Ay tutulmalarının monİtorİnqİ 2023-cü İldə mafİya tİplİ dövlətlərİn dağılacağını göstərİr12/30/2022 Qurani-Kərimdə Ay tutulmaları qiyamətin əlaməti (xəbərçisi) kimi göstərilir. Bunu nəzərə alıb, növbəti ilin Ay tutulmalarını təhlil edib, bəşəriyyətə hansı mesajları verdiyinə diqqət edək. 2023-ci ildə iki Ay tutulması baş verəcəkdir. İlk Ay tutulması 5 may trixində, ikinci tutulma isə, 28oktyabr tarixində baş verəcəkdir. Elmi-lədun araşdırmalarımız göstərir ki, Ay tutulmaları təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Tutulmaları araşdırarkən məlum olur ki, onlar hər 355 gündən bir təkrarlanır. Bu da Ay təqvimi ilə bir il deməkdir (bax: aşağıdakı cədvələ). Ay tutulmalarında diqqət çəkən digər məqam onların 14 ədədi altında (Hicri-qəməri təqvimi ilə ayın 14-də) baş verməsidir. Bu ədədin hikmətini şərh etməzdən öncə cədvəli diqqətinizə çatdıraq. Cədvəldən göründüyü kimi, bütün Ay tutulmaları 14 ədədi altında baş verir. Sual yaranır ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulub? “İbrahim” surəsi niyə 14 ədədi ilə nömrələndi? Xatırladaq ki, 14 ədədi Quranda “İbrahim” surəsinin sıra nömrəsidir. Allah-təala bu surədə İbrahim Peyğəmbərin zülmə qarşı apardığı mübarizədən söhbət açır. Həmin dövrdə Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi və zülmə son qoydu. Hesablamalarımız göstərir ki, “İbrahim” surəsi Allahın Öz adına olan “Rəhimli Allah” (55) surəsinə bağlanır və “Quran”da tarazlıq (balans) rəmzi sayılır. Bunu sübut etmək üçün daha bir düsturu diqqətinizə çatdıraq: “Rəhimli Allah” surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var; qalan surələrdə ayələrin sayı əlli beşdən azdır). Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var). Beləliklə, “Quran”da 55 ədədi 41 dəfə, 41 ədədi isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir və onun peyğəmbərliyini riyazi yolla təsdiq edir: 55 – 41 = 14 Bu düstur bir daha “Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, fövqəladə bir elmlə (Allahın iradəsiylə) düzüldüyünü təsdiq edir. Ay tutulmalarının 14 ədədi altında baş verməsinin sirri də bu düsturda açılır. Belə ki, hazırda cəmiyyətdə xeyirlə şər arasında tarazlıq pozulmuş, zülm ərşə dirənmişdir.Yaradan bu astronomik hadisələrlə zülmə üstünlük verən ölkə rəhbərlərinəmesaj ötürür ki, hədlərini aşmasınlar və cəmiyyətdə tarazlığı (balansı) pozmasınlar (müasir terminlə desək: qırmızı xətti keçməsinlər). Əvvəlki yazılarımızda ortaya qoyduğumuz faktlardan göründüyü kimi, Yerdə baş verən bütün böyük zəlzələ, qasırğa və təyyarə qəzaları bir qayda olaraq riyazi yolla Ay tutulmalarına bağlanır. Bu da sübut edir ki, Ay tutlmaları əslində tarazlığı pozanlara və zalımlaraverilən mesajdır(siqnalıdır). Nuşirəvanın sarayından niyə məhz 14 sütun uçdu? 14 ədədindən və zalım rəhbərlərdən söhbət düşmüşkən, maraqlı bir tarixi faktı diqqətinizə çatdırmaq istəyirik. Məhəmməd Əleyhissəlam dünyaya təşrif gətirən gecəsi fars hökmdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Hadisəni şərh etmək üçün saraya çağrılan münəccimlər və bilicilər uzun müzakirələrdən sonra belə qərara gəldilər ki, səmavi kitablar vasitəsi ilə xəbəri qabaqcadan verilən Peyğəmbər artıq dünyadadır. Onu da bildirdilər ki, Nuşirəvanın hakimiyyəti tezliklə süqut edəcək və 14 padşah dəyişdikdən sonra Sasanilər dövləti dağılacaq. Çox keçmədi ki, verilən proqnoz özünü doğrultdu və Sasanilər dövləti dağıldı (bu müddətdə 14 dəfə saray çevrilişi oldu ki, hər bir padşahın hakimiyyəti bir neçə ay çəkdi). İndi də Ay tutulmalarının 14 ədədi altında baş verməsi zalım rəhbərlərə ciddi siqnaldır ki, zülm etməkdən əl çəkməsələr onlaın da hakimiyyətləri tezliklə devriləcəkdir. Elmi-lədun bilgilərimizə görə Ay tutulmalarının 14 ədədi altında baş verməsi, indiki dövrdə tarazlığı bərpa edəcək şəxsin (Xilaskarın) artıq aramızda olmasına işarə verir. Məlumdur ki, bəşər yaranandan xeyirlə şər arasında həmişə balans olmuşdur. Tarixin elə mərhələləri də olmuşdur ki, xeyirlə şər arasında mövcud balans (birincinin ziyanına) pozulmuşdur. Peyğəmbərlər tarixini araşdırdıqda, məlum olur ki, onların zühuru da məhz belə məqamlarda baş verir. Yəni, Allah-təala xeyirlə şər arasında pozulmuş tarazlığı peyğəmbərlər (xilskarlar) vasitəsi ilə bərpa edir. Bu gün Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb; zülm ərşə dirənib. Bir qrup mafiyozlar və oğrular mafiya yaradıb, adını dövlət qoyuaraq, kasıbın, yetimin haqqını yeməklə məşğuldurlar. Haqqını tələb edənləri öldürür, yaxud, şərləyərək zindanlarda çürüdürlər… Ay tutulmalarının monitorinqi göstərir ki, Yer kürrəsində(o cümldən Azərbaycanda) baş verən bu cür zülm və haqsızlıqlar ALLAHIN qəzəbinə səbəb olmuş, bu səbəbdən cürbə-cür bəlalar gəlməkdədir. Son vaxtlar baş verən təbii fəlakətlər, təyyarə qəzaları, yanğınlar, xəstəliklərin tüğyan etməsi… məhz bu qəzəbin təzahürüdür. Odur ki, insanlara tövsiyyə edərdik ki, 2023-cü ildə özlərindən aşağılara zülm etməkdən, əziyyət verməkdən, pozğun həyat tərzi keçirməkdən, haram işlərdən çəkinsinlər! Hesablamalarımız göstərir ki, tezliklə şeytani dövr başa çatacaq, zalım rəhbərlər və onların pərəstişkarları Yer üzündən silinib gedəcəklər. Oğruların qurduqları mafiya tipli dövlətlər (yaxud, dövlət tipli mafiyalar) Nuşirəvanın (yaxud Səddamın, Qəddafinin…) sarayı kimi yerlə yeksan olacaqdır! 2023-cü ildə insanlar İbrahim fəlsəfəsini əsas götürəcəklər. Nədir İbrahim fəlsəfəsi? İbrahim fəlsəfəsi aşaığdakı keyfiyyətləri özündə cəmləşdirməkdir: -doğrudanışan olmaq, özünə rəva bilmədiyini başqasına rəva bilməmək; -qarşındakını öz səviyyəndə bilmək; -başqasının malına, namusuna göz dikməmək; -yalnız Yaradana güvənmək; -zinakar olmamaq; -lovğa və təkəbbürlü olmamaq; -hənif, ədalətli, vicdanlı, səxavətli, rəhimli və xeyirxah olmaq; -Allahın dostuyla dost, düşməniylə düşmən olmaq; -hər halında Allaha şükr etmək; -Allaha aid olan işlərdən xeyir güdməmək; -dünya işlərində səbirli olmaq; -Allahdan başqasından qorxmamaq; -istənilən halda (həyatına təhlükə olsa belə) ancaq haqqı demək və haqqın yanında olmaq … Bir sözlə, bəşəri dəyərlərə təslim olmaq, bu dəyərləri özündə cəmləşdirmək. Bütün bu dəyərləri özündə cəmləşdirəndən sonra insan hansısa bir dini qəbul edə bilər. Cox təəssüf ki, bu gün insanlar bu dəyərlərə sahib olmadan özlərini hansısa bir dində (İslamda, xristiyanlıqda, Musəvilikdə, buddizmdə…) hesab edirlər. Bu səbəbdən də bu gün bəşəriyyət dinlərə, təriqətlərə parçalanaraq, biri-birlərini vəhşicəsinə qırırlar (bu gün müharibə gedən bölgələrə baxsaq, görərik ki, bəşəriyyətin indiki qədər vəhşi bir dövrü olmayıb). Növbəti ildə insan oğlu bu parçalanmalara, müharibələrə son qoymaq üçün, məhz İbrahim Peyğəmbərin təbliğ etdiyi, Tövhid dininə tapınacaq və İbrahim fəlsəfəsini əsas götürəcəkdir. “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, – deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” Quran,“Süfrə” surəsi, 19-cu ayə. Yazıya əlavə: 2023-cü ilin Ay tutulmalarının monitorinqi göstərir ki, onlar 6.585 gün fərqlə təkrarlanır ki, bu da bir astronomik dövrdür. Astronomiya emində bu dövrə saros dövrü deyilir və 18 il, 11 gün 8 saatı (6.585 günü) əhatə edir. Tərtib (kəşf) etdiyimiz cədvəldən bunu aydın görmək olur: P.S: O ki, qaldı 2023-cü ildə kimlərin bəxtinin, taleyinin gətirəcəyinə, bilməlisiniz ki, əslində insan öz taleyini özü yazır. Belə ki, bu il ərzində insanın etdiyi bütün yaxşılıq və pisliklər öz alnına da yazılır və növbəti ildə bu və ya digər formada qarşısına çıxir. pisliklər başa-baş, yaxşılıqlar isə, birə yeddi yüz nisbətində insana qayıdır. İnsanın etdiyi yaxşılıqların birə yeddi yüz özünə qayıtması haqda belə bir ayə var:”Allah xatirinə yaxşılıq edənlər hər sünbülündə yüz dən olmaqla, yeddi sümbül bitirən bir dən kimidir”. Buradan aydın olur ki, Allah yolunda bu il xərclənən hər bir manatın əvəzində Yaradan yeddi yüz manat qaytarır. Odur ki, insanlar xeyir əməllərdən, savab işlərdən çəkinməməlidirlər. Kimlər ki, bu il yaxşılıqlar ediblər, 2023-də əvəzini yeddi yüz qat alacaqlar. Paşa Yaqub Həkim, Elmi-lədun bilicisi
0 Comments
”Məgər göylərdə və yerdə olanların, Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların hamısının, insanların isə, bəzilərinin (!)Hamısıaha səcdə etdiyini görmürsənmi?” “Quran”, “Həcc” surəsi, 18 2023-cü ildə – 20 aprel və 14 oktyabr tarixləri olmaqla – iki dəfə Günəş tutulması gözlənilir. Elmi-lədun hesablamalarımız göstərir ki, bu tutulmalar təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Burada diqqət çəkən məqamlardan biri gələn ilin tutulmalarının Saros dövrünə uyğun – 6585 gün fərqlə baş verməsidir ki, bu da bir astronomik dövrdür. Hansı ki, Astronomiya elmində ona “Saros dövrü” deyilir (bu dövr haqqında əvvəlki yazılarımızda bəhs etmişik). Tərtib etdiyimiz və astronomiya elmində yenilik olan aşağıdakı cədvəldə bunu aydın görmək olur: 6585 gün fərqlə baş verən Günəş tutulmalarının cədvəli Gələn ilin Günəş tutulmalarında diqqət çəkən məqamlardan biri dəastronomik hadisənin 29 ədədi altında baş verməsidir. Yəni, tutulmalarnın tarixini Hicri-qəməri təqviminə çevirsək görərik ki, bir qayda olaraq ayın 29-na düşür. Məsələn, birinci tutulma Ramazan ayının 29-na, ikinci tutulma isə, Rəbiül-əvvəl ayının 29-na təsadüf edir. Bu astronomik hadisələrin bizə ötürdüyü kodlaşdırılmış mesajları anlamaq üçün, 29 ədədinin hikmətinə nəzər salaq. Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer kürəsinə işarədir. Çünkü, yerin insan yaşayan quru hissəsi 29 %-dir. Yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir. Diqqətinizi daha bir məqama yönəldək ki, “Quran”ın 29-cu surəsi “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar şər qüvvələrin, mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar. Qurani-Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. Gələn ilin tutulmalarının 29 ədədi altında baş verməsi Yer əhlinə kodlaşdırılmış xəbərdarlıq kimi qəbul edilməlidir. Yəni, az vaxtda insanları əsarətdə saxlayan mafiya tipli dövlətlərin (yaxud, dövlət tipli mafiyaların) dağılacağını xəbər verir. Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir. 69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır. Son dövrlər diktatorların hakimiyyətə gəlməsini araşdıran tədqiqatçılar bir məqama xüsusiylə diqqəti cəlb edirlər ki, onların bir çoxu hakimiyyətə 69 ədədi altında (69-cu ildə) gəlmişlər. Mafiya və monopoliyalar da həmin vaxtdan dövlətlərin içinə sızmışlar. Yəni, 69-dan dövlətlər mafiyalaşmağa başladı. Yuxarıda qeyd etdiyimiz kimi, 69 ədədi “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd “Quran”da qiyamət rəmzi sayılır. Firoonun prototipləri olan diktatorların da 69 ədədi altında hakimiyyətə gəlmələri və xalqları hörümçək kimi tora salaraq əsarətdə saxlamaları bizə qiyamətin yaxınlaşdığını xəbər verirdi. Bu fakt onu göstərir ki, 69-cu və 29-cu surələr həm mahiyyətcə, həm də riyazi yolla biri-birinə bağlanırlar. Sübut üçün daha bir dəlil gətirim: 29 ədədi (29-cu ayə) müqəddəs kitabda məhz 69 dəfə keçir (“Quran”ın altmış doqquz surəsində 29-cu ayə var; qalan surələrdə ayələrin sayı 29-dan azdır). Yuxarıda qeyd etdik ki, 29 ədədi Yerin insan yaşayan (quru) hissəsinə işarədir. Fironun prototipləri olan diktatorların 69-cu ildə hakimiyyətə gəlməsi ilə 29 faizlik Yerdə zülmün əsası qoyuldu və mafiyalar bəşəriyyəti hörümçək kimi tora saldılar. Onların qurduqları dövlətlər də mafiya tipli dövlətlərdir (yaxud, dövlət tipli mafiyalardır). Fərəhli haldır ki, elm və peyğəmbərlik əsri olan XXI əsr başlayandan bəri, bu hörümçək toru dağılmağa başlayıb və Yaradanın iradəsi ilə bu proses irəliləməkdədir. Bu da təsadüfü deyildir. Belə ki: 29 x 69 = 2001 Gördüyümüz kimi bu hikmətli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir. Xatırladaq ki, 21 ədədi “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan bu ədəd “Quran”da elm, kamillik və peyğəmbərlik rəmzi sayılır. Elmi-lədun hesablamalarımıza görə elm əsri olan 21-ci əsr başlayandan bəri bəşəriyyət kamillik dövrünə doğru irəliləməyə başlayıb. Bu özünü onunla büruzə verir ki, artıq cəmiyyətdə kamillik mərhələsində olan insanlar görünməyə (tanınmağa) başlayıblar və onlar cəmiyyətə İlahi mesajlar ötürürlər… Diktatorların əsasən Şərq ölkələrində hakimiyyətə gəlməsini əsas götürən ateistlər bunu İslam dini ilə əlaqələndirmək kimi uğursuz cəhdlər edirlər. Məsələyə açıq gözlə baxdıqda isə, bunun tam əksini görmək mümkündür. Yəni, 29 faiz Yerin hər tərəfində zalımları hakimiyyətə gətirən, mafiya tipli dövlətləri yaradan və bu günədək onarın hakimiyyətini hər vəclə qoruyub saxlayan əslində qeyri müsəlmanlar – yahudi və xaçpərəstlərdir. Bunu görmək üçün heç də yüksək savad tələb olunmur. Sadəcə, azacıq gözüaçıq olmaq yetərlidir. Özlərini “İslam” ölkəsi kimi təqdim edənlərin kimlərlə müttəfiq olmalarına baxsanız, onların mahiyyətlərini başa düşəcəksiniz (İran rus və ermənilərlə, ərəb ölkələri isə, İngilisdilli ölkəllərlə müttəfiqdirlər…). Bizim baxışlarımıza görə bu gün dünyada nəinki İslm dövləti yoxdur, əksinə, özlərini İslam kimi təqdim edən dövlətlər dini və millətləri parçalamaqla, İslamı gözdən salmaqla məşğuldurlar… 2023-cü ilin Günəş tutulmalarının Elmi-lədun təhlili göstərir ki, Yaradan yolun azmış, bəşəri dəyərlərdən uzaqlaşmış insanlara, və onların rəhbərlərinə (!) xəbərdarlıq edir ki, tövbə edib, doğru yola qayıtsınlar və bir-birlərinə zülm etməkdən, əziyyət verməkdən çəkinsinlər. Əks halda xalqları və onların zalım rəhbərlərini ağlasığmaz bəlalar gözləyir. Təsadüfü deyildir ki, ilk tutulma (Yerdəki saat fərqini nəzərə almaqla) ilin 111-ci günü baş verəcəkdir. Bu da Quranın 111-ci (“Əbu-Ləhəb”) surəsinə işarədir ki, həmin surədə məşhur bir hökm verilir: “Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” (111:1) Elmi-lədun hesablamalarımız göstərir ki, bu hökm indiki dövrə də şamil olunacaq və zülm edənlərin əlləri quruyacaqdır! 2023-cü ilin ikinci tutulması oktyabrın 14-də baş verəcəkdir ki, Yerdəki saat fərqini nəzərə alsaq həmin tarixin ilin 286-cı günü olduğunu görərik. Bu ədəd orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayıdır. Burada diqqət çəkən digər maraqlı məqam ondan ibarətdir ki, başqa tutulmalar kimi, bu tutulma (14 oktyabr tutulması) da 286 ədədinin üç misli olan 858 ədədi ilə təkrarlanır. Bunu aşağıdakı cədvəldən aydın görmək olur. Bax: 858 ədədi ilə təkrarlanan Günəş tutulmasının cədvəli Bu və digər hesablamalarımız göstərir ki, 2023-cü ilin Günəş tutulmaları bəşəriyyətə ötürülmüş astronomik mesajlardır və insanların diqqətini Qurana (Hamısıahın buyurduqlarına) yönəltmək məqsədi daşıyır. Yerə enən bəlalardan sığortalanmaq üçün Hamısıahın kitabda yazdığı tövsiyyələrə əməl etməli, bütün pis əməllərdən, o cümlədən xalqa zülm etməkdən əl çəkilməlidir. Əks halda yuxarıda qeyd etdiyimiz kimi, 111-ci surədəki hökmün icrası vacib olacaqdır. 2023-cü ilin Günəş tutulmalarının təhlili göstərir ki, indiki şeytani dövr gələn il bitəcək, dövlət adına qurulmuş bütün mafiya və monopoliyalar dağılacaq; onları yaradanlar isə, ciddi cəzalanacaqlar… Təsadüfü deyildir ki, Quranın 23-cü surəsi “Möminlər” adlanır və ilk ayəsində möminlərə qələbə vəəd olunur: “Həqiqətən, möminlər Nicat tapmışlar!” (23:1) Elmi-lədun hesablamalarımız göstərir ki, Allahın möminlərə verdiyi bu vəəd məhz elm əsrinin 23-cü (!) ilində gerçəkləşəcəkdir. Qüdrət Allaha məxsusdur! Paşa Yaqub, Həkim, elmi-lədun bilicisi “Biz hər şeyi sayıb yazmışıq” (Quran)
Bu gün Bakı-Quba yolunda (Siyəzən ərazisində) mikroavtobusun yük maşını ilə toqquşması xeyli sayda insanın ölümü və yaralanması ilə nəticələndi (dünyasını dəyişənlrə Allahdan rəhmət, yaralılara şəfa diləyirik). Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən qəza təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Əvvəlki qəzalarda olduğu kimi, bu qəza da 114, 286 və 555 ədədləri altında baş vermişdir ki, bu da Quran rəmzləri olmaqla, hadisənin Allahdan gələn bir xəbərdarlıq mesajı olduğunu ortaya qoymaqdadır. Bunu aşağıdakı faktlardan görmək olur: 1) Yadınıza salaq ki, 21 avqust tarixdə Cəlilabadda bazar yanmışdı. Bu gün həmin həyəcanlı hadisənin 114-cü (!) günüdür ki, bu da Quran rəmzi olmaqla, hər iki hadisənin Allahdan millətimizə növbəti xəbərdarıq olduğunu sübut edir. 2) Günəş və Ay tutulmalarını təhlil edərkən onların Yer əhlinə xəbərdarlıq siqnalı olduğunu vurğulamışdıq. Belə astronomik xəbərdarlıqlardan sonra adətən Yerə bəlalar enir. Bu bəlalara tuş gəlməmək üçün insanlara tövbə edib, günah işlərdən uzaq durmağı tövsiyyə etmişdik. Təssüf ki, insanlar tövsiyyələrimizi qulaqardına vurdular və Allahdan gələn heç bir xəbərdarlığa məhəl qoymadılar. Ona görə də ölkəmizdə ard-arda bədbəxt hadisələr, yanğın və qəzalar baş verməkdədir. Bugünkü qəza da riyazi yolla 30 aprel tarixli Günəş tutulmasına bağlanır. Bu gün həmin astronomik xəbərdarlığın 228-ci günüdür ki, bundan da Quranın surələrinin sayını çıxsaq, yenə də Quran rəmzi (114) alınır və hadisənin Allahdan xəbərdarlıq olması barədə söyədiyimiz fikri bir daha təsdiq edir: 228 – 114 = 114 3. Elmi-lədun hesablamalarımız göstərir ki, bu avtobus qəzası özündən əvvəlki avtobus qəzası (04.03.22) ilə də bağlanır. Belə ki, həmin vaxt 166 saylı marşrut avtobusunda qəza baş vermiş, bir neçə nəfər həyatını və sağlamlığını itirmişdi. Bu iki analoji qəza arasında 286 (!) gün fərq vardır. Orjinal (Kəbədə saxlanan) Quranın səhifələrin sayı olan bu ədəd Allahın kodlaşdırılmış möhürü (indiki rəqəmsal imza) olaraq bütün qəzaların, faciyələrin üzərinə vurulur. Hər iki avtobus qəzasının 286 ədədi ilə birləşməsi onların Allahdan gələn mesaj olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir. Qeyd edək ki, 166 saylı marşrut avtobusunda qəza baş verəndə də eynən bu cür hesablamalar yazıb paylaşsaq da, təssüf ki, nəticə çıxaran olmamışdı (kaş indi nəticə çıxaraydılar). 4. Bu gün həmçinin 26.05.2021 tarixli Ay tutulmasının (astronomik xəbərdarlığın) 572-ci günüdür ki, bundan da Quranın səhifələrinin sayını çxsaq, yenə də Allahın kodlaşdırılmış möhürü (286) alınır və qəzanın Allahdan bir mesaj olduğunu, siqnalının daha öncə Günəş Ay tutulması ilə verildiyini bir daha təsdiq edər: 572 – 286 = 286 5. Bu gün 10 iyun 2021-ci il tarixli Günəş tutulmasının 555-ci günüdür ki, bu da Quranda tövbə və cəza rəmzidir; hadisəni eşidib-bilənlərə tövbə edib düz yola qayıtmaları üçün növbəti İlahi mesajdır. 6. Hər qəzada olduğu kimi, bu qəzada da məkan təsadüfü seçilməyib. Yəni, Elmi-lədun yolu ilə qəzanın üzərindən sir pərdəsini qaldıranda, baş verdiyi rayonun seriyası (həmişə olduğu kimi) hadisənin üzərində görünür. Belə ki, bu gün 25 oktyabr tarixli Günəş tutulmasının 53-cü günüdür ki, bu da avtobusun qəzaya uğradığı Siyəzən rayonunun seriyasıdır (rəmzidir). 7. Oxucuda sual yaranacaq ki, niyə Azərbaycanda bu cür faciələr, yanğınlar baş verir? Nədir xalqın günahı? Həmişə olduğu kimi, yenə də təkrarlayıram: ölkədə haqsızlıq, ədalətsizik, haramçılıq, pozğunluq tüğyan etdiyinə və zülm ərşə dirəndiyinə görə xeyir bərəkət çəkilir (iş yerləri azalır, dəryalardan, təbiətdən ruzilər çəkilir...) və göydən ancaq bəlalar enir. Xalqın günahı odur ki, bir belə zülmləri gördüyü halda susur və zalıma dəstək verməklə (təbiğ etməklə, səs verməklə) onun zülmünə şərik olur. Rəhbərlər isə, haqqı, ədaləti, halallığı bərpa edəcəklərinə görə Qurana əl basıb and içir, sonra isə içdikləri anda əməl etmirlər (bu vəziyyət heç xalqı da düşündürmür, sanki elə belə də olmalıdır). Nəticədə həm rəhbərlər, həm də ona dəstək verən, rəğbət bəsləyən xalq Allahın qəzəbinə düçar olur. Sözümüzün sübutu üçün daha bir hesabamanı diqqətinizə çatdırırıq: bu gün dövlət səviyyəsində üçüncü andiçmənin 3.340-cı günnüdür ki, bundan da tövbə və cəza rəmzini çıxsaq, yenə də Quran rəmzləri alınır və söylədiyimiz fikrin Allahdan olduğunu bir daha təsdiq edir: 3340 – (555+555) – (286+286+286) - (286+286+286+286) = (114+114) Bütün bu və digər (çoxsaylı) hesablamalarımız göstərir ki, xalq Allahın qəzəbinə gəldiyindən cürbə-cür bəlalara tuş gəlir. Bütün bunlardan çıxış yolu isə, tövbə etmək, etdiyi günahlara (həmçinin, zalıma rəğbət bəslədikərinə) görə Allahdan üzr diləməkdir. “Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də öz düşməninizi dost tutun! Onlar sizin haqqınızı inkar etdikləri (oxu: sərvətlərinizi taladıqları, uşaqpulu vermədikləri, hüquqlarınızı pozduqları...) halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərir, rəğbət bəsləyir, təbliğ edirsiniz)...“ (Quran, 60:1) Xəbərdarlığı şərh etdi: Paşa Yaqub – həkim, Elmi-lədun bilicisi “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94.
Xəbər verildiyi kimi dünən (7 dekabr 2022) Dövlət Sərhəd Xidmətinin Akademiyasında 14 nəfərin zəhərlənməsi ilə nəticələnən yanğın baş verdi. Elmi-lədun araşdırmalarımız göstərir ki, bu yanğın təsadüfü olmayıb (Quran məntiqinə görə həyatda təsadüf yoxdur), xüsusi bir qanunauyğunluğa tabedir. Hesablamalarımız göstərir ki, İ.Ə formasında tikilmiş bu binanın yanması ölkədə haqsızlığın artmasına, zülmün ərşə dirənməsinə görə Allahdan bir xəbərdarlıq mesajıdır ki, rəhbərlər bunlara son qoysunlar. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur: 1) Xatırldaq ki, keçən il deakbrın 30-da Alov qüllələrinin qarşısındakı məşəlin partlaması nəticəsində xeyli maddi ziyan dəymişdi (həmin vaxt bu hadisənin İlahi mesaj olması barədə hesablamaları yaymışdıq). Maraqlıdır ki, hərbi akademiyada yanğın baş verəndə həmin hadisənin 342-ci günü idi ki, bundan da Quran rəmzi olan 114 ədədini çıxdıqda yenə də Quran rəmzi alınır və hadisənin Allahdan mesaj olması barədə söylədiyimiz fikri təsdiq edir: 342 – 114 – 114 = 114 (Hesablamanı bədii dilə çevirsək: Quran, Quran, Quran alınır və insanların diqqətini Allahın elm kitabı olan Qurana yönəldir. Bu səbəbdən də yanğın elm öyrədilən məkan olan Akademiyada baş verdi). 2) Yadınıza salaq ki, avqustun 15-16-dan etibarən Sabran və siyəzən ərazisində başlayan yanğın ölkənin bir hissəsini əhatə etdi və uzun müddət davam elədi. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu iki analoji hadisə (yanğın) arasında 114 (!) gün fərq vardır ki, bu da diqqətimizi bir daha Allahın kitabına əməl etməyin (halallığı bərpa etməyin) vacibliyinə yönəldir. 3) Bu ilin 23 aprelində (saat fərqiylə ilin 114-cü günü) Bakı metrosunda qatar 10 dəqiqə tuneldə qaldığından, ölkədə həyəcan yaşandı. Maraqlıdır ki, dünən DSX-nin Akademiyasında yanğın baş verəndə həmin metro həyəcanının 228-ci günü idi ki, bundan Quran rəmzini çıxanda, yenə də müqaəddəs kitabın rəmzi alınır və hadisənin Allahdan bir xəbərdarlıq mesajı olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir: 228 – 114 = 114 4) Xatırladaq ki, daha bir səs-küylü yanğın hadisəsi Baksöl yolundakı taxta bazarında baş vermişdi (22.08.2019). Hesablamalarımız göstərir ki, dünən Akademiyada baş verən yanğın riyazi yolla taxta bazarındakı analoji hadisəyə bağlanır və biri-birinin davamıdır. Bu iki yanğın arasında 1200 gün fərq vardır ki, bundan da orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin (286) sayını çıxanda surələrinin sayı alınır və hər iki hadisənin zülmün artmasına görə Allahdan xəbərdarlıq olduğunu bir daha təsdiq edir: 1200 – (286+286+286) = (114+114+114) 5) Orjinal Qurandan söz düşmüşkən, İlham Əliyev Kəbədə saxlanan həmin Quranı ziyarət etdi (19.05.2017). Maraqlıdır ki, dünən İƏ formasında tikilən elm ocağında baş verən yanğın hadisəsi riyazi yolla Kəbədəki Quranın ziyarətinə bağlanır. Belə ki, dünənki yanğın sözü gedən ziyarətin 2024-cü günü baş verdi ki, bundan da tövbə rəmzini (555) və Müqəddəs kitabın səhifələrinin sayını çıxanda surələrinin sayı qalır və hadisənin Allahın xəbərdarlığı olduğunu bir daha təsdiq edir: 2024 – (555+555) – (286+286) = (114+114+114) Bütün bu və digər (sizi yormamaq üçün yazmadığım onlarla bənd) hesablamalar onu göstərir ki, Kəbədə müqəddəs kitabı ziyarət etmək nəsib olan şəxs bunu dəyərləndirməlidir və halallığa. əxlaqa, mənəvi dəyərlərə, dürüstlüyə başqalarındn daha çox önəm verməlidir. Bu gün bunların əksi baş verdiyinə (ölkədə halallıqdan, əxlaqdan, mənəviyyatdan, düzgünlükdən... bir sözlə bəşəri dəyərlərdən əsər-əlamət qalmadığına) görə və zülm ərşə dirəndiyinə görə Rəbbim müxtəlif fəlakətlərlə, o cümlədən, dünən DSX Akademiyasındakı yanğınla xəbərdarlıq nesajı verir ki, özünüzə qayıdın, var-dövlət və şan-şöhrət gözünüzü tutmasın. Dünyanı idarə edən Qüdrət və Elm sahibi Allah var; Onu unutmayın və Onun yaratdığı məzlum insanların haqqını yeməyin, onlara haqsız yerə zülm etməyin! Yeri gəlmişkən, xəbərdarlığa məkan olaraq DSX Akademiyasının seçilməsi də təsadüfü deyildir. Belə ki, həmin məkan ölkənin müdafiyə və mühafizəsini öyrədən elm ocağıdır. Böyük bir Elmə sahib olan Yaradan bununla mesaj verir ki, əsgərlərinizə, mühafizənizə güvənib məzlumlara zülm etməyin, sizə atəş toxunar və çox ağır cəzalanarsınız: “Bu əsgərləriniz kimdir ki, onlar sizi Allahın əzabından qoruya bilsinlər?” “Hakimiyyət” surəsi, 20-ci ayə. Onu da qeyd edim ki, dünənki yanğının riyazi yolla əlaqələndiyi bütün keçmiş hadisələr baş verəndə həmin gün onların niyə baş verdiyini və hansı mesajı verdiyini bu formada paylaşmışıq. Sonuncu abzasda qeyd etmişik ki, bu xəbərdarlıqdan nəticə çıxarılmayacağı təqdirdə daha böyük faciələr baş verəcəkdir. Təəssüf ki, həmin faciələr baş verməkdədir və artıq həmin fəlakətlər ölkədəki haqsızlığa birbaşa cavabdeh olanların qapısının kandarında baş verməkdədir. Bundan da ibrət almasalar artıq faciə saraylarının içərisinə daxil olacaqdır. “Demədi” deməməyiniz üçün bunları yazırıq. Bizdən xəbərdarlığı şərh edib göndərməkdir; əməl edib-etməyəcəyinizə özünüz qərar verin (əməl etsəniz faciələr sarayınıza daxil olmaz). İ.Ə formasında tikilmiş və mühafizə elmini öyrədən Akademiya binada yanğın baş verəndə Prezidentin Qurana üçüncü dəfə əl basmasından 3.330 gün keçirdi ki, bundan da tövbə və cəza rəmzini (555) çıxanda, yenə də tövbə və cəza rəmzi alınır və günahlara son qoyaraq, tövbə etməyin vacibliyi mesajını verir: 3330 - (555+555+555) = (555+555+555) Bu düsturu bədii dilə çevirsək: tövbə, tövbə, tövbə kimi oxunar. Xatırladım ki, üçüncü andıçmə baş tutan gün Ay tutulması oldu. Bütün bunlar onu göstərir ki, Quran oyun oyuncaq deyil və beşildən bir yalandan and içmək üçün göndərilməyib. And içmisənsə mütləq haqqı ədaləti qorumalısan və xalqın malını, sərvətini oğurlamamalısan. Əks halda Quranın 111-ci sırasındakı hökm vacib olar və o insanın üzərində icra olunar!!! Qeyd edək ki, 111-ci surə 5 ayədən ibarət olmaqla, hasili 555 ədədinə bərabərdir: 111 × 5= 555 !!! Yəni, bu yanğın hadisəsi təsadüfən (Allah buyurur ki, həyatda təsadüf olmur) üçüncü andiçməyə bağlanmır və burada 555 ədədinin təkrarlanması da böyük bir hökmün icra olunacağının xəbərdarlığını verir!!! “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16-17. Xəbərdarlığı şərh etdi: Paşa Yaqub – həkim, Elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |