2018-cİ İlİn Günəş tutulmaları mafİyaların süqut edəcəyİnİ göstərİr ”“ Elmİ-lədun hesablamalar1/1/2018 (Yazının əvvəlini bu linkdən ozuya bilərsiz: http://www.moderator.az/news/206140.html ) ”Məgər göylərdə və yerdə olanların Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların (hamısının), insanların isə, bəzilərinin Allaha səcdə etdiyini görmürsənmi?” “Quran”, “Həcc”surəsi, 18 Xəbər verildiyi kimi, 2018-ci ildə üç dəfə - 15 fevral, 13 iyul və 11 avqust tarixlərində Günəş tutulması baş verəcəkdir. Günəş tutulmalarında diqqət çəkən məqamlardan biri, onların 29 ədədi altında baş verməsidir. Elmi-lədun araşdırmalarımız göstərir ki, Günəş tutulmaları bir qayda olaraq Hicri-Qəməri təqvimi ilə ayın 29-da baş verir. Bu ədədin mənasını şərh etməzdən öncə, tərtib etdiyimiz cədvəli diqqətinizə çatdırırıq:
Son dövrlər diktatorların hakimiyyətə gəlməsini araşdıran tədqiqatçılar bir məqama xüsusiylə diqqəti cəlb edirlər ki, onların bir çoxu hakimiyyətə 69 ədədi altında (69-cu ildə) gəlmişlər.
Bu təsadüfdürmü? “Quran” məntiqinə görə həyatda təsadüf yoxdur! Bəs onda 69 ədədi nəyə işarədir? Yuxarıda qeyd etdiyimiz kimi 69 ədədi “Quran”ın “Haqq olan qiyamət” surəsinin sıran nömrəsi olduğundan, bu ədəd lədun elmində qiyamət rəmzi sayılır. Firoonun prototipləri olan diktatorların da 69 ədədi altında hakimiyyətə gəlmələri və xalqları hörümçək kimi tora salaraq əsarətdə saxlamaları bizə qiyamətin yaxınlaşdığını xəbər verir. Diktatorları təsadüfən hörümçəyə bənzətmədim. Burada da bir riyazi bağlılıq vardır. Belə ki, “Quran”ın “Hörümçək” surəsinin sıra nömrəsi 29 olmaqla, şər qüvvələrə, tor quranlara, müasir dildə desək mafiya və monopoliyalara işarədir. Maraqlıdır ki, 29-cu surə məhz 69 (!) ayədən ibarətdir. Bu da onu göstərir ki, 69-cu və 29-cu surələr həm mahiyyətcə, həm də riyazi yolla biri-birinə bağlanırlar. Sübut üçün daha bir dəlil gətirim: 29 ədədi (29-cu ayə) müqəddəs kitabda məhz 69 (!) dəfə keçir (“Quran”ın altmış doqquz surəsində 29-cu ayə var; qalan surələrdə ayələrin sayı 29-dan azdır). 29 ədədi həm də Yerin insan yaşayan (quru) hissəsinə işarədir. Fironun prototipləri olan diktatorların 69-cu ildə hakimiyyətə gəlməsi ilə 29 faizlik Yerdə zülmün əsası qoyuldu və mafiyalar bəşəriyyəti hörümçək kimi tora saldılar. Onların qurduqları dövlətlər də mafiya tipli dövlətlərdir (yaxud, dövlət tipli mafiyalardır). Fərəhli haldır ki, elm və peyğəmbərlik əsri olan XXI əsr başlayandan bəri bu hörümçək toru dağılmağa başlayıb və Yaradanın iradəsi ilə bu proses irəliləməkdədir. Bu da təsadüfü deyildir. Belə ki: 29 x 69 = 2001 Gördüyümüz kimi bu hikmətli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir. Xatırladaq ki, 21 ədədi “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan bu ədəd “Quran”da elm, kamillik və peyğəmbərlik rəmzi sayılır. Diktatorların əsasən Şərq ölkələrində hakimiyyətə gəlməsini əsas götürən ateistlər bunu İslam dini ilə əlaqələndirmək kimi uğursuz bir cəhd edirlər. Məsələyə açıq gözlə baxdıqda isə, bunun tam əksini görmək mümkündür. Yəni, 29 faiz Yerin hər tərəfində zalımları hakimiyyətə gətirən, mafiya tipli dövlətlər yaradan və bu günədək onarın hakimiyyətini hər vəclə qoruyub saxlayan əslində qeyri müsəlmanlar ”“ yahudi və xaçpərəstlərdir. Bunu görmək üçün heç də yüksək savad tələb olunmur. Sadəcə azacıq gözüaçıq olmaq yetərlidir. Göründüyü kimi burada Allaha və Onun dininə (İslama) aid heç nə yoxdur. 2017-ci ilin Günəş tutulmalarının elmi-lədun təhlili göstərir ki, Rəbbim yolun azmış, bəşəri dəyərlərdən uzaqlaşmış insanlara, və onların rəhbərlərinə xəbərdarlıq edir ki, tövbə edib, doğru yola qayıtsınlar və bir-birlərinə züm etməkdən çəkinsinlər. Əks halda xalqları və onların rəhbərlərini ağlasığmaz bəlalar gözləyir. Hesablamalar növbəti ildə mafiya tipli dövlətlərin dağılacağını xəbər verir. Dünyada baş verən və günü-gündən intensivləşən fəlakətlərə açıq gözlə baxsaq yolun azmış bəşəriyyətin necə cəzalandığını hər gün görə bilərik. Bir vacib məqamı da vurğulayım ki, xalqın bir çox məsuliyyəti rəhbərlərin üzərinə düşdüyündən və oların günahları daha böyük olduğundan gələn bəladan ən çox ziyan çəkən də rəhbərlər olacaqdır. Odur ki, onların papaqlarını qabaqlarına qoyub, daha dərindən düşünmələrini tövsiyyə edirik. "Elə isə onlardan ötrü (zalımların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 2018-ci ilin Ay tutulmaları bizə nə vəd edir? (ardı var)
0 Comments
Artıq elm və Peyğəmbərlik rəmzi sayılan 21-ci əsrin 18-ci ilinin astanasındayıq. Bu ərəfədə çoxlarını düşündürür ki, görəsən növbəti il necə keçəcək? Uğurlumu, uğursuz-mu olacaq? Oxucu marağını nəzərə alıb növbəti ilin astronomik hadisə-lərinin elmi-lədun təhlilini və bunun Yerə, ümumilikdə cəmiyyətə göstərə biləcəyi təsiri moderator.az-ın oxucularına təqdim edirik. Öncə qeyd edək ki, elm əsri olan XXI əsr başlayandan əsrin hər ili “Quran”ın müvafiq surəsinə uyğun davam etməkdədir. Surələrin həm mətnindəki, həm də nömrəsindəki hikmətlər yaşadığımız illərdə özünü büruzə verməkdədir. Bu mənada 18-ci il də öz hikmətləri ilə artıq qarşımızda dayanıb. Gəlin bu ədədin hikmətlərinə və bu ildə baş verəcək astronomik hadisələrə birlikdə nəzər salaq. Beləliklə, “Quran”ın 18-ci surəsi “Mağara” adlanır və güvən, əmin-amanlıq rəmzi sayılır. Hansısa qüdrət sahibinə sığınaraq güvənli olmağa yozulur. “Mağara” surəsi 110 ayədən ibarətdir. Bunu nəzərə alıb, surənin nömrəsi ilə ayələrinin cəmini toplasaq “Bal arısı” surəsinin kodu (128) alınır: 18 + 110 = 128 Alınan 128 ədədi “Bal arısı” (16) surəsnin ayələrinin cəmi olduğundan diqqətimizi 16-cı surəyə və onun hikmətlərinə yönəldir. Əvvəlki yazılarımda “Bal arısı” surəsnin və onun ayələrinin cəmi olan 128 ədədinin məhəbbət rəmzi olmasını hesablamalarla göstərmişdim. (bax: http://moderator.az/news/149427.html ) Bu onu göstərir ki, növbəti ildə də biz “Bal arısı” surəsindəki hikmətləri yaşayacağıq. Odur ki, bu hikmətlər barədə oxuculara bir qədər məlumat verməyimiz yerinə düşərdi. Elmi-lədun araşdırmalarımız göstərir ki, “Quran”dakı surələrin nömrələnməsində bir qanunauyğunluq vardır. Bu mənada «Bal arısı» surəsinin 16 ədədi ilə nömrələnməsi təsadüfü deyildir. Belə ki, ana arı öz balasını 16 gün südlə bəslədiyindən, onun haqqında olan surə də 16 rəqəmi ilə nömrələnib. Sözü gedən surədə arının misalında insanlara məhəbbət aşılanır. Bal ”“ arının gülə olan məhəbbətinin nəticəsində yarandığı üçün, həm Qərbdə, həm də Şərqdə məhəbbət rəmzi sayılır. Məhəbbət yandırıcı hiss olduğundan, bu hiss həmişə «yanmaq», «alovlanmaq» sözü ilə ifadə edilir.Maraqlıdır ki, bu hikmət kimya elmində də özünü eyni rəqəmlər altında büruzə verir. Belə ki, Mendeleyev cədvəlinin 16-cı (!) elementi olan Kükürd məişətimizə yandırıcı (!) bir vasitə kimi daxil olub. Həmçinin, məhəbbət insana yaşamaq həvəsi, enerji (ruh) verdiyi kimi, Kükürdün oksidləşməsindən yaranan Sulfat turşusu da (H2SO4) akkumulyator istehsalında istifadə edilməklə, məişətimizə enerji mənbəyi kimi daxil olub. Məhəbbətdə iki tərəf (əks cinslər) iştirak edir və biri olmadan o biri “yanmaz”. Bu hal kimya elmində də özünü eyniylə büruzə verir. Belə ki, dövrü cədvəldə 16-cı (!) element olan Kükürd, Oksigensiz yanmır! Burada diqqət çəkən digər maraqlı məqam ondan ibarətdir ki, Kükürdü yandıran Oksigenin özünün də atom kütləsi 16-dır (!). Başqa sözlə desək “16” tək yanmır; onun həm hərfi, həm də məcazi mənada yanması üçün ikinci “16” lazımdır. İnsan cəmiyyətində “yanma”nı əks cinsdən olan tərəf müqabili təmin edir (necə ki, Oksigen Kükürdü yandırır). Ən maraqlısı da odur ki, Kükürdlə Oksigenin birləşməsində Kükürdün energetik səviyyələr üzrə elektronları 2 ”“ 8 ”“ 6 formasında yerləşir. Bunu da bütöv oxuduqda görürük ki, “Quran”ın səhifələrinin sayına (286) işarədir (“Quran” nazil olandan ta XVIII əsrə qədər harada və nə vaxt çap olunmasından asılı olmayaraq 286 səhfədə yerləşdirilib; bu barədə əvvəlki yazılarımızda izah vermişik). Qeyd edim ki, 286 ədədinin əbcəd hesabı ilə cəmi (2 + 8 + 6) 16-ya bərabərdir ki, bu da “Quran”ın insanlara məhəbbət aşıladığını bir daha sübut edir: “Siz biri-birinizi sevin ki, Mən də sizi sevim” (Allah-təala) Elmi-lədun araşdırmalarımız sübut edir ki, insan ana bətnində 286 (!) günə yaranır. Belə ki, genekologiya elminə aid kitablarda qeyd olunur ki, cütlüklər görüşəndən 6 gün sonra toxum ana bətninə düşür. Həmin kitabın başqa bir fəslində isə, qeyd olunur ki, toxum ana bətninə düşəndən 280 gün sonra normal uşaq dünyaya gəlir. Bunu nəzərə alıb, sadə bir hesablama aparaq: 6 gün + 280 gün = 286 gün. Buradan aydın olur ki, insan ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” “Quran”, 30:21. 16 ədədində olan başqa hikmətlərə nəzər salaq: Oksigenin sıra nömrəsini (8) Kükürdün sıra nömrəsinə (16-ya) vurduqda alınan 128 ədədi «Bal arısı» surəsinin ayələrinin cəmini göstərir və elementlərlə surələr arasında olan əlaqəni bir daha təsdiq edir: 8 x 16 = 128 (Yuxarıdakı hesablamanı bir daha xatırladaq: 18 + 110 = 128) Diqqətinizi bal arısında olan digər xüsusiyyətin insanlarda özünü necə büruzə verməsinə cəlb etmək istəyirəm. Yuxarıda qeyd etdim ki, bal arısı gözəllik rəmzi olan gülə məhəbbət bəsləyir və ancaq onlarla təmasda olur. Xatırladım ki, təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır. Arının gülə olan məhəbbətinin nəticəsində bal yarandığı kimi, insanın da (kişinin) qadına olan məhəbbətinin nəticəsində bal-a yaranır və hər ikisi şirindir. Çünkü, ikisi də məhəbbətdən yaranr. «Bala baldan şirindir» məsəli də məhz bu hikmətdən doğur. Allah bal arısını həm də ailə, dövlət və ordu qurmaq üçün insanlara nümunə yaratmışdır. Çünki, bal arısı ailəsi öz zəhmətkeşliyi, çalışqanlığı, ciddi nizam-intizamı, təmizkarlığı və faydalılığı ilə bütün canlılardan üstündür. Məhz buna görə də Allahın məhəbbətini qazanaraq adına surə nazil olmuşdur. Buradan aydın olur ki, həmin keyfiyyətləri özündə cəmləşdirən istənilən insan həm yaşadığı cəmiyyətin, həm də Allahın məhəbbətini qazana bilər. Yeri gəlmişkən qeyd edək ki, Allahın məhəbbətini qazanmağın yollarından biri də elmdir. Bu yolda çalışan insan (tələbə) hər kitabdan bir qədər elm (şirə) toplayır və nəticədə onun da əməyi "bal"la qiymətləndirilir. Bura qədərki təhlillərimiz onu deməyə əsas verir ki, astanasında dayandığımız 18-ci il gözəl əxlaqı və gözəl əməlləriylə Allahın məhəbbətini qazanmış insanlar üçün çox uğurlu olacaq. Biri-birlərini səmimi hisslərlə sevən cütlüklərin qovuşmasına imkan yaranacaq. Bəs görək 2018-ci ilin astronomik hadisələri bizə hansı mesajları verir? (ardı var) "Günəşi işıqlı, Ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, Ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı... !" “Yunis” surəsi, 5. Ayədən göründüyü kimi, Allah-təala Günəşi və Ayı yaradıb ki, insanlar illərin, ayların sayını, hesabını bilsinlər. İnsanların, elmi artdıqca, əvvəlcə Ayın günəş sistemində hərəkətinə uyğun olaraq Ay (Qəməri) təqvimini yaratdılar ki, burada bir il 355 gündür. Elm bir qədər də inkişaf etdikdən sonra, Yerin Günəş ətrafında illik dövr etməsinə uyğun olaraq Günəş təqvimi yaradıldı. Ateistlər bu təqvimlərin insan beyninin (elminin, zəkasının) məhsulu olduğunu, Allaha aid olmadığını iddia etməkdədirlər. Elmi-lədun hesablamalarımız göstərir ki, hər iki təqvim insan beyninin məhsulu olsa da, Allah Öz kodlaşdırılmış möhürünü onların üzərinə vurmuşdur. Bununla da ağıl sahiblərinə sübut etmişdir ki, hər iki təqvimi yaradan alim bunu Allahın elmi və iradəsi ilə, Onun nəzarəti (izni) altında yaratmışdır. Bunu sübut edən hesablamaları moderator.az saytının oxucularına təqdim edirik: 1) Öncə qeyd edək ki, insanlar Günəş və Ay təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür. Bildiyimiz kimi, “Quran”ın orjinalı 286 (!) səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələri ingilislərin nəzarətinə keçənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 səhifəyə yerləşdirilib (ondan sonra çap olunan “Quran”ların mətnində dəyişiklik edilməsə də, kağız formatı dəyişdirildiyindən səhifələrin sayı artdı). Əvvəlki yazılarımızı izləyən oxucularımıza məlumdur ki, bütün Günəş, Ay tutulmaları, eləcə də Yerdə baş verən zəlzələ və qəzaların üzərində 286 ədədini görmək mümkündür. Başqa sözlə desək, bu ədəd Allahın kodlaşdırılmış “möhür”ü olaraq, Onun elmi ilə baş verən bütün hadisələrin üzərinə vurulmuşdur. 2) Novruz bayramı ilə yeni il bayramı arasında qalan günlərin sayı 286 olduğu kimi, “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq 286 gündür (Qurban bayramından sayılmaqla). 3) Elmi-lədun hesablamalarımız göstərir ki, Allah öz kodlaşdırılmış “möhür”ünü insanın yaradılışı üzərinə də vurmuşdur. Belə ki, insan ana bətnində 286 (!) günə yaranır: cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. 4) “Quran”da 286 ədədi ilə bağlı digər maraqlı məqam, 2-ci (“İnək”) surənin 286 ayədən ibarət olmasıdır. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bayramlar iki-iki (!) biri-biri ilə bağlanırar ki, bu bağlılıq da özünü məhz 286 ədədi ilə büruzə verir (İnsanın yaranması da iki nəfərin cütləşməsindən sonra baş verir). Həmçinin, müqəddəs kitabı elmi-lədun yolu ilə araşdırdıqda görürük ki, burada keçən bütün hadisələrin bənzəri 2-ci dəfə mütləq baş verir. Odur ki, 2-ci surədə əlamətləri təsvir edilən inək qurbanının da yaxın zamanlarda təkrar kəsiləcəyi gözlənilir. Bundan sonra bəşəriyyət zülmdən xilas olacaqdır ”“ Necə ki, Musanın dövründə xilas oldu. Elmi-lədun araşdırmalarımız göstərir ki, Yaradanın kodlaşdırılmış “möhür”ü olan 286 ədədi astronomiya elminin də üzərinə vurulub. Belə ki, bütün Günəş və Ay tutulmaları biri-biri ilə 286 ədədinin üç misli olan 858 ədədi ilə bağlanır. Yəni, hər tutulmanın 858-ci (286 + 286 + 286) günü yenidən tutulma baş verir (bax: aşağıdakı cədvələ). Buradan görünür ki, astronomik hadisələr əslində insanların diqqətini bəşəri dəyərlərə və bu dəyərlərin toplusu olan “Quran”a yönəltmək üçün kodlaşdırılmış mesajlardır. İnsanların elmi artdıqca və mənəviyyatı zənginləşdikcə, bu mesajları anlamağa başlayacaqlar. Anladıqca da, bəşəri dəyərlərə, İlahi qanunauyğunluğa tabe olacaq və beləliklə, mövcud böhrana son qoyacaqlar. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |