“Biz hər şeyi sayıb yazmışıq”. Quran.
Xəbər verildiyi kimi bu gün (24 iyulda) Şirvandakı hərbi zavodda partlayış baş verdi. Nəticədə ölən və yaralananlar oldu. Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən hadisə təsadüfü olmayıb, yolun azmış xalqımıza və onun zalım rəhbərlərinə Allahdan növbəti xəbərdarlıqdır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur: 1. Xatırladaq ki, 30.12.2021-ci il tarixdə Bakının (əslində şeytanın) simvolu sayılan Alov qüllələrində partlayış baş verdi. Bu gün həmin partlayışın 573-cü günüdür ki, bundan da Quranda tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, hadisənin baş verdiyi şəhərin (Şirvanın) rəmzi olan 18 ədədi görünür və hadisənin Allahdan xəbərdarlıq olması barədə söylədiyimiz fikri təsdiq edir: 573 – 555 = 18 2. Ydınıza salaq ki, Qazaxın Şıxlı kəndində üç uşağı ildırım vuranda bunun xalqımıza mesaj oldugu barədə hesablamalar paylaşmışdıq. Maraqlıdır ki, bu gün həmin ildırım hadisəsinin 304-cü günüdür ki, bundan da orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayını çıxsaq, yenə də Şirvanın seriyası görünür və hadisənin Allahın elminə (kitabına) bağlandığını bir daha təsdiq edir: 304 – 286 = 18 3. Elmi-lədun hesablamalarımız göstərir ki, bu gün Şirvanda baş verən partlayış Qurana and içib, əməl olunmaması ilə əlaqədardır. Yəni, riyazi yolla dövlət səviyyəsində andiçmə mərasiminə bağlanır. Bu gün üçüncü andiçmənin 3.564-cü günüdür ki, bundan Quranın səhifə və surələrini çıxsaq, yenə də partlayış baş verən şəhərin rəmzi (18) görünər və hadisənin Allahdan xəbərdarlıq mesajı olduğunu bir daha təsdiq edər: 3564 – (12 x 286) – 114 = 18 NƏTİCƏ: bütün bu və digər hesablamalarımız (oxucunu yormamaq üçün uzatmırıq) sübut edir ki, bu gün Şirvandakı hərbi zavodun partlaması günah törətməkdə həddi aşan xalqımıza və onun zülm etməkdə həddi aşan rəhbərlərinə kodlaşdırılmış xəbərdarlıq mesajıdır: Ey xalq, pozğun həyat tərzindən, biri-birinizi aldatmaqdan, tərəzini səhv çəkməkdən, zinakarlıqdan... əl çəkin, tövbə edərək, doğru yola dönün! Siz də ey rəhbərlər, ölkədə haqqı, ədaləti qoruyacağınız barədə Qurana and içmisinizsə, andınıza əməl edin! Xalqın sərvətlərini talayıb, haqqını istəyənləri şərləyib zindanlara doldurmayın! Allahdan qorxun! Bu xəbrdarlığın hərbi zavodda baş verməsi də təsadüfü deyildir. Orduya, silaha güvənib, xalqa zülm etməkdən çəkinin. O əsgərlər Allahın bəlasından özlərini qoruya billlmirlərsə, sizi necə qoruyacaqlar?! “Bu əsgərləriniz kimdir ki, onlar sizi Alllahın əzabından qoruya bilsinlər?! Kafirlər sadəcə aldanmaqdadırlar!” Quran, “Hakimiyyət” surəsi, 20. Mesajı şərh etdi: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi
0 Comments
“Biz hər şeyi sayıb yazmııq”. Quran
Xəbər verildiyi kimi bu gün (12 iyul) Qazaxstana məxsus “A-320” markalı təyyarə Bakıya qəza enişi etdi (sərnişinlərdən birinin halının pisləşməsi səbəbindən). Elmi-lədun hesablamalarımız göstərir ki, ilk baxışdan adi, təsadüfü görünən bu hadisənin alt qatında böyük hikmətlər gizlənib. Bu hikmətləri üzə çıxarmaq üçün hadisə üzərindən sirr pərdəsini qaldırmağa çalışdıq. Sirr pərdəsi qalxdıqca təyyarənin gətirdiyi mesajlar üzə çıxdı. Məlum oldu ki, ölkədə zülm, haqsızlıq, əxlaqsızlıq artdığına görə Allah insanlara gələcək bəlanın kodlaşdırılmış mesajını verir. Bunu aşağıdakı hesablamalardan görmək olur: 1. Xatırlayırsınızsa, Şirvanda hərbi zavodda sursat partlaması səbəbindən ölən və yaralananlar olmuşdu (08.06.22). Bu gün “A-320” Bakıya qəza enişi edəndə həmin partlayışın 400-cü günü idi ki, bundan da Quran rəmzini (114) çıxsaq, alnan ədəd Quranın səhifələrinin sayı olmaqla (286), Yaradanın kodladırılmış möhürünü (asan imzasını) göstərir: 400 – 114 = 286 2. Hesablamalarımız göstərir ki, bu qəza hadisəsi neftin, qazın və s sərvətlərin talanmasına Allahın reaksiyasıdır. Belə ki, hadisə riyazi yolla SOCAR-a məxsus qaz kəmərinin partlamasına da bağlanır. Belə ki, 05.08.2020 tarixdə magistral qaz xətti Hacıqabul ərazisində partlamışdı. Bu gün həmin hadisənin 1069-cu günüdür ki, bundan da Quranın surə və səhifəlrinin sayını çıxsaq, alınan ədəd tövbə və cəza rəmzini (555) göstərir və hər iki hadisə üzərində Allahın möhürü olduğu üzə çıxır: 1069 – (114+286+114) = 555 3. Maraqlıdır ki, Qazaxstana məxsus təyyarənin qəza enişi etməsi elə Qazaxstandakı hərbi bazanın partlamasına da bağlanır. Bu gün Taraz şəhərində silah anbarının partlamasının 686-cı günüdür ki, bundan da Quranın səhifələrinin sayını çıxsaq, yenə də surələrin sayı alınır və hadisələrin Allah tərəfindən mesaj olaraq törədildiyini bir daha sübut edir: 686 – 286 – 286 = 114 4. Yadınıza salaq ki, 07.03.2021 tarixdə Bakıda baş verən güclü qasırğa evlərin damını uçuraraq, ölən və yaralıların olmasına səbəb olmuşdu. Həmin gün həmçinin, Badamdarda sürüşmə baş verdi. Bu gün həmin hadisələrdən 858 gün keçir ki, bu da Quranın səhifəlrinin üç mislidir: 858 – 286 – 286 = 286 Bunu ədəbi dil çevirsək Quran, Quran, Quran oxunmaqla, xalqımızın diqqətini bəşəri dəyərlər toplusu olan Qurana yönəltdiyinə şahid olarıq. NƏTİCƏ: Bu və digər hesablamalarımız sübut edir ki, bu gün Bakıya qəza enişi edən tyyarə əslində yolun azmış xalqımıza və onun zülm etməkdə həddi aşan, Dəccalın prototipi olan rəhbərlərinə msaj verir ki, tövbə edib, düz yola qayıdın. Pozğun həyat tərzinə son qoyun! Özünüzdən aşağı təbəqələrin sərvətlərini talayıb, haqqını istəyənləri şərləyib zindanlara saldırmayın! Əks halda sizə böyük bəlalar gələcək. Bugünkü qəzanın bir neçə hərbi bazada ölümlə nəticələnən faciələrə bağlanması da rəhbərlərə mesajdır ki, əsgərlərinizə güvənib xalqa zülm etməyin, o əsgərlər özlərini qoruya bilmədilərsə sizi necə qoruya bilərlər? Onların əlində partlayan silahın bir gün sizin də əlinizdə partlamayacağına və yaxud, Allahdan sizə başqa bir bəlanın gəlməyəcəyinə əminsinizmi?! “Bu əsgərləriniz kimdir ki, onlar sizi Allahın əzabından qoruya bilsinlər? Kafirlər sadcə olaraq aldanmaqdadırlar.” Quran, “Hakimiyyət” surəsi, 20. Mesajı şərh etdi: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi 12 iyul 2023 |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |