“Siz zülm etməkdə, günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?”
(Quran, “Qızıl bəzəklər” surəsi) Bildiyimiz kimi, bu gün Xızı rayonunda yerləşən Qaraheybət hərbi poliqonunda “Mİ-17” helikopteri qəzaya uğramış, xeyli sayda hərbi qulluqçularımız həyatlarını itirmişlər. Əvvəlcə qəzada həlak olanlara ALLAHDAN rəhmət diləyirəm və onların çoxunun Cənnətlə müjdələnəcəyinə əminliyimi bildirirəm. Dövlət tərəfindən onlara şəhidlik statusu verilməsini zəruri hesab edirəm. Qəzada açacağım sirr orjinal Quranın səhifəlrinin sayı olan 286 ədədinə dayandığından bu ədədin mahiyyəti haqda bir qədər izahat vermək istəyirəm. Bildiyimiz kimi Kəbədə saxlanılan, eləcə də XVII əsrə qədər çap olunub hazırda muzey və kitabxanalarda saxlanan Quran kitabları 286 səhifəyə yerləşdirilib. Sonralar Quranın sözlərini, nöqtə-vergülünü belə dəyişə bilməsələr də (bu mümkün olmayan bir işdir!!!), qanmazlıqdan səhifələrinin sayını dəyişdilər. Yni daha kiçik formatda kağıza çap etdiklərindən, səhifələrin sayı artdı. İndi 286 ədədinin hikmətlərinə nəzər salaq: 1) Elmi-lədun hesablamalarımız göstərir ki, İslamın iki böyük bayramı arasında riyazi bağlılıq vardır. Bu əlaqə özünü yenə də “Quran”ın səhifələrinin sayı olan 286 ədədi ilə büruzə verir. Belə ki, hər il bir qayda olaraq Qurban bayramının 286-cı günü Ramazan bayramı qeyd olunur. 2) İnsanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür. 3) İnsan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. 4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir. Elmi-lədun hesablamalarımız göstərir ki, elm və kamillik əsri olan XXI əsr başlayandan “Quran” ikinci (!) dəfə yaşanmağa başlamışdır. Yəni, müqəddəs kitabda təsvir olunan hadisələrin analoqunu 2-ci (!) dəfə yaşayırıq. İnsan Qurana əl basanda, yaxud tövbə edəndə bunu üç dəfə təkrarlayır. Gəlin bunu riyazi dilə çevirək: 286 + 286 + 286 = 858 Astronomik hadisələrin elmi-lədun araşdırması zamanı kəşf etdik ki, bütün Günəş və Ay tutulmaları 858 gündən bir təkrarlanır. (cədvəllər yazıya əlavə edilir) Həmçinin təyyarə qəzaları haqda araşdırmalarımı oxuyanlara məlumdur ki, eyni markalı təyyarələr Dünyanın harasında qəzaya uğramasından aslı olmayaraq, 858 gündən bir təkrarlanır (məsələn, bu gün “737” qəzaya uğrayıbsa təqvim üzərində 858 gün geriyə sayıb baxsaq görərik ki, həmin tarixdə hansısa ölkədə “737” qəzası baş veribmiş). 1) Maraqlıdır ki, bugünkü helikopter qəzası da Quranın üç misli olan 858 ədədinə bağlanır. Belə ki, 858 gün bundan qabaq – 24 iyul 2019-cu ildə Azərbaycana məxsus “Miq-29” hərbi təyyarəsi qəzaya uğrayaraq Xəzər dənizinə düşmüşdü!!! (Maraqlıdır ki, bu günkü qəzanın baş verdiyi ərazininn seriyası da 29-dur). 2) Elmi-lədun hesablamalarımız göstərir ki, hərbi poliqonda baş verən bu qəza digər hərbi hissələrdə baş verən partlayışlarla da əlaqələnir. Belə ki, bu gün Ağstafadakı hərbi hissənin (06.07.19) silah anbarında partlayış olmasının 875-ci günüdür ki, bundan da 858 ədədini çıxsaq alınan ədəd helikopterin üzərindəki markanı göstərir və hadisənin Allah tərəfindən zalımlara xəbərdarlıq olduğunu bir daha təsdiq edir: 875 – 858 = 17 (!) “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94. 3) Xatırladaq ki, keçən ilin 8 oktyabrında Ryazan şəhərində hərbi baza partlamışdı. Bu gün həmin hadisənin 417-ci günüdür ki, bundan da Quranın surə və səhifələrinin sayını çıxsaq, yenə də qəzaya uğrayan helikopterin üzərindəki marka görünür: 417 – 114 – 286 = 17 (!) 4) Yadınızdadırsa keçən il oktyabrın 24-də Həzi Aslanovun (hərbçi!) adını daşıyan gəmi Azov dənizində partladı (ölən və yaralananlar olmuşdu). Bu gün həmin hadisənin 400-cü günüdür ki, bundan da Quranın kodu olan 114 ədədini çıxsaq, müqəddəs kitabın səhifələrinin sayı alınar və hadisnin Allah tərəfindən tördildiyini bir daha təsdiq edər: 400 – 114 = 286 5) Bugünkü helikopter qəzası Bakıdan uçan və qəza enişi edən bir neçə təyyarə ilə də riyazi şəkildə əlaqələnir. Məsələn, bu gün Bakı-Moskva reysi ilə uçarkən (29.01.2020) qəza enişi edən “A-319”-un qəza etməsinin 669-cu günüdür ki, bundan da Quran rəmzini çıxsaq, alınan ədəd tövbə və cəza rəmzi olan 555 ədədini göstərir: 669 – 114 = 555 “Biz hər şeyi sayıb yazmışıq”. Quran, 78:29 6) Hesablamalarımız göstərir ki, Mİ-17 qəzası Azərbaycandakı enerji qəzaları ilə də əlaqələnir. Yadınıza salım ki, 2018-ci ilin 14 noyabrında Şüvəlan və Samuxda eyni anda iki yarımstansiya partladı. Ölkənin böyük bir ərazisi qaranlığa qərq oldu. Bu gün həminn hadisənin 1110-cu günüdür ki, bundan da tövbə və cəza rəmzini çıxanda, yenə də cəza rəmzi alınır və hadisənin zalımların cəzalanacağına Allah tərəfindən bir xəbərdarlıq olduğunu bir daha təsdiq edir: 1110 – 555 = 555 Üç il öncə Samuxdakı qəza barədə hesablama paylaşarkən diqqəti rayonun seriyası olan 51 ədədinə cəlb etmişdik. Belə ki, 51-ci surə 60 ayədən ibarətdir. Bunları cəmlədikdə diqqətimizi “Əbu-Ləhəb” surəsinin nömrəsinə (111) yönəldir və həmin hökmün təkrar olaraq zalımlara şamil ediləcəyinə işarə verir: 51 + 60 = 111 Maraqlıdır ki, bu gün qəzaya uğrayan helikopterin üzərindəki marka (Mİ-17) da diqqətimizi yenidən “Əbu-Ləhəb” surəsinin nömrəsinə (111) yönəldir və həmin hökmün təkrar olaraq zalımlara şamil ediləcəyinə işarə verir. Belə ki, 17-ci surə 111 ayədən ibarətdir. Elmi-lədun bilgilərimiz göstərir ki, zülm davam edəcəyi təqdirdə 111-ci surədəki hökm ikinci dəfə indiki zalımlara şamil ediləcək (yuxarıda qeyd etdik ki, Qurandakı hadisələr ikinci dəfə yaşanır). 7) Yadınıza salım ki, 5 iyun 2016-cı il tarixdə Bakıdan Naxçıvana uçan “A-319” təyyarəsi ildırım səbəbindən geri qayıdaraq, qəza enişi etmişdi. Təyyarədə olanların deməsinə görə sərnişinlər arasında çox böyük həyəcan yaşanmışdı. Bu gün həmin hadisənin 2002-ci günüdür ki, bu da 286 ədədinin 5 mislidir: 2002 : 5 = 286 Elmi-lədun bilgilərimiz əsasında qeyd etməliyik ki, bu hadisələrlə Rəbbim Naxçıvandan olan bəzi məmurlara xəbərdarlıq edir ki, zülm etməsinlər və ALLAHIN varlığını unutmasınlar!!! Üzə çıxan hesablamaların çox hissəsini müəyyən səbəblərdən paylaşmıram. O cümlədən Naxçıvan bölgəsi barədə Elmi-lədun bilgilərimizi (oradakı az sayda yaxşı insanların xatirinə) hələlik sirr olaraq saxlayırıq. Ümid edirik ki, bölgədən olan məmurlar öz hərəkətlərinə diqqət edəcəklər ki, bəlkə ALLAH onları bağışladı və 111-ci surənin hökmü icra olunmadı (icra olunmasını arzulamazdıq) .... Bütün bu və digər hesablamalar onu göstərir ki, Quran beş ildən bir and içmək üçün göndərilməyib!!! İçdiyiniz anda əməl etməyin vacibliyi bu cür qəzalarla sizə xatırladılır! Vaxta çox az qaldı. ALLAH Öz hökmünü göstərməmiş Ona tabe olun! Nə camaatın balalarını qırğına verin, nə də öz balalarınızı! İçdiyiniz anda əməl edin, qurtarsın getsin! Qeyd: əyər ALLAHA tabe olsanız övladlarınızı ən ağır xəstəlikdən (hətta sağalmaz xəstəlikdən) sağaldaram. “Bu əsgərləriniz kimdir ki, onlar sizi Allahın əzabından qoruya bilsinlər?” “Hakimiyyət” surəsi, 20-ci ayə. Paşa Yaqub – ALLAHIN qulu
0 Comments
Sağalmaz xəstəlikdən möcüzə sayəsində şəfa tapan tanınmış vəkil Zahidə Vulkan onu həyata qaytaran doktoru Paşa Yaqub haqqında kitab yazıb. "Əfsanəvi fenomen" adlanan bu kitab elmi-lədun bilicisi, qeyri-adi müalicə üsulu olan Paşa Yaqubun həyat və fəaliyyətindən, müalicə metodundan bəhs edir.
Oxucu marağını nəzərə alaraq, pashayaqub.weebly.com saytı yenicə çapdan çıxmış bu kitabın daha bir hissəsini oxucularına təqdim edir. Müəllif: - Siz suyun ruhani terapiyası olmasını da bildirirsiniz. Bu barədə nə deyə bilərsiniz? Paşa Yaqub: - Siz həqiqətən xüsusi müalicəvi mövzuya toxunursunuz, amma, heyif ki çoxları bunu anlamır və inanmır. Bir dəfə uzaq bir yerdən seansıma gəlmişdilər. Onlar dualı su istədilər, bir butılka suya dua oxudum verdim onlara, sonra mənə zəng edib dedilər ki, “evdə o butılkanın ağzını açıb qoyduq stolun üstünə, başımız qarışdı, yaddan çıxdı, istifadə etmədik və bir də baxıb gördük ki, butılkada bir qram su qalmayıb və ondan sonra problemlərimiz həll oldu”. Maştağadakı ruhi əsəb dispanserində xəstə bir qız yatırdı, həmin yer qapalı məkan olduğundan və həmçinin karantin dövrü olduğu üçün ora gedə bimədim. Ancaq bunun da çarəsi vardı. Ora hər həftə bir şüşədə enerji yüklənmiş su göndərirdim. Tibb bacısından xahiş edirdilər ki, həmin suyu xəstəyə içirsin. Bu proseduru bir neçə dəfə təkrarlayandan sonra, on illərdir ki, əsəb xəstəsi olan həmin qızın əsəbləri sakitləşdi və evə yazdılar. Onu sonradan evində seans etdim. Buna bənzər hadisələrlə çox rastlaşıram. Müəllif: - Tutaq ki, bir kənddə bəd nəzərli bir insan var və onun gözlərindən çıxan “lazer şüası” böyük faciələr törədir, insanlara, heyvanlara zərər və xətər törədir, hətta, ölümcül tələfata səbəb olur. Onda olan bəd nəzərin həmin şəxsin özünə və övladlarına da zərəri dəyə bilərmi? Paşa Yaqub: - Bu, çox dəhşətli məsələdir. Mən şəxsən özüm o cür şəxslərdən ehtiyat edirəm. Özümü qorumağa çalışıram. Çünki o nəzərlər istənilən şəxsi birtəhər etməyə qadirdir. Hətta, Məhəmməd Peyğəmbərə də bu barədə ayə nazil olmuşdu. Yaqub Peyğəmbər də öz övladlarını Misirə ərzaq üçün göndərəndə tapşırmışdı ki, “Siz o şəhərə hamınız eyni vaxtda eyni qapıdan girməyin. Ayrı-ayrı qapılardan girin ki, bədnəzərlər sizi fəlakətə uğratmasın!”. Əlbəttə, bədnəzərə malik olan insan özünü də məhv edər, hətta, balalarını da bədbəxt edər və adətən onların övladları həyatda ya xoşbəxt olmurlar və ya çox çətinliklə xoşbəxtliyə nail ola bilərlər. Əksər hallarda bədbəxt olurlar, çünki bədnəzər sahibinin gözlərində xüsusi Selen maddəsi vardır ki, həmin o maddə də çox kəskin neqativ enerjidir və özünə də, öz ailəsinə də dağıdıcı təsir göstərir. Onu tanıyan insanlar yalnız ondan uzaq dursunlar, özlərini onun ölümcül enerjisindən qorusunlar. Görünən hər şeyin fəlsəfi bucağı və özünə məxsus enerjisi var. Müsbət, mənfi enerji insanlara da aiddir. Evdə mübahisə, ölüm və s. olubsa, neqativ enerji özünü sıxıntı, halsızlıq, yuxusuzluq, elektrik avadanlıqlarının tez-tez sıradan çıxması, maddi problemlər kimi göstərəcək. Müəllif: - İndiki dövrdə neqativ enerjinin bu dərəcədə artmasına səbəb nədir? Paşa Yaqub: - Onun müxtəlif səbəbləri var. Məsələn, insanların bir-birinə paxıllıq hissi ilə baxması kimi nümunələri göstərmək olar. İnsanlarda iqtisadi vəziyyət aşağı olduqca, dolana bilmir və başqasına həsəd aparır. İstəmədən digər şəxslərdə gözü qalır. Daha sonra, bəd nəzərlər var. Bu da neqativ enerjiyə səbəb olan amillərdəndir. Digər bir səbəb isə sosial şəbəkələrdir. Burda neqativ yazıların olması, magiyaya aid şəkillərin olması (cin, şeytan şəkilləri) neqativ enerjinin yayılmasının səbəblərindən sayıla bilər. Həmin şəkillərdən insanlara mənfi enerji gəlir. İnsanlar mənfi enerji gətirən amillərdən uzaq olmalıdırlar. Məsələn, insanların, daha çox da əsasən, xanımların kofe ilə fala baxması da onlara mənfi enerji yükləyir. Mən insanlara belə şeylərdən uzaq durmasını məsləhət görərdim. Vahimədən də neqativ enerji yaranır. Bu da xəstəliyə səbəb olur. Ən çox xəstəlik qorxudan, vahimədən yaranır. Qorxulu şeylərdən uzaq durmaq lazımdır. Ürəkaçan nəyəsə baxmaq insana müsbət enerji gətirir. Qorunmağın əsas üsullarından biri də, təbiətlə daha çox təmasda olmaqdır. Xoş işlər, yaxşı əməllər bizi mənfi enerjidən hər zaman qoruyur. İnsanın niyyəti, əməli xoşdursa, o mənfi enerjidən tez xilas olur. Qurban kəsilməsi, ehsan verilməsi də neqativlikdən qoruyan amillərdəndir. Bu zaman insan başına gələcək bəlaların, hadisələrin bir növ qarşısını almış olur. Olunan yaxşılıqlar pis enerjilərin qarşısını alır. Neqativ enerji, loru dildə “gözə gəlmək” tilsimə düşmək deməkdir. Neqativ enerjini kompüterə düşən virusla müqayisə edək. Kompüter insanın alt kopyasıdır. Orda hansı proseslər gedirsə, həmin proseslər insanda da gedir. Sadəcə, insan bunu dərk eləmir. Virus yayılır kompüterə və müəyyən faylları silir. Neqativ enerji də, bu tip şeydir. Düşür insana, inam və sevgi hissini silir. Bundan sonra insan sevgisiz olur və sağlamlığını itirir. Sonunda insan həyatı uğursuzluqla nəticələnir. Mənim üsullarım əsasən fizikanın qanunlarına əsaslanır. Necə ki, kompüteri ustaya aparırsan, virusları silib, yeni fayllar yükləyir. Məndə də elədir. Mən insanı seans edəndə neqativ enerjilər sanki format olunur. Növbəti seanslarda silinmiş hisslər (fayllar) bərpa olur. Əgər anada neqativ enerji varsa mütləq bu enerjini bətndəki uşağa yoluxdurur. Beləliklə, son dövrlər əksər insanlar doğuluşdan neqativ enerji ilə doğulurlar. Uşaq böyüdükcə ondakı neqativ enerji də böyüyür… Müəyyən insanlarda isə, paxıllıq hissi və kin-küdurət olur. Sanki cəmiyyətə özünü uğursuz insan kimi göstərməyə çalışırlar. Belə insanlar öz neqativ enerjilərini digərlərinə də ötürə bilirlər… Adicə, heyvanlar, ağaclar da enerji ötürə bilirlər. Məsələn, qoyun da, it də, dovşan da, ilan da və s. hamısı heyvandır. Amma, heç kim istəməz ki, otağında ilan olsun. Hamı arzulayar ki, yanında ceyran, maral olsun. Çünki, bu heyvanlar müsbət enerji ötürür. İnsanlar iki cür ruhlu olur. Müsbət ruhlu və mənfi ruhlu insanlar. Müsbət ruhlu insanların sənə heç bir yaxşılığı dəyməsə də, onları görəndə sevinirsən. Müəllif: - Siz “Efir” enerjisinin sirrini bildiyiniz və ondan istifadə etdiyiniz üçün Sizi də müəyyən maraqlı qüvvələrin öldürə biləcəklərindən qorxmursunuz? Paşa Yaqub: - Allah elm bəxş etdiyi şəxsləri bədniyyət insanlardan qoruyur. Həm də özlərini qorumaq üçün onlara elm də verib. (ardı var) Xəbər verildiyi kimi, bu gün – 19 noyabr 2021-ci il tarixdə Ay tutulması baş verdi. Bu tutulmanın Yer əhlinə hansı mesajları verdiyini araşdıraq. Elmi-lədun araşdırmalarımız göstərir ki, Ay tutulmaları təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü “Quran” rəmzləri ilə büruzə verir ki, bu da qiyamətin əlamətləri olan tutulmaların ciddi bir nizamla baş verdiyini ortaya qoymaqdadır. Araşdırmalarımız göstərir ki, bütün Ay tutulmaları bir qayda olaraq Hicri-qəməri təqvimi ilə ayın 14-də baş verir (bu gün də Hicri-Qəməri təqvimlə Rəbiəl-axır ayının 14-dür). Bununla Yerə hansı kodlaşdırılmış informasiyanın ötürüldüyünü bilmək üçün 14 ədədinin hikmətlərinə nəzər salmaq kifayətdir. Öncə, Ay tutulmalarının cədvəlini hər iki təqvimlə diqqətinizə çatdırırıq: (Cədvələ baxın) Cədvəldən göründüyü kimi, elm əsrinin bütün Ay tutulmaları 14 ədədi altında baş verir. Sual yaranır ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulub? Xatırladaq ki, 14 ədədi Quranda “İbrahim” surəsinin sıra nömrəsidir. Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. Hesablamalarımız göstərir ki, 14 ədədi Allahın Öz adına olan “Rəhimli Allah” (55) surəsinə bağlanır və “Quran”da tarazlıq (balans) rəmzi sayılır. Bunu sübut etmək üçün daha bir düsturu diqqətinizə çatdırırıq: "Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı əlli beşdən azdır). Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var). Beləliklə, “Quran”da 55-ci ayə 41 dəfə, 41-ci ayə isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir: 55 - 41 = 14 Bu düstur bir daha “Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, fövqəladə bir elmlə (Allahın iradəsiylə) düzüldüyünü təsdiq edir. Ay tutulmalarının da 14 ədədi altında baş verməsinin sirri bu düsturda açılır. Belə ki, xeyirlə şər arasında tarazlığı pozan və zülmə üstünlük verən rəhbərlərə Allah tərəfindən mesaj ötürülür ki, hədlərini aşmasınlar və Yerdə tarazlığı (balansı) pozmasınlar. (Müasir terminlə desək: qırmızı xətti keçməsinlər) Əvvəlki yazılarımızda ortaya qoyduğumuz faktlardan da görünürdü ki, Yerdə baş verən bütün böyük zəlzələ, qasırğa və təyyarə qəzaları bir qayda olaraq riyazi şəkildə Ay tutulmalarına bağlanır. Bu da sübut edir ki, Ay tutlmaları əslində tarazlığı pozanlara gələcək bəlaların siqnalıdır. Nişirəvanın sarayından niyə 14 sütun uçdu? Zülmkar rəhbərlərdən və 14 ədədindən söhbət düşmüşkən, maraqlı bir tarixi faktı diqqətinizə çatdırım ki, Məhəmməd Əleyhissəlam dünyaya təşrif gətirən gecəsi zalım şah olan fars hökmdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Hadisəni şərh etmək üçün saraya çağrılan münəccimlər və bilicilər uzun müzakirələrdən sonra belə qərara gəldilər ki, səmavi kitablar vasitəsi ilə xəbəri qabaqcadan verilən Peyğəmbər artıq dünyadadır. Onu da bildirdilər ki, Nuşirəvanın hakimiyyəti süqut edəcək və 14 padşah dəyişdikdən sonra Sasanilər dövləti dağılacaq. Çox keçmədi ki, verilən proqnoz özünü doğrultdu və Sasanilər dövləti dağıldı (bu müddətdə 14 dəfə saray çevrilişi oldu ki, hər bir padşahın hakimiyyəti bir neçə ay çəkdi). Ayın üzərindəki “ləkə” əslində hansı materikin xəritəsidir? Bəşər yaranandan insanlar Ayın üzərindəki ləkəni görsə də, bunu indiyədək heç bir alim elmi cəhətdən izah edə bilməmişdir. Odur ki, bu ləkə barədə ancaq əfsanələr dolaşmaqdadır. Nəhayət, elm əsri olan XXI əsrdə Elm-lədun yolu ilə bizə bildirildi ki,həmin ləkə əslində PANGEYA materikinin xəritəsidir (Pangeya materikinin xəritəsi yazının rəy hissəsində). Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, ilk yaranışda Yer kürrəsində cəmi bir materik olub ki, onun da adı Pangeya olub. (Həmin materiki əhatə edən okean isə, Pantalas olub.) Zaman keçdikcə həmin Pangeya materiki əvvəlcə iki hissəyə, sonra isə, altı hissəyə bölünüb. “Pangeoist” sözünün mənşəyi isə, “Pan os” - “tam”, “bütöv”, “kök” (özül); “geo” - “Yer” mənası verməklə, “bütöv Yer” mənasını bildirir. Yerin ilk yaranış formasını Ayın üzərindən hər gün bizə göstərməklə Yaradan bizlərə bir neçə mesaj verir. Mesajlardan biri odur ki, yaranışın əvvəlində Yer necə bütöv olubsa, sonda yenə həmin zəlzələlərlə əvvəlki bütöv halına qayıdacaq (bildiyim qədər bu XXI əsrdə baş verəcək. Düzgünün Allah bilir). Yerin xəritəsi Ayın üzərində əks olunduuğuna görə, Ayda gedən bütün proseslər Yerə təsir edir (bunu dünyəvi elm d sübut edir). Həmçinin zəlzələlər, daşqınlar, hətta təyyarə və enerji qəzaları da Ay tutulmalarına bağlanır. Xeyirlə şər arasında pozulmuş balans yaxın aylarda bərpa ediləcək Məlumdur ki, bəşər yaranandan xeyirlə şər arasında həmişə balans olmuşdur. Tarixin elə mərhələləri də olmuşdur ki, xeyirlə şər arasında mövcud balans (birincinin ziyanına) pozulmuşdur. Peyğəmbərlər tarixini araşdırdıqda, məlum olur ki, onların zühuru da məhz belə məqamlarda baş verir. Yəni, Allah-təala xeyirlə şər arasında pozulmuş tarazlığı peyğəmbərlər vasitəsi ilə bərpa edir. Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Yerdəki bu vəziyyət Allah-təalanın qəzəbinə səbəb olmuşdur! Elmi-lədun araşdırmalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər, müəmmalı təyyarə qəzaları, yolxucu xəstəliklərin tüğyan etməsi məhz bu qəzəbin təzahürüdür. Astronomik hadisələrin təhlili, eləcə də elmi-lədun bilgilərimiz göstərir ki, pozulmuş balansı bərpa edəcək şəxs artıq aramızdadır! Bütün bu və ya digər (açıqlanması məqsədəuyğun olmayan) məlumatların təhlili göstərir ki, Yer kürrəsində, o cümldən Azərbaycanda baş verən zülm və haqsızlıqlar ALLAHIN qəzəbinə səbəb olmuş, bu səbəbdən cürbə-cür bəlalar gəlməkdədir. Odur ki, insanlara tövsiyyə edərdik ki, özlərindən aşağılara zülm etməkdən, əziyyət verməkdən, pozğun həyat tərzi keçirməkdən çəkinsinlər! Elmi-lədun hesablamalarımız göstərir ki, bir ildən az müddətdə şeytani dövr başa çatacaq, zalım rəhbərlər və onların pərəstişkarları meydandan silinib gedəcəklər. Az vaxtda kamillik dövrü başlayacaq və haqq-ədalət bərqərar olacaqdır! “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” Quran,“Süfrə” surəsi, 19-cu ayə. Dr. Paşa Yaqub Elmi-lədun bilicisi "44 GÜNLÜK SAVAŞI PEYĞƏMBƏRİN VƏ ŞEYX ŞAMİLİN APARDIĞI MÜHARİBƏLƏRLƏ MÜQAYİSƏ ETMƏK OLAR..."11/15/2021 Yazı Şəhid Mais Səfərovun əziz xatirəsinə ithaf olunur...
“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur”. Quran, 3:169 Düşmənlə apardığımız 44 günlük döyüş öz taktikasına və qeyri-adiliyinə görə tək Azərbaycanda deyil, bütün Dünyada müzakirə mövzusu oldu. Şuşa kimi alınmaz bir qala şəhərini bıçaqla, tapançayla almaq Dünyanın hərb tarixində görünməmiş bir yenilik idi. Ermənilərlə savaşda heyrət doğuracaq məqam tək bu deyildir. Bu yazıda diqqətinizi başqa məqamlara cəlb etmək istəyirəm. Həmin döyüşlər vaxtı erməni əsgərlərinin mətbuata verdiyi müsahibələrə diqqət yetirək. Erməni əsgərlərinin mətbuata verdiyi müsahibələrdə belə məqamlar vardı ki, ermənilər gecəykən səngərlərinə dolan Azərbaycan əsgərlərinə atəş açsalar da, güllə sanki onlara dəymirdi. Hətta pulemyotla vurulan azərbaycan əsgərinin meyidini sonradan səngərdə tapmaq olmurdu, sanki yoxa çıxırdı... Bir müsahibədə də erməni əsgəri deyirdi ki, bu gecə səngərə hücum edən və öldürülən Azərbaycan əsgərini sabah gecə yenə eyni səngərə hücum edən görüblər. Bu mistik hadisələrdən qorxduqlarını büruzə verirdilər müsahibələrində... 44 günlük müharibədə diqqət çəkən digər heyrətamiz məqam şəhidlərimizin cənazələrinin çürüməməsi oldu. Belə ki, bioloji qanunauyğunluğun əksinə olaraq, Azərbaycan əsgərlərinin cənazələri günlərlə döyüş meydanında qalsa da, çürümürdü. Yəni, neçə gündən sonra cənazəni götürəndə ondan çürüntü iyi deyil, gülab qoxusu gəlirdi. Hətta, dəfn edilmiş şəhid məzarını müəyyən səbəblərdən bir ildən sonra açanda da insanlar heyrət etmişdilər: sanki cənazə elə bu gün dəfn olunub, heç bir çürümə, pis qoxu yox idi... Bu kimi heyrətamiz hadisələrlə 44 günlük müharibədə demək olar ki, hər gün qarşılaşdıq... Bəs bütün bunları necə izah etmək olar? Müasir elmin izah edə bilmədiyi bu cür hadisələri ancaq Quran ayələri ilə izah etmək mümkündür. Bir il əvvəl Qarabağda aparılan müharibəni ancaq Həzrət Peyğəmbərimizin rəhbərliyi ilə VII əsrdə kafirlərə qarşı və Şeyx Şamilin rəhbərliyi ilə XIX əsrin ortalarında Rusiyaya qarşı aparılan müharibə ilə müqayisə etmək olar. Peyğəmbərimizin apardığı müharibələr bizə Qurandan məlumdur. Şeyx Şamilin Rus hökumətinə qarşı apardığı müharibə barədə isə, tarixi mənbələrdə maraqlı məlumatlar vardır. Belə ki, Şamil kiçik bir dəstə ilə (müridlərlə) on minlərlə Rus qoşununa qarşı 20 il döyüşmüşdür. Tarixə qızıl hərflərlə düşən bu müharibədə baş verən bəzi məqamlar bizim 44 günlük Qarabağ savaşında baş verənlərə çox bənzəyir. Qeyd edək ki, Lev Tolstoyun “Hacı Murad” əsərində Şeyx Şamil və onun müridlərinin apardığı müharibə geniş və ətraflı təsvir edilmişdir. Əsərdə yazıldığına görə rus əsgərləri sayca qat-qat çox və müqayisə olunmaz dərəcədə güclü silahlansalar da, Şamili və müridlərini demək olar ki, öldürə bilmirdilər. Onlara sanki güllə dəymirdi. Əsəri oxuduqca aydın olur ki, hansısa gözəgörünməz bir qüvvə Şeyx Şamili və onun müridlərini qoruyurdu. Bundan cana doyan Nikolay hökuməti əmr etdi ki, Rusiyanın Dağıstan və Çeçenistanla sərhəddində və digər ətraf ərazilərdə olan bütün meşəliklər qırılsın. Fəqət bunun da bir nəticəsi olmadı... Tolustoyun sözügedən əsərindəki epizodları oxuduqca gözlərimiz önünə Qarabağ savaşında baş verən, elmin izah edə bilmədiyi məqamlar gəlir. Gəlin görək bu barədə Quranda nə deyilir? “Onları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. Atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri (zəfər çalmaq üçün) yaxşı bir imtahandan keçirtdi. Allah (hər şeyi) eşidəndir, biləndir!” Quran, 8:17 “Möminləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbrli kişi olsa, iki yüz kafirə, yüz səbrli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar anlamayan bir tayfadır!” Quran, 8:65 Ayədən görünür ki, həm Qarabağ müharibəsində, həm də Şeyx Şamilin, həm də Peyğəmbərimizin apardığı müharibələrdə Allahın və Onun mləklərinin mömünlərə köməyi olub. Ona görə də baş verən bəzi mistik epizodları dünyəvi elm izah edə bilmir. Əsgərlərimizin danışdıqlarına görə, onlar az bir dəstə ilə düşmən üzərinə getdikcə, onlardan sayca çox olan ermənilər üstlərinə böyük bir ordu gəldiyini zənn edib, qaçırmışlar. Bu da yuxarıda göstərdiyimiz ayəyə uyğundur: “İçərinizdə iyirmi səbrli kişi olsa, iki yüz kafirə, yüz səbrli kişi olsa, min kafirə qalib gələr”. Deməli, 44 günlük savaşda düşmən bizim əsgərlərimizi Quranda yazıldığı kimi sayca on qat artıq görürmüşlər... “Əgər siz (Xocalı faciəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (44 günlük döyüşdə) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər seçsin. Allah zülmkarları sevməz!” “(Bu həm də) Allahın iman gətirənləri (günahlardan) təmizləməsi və kafirləri məhv etməsi üçündür”. “Yoxsa Allah içərinizdən cihad edənləri və səbr edənləri bilib ayırd etməmişdən (insanlara tanıtmamışdan) qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz?” Quran, 3:140-141-142 Söz ardı: Neftçala rayonunda doğulan Şəhid Mais Səfərov hələ müharibəyə getməzdən neçə gün öncə ailəsinə demişdi ki, bir neçə gündən sonra döyüşə gedəcəm və şəhid olacam. Dr. Paşa Yaqub Xəbər verildiyi kimi dünən (10 noyabr 2021) Bakıda baş verən güclü külək bir sıra dağıntı və qəzalara səbəb olmaqla, insanlara həyəcan yaşatdı.
Bildiyimiz kimi, Quranın 51-ci surəsi “Sovurub dağıdan küləklər” adlanır və burada Yaradan küləyə and içir. Elmi-lədun hesablamalarımız göstərir ki, dünən Bakıda baş verən külək məhz Quranın 51-ci surəsinə bağlanır və yolun azmış xalqımıza və onların zalım rəhbərlərinə Allahdan növbəti xəbərdarlıqdır. Bunu aşağıdakı hesablamalardan da görmək olur: 1. Dünən güclü külək baş verəndə 26 may 2021-ci il tarixdə baş verən Ay tutulmasının 165-ci günü idi ki, bundan da Quran rəmzini (114) çıxanda “Sovurub dağıdan küləklər” surəsinin sıra nömrəsi (51) alınır və hadisənin Allah tərəfindən xəbərdarlıq mesajı olması barədə açıqlamamızın doğruluğunu təsdiq edir: 165 – 114 = 51 2. Dünən Bakıda külək qağıntı törədəndə 30 noyabr 2020-ci il tarixli Ay tutulmasının 337-ci günü idi ki, bundan da orjinal Quranın səhifələrinin sayını (286) çıxsaq, yenə də “Sovurub dağıdan küləklər” surəsinin sıra nömrəsi (51) alınır və hadisənin Allah tərəfindən növbəti xəbərdarlıq olduğunu bir daha təsdiq edir: 337 – 286 = 51 3. Xatırladaq ki, 29 yanvar 2020-ci il tarixdə Bakı-Moskva reysi ilə uçan sərnişin təyyarəsi qəza enişi etmişdi (həmin vaxt hesablamalarını paylaşmışdıq). Dünən tufan baş verəndə həmin hadisənin 286-cı günü idi ki, bu da hər iki hadisənin Allah tərəfindən zalımlara və yolazmışlara xəbərdarlıq olmmasını bir daha təsdiq edir. 4. Hesablamalarımızı daimi izləyənlər xatırlayar ki, Ağstafada hərbi hissədə partlayış baş verəndə (6 iyul 2019) hadisənin sirlərini açan hesablamalar paylaşmışdıq. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, dünən Bakını külək sovurub dağıdanda həmin partlayışın 858-ci günü idi ki, bu da Quranın kodu olan 286 ədədinin üç mislidir: 858 – 286 – 286 = 286 Oxucunu yoramamaq üçün hesablamaları uzatmırıq. Bütün bu və digr hesablamalar sübut edir ki, dünənki dağıdıcı külək təsadüfü olmayıb (Quran məntiqinə görə hyatda təsadüf yoxdur), ALLAHDAN növbəti xəbərdarlıqdır. Yenə sual verəcəksiniz ki, xəbərdarlığın ziyanı niyə aşağı təbəqəyə dəyir? Bu sualınıza cavab vermək üçün “Sovurub dağıdan küləklər” surəsinə daha bir nəzər salaq. Surənin 60 ayədən ibarət olması suala cavab tapmaq üçün diqqətimizi 60-cı surəyə (“İmtahana çəkilmiş qadın”) yönəldir. 60-cı surənin başlanğıcında Rəbbim buyurur: “Ey iman gətirənlər! Nə Mənim düşmənimi, nə də öz düşməninizi dost tutun! Onlar sizin haqqınızı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərir, rəğbət bəsləyir, təbliğ edirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (yurdunuzdan) çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi (bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə, bilsin ki, haqq yoldan azmışdır! “(Quran, 60:1) Sözügedən surənin sonuncu ayəsi isə, belə tamamlanır: “Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin”. (Quran, 60:13) İndi baxın görün Quranın bu hökmlərinə (Yaradanın tapşırıqlarına) cəmiyyətin neçə faizi əməl edir? Aldığımız İlahi bilgilərə görə cəmiyyətimizin 71 faizi Allahın bu tapşırığını qulaqardına vurur. Ona görə də gələn bəlalar (tufan, zəlzələ, xəstəlik və s) aşağı təbəqəni də tutur. İnsanlar bundan nəticə çıxarsalar və tövbə edib, doğru yola dönsələr, zalımlardan məsafə saxlasalar, qarşıda gözlənilən böyük bəlalardan sığortalana bilərlər. “Sovurub dağıdan küləklərə... and olsun ki, cəza labüddür”. Quran, “Sovurub dağıdan küləklər” surəsi, 1-6-cı ayələr. Xəbərdarlığı çatdırdı: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi (Qeyd: paylaşaq söz yiyəsinə tez çatsın) Sağalmaz xəstəlikdən möcüzə sayəsində şəfa tapan tanınmış vəkil Zahidə Vulkan onu həyata qaytaran doktoru Paşa Yaqub haqqında kitab yazıb. "Əfsanəvi fenomen" adlanan bu kitab elmi-lədun bilicisi, qeyri-adi müalicə üsulu olan Paşa Yaqubun həyat və fəaliyyətindən, müalicə metodundan bəhs edir.
Oxucu marağını nəzərə alaraq, pashayaqub webly com saytı yenicə çapdan çıxmış bu kitabın daha bir hissəsini oxucularına təqdim edir. Müəllif: - Bütün bunları xatırladıqca insan beynində bir sual yaranır ki, Peyəmbərlərin və Allah dostlarının göstərdikləri bu möcüzələrin, kəramətlərin baş verməsi üçün böyük bir enerji tələb olunur. Bu enerji onlarda necə yaranır? Bunun bir elmi izahı varmı? Paşa Yaqub: - Yuxarıda qeyd etdiyimiz kimi, Kainat fizikanın qanunları ilə (fiziki qanunlarla) idarə olunur. Burada baş verən bütün enerji proseslərində bir qanunauyğunluq vardır. Ancaq, müasir elm Kainatda baş verən bir çox qanunauyğunluqları izah etməkdə acizdir. Ona görə ki, hal-hazırda istifadə edilən Elementlərin Dövri Sistemi saxtalaşdırılıb. Mendeleyevin ölümündən (1907-ci il) sonra cədvəldən “Efir” adlanan elementi çıxarıblar. Bu saxtalaşdırma kimya, fizika və tibb elmlərinin inkişafına zərbə vurdu. Bu elmlərdə bir yarımçıqlıq, natamamlıq yarandı. Bu səbəbdən də müasir elm Kainatda baş verən bir çox hadisələri, o cümlədən, möcüzə və kəramətləri izah edə bilmir. Çünki, “Efir” elementinin sirlərini bilmədən bunları izah etmək mümkün deyil. Müəllif: - “Efir” elementi nədir və niyə indi Elementlərin Dövri Sistemi Cədvəlində yoxdur? Paşa Yaqub:- Mendeleyev sağ olarkən, onun tərtib etdiyi Elementlərin Dövri Sistemi Cədvəlinin orijinalında “Efir” adlı element mövcud idi. 1906-ci ildə nəşr olunan “Kimyanın əsasları” kitabında (8-ci nəşr) Mendeleyevin əsl cədvəli salınmışdır. Kimyəvi işarəsi “X” olan bu elementi Mendeleyev öz cəvəlində “Nyutoniy” adlandırmışdı. Cədvəlin yuxarı sol küncündə yerləşən bu maddəni alimlər "Dünya efiri" adlandırdılar. Cəvəldə “Efir” “Hidrogen”dən əvvəl yazılmışdı, sıfır qrupuna, sıfır sırasına daxil edilmiş yeganə element idi. Atom çəkisi 0,4 olan bu element əsl enerji daşıyıcısıdır. “Efir”in hissələri atomları, molekulları formalaşdırır, amma, kimyəvi reaksiyalarda iştirak etmir. Efir - maddənin bir hissəsidir. Belə deyək ki, ruhudur, enerjisidir. Müəllif: - “Efir” elementi cədvəldə bərpa olsa tibb elmi bundan bəhrələnə bilərmi? Paşa Yaqub: - Mendeleyevin vəfatindan (1907) sonra, bəşəriyyətin tərəqqisini istəməyən qüvvələr cədvəl üzərində dəyişiklik edib, “Efir” elementini oradan xaric etdilər və 0 qrupunu ləgv etdilər. Beləliklə də, bir çox sirləri gizlətmiş oldular. Ona görə də müasir cədvəldə “Efir” görsənmir. Çünkü 0 qrupu mövcud deyil. Bu cür saxtalaşdırma kimya, fizika, biologiya elmlərinin gələcək inkişafına zərbə vurmaqla, sivilizasiyanın tərəqqisini dayandırdı. Hazırda məktəblərdə və ali təhsil müəssisələrində Mendeleyev cədvəli tamamlanmamış, yarımçıq tədris olunur ki, bu da açıq saxtakarlıqdan başqa bir şey deyildir. Müəllif: - həmin illərdə Bu elementin sirrlərini bilən alimlər yox idi ki, etiraz etsinlər? Paşa Yaqub: - Tarixə nəzər yetirsək görərik ki, “Efir” elementinin sirlərindən bəşəriyyətin xeyrinə istifadə edən alimlər müəmmalı şəkildə öldürülüblər. Belə ki, bir çox alimlər bu sonsuz enerji maddəsinin cəmiyyətin xeyrinə tətbiq olunma variantlarını işləyiblər. Amma, hamısının sonu faciə ilə bitib. Bəşəriyyətin tərəqqisini istəməyən qüvvələr buna imkan verməyiblər. Məsələn, böyük alim Nikola Tesla (1856-1943) “Efir”dən energi alınmasının mümkünlüyünü sübut etdi. Alim bu elementin sirrini bilməklə, daimi işləyən mühərrik yaratdı. Daha sonra, enerjinin naqilsiz paylanmasını kəşf etdi. Bu da onun karyerasının sonunu gətirdi. Qoca vaxtı hoteldə qaldığı otaqda müəmmalı şəraitdə ölü tapıldı. Dərhal onun otağından bütün əlyazmalarını, elmi işlərini kəşfiyyat xidməti (FBR) yoxa çıxardı. Eynşteyn “Ümumi nisbilik nəzəriyyəsi”ni açıqlamaq üçün fiziki məkanı "Efir" adlandırmağı təklif etsə də, böyük güclərin (mafiyaların) nəzarətində olan və “Elmlər Akademiyası” adlanan qurum buna imkan vermədi. Ümumi nisbilik nəzəriyyəsinə əsasən, deyə bilərik ki, məkan - "Efir" olmadan ağlasığmazdır. Elmlər Akademiyası hələ də öz mövqeyində möhkəm dayanmaqa davam edir. “Efir” elementi ilə bağlı heç bir tədqiqat işi, Elmlər Akademiyaları tərəfindən qəbul edilmir. Çünki, bu mövzuya hansısa qüvvələr tərəfindən qadağa qoyulub. Misal üçün daimi mühərriklərin ixtirası baxılmır. Amma, hal-hazırda bu istiqamətdə aktiv müzakirələr gedir. Bu mühərrik alimlər tərəfindən bir cox ölkələrdə yenidən işlənib. Yaponiyada yanacaqsız işləyən avtomobillərin istehsalına başlanacağı haqda məlumat verilib. 2008-ci ildə yanacaqsız çalışan və enerjisini “Efir”dən alan motosikl nümayiş etdirilib. Maraqlıdır ki, yenə də hansısa qüvvələr bu texnologiyaların həyata keçməsinə imkan vermədilər. Müasir təsəvvürdə “Efir” yuksək sıxlığa malik olan qaza bənzəyir. Elementin araşdırmasına Rusiya alimi Vladimir Ocukovskiy də xeyli əmək sərf edib. O, texnika elmləri doktoru, Sialkovski adana Kosmik Akademiyasının üzvü, Rusiya Akademiyasının fəxri üzvüdir. Efir küləyi Qütb ulduzunun, Əjdaha bürcünün yaxınlığında yerləşir. Onun sürəti 400 km/saniyədə yer kürəsinə yaxınlaşdqca küləyin sürəti 30 km/saniyəyə enir və daha az ola bilər; bu dəniz səviyyəsindən asılıdır. Şimalda “Efir” boyuk sıxlığa malik olur. Cənubda isə, sıxlıq azalır. “Efir” qaza bənzədiyinə görə üç cür hərəkətə malikdir: xaotik, qəbul edilən (külək və səs), fırlanan (qasırğa, külək, burulğan). Başlayaq küləkdən. Külək burulğanı “Efir”in yeganə yaranmasıdır. Çox uzunömürlü olur. Bu sahəni araşdıran alimlər belə qənaətə gəlirlər ki, Kainatın bütün obyektlərinin (qallaktikaların, ulduzların, Günəş və planetlərin, atomlar və elementar hissəciklərin) enerqetik əsasını burulğan “Efir” təşkil edir. Bu element maddəyə və enerjiyə çevrilir. Ehtimal olunur ki, Yer kürəsinin mərkəzində burulğan külək yerləşir. O, enerji yaradır və Yerin daimi fırlanmasını təmin edir. Əgər küləyin növünə nəzərən “Efir”in yerdəyişməsini götürsək, bu, Fen Şuy təliminə görə “Si” deməkdir ki, bu da külək və su ilə yerini dəyişir. Çin heroqlifi “Si” - buxar, hava və ya nəfəs mənasını verir. “Si” ağac, kərpic və ya beton kimi müxtəlif keçiricilik qabiliyyətinə malik olan mühitlərdən maneəsiz keçə bilir. “Si” insan bədənində meridianlar üzrə axır. “Efir”in bu xassəsindən istifadə edərək, ondan insan orqanizmində olan bütün xəstəliklərin müalicəsində istifadə etmək mümkündür və biz bunu edirik. Bizim üçün ən vacib olan “Efir”in yerdəyişməsinə səsin növünə nəzərən baxaq. Çox qədimdən məlum idi ki, dünya rəqəmlər və səslər vasitəsilə yaradılıb. Burada Q. Qalileyin “Allah Kainatı riyazi dillə yaratmışdır” fikri yerinə düşür. Platon müəyyən etmişdir ki, ən mükəmməl həndəsi fiqurlarda musiqi kürəsi var. Bu kəşf eləcə Platon hissəcikləri adlandırıldı. Müxtəlif diatonik musiqi tezliklərində su damlası daxilində hissələri birləşdirən ellipistik əyri xəttlərlə əhatə olunan Platon hissəcikləri yaranır. Beləliklə, Kainatın kristallik strukturunun yaranmasına səbəb səsdir. Daha doğrusu, naqillərdə yayılan bütün növ dalğavari hərəkət kimi, efirdəki dalğaların interferensiyasıdır. Təsadüfi deyildir ki, qədim dövrdə hesab edirdilər ki, dünya səslər və rəqəmlərin köməyi ilə yaradılmışdır. Yəqin elə buna görədir ki, İlahi kəlamlar (“Quran”, Azan və s.) avazla oxunduqda daha çox təsir gücünə malik olur. Səmavi kitablarda xəbər verildiyi kimi, Kainat Yaradanın “Ol!” kəlməsi ilə yaranmışdır. İndi isə, rəqəmlər haqqında. Bildiyimiz kimi, harmoniyanın əsası fibonaççi ədədlər nisbəti adlanan rəqəmlərdən yaranır. Belə ki, hər yeni say əvvəlki iki məbləği özündə cəm edir: 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89... Əgər biz hər qonşu cüt rəqəmləri analiz etsək görərik ki, bu Pifaqor tərəfindən kəşf edilmiş diatonik musiqi nisbətidir: 1/1, 1/2, 3/2, 5/3, 8/5, 13/8, 21... Bu isə, öz növbəsində musiqi intervalları olub, oktava, kvinte, kvarte, kiçik və böyük sekste, kiçik və böyük terçiyə və s. uyğundur. Bütün bunlar onu göstərir ki, Mendeleyevin ölümündən sonra Dövri Sistemdən çıxarılan (gizlədilən) “Efir” elementi rəqəmlərdə və musiqinin tərkibində də vardır. Buna görə də qəlbə yatan musiqi insana enerji (ruh) verir, yorğunluğu aradan qaldırır... Müəllif: - Bəs “Efir” elementi və onun faydaları niyə belə ciddi-cəhdlə bəşəriyyətdən gizlədilir? Paşa Yaqub: - Məncə səbəb odur ki, bu element Kainatın enerjisini, ruhunu təşkil edir. “Efir”in varlığını, onun sirrini bilmədən, Kaninatın, yaradılışın dərki mümkünsüzdür. Bu gün bəşəriyyəti istismar edən böyük güclərə insanların dərrakəli olması maraqlı deyil (ağıllı, dərrakəli insanı istismar etmək çətindir). Həmçinin, daimi işləyən mühərriklərin həyata tətbiq edilməsi enerji resurlarına nəzarət edən mafiyaların marağına uyğun deyildir. Bu səbəbdən də elmin inkişafına mane olmaqla, bu gün dünyada yarımçıq -inamsız, imansız, dərrakəsiz bir kütlə formalaşdırıblar ki, bu səbəbdən hələ də meymundan yarandığına inananlar var. Müəllif: - Bildirirsiniz ki, “Efir” enerjisi bütün xəstəliklərin dərmanıdır. Bunu necə sübut edə bilərsiniz? Paşa Yaqub: - Vacib bir məqamı qeyd edək ki, Elementlərin Dövri Sistemindən “Efir”in çıxarılması kimya, fizika və biologiya elmlərinin inkişafının qarşısını aldığı kimi, eləcə də tibb elminə zərbə vurdu. Tibb elmi adını çəkdiyim elmlərə bağlı olduğundan, onlar kimi, yarımçıq qaldı. Təcrübəmiz göstərir ki, “Efir” elementinin sirlərini dərindən bilməklə, bundan bir çox sağalmaz xəstəliklərin müalicəsində istifadə etmək mümkündür. Necə ki, Nikola Tesla bu sirləri kəşf etməklə, daimi işləyən mühərriki, enerjinin naqilsiz ötürülməsini ixtira etmişdi. Təəssüf ki, bütün bunlar bəşəriyyətdən gizlədildi. Qeyd edək ki, bizim tətbiq etdiyimiz müalicə üsulu da məhz bu sirlərə əsaslanır. İnsan bədənində toplanan və orqanların funksiyasını pozan, ağrılara, xəstəliklərə səbəb olan neqativ enerjini bədəndən məhz “Efir”in enerjisi ilə xaric etmək mümkündür. Bu sirlər tibb elminə məlum olmadığından, bir çox xəstəliklər müalicəsiz hesab edilir. Hansı ki, belə “müalicəsiz” xəstəliklərin çoxunu “Efir”lə müalicə edib, sağaltmaq mümkündür. Zaman keçdikcə insan oğlu dərk edəcək ki, “Efir”dən alınan enerji bütün xəstəliklərin dərmanıdır. Bu element istənilən adamda vardır. Sadəcə, bunu müalicəyə tətbiq etmək üçün sirləri bilmək lazımdır. Biz bu sirlərə uzun araşdırmalardan, tədqiqatlardan sonra vaqif olduq. Elə bu səbəbdəndir ki, tibb elminin müalicəsiz hesab etdiyi bir çox xəstəlikləri heç bir dərman tətbiq etmədən, “Efir” enerjisi ilə müalicə edirik. Müəllif: - “Efir” enerjisilə hansı xəstəlikləri müalicə edə bilirsiniz? Paşa Yaqub: - Bütün növ qorxular, fobyalar, depressiyalar, həzm sistemi xəstəlikləri, zərərli vərdişlərdən (narkomaniya, alkoqolizm və s.) xilas olmaq, uroloji xəstəliklər, autizm, onurğa xəstəlikləri, bütün növ depressiyalar, cinsi disfunksiyalar, hormon pozğunluqları, nevrozlar, sinir sistemi xəstəlikləri, yuxusuzluq, parkinson, şizofreniya, miqren, zob, mielit, masteniya, dağınıq skleroz, dəmirov, dəri zöhrəvi xəstəlikləri, sonsuzluq, kista, mioma, fibroma, xərçəng və s. şişləri bu enerjinin vasitəsi ilə tam sağaltmaq mümkündür. Onu da qeyd etmək yerinə düşər ki, “Efir”in sirlərini bilməklə, nəinki yanındakı xəstəni, hətta, səndən min kilometrlərlə uzaqda olan xəstəni də sağaltmaq olur. Necə ki, N. Tesla enerjini naqilsiz ötürürdü. Müəllif: - Siz kəramətin mənbəyinin Efir enerjisi olduğunu deyirsiniz. Belə çıxır ki, Siz xəstələrinizi Efir enerjisi ilə müalicə edirsiniz. Siz Efir enerjisini haradan alırsınız? Paşa Yaqub: - Bəli, mən bunu demişəm və deyirəm. Amma Siz onu görə bilməzsiniz. O element mənim səsimdə, nəfəsimdə, ruhumda və səs dalğalarımdadır. Müəllif: - Sizin səsli duanız adi zikrdir ki, bunu çoxları edir. Amma, belə çıxmırmı ki, onlar da bu zikrləri etməklə həmin enerji ilə özlərini neqativ enerjidən təmizləyə bilərlər? Paşa Yaqub: - Xeyr, bu duaları çoxları edə bilərlər, amma, effekt almaq başqa şeydir. Çünki, onlarda məndə olan enerji yoxdur. Seans zamanı dediyim ayə mənim parolumdur. Onu deyəndə məndən Efir enerjisi ayrılır və pasiyentin xəstə orqanına daxil olur. Bu vaxt xəstədə ağrı varsa həmən yox olur, özünü yüngül hiss etməyə başlayır. Seans vaxtı pasiyentdən soruşanda ki, nə hiss edirsən? Deyir elə bilirəm üstümdən bir dağ götürülür, çox yüngülləşirəm... Bilirsiz ki, mən ölkənin bütün pirlərini tədqiq edən, onları araşdıran və onlar barədə kitablar yazan şəxsəm. Bu sahədə mən əvvəlcə tədqiqatçı kimi fəaliyyətə başladım, sonra bu fəaliyyəti psixoloq kimi, sonra da psixiatr kimi davam etdirdim. Və bu övliyaların içində Veyis baba (Veys əl-Qarani) ocağı mənim ruhani fəaliyyətimdə xüsusi rol oynadı. Müəllif: - Belə çıxır ki, möcüzələr göstərən kəramət sahiblərinin - imamların, sufilərin, seyidlərin, övliyaların - hamısında Efir enerjisi var və onlar da məhz, həmin elementin sayəsində insanlara şəfa verə bilirlər? Paşa Yaqub: - Bəli, bu, həqiqətən də belədir. Onlara da bu enerjini Allah vermişdir və bu fiziki qanunlara tabedir. (ardı var) Son vaxtlar "zülümdən nə vaxt qurtaracağıq?", "Bəşəriyyəti kim xilas edəcək?" deyə profilimə suallar ünvanlanır.
Onların birinə yazdığım cavabı paylaşıram: "Hər bir insanın içində öz doğuluşunu gözləyən bir Xilaskar var". (Pangeyist). Ata-babalarımız kimisə gözləyə-gözləyə bizi zalımların ümidinə buraxdılar. Biz də gözləyəsi olsaq bir də görəcəyik ki, zülm çəkə-çəkə ömrümüz başa çatıb, sonra da övladlarımız bizdən betər zillət çəkəcəklər... Mənim düşüncəmə görə hər bir insan qabağa durub Xilaskar olmalıdır. Bunların eləsi olacaq ki ailəsin xilas edəcək, eləsi olacaq nəslini xilas edəcək, eləsi olacaq rayonunu xilas edəcək, eləsi də olacaq ölkəsini xilas edəcək. Sonra onlar hamısı birləşib bəşəriyyəti xilas edəcəklər. Xilaskarlıq belə baş verəcək. Göydən indiyədək heç kəs gəlmədiyi kimi, bundan sonra da kiminsə gəlməsi mümkünsüzdür.... Allah buyurur ki, Yerdə yaşayanlar mələk olsaydılar, onlara mələk göndərərdik, insan olduqlarına görə insandan elçilər göndəririk. Bu gün də burada yaşayanlar ruhlar olsaydı göydən kiminsə (İsanın, Mehdinin) ruhu gələrdi.... ... Hesab edirsiniz ki, cəmiyyətin çox hissəsi məzlumlardır. Siz həmin məzlumların fəaliyyətinə və danışığına diqqətlə fikir versəniz görəcəksiniz ki, onlar əslində zalıma xidmət göstərirlər, onlara rəğbət bəsləyirlər, təbliğ edirlər. Bu da 60-cı surənin 1-ci və 13-cü ayələrinə ziddir. İnsanlar bu kimi günahlarının cəzasını çəkirlər hazırda. ... Xilaskar olmaq istəyirsinizsə ilk növbədə etdiyiniz günahlara görə tövbə edin, sonra Yaradanın bizlərə qadağan etdiyi şeylərdn çəkinin. Biri-birinizə yaxşılıq edin və başqalarını da buna təşviq edin. Ətrafınızdakılara başa salın ki, əslində insan öz taleyini özü (öz əmlləriylə) yazır. Yəni bu il ərzində insanara etdiyimiz yaxşılıqlar (yaxud pislik) öz alnımıza da yazılır və gələn il həmin şeylər bu və ya digər formada qarşınıza çıxır. Qarşınıza xeyir çıxmasını istəyirsinizsə başqalaına xeyir arzulayın və xeyir verin.... Beləliklə xeyirxahlığı təbliğ edin və özünüz buna nümunə olun. Günahlardan çəkinmək ona görə vacibdir ki, günahlar insanı Allahdan uzaqlaşdırır. Sürüdən ayrılan quzunu qurd-quş yediyi kimi, Allahdan uzaqlaşan insanı da zalımlar özlərinə qul edib, başına olmazın oyunlar açarlar... Gözəl əməllər ona görə lazımdır ki, bizim dualarımızı Allah dərgahına bu əməllər qaldırır... ("Gözəl sözlərinizi Allah dərgahına gözəl əməlləriniz qaldırar". Quran). Unutmayın ki, Quranın ayələrində (bir neçə ayə istisna olmaqla) pyğəmbərlərə deyil, oxucuya xitab olunur. Təəssüf ki, tərcüməçilər hamısı bu hikməti qəsdən gizlətməyə çalışıblar və oxucuya xitab olunan fikirlərin əvvəlinə mötərizə arasında "Ya Peyğəmbər" sözünü pərçim ediblər (görünür onlar müstəqil olmayıblar). Sual edirəm: Fəxri-Kainat Peyğəmbərimizin adı Əhməd olduğu halda, niyə Yaradan Öz kitabında ona "Məhəmməd" deyə xitab etdi? Cavab budur: MƏHƏMMƏD adı hikmətli bir söz olmaqla, kamillik məqamına çatmış bütün insanları (peyğəmbərləri, imamları, övliyaları, mömünləri...) özündə ehtiva edir.... Quranı dərk etmək, oradakı hikmətlərə vaqif olmaq istəyirsinizsə, bu kitabı əlinizə götürəndə beyninizdə düşünməlisiniz ki, Quran indiki dövr üçündür və bu kitabı Allah şəxsən mənə göndərib. Ondan sonra kitabı oxuduqca ora tərcüməçilərin mötərizə arasında pərçimlədiyi "Ya Peyğəmbər", "Ya Məhəmməd" sözlərinin əvəzinə xəyalən öz adınızı qoyun. Əgər siz Quranın ayələrini özünüzə gəlmiş kimi qəbul qəbul edib, onlara əməl etsəniz, bir müddətdən sonra görəcəksiniz ki, Quranın digər ayələrini artıq vəhy şəklində qəbul edirsiniz. Onda sizin özünüzə aydın olacaq ki, artıq kamilləşmisiniz və buradakı Məhəmməd (kamil insan) obrazı elə siz özünüzsünüz. Bilin ki, Allah sizdən elə bunu istəyir, bu məqama çatmağınızı istəyir! Düşünün: sizin Məhəmməddən nəyiniz əskikdir? Ancaq savablarınız. Bu da nəylə qazanılır? Dürüstlük, gözəl əxlaq və gözəl əməllərlə. Soruşuram: siz nə vaxt gözəl əməllər etdiniz, lazım olan savab balını yığdınız, kamillik mərhələsinə çatdınız, Qurandakı ayələri vəhy şəklində qəbul etmədiniz? Allahı ədalətsizmi sanırsınız ki, bir bəndəsi bu məqama yüksələndə ona vəhy oluna, o birisi həmin balı toplaya, ona vəhy olunmaya? İnşallah ki, siz mənim yuxarıdakı tövsiyyələrimə əməl edərək, yaşayın, Allahın nə qədər ədalətli və lütfkar olduğuna özünüz şahid olacaqsız. Görəcəksiz ki, sizə layiq olduğunuzdan qat-qat artıq, təsəvvür etmədiyiniz dərəcədə lütf olunur və öz-özlüyünüzdə xəcalət çəkəcəksiniz ki, mən bunun əvəzin necə ödəyəcəm?! Və yenə də qayıdıram yazının əvvəlinə. Özünüz xeyirxahlıq edərək kamillik mərhələsinə doğru getdikcə, çalışın ətrafınızdakıları da dürüstlüyə və xeyirxahlığa təşviq edəsiz. Cəmiyyətdə müsbət ruhlu, günahdan çəkinən, zalıma rəğbət bəsləməyən, zalımı təbliğ etməyən insanların sayı artdıqca, ölkədə hər şeyin müsbətə doğru dəyişdiyini görəcəksiz.... Ləyaqətli, özünə hörmət edən adamların sayı (cəmiyyətdəki nisbəti) artdıqca Yaradan onların içindən rəhbər seçəcək və onun əliylə ölkəmizə xeyir-bərəkət nəsib edəcək.... Beləliklə, zülümdən xilas olacaqsınız. Bütün bunlar ayağımızı-ayağımızın üstünə qoyub. kimisə gözləməklə baş verməyəcək. Bunu özümüz etməliyik. Hər biriniz xilaskar olun! Dr. Paşa Yaqub Allahın qulu və carçısı |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |