"Həqiqətən sizin dostunuz (müşriklərin təqdim etdikləri kimi) divanə deyildir!" Quran, 81:22. Bu günlərdə M. F. Axundov haqda işlətdiyim fikirlər ateistlərin qəzəbinə səbəb olmuşdur. Belə ki, peyğəmbərlərə qarşı həqarət edən Axundova imansız, dinsiz deməyim, belələrinin cəhənnəmdə olacağını Qurana istinadən bildirməyim ateistlərə xoş getməmişdir. Dərhal sosial şəbəkələrdə əleyhimə kompaniya başlanmış və məni "savadsız", "ağılsız", "geridəqalmış", "fanatik" və s. təhqiramiz ifadələrlə aşağılamağa çalışmışlar. Haqqımda səsləndirilən ifadələrin doğru olub-olmadığını və yaxud, həmin ifadələrə kimin daha layiq olduğunu nümayiş etdirmək üçün ateistlərə bir təklifim var: siz də yazarsız, mən də yazaram. Fərqimiz ondadır ki, mən milli-mənəvi dəyərlərə söykənib, Peyğəmbəri özümə örnək seçmişəm. Siz isə, bu dəyərlərə və Peyğəmbərə lağ etməklə özünüzü Axundovun davamçısı sayırsız və onu özünüzə peyğəmbər hesab edirsiniz. Olsun! Bu sizin şəxsi fikrinizdir və fikir plüralizminə qarşı çıxmaq fikrim də yoxdur. Təklifim nədən ibarətdir? Yuxarıdakı epitetlərə kimin layiq olduğunu üzə çıxarmaq üçün elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə edərək, elmimizi yarışdırmağı (müqayisə etməyi) təklif edirəm. Aydındır ki, müasir dövrümüzdə hər bir qələm əhlinin reytinqi (xalqın ona münasibəti) onun yazdığı məqalənin altındakı oxunma sayı ilə ölçülür. Odur ki, mən "geridəqalmış" yazar olaraq, bu müraciətin sonuna dörd gün qabaq yayımlanan və oxunma sayı qırx mini keçən məqaləmin linkini qoyuram. Özünü Axundovun davamçısı, "modern", "bərkgedən" sayan ateistlər də buyurub, son bir ayda yayımladıqları və oxunma sayı 40 min demirəm, on minə çatan bircə dənə məqalələrini qoysunlar ortalığa, xalq da görsün ki, kim savadlıdır, kim geridəqalmışdır?! Necə deyərlər: "İsfahan burada olmasa da iynə ki, buradadır?" Əgər elmlərini ortaya qoya bilməsələr, onda onların cavablarını verməyi Allaha buraxıram. Necə ki, Rəbbim buyurur: "Sənə göndərilən elmdən sonra buna dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü bura çağıraq! Sonra Allaha dua edib yalançılara Allahın lənət etməsini diləyək!” Quran, 3:61 Qeyd: Məqaləni buradan oxuya bilərsiniz: http://www.moderator.az/news/128775.html (c) Paşa Yaqub - tədqiqatçı-yazıçı, Allahın qulu.
0 Comments
Bir neçə gün öncə Bakıda, Səbail rayonunun Badamdar qəsəbəsi ətrafında güclü bir gurultu səsi eşidildi. Şahidlərin sözlərinə görə, hətta bu səsin təsirindən binalar da silkələnib. Lakin bir neçə gün keçməsinə baxmayaraq, dövlət qurumları bu gurultunu aydınlatacaq bir açıqlama verə bilməyib. Bu güə qədər də hadisəyə aydınlıq gətirəcək bir açıqlama verilməyib və nəticə olaraq bu hadisəni qeyri-adi, ilahi qüvvələrlə bağlı olması ilə bağlı şayiələr ayaq tutmağa başladı... Fövqəladə hallar Nazirliyinin mətbuat katibi Oqtay Bayramov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə heç bir məlumat daxil olmayıb: “Bizdə heç bir məlumat yoxdur. Araşdırma aparılmır, çünki gərək nəsə məlumat daxil olsun ki, biz də araşdıraq. Abstrakt bir şey haqda necə araşdırma apara bilərik? Nə texnogen mənşəli, nə də təbii fəlakət qeydə alınıb”. Səbail rayon icra hakimiyyətindən bildirlib ki, məlum gurultudan sonra araşdırma aparılıb: “Rayon ərazisində olan obyektlərə, partlayış, uçqun və s. hər hansı hadisə ola biləcək ərazilərə baxış keçirilib. Hələ ki, heç bir fakt qeydə alınmayıb”. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, gurultu səsini onlar da eşidib və müvafiq aparatları bunu qeydə alıb: “Lakin bu səsin zəlzələ nəticəsində ortaya çıxmadığı bəlli oldu. Həmin tarix ərəfəsində Bakı ərazisində zəlzələ olmayıb. Textonik mənləşi yeraltı təkanlar qeydə alınmayıb. Buna görə də gurultunun hansı səbəbdən ortaya çıxdığını deyə bilmərik”. Səsin eşidildiyi ərazidə neft mədənləri olan SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev də “Qafqazinfo”ya açıqlamasında məsələni araşdırdıqlarını deyib: “Məlum gurultu səsindən sonra biz də araşdırma apardıq. Şükür olsun ki, Dövlət Neft Şirkətinin balansında olan obyektlərdə salamatçılqıdı, heç bir hadisə baş verməyib. O səsin bizim obyektlərə heç bir aidiyyatı yoxdur”. Dövlət qurumlarının məlumatsızlılığından sonra məsələyə fərdi şəxslərdən biri aydınlıq gətirməyə çalışdı. Özünü “Allahın qulu və çarçısı” adlandıran Paşa Yaqub bu gurultunun qiyamət siqnalı olduğunu bildirdi: “Bir müddət öncə neft yatağında baş verən yanğın hadisənin şahidlərinin danışdığından və görüntülərdən orada mikroqiyamətin yaşandığı aydın olurdu. Eyni zamanda bugünkü həyəcanlı hadisəni yaşayanların danışdıqlarından da mikroqiyamətin yaşandığı bəlli olurdu. Hər iki bənzər hadisədə (mikroqiyamətdə) diqqət çəkən məqam onların 114 gün fərqlə baş verməsidir ki, bu da “Quran” rəmzi olmaqla, təkrar diqqətimizi müqəddəs kitaba yönəldir”. Media eksperti Qulu Məhərrəmli bildirib ki, dövlət qurumlarının bu cür məsuliyyətsiz davranması mövhumatçılığın yayılmasına səbəb olur: “Bütün hallarda baş verən hadisə ilə bağlı dəqiq məlumat olmayanda şayiələr çoxalır. Seysmik mərkəzdən verilən məlumatda ağlabatan bir məsələ var ki, siqnal alıblar. Cəmiyyət də bu yozumlara meyllidir ki, nəsə sensasiya axtarsınlar. Burada ən yaxşı variant dürüst xəbərin vaxtında verilməsidir. Bununla bağlı, dövlət qurumlarının açıqlaması ya birgə olmalıdı, ya da hamısının adından bir qurum fikir bildirməlidir. Vaxtında reaksiya verməyəndə, qurumların açıqlamasında fikir ayrılığı olanda bu cür hallar ortaya çıxır. Dövlət büdcəsindən bu qurumların saxlanılmasına vəsait ayrılır, onlar da öz funksiyalarını yerinə yetirməlidirlər. Bu funksiyalardan biri də cəmiyyəti dəqiq məlumatlandırmaqdır. Dövlət qurumları cəmiyyəti məlumatlandırmaqdan çəkinməməlidirlər, çünki susmaq, qeyri-dəqiqlik şayiələrin yayılmasına səbəb olur”. Bu cür mövhumatçı halların yayılmasında dövlət qurumlarının məsuliyyətinin nə qədər olduğunu müəyyənləşdirmək çətindir: “Bunu müəyyənləşdirmək çətindir, çünki gözlənilməz situasiyadır. Heç bir dövlət qurumu istəməz ki, elmi əsası olmayan məlumat yayılsın. Medianın məsuliyyəti isə hər yerdə var. Siz xəbəri dəqiqləşdirməyə çalışırsız, bununla da istəyirsiniz ki, cəmiyyətə düzgün informasiya verəsiniz. Amma başqası fərqli yol seçir. Deyir ki, qoy mən bunu yayım, İP-im çoxalsın. Media orqanlarının da hamısı standarta uyğun olmur. İnsanlar üçün önəmli, faydalı məlumatları yaymaq lazımdır. Buna əmək etməyəndə bu cür xəbərlər yayılır və oxucu şüurunda özünə yer tutur”. Dövlət qurumlarının hadisəni təsdiqləyib səbəbini bilmədiklərini deməsi məsuliyyətsizlikdir. İnsanlar milyon illərdir baş verən təbiət hadisələrinin hamısının səbəbini dəqiq izah edə bilmir. Elə proseslər var ki, elm gücsüz olur. Amma bu hadisədə söhbət elmin gücsüzlüyündə deyil. Bu, məsuliyyətsizlik, ictimai rəyi nəzərə almamaqdır”. Yazının sonuna əlavə etdiyimiz video gurultu olan zaman çəkilib və orada həmin səs aydın şəkildə eşidilir.(Qafqazinfo) Elmi-ladun hesablamalar...
“Zülm edənləri dəhşətli (tükürpədici) bir səs bürüdü və onlar və onlar öz evlərində diz üstə çöküb qaldılar.” “Quran”, 11:94 Xəbər verildiyi kimi, bu gün Bakı şəhərinin bir hissəsində (Səbayel və Yasamal səmtində) tükürpədici, uğultulu bir səs binaları silkələmiş, insanlar arasında qorxu və həyəcan yaratmışdır. Hesablamalarımız göstərir ki, bu hadisə təsadüf olmayıb, özündən əvvəlki həyəcanlı hadisələrlə riyazi yolla əlaqələnir. Belə ki, 3 gün qabaq moderator.az saytında Azərbaycanda 4 dekabr 2015-ci il tarixdə “Günəşli” yatağında baş vermiş tufan və yanğın hadisəsini şərh etmişdim. (bax: http://www.moderator.az/news/128377.html ) Neft yatağında baş verən həmin hadisənin şahidlərinin danışdığından və görüntülərdən orada mikroqiyamətin yaşandığı aydın olurdu (bunu hadisəni yaşayanlar daha yaxşı dərk edərlər). Eyni zamanda bugünkü həyəcanlı hadisəni yaşayanların danışdıqlarından da mikroqiyamətin yaşandığı bəlli olurdu. Hər iki bənzər hadisədə (mikroqiyamətdə) diqqət çəkən məqam onların 114 gün fərqlə baş verməsidir ki, bu da “Quran” rəmzi olmaqla, təkrar diqqətimizi müqəddəs kitaba yönəldir "Sizdən təkcə zalımlara toxunmayacaq (zalımlara dəstək olduqlarına görə hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah Onun əmrlərini pozanlara şiddətli əzab verəndir!" Quran, 8:25 Təyyarə qəzalarının monitorinqinə həsr etdiyim bir yazımda Bakı-Naxçıvan reysi ilə uçan (15.06.2015) təyyarənin qəza enişi etməsini şərh etmiş və bununun Allahdan bir xəbərdarlıq olduğunu hesablamalarla göstərmişdim (təyyarə qəzasının da mikroqiyamət olduğunu hadisəni yaşayanlar bilər). Maraqlıdır ki, bu gün insanları həyəcanlandıran uğultu və titrəyiş, həmin təyyarə qəzasının 286-cı günü baş vermişdir ki, bu ədəd “Quran”ın səhifələrinin sayı olmaqla, diqqətimizi təkrar olaraq müqəddəs kitabın göstrdiyi halallıq və düzlük yoluna yönəldir: “Məmləkətlərin əhalisi əməlisaleh olduğu ikən Rəbbin onları haqsız yerə məhv etməz (Biz yalnız əhalisi zalım olan məmləkətləri məhv etdik)”. “Quran”, 11:117 Beləliklə, Azərbaycanda baş verən bu kimi sirli hadisələrin monitorinqi göstərir ki onlar əslində yolun azmış və biri-birinə manyakcasına zülm edən, işgəncə verməyi sevən millətimizə (vəzifəsindən aslı olmayaraq) Allahdan bir xəbərdarlıqdır. Hesablamalarımız göstərir ki, insanlarımız bu xəbərdarlıqları qulaqardına vurduqca, bəlaların şiddəti və miqyası da genişlənəcəkdir. Sonda bu təlatümlərdən cəmi 29 faiz əhali xilas ola biləcək ki, onlar da kamillik dövrünü yaşayacaqlar. Hər ziyanın içində bir xeyir olduğu kimi, bu silkələnmələr və katakilizmlər də Azərbaycanın təmizlənməsi və dünyanın mənəviyyat mərkəzi olması ilə nəticələnəcəkdir. Odur ki, Ağıl sahibləri baş verənlərdən ibrət almalı və heç kəsi gözləmədən təcili tövbə edib, günahlardan təmizlənməlidir (mən özüm də belə etmişəm). Belə etsəniz 29 faizin içində siz də olarsız və tezliklə gözəl bir dövrə qədəm qoyarsınız. “Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda yazılmışdır!” “Quran”, 17:58 (c) Allahın qulu və carçısı: Paşa Yaqub “Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz?” “Quran”, “Davar” surəsi, 80.
XXI əsrdə dünyada baş verən enerji böhranlarının monitorinqini apararkən çox maraqlı məqamlar üzə çıxdı. Oxucuların marağına səbəb olacağını nəzərə alıb, həmin maraqlı məqamları diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, enerji qəzalarını adi təqvim üzəriində sayarkən onların bir qayda olaraq “Quran”da tövbə və cəza rəmzi olan 555 ədədinə bağlandığını görmək olur. Əvvəlcə 555 ədədinin mənasını bilmək üçün aşağıdakı bir düsturu təkrar diqqətinizə çatdırıram “Quran” niyə 114 surədir? Kainatın dörd cəhətdən, təbiətin dörd fəsildən ibarət olmasını, həmçinin insanın dörd ünsürdən yaranmasını və bu müqəddəs kitabın dördüncü səmavi kitab olmasını nəzərə alıb, “Quran”ın ilk dörd surəsindəki ayəəri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Qeyd edim ki, bu dörd surə bəşəri dəyərləri mülayimliklə təblig etdiyindən, 669 ədədi də “Quran”da mülayimlik və yaxud bəşəri dəyərlər rəmzi sayılır. Bu dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə, 9 rəqəmi ilə gəlir (9; 19; 29; ”¦109) və sayı 11 olan bu surələrdəki ayələri cəmləsək, 555 ədədi alınar. Bu ayələrə fikir versək, əsasən sərt ayələrdən ibarət olduğunu və cəzadan bəhs etdiyini görərik. Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 ”“ 555 = 114 Alınan 114 ədədi “Quran”ın surələrinin sayını göstərir. Düsturdan məlum olur ki, bu müqəddəs kitabın mahiyyəti bəşəri dəyərlərin təbliğindən və bu dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından ibarətdir: “Həqiqətən, Rəbbin insanların zülmünə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!” “Quran”, “Göy gurultusu” surəsi, 6. Düsturdan həm də o məlum olur ki, “Quran”ın 114 surədən və 6.236 (altı min iki yüz otuz altı) ayədən ibarət olması, həmçinin, surələrin və ayərin düzülüşü insan beyninin məhsulu olmayıb, Allahın elmi və iradəsi ilə düzülmüşdür. Beləliklə, 555 ədədinin "Quran"da tövbə və cəza rəmzi olduğunu anladıqdan sonra, indi qayıdaq dünyada baş verən enerji qəzalarına və onların 555 ədədi ilə təkrarlanmasına. Məsələn: 1) 13 iyul 2002-ci ildə Azərbaycanda baş ve-rən enerji böhranı bütün ölkəni qaranlığa qərq etmişdi. Həmin gün elm əsri olan XXI əsrin 555-ci (!) günü idi. 2) Azərbaycanda daha bir enerji böhranı 29 yanvar 2006-cı ildə baş vermişdir. Bu böhran da 555 ədədinə bağlanır. Belə ki, həmin gün 5 iyul 2001-ci il tarixli Ay tutulmasının (Ay tutulması "Quran"da qiyamətin, bəlaların xəbərdarlığı kimi göstərilir.) 1665-ci günündür ki, bu da 555 ədədinin üç mislidir: 1665 - 555 - 555 = 555 3) 20 aprel 2006-cı ildə Azərbaycanda baş verən enerli böhranı Bakını qaranlığa qərq etmiş, metro da daxil bütün nəqliyyat və digər mühüm dövlət obyektləri fəaliyyətini dondurmuşdu. Həmin gün 14 oktyabr 2004-cü il tarixli Günəş tutulmasının 555-ci günü idi. 4) Bakıda növbəti enerji böhranı 6 iyul 2006-cı ildə baş verdi. Həmin gün enerjinin kəsilməsi səbəbindən bir çox vacib dövlət strukturları və mühüm obyektlər (PA, MN, ANS, BMT-nin Bakıdakı ofisi və s.) fəaliyyətini dayandırmaq məcburiyyətində qaldılar. Bu böhranın da əvvəlkilərin davamı olduğu və xüsusi qanunauyğunluğa tabe olduğu aşağıdakı hesablamalardan görünür: - həmin qəza 14 dekabr 2001-ci il tarixli Günəş tutulmasının 1665-ci günü baş verib ki, bu yenə də cəza rəmzi olan 555 ədədinin üç mislidir: 1665 - 555 - 555 = 555 - bu enerji qəzası həmçinin, 24 noyabr 2003 tarixli Günəş tutulmasının 955-ci günü baş verib ki, bundan da “Quran”ın səhifələrinin (286) və surələrinin (114) sayını çıxdıqda yenə də 555 ədədi alınır: 955 ”“ 286 ”“ 114 = 555 5) Yadınıza salım ki, dünyanın diqqətini özünə cəlb edən enerji böhranlarından biri (ən böyüyü) də 2003-cü ilin avqustun 13-də Amerikada baş vermiş və iki dövlət (Amerika və Kanada) bir həftə ərzində qaranlığa qərq olmuşdu. Maraqlıdır ki, həmin gün elm və peyğəmbərlik rəmzi olan XXI əsrin 955-ci günü idi. Elə isə, bundan Quranın səhifələrinin (286) və surələrinin (114) sayını çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınır: 955 ”“ 286 ”“ 114 = 555 6) Xəbər verildiyi kimi, 31 mart 2015-ci il tarixdə Türkiyədə enerji böhranı baş vermiş və ölkə gün ərzində qaranlığa qərq olmuşdur. Hesablamalarımız göstərir ki, bu hadisə də təsadüf olmayıb, “Quran”da qiyamətin əlaməti kimi göstərilən astronomik hadisələrlə əlaqələnir. Bu əlaqə özünü yenə də TÖVBƏ və cəza rəmzi olan 555 ədədi ilə aşkar biruzə verir. Belə ki, Türkiyədəki enerji böhranı: - 21 iyul 2001-ci il tarixli Günəş tutulmasının 4995-ci günüdür ki, bunu da “Tövbə” surəsinin rəmzi olan 9-a bölsək, cəza rəmzi olan 555 ədədi alındığını görərik: 4995 : 9 = 555 - Türkiyədə enerji böhranı baş verən gün həmçinin, 28 avqust 2007-ci il tarixdə baş verən Günəş tutulmasının 2775-ci günüdür ki, 5-ə böləndə yenə də 555 ədədi alınır və diqqətimizi yenə də Qurana və cəzadan bəhs edən ayələrə yönəldir: 2775 : 5 = 555 "And olsun ki, Allah bunları hesablamış, və təkrar-təkrar saymışdır" Quran, 19: 94. Bu faktları və onların sirlərini bildikdən sonra yenə də diqqətinizi təkrar olaraq Azərbaycan ətrafında baş verən və şahidi olsaq da, əhəmiyyət vermədiyimiz enerji hadisələrinə cəlb etmək istəyirəm. Mətbuatda yayılmış bir hadisəni yadınıza salım ki, 2014-cü ilin 27 may tarxində Cəlilabadda ildırım hadisəsi baş vermişdi (ildırımın enerji hadisəsi olduğu fizikadan və "Quran"dan bizə məlumdur). Belə ki, tarixdə Cəlilabadda güclü ildırım çaxmış, ölənlər və yaralananlar olmuşdur. 1 iyul 2015-ci il tarixdə isə, Xəzərdə “Günəşli” (!) yatağında enerji müəmmalı şəkildə kəsilmişdir. 3-4 gün transformatorlar dayandığından, neft quyuları ehtiyyat generatorlar vasitəsi ilə işıqlandırılmışdır. Bu iki müəmmalı enerji hadisəsi arasında 400 gün fərq vardır ki, bundan yenə də "Quran"ın surələrinin sayını (114) çıxanda, müqəddəs kitabın səhifələrinin sayı (286) alınır və bir daha hadisələrin millətimizə və dövlətimizə Allahdan bir xəbərdarlıq olduğunu görmək olur: 400 ”“ 114 = 286 Hadisələrdə diqqət çəkən daha bir maraqlı məqam Cəlilabad rayonunun beynəlxalq rabitə kodu ilə bağlıdır. Belə ki, həmin vaxt bu rayonun kodu 114 (!) idi ki, bu da "Quran" rəmzi sayılır. Riyazi yolla Cəlilabad hadisəsinə və "Quran"a bağlanan daha bir hadisə 2015-ci ilin dekabrın 4-də baş verdi. Həmin gün Xəzərdə baş vermiş tufan səbəbindən "Günəşli" (!) yatağında estakadada uçqun və yanğın baş vermiş, nəticədə çoxsaylı insan təlafatı olmuşdur. Hadisələrdə diqqət çəkən məqam ondan ibarətdir ki, neft daşlarında baş verən fırtına Cəlilabaddakı ildırım hadisəsinin 555-ci (!) günü baş vermişdir ki, bu ədəd yuxarıda qeyd etdiyim kimi, “Quran”da tövbə və cəza rəmzi sayılır. Beləliklə, Azərbaycanda və dünyada baş verən bu kimi sirli hadisələrin monitorinqi göstərir ki, enerji kəsilmələri əslində yolun azmış və biri-birinə manyakcasına zülm edən, işgəncə verməyi sevən millətlərə və onların zalım rəhbərlərinə Allahdan bir xəbərdarlıqdır: «Sənin Rəbbin mərkəzlərinə (böyük şəhərlərinə) ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik». “Quran”, 28:59 (c) Allahın qulu və carçısı: Paşa Yaqub “And olsun ki, Biz Quranı ondan ibrət almaq (öyüd nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (ondakı elmdən, ədəbdən faydalanan) varmı?!” “Ay” surəsi, 17-ci ayə.
Xəbər verildiyi kimi, sabah (23.03.2016) Ay tutulması baş verəcəkdir. Elmi-ladun araşdırmalarımız göstərir ki, Günəş tutulmalarında olduğu kimi, Ay tutulmalarında da xüsusi bir qanunauyğunluq var və o, özündə böyük bir hikməti əks etdirir. Belə ki, internet saytlarından əldə etdiyim Ay tutulmalarının cədvəlini Ay (Hicri-qəməri) təqvimi ilə müqayisə etdikdə, Allahın elminin böyüklüyü qarşısında heyrətdən donub qaldım. Məlum oldu ki, bütün Ay tutulmaları bir qayda olaraq ayın 14-də (Ay təqvimi ilə) baş verir. 14 ədədinin hikmətlərini şərh etməzdən öncə, Ay tutulmalarının cədvəlini hər iki təqvimlə diqqətinizə çatdırıram (bax: aşağıdakı cədvələ). Bu kodlaşdırılmış hadisələri təhlil edərkən, diqqətimizi başqa bir məqam cəlb etdi. Sual yarandı ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulub? Xatırladım ki, 14 ədədi Quranda “İbrahim” surəsinin sıra nömrəsidir. Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. Araşdırmalarımız göstərir ki, “İbrahim” surəsinin sıra nömrəsi olan 14 ədədi “Quran”da çox böyük tarazlıq (balans) yaradır. Bunu sübut edən hesablamanı diqqətinizə çatdırıram: "Rəhimli Allah" surəsinin sıra nömrəsi və rəmzi olan 55 ədədi Quranda 41 dəfə keçir (kitabın cəmi 41 surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı 55-dən azdır). Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda 55 dəfə keçir. (Quranın cəmi 55 surəsində 41-ci ayə var.) Göründüyü kimi, Quranda 55 ədədi 41 dəfə, 41 ədədi isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxaq: 55 ”“ 41 = 14 Göründüyü kimi, alınan 14 ədədi "İbrahim" surəsinin sıra nömrəsi olmaqla yanaşı, həm də onun Peyğəmbərliyinin riyazi sübutudur. Quranda qiyamətin rəmzi (əlaməti) kimi göstərilən Ay tutulmalarının da 14 ədədi altında baş verməsi əslində Yerdə xeyirlə şər arasında tarazlığı pozanlara (nəmrudlara, firoonlara) bir xəbərdarlıq mesajıdır. Diqqətinizi bir maraqlı və hikmətli fakta cəlb edim ki, Məhəmməd əleyhissəlam dünyaya təşrif gətirən gecəsi, fars hökümdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Bu hadisəni şərh edən kahinlər və bilicilər şaha belə izah etdilər ki, bəşəriyyətin gözlədiyi Peyğəmbər artıq dünyadadır və sütunların uçması da Nuşirəvanın hakimiyyətinin tezliklə süqut edəcəyinə işarədir (çox keçmədi ki, verilmiş proqnoz özünü döğrultdu və sasanilər dövləti süqut etdi). Sabah baş verəcək Ay tutulmasında diqqət çəkən digər maraqlı məqam onun elm əsri olan XXI əsrin 5.561-ci günü baş verməsidir. Belə ki, "Quran"da həmin ədəd (5.561) altında məhz Ay tutulmasından (!) bəhs olunur ki, bu da Allah-təalanın Kainatı necə heyrətamiz dəqiqlik və elmlə idarə etməsinin sübutudur: "Ay tutulacağı, Günəşlə Ay birləşəcəyi zaman - məhz o gün insan: "Qaçıb can qurtarmağa yer haradır?" - deyəcəkdir". "Quran"ın 5.561-ci ayəsi (bax: "Qiyamət" surəsi, 10-cu ayə). Bir daha xatırladım ki, 23 mart 2016-cı il tarixi (Ay tutulan gün) əsrin 5.561-ci gününə düşür. Burada "Quran"ın 57-ci surənin 22-ci ayəsini xatırlatmaq yerinə düşərdi: "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır!" 57:22. Yuxarıda qeyd etdiyim kimi, peyğəmbərlərin (elmi-ladun sahiblərinin) meydana çıxması, adətən Yerdə xeyirlə şər arasında tarazlığın pozulduğu zamanlarda baş verir və onların missiyası tarazlığı bərpa etməkdən ibarət olur. Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Hər gün yüzlərlə insan fitnə-fəad törədənlərin partlatdığı bombanın qurbanına çevrilir, yaxud şərlənərək başına yüz cürə oyunlar açılır, bu və ya digər formada zülmə məruz qalır. Yerdəki bu vəziyyət Allah-təalanın qəzəbinə səbəb olmuşdur. Hesablamalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər və müəmmalı təyyarə və s. qəzalar da məhz bu qəzəbin təzahürüdür. Bunu sübut edən faktları əvvəlki məqalələrimizdə (və kitablarımızda) diqqətinizə çatdırmışıq. "Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (ədalətli olmağı, insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb, pis-pis işlər törədərlər. Beləliklə, hökm icra olunar və onu yerlə yeksan edərik". "Quran", 17:16 Qeyd: din böyükləri Ay (Günəş) tutulan vaxtı ibadət edərək, tövbə etmək və Allahdan bağışlanma diləməyi tövsiyyə etmişlər... (c) Allahın qulu və carçısı: Paşa Yaqub "İnsanların öz əlləri ilə etdikləri günahlar üzündən quruda və suda fəsad (qəza) əmələ gələr ki, Allah bununla onlara etdiklərinin bir qismini daddırsın və bəlkə, onlar tövbə edib pis yoldan qayıtsınlar". "Quran", 30:41 Xəbər verildiyi kimi, bu gün Rusiyada təyyarə qəzası baş vermişdir. Belə ki, Dubaydan uçan “Boeing-737-800” tipli sərnişin təyyarəsi Rostov-na-Donu şəhər aeroportuna enərkən qəzaya uğrayaraq, içərisindəkilər həlak olmuşlar. Təyyarə qəzalarının monitorinqinə həsr etdiyim yazılarımda və kitablarımda göstərdiyim kimi, bu qəzalar təsadüfü olmayıb, biri-biri ilə riyazi şəkildə əlaqəlidir. Yəni, burada böyük bir qanunauyğunluq vardır. Bu qanunauyğunluq bir qayda olaraq, özünü "Quran"ın səhifələrinin sayı olan 286 ədədi ilə biruzə verir. Yeri gəlmişkən, qeyd edim ki, “Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində vəhabilər hakimiyyətə gələnə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün quranlar 286 səhifəyə yerləşdirilib. Araşdırmalarımız göstərir ki, bütün astronomik hadisələr (Günəş və Ay tutulmaları) 286 ədədinin üç misli olan 858 gündən bir təkrarlanır (bax: aşağıdakı şəkildəki cədvəllərə). Rostov hava limanında baş verən bugünkü təyyarə qəzası da özündən əvvəlki qəzalar kimi, bu qanunauyğunluğa tabedir. Belə ki, bu qəza, keçən ilin 8 iyununda Ukraynada Rusiyaya məxsus "TU-95" hərbi təyyarəsinin havada partlamasının 286-cı günüdür. Hesablamalarımız göstərir ki, bugünkü təyyarə qəzası həmçinin, "Quran"da tövbə və cəza rəmzi sayılan 555 ədədi ilə digər qəzalara bağlanır. Qeyd edim ki, "Quran"ın "Tövbə" surəsinin sıra nəmrəsi 9 olduğundan bu ədəd Tövbə rəmzi sayılır. Onu da bildirim ki, "Quran"da 9-la gələn surələrin (9; 19; 29; ..... 109) sayı 11-dir və bu surələr müqəddəs kitabın ən sərt surələridir. Onların ayələrinin sayını cəmləsək 555 ədədi alınır. Əvvəlki yazılarımda təqdim etdiyim düsturdan (669 - 555 = 114) məlum olurdu ki, 555 ədədi "Quran"da TÖVBƏ və CƏZA rəmzi sayılır. Yeri gəlmişkən, onu da qeyd edim ki, sözü gedən bugünkü təyyarə qəzası Amerikada eyni gündə (13. 09. 2014) 2 ədəd "F-18" təyyarələrinin ayrı-ayrılıqda müəmmalı şəkildə qəzaya uğrayaraq, Sakit okeana düşməsinin 555-ci günü baş vermişdir. Hesablamalardan görünür ki, bu gün baş verən sərnişin təyyarəsinin qəza səbəbi hər iki halda iki super dövlətin - Rusiya və Amerikanın hərbi təyyarələrin qəzasına bağlandı. Hansı ki, o hərbi təyyarələr hər gün dünyanın müxtəlif yerlərində yüzlərlə günahsız insanın ölümünə səbəb olurlar. Belə görünür ki,super güclər hərbi təyyarələrinin müəmmalı şəkildə qəzaya uğramasından gərəkən nəticəni çıxarsaydılar, bu gün Rostovda “Boeing-737-800” təyyarəsi qəzaya uğramazdı. Bir daha qeyd etməyi vacib bilirəm ki, bu cür qəzaların baş verməsi Allahdan xəbərdarlıq olmaqla, zülm etməkdə və günah törətməkdə həddin aşmış Yer əhlinin diqqətini Qurana yönəltmək, zülümdən çəkindirmək məqsədi daşıyır. Hesablamalarımız göstərir ki, bəşəriyyət bu xəbərdarlıqlara lazımi reaksiya verməzsə, daha böyük faciələrlə üzləşəcəkdir. Bu kimi hadisələrdən tövbə edib doğru yola dönməklə, zülm etməkdən çəkinməklə və insanlara yaxşılıqlar etməklə sığortalanmaq mümkündür. "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!" "Quran", 57:22 (c) Allahın qulu və carçısı: Paşa Yaqub Qeyd: Təyyarə qəzalarının monitorinqi haqda geniş yazılarla müəllifin kitablarından tanış olmaq olar. Bildiyimiz kimi, insan torpaq, su, hava və ruh olmaqla, dörd ünsürdən yaranıb. (Həmçinin, təbiət 4 fəsildən, kainat 4 cəhətdən ibarətdir və səmavi kitablar da 4-dür.) Çərşənbələrin də sayı bunlara uyğun ”“ torpaq, su, yel (hava) və od ”“ olmaqla, dörddür. Bunlardan əvvəlki ikisi eyni adla adlanır. “Yel” isə havaya işarədir. İnsanın yaradılış ünsürlərindən olan və ona istilik, enerji verən ruh nur şəklində olduğundan və gözlə görünmədiyindən, onu simvolik olaraq odla əvəz ediblər. Müqəddəs Qurani-kərimdə kainatın altı gündə (Bazar günündən başlamaqla, cümə günü başa çatıb.) yaranması qeyd olunmuşdur. İki günə Yer, iki gündə isə, insanların qidalanması üçün Yer üzərində olanlar (ruzilər) yaradılmışdır. Sonrakı iki gündə isə göydə olanlar yaradılmışdır: “Doğrudanmı siz Yeri iki gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir!” Quran, 41:10 “O, Yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və Allahdan ruzi istəyənlər üçün bərabər olaraq Yer əhlinin ruzisini dörd gündə (fəsildə) müəyyən etdi”. Quran, 41:10-11. Bu ayələrin mahiyyəti ilə, insanın yaradılışı və dörd çərşənbənin qeyd olunması arasında əlaqə aydın şəkildə görünür. Odur ki, bəzi dindarların Novruz bayramının dinə uyğun olmaması haqdakı fikirləri əsassızdır. Məlumdur ki, martın 21-də baharın gəlişi ilə torpaqda oyanış yaranır və əkinçilər ruzi əldə etmək üçün fəaliyyətə başlayırlar və fəaliyyətlərinin əsas istiqaməti torpaq və sudur. Bahar fəslində əsən YEL isə, meyvə ağacları üçün rəncbər rolunu oynayır. Yəni ağacların toxumlarını kənara səpələməklə, onların tozlanmasını (mayalanaraq, ruzi verməsini) təmin edirlər. Baharın gəlişi ilə havanın hərarəti artır ki, OD-da buna işarədir. Sual yarana bilər ki, ruzi ilə bağlı olan bu mərasimlər niyə məhz çərşənbə günləri qeyd olunur? Məsələ burasındadır ki, yuxarıdakı "Quran" ayəsi ilə hesabladıqda, ruzinin yaranması həftənin ikinci və üçüncü (çərşənbə axşamı və çərşənbə) günlərinə düşür. Odur ki, mərasimlər də bu günlərdə keçirilir. Yeri gəlmişkən, qeyd edim ki, “Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində vəhabilər hakimiyyətə gələnə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün quranlar 286 səhifəyə yerləşdirilib. Araşdırmalarımız göstərir ki, bu, təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq isə, özünü aşağıdakı hikmətlərdə biruzə verir: 1) “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı ”“ Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qurban bayramından sayılmaqla) 286 gündür. 2) İnsan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. 3) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir. 4) İnsanlar ən çox Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür. Buradan görünür ki, 286 ədədi Allahın kodlaşdırılmış möhürü olmaqla, həyatımızın bütün vacib sahələrinin üzərinə vurulmuşdur. O cümlədən, Novruz bayramı da, təqvim dəyişməsi olduğundan (təqvimləri yaradan alimlərə də elmi Allah vermişdir), bu bayramın da üzərinə Allah-təala öz möhürünü vurmuşdur. Bir daha qarşıdan gələn novruz bayramınızı və çərşənbələrinizi təbrik edib, sizə bol-bol ruzi, bərəkət arzulayıram. Allahın qulu və carçısı: Paşa Yaqub Bu günki Günəş tutulması insanlara hansı mesajı çatdırır? “Siz zülm etməkdə, günah törətməkdə həddi aşan bir qövmsünüz deyə, sizi başlı-başına buraxıb Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?!” Quran, “Qızıl bəzəklər” surəsi, 5-ci ayə. Bildiyimiz kimi bu gecə (martın 8-dən 9-na keçən gecə) 3:20-dən başlayaraq Günəş tutulması baş verəcək. Əvvəlcə qeyd edim ki, bütün Günəş tutulmaları bir qayda olaraq Quranın səhifələrinin sayının (286) üç misli olan 858 ədədinə bağlanır. Yəni, hər tutulmanın 858-ci günü təkrar tutulma baş verir. (bax: aşağıdakı 858 gündən bir baş verən Günəş tutulmalarının cədvəlinə). Bugünkü tutulma da özündən əvvəlki ”“ 3 noyabr 2013 tarixli Günəş tutulmasının 858-ci günüdür (3 noyabrdan da 858 gün qabaq ”“ 1 iyul 2011-ci ildə Günəş tutulmuşdu). Yeri gəlmişkən, digər maraqlı məqamı da diqqətinizə çatdırım ki, son dövrlər baş verən təyyarə qəzalarının monitorinqi göstərir ki, eyni markalı təyyarələr də 858 günün tamamında təkrar qəzaya uğrayır. Bu barədə keçən yazımda faktlar sadalamışdım. Bu gecəki Günəş tutulmasında diqqət çəkən digər məqam onun Ay (Qəməri) təqvimi ilə ayın (cəmadiül-əvvəl) 29-da baş verməsidir (qeyd edim ki, bütün Günəş tutulmaları bir qayda olaraq Ay təqviminin 29-cu günləri baş verir). (bax: aşağıdakı şəklə). Cədvəldən görünür ki, Günəş tutulmaları bir qayda olaraq ayın 29-da baş verir. Bunun mənasını anlamaq üçün 29 ədədinin hikmətinə nəzər salaq. Əvvəlcə qeyd edim ki, 29 ədədi Yer əhlinə ”“ yəni insanlara işarədir. Çünki, yerin insan yaşayan quru hissəsi 29 %-dir (yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir). “Quran”ın 29-cu (!) surəsi “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar şər qüvvələrin, mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar. Qurani - Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. XXI əsrdə bu əlamətin (tutulmanın) 29 ədədi altında baş verməsi, artıq Yer əhlinə xəbərdarlıq kimi qəbul edilməlidir. Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir. 69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır. Yəqinlik olması üçün daha bir dəlil gətirim ki, 29-cu ayə “Quran”da 69 dəfə keçir. (Yəni, müqəddəs kitabın cəmi altmış doqquz surəsində 29-cu ayə var. Qalan surələrdə ayələrin sayı 29-dan azdır). Bütün bunlar onu göstərir ki, qiyamətin əlaməti olan Günəş tutulmaları riyazi yolla “Haqq olan qiyamət” (69) surəsi ilə əlaqələnir. Bütün bunlar qiyamətin yaxınlaşması haqqında insanlara xəbərdarlıq olmaqla yanaşı, həm də bu müqəddəs kitabın düzülüşünün (nömrələnməsinin) Allahın iradəsi altında baş verdiyini təsdiqləyir. Bu gecəki Günəş tutulmasının ilin 69-cu günü baş verməsi fikrimizi bir daha təsdiq edir. 29 x 69 = 2001 Göründüyü kimi, bu hikmətli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir. Yəni, dünyanı əhatə edən və bəşəriyyəti istismar edən mafiya və monopoliyaların dağılması Allahın iradəsi ilə XXI əsrdə baş verəcəkdir. Son illər diktatorların (zalımların) hakimiyyətə gəlməsini araşdıran jurnalistlərin tədqiqatlarında bir məqam diqqəti cəlb edir ki, onlar hakimiyyətə bir qayda olaraq 69 ədədi altında (69-cu ildə) gəlmişlər. Bu da qiyamətin yaxınlaşmasını bildirən əlamətlərdəndir. Məhz onların hakimiyyətə gəlməsi ilə 29 faizlik Yerdə zülmün əsası qoyuldu və mafiyalar bəşəriyyəti hörümçək kimi tora saldılar. Diktatorların əsasən müsəlman ölkələrində hakimiyyətə gəlməsini əsas götürən ateistlər bunu İslam dini ilə əlaqələndirmək kimi uğursuz bir cəhd edirlər. Məsələyə açıq gözlə baxdıqda isə, bunun tam əksini görmək mümkündür. Yəni, 29 faizin hər yerində zalımları hakimiyyətə gətirən və bu günədək onarın hakimiyyətini hər vəchlə qoruyub saxlayan əslində qeyri müsəlmanlar ”“ yahudi və xaçpərəstlərdir. Bunu görmək üçün heç də yüksək savad tələb olunmur. Sadəcə azacıq gözü açıq olmaq yetərlidir. Fərəhli haldır ki, elm və peyğəmbərlik əsri olan XXI əsr başlayandan bəri, bu hörümçək toru dağılmağa başlayıb və Rəbbimin iradəsi ilə bu proses irəliləməkdədir. Bundan əvvəlki yazılarımı astronomik hadisələrin, müəmmalı təyyarə və qatar qəzalarının monitorinqinə həsr etmişdim. 29 faizlik Yerdə baş verən sirli qəzaların pərdəarxası məqamlarını Elmi-ladunla işıqlandırdıqda, aydın görmək olur ki, Rəbbim yolun azmış (bəşəri dəyərlərdən uzaqlaşmış) xalqlara və onların zülm etməyi sevən rəhbərlərinə xəbərdarlıq edir ki, tövbə edib, doğru yola qayıtsınlar və bir-birlərinə züm etməkdən çəkinsinlər. Əks halda xalqları və onların rəhbərlərini ağılasığmaz bəlalar gözləyir. İnsanlar dünyada baş verən və günü-gündən intensivləşən fəlakətlərə açıq gözlə baxsalar, yolun azmış bəşəriyyətin necə cəzalandığını hər gün görə bilərlər. Bir vacib məqamı da diqqətinizə çatdırım: elmi-ladun hesablamalarımız göstərir ki, XXI əsr qiyamət əsridir. Yerdə həyat bu əsrdə başa çatacaq. Ancaq bundan qabaq mikroqiyamətlər (indiki kimi zəlzələ və digər dağıntılar) olacaq ki, bununla yer kürəsi təmizlənəcək və yaşamağa layiq olan 29 faiz əhali qalacaq. Bundan sonra Yerdə haqq, ədalət bərqərar olacaq və gözəl bir dövr başlayacaq. İnsanlar nəhayət bu dünyada haqqın-ədalətin nə olduğunu biləcəklər. Ondan sonra həyat başa çatacaq. Bu çox uzaq bir zamanda deyil. 2002-ci ildən Yerin təmizlənmə prosesi başlayıb və günü-gündən intensivləşir. Hesablamalar bu prosesin yaxın aylarda başa çatacağını göstərir. Bununla da indiki şeytani dövr bitib, ciddi və ədalətli dövr başlayacaq... “Yoxsa sizi qorxutmaq (xəbərdar etmək üçün) içərinizdən olan bir adam vasitəsi ilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə onlardan daha qüvvətli etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!” Quran. (c) Allahın aciz qulu və carçısı: Paşa Yaqub Söz ardı: din böyükləri məsləhət bilmişlər ki, Günəş (Ay) tutlması vaxtı iki rükət namaz qılıb, Allahdan tövbə və bağışlanma diləmək Allah dərgahında bəyənilən əməllərdəndir. "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi, məhəbbət və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!" Quran, 30:21 Bildiyimiz kimi, İslam dini və onun müqəddəs kitabı olan “Qurani-Kərim” qadına böyük dəyər vermişdir. Başqa səmavi kitablardan fərqli olaraq, “Quran”da qadınların adına bir çox surələr vardır. Buna misal olaraq “Qadınlar” (4), “Məryəm” (19), “İmtahana çəkilmiş qadın” (60) surələrini göstərmək olar. Həmçinin, bu müqəddəs kitabın yüzlərlə ayəsində qadınlardan, onların gözəl əxlaqından, kamil imanlarından və Allaha bağlılıqlarından, dualarının Allah dərgahında qəbul olunmasından bəhs olunur. Bir qadın Həzrət Peyğəmbərimizin hüzuruna gəlib, ərinin hər gün onu döyməsindən şikayət etdi. Məhəmməd əleyhissəlam qadının ərini yanına çağırıb, nə üçün həyat yoldaşını döydüyünü soruşur. Kişi arvadının hər işinin yaxşı olduğunu, amma bir nöqsanlı vərdişini tərgitdirmək üçün onu tez-tez döysə də, bu xasiyyəti tərgidə bilmədiyini deyir. Peyğəmbərimiz bunun səbəbini belə izah etdi: ”“ Kişi (Adəm) torpaqdan, qadın (Həvva) isə kişinin qabırğasından yaranıb. Qabırğanın bir başında olan əyrilik qadının hansısa bir xasiyyətində mütləq özünü biruzə verir və döyməklə düzəldilməsi mümkün deyildir. Sındırıb, xarab edərsən. Sən çalış bu nöqsanın üstünü örtəsən ki, kənardan görünməsin. Həzrət Peyğəmbərimizin bu nəsihətindən bütün kişilərimiz ibrət götürməlidir! Yəni, qadınlarda olan nöqsanı tez-tez onların üzünə vurmaqdansa, o nöqsanın üstünü örtmək daha fəzilətlidir. Həzrət Fatimə ilə Həzrət Əli Əbinin toy günü Rəsulullah Həzrət Əlidən soruşdu: -Ey Əli! Ciyərimi yer üzündə gəzən görsən, nə edərsən? Əli əleyhissəlam: -Bilmirəm, ey Allahın Rəsulu! - deyə çaşqınlıqla cavab verdi. Allah Rəsulu sorduğu sualın cavabını belə açıqladı: - Övladlarımız bizim yer üzərində gəzən ciyərlərimizdir. Fatimə də mənim ciyərimdir. Mənim ciyərimlə necə davranarsansa Fatimə ilə də o cür davran. Peyğəmbər əfəndimiz bu tövsiyyəsini Həzrət Əlinin simasında bütün kişilərə edirdi ki, öz həyat yoldaşları ilə nəzakətlə rəftar etsinlər. Anlasınlar ki, qarşılarındakı bir atanın, bir ananın ciyərinin parçasıdır... İslam tarixində bir çox kəramətli qadınlar olmuşlar ki, onlardan da biri Həzrət Rəbiədir (haqqında bir çox filimlər və kitablar yazılan bu xanım övliya VII əsrdə yaşamışdır). Onunla Həsən Bəsri (VII əsrdə yaşamış övliya) arasında baş verən bir əhvalatı oxucuların diqqətinə çatdırmaq istəyirəm. Bir gün Həsən Bəsri Fərat çayının kənarında oturan Rəbiyyəni görüncə, səccadəsini suyun üzərinə sərib: “Gəl burada iki rükət namaz qılaq” - dedi. Rəbiyyə: “Ustad, axirət əhlinə dünya bazarından bir nümunəmi göstərmək istəyirsən? O halda onun eləsini göstər ki, insan oğlu bənzərini göstərməkdə aciz qalsın” ”“ deyə cavab verdi. Rəbiyyə daha sonra səccadəsini havaya sərdi və “Ey Həsən, sən də buraya gəl və insanların gözündən qeyb ol” dedikdən sonra əsas söyləmək istədiyini söylədi: - Ustad, sənin etdiyini balıqlar, mənim etdiyimi isə, mələklər edər. Qurani-Kərimdə Allah-təala bir neçə ləyaqətli qadını insanlara örnək göstərərək buyurur: “Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahın əzabından heç vəchlə qurtara bilmədilər. Onlara: “Başqaları ilə birlikdə siz ikiniz də Cəhənnəmə girin” ”“ deyildi”. “Allah iman gətirənlərə isə, Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: “Ya Rəbbim! Mənim üçün Öz dərgahında ”“ Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” ”“ demişdi”. “Allah mömin qadınlara həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz Cəbrayıl vasitəsi ilə libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini (şəriətini, dini hökmlərini), kitablarını təsdiq etdi və Allaha itaət edənlərdən oldu”. “Quran”, “Qadağan” surəsi, 10-11-12-ci ayələr. Söz ardı: yeri gəlmişkən, "8 mart" qadınlar bayramı münasibəti ilə bütün Azərbaycan xanımlarını təbrik edib, onlara ailə səadəti, sevincli, fərəhli ömür arzulayıram. Onu da qeyd edim ki, bayramla əlaqədar martın 8-də "Kitabevim.az" mağazasında hədiyyə kampaniyası keçirəcəm: mağazaya gələn hər bir xanım oxucuya "Xanım övliyalar" kitabımı hədiyyə edəcəm. Aksiya saat 13-dən 16-dək davam edəcək. Xanımlar kampaniyadan yararlana bilərlər. Ünvan: "28 may" metro stansiyasının çıxışı. Əlaqə: 050 (70) 375 30 97 Paşa Yaqub - tədqiqatçı-yazıçı. "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!" Quran, 57:22 Xəbər verildiyi kimi, 4 mart 2016-cı il tarixdə Türkiyənin İstanbul şəhərindəki “Atatürk” hava limanından havaya qalxan “Türk Hava Yolları” aviaşirkə-tinə aid 3 təyyarə ildırım vurması nəticəsində yerə enib. Yerli vaxtla saat 19.10 və 19.20 (Bakı vaxtilə 21.10-21.20) arasında Brüsselə uçan “Airbus 319”, Salonikaya uçan “Boeing 737-800” və Skopyeyə uçan “Airbus 319” tipli sərnişin təyyarələrini havaya qalxdıqdan bir müddət sonra ildırım vurub. Nəzarətçi ilə əlaqə yaradan hər 3 təyyarənin pilotu hava limanına geri qayıdıb. Sərnişinlərin isə başqa təyyarələrlə yolarına davam etdikkləri bildirilir. Eyni gündə eyni ölkədə baş verən bu nadir və həyəcanlı hadisələr təsadüf ola bilərmi? Bildiyimiz kimi, həyatda təsadüf yoxdur. Təyyarə qəzalarının monitorinqinə həsr etdiyim yazılarımda və kitablarımda göstərdiyim kimi, bu qəzalar təsadüfü olmayıb, biri-biri ilə riyazi şəkildə əlaqəlidir. Yəni, burada böyük bir qanunauyğunluq vardır. Bu qanunauyğunluq bir qayda olaraq, özünü 114 və 286 ədədləri ilə biruzə verir (bu ədədləri kitablarımda və məqalələrimdə geniş şərh etdiyimdən, burada qısaca olaraq qeyd edim ki, 114 Quranın surələrinin, 286 isə, səhifələrinin sayıdır). İstanbul hava limanında baş verən hadisələrdə də bu qanunauyğunluq özünü qabarıq büruzə verir. Məsələn: - Türkiyədə yuxarıda bəhs etdiyim qəzalar baş verən gün, 16 noyabr 2015-ci il tarixdə Tehran-Bakı marşurutu ilə uçmalı olan “Airbus 319” təyyarəsinin nasazlıq səbəbindən təxirə salınmasının 114-cü (!) günü idi. - Atatürk hava limanındakı qəzalar həmçinin, Berlin hava limanında (26.05.2015) baş verən “Airbus 319” (!) qəzasının 286-cı (!) günü idi. Oxucuları yormadan son bir ayda baş verən təyyarə qəzalarındakı qanunauyğunluqları qısaca xatırlatmaq istəyirəm: 1) 28 fevral 2016-cı il tarixdə İngiltərəyə məxsus "Airbus-320" (!) Fransada qəza enişi edəndə Yaponiyada baş verən (14 aprel 2015) "Airbus-320" markalı təyyarə qəzasının 320-ci (!) günü idi. 2) 18 fevral 2016-cı il tarixdə ABŞ-ın Detroyt şəhərinin beynəlxaq hava limanında iki ədəd "Boeing-737" təyyarəsi uçuş zolağında toqquşanda Riqadan Brüsselə uçan "Boeinq 737" (!) təyyarəsinin qəzaya uğrayaramasının (26 oktyabr 2015) 114-cü (!) günü idi. - ABŞ-da baş verən bu hadisə həmçinin, 10 fevral 2014 tarixdə Əlcəzairdə "C-130" sərnişin təyyarəsi qəzaya uğramasının, (119 nəfər həlak olmuşdu) 737-ci (!) günü idi. 3) Keçən il aprelin 24-də (ilin 114-cü günü) Türkiyədə “Airbus 319” və “Airbus 320” təyyarələri qəza enişi etdilər. Bu qəzaların 286-ı günü (2 fevral 2016) Somalidə “Airbus 321”, Moskvada isə, “Airbus 320” (!) təyyarələri qəzaya uğradılar. "And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır". Quran, 19:94. Bir daha qeyd etməyi vacib bilirəm ki, bu cür qəzaların baş verməsi Allahdan xəbərdarlıq olmaqla, yolun azmış Yer əhlinin diqqətini Qurana yönəltmək məqsədi daşıyır. Hesablamalarımız göstərir ki, bəşəriyyət bu xəbərdarlıqlara lazımi reaksiya verməzsə, daha böyük faciələrlə üzləşəcəkdir. O cümlədən Azərbaycanda da yaxın günlərdə gündəmi dəyişəcək hadisələr gözlənilir. Bu kimi hadisələrdən tövbə edib doğru yola dönməklə və insanlara yaxşılıqlar etməklə sığortalanmaq olar. "İnsanların öz əlləri ilə etdikləri günahlar üzündən quruda və suda fəsad (qəza) əmələ gələr ki, Allah bununla onlara etdiklərinin bir qismini daddırsın və bəlkə, onlar tövbə edib pis yoldan qayıtsınlar". Quran, 30:41 Qeyd: təyyarə qəzalarının monitorinqi ilə bağlı ətraflı hesablamalarla müəllifin "Məhəbbət ili" və "Kəramətin sirləri" kitablarında tanış olmaq olar. (c) Allahın aciz qulu və carçısı: Paşa Yaqub Şair Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsi Rüstəm Usubova müraciət edib. Moderator.az-a daxil olan müraciətdə deyilir: “Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov cənablarına Şair Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsinin müraciəti! Hörrmətli Rüstəm müəllim! Məlumat üçün bildiririk ki, dəyərli söz adamı, 14 kitabın müəllifi, Rusiya Yazıçılar İttifaqı və Azərbaycan Yazıçılar Birliyinin üzvü Saday Şəkərli 2 ay əvvəl Vergilər Nazirliyində şərlənərək həbs olunmuşdur. Bu müddət ərzində Rusiya Yazıçılar İttifaqının dünyaca məşhur 50 üzvü, Başqırdıstan Yazıçılar Birliyinin nümayəndələri şairin həbsdən buraxılması üçün ölkə Prezidenti cənab İlham Əliyevə xahişlə müraciət etmişlər. Eyni zamanda Rusiya Xarici işlər Nazirliyi şairin həbsi ilə bağlı Bakıdakı səfirliyi vasitəsilə Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərmişdir. Nəzərinizə çatdırırıq ki, məsələ ilə əlaqədar Azərbaycanda da Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsi yaradılmış və qurumun tərkibində ölkənin sayılıb-seçilən ziyalıları - 70-ə yaxın ictimai-siyasi xadim, şair və yazıçı cəmləşmişdir. Bu müddət ərzində Müdafiə Komitəsinin üzvləri də müxtəlif instansiyalara çoxsaylı müraciətlər göndərmişlər. Təəssüf ki, bu müraciətlərin heç birinə hələ də münasibət bildirilməyib. Onu da qeyd edək ki, hər şey şairin son avtobioqrafik "Qurd ürəyi" romanından sonra baş vermişdir. Kitabın siqnal nüsxələri çap olunduqdan sonra yazar Vergilər Nazirliyinə çağırılmış və guya hədə-qorxu gəlməklə külli miqdarda rüşvət tələb etmə maddəsi ilə həbs olunmuşdur. Sizdən artıq dərəcədə xahiş edirik: şairin haqsız həbs olunması ilə bağlı ya Müdafiə Komitəsinin bir neçə üzvünü, ya da Saday Şəkərlinin həyat yoldaşını qəbul edib məsələnin əsl mahiyyətini aydınlaşdırasınız. Qabaqcadan təşəkkürümüzü bildiririk!” Hörmətlə: 1. Eldəniz Quliyev - kinodramaturq.Müdafiə Komitəsinin sədri. 2. Zöhrab Əmirxanlı ”“ publisist. 3. Rüstəm Behrudi ”“ şair. 4. Sabir Rüstəmxanlı ”“ xalq şairi. 5. Ramiz Qusarçaylı ”“ şair. 6. Yaşar Məmmədli ”“ BDU-nun professoru. 7. Cəmil Həsənli ”“ Tarixçı professor. 8. Səadət Cahangir ”“ şairə. 9. Sevinc Məmmədova ”“ şairə. 10. Zümrüd Yağmur ”“ yazıçı. 11. Rafiq Manafov ”“ politoloq. 12. Zakir Məmməd ”“ tənqidçi, şair. 13. Mehdibəy Səfərov ”“ ictimai xadim. 14. Xəlil Adıgözəl ”“ şair. 15. Araz Səməd ”“ şair. 16. Nurəddin Muğanli ”“ yazıçı. 17. Şahinə Könül ”“ şairə. 18. Mübariz Məsimoğlu ”“ şair. 19. Rasət Pirisoyu ”“ yazıçı, şair. 20. İlqar Hüseynli ”“ yazar. 21. Elşən Qəniyev ”“ jurnalist. 22. Şəhriyar İbrahimov ”“ şair. 23. Rəşidə Allahverdiyeva ”“ şairə. 24. Əlisəmid Kür - şair. 25.Nəriman Zeynalzadə - şair. 26.Nigar Hüseynqızı - hüquqşünas. 27.Əbülfət Novruz - şair. 28.Paşa Yaqub - publisist. 29.Əlayif Həsənov - vəkil. 30. Rövşən Almuradlı - rejissor. 31. Bilman Qüdrət - şair. 32. Çingiz Ələsgər - şair. 33.İradə Aytel -şairə. 34.Ayaz Arabaçı - şair. 35.Elməddin Mətləb - şair. 36.Əlizaman Baxış - şair. 37.Rafail Tağızadə - şair. 38.Esmira Məhiqızı - şairə. 39. Azad Qaradərəli - yazıçı. 40. Nazim Yaquboğlu - şair. 41. Aqşin Dadaşoğlu - şair. 42.Zəka Vilayətoğlu - ictimai xadim. 43. Qurban Bayramov - tənqidçi,ədəbiyyatşünas. 44. Müzəffər Məzahim - şair. 45. Maarif Soltan - şair. 46. Aləmzar Əliyeva - şairə. 47.Vasif Əlihüseyn - jurnalist. 48.Nazlı Ağayeva - publisist. 49. Hafiz Rüstəm - şair,tərcüməçi. 50.Murad Köhnəqala - şair. 51.Allahverdi Təkləli - şair. 52.Zakir Oğuz -şair. 53.Tahir Dövlətoğlu - neftçi,yazar. 54.Zamiq Mehdisoy - müəllim. 55.Sahib Nəbiyev - yazar. 56.İlkin Şakiroğlu - şair. 57. Yeganə Əmiraslanova - jurnalist,siyasi mühacir. 58. Kəmaləddin Qədim - şair. 59. Namiq Hacıheydərli - şair. 60. Yusif Məhəmmədoğlu - şair. 61. Daşqın Ağalarlı - siyasi-ictimai xadim. 62.Sakit Sabiroğlu - şair. 63.Mayisə Əsədullaqızı - şairə,publisist. 64.Murtuzəli Atayev - müəllim. 65.Şahvələd Çobanoğlu - jurnalist. 66.Qeys Əbilov - naşir,poliqrafçı. 67.Mənsur Naziroğlu - şair. 02.03.2016-cı il “Siz günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?!” Quran, 43:5 Qurandakı rəqəmləri tədqiq edərkən, onun surələrinin və ayələrinin nömrələnməsində xüsusi bir qanunauyğunluğun olduğu üzə çıxır. Burada hər bir rəqəmin rəmzi mənası vardır və həmin rəqəm altında deyilən sözlər (ayələr) də bir qayda olaraq rəqəmdəki mənanı tamamlayır. Məsələn, götürək Rəsulullahın adına olan "Məhəmməd" (47) surəsini. Surənin rəmzi olan 47 ədədinin sirri, elə Rəbbimin öz adına olan "Rəhimli Allah" surəsində açılır. Yəni, Peyğəmbərin adına olan surə riyazi yolla Allahın adına olan surəyə bağlanır. Belə ki, "Rəhimli Allah" surəsi 78 ayədən ibarətdir və bu ayələrin 31-də eyni sual təkrar olunur: "Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!" Elə isə, ayələrin ümümi sayından (78), təkrar olunan sualların sayını (31) çıxaq: 78 ”“ 31 = 47 Göründüyü kimi alınan ədəd "Məhəmməd" surəsinin sıra nömrəsidir. Bu fakt, Rəbbimlə Onun Peyğəmbəri arasında olan əlaqənin riyazi sübutu olmaqla yanaşı, həm də Quranın düzülüşünün birbaşa Allah-təalanın nəzarətində olmasının sübutudur. Buradan həm də belə bir nəticə hasil olur ki, müqəddəs kitaba nəyinsə əlavə olunması və yaxud buradan hansısa bir ayənin çıxarılması haqqında deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil və bunu söyləyənlər Allahın qüdrətinə şübhə edənlərdir. Surədəki eyni bir sualın 31 dəfə təkrar olunması da təsadüfü deyildir. Belə ki, 31 ədədi "Loğman" surəsinin sıra nömrəsi olmaqla, Quranda bu ədəd elm (ladun elmi) verilmiş şəxslərin rəmzidir. Sualın 31 dəfə təkrar olması o deməkdirki, bunun cavabını (sirrini) ancaq Allahın elm verdiyi şəxslər izah edə bilərlər (bu yazıda olduğu kimi). Məhəmməd əleyhissəlam bəşəriyyətin kamillik rəmzi olduğundan, 47 ədədi həm də kamillik rəmzi sayılır. Buradan hasil olan nəticələrdən biri də odur ki, sualın cavabını verən şəxs elm sahibi olmaqla yanaşı, həm də kamil insan olmalıdır. Burada diqqət çəkən digər maraqlı məqam ondan ibarətdir ki, peyğəmbərlik əslində elmlə kamilliyin vəhdətindən ibarətdir. Yazını oxuyan gözüaçıq adam başa düşər ki, bu sirlərin açması insan beyninin məhsu deyildir. Bu, Allahdan gələn xüsusi bir vəhylə mümkündür. Və bu vəhyi o şəxs qəbul edə bilər ki, yuxarıda bəhs etdiyim kriteriyalara cavab versin. Yəni, onda elmlə kamilliyin vəhdəti olsun. Təssüflə qeyd etməliyəm ki, bu gün Yerdə elmli adamlar çox olsa da, onlarda kamillik olmadığından, vəhy qəbul etməyə layiq olmurlar. Beləliklə də onlarda elə təəssürat yaranır ki, guya indiki dövrdə vəhy qəbul etmək, bu məqama layiq olmaq mümkün deyildir. Amma yuxarıda göstərdiyim (həmçinin, bundan sonra təqdim edəcəyim) hesablamalar sübut edir ki, istənilən insanda elm və kamillik birləşərsə, artıq vəhy qəbul etməyə layiq olar və o, Qurandakı indiyədək açılmamış sirləri Allahın izni ilə aça bilər. İbrahimin (ə) Peyğəmbərliyi hansı düsturla sübut olunur? Allah-təala Qurani-kərimdə həmçinin, İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun həqiqətən də Özünün rəsulu olduğunu buyurur. Bəs bu həqiqəti müqəddəs kitabda riyazi yolla necə sübut etmək olar. Bildiyimiz kimi, "İbrahim" surəsi 14 ədədi ilə nömrələnmişdir. Bu surə yenə də riyazi yolla "Rəhimli Allah"a bağlanır. Belə ki, "Rəhimli Allah" surəsinin sıra nömrəsi və rəmzi olan 55 ədədi Quranda 41 dəfə keçir (kitabın cəmi 41 surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı 55-dən azdır). Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda 55 dəfə keçir. (Quranın cəmi 55 surəsində 41-ci ayə var.) Göründüyü kimi, Quranda 55 ədədi 41 dəfə, 41 ədədi isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxaq: 55 ”“ 41 = 14 Alınan 14 ədədi "İbrahim" surəsinin sıra nömrəsi olmaqla yanaşı, həm də onun Peyğəmbərliyinin riyazi sübutudur. Bildiyimiz kimi, peyğəmbərlərin (elmi-ladun sahiblərinin) meydana çıxması, adətən Yerdə xeyirlə şər arasında tarazlığın pozulduğu zamanlarda baş verir və onların missiyası tarazlığı bərpa etməkdən ibarət olur. Diqqətinizi bir maraqlı və hikmətli fakta cəlb edim ki, Məhəmməd əleyhissəlam dünyaya təşrif gətirən gecəsi, fars hökümdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Bu hadisəni şərh edən kahinlər və bilicilər şaha belə izah etdilər ki, bəşəriyyətin gözlədiyi Peyğəmbər artıq dünyadadır və sütunların uçması da Nuşirəvanın hakimiyyətinin tezliklə süqut edəcəyinə işarədir (çox keçmədi ki, verilmiş proqnoz özünü döğrultdu və sasanilər dövləti süqut etdi.) Göründüyü kimi, bu gün Yerdə xeyirlə şər arasındakı balans pozulduğundan cəmiyyətdən xeyir-bərəkət çəkilmiş və fəlakətlər (zəlzələlər, daşqınlar, qəzalar...) həddən artıq çoxalmışdır. Getdikcə intensivləşən fəlakətlərdən və qəzalardan sığortalanmağın yolu tövbədən və insanlara yaxşılıqlar etməkdən keçir. Söz ardı: yeri gəlmişkən qeyd edim ki, yazıda şərh etdiyim 47 və 14 ədədlərinin sirrini açan düstur insan beyninin məhsulu deyildir. Bu sirlər dəyərli dostum Hacı Xalidə Həzrət Cəbrail əleyhissalam tərəfindən vəhy olunmuş, yayılması elə həmin vəhylə də bu sətirlərin müəllifinə tapşırılmışdır. Allahın aciz qulu və carçısı: Paşa Yaqub |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |