyyətin diqqətini “Quran”a yönəldir. Bunu aşağıdakı hesablamalardan görmək olur: 1) Xatırladaq ki, 7 oktyabr 2015-ci il tarixdə ABŞ-da eyni markalı (A-320) təyyarə qəzaya uğramışdı. Bu gün həmin qəzanın 400-cü günüdür ki, bundan “Quran”ın surələrinin sayını (114) çıxsaq, müqəddəs kitabın səhifələrinin sayı (286) alınar və hadisənin Allah tərəfindən xəbərdarlıq məqsədi ilə törədildiyi barədə söylədiyimiz fikri təsdiq edər: 400 ”“ 114 = 286 2) Daha bir “A-320” markalı sərnişin təyyarəsi 27 dekabr 2014-cü il tarixdə Malaziyada qəzaya uğramışdı. Bu gün eyni markalı təyyarə qəzası baş verəndə həmin hadisənin 686-cı günüdür ki, bundan da “Quran” rəmzlərini çıxanda yenə də Allahın kodlaşdırılmış “möhür”ü sayılan və bütün qəzaların üzərinə “vurulan” 286 ədədi alınır və diqqətimizi bir daha “Quran”a yönəldir: 686 ”“ 286 ”“ 114 = 286 3) Hesablamalarımız göstərir ki, bu günkü “A-320” qəzası riyazi yolla Tümendə baş verən digər təyyarə qəzası ilə də əlaqələnir. Belə ki, bu il iyulun 18-də içərisində 213 sərnişin olan “TU-204” təyyarəsi Tümendə qəza keçirdi. Bu gün həmin hadisənin 114 cü günüdür ki, bu da hadisələrin təsadüfü deyil, müəyyən bir qanunauyğunluq əsasında baş verdiyini növbəti dəfə sübut edir. 4) Bu gün baş verən “A-320” qəzası tək 114 və 286 ədədləri ilə deyil, üzərindəki marka ilə də digər qəzalara bağlanır və onların davamı olduğunu bir daha sübut edir. Belə ki, keçən ilin dekabrın 25-də İrana məxsus “A-313” sərnişin təyyarəsi İstanbul hava limanında avtobusla toqquşdu. Bu gün həmin hadisənin 320-ci (!) günüdür ki, bu da qəzaya uğrayan təyyarənin üzərində açıq-aydın həkk olunub: “A-320” (!). 5) Elmi-lədun araşdırmalarımız sübut edir ki, bu gün qəza keçirən təyyarə riyazi yolla Bakıda baş vermiş təyyarə qəzası ilə də əlaqələnir. Yadınıza salım ki, keçən il iyunun 15-də Bakı-Naxçıvan reysi ilə uçan “Boeing-757” təyyarəsi havada olarkən nasazlıq yarandığından geri qayıdaraq Bakı hava limanına qəza enişi etmişdi. Bu gün həmin hadisənin 514-cü günüdür ki, bundan “Quran”ın kodlarını çıxdıqda, yenə də Allahın kodlaşdırılmış “möhür”ü görünür və bütün bu kimi qəzaların eyni Mərkəzdən çox böyük dəqiqliklə idarə olunduğunu bir daha sübut edir: 514 ”“ 286 ”“ 114 = 286 Oxucuları yormamaq üçün hesablamaları uzatmıram. Bu və digər hesablamalarımız sübut edir ki, həm bu gün Makoda, həm də yuxarıda sadaladığım digər ölkələrdə baş verən bu tip qəzalar təsadüfü olmayıb, ciddi bir nizama tabedir. Bu nizam və dəqiqliyin bir qayda olaraq özünü “Quran” rəmzləri ilə büruzə verməsi hadisənin Allah tərəfindən bəşəriyyətə kodlaşdırılmış xəbərdarlıq mesajları olmasını sübut etməkdədir. Hamımıza məlumdur ki, bəşəriyyət bu gün Nuh, Lut, Musa, İsa və digər peyğəmbərlərin zamanında olduğu kimi yollarını tamamilə azmış və Allahı həyasızcasına inkar edən bir durumdadırlar. Həmçinin, Yerdə zülm ərşə dirənməkdə, Haqq-ədalət tapdalanmaqda, günahsız insanların qanı sel kimi axıdılmaqdadır. Göylərə ucalan bunca ah-nalə təbii ki, boşa gedə bilməzdi. Baş verən qəza və zəlzələlərin elmi-lədun üsulla hesablaması sübut edir ki, artıq Allah Yer sakinlərinin cəzalanması və Haqqın, ədalətin bərqərar olmasına qərar vermişdir. Quran məntiqinə görə Allah bəla göndərməzdən öncə həmişə xəbər göndərər, insanlar Haqqa təslim olmadıqda onları Nuhun, Lutun.... zamanında olduğu kimi ağır bəlalara düçar edər. Araşdırmalarımız göstərir ki, son dövrlər baş verən sirli təyyarə qəzaları məhz Yerə gələcək böyük bəlaların kodlaşdırılmış xəbərdarlığıdır. Ağıl sahibləri bundan nəticə çıxarıb, doğru yolu tutmalıdırlar. İman gətirməyənlər bütün dövrlərdə olduğu kimi, yenə də əzaba düçar olacaqlar. Odur ki, onlara məhəl qoymayın! “Onlar hara, öyüd-nəsihət eşitmək hara?!” “Quran”, “Duman” surəsi, 13. “İnsan Mənim sirrimdir, Mən də insanın sirriyəm!” (Allah-təala, qüdsi hədislərdən)
Əvvəlki yazılarımızdan da gördüyünüz kimi, “Quran”ın surə və ayələrinin düzülüşü təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu yazımızda 19 ədədindən və onun hkmətlərindən bəhs edəcəyik. Hesablamalarımız göstərir ki, 19-cu ayə “Quran”da 82 dəfə keçir (yəni, müqəddəs kitabın cəmi səksən iki surəsində 19-cu ayə var; qalan surələrdə ayələrin sayı 19-dan azdır). Burada diqqət çəkən məqamlardan biri də budur ki, 82-ci (!) surə də 19 ayədir. “Quran”ın rəmzi (kodu) olan 114 ədədi cəmi üç rəqəmə (2, 6, 19) bölünür ki, onlardan da biri 19-dur. Maraqlıdır ki, müqəddəs kitabda 114 surədən də cəmi üçü (82; 87 və 96-cı surələr) 19 ayədən ibarətdir. 19 ədədində diqqət çəkən digər məqam onun elmə və yradılışa bağlı olmasıdır. Belə ki, “Quran”ın ilk nazil olan surəsi (“Laxtalanmış qan”) 19 ayədən ibarət olmaqla, insana oxumağı əmr edir: “(Məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. “Laxtalanmış qan” surəsi, 1-5-ci ayələr. Göründüyü kimi, nazil olan ilk vəhy oxumağın, yaradılışı dərk etməyin vacibliyini anladır oxucuya. Həm də 19 ədədi altında anladır bunları. Bildiyimiz kimi, artıq biologiya elmi insanın (dölün) ana bətnində yaranış prosesinin laxtalanmış qandan başladığını təsdiq etmişdir. Yaradılış (çoxalma) iki cürdür: toxumla və tozlanma ilə. Birinci hal insanlarda və heyvanlarda, ikinci hal isə, bitkilərdə müşahidə edilməkdədir. Lakin, İsa Peyğəmbərin yaradılışı istisnalıq təşkil edir. Belə ki, o, yeganə bəşərdir ki, tozlanma (üfürmə) yolu ilə yaranmışdır. Burada diqqət çəkən ən maraqlı məqam isə, həmin hadisənin 19-cu (!) surədə (“Məryəm”) xəbər verilməsidir. Həzrət Məryəmin yaranması haqda Allah-təala buyurur: “Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan (bitki) kimi böyütdü...”. “Quran”, 3:37 Burada Məryəmin fidana (bitkiyə) bənzədilməsi gələcəkdə onun bitkilərdə olduğu kimi (tozlanma üsulu ilə) İsaya hamilə qalmasına işarə verir. Qurani-Kərimin 19-cu sursinin 19-cu (!) ayəsində Allah-təala buyurur: “(Cəbrail:) “Mən sənə ancaq təmiz (məsum) bir oğlan bağışlamaq üçün Rəbbinin göndərdiyi elçisiyəm!” ”“ dedi”. (Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!” (Cəbrail) dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!” (Məryəm) artıq (Cəbrailin üfürməsi ilə İsaya) hamilə oldu və onunla (bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi...”. “Məryəm” surəsi, 19-20-21-ci ayələr. Ayələrdən görünür ki, Həzrəti İsanın yaranma prosesi bitkilərin tozlanma yolu ilə çoxalma prosesi ilə üst-üstə düşür. Elmi-lədun araşdırmalarımız göstərir ki, üfürmə (tozlanma) yolu ilə insanın yaranması mümkün olduğu kimi, onun müalicəsi də mümkündür. Təsadüfü deyildir ki, qədimlərdə yaşamış (elə indi də mövcud olan) nadir kəramət sahibləri xəstənin üzünə üfürməklə, yaxud, qəndin üzərinə üfürərək xəstəyə yedizdirməklə, onun şəfa tapmasına nail olmuşlar. Şübhəsiz ki, bəzi oxucularımız bunu xurafat kimi qəbul edəcəklər. Çünki, onlara elə gəlir ki, bunun elmi izahı yoxdur. Əslində isə, bu xurafat deyil, elmdir ”“ elmi-lədundur. Yəni, elmin dərin gizli qatlarıdır ki, bura hər yetən baş vura bilməz! Elə isə, məsələn, qəndə üfürüb, xəstəyə verməyi və onun şəfa tapmasını elmi cəhətdən necə izah etmək olar? Bildiyimiz kimi, kompyuter insanın alt kopiyası olaraq yaradılmışdır. Ona görə də alt kopiyada olan bütün funksiyaların “üst kopya”da (insanda) görünməsi təəccüblü olmamalıdır. Təəssüflər olsun ki, insan kompyuteri kəşf etsə də, özünü kəşf (dərk) etməkdə tarix boyu çətinlik çəkmişdir. Diqqətinizi maraqlı bir məqama cəlb etmək istəyirəm: bir kompyuterdə yazılmış sözlərin (Sözün enerji yükünü və dünyanın “Ol” sözü ilə yarandığını unutmayaq!) digər kopyuterə daşımaq üçün yaddaş kartından (flaşkartdan) istifadə edirik. Kəramət sahiblərinin enerji yüklü (Əvvəlki yazılarımızda onları transformatorlarla müqayisə etmişdik.) olduqlarını nəzərə alsaq görərik ki, onların oxuyub üfürdükləri (oxu: tozlandırdıqları) qənd əslində enerjini daşıyan yaddaş kartı (flaşkard) rolunu oynayır. Əvvəllər qeyd etdiyimiz kimi, bütün xəstəliklərin təməlində (fundamentində) neqativ enerji dayanır. Təbabət xəstəliyin üst qatını (görünən hissəsini) müalicə etsə də, təməlini (neqativ enerjini) yox etməkdə acizdir. Bu səbəbdəndir ki, insanlar xəstəlikdən birdəfəlik deyil, ancaq müvəqqəti ”“ bir neçə aylıq xilas ola bilirlər və ildə ən azı iki dəfə müalicə almaq məcburiyyətində qalırlar. Araşdırmalarımız göstərir ki, tibb elmi inkişaf etməmişdən öncə (50-60 il bundan qabaq) insanlar bu problemi daha asan yolla həll etmişlər. Belə ki, onlar yaşadıqları ərazidə olan kəramət sahibinə müraciət etmiş, onların enerji yüklü sözlərini (dualarını) ya birbaşa üzlərinə, ya da qənd (oxu: flaşkard) vasitəsi ilə ötürməklə, müsbət enerjini bədənlərinə qəbul edirdilər. Beləliklə də həmin müsbət enerji bədəndə olan mənfi enerjini yox edirdi. Bu prosesi fizikada tester cihazı ilə də müqayisə edə bilərik. Belə ki, tester cihazdakı dəyişən cərəyanı sabit cərəyana çevirdiyi kimi, kəramət sahibləri də (Bu qurupa peyğəmbərlər, imamlar və digər Allah dostları aiddirlər.) insandakı neqativ enerjini (dəyişən cərəyanı) sabitləşdirilər ki, bununla da xəstəliyi yaradan səbəb (fundament) aradan qalxmış olur. Daxili enerjisi sabit olan inssanda heç vaxt heç bir xəstəlik baş vermir. Təəssüflər olsun ki, bu gün səhiyyə sistemi mafiyoz qurupların nəzarətində olduğundan bu cür qabiliyyətə malik nadir adamların üzə çıxmasına və fəaliyyət göstərməsinə imkan verilmir. İnsana enerjinin üfürülməklə ötürülməsi yuxarıda bəhs etdiyimiz Həzrəti İsanın (üfürməklə) yaranma prosesi və bitkilərin küləklə tozlanma yolu ilə çoxalma prosesinin eynidir. Təsadüfü deyildir ki, Allah-təala “Nuh” surəsində insanı bitkiyə bənzədir: “Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi”. Sonda onu da qeyd edək ki, yazıdakı kəramətlə bağlı məqama etiraz edən, “fanatizm” sayan olarsa, əyani olaraq sübut edə bilərik. Sadəcə reklam sayılmasın və yazının məğzinə xələl gəlməsin deyə burada ad çəkmədik. "İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Ayələrimin doğruluğunu sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!" “Quran”, “Peyğəmbərlər” surəsi, 37. “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”
“Quran”ın 5-ci surəsinin ilk ayəsində Allah insana əhdə sadiq qalmağı, verdiyi sözü yerinə yetirməyi tövsiyə edir: “Ey iman gətirənlər! Əhdlərə (verdiyiniz sözlərə) sadiq olun...”. 5-ci surə, 1-ci ayə. Sual yaranır: verdiyi sözə əməl etməyi Allah-təala insana niyə məhz 5 rəqəmi altında (5-ci surənin başlanğıcında) bildirdi? Bu təsadüfdürmü? “Quran” məntiqinə görə həyatda təsadüf yoxdur; hər şey zərurətdən doğur. Elə isə, 5 rəqəmindəki hikmətlərə və yuxarıdakı ayənin bizə ötürdüyü kodlaşdırılmış informasiyalara birlikdə nəzər salaq. Araşdırmalarımız göstərir ki, insan anatomiyasında 5 rəqəminə bağlı bir neçə orqan vardır. Məsələn, 5 duyğu üzvü, 5 oma, 5 bel fəqərəsi; həmçinin baş-beyində 5 şöbə vardır və mömin şəxslər gündə 5 dəfə ibadət edirlər. Bildiyimiz kimi, insan verdiyi sözə (əhdə) əməl edərkən birinci onu beyni ilə düşünür, sonra isə, əlləri ilə əməl (icra) edir. Maraqlıdır ki, insanın düşünən beyni 5 (!) şöbədən ibarət olduğu kimi, düşündüyünü əmələ çevirən əlləri də 5 (!) barmaqdan ibarətdir. Barmaqlarla bağlı bir hikməti də yadımıza salaq ki, Dünya yaranandan nə qədər insan gəlib-getsə də, heç birinin barmaq izləri bir-birinə bənzəməyib. “Quran”da bu mövzuda cəmi bir ayədə söhbət açılaraq bildirilir ki, qiyamət günü insanlar dirildilərkən, həmin izlər olduğu kimi bərpa olunacaq və əməlləri (!) ona həmin izlərlə sübut olunacaq: "Bəli, Biz onun barmaqlarını da (barmaq izlərini) düzəltməyə qadirik!" “Quran”, 75:4. Elmi - ladun araşdırmalarımız göstərir ki, həmin barmaq izlərindən bəhs edən yeganə ayə “Quran”ın 5555 - ci ayəsidir. Yəni, müqəddəs kitabın birinci ayəsindən başlayıb 75-ci surənin 4-cü ayəsinə qədər saysaq görərik ki, bu, 5555-ci ayədir. Beləliklə, “Quran”dakı saysız-hesabsız sirlərdən daha birini kəşf etmiş olduq. Belə ki, insanda iki əl və iki ayaq olmaqla, hər birində 5 barmaq vardır. Bunların dördünü yanaşı qoyduqda 5555 ədədi alınır ki, bu da "Qiyamət" (75) surəsinin 4 - cü ayəsini göstərir: "Bəli, Biz onun barmaqlarını da (barmaq izlərini) düzəltməyə qadirik!" Quran, 75:4.(5555-ci ayə) Xatırladaq ki, insan ilk dəfə saymağı məhz barmaqla öyrənir. Bu və digər hikmətlər onu göstərir ki, “Quran”ın sözləri Allaha məxsus olduğu kimi, onun düzülüşü və nömrələnməsi də Rəbbimə məxsusdur və hər birində sətiraltı, rəqəmlərlə kodlaşdırılmış mesajlar vardır. “Quran”da əllərdən bəhs edən surələrdən biri də “Əbu-Ləhəb” (111) surəsidir. Surənin birinci ayəsində pis əməlləri (!) müqabilində Əbu Ləhəb haqda hökm oxunur: “Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” 111:1. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Əbu Ləhəbin əllərindən bəhs edən 111-ci surə də cəmi 5 (!) ayədən ibarətdir. Digər maraqlı məqam surənin hasili ilə bağlıdır. Belə ki, surənin nömrəsini (111) ayələrinin sayına (5-ə) vurduqda 555 ədədi alınır: 111 x 5 = 555 Ötən yazımızdakı hesablamalardan məlum olduğu kimi 555 ədədi “Quran”da tövbə və cəza rəmzi sayılır (bütün təbi fəlakətlərin və təyyarə qəzalarının hesablaması bu ədədə bağlanır). Bu hikmətlərlə tanış olduqdan sonra düşünürəm ki, artıq yazının əvvəlində təqdim etdiyimiz: “Ey iman gətirənlər! Əhdlərə (verdiyiniz sözlərə) sadiq olun...” ayəsinin və Əbu Ləhb haqdakı hökmün niyə məhz 5 (!) rəqəmi altında verilməsinin sirrini anlamış oldunuz: verdiyi sözə əməl etməyənlərin aqibəti Əbu Ləhəbin aqibəti kimi ola bilər! Odur ki, əməllərimizə diqqət edək. Çalışaq ki, barmaq izlərimiz ancaq gözəl əməllərin üzərində qalsın. Çünkü, hansı vəzifədə işləməyimizdən aslı olmayaraq, bir gün mütləq əməllərimiz araşdırılacaq (qarşımıza qoyulacaq)! “Bu elə bir moizədir ki, onunla həm qorxsunlar, həm Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar”. Quran. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |