Elm və kamillik əsri olan 21-ci əsrin 24-cü ilinin astanasındayıq. Kainatın yaradılış qanununa uyğun olaraq kəmiyyət dəyişikliyi keyfiyyət dəyişikliyinə keçəcək. (Bu arada 23-cü ildə baş verən (bildiyiniz və bilmədiyiniz) hadisələrin təhlilini yaxın günlərdə təqdim edəcəyik). Belə ki, ilbə-il intensivləşən təbii fəlakətlər (günahkarların cəzalanması) bu il daha da kəskinliklə və sürətlə davam edəcəkdir... Nəticədə xeyli dağıntılar və təlafatlar gözləniləndir. Hər ziyanın içində bir xeyir də vardır: bu dağıntıların sonunda zülm dövrü (Dəccalizm) bitib, bəşəriyyətin kamillik dövrü başlayacaqdır. Bildiyimiz kimi Quranda hər rəqəmin öz rəmzi mənası vardır. 24-cü surə “Nur” surəsi olduğundan, bu ədəd NUR rəmzi sayılır. Sevindirici haldır ki, ilimiz NUR üzərində təhvil olur. Rəbbim Quranda buyurur ki, “Allah Öz Nurunu tamamlayacaq!” Elmi-ləduna görə Nurun tamamlanması məhz 24-cü ildə baş verəcəkdir. Əsrin əvvəlindən gizli gedən bəzi proseslər aşkar mərhələyə keçəcək və bir çox sirlər açılacaqdır. Ondan sonra hər kəs öz mövqeyin bildirəcək: kim xeyirin, kim şərin tərəfində durduğunu aşkar bildirmək zorunda qalacaqdır (indiyədək xeyirlə şərin sərhəddi bilinmir). Sərhədlər müəyyən olduqdan sonra Allah Öz qərarın verəcək (Nuh, Lut və s dövrlərdə olduğu kimi), dünya xeyirin qələbəsi ilə dəyişəcək, beləliklə, Allah Öz nurunu tamamlayacaqdır. Əvvəlcədən tövbə edib doğru yola yola qayıdanlar (əməlisalehlər, mömünlər) qələbə çalacaqlar. Hamınıza bu qələbədən faydalanmağı arzu edirəm. Söz ardı: ZAMAN ALLAHA MƏXSUSDUR. Ona görə də onu nalayiq adlarla (xoşagəlməz heyvanların adları ilə) adlandırmaq olmaz! Necə ki, bizlərədən hansı birimizi, yaxud övladlarımızı bu cür adla çağırsalar özümüzə təhqir hesab edərik. Bilməliyik ki, zaman Allaha məxsusdur və onu təhqiredici adlarla adlandırmaq qətiyyən düzgün deyildir. Unutmayaq ki, müqəddəs kitabda Allah-təala zamana and içir! Bu fakt zamanın (əsrin, ilin...) Allah yanında necə əziz olduğunu göstərir. Əgər biz Allahdan və onun ilindən (zamanından) nəsə xoş bir şey istəyiriksə, umuruqsa, həmin ilin düşərli olmasını, bizə nəsə verməsini istəyiriksə, onda onu xoşagələn adlarla adlandırmalıyıq. Məntiq bunu tələb edir. Necə ki, işimiz düşən birinə onu təhqir edən yox, xoş gedən formada müraciət edirik.... Bir daha yeni ilinizi təbrik edib, sizə uğurlar arzulayıram. Canınız sağ, ruziniz bol olsun. Allahın Nuru, rəməti və bərəkəti Onu sevənlərin üzərindən əskik olmasın. Amin. Dr. Paşa Yaqub – elmi-lədun bilicisi
0 Comments
Masallıda baş verən avtobus qəzası Qurana and içib əməl edilmədiyinə görə Allahın qəzəbinin təzahürüdür. Bildiyimiz kimi, bu gün (25 dekabr) Masallı rayonu ərazisində baş verən avtobus qəzasında ölən və yaralananlar oldu (həmçinin, güclü külək rayonlarda bir sıra fəsadlara və əhalinin qaranlıqda qalmasına səbəb oldu). Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən qəza və təbii fəlakət təsadüfü olmayıb, ciddi bir qanunauyğunluğa tabedir; yolun azmış xalqımıza və onun zalım rəhbərlərinə Allahdan xəbərdarlıqdır. Bunu aşağıdakı hesablamalardan görmək olur: 1. Xatırladaq ki, keçən ilin 2 iyununda ipək yolunun Kürdəmirdən keçən hissəsində ölümlə nəticələnən avtobus qəzası baş verdi. Bu gün həmin qəzanın 572-ci günüdür ki, bundan da orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayını çıxsaq, yenə də səhifələrin sayı alınır və hadisələrin Allahın elmi ilə baş verdiyini, zalımlara xəbərdarlıq olduğunu təsdiq edir: 572 – 286 = 286 2. Bu gün həm də Bakıda 46 saylı marşrut avtobusunun partlayıb yanmasının (21 iyul) 158-ci günüdür ki, bundan da Quran rəmzini çıxsaq, qəza baş verən rayonun seriyası görünür və hadisənin Allah tərəfindən xəbərdarlıq olması barədə verdiyimiz xəbərin doğruluğunu bir daha təsdiq edir: 158 – 114 = 44 3. Hesablamalarımız göstərir ki, bu gün baş verən qəza və ölkəni üç gündür bürüyən təbii fəlakət Qurana and içib, əməl etməyənlərə xəbərdarlıqdır. Belə ki, bu gün üçüncü andiçmənin 3.718-ci günüdür ki, bunu da enerji rəmzi olan 13-ə bölsək (üç gündür enerji problemi yaşanır), yenə də Quranın səhifələrinin sayı alınır və hadisənin Allah tərəfindən xəbərdarlıq olduğunu bir daha təsdiq edir: 3718 : 13 = 286 NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, bu gün baş verən avtobus qəzası və rayonları qaranlığa qərq edən təbii fəlakət Allahdan bir xəbərdarlıq mesajıdır: Quran sizə beş ildən bir yalandan and içib, sonra da xalqa zülm etmək üçün göndərilməyib. Bu müqəddəs kitaba əl basıb, xalqa layiqincə xidmət edəcəyinə and içmisənsə, bu anda əməl etmək sənin borcundur. Bu borcu yerinə yetirməyəndə, haqqını istəyən insanları şərləyib zindanlara dolduranda, onları namusu ilə təhdid edəndə və saysız hesabsız zülümlər edəndə, artıq Yaradanın səbr kasası dolur və cəza vermək (bəla göndərmək) qərarına gəlir. Onu da qeyd edək ki, bu gün baş verənlər əsl bəla olmayıb, bəlanın xəbərdarlığıdır (necə deyərlər, jurnalıdır). Bu xəbərdarlıqlara məhəl qoyulmasa və tövbə edilməsə, dəccalizmə son qoyulmasa əsl bəla onda gələcək. Bu bəladan qabaqcadan tövbə etməyənlərin heç biri canını qurtara bilməyəcək. Odur ki, ağlınızı başınıza yığın, özünüzü Allah hesab etməyin; siz onun kiçik bir küləyinin qarşısını ala bilmirsinizsə, Nuh qövmünə, Lut qövmünə, Saleh qövmünə… göndərdiyi kimi əsl bəlanı göndərəndə qarısını ala biləcəksinizmi? Ala bilməyəcəksiniz! Elə isə, niyə bu qədər lovğa və təkəbbürlüsünüz?! Allah sizi bir damcı nütfədən yaratmadımı?! Sizə ruzi verib, böyüdüb, yüksək kürsülərə çıxartmadımı?! Siz də Allahın yaratdıqlarına (xalqa) layiqincə xidmət edəcəyiniz barədə Allahın kitabına and içmədinizmi?! Elə isə, niyə andınıza əməl etmirsiniz?! Niyə Allahın yaratdıqlarını saya salmırsınız və onara olmazın zülümlər, işgəncələr verirsiniz; namusu ilə təhdid edirsiniz? Bunu Allahın götürəcəyini və sizə cəza verməyəcəyinimi zənn edirsiniz?! Elə isə, yanılırsınız! Artıq bu əməllərinizə görə Allahın bəlası çox yaxındadır və sizlərin günləri sayılmaqdadır: "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Xəbərdarlığı şərh etdi: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi Xəbər verildiyi kimi, bu gün Xəzər dənizində (bulvar ərazisində) sərnişin gəmisi batdı. Sərnişinlərdən bir neçəsi xəsarət alaraq, xəstəxanaya yerləşdirildilər. Bundan əlavə, bu gün türkiyəyə məxsus “A-330” markalı hava gəmisi Bakı hava limanına təəcili eniş etdi (sərnişinlərdən birinin halının pisləşməsi səbəbindən). Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən hər iki qəza təsadüfü olmayıb, xüsusi qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü Quran rəmzləri olan 114 və 286 ədədləri altında biruzə verir ki, bu da hadisələrin ölkədəki haqsızlığa, zülmə son qoymaq üçün Allah tərəfindən xəbərdarlıq siqnalı olduğunu sübut edir. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur: 1) Bu il martın 4-də Bakı-Quba yolunda xeyli insanın yaralanması ilə nəticələnən avtobus qəzası baş verdi. Bu gün onun 286-cı günüdür ki, bu da orjinal Quranın səhifələrinin sayı olmaqla, hadisələrin biri-birinə bağlılığını və Allahdan xəbərdarlıq olduğunu sübut edir. 2) Bu il sentyabrın 1-də İstanbul-Bakı reysində uçmalı olan “A-320” markalı təyyarə xarab olduğundan iki gün havaya qalxa bilmədi. Həmin vaxt biz o hadisənin Allahdan xəbərdarlıq olduğunu yazmışdıq. Maraqlıdır ki, bu gün həmin hadisənin 114-cü günüdür ki. Bu da Quran rəmzi olmaqla, hadisələrin xəbərdarlıq olduğunu bir daha təsdiq edir. 3) Bu gün həm də Naxçıvanda baş verən 5 bal zəlzələnin (28.01.23) 330-cu günüdür ki, bu da qəza enişi edən təyyarənin üzərində həkk olunub. 4) Xatırladaq ki, 19.11.2022 tarixdə Peruda hava limanına enən “A-320” markalı təyyarə yük maşını ilə toqquşdu; ölənlər və yaralananlar oldu. Bu gün həmin hadisənin 400-cü günüdür ki, bundan da Quranın surələrinin sayını çıxsaq, yenə də səhifələrinin sayı qalır və hadisələrin Allahdan xəbərdarlıq olduğunu bir daha sübut edir: 400 – 114 = 286 və s. NƏTİCƏ: oxucunu yormamaq üçün hesablamaları şox uzatmıram. Bir daha yolun azmış xalqımızın və onun zalım rəhbərlərinin nəzərinə çatdırıram ki, ölkədə baş verən zülm və haqsızlıqlar, günahsız insanların kütləvi şəkildə şərlənərək zindanlara salınması, namusları ilə təhdid olunması Allahın qəzəbinə səbəb olduğundan, bugünkü gəmi (hava və su gəmisi) qəzaları ilə xəbərdarlıq edir: tövbə edib, yolunuza qayıdın! İnsanlara zülm etməkdən əl çəkin! Əks halda yaxın günlərdə daha böyük bəlalarla üz-üzə qalacaqsınız! Onu da qeyd edək ki, bu gün baş verənlər əsl bəla olmayıb, bəlanın xəbərdarlığıdır. Əsl bəladan nə zalım rəhbərlər, nə də onlara pərəstiş edənlər, xidmət edənlər canlarını qurtara bilməyəcəklər. Həmin hadisədən sonra ölkəmizdə şeytani dövr başa çatıb, kamillik dövrü başlayacaqdır. Xəbərdarlığı şərh etdi: Dr. Paşa Yaqub – elmi-lədun bilicisi Bağırsağın təmizlənməsi hər kəsə müsbət təsir edir və lazımdır. Ancaq bundan ötrü bahalı müalicəyə gərək yoxdur, buna aç qarına sarımsaq udmaqla da nail olmaq mümkündür. O ki qaldı autizmə, bu cür uşaqlar tilsimli analardan doğulur. Ana tilsimdən çıxmadan uşağın sağalması və müsbətə doğru dəyişməsi mümkünsüzdür. Belə uşaqların analarını tilsimdən (iblisin təsirindən) çıxarmaq çox vaxt mümkün olmur. Çünki onların beynini lənət olmuş iblis idarə edir (uşaqları kimi). İblis uşağa ana bətnində müsəllət olur, anaya isə hamiləlikdən qabaq (yeni iblis birinci anaya, daha sonra bətndəki uşağa müsəllət olur). Bu səbəbdən həmin analarda heç nəyə, heç kəsə inam hissi olmur (baxmayaraq ki, çoxusu başı bağlı olur). Qəbuluma 14 yaşında bir autizm sindromlu uşaq gətirmişdilər. Danışmırdı, ünsiyyət qurmurdu, gecələr durub qışqırırdı, tualet ehtiyacını küçədə, camaatın qarşısında edirdi.... Bir neçə seansımdan sonra danışmağa başladı (hətta sonradan valideyni zarafatla deyirdi ki, Doktor, elə elə bu uşaq biraz az danışsın), ünsiyyəti super oldu, küçədə tualet ehtiyacın ödəmədi.... Bütün bunlara ən çoxu on seansa nail olduq. Həmin autizmli uşağı ona görə sağalda bildim ki, onun doğma anası ölmüşdü. O sağ olsaydı uşağı sağaltmaq mümkünsüz olacaqdı. Soruşacaqsız ki, niyə, hansı ana uşağının sağalmasını istəməz? Məsələ burasındadır ki, autizmli uşağı doğan ana tilsimdədir (iblisin nəzarətindədir), bu səbəbdən ananın verdiyi qərarlara lənət olmuş iblis təsir edir. Beyininə təlqin edir ki, "nə şeytan var, nə iblis, nə onların törətdiyi fitnə fəsad var. Heç nəyə inanma və Paşa Yaqubun seanslarına davam etmə, özündə də heç nə yoxdur, cadu falan da geridəqalmışlıqdır...." Beyninə bu düşuncələr təlqin olunan ana bizdən uzaqlaşır (ən çoxu 1-2 dəfə gəlir) və ömrü boyu özü və övladı iblislə baş- başa qalır. Uşağı balaca olanda psixoloq, loqopedlə gününü keçirir (başını aldadır); böyüyüb güclənəndə (cinsi yetkinlik yaşına çatanda) həmin uşaq psixoloqu loqopedə qatır, loqopedi valideyninə..... Heç kəsə tabe olmur və ayaqlayır. Ondan sonra onu ancaq psixatrın yazdığı ağır dozalı psixotrop dərmanlar nisbətən, müvəqqəti sakitləşdirə bilir. Gərək gündən günə dozanı artırasan ki, ətrafına zərər verməyə. Mənə bir autizmli uşaq göstərin ki, ona körpə yaşlarında psixoloqun, loqopedin milyonlarla xərc bahasına verdiyi təlimlər yetkinlik yaşına çatdıqdan sonra işinə yarasın. Həkimlik təcrübəmdə mən buna rast gəlməmişəm. Əksinə, yetkinlik yaşına çatdıqdan sonra gətirilən autistləri çox aqressiv görürəm və onlara çox çətinliklə yaxınlaşıram. Hansı ki, uşaqlıqda onlar kifayət qədər psixoloq, loqoped yanında olublar.... Bunları "pasiyent tutmaq" üçün yazmıram. Bilirəm ki, autist uşaqların anaları mənim qəbuluma gəlmək istəmirlər və məni sevmirlər. Bunun səbəblərinin bir qismini yuxarıda izah etdim, bir qismi də odur ki, acı həqiqətləri onlar eşitmək və qəbul etmək istəmirlər. Həm də iblis lənətolmuş ailədə kiminsə əliylə buna mane olur..... Sizlərin bu sözləri sevmədiyinizi, eşitmək istəmədiyinizi təcrübəmdən bildiyim halda bəs bu cümlələri əziyyətlə niyə yazıram? Məsələ ondadır ki, ixtisasca psixoterapevt olsam da, mənə Allah tərəfindən elm (Elmi-lədun) verildiyinə görə, haqqı, həqiqəti insanlara deyib çatdırmaq bir nömrəli vəzifəmdir. Çünki, bir gün hamımız haqq dünyaya köçəcəyik. Orada autizmli uşaqlar sorğu-sual olunmasalar da, onların valideynləri və mən sorğu-sual olunacağıq. Onda həmin valideynlər desələr ki, Paşa doktor bizə bu işin düzgünün izah etməmişdi, çıxış yolunu göstərməmişdi, mənim vəziyyətim ağır olar.... Bütün bunları nəzərə alıb doğru bildiyimi (mənə öyrədiləni) sizə çatdırdım və buna görə heç nədən (sizlərin istehzasından, nifrətini qazanmaqdan) çəkinmədim. Deyib borcumdan çıxdım. Haqq dünyada "Demədi" deməyin. Söz ardı: (ateistlərlə işim yoxdur), tilsimə, caduya inanmayan başı bağlı, namazını ötürməyən valideynlərdən soruşun görün Allaha, Onun Quranına inanırlarmı? İnanırlarsa axı o kitabda Rəbbim cinin, şeytanın, tilsimin, cadunun, bədnəzərin olması barədə çoxli sayda surələr, ayələr göndərib. Olmayan bir şey haqda Allah niyə bu qədər bəhs etsin ki? Yoxsa siz Yaradanın kitabını, orada yazılanları boş bir şey hesab edirsiniz? Belədirsə, sizin inamınız, ibadətiniz doğduğunuz autizmli uşaq kimi yarımçıq deyilmi? Yaxud sizin ağlınızla o xəstə uşağın ağlında hansı fərq oldu? Qeyd: Bu cür uşaqlar o ailələrdə doğulur ki, onlarda hər iki valideyn ağır tilsimdədir. Tilsimdə olan adamların şəfa yolu bağlı olur. Ümumiyyətlə, onlarda xeyirə gedən bütün yollar bağlı olur. Ziyana gedən yollar isə açıq olur. Ona görə onlar həmişə psixoloqa, nevroloqa doğru gedirlər, çünki ondan onlara xeyir yoxdur. Kiçik yaşlarda təlimləri azacıq qəbul etsələr də, bir qədər böyüyəndə əsəbləri çoxalır və bütün öyrəndikləri heçə gedir (təlimi qəbul etmirlər, indiyədək öyrəndiklərindən də imtina edirlər, heç nəyə yaramır). Beləliklə, təlimlərə illərlə çəkilən xərc bada gedir.... Bizim seanslar isə tam fərqlidir, bədəndəki neqativ enerjini təmizləyir, əsəbi, gərginliyi azalır, beyin tutumu genişlənir, deyiləni qavraya bilir. Yeri gəlmişkən, beyin flaşkart kimidir. Viruslu flaşkart dolu göstərən kimi, yazını qəbul etməyən kimi, autizmli uşağın da beyni neqativ enerji ilə dolu olur. Bu səbəbdən deyiləni qəbul edə bilmir. Bizim seanslar beyinin farmatlanmasına yönəlir. Nəticədə beyin neqativ enerjidən təmizlənir və tutumu artır. Beləliklə, uşaq deyiləni qəbul edə bilir. Paşa Yaqub Həkim, Elmi-lədun bilicisi Xəbər verildiyi kimi, dünən (15 dekabr) Bakıda 6 saylı avtobusda partlayış və yanğın baş verdi. İlk baxışdan sıradan bir qəza kimi görüünən bu hadisə ciddi bir qanunauyğunluğa tabedir və ölkədəki haqsızlığa, ədalətsizliyə, zülmə qarşı Allahın qəzəbinin təzahürüdür. Bunu aşağıdakı hesablamalardan görmək mümkündür: 1) Xatırladaq ki, avqustun 23-də ölkəmizin Cənub bölgəsində (Masallı, Cəlilabad və s) baş verən 5 bal zəlzələ insanlar arasında həyəcan və təşvişə səbəb oldu. Dünən 6 saylı marşurut avtobusu yananda həmin hadisənin 114-cü günü idi ki, bu da Quran rəmzi olmaqla, hadisənin Allah tərəfindən xəbərdarlıq olmasını sübut edir. 2) Bu il yanavarın 8-də Sədərək TM-də yanğın baş verdi. Dünən həmin hadisənin 342-ci günü idi ki, bundan Quran rəmzini çıxsaq, yenə də müqəddəs kitabın rəmzi alınır və hadisənin Allah tərəfindən xəbərdarlıq mesajı olması barədə verdiyimiz xəbərin doğruluğunu bir daha təsdiq edir: 342 – 114 – 114 = 114 3) Bu il martın 4-də Hacıqabulda eyni tarixdə 5 dəfə zəlzələ baş verdi. Yerin 2 km dərinliyində baş verən bu zəlzələ insanlar arasında böyük həyəcana səbəb oldu. Maraqlıdır ki, dünən avtobusda partlayış həyəcanı yaşananda həmin zəlzələnin 286-cı günü idi. Bildiyimiz kimi, orjinal Quranın səhifələrinin sayı olan 286 ədədi Yaradanın kodlaşdırılmış möhürü olaraq bu kimi hadisələrin üzərinə vurulur ki, bununla da hadisənin Allahdan olduğu bir daha tsdiq olunur. (Xatırladaq ki, Hacıqabulda zəlzələ baş verəndə dövlət səviyyəsində Qurana üçüncü dəfə and içilməsinin 3.420-ci günüdür ki, bu da Quran rəmzinin otuz mislidir: 3420 : 30 = 114) 4) Sözügedən avtobus yananda Şirvanda hərbi zavodda (08.06.2022) baş verən partlayışın 555-ci günü idi ki, bu da tövbə və cəza rəmzidir. 5) Sual yaranır ki, Bakıda bu qədər sayda marşrut avtobusları olduğu halda Allah xəbərdarlığı niyə məhz 6 saylı avtobusda partlayış yaratmaqla verdi? Maraqlı sualdır. Elmi-lədun hesablamalarımız göstərir ki, bu da təsadüfü deyildir (həyatda təsadüf olmur). Belə ki, dünən Baakı-Sumqayıt yolunda 2 nəfərin ölümü ilə nəticələnən avtobus qəzasının 6-cı (!) günü idi. 6) Həmçinin, Şəmkirdə 19 nəfərin yaralanması ilə nəticələnən avtobus qəzasının 120-ci günü idi ki, bundan da Quran rəmzini çıxsaq, alınan rəqəm yanan avtobusun üstündəki nömrəni göstərir: 120 – 114 = 6 və s. Oxucunu yormamaq üçün hesablamaları çox uzatmırıq. NƏTİCƏ: bu və digərr hesablamalarımız göstərir ki, dünən marşrut avtobusunda partlayış və yanğının baş verməsi Allahın bu ölkədə baş verən zülmə, pozğun həyata, Dəccalizmə qəzəbinin təzahürüdür və xəbərdarlıq məqsədi daşıyır. Xalqımız və ona rəhbərlik edən zalım rəhbərlər bu kimi xəbərdarlıqlardan nəticə çıxarmazlarsa, qarşıdakı günlərdə daha böyük bəlalarla üz-üzə qalacaqlar... “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır.” Quran, 19:84 Kodlaşdırılmış xəbərdarlığı şərh etdi: Dr. Paşa Yaqub – elmi-lədun bilicisi Samira Azizova adlı izləyicimiz yazır: - O qədər gözəl izah vermisiniz ki. Ümumiyyətlə bu cür yazılarınızı maraqla oxuyuram. Allah sizi var eləsin, elminizə bərəkət versin. Amin. Əvvəlki yazılarınızda da bu yazınızda da bir sual məni düşündürür amma yanlış anlaşılmaq istəmədiyim üçün sualı vermirdim. Sualım sizin əməyinizi sorğulamaq deyil, əstəğfürullah, sadəcə özümə də maraqlıdır ki, bir neçə yolunu azmışların günahına görə niyə bütün millət cəza çəkir? Məsələn, tutaq ki, mən günah etmişəm bu zülmü çəkirəm mənə yaxşı da olur. Bəs bu haqsızlığa mənimlə birlikdə günah etməyən insanlar körpələr və sairə vətəndaşlar da məruz qalır axı. Bu necə olur? Deyək ki, mən səhvimi anlayıb tövbə etdim. Bəs məndən daha artıq günah edən biriləri hələ də tövbə etməyibsə onda ölkə yenə bu zülmdən xilas olmayacaq? Ümumiyyətlə elə insanlar var ki, ömürlərinin axırına qədər onlar tövbə etmir. Onda bu ölkənin və insanların halı necə olacaq? Cavab: - Samira xanım, maraqlı sualdır. Əvvəlcə qeyd edim ki, bütün dövrlərdə əhalinin müəyyən qismi günahkar olur. Əgər günahkarlar əhalinin yarıdan azını təşkil edirsə və onların günahları bəyənilib xalq tərəfindən təqdir olunmursa (yəni, xalq günahkarlardan məsafə saxlamağa çalışırsa), onda bu hal Allahı qəzəbləndirmir və Allah o cəmiyyətə ruzi-bərəkət verir. Məsələn, Sovet dönəmində də günahkar insanlar vardı, amma, bunlar az qisim olduğuna görə cəmiyyətdə ruzi-bərəkət aşıb daşırdı... İndiki dövr tamamilə fərqli bir (şeytani) dövrdür. Bu dövrdə günahkarlar əhalinin böyük əksəriyyətini (Elmi-lədun hesablamamıza görə 71 faizini) təşkil edir. Hətta, bu azmış kimi, elə bir iyrənc vəziyyət yaranıb ki, bütün günahkarları, pozğunları, haramzadələri, zinadan törəyənlərin hamısını yüksək vəzifələrə təyin edirlər, televiziyalardan onları ağsaqqal adı ilə evlərə soxub, xalqın tərbiyəsini pozurlar... Bütün pozğunlara nümayişkəranə şəkildə ev, maşın...hədiyyə edirlər ki, qalan əhali də onları görüb şirniklənsin, onlara bənzəməyə çalışsın... Xalq bunun pis olduğunu dərk etsə də, amma, zalıma, pozğuna pərəstiş edir, rəğbət bəsləyir, ona yaxın olmağa, onun yerində olmağa çalışır... Bütün bu və digər günahlar cəmiyyətin yarıdan çoxunu əhatə etdiyinə görə cəmiyyəti çökdürür və Allahın qəzəbinə səbəb olur. Nəticədə Allah ölkədən xeyir-bərəkəti çəkir (əkinlər bar vermir, çaylarda balıq, çöllərdə ov heyvanları qəhətə çıxır), insanlar indiki kimi aç yalavac, zəlil günündə qalırlar... Bir məsələni də qeyd etməyi lazım bilirəm ki, xalqın ruzisi rəhbərin ayağında olur. Yəni rəhbər ləyaqətli, özünə, mövqeyinə hörmət qoyan olarsa onda Allah o rəhbərin dövründə ruzilərə bərəkət verir, xəstəlik, digər sıxıntılar olmur. Məsələn, sovet döründə xalqların ruzisi Brejnevin ayağında idi. Həmin dövrdə heç işləməyən insan belə, çayların balığı, meşələrin heyvanı ilə heç bir korluq çəkmədən normal yaşayırdı.... İndi çaylar həmin çaylar, meşələr də həmin meşələrdi, gedin axtarın, görün içində bir dənə balıq, meşədə bir quş tapa bilərsizmi? Allah hamısın qəhətə çəkib. Çünki, ölkədə haqsızlıq, ədalətsizlik, pozğunluq... Tüğyan edir, zülm ərşə dirənib.... Heç bir rəhbər özünə, vəzifəsinə hörmət qoymur, hər cür alçaqlığı (narkotik satdırmağı, fahişəxana saxlamağı...) özünə yaraşdırır... O ki qaldı sualınızın digər hissəsinə ki, insanlar tövbə etməsələr bu ölkənin halı necə olacaq? Qeyd edək ki, əgər insanların çox hissəsi tövbə edərsə, cəmiyyətdə tarazlıq düzələcək və bəla gəlməyəcək; ruzi bərəkət artacaq, xalq korluq çəkməyəcək, kütləvi xəstəliklər olmayacaq... Əks halda (tövbə etməsələr) bəlalar, xəstəliklər, zəlzələlər...daha da artacaq və xalqın böyük əksəriyyəti həlak olacaq (Nuh qövmü, Lut qövmü, Səmud qövmü kimi ). Ondan sonra qalan 29 faiz günahsız əhali özünə normal dövlət qurub (onda düzgün dövlət qurmağa mane olası adam qalmayacaq), adam kimi qayğısız yaşayacaqlar. Bəşəriyyətin kamillik dövrü olacaqdır. Bizim görəvimiz odur ki, daha çox insanı xəbərdar edək ki, bəlkə tövbə edənlərin sayı yarıdan çox olsun, şeytani dövrdən kamillik dövrünə keçid məxməri (qansız qadasız) baş versin. Bütün hallarda (istər qanlı, istər qansız) bu keçid baş verəcəkdir. Hazırda dünyada bu proses (zəlzələ lər, daşqınlarla...) Davam etməkdədir. Bildiyim qədər ilin sonunadək dəccalizmə böyük zərbə dəyəcəkdir. İl dəyişəndən sonra isə, təbii fəlakətlər daha da intensivləşəcək, geniş miqyas alacaq ki, bu da şeytani dövrə son qoyacaqdır... Bütün hallarda Allah tövbə edənləri qoruyacaqdır. Hörmətlə: Dr. Paşa Yaqub Bir suala bir cavab Təranə Dadaşova adlı izləyicimiz yazır: - SALAM DOKTOR, SİZƏ HƏR DƏFƏ DANIŞDIQCA MƏNƏ EYNİ HƏYƏCAN VERƏN BİR YUXUM HAQQINDA YAZACAM. DEMƏK YUXUDA GÖRDÜM Kİ, AZAN SƏSİ LAÇINDA BİRDƏN YÜKSƏLİR. (BU ARADA LAÇINI BİZƏ YENİDƏN VERƏN ALLAHA MİN ŞÜKÜR. ALLAH RƏHMƏT ELƏSİN ŞƏHİDLƏRİMİZƏ QAZİLƏRƏ ŞƏFA DİLƏYİRƏM. ALLAH QORUSUN ORDUMUZU). AZAN SƏSİ QALXDIQCA HƏR YERDƏN GİLANAR ,YƏNİ ALBALI AĞACLARI QALXIR ,SÜRƏTLƏ BÖYÜYÜR VƏ AĞ APPAQ ÇİÇƏK AÇIR. AZAN SƏSİ AZALDI, ANINDA ÇİÇƏKLƏR SOLURDU VƏ AZAN SƏSİ DAHA DA GÜCLÜ GƏLDİ, O ANDA BÜTÜN ŞƏHƏR AĞ APPAQ ÇİÇƏKLƏ DOLDU. HƏYƏCANLI İDİM, İNANIN Kİ, GÖZLƏRİM DOLUR HƏR DƏFƏ O YUXU HAQQINDA DANIŞANDA. BU TİP YUXU MƏN BİR DƏFƏ DƏ BAŞQA CÜR GÖRDÜM. ALLAH BİZİ ÖZ YOLUNDAN DÖNMƏYƏ QOYMASIN İNŞALLAH. TEZLİKLƏ NAMAZA BAŞLAYACAM. YUXUMU YOZMAĞINIZI XAHİŞ EDİRƏM. Cavab: - Hörmətli Təranə xanım, bu adi yuxu deyil, burada cəmiyyətə ötürülmüş böyük bir mesaj var. Mesajın mənası odur ki, Laçın (ümumilikdə Qarabağ) torpağı, suyu, havası, təiəti... ilə Allahın ən gözəl nemətləridir. Bu nemətlərdən xalqımız o vaxt faydalanacaq ki, Haqqa təslim olsunlar və Onun nemətlərinə şükür etsinlər. Azan Haqqa dəvətdir, namaza, doğru yola, gözəl əməllərə dəvətdir. Nə vaxt insanlarımız Allahın dəvətini (əzanı) qəbul edib, tövbə edərək, günahlardan uzaqlaşıb Haqqa dönəcəklər, onda Rəbbim izn verəcək ki, Onun gözəl nemətlərindən xalq faydalansın (yuxuda Azan səsi gələndə ağacların canlanması, çiçəkləməsi buna işarədir). Yox, əgər insanlar tövbə edib, günahardan çəkinməsələr o gözəl nemətdən faydalana bilməyəcəklər. Yeri gəlmişkən, otuz il qabaq Qarabağın ermənilər tərəfindən işğalının da gerçək (pərdəarxası) səbəbi oranın insanlarının (hələ sovetlər dönəmində) haqdan (namazdan, dindən, dürüstlükdən...) uzaqlaşması, oğurluğa, haramçılığa kütləvi meyl etməsi səbəbindən baş verdi. Çünki, Rəbbim Quranda buyurur ki, bir qövm yolun azarsa onu başqa bir zalım qövmün əli ilə (işğalı ilə) cəzalandırarıq. Elmi-lədun bilicisi olaraq mənə məlumdur ki, ermənilərin Qarabağı işğal etməsinin gerçək səbəbi o bölgənin əhaisinin yolunu azması səbəbindən idi (rus ordusu, Z. Balayan falan... bunlar məsələnin görünən tərəfidir, mən sizə görünməyən tərəfindən danışıram). Rəbbim Musa qövmünü 40 il Tih səhrasında cəzalandırdığı kimi, (tövbə edib, yollarına qayıdandan sonra Allah onlara yurdlarına qayıtmağa izn verdi), qarabağlıları da (hələ ki) 30 il Azərbaycanın düzənliklərində sərgərdən qoydu. Çox təssüflər osun ki, camaatımız bu hadisənin hikmətini (gerçək mənasını, niyə baş verdiyini) dərk eləmir və etdikləri günahlara görə tövbə edib Allahdan üzr diləmirlər... Ona görə də Qurbanlar (şəhidlər) verib üç ildir aldıqları torpaqlardan, oranın nemətlərindən faydalana bilmirlər. Dəccal əjdaha kimi yolu bağlayıb, insanları öz ata-baba torpaqlarına buraxmır... Öz torpaqlarına qayıtmaq üçün Allah Qarabağlılara o vaxt kömək edəcək ki, o camaat 30 il qabaq torpaqlarından çıxarılmalarının gerçək səbəbini (günahlarını) dərk etsinlər və bu səbəbi aradan qaldırsınlar (Musa qövmü kimi, bunlar da tövbə edərək Haqqa dönsünlər, Allahın dəvətini qəbul etsinlər...). İzləyicilərim haqlı olaraq sual verəcəklər ki, guya Azərbaycanın digər bölgəsində (Şirvanda, Şəkidə, Gəncədə, Şimalda, Cənubda...) yaşayanlar günah etmirlərmi? Əlbəttə edirlər! Fərq ondadır ki, Qarabağ əhalisi digər bölgələrin əhalisindən daha əvvəl (hələ sovetlər dönəmindən) yollarını azdılar... Digər bölgələrin əhalisi isə, doxsanlarda və ondan sonra yollarından sapmağa başladılar. Nəticədə Allah qarabağlıları ermənilərin əli ilə, digər bölgə (Şirvan, Cənub, Şimal....) əhalisini də Dəccalın əli ilə cəzalandırdı. Hazırda toplum olaraq bütün Azərbaycan xalqı (Şimallı, Cənublu, Qarabağlı...) hamısı Dəccalizmin əsarətində, diziüstə (çökmüş halda) zarımaqdadır... Səslərini çıxarıb, haqların istəyərlərsə, hamısını ailəlikcə, hətta, istəsələr nəsillikcə zindanlarda çürüdə bilərlər... Bütün rayonlarda torpaqların ən yaxşısını və su mənbələrini Dəccal ələ keçirib (işğal edib); xalq öz torpağından, suyundan istifadə edə bilmir, ac-yalavac kənardan baxır. Yaxud, öz torpağında qul kimi (hüquqsuz) işləyir; istənilən vaxt onu işdən qovub, cəzalandıra bilərlər. Bütün bunların gerçək səbəbi xalqımızın kütlvi şəkildə Haqdan üz döndərməsi, toplum olaraq pozğun həyat tərzinə, haramçılığa meyl etməsi səbəbindən baş verir... Allah-təala buyurur ki, bir qövm yolunu azanda onu daha zalım bir qövmün əli ilə cəzalandırarıq. Qarabağlılar zalım ermənilərin əli ilə cəzalandısa, Azərbaycanın digər bölgələri də ermənidən qat-qat zalım olan Dəccalizmin əli ilə cəzalandı. Bu cəzalanma prosesi o vaxta qədər davam edəcək ki, həm qarabağlılar, həm şirvanlılar, cənublular, şimallılar... öz günahlarını dərk edəcəklər və tutduqları səhv yola görə Allah qarşısında tövbə edərək, Haqqa dönəcəklər; Allahın dəvətini qəbul edəcəklər. Onda Allah dəccalizmi yox edəcək və xalqın yolunu açacaq, xalq Allahın yaratdığı gözəl nemətlərdən (havasından, suyundan, torpağından, dənizindn, balığından, yeraltı və yerüstü sərvətlərindən) faydalana biləcəklər. Artıq 23 ildir ki, Allah bizim dilimizlə bu mesajı insanlara ötürür (insanlara günahlarını izah edir). Çox təəssüf ki, xalqımız hələ ki, bu mesajları qulaqardına vurur. Elə bilir ki, Avropa falan bunları xilas edə bilər. Dərk edə bilmir ki, dəccalizmin başı Avropada yerləşir və onlar Şərq xalqlarını nəinki xilas etməzlər, əksinə bu əraziləri dəccalizmin poliqonuna çevirib, eksperiment aparırlar. Əhalinin 90 faizi bilir ki, Avropada oturub dünyanı idarə edən mafiyalar (dəccalizm) Dünya əhalisinin sayını dəfələrlə azaldıb, minimuma endirməyi planlaşdırırlar. Bunu bildikləri halda yenə də Allahdan deyil, yahudi və xristiyanlardan nicat gözləyirlər. Gözləyə-gözləyə də bir hissəsi zindanlarda, digər hissəsi qəriblikdə, bir hissəsi də öz evində ac-yalavac ömürləri çürüyür.... Nə vaxt ki, xalqımız düşdüyü vəziyyətin gerçək səbəbini (günahlarını) dərk edib, tövbə edəcək, onda Allah bizi həm erməninin, həm rusun, həm avropa mafiyasının, həm də dəccalizmin əsarətindən xilas edəcəkdir. Ey xalqım! papağınızı qabağınıza qoyub, dərindən düşünün. Ömrünüzü zindanlarda, qəriblikdə, Dəccalın əsarətində çürütmək yaxşıdır, yoxsa tövbə edib, doğru yola dönmək, Allah bəyənən əxlaqa və əməllərə sahib olmaq? Seçim sizindir: iki yoldan birini seçməlisiz. Hörmətlə: Sizi sevən və azad olmağınız üçün ömrünün otuz beş ilini qurban verən elmi-lədun bilicisi, həkim Paşa Yaqub Bildiyimiz kimi, dünən (10 dekabr) Bakı-sumqayıt yolunda, bu gün isə, Bakı-Qazax yolunun Yevlaxdan keçən hissəsində qəza ba verdi. Bu qəzalarda ölənlər və xeyli sayda yaralananlar oldu. Yerdəki saat fərqini nəzərə alsaq, demək olar ki, eyni tarixdə baş verən bu qəzalarda hansı qanunauyğunluqlar var və bizə hansı mesajları ötürür? Bunu bilmək üçün aşağıdakı hesablamalara nəzər salaq: 1) Xatırladaq ki, 19.08.2023-cü il tarixdə Şəmkirdə fəhlələri daşıyan avtobusun qəzaya uğraması nəticəsində xeyli sayda insan yaralanmışdı. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu qəza ilə Bakı-Sumqayıt avtobusunun qəzası arasında 114 gün fərq vardır ki, bu da Quran rəmzi olmaqla, hadisənin Allahdan bir mesaj olmasını sübut edir. 2) Bu avtobus qəzaları Gədəbəydə qızıl mədəninin yanmasının (6 yanvar) 342-ci günüdür ki, bundan da Quranın surələrinin sayını çıxsaq, yenə də Quran rəmzi alınır və hər iki hadisənin yolun azmış xalqımıza və onun zalım rəhbərlərinə Allahdan xəbərdarlıq mesajı olmasını sübut edir: 342 – 114 – 114 = 114 3) Dünən 8 noyabr 2022-ci il arixli Ay tutulmasının 400-cü günü idi ki, bundan da Quran rəmzini çıxsaq, alınan ədəd Kəbədə saxlanan orjinal Quranın səhifələrinin sayını göstərir: 400 – 114 = 286 Sual yaranır: İpək yolunda hərəkət edən avtobus niyə məhz Yevlax rayonu ərazisində qəzaya uğradı? Bunun da təsadüfü olmadığı aşağıdakı hesablamalardan aydın olur: 4) Bu gün Masallı bazarında baş verən yanğının 66-cı günüdür ki, bu da Yevlax rayonunun seriyasıdır (rəmzidir). 5) Bu gün həm də Bərdə bazarının yanmasının (15 iyun) 180-ci günüdür ki, bundan da Quran rəmzini çıxsaq, yenə də qəza baş verən rayonun seriyası görünər və hadisələrin təsadüfü olmadığı, xüsusi bir qanunauyğunluğa tabe olduğu ortaya qoyular: 180 – 114 = 66 NƏTİCƏ: Oxucunu yormamaq üçün hesablamaları çox uzatmıram. Bu və ya digər elmi-lədun hesablamalarımız göstərir ki, ölkəmizdə baş verən zülm və haqsızlıqlar, insanların kütləvi şəkildə pozğun həyat tərzinə meyillənməsi, biri-birlərinə cürbə-cür, ağlasığmaz pisliklər etmələri Allahın qəzəbinə səbəb olmuş və əhalinin cəzalanmasına qərar vermişdir. Dünən və bu gün baş verən, ölümlə və xeyli insanın yaralanması ilə nəticələnən avtobus qəzaları da Allahın qəzəbinin və Ondan gələcək bəlanın xəbərdarlığıdır. Bəzi oxucular düşünəcək ki, rəhbərin günüahı daha çox olduğu halda, niyə bəla aşağı təbəqəyə gəlir? Öncə qeyd edək ki, sizin bəsirət gözünüz açıq olsa və “məzlum təbəqə” hesab etdiyiniz aşağı təbəqənin günahlarını bilsəniz; onların günahlarını üst-üstə toplamaq mümkün olsa, bu günahlar rəhbərin günahından müqayisəolunmaz dərəcədə (minlərlə dəfə) çox olduğunu görərsiniz… İkincisi, baş verən bu yanğınlar və qəzalar bəla deyil, bəlanın xəbərdarlığıdır (jurnalıdır). Əsl bəla gələndə (çox yaxında) nə günahkar xalq, nə də onun zalım rəhbəri bu bəladan qaçıb canını qurtara biləcək! Söz ardı: “Görəsən xalqın günahı nədir?” düşünənlərə bəsirət gözü ilə (elmi-lədunla) gördüyüm tək bircə fakt deyəcəm, özünüz nəticə çıxarın: Onkologiya mərkəzlərinə gedin, baxın görün orada nə qədər əhali var. O xəstələrin hamısı onlara (birbaşa) göndərilmiş ağır neqativ enerjidən yaranıb. Bəsirət gözünüz açıq olsa görərsiniz ki, həmin xəstələrə neqativ enerjini özgələr deyil, xəstənin öz bacısı, yaxud, qardaşı, yaxud, əmisi qızı, dayısı oğlu və s yaxın qan qohumları qəsdən göndəriblər ki, xəstəliyə düşüb ölsünlər. Hətta, ölümü gecikəndə, yaxud, neqativ enerjidən bir yolla xilas olanda həmin xəstəyə qan qohumları təkrar-təkrar neqativ enerji ünvanlayırlar ki, tez ölsün. Hansı ki, həmin qohumlar bu xəstənin evində tonlarla çörək yeyiblər, ondan sonsuz yaxşılıqlar görüblər; əvəzində evində çörək yediyi adamları öldürmək üçün nə qədər pul xərclədiklərini bilsəniz, gələn bəlalara təəssüflənməzsiniz. Siz heç evini əlindən almaq üçün ananın öz oğluna sehr-cadu etdirdiyini (həm də dəfələrlə) ağlınıza gətirərsinizmi? Yəqin ki, gətirmərsiniz, çünki, sizin bəsirət gözünüz (yaxşı ki,) bağlıdır, açıq olsaydı siz də mənim kimi bəlanın tez gəlməsi üçün hər gün Allaha dualar edərdiniz, nəinki, “məzlum xalq” deyib bilmədiyinizi danışardınız. Kimin məzlum, kimin zalım olduğunu şübhəsiz ki, Rəbbim sizdən də, məndən də yaxşı bilir. O Öz qərarında heç vaxt haqsızlıq etməz! Bu xəbərdarlıq mesajları da ona görədir ki, günahkar xalq bəlkə tövbə edib, doğru yola qayıda. Qayıtmazlarsa çox qısa vaxtda Allahdan gələn əsl bəlanın nə olduğunu görəcəklər. Bəla gələn gün heç bir tövbə, üzr qəbul olunmayacaq! Odur ki, yaxşı-yaxşı fikirləşin və nə qədər ki, gec deyil, tövbə edin, ziyan vurduğunuz adamlardan halallıq alın! “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16-17 Məmləkətiniz və xanimanınız yerlə yeksan olmamış Haqqa təslim olun! Mesajları çatdırdı: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi Bu gün (07.12.2023) Bakıda baş verən 5,6 bal zəlzələ əhali arasında böyük həyəcan yaratdı; xalq təşviş içində küçələrə axışdı... Elmi-lədun hesablamalarımız göstərir ki, qiyamətin rəmzi olan zəlzələnin baş verməsi təsadüfü olmayıb, xüsusi qanunauyğunluğa tabedir; ölkədə baş verən kütləvi şərləmələrə, haqsızlığa, ədalətsizliyə, zülmə, kütləvi pozğunluğa, haramçılığa, zinakarlığa… Allahın qəzəbinin təzahürüdür və Böyük bir (bəlkədə sonuncu) xəbərdarlıqdır! Verdiyim xəbərin Allahdan olduğunu sübut etmək üçün aşağıdakı riyazi hesablamaları (dəlilləri) gətirirəm: 1) Bu gün ilin (Yerdəki saat fərqi nəzərə alınmaqla) 342-ci günüdür ki, bundan Quran rəmzi olan 114 ədədini çıxsaq, yenə də Quran rəmzi alınır və hadisənin Allahın elminə (Kitabına) bağlanmaqla, Ondan gələn kodlaşdırılmış xəbərdarlıq mesajı olduğunu sübut edir: 342 – 114 – 114 = 114 (Bunu bədii dilə çevirsək: Quran, Quran, Quran və yaxud: tövbə, tövbə, tövbə kimi ifadə etmək olar.) 2) Qusar-Bakı avtobusu qəzaya uğrayıb (13 avqust), 19 nəfər yaralananda bunun Allahdan xəbərdarlıq olması barədə hesablamalar payaşdım və tövbə edib, doğru yola dönməyi tövsiyyə etdim. Əks halda daha böyük bəlalar gələcəyini bldirdim. Təssüflər olsun ki, nə rəhbərlər, nə də xalq bu xəbərdarlığa məhəl qoydu. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu gün ölkədə zəlzələ həyəcanı yaşananda həmin avtobus qəzasının 114-cü (!) günü idi. Bu da baş verən hadisələrin Allahdan əbərdarlıq olması barədə verdiyimiz xəbərin doğrulunu bir daha təsdiq edir. 3) Bu gün qanlı Ay tutulmasının (16.05.22) 572-ci günüdür ki, bundan da orjinal (Kəbədə və qədim muzeylərdə saxlanan, əl ilə köçrülmüş) Quranın səhifələrinin sayını (286) çıxsaq, yenə də səhifələrin sayı alınır və hadisənin Allahdan bir xəbərdarlıq olması barədə verdiyimiz xəbərin doğruluğunu bir daha təsdiq edir: 572 – 286 = 286 (Qeyd: əvvəl qeyd etdiyimiz kimi, 286 ədədi Quranın səhifəlrinin sayı olmaqla yanaşı, həm də insanın ana bətnində yarandığı günlərin sayı; Qurban bayramından Ramazan bayramına qədər olan günlərin sayı; Novruz bayramından Yeni il bayramına qədər olan günlərin sayıdır. 2-ci surənin də sayı olan 286 ədədi Yaradanın rəqəmsal möhürü (asan imzası) olaraq Ondan gələn bütün bəla və xəbədarlıqların üzərinə vurulur. Bunu aşağıdakı hesablamalardan da görəcəksiniz.) 4) Bu günki qiyamət əlaməti olan zəlzələ həyəcanı dövlət səviyyəsində Qurana dəfələrlə əl basıb, and içib, əməl etməyənlərə, insanları kütləvi şəkildə şərləyənlərə, xalqın sərvətlərini talan edənlərə... Allahın qəzəbinin təzahürüdür. Sübut üçün bildirirəm ki, bu gün üçüncü andiçmənin 3699-cu günüdür; bundan da Quran rəmzlərini çıxanda yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınır: 3699 – (114+114+114+114+114) – (286+286+286) - (286+286+286) – (286+286+286) = 555 NƏTİCƏ: bu və digər hesablamalarımız onu göstərir ki, Qurana and içib, əməl etməmək Azərbaycana çox böyük fəlakətlər gətirməkdədir... Bizə o da məlumdur ki, yaxın həftələrdə bəlalar daha da intensivləşəcək və nəticədə indiki şeytani dövr – Dəccalizm başa çatacaq. Bu bəlalar tövbə etməyənlərin (düz yola qayıtmayan rəhbərin və ona tabe olan əhalinin) hamısını tutacaqdır... Şeytani dövr bitəndən sonra dünyanın kamillik dövrü başlayacaqdır ki, bu dövrdə ancaq əməlisalehlər və doğru yolda olanlar yaşayacaqlar. Yaxşı olar ki, insanlar o dəhşətli bəlaları gözləmədən tövbə edib, doğru yola dönsünlər, rəhbərlər zülmə son qoyaraq, kasıbın, yetimin haqqını mənimsəməsinlər, haqqını istəyənləri şər atıb zindanlara saldırmasınlar. Bunun bədəli çox ağır olacaq! Heç təsəvvür etmədiyiniz dərəcədə ağır; həm də ağlınıza gəlməyəcək dərəcədə yaxın günlərdə... "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |