Yaşadığımız Ramazan ayı həm də “Quran”ın nazil olması ilə müqəddəsdir. Bildiyimiz kimi, Qədr gecəsində nazil olan bu İlahi kitab 114 surədən ibarətdir. Sual yaranır: müqəddəs kitab niyə məhz 114 surədir? Başqa ədəd ola bilməzdimi? Bunun tərtibçilərin iradəsi ilə deyil, məhz Allah-təalanın elmi və qərarı ilə baş tutmasını aşağıdakı düsturdan görmək olur.
Elmi-lədun araşdırmalarımız göstərir ki, “Quran”özündən əvvəlki səmavi kitabları təsdiq etməklə yanaşı, özü-özünü də riyazi şəkildə təsdiq edir. Məsələn: Kainatın 4 cəhətdən; Təbiətin 4 fəsildən ibarət olmasını; İnsanın 4 ünsürdən yaranmasını; Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır. Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə, 9 rəqəmi ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, ...... 109) surələrdəki ayələri cəmləsək 555 ədədi alınar: 129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555 Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır. (Yeri gəlmişkən, 9 rəqəmi “Tövbə” surəsinin sıra nömrəsi olduğundan, müqəddəs kitabda tövbə və cəza rəmzi sayılır.) Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 – 555 = 114 Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı (kodu) olan 114 ədədini göstərir. Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: "Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" 13:6 Bu və digər hesablamalarımız göstərir ki, Həzrət Peyğəmbərimizə Qədr gecəsində vəhy olunan “Quran” ayələri Həzrət Osmanın xəlifəliyi dövründə kitab halına salınsa da, buradan heç bir ayə çıxarılmamış və yaxud əlavə edilməmişdir. Yuxarıdakı düstur sübut edir ki, müqəddəs kitab insan beyninin məhsulu olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Yeri gəlmişkən, bu qanunauyğunluğu sübut edən yuxarıdakı düstur da insan beyninin məhsulu deyildir. Belə ki, bu düsturu Həzrət Cəbrail əleyhissəlam Neftçala rayon sakini Hacı Xalidə vəhy edərək: “Sabah Paşa Yaqub adlı bir nəfər sizə qonaq gələcək, bu düsturu ona ver” deyə, tapşırmışdır. Düsturu insanlara çatdırmaqda Yaradanın mesajı odur ki, cahillər: “Məhəmməd “Quran”a özünə sərf edən ayələr əlavələr etdi”, “Ömər Əli haqda olan ayələri oradan şıxardı” kimi cəfəng fikirlərinə son qoysunlar! Həzrət Cəbrailin nazil etdiyi bu düstur, “Quran”a insan əliylə müdaxilənin mümkünsüzlüyünü sübut edir! “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94.
0 Comments
Son dövrlər boşanmış qadınların qızlarının da eyni taleni yaşadıqlarının şahidi olmaqdayıq. Sual yaranır: bu taleyin qismətidirmi, yoxsa, burada bir qanunauyğunluq var? Bu sualla tanınmış psixoterapevt, elmi-lədun bilicisi Paşa Yaquba müraciət etdik. Həkimin fikirlərini moderator.az-ın oxucularına təqdim edirik: -Boşanmış qadınlar arasında apardığımız test sorğularından aydın olur ki, onlarda aşırı əsəb mövcud olur. Ona görə də onlar həyat yoldaşları və digər ailə üzvləri ilə yola gedə bilmirlər. Bu cür qadınlarda adətən aşağıdakı əlamətlər müşahidə olunur: - Baş, boyun, çiyin, bel ağrıları (başda keyləşmə də ola bilir); - Ürək döyüntüləri; - Diksinmə, qorxu; - Qorxulu yuxular görüb, gündüzlər bu yuxuların təsirindən çıxa bilməmək; - Boğulmalar; - Yuxuda vəhşi heyvanların (yaxud qorxulu varlıqların) onu təqib etməsi; - Gecələr tez-tez sidiyə çıxma (bəzi hallarda); - Menstruasiya dövrünün həddən artıq ağrılı və sancılı keçməsi; - Qərarsızlıq (bir fikrə gələ bilməmək); - Hallunasiya (yanından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini hiss edir); - Həzm sistemi pozğunluqları; - Həvəssizlik, ümidsizlik, sevgisizlik, inamsızlıq və s. Sadaladığım bu əlamətlərdən bir neçəsi olan qadınlar hmilə qalarkən, onlarda bu əlamətlər daha da artır və bundan çox əziyyət çəkirlər. Nəticədə, ya hamiləlik pozulur, ya da doğulan uşaq əsəbi (bəzi hallarda qüsurlu) doğulur. Bu əlamətləri olan qadınların ailələri bir çox hallarda dağılır. Diqqətinizi vacib bir məqama da yönəldim ki, bu cür əlamətləri olan qadının dünyaya gətirdiyi ilk övlad qızdırsa, o, böyüdükcə, anada olan yuxarıda sadaladığım bütün əlamətlər həmin qızda özünü göstərməyə başlayır. Bu əlamətləri olan qızlar ailə qurmağa meyilli olmurlar. Boşanmış (yaxud, yuxarıdakı əlamətləri olan, ancaq boşanmayan) qadınların ilk qız övladları arasında apardığımız test sorğularından məlum olur ki, onlar adətən sevərək ailə qurmurlar. Menstruasiya dövrləri həmişə sancılı, ağrılı və yaxud gecikmələrlə baş verir. Əks cinsə həvəsləri olmur. Buna görə də evlilik təkliflərinə çox vaxt “yox” deyirlər. Nəhayət, yaşları keçdikdən sonra, belə qızlar yaxın ətraflarının təzyiqi və təkidi ilə (üzə düşərək) namizədlərdən birinə “hə” deyirlər. Ailə qurduqdan sonra isə, sıxıntıları daha da artır (analarında olan yuxarıdakı əlamətlər qızlarda da görünməyə başlayır). Bu cür qızlar yuxarıda sadaladığım əlamətlər və xəstəliklərlə hamiləlik keçirərək, ilk övladlarını dünyaya gətirirlər. Bu cür çətin hamiləlik nəticəsində doğulan ilk uşaq adətən, əsəbi və xəstə olur. Bu əlamətləri olan qızların da ailə həyatları bir çox hallarda analarınınkı kimi olur – ya dağılır, ya da istirab içində keçirirlər. -Doktor, bütün bunlar taleyin gərdişidir, yoxsa burada bir qanunauyğunluq, elmi əsas var? -Əlbəttə, elmi əsası var. Bütün bunlar ətraf mühitdən gələn neqativ enerjilərin təsirindən yaranır. Bu enerji əsasən insanın onurğasında toplanaraq ostroxondroza, yaxud, fəqərə yırtıqlarına səbəb olur. Bütün bunlar əsəbi pozur. Ətraf mühitdən orqanizmə daxil olan neqativ enerjinin ikinci ən çox toplandığı orqan cinsiyyət orqanlarıdır. Bu hallar qadında cinsi istəksizlik yaradır, menstruasiyanı pozur və güclü sancılara, ağrılara, bəzi hallarda yumurtalıqlarda kistaların, polikistozların, miomaların... yaranmasına gətirib çıxarır. Belə qızlarda adətən cinsi istəksizlik müşahidə edilir. Son nəticədə, yuxarıda qeyd etdiyim kimi, bu cür əlamətləri olan qızlar adətən evlilik təkliflərinə “yox” cavabı verirlər. Səbəb onların qəlbindən sevgi və inam hissinin (oxu: faylının) silinməsidir. Belə ki, kompyuterlərimizə düşən virus ondakı fayl və proqramları necə silirsə, insana daxil olan neqativ enerji də qəlblərdən sevgi və inam faylını elə silir, həyatı dondurur. Nəticədə bu cür qadınlar və onların böyük qızları boşanmağa meyilli olurlar və şərait yaranan kimi, boşanma arzularını reallaşdırırlar. Bu gün cəmiyyətimizdə neqativ enerji həddən artıq çox yayıldığından, bu enerjinin təsirinə məruz qalan qızların (qadınların) da sayı sonsuzdur. Nəticə olaraq, son dövrlər boşanmaların sayında aşırı artım müşahidə edilməkdədir. -Bəs bütün bu hallardan necə xilas olmaq olar? -Tibb elmi neqativ enerjiyə qarşı vasitə kəşf etməsə də, bizim tətbiq etdiyimiz psixoloji metodla cəmi 21 günə bu enerjidən və onun fəsadlarından (əsəbdən, ağrılardan və boşnmadan) xilas olmaq mümkündür. Bütün bu neqaiv əlamətlərdən xilas olan qızda məhəbbət hissi bərpa (vostonovit) olur və o sevərək ailə qurur; əsəbi olmur və ailəsinə bağlı olduğundan boşanmaq haqqında düşünmür. Bildiyimiz kimi, Yerə endirilən dörd səmavi kitabın - Tövrat, Zəbur, İncil, Quran - hamısı Ramazan ayında nazil olub. Bu barədə Quranda belə buyrulur: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik! Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır!” “Qədr” surəsi, 1-5-ci ayələr. Elmi-lədun araşdırmalarımız göstərir ki, Quranın düzülüşündə böyük bir riyazi dəqiqlik vardır. Yəni, surələrin və ayələrin nömrələnməsi təsadüfü olmayıb, sirli bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü “Qədr” surəsində və Qədr gecəsinin ehtimal olunduğu Ramazan ayının dörd (əhya adlanan) gecələrində də biruzə verir. Belə ki, Quranın “Qədr” surəsi 97-ci surədir və 5 ayədən ibarətdir. Bunu nəzərə alıb, 97-ni 5-ə bölsək, 19 alınır və 2 qalıq qalır. Qədr gecəsinin ehtimal olunduğu (gizləndiyi) Əhya gecələri isə, bunlardır: 19; 21; 23; 25. Maraqlıdır ki, bunların hər birinin üzərinə qalıqdakı 2-ni əlavə etdikdə, növbəti əhya gecəsinin tarixi alınır: 19 + 2 = 21; 21 + 2 = 23; 23 + 2 = 25; 25 + 2 = 27. “HƏR GECƏNİ QƏDR BİL” Yeri gəlmişkən, xalq arasında işlənən “Hər gecəni Qədr bil; hər gələni Xızır bil” məsəlinin də böyük bir fəlsəfi mənası vardır. Insan hər gecə elə ibadət etməlidir ki, sanki Qədr gecəsi ibadət edir. Nə bilmək olar, bəlkə elə bu gecə onun duası qəbul olacaq. Ümumiyyətlə, insanın duası hansı gecə qəbul olunarsa, onun üçün həmin gecə elə Qədr gecəsi kimidir. Məsəlin ikinci hissəsində işlənən “Hər gələni Xızır bil” ifadəsinə gəldikdə isə, burada da böyük bir məna vardır. Belə ki, qapımıza gələn, yaxud qarşımıza çıxan tanımadığımız adamla hörmətlə davranmalıyıq. Nə bilmək olar, bəlkə elə Xızır Əleyhissəlamdır, bizi sınamağa gəlib? Yaxud, bu şəxsin Allah yanındakı hörməti, dərəcəsi peyğəmbərlərin hörməti qədər yüksəkdir. Bütün bunları nəzərə alan ata-babalarımız bizlərə tanımadığımız adamlara qarşı ehtiyatlı olmağı və nəzakətlə davranmağı öz məsəlləri ilə tövsiyə etmişlər. “And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!” “Ay” surəsi, 17-ci ayə. (Mövzunu davam etdirəcəyik) "NİİM-ə üzümü tuturam: özünə rəva bİlmədİyİn bİr avtobusu başqalarına nİyə rəva görürsən?"5/22/2018 Moderator.az Bakı şəhər sakini, psixoloq Paşa Yaqubun Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə ünvanladığı məktubunu təqdim edir: "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə Açıq məktub Dünən işdən sonra iki nəfər qonağımla birlikdə Binə ticarət mərkəzinə getməli oldum. Mətbuat prospektində, nəşriyyatın qarşısındakı dayanacaqda dayanıb, 206 saylı marşurutu gözlədik. Onu da qeyd edim ki, bu marşurutun başlanğıcı EA metrostansiyasının qarşısındadır. Cəmi bir dayanacaq sonra dayanmağımıza baxmayaraq, avtobus gəlib çıxmaq bilmirdi. Yarım saatdan çox gözlədikdən sonra, nəhayət, sınıq şüşələrinə 206 yazılmış, “cındırından cin hürkən” 14 – BD - 090 nömrəli avtobus yanımızda dayandı. Avtobusun pilləkənlərindən aslı qalan gənclər hörmət əlaməti olaraq, düşüb, bizim minməyimizə şərait yaratdılar. Kiçik tutumlu bu avtobusda (əgər buna avtobus demək mümkündürsə) ayaq basmağa yer yox idi; sərnişinlər preslənmiş halda durmuşdular. Yanımdakı qonaqlarımdan biri: “Bir saata yaxındır bunumu gözləyirdik” – deyəndə, düzü xəcalət çəkdim. Doğrusu, avtobusun belə yararsız vəziyyətdə və basa-bas olacağını gözləmirdim. Ancaq, gec idi. Sürücüyə iradımı bildirəndə ki, niyə bu qədər gecikmə ilə gəlirsən, üstümə elə çımxırdı ki, bayaqkından da betər xəcalət çəkdim. Dedi biz belə gəlirik, xoşun gəlmir, taksiylə get. Deyəndə ki, şikayət edəcəm, sürücü yaşına-başına yaraşmayan şəkildə: “Şikayət etməyən filan-filan olsun, get kimə istəyirsən de; mənim kefim belə istəyir, belə gəlirəm”. Artıq başa düşdüm ki, bu anlamaza nəsə deməyin heç bir faydası yoxdur; bunda nə danışıq mədəniyyəti var, nə də məsuliyyət hissi. Ona görə də onun səviyyəsinə enmək istəmədim. Odur ki, buradan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə üzümü tuturam: xahiş edirəm 206 saylı marşurutda işləyən avtobus şirkətinin rəhbərindən soruşasınız ki, sən özün sərnişin olsan, belə “cındırından cin hürkən” avtobusa və belə basabasa minərsənmi (üstəlik, elementar danışıq mədəniyyəti olmayan bir sürücünün idarə etdiyi avtobusa)? Elə isə, özünə rəva bilmədiyin bir avtobusu başqalarına niyə rəva görürsən? Axı marşurut avtobuslarından tək yerli camaat deyil, həm də şəhərimizə gələn turistlər istifadə edirlər. NİİM əməkdaşlarından xahiş edirəm gedib sözü gedən marşurutda xəttə buraxılan avtobuslara və onları idarə edən sürücülərə (konkret olaraq, 14 - BD - 090 nömrəli avtobusun sürücüsünə) baxsınlar. Sir-sifətini tük basmış və kirli paltarı iy verib iylənən bu sürücüləri və onların idarə etdikləri sınıq-salxaq avtobusları görən hansı turist, gedib öz ölkəsində xalqımız haqda müsbət fikir söyləyər? Əcnəbilərin “seyrə balonla çıxdıqları” bir dövrdə belə avtobuslarda gedən xalq haqda sizcə nə düşünərlər? Xəbər verdiyimiz kimi, dünən Granboy bölgəsində göydən qurbağa yağıb (xəbəri bu linkdən oxumaq olar; http://www.moderator.az/news/225080.html ) Bu faktı mütəxəssislər Xəzər-xəbərə belə şərh ediblər ki, guya tufan qurbağaları göyə qaldırıb, sonra onlar yağışla yerə eniblər. Ardıycan da həmin mütəxəssis özünü təkzib edərək vurğulayıb ki, Azərbaycanda tufan, fırtına olmayıb, bu qurbağaların da haradan gəldiyi bilinmir. Bu cür tufanlar adətən Amerika qitəsində olur Ölkəmizdə baş verən bu müəmmalı hadisəni şərh etmək üçün, əmıkdaşımız psixoloq, elmi-lədun bilicisi Paşa Yaquba müraciət edib. Onun cavabını moderator.az saytının oxucularına təqdim edirik: - Azərbaycanda güclü fırtınalar olmadığından, qurbağaların da havaya qalxması absurddur. Baş verən hadisəni dərk etmək üçün Qurana nəzər salmaq kifayətdir. Çünki, qurbağaların haradan və niyə gəldiyi barədə Quranda ətraflı məlumat verilməkdədir: "Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, çəyirtkə və həşərat, qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də iman gətirməyi özlərinə sığışdırmayıb kafir bir tayfa oldular". Quran, 7:133 Ayədən göründüyü kimi, insanlar yolların azanda və Haqqa təslim olmayanda göydən qurbağa yağacağı və əkin sahələrinə ziyanverici həşarətlər darışacağı xəbər verilmişdir. Müqəddəs kitabda daha sonra deyilir: "İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Ayələrimi (bütün dövrlərə aid olduğunu) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!" Quran, "Peyğəmbərlər" surəsi, 37. Göydən qurbağa yağmasını yuxarıda qeyd etdiyim ayələrlə izah etmək mümkündür. Ey dost! Könül bağında eşq gülündən başqa gül əkmə! Sevgi və şövq bülbülünün ətəyindən əl çəkmə. Yaxşı adamlarla dostluğu qənimət bil; yalandan ümid verən dostlardan əlini və ürəyini üz. Ey dost! Həqiqəti sənə söyləyirəm: insanların ən pisi o kəsdir ki, çox mübahisə edər və özünü qarşısındakından üstün tutmaq istəyər. Çalışın özünüzü sözlə deyil, əməl ilə bəzəyin. Sülh dünyada nizamın yaradılması və Yer kürrəsində yaşayan hər kəsin barış məmnuniyyəti üçün bütün vasitələrdən ən böyüyüdür. Dini savaşın mənbəyi dinlərin özlərində deyil. Əksinə, insanlığın laqeydliyindən, yanlış şərh (təfsir) verməkdən qaynaqlanır. Bu şərhlər inamı ağıldan, dini elmdən ayırmışdır. İnsan oğlunu başqa canlılardan fərqləndirən qabiliyyətlər ruh kimi tanınan bir məhfumda toplanıb. Ağıl bunun mühüm xassəsidir. Bu bəxşişlər insanlığı sivilizasiyalar qurmağa və maddi cəhətdən çiçəklənməyə qabil etmişdir. Din dünyada nizamın qurulması və Yer sakinlərinin əmin-amanlığı və məmnunluğu üçün ən böyük vasitədir. Əgər dinin çırağı sönərsə, qarışıqlıq və çaşqınlıq meydana çıxar, insaf, ədalət, sakitlik və sülh işıqları daha parlamaz. Hazırda Yer sakinlərində müşahidə edilən mənəvi aşınma, əxlaqın pozulması, davranış normalarının tənəzzülü, insanlığın çökməsi... dini inancın azalması ilə əlaqəlidir. Bu səbəbdən insanın xasiyyəti pozğunlaşır, etibar sarsılır, intizamın ipi boşalır, vicdanın səsi susur, ədəb və həya hissi kütləşir, mənəvi borc, həmrəylik, qarşılıqlı yardımlaşma və sədaqət anlayışları təhrif olunur; dinclik, sevinc və ümid duyğuları tədricən sönür... Əfsuslar olsun ki, bu gün mövcud ideologiyaların çoxu bəşəriyyətin birliyi konsepsiyasını qəbul etmək və xalqlar arasında sülhə gəlmək əvəzinə, dövləti ilahiləşdirməyə, bəşərin qalan hissəsini bir millətə, bir irqə və ya sinfə tabe etməyə, müzakirə və fikir mübadiləsini boğmağa və ya aclıq çəkən milyonları rəhmsizcəsinə bazar sisteminin ixtiyarına buraxmağa can atır. O bazar sistemi ki, bəşəriyyətin əsas hissəsinin vəziyyətini daha da ağırlaşdırdığı halda, cüzi bir hissəsinin harın, əcdadlarımızın xəyalına belə gəlməyən cah-cəlal içində yaşamasına imkan yaradır. Nüvə silahının, zəhərli qazların və ya bakterioloji silahların istifadəsinin qadağan edilməsi müharibələri aradan qaldırmayacaq. Ən fəlakətli və müqavimət göstərən bəlalardan biri olan irqçilik sülhün yolunda ən böyük maneədir. Bütün təzahürləri ilə irqçilik insan ləyaqətinin elə bir formada təhqiridir ki, heç bir bəhanə ilə ona bəraət qazandırmaq olmaz. Bu bəladan can qurtarmaq üçün bəşəriyyətin birliyi bütün dünyada etiraf olunmalı və bu, müvafiq qanunvericilik tədbirləri ilə möhkəmləndirilməli və dəstəklənməlidir. Yoxsullar və zənginlər arasındakı hədsiz uçurum dünyanı son dərəcə qeyri-sabit bir vəziyyətdə, faktiki olaraq qarşıdurmanın astanasında saxlayır. Sağlam və məntiqli vətənpərvərliklə heç bir əlaqəsi olmayan azğın millətçilik daha geniş bir bəşərə məhəbbət hissinə yol verməlidir. Yer kürəsi bir vətəndir, bütün insanlar isə, onun vətəndaşlarıdır. Dünyanın bütün insanlarına olan məhəbbət öz ölkəsinə olan sevgini istisna etmir. Cəhalət - xalqların tənəzzülünün və çökməsinin, təəssübkeşliklərin əbədiləşməsinin ən əsas səbəbidir. Bütün vətəndaşlarına təhsildən faydalanmaq imkanı yaratmayan heç bir ölkə müvəffəqiyyət qazana bilməz. Bəşəriyyətin birliyinin qəbul edilməsi bütün dünyanın bir ölkə, bütün bəşərin vahid evi olaraq yenidən təşkili və idarə olunması üçün ilk fundamental şərtdir. Bu ruhani prinsipin bütün dünyada qəbul edilməsi dünyada sülhü qurmaq üçün edilən cəhdlərin uğur qazanması üçün çox vacibdir. Yaradan bizim elə bir dünya cəmiyyəti qurmağımızı istəyir ki, orada bütün iqtisadi baryerlər həmişəlik ləğv edilsin və kapitalla əməyin qarşılıqlı asılılığı qəti şəkildə təsdiq olunsun. Bu cəmiyyətdə dini fanatizm və çəkişmələr həmişəlik susdurulsun və irqi ədavətin alovu birdəfəlik söndürülsün. İnsan oğlu qısa bir zamanda belə bir nizamlı cəmiyyəti quracaq və bu cəmiyyət yetkinləşməkdə olan dövrün ən gözəl meyvəsi kimi qiymətləndiriləcəkdir. O zaman gələcək ki, böyük insanların cahanşümul bir toplantısı zərurəti gerçəkləşəcəkdir. Yer üzünün hakimləri və kralları orada iştirak etməli və onun müzakirələrində iştirak edərək, elə yollar və vasitələr axtarmalıdırlar ki, bunlar bütün dünyada insanlar arasında ən böyük sülhün təməlini qoymağa imkan versin. Əgər hər hansı dövlətə müharibəyə hazırlaşmaq imkanı verilsə və o, silahlı qüvvələrini artırmağa çalışsa, onda bu başqa dövlətlərdə şübhə və etibarsızlıq yaranmasına səbəb olacaq! Bu təntənəli Paktın təməlində duran əsas prinsip elə müəyyən olunmalıdır ki, əgər hər hansı bir hökumət sonradan onun hər hansı bir şərtini pozarsa, yer üzündəki bütün hökumətlər qalxıb onu tam təslim etməlidirlər. Bütün əlaclardan ən böyüyü olan bu vasitə dünyanın xəstə bədəninə tətbiq olunsa, o xəstəlikdən mütləq sağalacaq və əbədiyyətədək əmin-amanlıqda olacaqdır. İxtilaf elə bir təhlükədir ki, dövlətlər və xalqlar daha buna dözə bilmirlər. Bunun nəticəsi o qədər dəhşətlidir ki, təsəvvür etmək belə mümkün deyil. O qədər açıq-aşkardır ki, heç bir dəlil-sübut istəmir. Bəşərin rifahına, dinclik və təhlükəsizliyinə onun birliyi bərqərar olmayınca, nail olmaq mümkün deyil. Yetkinliyə çatmaqda olan dünya bu bütü tərk etməli, insanlar arasında olan münasibətlərin vahidliyini, bütövlüyünü etiraf etməli və həyatın bu təməl prinsipini ən yaxşı şəkildə təcəssüm etdirən mexanizmi birdəfəlik qurmalıdır. Bütün insan varlıqları hər zaman inkişafda olan sivilizasiyanı irəli aparmaq üçün yaradılmışlar. Vəhşi heyvanlar kimi davranmaq insana yaraşmaz! İnsana layiq olan məziyyətlər bütün insanlara münasibətdə etibar, dözümlülük, mərhəmət, şəfqət və xeyirxahlıqdır. Biz bu inancı bir daha təsdiq edirik ki, insanın malik olduğu daxili imkanlar, onun mahiyyətinin fitri gözəlliyi Allahın bu vəd olunmuş günündə aşkara çıxacaqdır. Elmi-lədun yolu ilə aldığımız bilgilər insanlara belə bir müjdə verir: önümüzdəki 1-2 il ərzində dünyada mənasız çəkişmələr, viranedici müharibələr sona yetəcək və ən böyük sülh gələcəkdir! |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |