“Göy gurultusu Onun şəninə təriflər deyir, mələklər də (Allahın) qorxusundan (Onu öyüb mədh edirlər). O, ildırımlar göndərib Allah barəsində mübahisə edənləri vurar. Allahın cəzası şiddətlidir!” Quran, “Göy gurultusu” sursi, 13:13
Xəbər verildiyi kimi, iki gün öncə Daşkəsəndəki hərbi hissədə Milli Ordunun əsgərini ildırım vuraraq öldürdü (Allahdan ona rəhmət diləyirik). İlk baxışdan adi təbiət hadisəsi kimi görünsə də, alt qatında dərin məna və mesaj gizləndiyi hesablamalarımız zamanı üzə çıxır. Elmi-lədun hesablamalarımız göstərir ki, əsgəri ildırım vurması əslində onun Komandanına Allah-Təala tərəfindən verilən xəbərdarlıq mesajdır (necə ki, bir dövlətə xəbərdarlıq etmək istəyəndə onun rəhbərini yox, hansısa bir nümayəndsini öldürürlər). Hadisənin Quran rəmzləri (286,555) altında baş verməsi bunu sübut edir: 1) Xatırladaq ki, keçən il avqustun 10-da Bakı hava limanının enerji sistemi sıradan çıxdı. Həmin gün həmçinin, Tovuz rayonunun enerji sistemi sıradan çıxdığından rayon bir neçə gün qaranlığa qərq oldu. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, əsgəri ildırım vuranda həmin enerji qəzalarının 286-cı (!) günü idi. Bildiyimiz kimi, orjinal Quranın səhifələrinin sayı olan 286 ədədi Yaradanın kodlaşdırılmış möhürü (oxu: asan imzası) olaraq, Allahdan gələn bütün xəbərdarlıqların üzərinə “vurulur”. Bu hadisənin də 286 kodu ilə baş verməsi əsgərin özünə deyil, Komandanına Allahdan xəbədarlıq olması barədə söylədiyimiz fikri təsdiq edir. 2) Yadınıza salaq ki, Azərbaycan ordusuna məxsus “Miq-29” hərbi təyyarəsi qəzaya uğrayaraq (24.07.19) Xəzər dənizinə düşmüşdü. Əsgəri ildırım vuranda bu qəzanın 1396-cı günü idi ki, bundan da tövbə və cəza rəmzi olan 555 ədədini çıxanda, yenə də hadisə üzərində Allahın kodlaşdırılmış möhürü görünür: 1396 – 555 – 555 = 286 Sual yaranır: əsgəri ildırım niyə məhz Daşkəsəndə vurdu? Bu təsadüfdürmü? Quran məntiqinə görə həyatda təsadüf olmur və hər şey zərurətdən doğur. Hadisnin məhz hansı zərurətdən Daşkəsəndə baş verdiyini bilmək üçün hesabamalarımızı davam etdirək: 3) Keçən ilin iyul ayının 24-də Goranboyun Qaramusalı kəndində fəhlə avtobusunun qəzaya uğraması nəticəsində 24 nəfər yaralandı (bu və yuxarıda sadaladığımız digər hadisələr baş verərkən, onların Allahdan xəbərdarlıq mesajı olduğunu sübut edən məqalələr yazıb paylaşmışıq). Daşkəsəndə ildırım hadisəsi baş verəndə həmin qəzanın 302-ci günü idi ki, bundan Allahın kodlaşdırılmış möhürünü şıxanda alınan ədəd hadisə baş verən rayonun seriyasını (16) göstərir: 302 – 286 = 16 Qeyd edək ki, 286 ədədinin əbcəd hesabı ilə cəmi 16-ya bərabərdir: 2 + 8 + 6 = 16 4) İndiyədəkək şərh etdiyimiz xəbərdarlıq mesajlarından biri də 171 saylı marşurut avtobusunda baş verən qəza idi (beş nəfərin ölümü ilə nəticəlnən bu qəza ilin 286-cı günü olmaqla, 13.10.21. tarixdə baş verdi). Burada diqqət çəkən məqam ondan ibarətdir ki, sözü gedən ildırım hadisəsi avtobus qəzasının 588-ci günü baş verib. Hər iki hadisə üzəridən daha bir sirr pərdəsini qaldırmaq üçün 588 ədədindən Yaradanın “asan imzası” olan 286 ədədini çıxaq: 588 – 286 – 286 = 16 Yenə də hadisə baş verən rayonun kodu görünməklə, təsadüfən baş vermədiyi, Allahdan xəbərdarlıq olduğu bir daha sübut olunur. Bəzi oxucularımız fikirləşəcəklər ki, niyə bu hadisələrdə kasıbın balası ölür; məgər Allah günühkarın birbaşa özünə bəla göndərə bilməzdimi? Qeyd edək ki, ildırım vuran şəxs kimin (kasıbın, yaxud, varlının) balası olmasından aslı olmayaraq, bir Komandanın əsgərdir. Komandana xəbərdarlıq mesajı vermək lazım gələndə ilk növbədə onun bir əsgəri vurulur və mesaj göndərilir ki, tövbə edib doğru yola qayıt; əsgərlərinə güvənib xalqa zülm etmə: “Bu əsgərləriniz kimdir ki, onlar sizi Allahın əzabından qoruya bilsinlər... (ildırımla onu vurduğumuz kimi, səni də vurarıq, heç kəs səni qoruya bilməz)”. Quran, “Hakimiyyət” surəsi, 67:20 Bu, həm də ona görədir ki, Komandana gələn bəlanın miqyası sizin fikirləşdiyiniz qədər kiçik olmayacaq. Çünki, o əhalinin 71 faiz (pozğun, zalım, yolazmış) hissəsini təmsil edir. Bəla gələndə əhalinin bu qədər hisəsi (Nuhun, Lutun, Salehin... qövmləri kimi) məhv olmalıdırlar. Yaradan bunu nəzərə alıb, Komandana hələlik bəla göndərmir. Əsgərinə göndərir ki, bəlkə onun özü və yaxud, təmsil etdiyi 71 faiz əhali bu xəbərdarlıqdan ibrət alıb öz mövqelərinə, əməllərinə bir daha nəzər salalar. Ola bilsin ki, bir hissəsi günühlarını dərk edib, doğru yola dönsünlər və itki az olsun... Dönməzlərsə, yenə də özləri bilər... Bildiyim qədər böyük bəlanın gəlməsinə lap az qalıb... "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Xəbərdarlığı şərh etdi: Paşa Yaqub – Elmi-lədun bilicisi
0 Comments
|
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |