Məhərrəm ayının 10-cu (Aaşura) günü hikmətli bir gündür. "Aşura” sözünün ərəbcədən tərcüməsi "onuncu gün” deməkdir. Hicri-Qəməri təqviminin başlanğıc ayı olan Məhərrəmin 10-cu gününə Aşura deyilir. Bəzi tarixi mənbələrdə bu günə Aşura deyilməsinin səbəbi kimi, həmin gün Allah-təalanın 10 peyğəmbərin duasını qəbul edib, onları dardan qurtarması ilə bağlayırlar. Belə ki, Bu tarix on peyğəmbərin (Cəmi peyğəmbərlərə Salam olsun!) həyatından qırmızı xətlə keçir: 1. Bu tarixdə Allah-təala Adəm Peyğəmbərin tövbəsini qəbul edib, onu həyat yoldaşı Həvva ilə birləşdirdi. 2. Nuhun tufanı da Məhərrəm ayının 10-cu günü ilə bağlanır. Belə ki, uzun müddət sular üzərində qalan gəmidə ərzaq ehtiyyatı tamam tükəndikdə, Nuh Peyğəmbər başda olmaqla gəmidə olanlar çox dualar edəndən sonra, nəhayət, Məhərrəm ayının 10-cu günü Allah-təala suyun çəkilməsinə və gəminin quruya (dağın başına) enməsinə qərar verdi. 3. Aşura günündə həmçinin, Rəbbim uzun müddət yataq xəstəsi olan Əyyub əleyhissəlamın duasını qəbul buyurub, ona şəfa bəxş etdi. 4. Məhərrəm ayının 10-cu günündə Allah-təala Musa Peyğəmbərin duasını qəbul buyurub onun qövmünü Fironun zülmündən xilas etdi (qövmü tövbə etdikdən və qızılı rəngdə düyəni qurban kəsdikdən sonra). Həmin gün baş verən möcüzə nəticəsində Firon ordusu ilə birlikdə dəryaya qərq oldu. 5. Həzrəti Yunis balığın qarnından Aşurə günü qurtuldu (tövbə etdikdən sonra). Burada diqqət çəkən digər məqam odur ki, "Yunis” surəsi "Quran”ın 10-cu surəsidir ki, bu da Aşurəyə daha bir işarədir. 6. Həzrəti Yfusif quyudan Məhərrəm ayının 10-cu günündə xilas edildi. 7. Həzrəti İsa Aşura günü dünyaya gəlmiş, həmin gündə də göyə çəkilmişdi. 8. Həzrəti Davudun tövbəsi də Məhərrəmin 10-cu günü qəbul edildi. 9. Həzrəti İbrahimin oğlu İsmail Peyğəmbər də Aşura günü doğuldu. 10. Oğlu Yusifin həsrətindən gözləri tutulan Yaqub Peyğəmbərin də həyatında Aşura günü önəmli bir gün olmuşdur. Belə ki, bu həzrətin gözləri məhz Məhərrəm ayının 10-cu günü açıldı. Peyğəmbərlərin həyatlarına nəzər saldıqda görürük ki, onlar Məhərrəm ayında (özəlliklə də Aşurə günündə) daha çox ibadətlə məşğul olurdular. Çünkü, bu gün Qədr gecəsindən sonra ibadət və tövbələrin qəbul olduğu önəmli bir gündür. Bu səbəbdən yahudi və xristiyanlar da bu tarixi müqəddəs tuturlar. Tarixi mənbələrdən məlumdur ki, Məhəmməd əleyhissəlsm Mədinəyə hicrət etdikdən sonra oradakı yahudilərin oruc tutduğunu gördü. Səbəbini soruşduqda dedilər ki, Allah bizim əcdadlarımızı bugünkü tarixdə Fironun zülmündən qurtarmışdır. Ona görə Həzrət Musa bu günü həmişə şükranlıq üçün oruc tutarmış. Biz də bu adəti davam etdiririk. Bu vaxt Peyğəmbər əfəndimiz buyurdu ki, biz Musanın sünnəsini davam etdirməyə sizdən daha çox haq sahibiyik. Beləliklə də, Peyğəmbər həmin tarixlərdə oruc tutdu və yaxınlarına da bunu tövsiyyə etdi (bu oruc vacib deyil, sünnə olaraq buyruldu). Fəxri-Kainat Peyğəmbərimizdən sonra Aşura gününündə İslam tarixinə qızıl hərflərlə yazılan daha bir hadisə baş verdi. Belə ki, bu müqəddəs gündə İmam Hüseyn başda olmaqla bir dəstə Haqq aşiqi (Cəmi şəhidlərə Salam olsun!) öz əqidələri uğrunda şəhid oldular və adlarını tarixə yazdılar. Şəhidlik məktəbinin, əqidə məktəbinin əsasını qoydular. Bütün bunları nəzərə alıb, 10 ədədinin üzərində elmi-lədun araşdırma aparaq. Belə ki, "Quran”ın surələrinin sayı olan 114 ədədini 10-a bölsək 14 ədədi alınar. Xatırladım ki, 14 ədədi Quranda "İbrahim” surəsinin sıra nömrəsidir. Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. Araşdırmalarımız göstərir ki, 14 ədədi Allahın Öz adına olan "Rəhimli Allah” surəsinə bağlanır və "Quran”da çox böyük tarazlıq (balans) yaradır. Bunu sübut edən hesablamanı diqqətinizə çatdırırıq: "Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi "Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi 41 surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı 55-dən azdır). Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda 55 dəfə keçir ("Quran”ın cəmi 55 surəsində 41-ci ayə var). Beləliklə, "Quran”da 55 ədədi 41 dəfə, 41 ədədi isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi "İbrahim” surəsinin nömrəsini göstərir: 55 – 41 = 14 14 ədədi "İbrahim" surəsinin sıra nömrəsi olmaqla yanaşı, onun Peyğəmbərliyinin riyazi sübutudur. Qeyd edək ki, bu düstur həm də Yerdə xeyirlə şər arasında tarazlığı pozanlara (nəmrudların, firoonların prototiplərinə) bir xəbərdarlıq mesajıdır. Nuşirəvanın sarayından niyə məhz 14 sütun uçdu? Diqqətinizi daha bir maraqlı və hikmətli fakta cəlb edək ki, Məhəmməd əleyhissəlam dünyaya təşrif gətirən gecəsi fars hökümdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Bu hadisəni şərh etmək üçün saraya yığılan kahinlər və bilicilər şaha belə izah etdilər ki, bəşəriyyətin gözlədiyi Peyğəmbər artıq dünyadadır və sütunların uçması da Nuşirəvanın hakimiyyətinin tezliklə süqut edəcəyinə işarədir. Çox keçmədi ki, verilmiş proqnoz özünü döğrultdu və sasanilər dövləti süqut etdi. Bildiyimiz kimi, peyğəmbərlərin (elmi-ladun sahiblərinin) meydana çıxması, adətən Yerdə xeyirlə şər arasında tarazlığın pozulduğu zamanlarda baş verir və onların missiyası pozulmuş tarazlığı, sülhü bərpa etməkdən ibarət olur. Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Hər gün yüzlərlə insan fitnə-fəad törədənlərin partlatdığı bombanın qurbanına çevrilir, yaxud şərlənərək başına yüz cürə oyunlar açılır, bu və ya digər formada zalımların zülmünə məruz qalır... Yerdəki bu vəziyyət Allah-təalanın qəzəbinə səbəb olmuşdur. Hesablamalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər və müəmmalı təyyarə və s. qəzalar da məhz bu qəzəbin təzahürüdür. Son olaraq bir daha qeyd edim ki, Aşura günü çox mübarək bir gündür. Rəbbim bu mübarək və müqəddəs gün xatirinə xəstə olan bütün müsəlmanlara şəfa versin! Allah-təala bu müqəddəs və mübarək gün xatirinə zülm-zillət içində Haqq-ədalət deyən bütün müsəlmanları öz haqqına qovuşdursun! Onları zülümdən, zillətdən Öz qüdrəti ilə xilas etsin! Amin.
0 Comments
Son dövrlər Moderator.az saytında elmi-lədun mövzusunda yazılarım yayımlandıqca, oxucular ünvanıma çoxsaylı suallar ünvanlayırlar ki, elmi-lədun nədir və bu elm necə qazanılır, nəyə qadirdir?
Sualınıza cavab olaraq, öncə qeyd edim ki, elm zahiri və batini olmaqla, iki qrupa bölünür. Zahiri elmlər məktəbdə müəllimdən və kitabdan öyrənildiyi halda, batini elm əksinə, müəllimdən öyrənilməz. Buna elmi-lədun deyilir. “Ladun” sözü ərəbcə “dərin qat” mənasını verməklə, elmin dərin qatlarına işarədir. Bu, tək zəhmətlə (oxumaqla) əldə edilə bilməyən, həm də qəlbə gələn duyumla (hissiyyatla) qazanılan bilgidir. Vaxtilə peyğəmbərlər və digər Allah dostları bu cür elmə malik olublar və sirlər üzərindən pərdələri məhz bu elmlə qaldırıblar. Deyleminin rəvayət etdiyi bir hədisi-şərifdə: “Elmi-lədun Allah-təalanın sirlərindən bir sirdir. Onun hökmlərindən bir hökmdür. Dilədiyi qulunun qəlbinə salar” – deyə buyurulmuşdur. “Sülük-ül-Uləma” adlı əsərdə keçən bir hədisi-şərifdə: “Elmlərdən elələri vardır ki, onları ancaq mərifətullaha sahib olanlar bilirlər. Onlar bu elmlərdən xəbər verdikləri zaman mərifətullaha sahib olmayanlardan başqası onları inkar etməz” – buyrulmuşdur. Şəhabəddin Şührəverdi: “Elmi-batin (elmi-lədun) ilə qulun Allah-təalaya yaxınlığı artar. Bu elm Allah adamı deyilən vəlilərin və talibləri ona qovuşduran, doğru yolu qüvvətləndirən və insanlara doğru yolu göstərən alimlərin söhbətlərində qazanılır. Bu alimlər peyğəmbərlərin varisləridir” – demişdir. Peyğəmbərimiz buyurmuşdur: “Elmi ilə əməl edənə Allah-təala bilmədiklərini də bildirər.” Elmi-lədun barəsində Quranın bir ayəsində belə buyrulur: «Şübhəsiz ki, Yaqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!» Quran, 12:68 Elmi-lədun nəyə qadirdir? Qeyd edim ki, elmi-lədunla bütün sirli hadisələrin və xəstəliklərin üzərindən sirr pərdəsini qaldırmaq, hadisənin mahiyyətini açıb, ondan xilas (qorunmaq) yollarını təyin etmək mümkündür. Bildiyimiz kimi, kompüter insanın alt kopyası olaraq yaradılıb. İnsanlar alt kopyanın bütün sirlərini öyrənsələr də, “üst kopya”nın sirlərini öyrənməkdə acizdirlər. İnsandakı elmə məlum olmayan sirləri elmi-lədunla üzə çıxarmaq mümkündür. Məsələn, elmi-lədun araşdırma nəticəsində sifətdə üç nöqtə üzə çıxardıq ki, onları hər əlin üç barmağı ilə birləşdirdikdə barmaqların fəzada vəziyyəti “WWW” formasını alır və insanın bəsirət gzü açılaraq, paralel aləmdəki nuru, və bu aləmin gözəlliyini, mələklərin nurunu ziyarət edə bilir. Necə ki, həmin nöqtələri (“WWW”) sıxmaqla, kopyuter informasiya məkanına çıxır və dünyanın istənilən nöqtəsi ilə bir anda əlaqə yaradır. Buradan aydın olur ki, insanda (“üst kopya”da) olmayan bir şey, alt kopyaya düşə bilməz. Sübut üçün, sizə daha bir sirri açım: internetdə informasiya ötürmək üçün istifadə edilən “@” işarəsinin və insan mədəsinin şəkillərini götürüb, yanaşı qoyun. Görəcəksiniz ki, bunlar biri-birinin bənzəridir. Elmi-lədun araşdırmalarımız zamanı kəşf etdik ki, bunların funksiyaları da üst-üstə düşür. Belə ki, mədənin üzərində olan nöqtələri basmaqla, insan öz enerjisini kainatın istənilən nöqtəsinə çatdıra və orada olan əşyalara təsir edə bilir. Bu vaxt insandan ayrılan enerji öz gücünə görə Allahın enerjisinə yaxın, bəlkə də elə Ona bərabər olur. Çünki, həmin vaxt insan öz gücünü Allahın gücü, enerjisi ilə birləşdirir. Onu da qeyd edim ki, mədənin üzərindəki nöqtədən cəmi bir dəfə – 1999-cu ilin dekabrında istifadə edildi. Onda da enerjinin ünvanı Yerin cazibəsindən kənarda olan Sputnik ötürücü stansiyaları oldu. Həmin vaxt stansiyaların işi bir dəqiqəlik dayandığından, Yerdəki bütün transliyasiyalar, rabitə və internet də bir dəqiqəlik kəsildi. Həmin gün bu hadisə dünyanın bütün xəbər agentliklərində yayımlansa da, sirrini heç kəs aça bilmədi. Bir cümlə ilə o vurğulandı ki, ötürücü stansiyalar Yerdən edilən təsirlə (!) dayandırıldı. Oxucuda sual yaranacaq ki, həmin təsiri yenidən etmək, stansiyaları yenidən dayandırmaq mümkündürmü? Nəzərinizə çatdırım ki, bu, ancaq Allah-təalanın icazəsi ilə edilə bilər. Bir dəfə etməyə icazə verdi ki, həqqi-yəqinlik hasil olsun – insan nəyə qadir olduğunu, Allahdan sonra ikinci qüdrətli varlıq olduğunu bilsin! Enerjinin ünvanı ona görə Sputnik seçildi ki, bütün dünya bilsin ki, Azərbaycanda elmi-ladun sahibləri var və bu elm nəyə qadirdir. Həmin gün dünyanın bütün KİV-ləri tərəfindən xəbəri yayımlanan bu hadisə Yer sakinlərinə Allah tərəfindən bir mesaj idi ki, silahlarının gücünə çox güvənməsinlər. Allahın elmi istənilən vaxt həmin silahları susdurmağa, enerjini kəsməyə qadirdir... 1918-ci ildə Azərbaycan əhalisini erməni soyqırımından xilas etmək üçün köməyə gələn Türk ordusunun komandanı Nuru Paşa Zaqatala rayonundakı “Qala düzü” adlanan ərazidə düşərgə salmışdı. Araşdırmalara görə, komandan həmin vaxt rayonun Qımır kənd sakini Məhəmmədov Mustafa Oruc oğlu (1884-1985) Nuru Paşanın yaxın köməkçisi və kəşfiyyat bölüyünün rəhbəri olub. Bu səbəbdən də Nuru Paşa tez-tez Qımır kəndində qonaq olarmış. Hər dəfə gələndə Mustafanın əmisi və ağsaqqalı Süleymanın (ona el arasında Pendir Süleyman da deyərlərmiş) evində qalarmış. Həmin vaxt Mustafa ilə komandiri arasında baş verən bir əhvalat Nuru Paşanın necə duyumlu və öncəgörücülük qabiliyyətinin olduğunu sübut edir. Belə ki, Mustafa Oruc oğlu ailəsinə baş çəkmək üçün Paşadan icazə istəyir. Lakin, heç gözləmədiyi halda Nuru Paşa öz köməkçisinin xahişini rədd edir. Bir neçə gün bu xahişin israrla təkrar olunduğunu görən Nuru Paşa icazə verməməsinin səbəbini Mustafaya izah etmək məcburiyyətində qalır. Bildirir ki, sən evinizə gedən gün qardaşın öləcək. Bu səbəbdən sənə izn vermirəm. Buna baxmayaraq Mustafanın qəlbinə şiddətli bir darıxma gəlir və o, hərbi düşərgədən qaçaraq, evlərinə gəlir. Və evə gəldiyi gün Nuru Paşanın bir neçə gün qabaq xəbər verdiyi kimi, cavan qardaşı qəflətən rəhmətə gedir. Onun hüzr mərasimindən sonra hərbi düşərgəyə qayıdan Mustafanı Nuru Paşa bir daha qəbul etmir (hərbi hissəni icazəsiz tərk etdiyi üçün). Onu da qeyd edim ki, Sovet dönəmində Mustafa Oruc oğlu uzun illər Zaqatalanın Qımır kəndində kolxoz sədri işləyib. Bu gün dünya ölkələrinin böyük əksəriy-yətində insanlar korrupsiya bataqlığında boğulmaqdadırlar. Millətlərin içərisində olan az sayda ağıl sahibləri bu bataqlıqdan xilas yollarını düşünməkdə-dirlər. Bunu nəzərə alıb, elmi-lədun yolu ilə bizə öyrədilmiş dövət quruluşu sistemini paylaşırıq ki, xalqlar gələcəkdə bu sistemi öz ölkələrində tətbiq etməklə, elə dövlət qursunlar ki, o quruluşda (məmurlar istəsələr belə) korrupsiyaya qurşanmaq mümkün olmasın. Öncə qeyd edək ki, ən qədim dövrlərdən başlayaraq korrupsiya dövlətlərin idarəetmə sisteminin kökünü zədələmiş, mütəşəkkil cinayətkarlığa yol açmış, cinayətkar qruplaşmaların yaranmasına səbəb olmuş və bu qrupların əsas strategiyasına və taktikasına çevrilmişdir. Məmur özbaşınalığı, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə etmə halları, rüşvətxorluq, dövlət əmlakının talan edilməsi, maliyyə fırıldaqları və bu kimi başqa cinayət əməllərinin kökündə məhz korrupsiya durur. Korrupsiya hüquqi aktların və dövlətin inkarı deməkdir. Korrupsiya zülmü, zorakılığı, özbaşınalığı və s. bu kimi alçaq və rəzil xüsusiyyətləri özündə ehtiva edən çox zərərli bir əməldir. Korrupsiya fahişəlik qədər qədim bir əməldir. Hüquqi aktların işləməməsi korrupsiyanın əsas səbəblərindən biri kimi göstərilməlidir. Korrupsiyanın qarşısını almaq üçün məmurun maaşı artırılmalı və göstərdiyi xidmətə uyğun bonus əlavə edilməlidir. Məhkəmə hakimiyyətində korrupsiyanın olmasının əsas səbəbləri bunlardır: - hakimlərə ciddi cəza nəzərdə tutulmaması; - hüquqi aktlardakı qeyri-müəyyən nitq hissələrindən istifadənin çox olması (hüquqi aktlarda boşluqların yaranmasına səbəb olur); - ictimai nəzarətin olmaması; - nəzarətedici orqanın olmaması; - cəzasızlıq sindromu; - sahibkarların azad olmaması; - hüquqi aktların işləməməsi; - hakimlərin şəffaf seçilməməsi və s. Korrupsiyanın əcdadı mənəvi pozğunluqdur. Rüşvət alan məmura ilk öncə xəbərdarlıq edilməli və onun iş yeri dəyişilməlidir. Əgər o ikinci dəfə bu hərəkəti edərsə, o zaman onun bütün əmlakı dövlət tərəfindən alınmalı, hərracda satılmalı və ehtiyacı olanlara əvəzsiz verilməlidir. Yaradan insana var-dövləti ona görə verir ki, insan onu xoş niyyətlər üçün istifadə etsin və ehtiyacı olana yardım etsin. İnsanın insana qarşı törətdiyi cinayətin kökündə şübhəsiz, varlanmaq ehtirası dayanır. Varlı olmaq və ya yaxşı yaşamaq hamının istəyi olsa da, başqasının hesabına varlanmaq hər adamın arzusu deyil. Hər bir insan öz zəhməti hesabına varlanmalı, yalnız haqqı olan maddi nemətlərlə kifayətlənməlidir. İnsanlar ki, var dövlət toplamaq insanın ən böyük missiyası olsaydı, təbii ki, bunu peyğəmbərlər, filosoflar hamıya dəfələrlə bəyan edərdilər. İnsanın ən böyük missiyası xeyir əməl sahibi olmaq və elmlənməkdir. Şübhəsiz, insanın ən böyük amalı bəşəriyyəti maarifləndirmək, əhəmiyyətli ideyalar irəli sürmək və həyatı dərk etməkdir. Ey rəhbərlər! İşçilərnizə inanın; amma, daima onları yoxlayın. Hər şeyə şübhə ilə yanaşmaq olar, amma hər şeyə inamsızlıq göstərmək olmaz. Müharibələrin özü insan acgözlüyünün, hərisliyinin ən yüksək səviyyəsi deyilmi? Yuxarıda qeyd etdiyimiz kimi, insan övladı bu gün korrupsiyalaşmış dövlət qurumlarının yarıtmaz fəaliyyəti nəticəsində əzab çəkməkdədirlər. Bunu nəzərə alaraq, Yaradanın bizə öyrətdiyi dövlət quruluşu modelini sizlərə təqdim edirik. Əgər öz ölkələrinizdə bu modeli tətbiq edərsinizsə, məmurlar istəsələr belə, rüşvət ala bilməyəcəklər. Əl idarəçiliyin simvoludur; məgər insanlar bunu bilmirlərmi? Əldə beş başmaq olduğu kimi, dövlətin idarəçiliyi də beş yerə bölünməlidir: 1) Baş barmaq - məhkəmə hakimiyyətini; 2) İşarə barmağı - nəzarətedici hakimiyyəti; 3) Orta barmaq - imtahanları təşkil edən hakimiyyətin bir qolunu; 4) Üzük barmağı - qanunverici hakimiyyəti; 5) Kiçik barmaq isə, icraedici hakimiyyəti bildirir. Quracağınız dövlətdə hakimiyyətin bu qolları qarşılıqlı fəaliyyət göstərməli və öz səlahiyyətləri daxilində müstəqil olmalıdırlar. Məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək üçün, hakimliyə namizədlər ilk olaraq imtahan versinlər (imtahanları vahid qurum təşkil etməlidir.) Sonra isə, hakimlər yüksək bal toplayan namizədlər arasından xalq tərəfindən seçki yolu ilə seçilsinlər. Məhkəmələr Cinayət, Mülki, İnzibati, İqtisadi, Apellyasiya və Ali məhkəmələrə bölünsünlər. Ölkədəki bütün təhqiqat və istintaqları Məhkəmə hakimiyyəti yanında İstintaq və Təhqiqat Komitəsi aparsın. Senzorluq Məhkəmə qərarlarının icrasına Nəzarətedici orqan nəzarət etsin. Nəzarətedici orqanı “Baş Senzorluq” adlandırın. Senzorun rəhbəri “Baş senzor” adlansın. Senzorluq ölkədə bütün hüquqi aktaların icrasına nəzarət etsin. Senzorun işçiləri Ali hüquq təhsilli olmalı və işə imtahan verərək seçilməlidirlər. Baş Senzor senzorlar arasından stajı, biliyi və təcrübəsi nəzərə alınmaqla, püşk atma yolu ilə 7 il müddətinə seçilsin və bir daha bu vəzifəni tuta bilməsin. Baş Senzor seçilmiş şəxs, səlahiyyət müddəti bitdikdə birbaşa Dövlət Şurasının üzvü sayılsın. Dövlət Şurasının üzvləri, insan hüquq və azadlıqlarına ziyan verəcək hər bir qərara veto qoymaq hüququna malik olsunlar və onlar toxunulmaz sayılsınlar. İmtahan Şurası ən savadlı, bilikli, elm adamlarından ibarət tərkibdə yaradılsın və şuranın əsas məqsədi dövləti savadlı kadrlarla təmin etmək olsun. Qanunverici hakimiyyət isə, Hüquqi aktların ekspertiza şurasıdır. Şura bütün hüquqi aktlar qəbul edilməmişdən əvvəl onun ekspertizasını həyata keçirsin və şuranın işçiləri ən savadlı hüquqşunas, iqtisadçı və digər peşə sahiblərindən ibarət olsun. Şurada qanunvericilik təşəbbüsünü hər bir vətəndaş elektron və yazılı formada bildirə bilər. Şurada millət vəkilləri olmasın. Şurada ancaq ekspert və mütəxəssislər təkliflər hazırlasınlar. Təkliflər ümumi bəşəri dəyərlərə zidd olmamalıdır. Şurada hazırlanmış qanunları (və onlara vaxtaşırı edilən dəyişiklikləri) ümumxalq referendumu ilə qəbul edilsin. İcraedici hakimiyyətinizin başçısını Strateq adlandırın. Strateq öz icra səlahiyyətlərini həyata keçirmək üçün ixtisaslaşmış qurumlara rəhbərləri Baş senzorluq və İmtahan şurası ilə razılaşdırmaqla təyin etsin. Strateq 7 il müddətinə seçilsin. Strateq seçilmiş şəxs bir daha yenidən strateq seçilə bilməz. Əvvəllər strateq seçilmiş şəxs səlahiyyət müddəti bitdikdən sonra birbaşa Dövlət Şurasının üzvü olsun. Strateq ölkəni aşağıdakı xalq tribunları vasitəsi ilə idarə etsin: 1) Hərbi işlər üzrə xalq tribunu – bütün silahlı qüvvələrə, hərbi sənayeyə və hərbi xidmətə çağırışa nəzarət etsin. 2) Maliyyə işləri üzrə xalq tribunu – dövlətdə işləyən işçiləri və işləməyən vətəndaşları sosial müavinət və pensiya alan şəxsləri hər ay vaxtlı-vaxtında pulla təmin etsin. 3) Daxili işlər üzrə xalq tribunu – bu vəzifə həm də vitse-strateq sayılsın. Daxili işlər üzrə xalq tribunu ölkənin miqrasiya, vergi, gömrük siyasətinə, fövqəladə hallara və türmələrə nəzarəti həyata keçirsin. Bu quruma rəhbərlik edən şəxs dövlətin bütün qubernatorlarının başçısı sayılsın. 4) Qubernatorlar İmtahan şurasının təşkil etdiyi imtahanları müvəffəqiyyətlə verən şəxslərdən ən çox bal toplamış şəxs seçilsin. Əgər iki və daha artıq ən çox bal toplamış şəxs olarsa, onda qubernatoru onlar arasından püşkatma yolu ilə seçin. Qubernatorlar öz ərazilərində qeydiyyat idarələrinə, təhsilə, səhiyyəyə, ekologiya idarələrinə və s tam nəzarət etsinlər. 5) Mədəniyyət işləri üzrə xalq tribunu – turizmə, idmana, tikinti və bərpa işlərinə nəzarət etsin və tikintilərə icazə versin. 6) Yüksək texnologiyalar və nəqliyyat işləri üzrə xalq tribunu – su, quru, dəmir yolu, hava, kosmosdakı işlərə nəzarəti və aidiyyatı yerlərdəki təmir bərpa işlərinə nəzarəti həyata keçirsin. 7) Xarici işlər üzrə xalq tribunu – ölkənizin xarici siyasətini müəyyən etsin. 8) İnsan və Dövlətin mühafizəsinin təşkili üzrə xalq tribunu – dövlətinizin və vətəndaşlarınızın təhlükəsizliyini təmin etsin. 9) İqtisadi inkişaf üzrə xalq tribunu – kənd təsərrüfatı və digər dövlət inkişafı üçün müxtəlif proqramları hazırlasın və onları icra etsin. 10) Bütün Banklar dövlətin müstəsna mülkiyyətində olsun. Sələmi haram elan edin. Bank işçiləri maaşlarını dövlətdən alsınlar. Xalq tribunları və qubernatorlarınızın səlahiyyət müddəti beş il olsun və bir şəxs yalnız bir dəfə həmin vəzifələri tuta bilsin. Bu gün dünyada olan xalqların böyük əksəriyyəti korrupsiyalaşmış dövlət qurumlarının əsarətində qalmışlar və çıxış yolu axtarırlar. Yuxarıda göstərdiyimiz dövlət quruluşu sistemi bəşəriyyətə bir model olaraq təklif edilir. Əgər sizlər həqiqətən də korrupsiya ilə mübarizə aparıb, onun kökünü kəsmək istəyirsinizsə, onda öz ölkələrinizdə bu modeli tətbiq etməyiniz təklif olunur. Elmi-lədun bilicisi olaraq deyə bilərik ki, gələn ildən dünyada kamillik dövrü (və yaxud pangeyizm dövrü) başlayacaq və bəşəriyyət, yuxarıda təklif etdiyimiz dövlət quruluşunu tətbiq edəcəkdir. Ey insanlar! Bitkilərdən torpağa bağlılığı, qarışqadan dostluğu, birliyi, əməksevərliyi; hörümçəkdən toxuculuğu öyrənmədinizmi?! Nə oldu keçmişinizi unutdunuz?! Özünüzü hamıdan üstün hesab etdiniz!? Bəs nə üçün təbiəti məhv edirsiniz?! Cəhalətdən doğan zülməti biz əlinizdəki bu ağıl kitabının çırağı ilə işıqlandıracağıq. Bəşəriyyəti, sivilizasiyanı irəli aparan insan şübhəsiz nicat tapacaqdır. O, bütün insanları fikirləşib, məhz bu əməli etmişdir. Kim bəşəriyyəti fikirləşərsə şübhəsiz, bəşəriyyət də onu fikirləşər. Yaradan uludur, onun heç nəyə ehtiyacı yoxdur. Mələk insanın ağlı, Şeytan insanın ac hissləridir. Yaradanın işarəsi bütün canlılarda var. Yer planeti özü də canlıdır. Bütün canlılar Yaradandan qopan zərrəciklə yaranıb. Həm Yerin, həm də bəşəriyyətin ruşeym, körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik, qocalıq dövrü olacaqdır. Körpəlik dövründə hazır məhsulları mənimsəmişlər; uşaqlıqda bir-birilərini aldatmışlar, bir-biriləri ilə savaşmışlar. Yeniyetməlik hazırki dövrümüzdür. Bu dövrdə insanlar yaşlarından aslı olmayaraq, hamı soyunmaq, başqa cinsləri öyrənmək istəyir və daima diqqət mərkəzində qalmaq istəyərlər. Gənclik dövrü isə, aqil insanların dövrü olacaqdır. Bu dövrdə insanlar okeanların, dənizlərin altında və digər planetlərdə səyyar və daimi şəhərlər yaradacaqlar. Qocalıq dövrünün iltihabları gənclik dövrünün səhvlərindən qaynaqlanacaqdır. Yeniyetməlik dövründə yenidən uşaqlıq dövründəki kimi savaşlar olsa, bu, Yer kürəsinin məhvinə gətirib çıxaracaqdır. Gəlin gənclik dövrünə birlikdə qədəm qoyaq. Bu İlahi qanunların tərkib hissəsidir. Hərə özü üçün Yaradana dua etməlidir, çünki, sən dünyaya tək gəlirsən və öləndə tək basdırılırsan. Yalnız, əkizlər istisnadır. Təbiətdə hər şey hərəkətdədir. Çalışın daima hərəkətdə olun, fərqi yoxdur fiziki və ya zehni hərəkətdə. Çünki, kamilləşmək yalnız bununla mümkündür. Biz cəmiyyəti elə inkişaf etlətdirməliyik ki, kömür parçası almaza çevrilsin; meyvəsiz ağac meyvə versin. Göydəki buludlar qədər mürəkkəb olsa, saçınızdakı tüklər qədər qələm olsa, Yaradanın qüdrətini göstərməyə azlıq edər. Bildikləriniz, öyrəndikləriniz və öyrətdikləriniz dəryada bir zərrə qədərdir. Elmlənin ki, sirlərdən agah olasınız. O şəxslər ki, Yaradana inanır, Onu məhəbbət və ağıl yolu ilə dərk etməyə cəhd edirlər, o, şəxsləri qorxutmaq qurdu quzu ilə qorxutmağa bənzəyir. Kainat insan bədəninə bənzəmirmi? Bütün orqanlar bir-birilə qanunauyğun şəkildə bağlı olduğu kimi, kainatdakı hər şey beləcə biri-birinə bağlıdır. İnsanlar arasında qarşılıqlı inam olsa bir adamın barmağı belə qanamaz. Nə istəyirsiz istəyin, amma, var gücü ilə istəyin istəklərinizi. Vərəqlərə yazın və hər gün hədəflərinizi ziyarət edin. Amma unutmayın ki, yüz mərtəbəli binanın onuncu mərtəbəsinə çıxmaq istəyirsinizsə, yüzüncü mərtəbəni hədəf almalısız. Tibb elmi hələ yeniyetməlik dövründədir. O, hələ gənclik dövrünə çatmayıb. İnsanın bədənində tarazlıq olmasa, insan məhv olar. Gələcəkdə müalicə yeməklə, içəcəklərlə və meyvə-tərəvəzlərlə həll olunacaqdır. Heç bir cinayətkar bağışlanmamalıdır. Əks təqdirdə ədalət zənciri qırılar, bəşəriyyət məhv olar. Unutmayın, insaf qanunların təməlidir. Ədalət bəşəriyyətin ən böyük silahıdır. Yalançı əfv isə onun ölü doğulmuş uşağıdır. Aqil insan heç vaxt cinayət törətməz. Cahillik cinayətin əsas səbəbkarıdır. Elmli, intelektual insan heç vaxt başqasına pislik etməz, cinayət törətməz. Əgər o oxumuş biridirsə, bunu edirsə, o özünü pula satan bir fahişə kimidir. Bəşəriyyətə olan məhəbbət Yaradana olan məhəbbətin bir parçasıdır. İnsan öz Yaradanını sevməlidir, Ondan qorxmamalıdır. Şüursuzlar qorxmalıdırlar. Yaradana olan məhəbbət artdıqca, millətlərarası ədavətə son qoyulacaq, bəşəriyyət çiçəklənəcək, hamı tərəqqi və inkişaf edəcək. Qəssab qoyunu ona görə bəsləyir ki, gələcəkdə qoyunu satıb xeyir əldə eləsin və öz balalarına çörək pulu qazansın. Həyatda insanlar ya qəssab olar, ya da qoyun. Qəssab bacarıqlı insandır, qoyun isə, şüursuz. İbrət al ey bəşər övladı! Bütün dini, irqi, sinfi, cinsi, və s. ideologiyaların əsas məqsədi insanları qırmaq, kölə halına salmaq və dünyanı ələ keçirməkdir. Yer planetinin heç bir yeri digər bir yerdən müqəddəs deyil. Yer əhlini dostlara və düşmənlərə bölmək çoxallahlılığa işarədir. Yaradan təkdir. Eşq atəşi alovlandımı, ağıl xırmanı yanar. Xırman hazırlandısa, çörək bol olar və bəşəriyyət həqiqəti bilər; hər deyilənə inanmaz. Hisslər daima sizi aldadar. Çalışın ağıl ilə hisslərinizi birləşdirin, sonra qərar verin. Yaradan öz əlamətlərini, ilahi qanunları, təkamülü sizin bədənlərinizdə göstərmədimi?! Sizin bədəniniz körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik, yetkinlik və qocalıq mərhələlərini keçdiyi kimi, təbiət də – yaz, yay, payız, qış – fəsilləri kimi mərhələlərə bölünmüşdür. Bu qanunauyğunluqdan ibrət almırsınızmı?! Yaradanın qanunları hər yerdə olduğu kimi, Özü də hər yerdədir. Məgər sizlər hər hansı bir yeri müqəddəs edib, Yaradanın evi adlandırmadınızmı?! Məgər bilmirsinizmi ki, bu cəzasız qalmayacaq?! Vay o kəslərin halına Yaradana şərik qoşdular! Yaratdıqları evləri Yaradanın evi adlandırdılar. O şəxslər daima mineral olaraq qalarlar. Onlar öz mənfəətləri üçün insanları aldadarlar. Yaradan hər yerdədir! Hərəniz özünüzə bir qibləgah düzəldib, sonradan biri-birinizlə vuruşmadınızmı?! Bunlardan hələ də nəticə çıxarmırsınızmı?! Yaradandan maddi şeylər diləməyin, Ondan yalnız maddini yaradan şeyləri diləyin! Mənəvi nemətlərlə qidalanın, həftədə bir dəfə oruc tutun. Yuxuda böyük hikmətlər yatır, ora bir sirli aləmdir, bu aləmə varmağa çalışın. Silahın ox və ya güllə olmağı əsas deyil, əsas odur ki, hədəfə vura biləsən. Yeməklərinizi bitki yağı ilə bişirin, bu haqq olandır. Gözəl geyinən insan yaxşı yarpaqları olan və meyvələri bol olan ağaca bənzəyir. Gizli yerlərinizi örtün, ədəblilərdən olun. Əks halda ucuzlaşmışlardan olarsız. Hamı sizə baxar, deyər ki, bu əcdadlarımız kimi lüt gəzir. O şəxs heyvanlara bənzər; axı heyvanların da paltarı yoxdur. Ruhanilik tarixə qovuşmalıdır. Aqil insanlar olun ki, heç kim sizə öyüd nəsihət verməsin. Kamil insana öyüd nəsihət nəyə lazımdır? Axı o, Haqdan agahdır. Ey sülhpərvər xalq! Mənim ilk nəsihətim budur: pak, gözəl və nurlu bir ürəyə malik olun ki, əzəli, əbədi və qədim bir səltənətə sahib olasınız.
Yaradanın nəzərində ən sevimli şey insafdır; Allahı sevirsinizsə, insafdan üz çevirməyin. İnsaf Yaradanın bizə bir bəxşişidir; onu gözünüzün önündə saxlayın. Ey insanlar! Sevgi Yaradanın qalasıdır; oraya daxil olan kəs nicat tapar və əminamanlıqda olar; ondan üz çevirən kəs isə, yolunu azar və həlak olar. Yaradan sizi zəngin yaratdı; nə üçün yoxulluğa yuvarlanırsınız? Yaradan sizi əziz yaratdı; nə üçün özünüzü zəlil tutursunuz? Yaradan sizi elm cövhərindən yaratdı; nə üçün Yaradandan deyil başqasından elm axtarırsınız? Ey sülhpərvər xalq! Kainatı başdan başa axtarsan Yaradanın qüdrətindən başqa heç nə tapa bilməzsən! Yaradan sizi əbədiliyə çağırır; siz isə, faniliyə meyl edirsiniz. Öz məqamınızla fəqirlər qarşısında lovğalanmayın. Allahın yaratdıqlarından biri sizə üz tutub bir şey istəsə, onu rədd etməyin. Ey ağıl sahibləri! Hesabata çəkilməmiş, hər gün özünüzə hesabat verin. Çünki, ölüm sizi qəflətən haqlayar və əməllərinizin hesabını verməli olarsınız. Yaradan ölümü sizin üçün bir şadlıq müjdəsi etdi; nə üçün ondan hüzünlənirsiniz?!. Allah Günəşi öz şəfəqlərini sizin üzərinizə səpmək üçün yaratdı! Nə üçün o nurdan pərdələnirsiniz? (Evinizə qalın pərdələr vurursunuz?!) Ey sülhpərvər xalq! Kainat boyunca qaçsanız da, göylərin ənginlliklərini dolaşsanız belə, Yaradanın qanunlarına baş əyməyincə rahatlıq tapa bilməzsiniz! Ey sülhpərvər xalq! Dünyanı bütöv bir kənd halına gətirin ki, Yaradan Əzəmətinin sirlərini bizə açsın və əbədiyyət nuru ilə bizi işıqlandırsın! Fikirləş və düşün: boş-boşuna yatağınızdamı ölmək istəyirsiniz, ya elmlənib sirləri tapıb, bəşəriyyətə fayda vermək?! Ey ağıl sahibləri! Özünüzü tamahın qulu etməyin. Çünki, Yaradan qızılı atəşlə, bəndələri isə, qızılla sınayar! Ey sülhpərvər xalq! Malınızdan elmə və yoxsullara xərcləyin ki, göydəki bitməz şərəf dəfinələrindən və tükənməz şöhrət xəzinələrindən bəhrələnəsiniz. Ey insanlar! Ürəyiniz Yaradanın evidir, oranı təmiz saxlayın! Dəyişikliklərə təhlükə kimi yox, yeni imkanlar kimi baxın. 2017-ci ildə Azərbaycanda 11.192 nəfərdə ilk dəfə bədxassəli şiş aşkar edilib. Əhalinin hər 100.000 nəfərinə hesabı ilə bu göstərici 115 nəfər təşkil edib. 2018-ci ilin əvvəlinə əhalinin hər 100.000 nəfərinə hesabı ilə tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı dörd dəfə (!) artaraq, 468 nəfər olub. Ötən il ərzində 5.777 nəfər kişidə, 5.415 nəfər qadında bədxassəli şiş aşkarlanıb. Qadınlar arasında süd vəzinin, uşaqlıq boynunun, yumurtalığın, mədənin, uşaqlıq cisminin, kişilər arasında isə traxeya, bronx və ağciyərin, mədənin, limfoid, qanyaradıcı və onlara mənşə və quruluşca yaxın toxumaların, prostat vəzinin, sidik kisəsinin, eləcə də çənbər bağırsağın bədxassəli şişlərlə xəstələnmə halları daha çox olub. Bəs xərçəng xəstəliyinin belə sürətlə artmasının sirri nədir? Əməkdaşımız bu sualla tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaquba müraciət edib. Doktorun fikirlərini oxucularımıza təqdim edirik: - Son dövrlər ətraf mühitdən insanların üzərinə neqativ enerji axımı həddən artıq çoxalıb. Bu enerji kopyuterə düşən virus kimidir – düşdüyü oranizmdə çoxsaylı fəsadlar törədir ki, bunlardan ən ağırı xərçəng xəstəliyidir. - Xəstəliyin yaranma prosesi necə baş verir? - Neqativ enerji insanın yumşaq toxumalarında (sinədə, cinsiyyət orqanlarında…) toplanır və ilk öncə immuniteti zəiflədir, əsəbilik, həvəssizlik, yorğunluq, halsızlıq yaradır. Daha sonra isə, xərçəngə çevrilir. - Xərçəngin belə sürətlə yayılmasının qarşısını almaq olarmı? - Xərçəngdən qorunmaq üçün ilk növbədə neqativ enerjidən təmizlənmək lazımdır. Insan görsə ki, diksinir, həyəcanlanır, yersiz əsəbiliyi, ağrıları var, deməli, bu enerjiyə yüklənib. Nə qədər ki, şişə çevrilməyib, neqativ enerjidən xilas olmalıdır. - Bu enerjidən necə xilas olmaq olar? - Tibb elmində neqativ enerjiyə qarşı vasitə kəşf olunmadığından, klinikalarda şişləri ancaq əməliyyat yolu ilə kəsib götürürlər. Bu vaxt nəticə aradan qalxsa da, onu yaradan səbəb (enerji) orqanizmdə qalır. Beləliklə, bir müddətdən sonra bu və ya digər orqanda yenidən şiş yaranır… Bizim yaratdığımız elmi-lədun müalicə metodunda isə, ilk növbədə səbəb aradan qaldırılır: orqanizmdə toplanmış neqativ enerji təmizlənir. Daha sonra yaranmış şişlər (mioma, fibroma, kistalar, prostatın böyüməs və s.) qurudulur. - Bütün bunlar nə qədər vaxta aradan qaldırılır? - Orqanizmin neqativ enerjidən təmizlənməsi prosesi cəmi 21 gün çəkir. Bu müddətdə 3-4 seans edilir. Şişlərin müalicəsi isə, ölçüsündən aslı olaraq, 1-2 ay çəkə bilir. Bu müddətdə həftədə bir dəfə seans edilir. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |