Moderator.az xəbər verir ki, tədqiqatçı P. Atvoter öz kitabında kliniki ölüm halında olarkən o biri dünyadan gedib-qayıtmış adamlar haqqında maraqlı məlumatlar verib. Araşdırmaçı o biri dünyadan qayıdan şəxslərin əsasən fizika, kompüter texnologiyası, musiqi, rəssamlıq sahəsində yüksək nailiyyət qazandığını qeyd edir. Onun sözlərinə görə, böyük fizik, Nobel mükafatçısı Albert Eynşteyn, məşhur bəstəkar Motsart və siyasətçi, ABŞ-ın prezidenti olmuş Avraam Linkoln da o biri dünyadan qayıdan dahilərdən üçüdür. Araşdımaçı bu üç dahinin kliniki ölümdən sonrakı qeyri-adiliyini bu cür əsaslandırır: “Onlar həmin vaxt- yəni kliniki ölümə düçar olub, o biri dünyaya baş vuran zaman beyin dəyişimi yaşayırlar. Onlar üçün artıq ölüm qorxusu və ölüm haqqında düşüncələr heç zaman olmur. Çünki bu hiss milyonlarla insandan fərqli olaraq onlara çox yaxşı tanışdır. O dünyaya səfər etmiş dahilər üçün ölüm qorxusu elə oradaca bitir. Onlar hər zaman sirli işığa və sirli səsə maraqlı olurlar. Eynşteynin elmi nəzəriyyəsindəki işıq sürəti, işıq məfhumuna meyillilik bununla əlaqədardır. Onlar yeməklərə, içkilərə qarşı qeyri-adi həssaslıqla yanaşırlar. Zəka və xarakterlərində qeyri-adi dərəcədə yüksəliş hiss olunur” Bunları oxuduqca insanda istər-istəməz bir sual yaranır: belə hallar bizim də ölkəmizdə yaşanırmı? Yaşanırsa bunu bir araşdıran, qeydə alan varmı? Məşhur bir filimdə deyildiyi kimi: “O əjdahadan bizdə niyə yoxdur?” Bu sualla qeyri-adi yazıları ilə gündəmdə olan, tədqiqatçı-yazıçı, psixoloq Paşa Yaquba müraciət etdik. Yazıçının çox orjinal və yenə də qeyri-adi cavabı oldu: -Kliniki ölüm keçirərək, o biri dünyanı görüb gəlmiş adamlarla həmsöhbət olmuşam. Onlardan biri elə öz qohumum Nuru kişi idi. O bağırsaq əməliyyatı zamanı kliniki ölüm keçirmişdi. Bu vaxt çox maraqlı hallarla qarşılaşmışdı. O da başqaları kimi, öz cisminə kənardan (tavandan) baxmış, yaxınlarının və həkim personalının necə təşviş keçirdiklərini seyr etmişdir. Ən maraqlı hallar isə, tuneli keçəndən sonra baş vermişdir. Belə ki, orada keçmiş iş yoldaşlarını, tanıdıqları digər adamlarla rastlaşmışdı. Onların bəzisini Cənnətdə, bəzisini isə, Cəhənnəmdə görmüşdü (həmsöhbətim bu barədə mənə ətraflı danışsa da, müxtəlif səbəblərdən ad çəkmək istəmirəm). Nuru kişiyə orada öyrədilən hikmətlər də diqqət çəkəndir. Ona demişlər ki, külək rəncbər (əkinçi) funksiyasını yerinə yetirir. Külək əsməklə bütün bitkiləri tozlandırır; əsməsə ruzi olmaz. Ona izah edilən hikmətlrdən biri də dil barəsində idi. Deyiblər ki, daxili orqanlar qazarmada (qarın boşluğunda) yatan əsgərlərə bənzəyir. Bu halda dil keçikçi (dnivalnı) funksiyasını yerinə yetirir. əgər “keşikçi” yatarsa və yaxud özünə yiyəlik edə bilməyib, kiməsə sataşarsa, düşmən qazarmada yatan əsgərləri (orqanları) vurub zədələyər, bununla da orqanizm məhv olar. Həm də təhlükə anında dil öz funksiyasını yerinə yetirib ilk növbədə düşmənlə sülh danışığı aparmalıdır ki, daxili orqanları qoruya bilsin... -Paşa bəy, Siz özünüz necə, o biri dünyanı grmüsüzmü? Hər halda yazılarınızdan bu hiss olunur. -Hiss olunursa, deməli görmüşəm (gülür). -Orada tanıdıqlarınızdan kimləri gördünüz? Maraqlı bir söhbət oldumu? -Onda ilk növbədə Sirat körpüsündən başlayaq. Çünki, o dünya Sirat körpüsündən başlayır. Deməli belə. Camaatla birlikdə Sirat körpüsünü keçmək üçün növbəyə düzülmüşdük. Körpü tük kimi nazik olduğundan, heç kəs keçə bilmirdi. Gedənlər ortada dərəyə yıxılır, yıxılanları görüb, növbədə olanlar körpüyə çıxmağa ehtiyat edirdilər ki, onlar da yanar odun içinə yıxılacaqlar... Mən yaxınlaşıb körpüyə çıxdım və rahat irəliləməyə başladım. Hiss etdim ki, körpü bayaqkı kimi nazik deyil və getdikcə enlənir. Həm də sağ tərəfimdən bir işıq (nur) seli körpüyə düşürdü ki, (bax: “Quran”ın 66-cı surəsinin 8-ci ayəsinə.) bu da körpünün işıqlanmasına və genişlənməsinə səbəb olurdu... Körpünün ortasına çatanda gördüm artıq körpü “PRAQLATKA” (ara qat) formasındadır. Praqlatka haqqında onu deyim ki, bu detal mühərrikin içərisinə qoyulur. Mühərriki sökərkən onun iki hissədən ibarət olduğunu görmək olur. Və bu iki hissəni bir-biri ilə bitişdirərkən arasına həmin bu praqlatka (ara qat) deyilən ehtiyat hissəsi qoyulur. Məndə bir sual yarandı ki, nəyə görə sirat körpüsü praqlatka formasındadır? Həmin anda beynimə informasiya gəldi ki, Allah-təala kainatı hərəkətdə olan mühərrik formasında, iki hissədən ibarət yaradıb. Bu iki hissənin biri bu dünya, biri o dünyadır. Kainatın iki hissəsini birləşdirən SİRAT körpüsü əslində mühərrikdəki praqlatka funksiyasını yerinə yetirir”¦ “”¦ Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz?” Quran, “Davar” surəsi, 80. -Bəs körpünü keçəndən sonra kimlərlə, nələrlə rastlaşdınız? -Maraqlıdır ki, orada tanıdığım, amma, onların bir vaxt Cənnətdə olacağını heç vaxt ağlıma gətirmədiyim adamları gördüm. Yəni, orada gözlədiklərimlə yox, gzləmədiklərimlə qarşılaşdım. Birincisi, öz həmkəndlim və həmişə “yeyib-içən oğlan” kimi tanınan (etiraf edim ki, bir zamanlar mən özüm də onunla birgə yeyib-içmişəm) bir nəfəri gördüm. Gül dərirdi. Soruşdum gülü kiminçün dərirsən? Dedi kəndimizdən filankəs gələcək, onu qarşılamağa hazırlaşıram (dediyi adamı tanıyırdım). Heyrətləndim ki,bu adam bura necə düşüb, axı o ömür boyu ibadət etməyib? Bu vaxt beynimə telepatiya ilə informasiya gəldi ki, bu adam yaşadığı dövrdə kənddə nə qədər hüzür düşübsə, bütün şəxsi işlərini bir kənara qoyub, cənazənin götürülməsinə böyük əziyyət çəkib və mərhumu son mənzilə yola salıb. Doğurdan da beləydi. Həmin adam ustaydı və həm də lafeti olan traktor sürürdü. Kənddə hüzür düşəndə adam heç vaxt hökumət işinə getməzdi; üüzür yerinə gəlib, tut ağaclarından qəbir üçün lazım olan şeyləri yonub düzəldər, ağacdan mağar qurar və çadır çəkər, dəfn üçün lazım olan şeyləri traktoruna yükləyib, qəbirstanlığa aparardı... Sovet dönəmində kənddə yaşamış adamların bu işlərin indikindən fərqli olaraq nə qədər çətin olmasından xəbərləri var. Bir sözlə, kənddəki hüzür məclislərinin ən ağır günü olan birinci gününün bütün ağırlığı bu adamın üzərinə düşərdi. Və ən başlıcası da, bütün bu işləri təmənnasız edərdi, heç kəsdən bir manat pul götürməzdi. Ədalətli və Adil olan Allah-təala onun bütün bu əziyyətlərini nəzərə alıb, tərəzidə əməlləri ağır gəldiyindən onu Cənnətlə mükafatlandırıb. Cənnətə gedənlər arasında Əşrəf kişini də gördüm. 70-ci illərdə bizim kənddə kolxoz sədri işləyib. Rayonda onu tanımayan yoxdur, bir neçə il qabaq rəhmətə getdi. Onun da Cənnətə getməsi məni təəccübləndirdi. Nə qədər olmasa vəzifədə olub, kolxoz sədri işləmiş adamdır, günahları olmamış deyildir. Bu vaxt beynimə telepatiya ilə yenə informasiya gəldi ki, bu adam rəhbər işlədiyi dövrdə ayağı çox ruzi-bərəkətli olub. Niyyəti camaata çoxlu taxıl, bostan bölmək olub. Allah da onun bu xoş niyyətini qəbul edərək, kolxozun əkin-biçininə bərəkət verib. Nəticədə onun dövründə kəndlilərin güzəranı yaxşı olub. Düzü Əşrəf kişi sədr işləyəndə mən balaca uşaq idim və o dövrdə nə baş verdiyi yadımda qalmamışdı. Odur ki, aldığım informasiyanı dəqiqləşdirmək (həqqi-yəqinlik hasil olması) üçün kəndə gedəndə ağsaqqallar arasında kiçik bir sorğu apardım. Dedilər torpağın bir hektarı normalda 20 sentner taxıl verməli olduğu halda Əşrəfin dövründə ən azı 50-60 sentner taxıl verdi. Halbuki, nə ondan qabaq, nə də ondan sonra həmin torpaqlar 20 sentnerdən artıq məhsulu heç vaxt vermədi. Kartof, soğan, bostan da anbarda qalıb xarab olurdu və insanlar daşımaqla qurtarmırdı... Buradan görünür ki, istənilən rəhbər xoş niyyətli olsa və insanlara yaxşılıq etməyi qarşısına məqsəd qoysa Allah-təala onun niyyətini qəbul edər və o yerə ruzi-bərəkət yağdırar. Əks halda... bizim indi yaşadığımız vəziyyət yaranar və Allah ruzini qeybə çəkər, neft quyularını yandırar, heç kəs ondan xeyir görməz! "Beləliklə, qazandıqlarına (qazandıqları günahlara) görə zalımların bəzisini digərinə rəhbər təyin edərik (və onun əliylə günahkarları cəzalandırarıq)". Quran, 6:129 Ayələrdən görünür ki, Allah bir qövmü sevəndə və ona yaxşılıq etmək istəyəndə ona ürəyiyumuşaq, həlim xasiyyətli bir rəhbər qismət edir və qövmə etmək istədiyi yaxşılığı da həmin xasiyyətli rəhbərin əliylə edir. Cəzalandırmaq istədikdə isə, zalım, qəddar bir rəhbər qismət edir. Allah zalım rəhbərin əliylə heç bir qövmün qarşısına xeyir çıxartmır və bu adamın ayağıyla millətə bəladan başqa heç nə gələ bilməz! Cənnətə getnək istəyənlər qarşılarına saf niyyət qoyub, gözəl işlər, xeyir əməllərlə məşğul olmalıdırlar. Əsl ibadət elə budur.
0 Comments
Moderator.az xəbər verir ki, bu gün Hacıqabul rayonunda el qəbristanlığı günü adlanan mərasim keçirilib.
Mərasim qədim tərəkəmə adətinə uyğun olaraq hər il qeyd olunur. Belə ki, tərəkəmələr qədim zamanlarda yaylağa köçməzdən öncə aranda olan qəbristanlığa gedərək ölülərini yad edərmişlər. Bu mərasim hər il mayın ortalarında cüməaxşamı günü keçirilər, sabahı günü isə, el yaylağa köç edərmiş. Hacıqabul əhalisi qədim tərəkəmə xalqlarının törəmələri olduğundan bu el adətini indiyədək yaşadırlar. Hər il olduğu kimi, bu gün də Respublikanın müxtəlif bölgələrində yaşayan hacıqabullular rayonlarına gələrək ata-babalarının qəbirlərini ziyarət etdilər. Müasir dövrdə hər gün daha çox rast gəlməyə başladığımız bir narahatlıq olan Depressiya (ruhi çöküntü); ümumiyyətlə ətrafımızda meydana gələn hadisələrə bir reaksiya olaraq ortaya çıxır. Depressiyaya düşən insanlar zaman-zaman özlərini hüznlü və bədbəxt hiss edirlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxaran həyat hadisələrindəndir. Qısaca hüzn normal həyatın bir parçasıdır. Ancaq bu hüznlü vəziyyətin uzanması və səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və psixologiya elmi bu halı depressiya olaraq tanıyır. Depresiya duyğu, düşüncə və davranışa təsir edir. Müalicə edilmədiyi təqdirdə aylar illər, bəzən də ömür boyu qala bilir. Depressiya hər yaşda, hər fərddə görülə biləcək ruhi bir xəstəlikdir. Genetik və ya biokimyasal səbəblər, ətraf şərtləri və psixososial çətinliklər, məcbur qalmalar depressiyanın başlamasında faktor ola bilər. Müalicə edilmədiyi vəziyyətdə fərdin həyatını ümidsiz, pessimist, böhran içində keçirməyə başlamasına səbəb yaradaraq, depressiv psixoz olaraq təyin olunan, gerçəkləri görməyəcək qədər, böhrana qədər çata bilər. Depressiya cəmiyyətin hər təbqəsində görülə bilər. Psixiatrik xəstəliklər arasında ən sıx rast gəlinən bir mənzərədir. Hazırda dünyada hər 100 kişidən 10-nun və hər 100 qadından 20-nin depressiya keçirdiyi araşdırmalarla müəyyən olunmuşdur. DEPRESSİYAYA ELMİ-LƏDUN BAXIŞ Yuxarıdakı fikirləri psixologiya kursunda öyrəndiklərimin əsasında yazdım. Qeyd edim ki, depressiya və digər xəstəliklərin yaranma səbəbini və müalicəsini mənə psixologiya kursu ilə yanaşı, həm də elmi-lədun (Ladun sözü ərəbcə “dərin qat” məÂnaÂsını verÂməklə, elÂmin dərin qatlarına işarədir. Bu, tək oxuÂmaqÂla əldə edilə bilməyən, həm də qəlÂbə gələn duyumla (hissiyyatla) qazanılan bilgidir. Vaxtilə peyğəmbərlər və digər kəramət sahibləri bu cür elmə malik olublar və sirlər üzəÂrindən pərdələri məhz bu elmlə qaldırıblar.) üsulu ilə öyrədilib. Elmi-lədunda depressiyaya yanaşma bir qədər fərqlidir. Yəni, bu elm depressiyanın neqativ təsirlərdən yarandığını qəbul edir və aşağıdakı əlamətləri olduğunu göstərir: Depressiya (neqativ təsir) yüngül formada olanda insanda bir çox hallarda baş və çiyin, oynaq ağrıları müşahidə olunur ki, adətən dərmanlar effekt vermir. Bundan əlavə, belə şəxslərdə yuxuda diksinmə, qaranlıqdan qorxma, qarabasma (boş evdə oturanda yanından kölgə keçdiyini, yaxud yol gedərkən arxadan daim təqib olunduğunu hiss edir), qorxulu yuxular (ilan və digər vəhşi heyvanların üstünə gəlməsi) görmə, yuxuda boğulma, evdə və yaxud işdə olarkən güclü darıxma, ürək çırpıntıları, əsəbilik və s. kimi hallarla özünü biruzə verir. Ağır formada isə, bu hallardan əlavə, insan özünə qapanır, evdən çıxmaq, məclislərə getmək istəmir... Bu kimi əlamətləri olan adamların adətən həyatda işləri düz gətirmir, sağlamlıqlarında, məişətlərində və xoşbəxtliklərində onları daim izləyən problemləri həll etməkdə aciz (çarəsiz) qalırlar. Bu cür əlamətlər müşahidə olunan pasientlərin problemlərini adi həkimlər (tibb işçiləri) dərmanlarla aradan qaldırmaqda çətinlik çəkirlər; müalicələr effekt vermir, yaxud müvəqqəti olur. Çünkü, buna səbəb xəstənin enerjisində (ruhunda) sabitliyin pozulmasıdır. Yəni, fiziklərin dediyi kimi: sabit cərəyanın dəyişən cərəyana keçməsidir. Odur ki, birinci səbəb, sonra nəticə (xəstəlik) aradan qaldırılmalıdır. Təssüf ki, tibb elmi (bütün müasir elmlər kimi) yarımçıq olduğundan və insanda olan ruhu (enerjini) nəzərə almadıqlarından, səbəbə deyil, nəticəyə qarşı mübarizə aparırlar. Ona görə də insanlarımızın çoxu ömrü boyu xəstəxana yollarında qalırlar”¦ Elmi-lədun, neqativ təsirə məruz qalan (depressiyaya düşən) insanı virus düşmüş kompyuterə bənzədir. Yəni, virus kompyuteri dondurduğu, bəzi fayl və proqramları sildiyi kimi, neqativ enerji də insanın həyatını dondurur; müxtəlif xəstəliklərin təməlini qoyur, qəlbindən məhəbbət hissini (faylını) silir. Belə şəxslər subaydırsa ailə qurmaq istəmir (heç kəsə etimad göstərmir), ailəlidirsə boşanmaq istəyir. Qəlbindən məhəbbət hissi silindiyindən artıq onu həyata bağlayan heç nə qalmır və ağır hallarda intihara meyilli olur. Belə şəxslər azacıq maddi sıxıntı baş verən kimi, bunu bəhanə edib intihara əl atırlar. Elmi-lədun araşdırmalarımız göstərir ki, depressiya əslində yolxucudur. Belə ki, qızlar depreesiyadan çıxmadan ərə gedərlərsə (Belə qızlar adətən sevmədən, məcburən ərə verilirlər.) onların dünyaya gətirdikləri uşaqlarda autizm sindromu, yaxud digər əsəb pozuntusu xəstəlikləri müşahidə edilir. Hamilə qadınlarda depressiya əlamətləri olduqda onlardan da eyni formada xəstə uşaqlar doğulmasına səbəb olur. Psixoloq olaraq təcrübəmiz göstərir ki, yuxarıdakı əlamətləri olan hamilə qadınlar dünyaya uşaq gətirdikdən sonra bu əlamətlər onlarda bir daha görünmür, yaxud çox zəif formada görünür. Bu da onunla əlaqədardır ki, hamilə qadınlar özlərindəki gərginliyi bətnlərindəki uşağa ötürməklə rahatlanırlar (boşalırlar). Nəticədə, uşaq böyüdükcə onda autizm sindromunun və digər psixi pozğunluqların, zehnin inkişafdan qalması... əlamətləri görünməyə başlayır. MÜALİCƏSİ Şübhəsiz ki, bir çox xəstəliklər kimi, depressiyanın (neqativ təsirin) da müalicəsi mümkündür. Psixoloiyanın tətbiq etdiyi metodlarla depressiyanın müalicəsi aylarla vaxt apardığı halda, elmi-lədunun tətbiq etdiyi metodla bu problemi cəmi üç seansa aradan qaldırmaq mümkündür. Bu seansların nəticəsində ruh ona mənfi təsir göstərən neqativ enerjidən təmizlənir. Elə birinci seansdan sonra yuxarıda sadaladığım depressiya əlamətləri bir daha insanda görünmür. Moderator.az beyəlxalq xəbər agentliklərinə istinadən məlumat verir ki, ABŞ Dövlət Departamen-tinin Xarici Əlaqələr Komitəsinin sabiq rəhbəri Kondeleezza Rays maraqlı açıqlamalar verib. Belə ki, C. Buş dönəmində xarici siyasət yönətimi olmuş K. Rays Brooking İnsitututundakı toplantıda çıxış edərkən bildirib ki, “Biz İraqa demokratiya üçün deyil, Səddamı devirmək üçün girdik. Bu bir təhlükəsizlik məsələsi idi”. Xanım Rays daha sonra deyib: “Mən heç bir zaman Buşun İraq və Əfqanıstana demokratiya gətirmək üçün hərbi güc tətbiq etdiyini söyləməmişəm”. Elm və fikir adamları gündəlik bir tikə çörəklərinin qayğısını çəkirkən idmançı və müğənnilər efirdə milyonların söhbətin edirlər. Bir futbolçu komandasını dəyişməyə görə neçə milyon pul tələb edir. Bir müğənni 1 saat toyda oxumağa minlərlə manat alır. Günümüzün reallığı olan bu haqsızlıq və ədalətsizliyin səbəbi nədir? Yadıma “Qurdlar vadisi” filmində müəlliminin Polad Ələmdara verdiyi bir nəsihət düşdü: "Övladım, cibgirlər həmişə qrup halında fəaliyyət göstərirlər. Onlar əhalini bir yerə cəmləmək və başlarını qatmaq, fikirlərini yayındırmaq, ciblərini rahat soymaq üçün bir çox hallarda canbaz (kəndirbaz) oyunlarından istifadə edirlər. Yəni, cibgirlər bir canbazla razılığa gələrək, məhəllələrdə onun konsertini təşkil edirlər. Qabaqcadan elanlar vuraraq, insanları ora cəmləyirlər ki, cibə girmək üçün əlverişli şərait yaransın. Canbaz kəndirdə oynayan vaxtı cibgirlər meydandakı tamaşaçının yanında durub: "Abi-abi, canbaza bax, canbaza bax gör nələr edir? Allah-Allah..." Abi ağzını ayırıb canbaza baxarkən ciblərinin boşaldılmasından qətiyyən xəbəri olmur. Cibgirlər bu qaydada tamaşaçıların ciblərini boşaldandan sonra biri bıçağı çıxarıb canbazın kəndirini aşağıdan kəsir. Qışqırıq düşür ki, “canbaz öldü-canbaz öldü”. Bu vaxt evlərdə gözətçi kimi oturan məhəllənin qoca sakinləri də “öldü” harayına küçəyə yüyürürlər və təbii ki, qapıları bağlamağı da unudurlar. Cibgirlər bundan istifadə edərək indi də evləri talamağa başlayırlar... Övladım, yadında saxla ki, bugünki dövlət idarəçiləri həmin cibgirlərin siyasətini həyata keçirirlər. Yəni, insanların gözünü etdikləri cinayətlərdən yayındırmaq üçün hər gün televiziyalarda idman yarışları, müğənni yarışları, konsertlər, müxtəlif şoular təşkil edirlər. Ona baxan insanlar qəflət yuxusundan ayılmazlar və dövlət büdcəsinin talanmasından, xalqın cibinə girilməsindən xəbərsiz olarlar ”“ canbaz oyununa baxan tamaşaçı kimi..." Söz ardı: indi bildinizmi niyə dünyada ən çox qazanan və göz önündə olan idmançılar və müğənnilərdir? Çünki, onlar "canbaz" funksiyasını yerinə yetirirlər və cibgirlərlə əlaqəli işləyirlər... Ey dost! Könül bağında eşq gülündən başqa gül əkmə! Sevgi və şövq bülbülünün ətəyindən əl çəkmə. Yaxşı adamlarla dostluğu qənimət bil; yalandan ümid verən dostlardan əlini və ürəyini üz. Ey dost! Həqiqəti sənə söyləyirəm: insanların ən pisi o kəsdir ki, çox mübahisə edər və özünü qarşısındakından üstün tutmaq istəyər. Çalışın özünüzü sözlə deyil, əməl ilə bəzəyin. Sülh dünyada nizamın yaradılması və Yer kürrəsində yaşayan hər kəsin barış məmnuniyyəti üçün bütün vasitələrdən ən böyüyüdür. Dini savaşın mənbəyi dinlərin özlərində deyil. Əksinə, insanlığın laqeydliyindən, yanlış şərh (təfsir) verməkdən qaynaqlanır. Bu şərhlər inamı ağıldan, dini elmdən ayırmışdır. İnsan oğlunu başqa canlılardan fərqləndirən qabiliyyətlər ruh kimi tanınan bir məhfumda toplanıb. Ağıl bunun mühüm xassəsidir. Bu bəxşişlər insanlığı sivilizasiyalar qurmağa və maddi cəhətdən çiçəklənməyə qabil etmişdir. Bir-birinin ardınca gələn böyük ruhani simalar tərəfindən bəşəriyyətə gətirilən dinlər bəşərlə Yaradan arasında ilkin bağlar olmuş və bəşəriyyətin sosial tərəqqi ilə yanaşı, ruhani uğurlara nail olması üçün onun qabiliyyətini stimullaşdırmış və təkmilləşdirmişdir. Din dünyada nizamın qurulması və Yer sakinlərinin əmin-amanlığı və məmnunluğu üçün ən böyük vasitədir. Əgər dinin çırağı sönərsə, qarışıqlıq və çaşqınlıq meydana çıxar, insaf, ədalət, sakitlik və sülh işıqları daha parlamaz. Hazırda Yer sakinlərində müşahidə edilən mənəvi aşınma, əxlaqın pozulması, davranış normalarının tənəzzülü, insanlığın çökməsi... dini inancın azalması ilə əlaqəlidir. Bu səbəbdən insanın xasiyyəti pozğunlaşır, etibar sarsılır, intizamın ipi boşalır, vicdanın səsi susur, ədəb və həya hissi kütləşir, mənəvi borc, həmrəylik, qarşılıqlı yardımlaşma və sədaqət anlayışları təhrif olunur; dinclik, sevinc və ümid duyğuları tədricən sönür... Əfsuslar olsun ki, bu gün mövcud ideologiyaların çoxu bəşəriyyətin birliyi konsepsiyasını qəbul etmək və xalqlar arasında sülhə gəlmək əvəzinə, dövləti ilahiləşdirməyə, bəşərin qalan hissəsini bir millətə, bir irqə və ya sinfə tabe etməyə, müzakirə və fikir mübadiləsini boğmağa və ya aclıq çəkən milyonları rəhmsizcəsinə bazar sisteminin ixtiyarına buraxmağa can atır. O bazar sistemi ki, bəşəriyyətin əsas hissəsinin vəziyyətini daha da ağırlaşdırdığı halda, cüzi bir hissəsinin harın, əcdadlarımızın xəyalına belə gəlməyən cah-cəlal içində yaşamasına imkan yaradır. Nüvə silahının, zəhərli qazların və ya bakterioloji silahların istifadəsinin qadağan edilməsi müharibələri aradan qaldırmayacaq. Ən fəlakətli və müqavimət göstərən bəlalardan biri olan irqçilik sülhün yolunda ən böyük maneədir. Bütün təzahürləri ilə irqçilik insan ləyaqətinin elə bir formada təhqiridir ki, heç bir bəhanə ilə ona bəraət qazandırmaq olmaz. Bu bəladan can qurtarmaq üçün bəşəriyyətin birliyi bütün dünyada etiraf olunmalı və bu, müvafiq qanunvericilik tədbirləri ilə möhkəmləndirilməli və dəstəklənməlidir. Yoxsullar və zənginlər arasındakı hədsiz uçurum dünyanı son dərəcə qeyri-sabit bir vəziyyətdə, faktiki olaraq qarşıdurmanın astanasında saxlayır. Sağlam və məntiqli vətənpərvərliklə heç bir əlaqəsi olmayan azğın millətçilik daha geniş bir bəşərə məhəbbət hissinə yol verməlidir. Yer kürəsi bir vətəndir, bütün insanlar isə, onun vətəndaşlarıdır. Dünyanın bütün insanlarına olan məhəbbət öz ölkəsinə olan sevgini istisna etmir. Cəhalət - xalqların tənəzzülünün və çökməsinin, təəssübkeşliklərin əbədiləşməsinin ən əsas səbəbidir. Bütün vətəndaşlarına təhsildən faydalanmaq imkanı yaratmayan heç bir ölkə müvəffəqiyyət qazana bilməz. Bəşəriyyətin birliyinin qəbul edilməsi bütün dünyanın bir ölkə, bütün bəşərin vahid evi olaraq yenidən təşkili və idarə olunması üçün ilk fundamental şərtdir. Bu ruhani prinsipin bütün dünyada qəbul edilməsi dünyada sülhü qurmaq üçün edilən cəhdlərin uğur qazanması üçün çox vacibdir. Yaradan bizim elə bir dünya cəmiyyəti qurmağımızı istəyir ki, orada bütün iqtisadi baryerlər həmişəlik ləğv edilsin və kapitalla əməyin qarşılıqlı asılılığı qəti şəkildə təsdiq olunsun. Bu cəmiyyətdə dini fanatizm və çəkişmələr həmişəlik susdurulsun və irqi ədavətin alovu birdəfəlik söndürülsün. İnsan oğlu qısa bir zamanda belə bir nizamlı cəmiyyəti quracaq və bu cəmiyyət yetkinləşməkdə olan dövrün ən gözəl meyvəsi kimi qiymətləndiriləcəkdir. O zaman gələcək ki, böyük insanların cahanşümul bir toplantısı zərurəti gerçəkləşəcəkdir. Yer üzünün hakimləri və kralları orada iştirak etməli və onun müzakirələrində iştirak edərək, elə yollar və vasitələr axtarmalıdırlar ki, bunlar bütün dünyada insanlar arasında ən böyük sülhün təməlini qoymağa imkan versin. Əgər hər hansı dövlətə müharibəyə hazırlaşmaq imkanı verilsə və o, silahlı qüvvələrini artırmağa çalışsa, onda bu başqa dövlətlərdə şübhə və etibarsızlıq yaranmasına səbəb olacaq! Bu təntənəli Paktın təməlində duran əsas prinsip elə müəyyən olunmalıdır ki, əgər hər hansı bir hökumət sonradan onun hər hansı bir şərtini pozarsa, yer üzündəki bütün hökumətlər qalxıb onu tam təslim etməlidirlər. Bütün əlaclardan ən böyüyü olan bu vasitə dünyanın xəstə bədəninə tətbiq olunsa, o xəstəlikdən mütləq sağalacaq və əbədiyyətədək əmin-amanlıqda olacaqdır. İxtilaf elə bir təhlükədir ki, dövlətlər və xalqlar daha buna dözə bilmirlər. Bunun nəticəsi o qədər dəhşətlidir ki, təsəvvür etmək belə mümkün deyil. O qədər açıq-aşkardır ki, heç bir dəlil-sübut istəmir. Bəşərin rifahına, dinclik və təhlükəsizliyinə onun birliyi bərqərar olmayınca, nail olmaq mümkün deyil. Yetkinliyə çatmaqda olan dünya bu bütü tərk etməli, insanlar arasında olan münasibətlərin vahidliyini, bütövlüyünü etiraf etməli və həyatın bu təməl prinsipini ən yaxşı şəkildə təcəssüm etdirən mexanizmi birdəfəlik qurmalıdır. Bütün insan varlıqları hər zaman inkişafda olan sivilizasiyanı irəli aparmaq üçün yaradılmışlar. Vəhşi heyvanlar kimi davranmaq insana yaraşmaz! İnsana layiq olan məziyyətlər bütün insanlara münasibətdə etibar, dözümlülük, mərhəmət, şəfqət və xeyirxahlıqdır. Biz bu inancı bir daha təsdiq edirik ki, insanın malik olduğu daxili imkanlar, onun mahiyyətinin fitri gözəlliyi Allahın bu vəd olunmuş günündə aşkara çıxacaqdır. Elmi-lədun yolu ilə aldığımız bilgilər insanlara belə bir müjdə verir: önümüzdəki 1-2 il ərzində dünyada mənasız çəkişmələr, viranedici müharibələr sona yetəcək və ən böyük sülh gələcəkdir! Ey sülhpərvər xalq! Mənim ilk nəsihətim budur: pak, gözəl və nurlu bir ürəyə malik olun ki, əzəli, əbədi və qədim bir səltənətə sahib olasınız. Yaradanın nəzərində ən sevimli şey insafdır; Allahı sevirsinizsə, insafdan üz çevirməyin. İnsaf Yaradanın bizə bir bəxşişidir; onu gözünüzün önündə saxlayın. Ey insanlar! Sevgi Yaradanın qalasıdır; oraya daxil olan kəs nicat tapar və əminamanlıqda olar; ondan üz çevirən kəs isə, yolunu azar və həlak olar. Yaradan sizi zəngin yaratdı; nə üçün yoxulluğa yuvarlanırsınız? Yaradan sizi əziz yaratdı; nə üçün özünüzü zəlil tutursunuz? Yaradan sizi elm cövhərindən yaratdı; nə üçün Yaradandan deyil başqasından elm axtarırsınız? Ey sülhpərvər xalq! Kainatı başdan başa axtarsan Yaradanın qüdrətindən başqa heç nə tapa bilməzsən! Yaradan sizi əbədiliyə çağırır; siz isə faniliyə meyl edirsiniz. Öz məqamınızla fəqirlər qarşısında lovğalanmayın. Allahın yaratdıqlarından biri sizə üz tutub bir şey istəsə, onu rədd etməyin. Ey ağıl sahibləri! Hesabata çəkilməmiş, hər gün özünüzə hesabat verin. Çünki, ölüm sizi qəflətən haqlayar və əməllərinizin hesabını verməli olarsınız. Yaradan ölümü sizin üçün bir şadlıq müjdəsi etdi; nə üçün ondan hüzünlənirsiniz?!. Allah Günəşi öz şəfəqlərini sizin üzərinizə səpmək üçün yaratdı! Nə üçün o nurdan pərdələnirsiniz? (Evinizə qalın pərdələr vurursunuz?!) Ey sülhpərvər xalq! Kainat boyunca qaçsanız da, göylərin ənginlliklərini dolaşsanız belə, Yaradanın qanunlarına baş əyməyincə rahatlıq tapa bilməzsiniz! Ey sülhpərvər xalq! Dünyanı bütöv bir kənd halına gətirin ki, Yaradan Əzəmətinin sirlərini bizə açsın və əbədiyyət nuru ilə bizi işıqlandırsın! Fikirləş və düşün: boş boşuna yatağınızdamı ölmək istəyirsiniz, ya elmlənib sirləri tapıb bəşəriyyətə fayda vermək?! Ey ağıl sahibləri! Özünüzü tamahın qulu etməyin. Çünki, Yaradan qızılı atəşlə, bəndələri isə, qızılla sınayar! Ey sülhpərvər xalq! Malınızdan elmə və yoxsullara xərcləyin ki, göydəki bitməz şərəf dəfinələrindən və tükənməz şöhrət xəzinələrindən bəhrələnəsiniz. Ey insanlar! Ürəyiniz Yaradanın evidir, oranı təmiz saxlayın! Bu gün Vasiflə rastlaşdım (ad şər-tidir). Köhnə tələbəlik xatirələrimizi yada salıb xeyli gülüşdük. Onunla həm qrup yoldaşı, həm yerli, həm otaq yoldaşı, həm də yaxın dost idik (indi də dostuq) Onunla aramızda bir xatirəmiz var ki, heç vaxt unuda bilmirəm. Hər yadıma düşəndə həm gülürəm, həm də heyrətlənrəm. İstəyirəm həmin xatirəni oxucula-rımla bölüşüm ki, onlar da həm gülsünlər, həm də düşünsünlər. Deməli, vasif 35 yaşına çatmasına baxmayaraq hələ də evlənmək istəmirdi. Ailələri və işlədiyi dövlət orqanının rəhbəri özünə deməkdən bezikib, axırı mənə deyirdilər ki, səninlə yaxın dostur, sən de, bəlkə sənin sözünə baxıb evlənə. İşlədiyi dövlət orqanı da sovet ənənələrinə sadiq qaldığından qarşısında şərt qoymuşdular ki, ya evlənməlisən, ya da işdən çıxmalısan. Qoçağım Vasif də yaz olanda hamıya deyirdi payızda evlənəcəm, payız olanda da deyirdi yazı gözləyirəm... Bir gün bir dostum zəng elədi ki, filan yerdəyəm, gəl bir çay içək, söhbət eləyək. Həmin vaxt Vasiflə birlikdəydim, dedim maşınla məni apar dostumuzla görüşək. Nə isə, söhbət əsnasında dostuma dedim ki, sən bəsirətli adamsan, deyə bilərsənmi ki, bu Vasif niyə evlənmir? Dedi Vasif yazıq necə evlənsin, ona öz anası tilsim etdirib, bağlatdırıb!? Dedim qardaşım, bu çox qəliz söhbət oldu; heç inana bilmədim axı. Ana öz oğlunu niyə tilsimə salsın ki? O ki, hər gün məndən xahiş edir ki, Vasifə de evlənsin. Bu necə ola bilər? Dedi getsin anasından soruşsun, boynuna alacaq. Dostumuzdan aralananda Vasifə dedim axşam bu söhbəti ananla dəqiqləşdir, sabah mənə danış görüm nə məsələdir? Səhər tezdən gördüm Vasif gülə-gülə girdi ofisə. Dedim nə xəbər var, niyə gülürsən? Dedi demərsənmi anam boynuna aldı hər şeyi. -Necə yəni, boynuna aldı? Nəyi boynuna aldı? - Mən tələbə olan vaxtı gedib qonşu kənddəki falçının yanına ki, kəndimizdə filankəsin oğlu tələbə vaxtı özüylə qız gətirdi, valideynlərinin razılığı olmadan evlndi. Qorxuram Vasif də şəhərdən qız gətirə. Elə elə ki, o gələndə özüylə qız gətirməsin. Falçı da “yaxşı” deyib nəsə eləyib. Anam deyir bu əhvalatı unutmuşdum; dedin, indi yadıma düşdü. Vasif bu söhbəti danışdıqca, xəyalım bir anlıq tələbəlik illərinə qayıtdı. Yadıma düşdü ki, həmin illərdə biz qrup qızları, qonşu qızlarla danışıb-gülərkən, ad günlərinə gedərkən, Vasif heç vaxt qızlar olan məclislərə getməzdi, onlarla danışıb-gülməzdi; həmişə qızlardan qaçardı. O vaxtlar mən bunu utancaqlıq əlaməti hesab edirdim. Sən demə vəziyyət başqa cürə imiş. Anası müvəqqəti bağlamaq istəsə də falçı kökündən vurubmuş. Bu gün həmin xatirələri Vasiflə birlikdə yenidən yada salıb, xeyli güldük. Söz ardı: bu xatirəni bölüşdüm ki, oxucularım da həm gülüb, həm düşünsünlər. Bilsinlər ki, falçıdan, cadugərdən heç vaxt insana xeyir gəlməz. "Yaradılışın əvvəli kimi sonu da Azərbaycanda olacaq" Elçin Qurbanov Hörmətli Moderator.az redaksiyası! Mən saytınızda demək olar ki, bütün mistik məqalələri diqqətdən keçirirəm. Çox dəyərli yazarlar, xüsusilə Paşa Yaqubun yazıları diqqəti cəlb edir. Vaxtilə bu sahə ilə ciddi maraqlandığım üçün bu gün də baş verən hadisələr barədə kiçicik bir məqalə yazmağı qərara aldım. Qısaldılmış şəkildə qələmə aldığım bu məqalədə bütün detallar mövcud faktlara istinad edilmişdir. Azərbaycanda elə bir mistik hadisələr ardıcıllığında iştirak edir ki, mən bunun bilərəkdən və yaxud bilməyərəkdən baş verdiyini anlaya bilmirəm. Hər şeyi aydınlaşdırmaq üçün diqqətimizi bu məsələyə cəlb etməyə istəyirəm. Əvvəlcə Avropa oyunları kimi beynəlxalq tədbir od simvolu ilə görkəm aldı. Bu simvol özündə milli nemətin həm ismi,həm cismi mənada (odlar yudunun ) həm də mənəvi mahiyyətini təcəssüm etdi. Nar meyvə, həm də od deməkdir. Ona görə də nar və od - Açılış mərasimində sönmüş günəşə çırpılan od parçasından alışan günəş, yerdən qalxan insanlar həyatın bu torpaqdan başlandığını əks etdirdi. Bu bəşəriyyətin sanki odla vəftiz olunması anlamını ifadə edirdi. Vəftizçi İoannanın İordan çayında insanları vəftiz etdiyi zaman ifadəsini yadınıza salın: “Mən sizi su ilə vəftiz edirəm, amma, O, sizi od və müqəddəs ruhla vəftiz edəcək!”. Bu zaman Hz. İsa da vəftiz üçün onun qarşısında suya girmişdi. O, Hz. İsanı su ilə vəftiz etdikdən sonra “ Gözlədiyimiz sizsinizmi ,yoxsa başqa birisini gözləyək?” Bu zaman müqəddəs Ruh göyərçin şəkilində Hz. İsanın çiyni üzərinə qondu və bununla onun gözlənilən xilaskar olduğuna işarət verildi. Biz dünyanın diqqətininin yönəldildiyi müqəddəs torpaqda odla vəftiz olunacaq bəşər övladının yaranış tarixini bəlkə də qeyri-ixtiyari bəyan etdik. İndi isə İslam oyunları adlı beynəlxalq idman tədbirinin rəmzi su oldu. Bu dəfə dünyanın su ilə vəftiz olunması barədə mesaj bəyan olunur. Sonuncusu isə müqəddəs ruhla vəftiz olunmadır. Hansı ki, bu sonuncu və Yer üzünün bu günə qədər görmədiyi bir hadisənin öncə işarəsidir. Hadisənin detalları əvvəlki açılışda obrazlaşdırılmış şəkildə torpaqdan çıxan insanlarla diqqətə yönəldilmişdir. Su, torpaq, hava , od ünsürləri və ruh insanın, fiziki və ruhi bədənin, habelə bütün varlıqların həqiqi mahiyyətidir. O zaman Firon reformator (IV-Amenhotep) Exnaton və ardından gələcək firon I Rəmzi (ramzes) başı üzərində şahlıq rəmzi olan adi tac deyil, alnında ilan təsviri olan tac daşıyırdı. Bu həmin fironun bağlıq rəmzi idi. Hansı ki, bu gün insanların boq deyib, Yaradanla eyniləşdirdiyi bir düşüncəni formalaşdırdı. Məhz müdrikliyi ilə bütün ünsürlərlə vəftiz olunduqdan sonra İnsan oğlu sonuncu mərhələdə odla vəftiz mərhələsini keçir və bağlıq həddinə çatır. Həmin rəmzin isə ilan olması sonuncu od ünsürünün insan bədənində oyanışını və onurğa sütunu boyunca hərəkəti digər ünsürləri də oyatdıqdan sonra ali oyanışı xarakterizə edir. Bu qədim müstisizmin reallığıdır. Deməli, yeganə son mərhələ müqəddəs ruhla vəftiz mərhələsidir. Bu barədə ən məşhur öncəgörənlərin mesajları, hansı ki, bütün dünya onların mesajlarını şərtsiz qəbul edir, nənə Vangelya (Bolqariyalı Vanqa) , Mişel Nostradamus, Edqar Keysi, Moskvalı Matronuşka ,Volf Messing və digərlərinin xəbərdarlıqları bu günümüzə qədər şifrələnmiş və məxfiləşdirilmiş sənədlərdə saxlanılmaqdadır . Gözlənilən hadisəyə sanki ABŞ daha çox hazırlaşır kimi görünür. Bu barədə çoxsaylı kinofilmlər ishetsal olunan və hazırlıq tədbiri kimi küçə yürüşlər təşkil edilən bu ölkədə dirilmə (qəbirdəkilərin qalxması) hadisəsini qorxunc və eybəcər şəkildə təqdim edirlər. Hətta bütün ümumdünya əhəmiyyətli hadisələrə haqqında öncə xəbərdarlıq edən, hazırkı ABŞ prezidentinin kimliyini və hərəkətlərini dəqiq və çox öncədən təsvir edən, 1999-cu illərə təsadüf edən Simsonlar ailəsi mültiplikasiya filmində qəbir əhlinin dirilməsi barəsində bütün dütallar təqdim edilmişdir. Məşhur öncəgörənlərin bu prossesi təsvir etmələri isə bir çox siyasiləri çaşbaş salıb. Yadınızdadırsa, bir neçə il öncə RF-nın prezidenti V. Putinin 9 may qələbə yürüşü münasibətilə təşkil olunmuş geniş tədbirə bütün kütlənin II Dünya müharibəsində vəfat etmiş və müharibədən sonra dünyasını dəyişmiş qazilərin portretləri ilə qatılmaları barədə tədbir görülmüşdür. Hətta özü də nümayişçilər arasında sıravi dənizçi atası Vladimirin portretini daşıyırdı. Bİr müddətdən sonra isə insanları xofa salan kahanət mesajlarını məqsədli şəkildə istədikləri kimi təfsir etdilər. Əllərində ölülərin portreti olan nümayişçilərin yaratdığı görüntü məhşur kahinlərin , xüsusilə Vanqanın “Rusiya qüdrətli bir dövlət olduğu vaxt, bütün dünyanı lərzəyə gətirəcək hadisə baş verəcək, ölülər qəbirlərindən qalxıb dirilərlə bir cərgədə dayanacaqlar” mesajının yozumu kimi geniş şərh olundu. Bununla da gözlənilən hadisənin artıq baş verdiyi və insanların qorxması üçün heç bir əsas olmadığı kimi fikir yaradıldı. Şübhəsiz ki, bu imitasiya idi. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, bütün səmavi dinlərdə həmin günün mütləq baş verəcəyi barədə hökmü vədlər verilmişdir. Əksəriyyət İslam alimləri həmin hadisəni Qiyamət günü kimi, bütün bəşəriyyətin məhv olduqdan sonra baş verəcəyi kimi təsvir edirlər. Amma müqəddəs Quranda və digər səmavi hikmətlərdə bunun tam əksi ifadə olunur. Bu məlumatın təfsirlərdən başqa heç bir mənbəyi yoxdur . Əgər Tanrının izni olmadan bir yarpağın yerə düşə bilmədiyini, yerin qüsursuz bir nizama tabe edildiyini qəbul ediriksə, deməli, dünya üçün Azərbaycan faktoru danılmazdır. Belə nəticəyə gəlmək olar ki, dünya bu gün qəbul etmək istəməsə də bəşər tarixində baş vermiş yaradılışın əvvəli və sonu üçün Azərbaycan ev sahibliyi edə bilər! Elçin Qurbanov - yazarın arxivi Son dövrlər autizm sindromlu və digər problemli uşaqlarla işləyərkən bir incə (heç kəsin diqqət yetirmədiyi) məqama diqqət yetirirəm: uşaq dünyaya gələrkən qurban kəsilibmi? Araşdırmalarım gösrərir ki, uşaqların böyük əksəriyyəti dünyaya gələrkən qurban kəsilməyib. Halbuki, din böyükləri tövsiyə edirlər ki, qız övladınız dünyaya gələndə bir, oğlan övladınız doğulanda iki qurban kəsin. Yeri gəlmişkən, elə “Quran”da da bu mövzuya işarə vurulur. Zəkəriyyə Peyğəmbərə oğlu Yəhyanın doğulacağı müjdəsi veriləndə Allaha şükr etməyi və qurban kəsməyi tövsiyyə etdilər. Bütün bunlar biz insanlara işarədir. Qurban kəsmək insandan bir çox xəta bəlaları uzaqlaşdırır. Bizdən çox əvvəllər yaşamış elm verilmiş şəxslər cadu, tilsim olunmuş insanlara tövsiyyə edərmişlər ki, tilsimin qırılması üçün biri ağ, biri qara olmaqla ”“ iki qoç qurbanı kəsin. Bu zaman ağ qoçun boynuna qara yaylıq, qara qoçun boynuna isə, ağ yaylıq bağlayın (bunlar daim mübarizədə olan xeyirlə şərin rəmzləridir). Bu əlamətlərdə qurbanı kəsib fəqir-füqarəya paylayan insanlara Allah yol açar və onların tilsimdən çıxması asanlaşardı. Təssüflər olsun ki, qədimdən bizlərə ötürülmüş bu ənənəyə bu gün əməl olunmur. Əməl edənlər isə, bir çox hallarda yarımçıq əməl edirlər. Yəni, qurbanı fəqir-füqaraya paylamaq əvəzinə, ailəyə yaxın bir neçə adam arasında bölüşdürürlər. Belə hallarda qurban ehtiyacı olanlara deyil, olmayanlara çatır və qəbul olunma dərəcəsi sıfıra enir. Yeri gəlmişkən, başıma gələn bir əhvalatı danışım. Təxminən 5-6 il öncə Xızır Peyğəmbər (Xızır Zində baba) haqda bir kitabım çapdan çıxmışdı. Kitabı yazarkən Xızır Zində babanın məqamı kimi qəbul edilən Beşbarmaq dağına gündə minlərlə ziyarətçinin axın etdiyini müşahidə etmişdim. Bir gün belə qərara gəldim ki, yeni çapdan çıxmış kitablarımdan bir qədər götürüb həmin ziyarətgaha gedim. Həm ziyarət edərəm, həm də kitabları gələn ziyarətçilərə nümayiş etdirərəm. Alıb maariflənənrlər ”“ ziyarət etdikləri yerin tarixi, adı verilən şəxsiyyətin kimliyi, həyat və fəaliyyəti barədə məlumatlı olarlar (həm də nisyə çap olunmuş kitabın borcundan bir qədər silərəm). Nə isə, dərviş libasımı geyib, müəllif sifətində deyil, adi bir kitabsatan sifətində Beşbarmaq dağına yola düşdüm. Ziyarətdən sonra qurbangaha enib, insanların qurban kəsib bişirdikləri yerdə Xızır Peyğəmbərdən bəhs edən kitabımı bir stolun üstünə sərdim. Kənardan fikir verdim ki, ziyarətçilər kitabın bu ziyarətgahın tarixindən bəhs etdiyini görsələr də, alıb oxumağa qətiyyən maraq göstərmirlər. Oxucularda belə fikir yaranar ki, yəqin kasıb insanlar olublar və almağa pulları olmayıb. Ziyarətçilərin çox hissəsi öz şəxsi maşınında, həm də kifayət qədər bahalı maşında və bahalı geyimdə gəlmələrindən görünürdü ki, onlar heç də kasıb adamlar deyillər və nə qədər istəsələr kitab ala bilərlər. Sadəcə ziyarətinə gəldikləri Şəxsiyyətin kimliyi, bu yerin tarixi qətiyyən onları maraqlandırmır. Bir məqamı da vurğulayım ki, gələn bu zəngin adamlar orada bir neçə dəqiqəlik icarəyə verilən atlara, eşşəklərə daha çox maraq göstərirdilər və onlara minmək üçün kifayət qədər pul xərcləyirdilər. Bunu nəzərə alıb, kitabın qiymətini real dəyərindən 50 faiz ucuzuna ”“ eşşəklə bir dövrə vurmağın qiymətinə saldım. Təcrübə etmək istəyirdim ki, görüm “ziyarətçilər” əllərindəki manatları ziyarətinə gəldikləri Şəxsiyyətin həyatını öyrənməyə xərcliyəcəklər, yoxsa, at-eşşək minməyə? Təssüf ki, təcrübəmin nəticələri heç də ürəkaçan olmadı ”“ insanlar pullarını kitaba deyil, eşşək minməyə xərclədilər (hər ikisi eyni qiymətə olsa da). Bütün bu müşahidələrim bundan sonra müşahidə etdiklərimin yanında “toyagetməli”dir. Yəni, ən ürəkağrıdan hallar bundan sonra baş verdi... Beləliklə, günorta oldu və “ziyarətçilər” gətirdikləri qoyunları kəsərək manqal üstündə kabab çəkməyə başladılar. Ətrafımda yüzlərlə manqal qalanmışdı. Kababın iyi dağı-daşı bürüdü. İnsanlar bişirdikləri kababı iştahla yeyərkən görürdülər ki, yanlarında bir “kitab satan” dayanıb və günorta olmasına baxmayaraq onun qarşısında nə bir qurtum su, nə də bir tikə çörək var. Buna baxmayaraq ətrafımdakı yüzlərlə mərəkədən (minlərlə insandan) bircəciyində rəhm hissi yaranmadı ki, yanımızda bir qərib, tənha insan dayanıb, bu ehsandan bir tikə də ona təklif edək. Həmin anda məni düşündürən bir tikə kabab deyil, insanların acgözlüyü, ətrafdakılara qarşı saymamazlığı, hətda kəsdikləri qurbanı belə bölüşmək istəməmələri idi. Nəhayət, belə bir kütlə arasında dayanmaq istəməyib, kitabları da götürüb, şəhərə gəlmək üçün yola tərəf addımladım. Bu vaxt arxadan kiminsə çağırdığını eşidib ayaq saxladım. Bir xanım yaxınlaşıb, arasında bir tikə kabab qoyduğu çörəyi mənə uzadaraq “xahiş edirəm bu ehsanı götürün” dedi. Yazıçı marağı mənə güc gəldiyindən onun kim olduğunu soruşdum. Səhv etmirəmsə Şirvan şəhərindən müəllim kollektivi ilə gəldiklərini dedi. Həmin gecəsi maraqlı bir yuxu gördüm. Yuxuda mənə bildirildi ki, həmin gün o ziyarətgahda kəsilmiş yüzlərlə qurbandan cəmi biri qəbul olmuşdu ki, ondan sənə də qismət oldu. Yeri gəlmişkən, el arasında məşhur olan “Hər gecəni Qədr bil, hər gələni Xızır bil” atalar məsəlinin hikmətinə varmaq istəyirəm. Bildiyimiz kimi, Qədr gecəsi Ramazan ayının 30 gecəsi arasında gizlədilmişdir. Ona görə də atalarımız töfsiyə edirlər ki, hər gecə Allaha dua elə; sanki Qədr gecəsində dua edirsən. Nə bilmək olar, bəlkə elə dua etdiyin gecədir Qədr gecəsi. Əslində duaların hansı gecə qəbul edilsə, səninçün elə həmin gecə Qədr gecəsinə bərabərdir. Bildiyimiz kimi, Xızır əleyhissəlam ölümsüzlük qazanmış bir Peyğəmbərdir. Onun xalq içərisində gəzdiyi və istədiyi bəzi adamlara görünərək sınağa çəkdiyi barədə çoxsaylı əhvalatlar danışılmaqdadır. Böyüklərimiz bizlərə “Hər gələni Xızır bil” tövsiyyəsini verirkən şübhəsiz ki, bu faktı nəzərə almışlar. Yəni tanımadığın adamla ehtiramla davran, qəlbinə dəymə ki, o Xızır da ola bilər (yaxud, Allah dərgahında o da Xızır kimi hörmətli ola bilər). Ziyarətgahda müşahidə etdiyim neqativ mənzərəni qələmə almaqda məqsədim heç də o adamları tənqid edib heyif çıxmaq deyil. Bunları yazdım ki, oxucularım ibrət alsınlar və bəzi hikmətlərə vaqif olsunlar. Bilsinlər ki, qurban kəsərkən onu bir neçə nəfər arasında bölüşmək yox daha çox insanlarla paylaşmaq lazımdır. Həm də çalışmaq lazımdır ki, payladığınız insanlar kasıb, fəqir təbəqədən olsun. Belə olduqda qurbanın qəbul edilmə ehtimalı daha çox olur və insanın düşdüyü sıxıntılı vəziyyətdən çıxması üçün yollar açıla bilir. Paşa Yaqub, Psixoloq, yazıçı Söz ardı: Pulunu kitab oxumağa deyil, eşşək minməyə xərcləyən millətin eşşək kimi minilməsi mənə qətiyyən təəccüblü gəlmir. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |