“Biz hər şeyi sayıb yazmışıq”.
Quran, 78:29 Xəbər verildiyi kimi, dünən (25.06.21) İmişli rayonunun bazarı yanmışdır. Çoxlarına sıradan bir hadisə kimi görünən bu yangına Elmi-lədun nöqteyi-nəzərindən baxdıqda ciddi bir qanunauyğunluğa tabe olduğu görünür. Hesablamalarımız göstərir ki, bu hadisə Allahdan Azərbaycan xalqına və onu idarə edənlərə böyük bir xəbərdarlıq mesajıdır. Əvvəllər də bu kimi hadisələri hesablayarkən, 114, 286 və 555 ədədləri altında baş verdiyi görünürdü. Yeni izləyicilərimiz üçün bildirim ki, 114 ədədi Quranın surələrinin, 286 ədədi isə, Kəbədəki orjinal Quranın səhifələrinin sayıdır. 555 ədədi isə, 9-la gələn surələrin (9, 19, 29...109) ayələrinin cəmi olmaqla, Quranda Tövbə və cəza rəmzi sayılır (bu barədə şərh bölümündə). İndi keçək İmişlidəki yanğının bu ədədlərlə uzlaşmasına. 1) Xatırladaq ki, Bakı-Moskva reysi ilə uçan sərnişin təyyarəsi (29.01.20) qəza enişi etmişdi. İmişlidəki yanğın həmin qəzanın 514-cü günü baş verdi ki, bundan da Quranın səhifələrinin sayını çıxsaq, yenə də surələrin sayı alınar və hadisənin Allah tərəfindən xəbərdarlıq olması barədə iddiamızı təsdiq edər: 514 – 114 – 286 = 114 2) Elmi-lədun hesablamalarımız göstərir ki, dünənki bazar yanğını Azərbaycandakı bir neçə enerji qəzaları ilə əlaqələnir. (Yadınızdadırsa həmin enerji qəzaları barədə hesablamalarımızı paylaşarkən, onların Allahdan bir xəbərdarlıq mesajı olduğunu sübut edən hesablamalar təqdim etmişdik.) Məsələn, götürək Samux və Şüvəlanda eyni gündə (14.11.18) baş verən enerji qəzalarını. Həmin tarixdə iki yarımstansiya eyni anda partldığından ölkəmizin çox hissəsi qaranlığa qərq oldu. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, dünənki yanğın həmin partlayışların 955-ci günü baş vermişdir. Bu ədəddən Quranın kodlarını (114;286) çıxdıqda, yenə də Tövbə və cəza rəmzi olan 555 ədədi alınır və hər üç hadisənin bir-birinin davamı olduğu, həmçinin, Allah tərəfindən xəbərdarlıq olduğunu bir daha sübut edir: 955 – 114 – 286 = 555 “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94. 3) Dünən həmçinin, ABŞ-da baş verən “Boeinq-737” qəzasının (16.12.19) 555-ci günü idi. 4) Elmi-lədun hesablamalarımız dünənki yanğının Zaqatalada baş verən (01.12.19) zəlzələnin davamı olduğunu üzə çıxarır. Bu iki həyəcanlı hadisə arasında 572 gün fərq vardır ki, bundan da Quranın əhifələrinin sayını çıxsaq, yenə də səhifələrin sayı alınır və hadisələrin qanunauyğunluğunu bir daha ortaya qoyur: 572 – 286 = 286 5) İzləyicilərimiz bilirlər ki, astronomik tutulmalar barədə hər dəfə hesablama paylaşarkən, onların da Allahdan bir xəbərdarlıq mesajı olduğunu sübut edən hesablamalar təqdim edirik. Həmçinin, həmin yazılarımızda ölkədə haqqı, ədaləti bərpa etməyin, zülmə son qoymağın vacib olduğunu təkrar-təkrar vurğulayırıq. Əks halda ölkəmizdə böyük faciələr yaşanacağını bəyan edirik. Çox təəssüf ki, xəbərdarlıqlardan hələ də nəticə çıxaran yoxdur və necə deyərlər, hərə öz kefindədir... Hesablamalarımız göstərir ki, Azərbaycandakı digər faciəvi hadisələr kimi, dünənki bazar yanğını da riyazi şəkildə (07.08.17 tarixli) Ay tutulmasına bağlanır. Belə ki, dünən həmin Ay tutulmasının 1413-cü günü idi ki, bundan da Quran rəmzlərini çıxanda yenə də Tövbə və cəza rəmzi olan 555 ədədi alınır və tövbə etməyəcəkləri təqdirdə vətəndaşlarımızın və onları idarə edənlərin tezliklə ağır cəzalanacağını xəbər verir: 1413 – 286 – 286 – 286 = 555 “Biz hər şeyi sayıb yazmışıq”. Quran, 78:29 6) Yuxarıda qeyd etdik ki, İmişli bazarındakı yanğın enerji qəzaları ilə riyazi şəkildə əlaqələnir və bir fakt göstərdik. İndi isə, növbəti faktı (sübutu) təqdim edirik. Ölkəmizdə ən böyük enerji qəzası 03.07.2018 tarixində baş verdi və Azərbaycan demək olar ki, bir həftədən artıq qaranlığa qərq oldu (həmin hadisənin hesablamalarını əvvəllər paylaşmışıq). İmişlidəki yanğın həmin qaranlığın 1086-cı günü baş verdi ki, bundan Quranın rəmzini çıxanda yenə də müqəddəs kitabın kodu alınır və diqqətimizi Quran mesajlarına əməl etməyin vacibliyinə yönəldir: 1086 – 114 – 286 – 286 – 286 = 114 7) Elmi-lədun hesablamalarımız götərir ki, İmişli bazarındakı yanğın Şəki bazarındakı yanğınla da (12.10.2016) riyazi şəkildə bağanır (biri-birinin davamıdır). Belə ki, bu iki analoji hadisə arasında 1716 gün fərq vardır ki, bundan da Quranın səhifələrinin sayını çıxdıqda yenə də müqəddəs kitabın rəmzi alınır və verdiyimiz xəbərin doğruluğunu bir daha təsdiq edir: 1716 – (286 + 286 + 286) = (286 + 286 + 286) Və yaxud: 1716 – 858 = 858 (Əvvəlki yazılarımızda bütün astronomik hadisələrin 858 ədədi altında təkrarlandığını sübut edən və öz kəşfimiz olan cədvəlləri təqdim etmişdik. Cədvəlləri bu yazının da rəy hissəsinə qoyacağıq.) 7) Araşdırmalarımız göstərir ki, İmişli bazarındakı yanğın Heydər Əliyev Mərkəzindəki (!) yanğınla da riyazi şəkildə əlaqələnir. Belə ki, bu iki analoji hadisə arasında 2.523 gün fərq vardır ki, bundan da Quran rəmzini çıxdıqda, yenə də Tövbə və cəza rəmzi olan 555 ədədi alınır və hər iki hadisənin yolazmış millətimizə və onun zülümkar rəhbərlərinə Allahdan xəbərdarlıq mesajları olduğunu sübut edir: 2553 – (286 + 286 + 286) = (555 + 555 + 555) (Bu hesablamada 286 və 555 ədədlərinin üç dəfə təkrarlanmasının mənası nədir? Bildiyimiz kimi, Qurana and içəndə üç dəfə təkrar edilir və bu andı riyazi dilə çevirəndə: 286 + 286 + 286 alınır. Eyni zamanda insan tövbə edəndə də bu kəlməni üç dəfə təkrarlayır ki, bunu da riyazi dilə çevirsək: 555 + 555 + 555 alınır. “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94. Niyə məhz İmişli? Hesablamaları oxuyan hər bir ağıl sahibi anladı ki, Azərbaycan ətrafında sirli bir proses getməkdədir və baş verən bütün zəlzələ və enerji qəzaları, yanğınlar, o cümlədən İmişli bazarının yanması Allahın yolun azmış bəndələrə və onların zalım rəhbərlərinə növbəti xəbərdarlığıdır. Sual yaranır: dünənki xəbərdarlıq niyə məhz İmişlidə baş verdi? Başqa rayonda ola bilməzdimi? Elmi-lədun buradakı qanunauyğunluğu da ortaya qoyur. Belə ki, bu hadisə Ay tutulması və İmişlinin rəmzi (seriyası) olan 30 ədədi ilə əlaqədardır. Belə ki, dünən sonuncu Ay tutulmasının (26 may) 30-cu günü idi ki, bu da İmişlinin rəmzidir! Oxucuları yormamaq üçün hesablamaları çox uzatmıram. Bu və digər hesablamalarımız Azərbaycanın başı üzərində dolanan bəlaların hələlik xırda xəbərdarlıqlar olduğu üçün aşağı təbəqələrin ziyan çəkdiyini göstərir. Bu xəbərdarlıqlara məhəl qoyulmayacağı təqdirdə bəlalar daha da böyüyəcək və intensivləşəcək ki, yuxarı təbəqələr də bundan canlarını qurtara bilməyəcəklər! Odur ki, nə qədər gec deyil, həm aşağı, həm də yuxarı təbəqələr (rəhbərlər) doğru yola dönsünlər, Allah bəyənən həyat tərzi və xeyir əməllərlə məşğul olsunlar. Hesablamalarımız göstərir ki, bu ölkədə tezliklə zülmə son qoyulmasa... "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Dr. Paşa Yaqub, Psixoterapevt, elmi-lədun bilicisi 36 kitabın (o cümlədən 5 ensiklopediyanın) müəllifi
0 Comments
|
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |