Cənabİ Cəbrayıl mənə nazİl olaraq üç düstur verdİ və dedİ kİ, sabah Paşa Yaqub gələcək ona verərsən7/27/2021 Sağalmaz xəstəlikdən möcüzə sayəsində şəfa tapan tanınmış vəkil Zahidə Vulkan onu həyata qaytaran doktoru Paşa Yaqub haqqında kitab yazıb. "Əfsanəvi fenomen" adlanan bu kitab elmi-lədun bilicisi, qeyri-adi müalicə üsulu olan Paşa Yaqubun həyat və fəaliyyətindən, müalicə metodundan bəhs edir. Oxucu marağını nəzərə alaraq, pashayaqub.weebly.com/ saytı hazırda çapda olan bu kitabın daha bir hissəsini oxucularına təqdim edir.
USTAD SÖZÜ Fərəcov Xalid Saday oğlu (Hacı Xalid): - Paşa Yaqubla ilk dəfə görüşümüz belə oldu ki, adi təsadüfdən çayxanada bir masada əyləşməli olduq. Çox gənc idi. Əlindəki “Allahın dostları” adlı kitab diqqətimi çəkdi. Ustündə “Paşa Yaqub”, yazılmışdır. Sual verdim ki, adınız nədir? Paşa Yaqub dedikdə kitabın müəllifi olduğunu bildim. Biz xeyli söhbət etdik. Onu dinlədikcə heyran qalırdım ki, elmin bütün sahələrindən danışır. Mükəmməl savada malik olması danışdıqlarından bəlli olurdu. Gənc yaşlı birinin Allaha və ona sadiq olanlara bağlılığı da diqqətimi çəkdi. Qəlbimin dərinliyində bir səs mənə-onu yaxından tanı,- deyə bildirdi. Bu məqsədlə də ev ünvanımı ona verərək, bizə gəlməsini xahiş etdim. Uzun müddət keçdi, Paşa Yaqub gəlmədi. Bir gecə yuxuda Cənab Cəbrayıl mənə nazil olaraq üç düstur verdi və dedi ki, Paşa Yaqub gələcək ona verərsən. Yuxudan oyanan kimi düsturları yazdım. Hələ günorta olmamışdı ki, qapı döyüldü. Qapını açanda təəccübdən yerimdəcə donub qaldım. Bir anlıq yuxuya daldım və həmin yuxu gözlərim önündə canlandı. Onun: - Salam, deyəsən münasib vaxtda gəlməmişəm - deməsi səsinə silkələnərək ayıldım. Gülümsəyərək: - gəldiyini bilirdim, dedim. O da təəccüblə: Hardan bilirdiniz? deyə soruşdu. Beləcə, Allah qonağını evə dəvət etdim. Onunla xeyli söhbətləşdik. Sağollaşıb gedəndə düsturları yazdığım vərəqi ona uzadaraq, sənə çatacaq dedim. Baxdı, – anlamadım, dedi. Yuxumu ona danışdıqda güldü və kağızı tutan əli titrəməyə başladı. Soruşdum ki, nə oldu sənə? Uşaq kimi sevinməyə başladı və gülə-gülə dedi ki, bunu mən çoxdandır ki, oxuduğum kitablarda axtarmışam. Axır ki, şükürlər olsun Yaradana! Axtardığımı göndərdi mənə. Etiraf edim ki, mən də həmin düsturların nə olduğunu anlamadım. Amma Allahın əmanətini olduğu kimi sahibinə çatdırdığım üçün qürurlu idim. Mənə, ustadımsan, – deyib getdi. Bir müddət sonra Paşa Yaqubun məqalələrində kainatda baş verən hadisələrin və “Quran”ın riyazi dillə (düsturlarla) hesablamaları barədə yazılarını oxuyanda başa düşdüm ki, Paşa Yaqub Allahın sevimli bəndələrindəndir. Uzun müddət get-gəl etdikdən sonra “ustadı” olsam da, dostu da ola bildim. Paşa Yaqub kəşf edilməmiş bir sirdir. Onun özünü kəşf etmək üçün də bir düstur lazımdır. O, dərin biliyə malik bir fonemendir. CƏFAKEŞ İNSAN, QƏLƏM DOSTUM Tarixçi, tədqiqatçı, “Qızıl Qələm” mükafatı laureatı, publisist, şair, Bakı Slavyan Universitetinin elmi işçisi, BDU-nun müəllimi Vəlişov Nazim Tapdıq oğlu: - Paşa Yaqub imzası oxuculara yaxşı tanışdır. O, otuz bir kitabın, beş ensiklopediyanın və onlarla məqalənin müəllifidir. Paşa Yaqub elmi-dini, tarixi araşdırmalarla bərabər, bir sıra yaşayış məntəqələrinin adlarının mənşəyi, toponomiyası, arxeologiyası, eləcə də Böyük Vətən, Əfqanıstan, Qarabağ müharibələrinin iştirakçıları, şəhidləri haqqında dəyərli kitablar yazmışdır. Həyat təcrübəsi göstərir ki, xeyirxah niyyətli insanlar həmişə insani dəyərlərə layiq işlər görməyə çalışırlar. Bu, doğrudan da belədir. Əslində yaxşı adamların gördükləri yaxşı işlər yaxşı da qiymətə layiqdir. Heç kimdən təmənna güdməyən Paşa Yaqub insanlara xidmət etməyi hər şeydən üstün tutur və haqlı olaraq sübut etməyə çalışır ki, əgər ürəkdə həvəs və sevgi varsa, Azərbaycanın istənilən yaşayış məntəqəsinin tarixini araşdırıb ortaya maraqlı bir əsər qoymaq mümkündür. İlk baxışda elə görünə bilər ki, burada qeyri-adi bir şey yoxdur. Amma, hər şeyə diqqət ilə yanaşsaq, mədəni irsimizi diqqətlə araşdırsaq, bir sıra məsələlərlə yanaşı, hər hansı bir kəndin fəxr edilməli şərəfli keçmişi olduğunun şahidi olarıq. Paşa Yaqub istər kitablarında, istərsə də məqalələrində kimya, fizika, anatomiya, biologiya, tibb, astronomiya, daktiloskopiya, kibernetika və informatika elmlərinin bu günədək gizli qalan məqamlarını araşdırıb, onların həyatımıza təsirindən əsaslandırılmış faktlarla söhbət açır. Paşa Yaquba məxsus olan maraqlı araşdırmalar, izahlar oxunaqlı bir dillə oxucuya çatdırılır və əlbəttə, müəllifin özünün də qeyd etdiyi kimi, aqillərin “kəşf”, cahillərin isə, “fantaziya” adlandıracağı bu tipli maraqlı yazıları, fikirləri, kitabları gələcəkdə də davam etdirəcəyinə inanıram. Mən hörmətli qələm dostum Paşa Yaquba həyatda möhkəm cansağlığı, elmi-ədəbi yaradıcılığında və həkimlik fəaliyyətində uğurlar arzulayıram. Arzu edirəm ki, maraqlı araşdırmaları ilə oxucularının böyük rəğbət qazanmış Paşa Yaqub bundan sonra da tibb elmindəki naliyyətləri ilə pasiyentlərini tez-tez sevindirsin. DOSTUN DUALARI Rəhmətlik dostu Nizami Ağayevin 16 fevral 2018-ci il tarixli facebook rəyindən: - Ey DƏYƏRLİ İNSAN, ey DƏYƏRLİ QARDAŞIMIZ! Hər şey üçün çox dərin-dərin təşəkkürlərə və minnətdarlıqlara layiqsiniz. Qiyməti və dəyəri çox böyük ölçüdə olan mənəviyyat boxçasına sahibsiniz ki, faydalanan hər kəs bilir onun dəyərini. ALLAH faydalanmaq istəyənlərə də nəsib eləsin! ALLAH bu yolda çəkdiyiniz zəhmətlərin (həm maddi, həm də mənəvi) əvəzini artıqlaması ilə versin və Sizi tək bizlər üçün deyil, bütün bəşəriyyət üçün var eləsin! 21 oktyabr 2018-ci il tarixli paylaşmasında isə, Nizami Ağayev yazırdı: - Allahın mənə ən böyük lütfindən biri kimi Paşa bəylə dost-qardaş olduğum günü saymışam və sayıram. Tam səmimiyyətimlə deyirəm: - İllərdir ki, özlərinin fikirləşdikləri kimi birinin gələcəyini gözləyən bir çoxlarının (yanlarından ötüb keçən bir müjdəçinin varlığını anlamazlıqdan gəldiklərinin fərqinə varıb) necə peşmançılıq keçirəcəklərinə Allahın iznilə çox şahidlik etmək istərdim. Allah Sizi hifz etsin, Paşa Yaqub! O, SEÇİLMİŞLƏRDƏNDİR... Kəramətli övliyaların yolu şərəfli yoldur. Araşdırmaçı Vüqar İsmayılzadənin Paşa Yaqubla müsahibəsi: - Paşa Yaqub nurani və ruhani insan olaraq, seçilmişlərdəndir, - desəm, yanılmaram. Fikri, zikri yalnız insanların sağlamlığı, onların şəfası, Allahdan, Ulu Kəramət sahiblərindən aldığı ruhu, enerjini, nəfəsi qarşısındakı xəstəyə ötürməklə, onun neqativ təsirlərə məruz qalmış ruhunu təmizləmək və sair missiyalardan ibarətdir. 2018-ci ilin yay aylarından birində onunla görüşüb çay süfrəsi ətrafında söhbətləşdik: - Salam hörmətli Allah adamı, necəsiniz? - Xoş gördük, təşəkkür edirəm və çox şadam görüşümüzə. - Paşa doktor, nə vaxtdan bu işlə məşğulsunuz? - 20 ildir ki, özümü həsr etmişəm Kəramətli övliyaların sirlərinə və bir də hiss etdim ki, onlardakı hikmət mənə də keçib. - Demək, 20 il əvvəl həyat bir az başqa formada idi ? - Bəli, Bişir Hafinin həyatına bənzər... - O kimdir elə? - İndi onun adı dillər əzbəridir. Təxminən 600 il əvvəl Bağdadda sadə və təvəzökar bir Bişir var idi, bütün boş vaxtını meyxanələrdə keçirdərdi, bizim Əlağa Vahid kimi bir adam idi, evdən çıxan kimi dostları ilə ora yığışar və mey məclisləri düzüb qoşardılar. Və beləcə bir gün... - Maraqlıdır... - Hə, beləcə bir gün Bişir yenə meyxanədən çıxıb evə gedəndə yerdə bir kağız görür. Tapdığını əyilib yerdən götürərək maraqla baxır və görür ki, yazılıb “Bismilləhir Rəhmanir Rəhim”. Fikirləşir ki “burda Allahın adı yazılıb”, qorxusundan yerə atmır, cibinə qoyur, evə gələndə o kağızın tozunu silir, ətirləyir ki, Allahın adı təmiz və ətirli olsun. Sonra fikirləşir ki, bu kağızı hara qoyum ki, uşaqların əlinə keçməsin, yerə düşməsin. Birdən baxır ki, evin yuxarı başında divarda bir mismar var, fikirləşir ki, “Allahın adı ən yüksəkdə olmalıdır” və kağızı həmin mismara taxıb yatır. O gecə Bağdaddakı böyük övliyalardan biri röya gördü. Röyada deyildi ki: “Get, Bişrə belə söylə: “İsmimi təmizlədiyin kimi, səni təmizlərəm. İsmimi böyük tutduğun kimi, səni böyüdərəm. İsmimi gözəl ətirli etdiyin kimi, sənin ismini dünyada və axirətdə təmiz və gözəl edərəm”. Həmin övliya fikirləşdi ki, Bişr günaha batmış adamdır, olsun ki, yalnış yuxu görmüşəm. Dəstəmazını aldı, namazını qıldı və yenidən yatdı. Təkrar eyni röyanı gördü. Beləcə üç dəfə davam etdi. Səhər açılar-açılmaz Bişr Hafini axtardı. Dedilər ki, meyxanadadır. “Ona deyin ki, ona mühüm xəbərim var” – deyə buyurdu. Bişrə xəbər verdilər. Gəlib soruşdu ki: “Kimdən xəbər verəcəksən?” Övliya bildirdi ki, ona Allah-təaladan xəbər verəcək. Bişr bunu eşidib ağladı, sonra dedi: - Mənə qəzəbimi tutub, yoxsa şiddətli bir əzabamı düçar edəcək? Gözlə dost-tanışıma deyim ki, Allaha ismarladıq. Bunu deyib, üzünü dost-tanışına tutdu. Belə söylədi: - Ey qardaşlarım! Məni çağırdılar. Mən gedirəm. Bundan sonra məni bir daha bu işdə görə bilməzsiniz. Beləcə, Bişr tövbə etdi. Bişr Hafi özünü dostu Füzeyl bin İyad kimi elmə vermişdi. Bütün vaxtını elmə həsr edərdi. Yeddi sandıq hədisi-şərif kitabı əzbərləmişdi. Ürəyində şəkk olan adamlardan uzaq gəzirdi. Çox mömin idi. Hal əhli olmuşdu. Müqəddəslər arasında adı və sanı uca idi. Ayaqyalın gəzərdi. Odur ki, ona “Hafi” deyirdilər. Ondan soruşanda ki: “Nə üçün ayaqqabı geyinmirsən?” cavab verərdi ki: “Söz verdiyim gün ayaqyalın idim. İndi ayaqqabı geyinməyə həya edirəm. Allah-təala buyurur ki, yer üzünü sizin üçün döşədim, xalı etdim (Nuh, 19). Padşahların xalısına ayaqqabı ilə ayaq basılmaz”. Ayaqyalın gəzdiyi üçün onun sağlığında Bağdaddakı heyvanlar ona hörmət olaraq yola batırmazdılar. Bir gecə bir nəfərin heyvanı yola batırdı. Həmin adam feryad edib dedi ki: “Bişr Hafi öldü”. Səhər gördülər ki, doğurdan da, Bişr Hafi vəfat edib. - Sizin auranız qeyri-adidir, bu doğrudan da hiss olunur başdan ayağa və gözlərinizdə də. Bunun səbəbi nədir? -Kim hansı işlə məşğul olursa, həmin sənətə, peşəyə uyğun olaraq o işin aurası öz sahibinin görünüşündə əks ounur. Məndə də öz fəaliyyətimə görə belə bir aura yaranıb. - Paşa doktor, Siz pasientləri qəbul edirsiz, işiniz avand olsun, hansı pasientə hansı seansı keçirirsiniz? - Pasiyentin zahiri və daxili aurasına baxıram, onun daxilindəki mənfi enerjini ondan çıxarıb dəf edirəm, xəstənin ruhunu mənfi enerjidən təmizləyirəm, elə ki, mənfi enerji ondan xaric oldu, həmin orqan şəfa tapır. - Maraqlıdır. - Mənfi enerji insanın istənilən orqanını zədələyir, orqanın funksiyasını pozur. Həkimlər bunu sağalda bilmirlər, nevropotoloq, psixoloq və digərləri müəyyən diaqnoz qoyub uzun resept yazaraq, çoxlu dərmanlar təyin edirlər və əksər hallarda nəticəsi də olmur. Bir misal çəkim, bu yaxınlarda bir qadın pasiyentin üzərində seans keçirəndə o, mənə dedi ki, “neçə vaxtdır sanki mədəmdə “şarik” olduğunu hiss edirəm, zülm çəkirəm”, mən seansı bitirəndə dedi ki, “şarik sanki” mədəmdən qalxdı yuxarı və ağzımdan çıxdı və indi özümü sap-sağlam hiss edirəm. - Seanslar neçə dəfə olmalıdır? - Həftədə bir dəfə. 21 gündən sonra xəstənin sağlam ruhi-enerji sistemi bərpa olunur. Xəstələrimin böyük əksəriyyəti bu müddətdə sağalır. Ağır xəstəliyi olanlar bir qədər artıq gəlirlər. - Niyə məhz, 21 gün? - Hüceyrələrin insan orqanizmində yaşama müddəti 21 gündür. - Doktor, sizin bu məharətiniz həm də kəramət adlanır, yəqin ki, bunu ilk dəfə özünüzdə hiss edəndən sonra həm də inkişaf etdirirsiniz? Maraqlıdır, necə inkişaf etdirirsiniz? Bu enerjinin mənbəyini haradan alırsınız? - Xeyir əməllərlə məşğul oluram. Pirlərə gedirəm, oradan pozitiv enerji alıram. Əsasən Mir Mövsüm Ağanın ziyarətgahı və Zərdab rayonu yaxınlığında yerləşən Üveyis əl-Qərani (Veys Baba) pirini tez-tez ziyarət etməklə oradan pozitiv enerji alıram və beləliklə, mənim enerjim güclənir. Mənim otuz altı kitabım var, biri “Kəramətin Sirləri” adlanır. Bir çox sirləri orada yazmışam. - Sanki, o övliyyaların ruhu sizi tanıyır və öz vergilərindən sizə də pay verirlər? - Yəqin belədir. Qeybdən mənə müraciət olunanda "Ey Həzrət Əli oğlu!" deyirlər. - Sizdə müqəddəs ruh olduğuna görə onlar sizə öz enerjilərini ötürürlər, bu isə hər adamda baş vermir. - Əvvəldən bu işə marağım olduğuna görə bu məndə yarandı, çünki, bir xətt tutub o yolla getdim. Hər bir imanlı adam düzgün istiqamət götürsə bu şərəfli missiyaya nail ola bilər. - Bəziləri deyirlər “Ha çalışırıq gedək onun qəbuluna, amma, gedə bilmirik, elə bil hansısa qüvvə mane olur”. - Mane olan onlardakı neqativ enerjidir. Bu enerji insanı həm xəstələndirir, həm də yolunu bağlayır. Gələ bilməyənlərə məsləhət görürəm ki, ya qurban kəsib imkansız ailələrə paylasınlar, ya da iki yetim usagı bir dəfə doyuzdursunlar. Onda yolları açılacaq, gəlib sağalacaqlar. - Bəs bu məharətinizi niyə bütün insanlara bəyan etmirsiniz? - Bazara girəndə görürsən ki, bütün satıcılar yaxşı kartof, kələm, pomidor, xiyar deyib, qışqırırlar. Qızıl satanın isə, sakit dayandığını, qışqırmadığını görürsünüz. Biz həmin o qızıl satana bənzəyirik. Qızılı satan da, alan da həmişə pünhanlığı sevər. Lazım olan adam özü axtarıb tapar. - Sizə bu şərəfli missiyanızda uğurlar arzulayırıq, səsiniz daima ucalardan gəlsin. - Amin! Çox sağ olun, təşəkkür edirəm. (ardı var)
0 Comments
Sağalmaz xəstəlikdən möcüzə sayəsində şəfa tapan tanınmış vəkil Zahidə Vulkan onu həyata qaytaran doktoru Paşa Yaqub haqqında kitab yazıb. "Əfsanəvi fenomen" adlanan bu kitab elmi-lədun bilicisi, qeyri-adi müalicə üsulu olan Paşa Yaqubun həyat və fəaliyyətindən, müalicə metodundan bəhs edir. Oxucu marağını nəzərə alaraq, pashayaqub.weebly.com/ saytı hazırda çapda olan bu kitabın daha bir hissəsini oxucularına təqdim edir.
DOSTLUQDAN QARDAŞLIĞA APARAN YUXULAR... Şair, aparıcı, Zərdab rayon Mədəniyyət evinin bədii rəhbəri Teyyub Xəlilov: -Yaşıdlarından fərqli böyüyən Paşa əsasən mütaliə ilə məşğul olmağı sevir, boş vaxtını ziyarətgahlarda keçirirdi. Tez-tez mənimlə münasibət qurur, söhbətləşirdi. İkimiz də rayon mərkəzində yaşayırdıq. Səmimi, qayğıkeş, insanlığa və təbiətə vurğun bir insan kimi tanıdığım Paşada ALLAH sevgisinin tükənməz olması, “Quran”ı mükəmməl öyrənərək təbliğ etməsi, məndə ona qarşı qeyri-adı hisslər yaratdı. Onu dərindən tanımaq üçün tez-tez görüşür və fikirlərini öyrəndikcə, onun gələcəyinin bütün insanlardan fərqli olacağı qənaətinə gəlirdim. Paşa dünyada baş alıb gedən haqsızlıqlara etiraz edir, vəziyyətdən çıxış yolları axtarırıdı. Bir gün mənə dedi ki, xüsusi nişanları ilə seçilən bir inək olmalıdır. Həmin inək qurban kəsilsə yer üzündə ədalət bərqərar olar. Mən də onun dediyi nişanələri olan inək axtarmağa başladım. Özü də belə bir inəyi hələ də axtarmaqdadır. Rayonda bir kişinin 10-a yaxın heyvanı var idi. Bir gün yuxumda həmin heyvanların arasında Paşanın axtardığı inəyi gördüm. Bunu Paşaya dedim. Paşa həmin evə çox gedib-gəldi, dəyərindən də çox pul təklif etdi ki, inəyi alıb qurban kəssin. Kişi razılaşdı, lakin, xanımı inəyin satılmasına birmənalı etiraz etdi. Paşa çox məyus oldu. Dedim ki, qismət deyilmiş. Əlbət yenə də hardasa belə inək olmasını Allah nişan verəcəkdir... Veyis babanı görmək istəyirsənsə Paşa Yaqubun üzünə bax - Paşa yazdığı kitablarından mənə də verirdi – deyə, Teyyub Xəlilov söhbətini davam etdirir: - Onun “Allahın Dostları” kitabını oxuduqdan sonra namaz qılaraq Allaha yalvardım ki, kitabda haqqında bəhs edilən Veys Babanı (Üveys Əl-Qəranini) yuxuda görmək mənə nəsib olsun. Həmin kitabda yer alan Veys Babanın şəklində qeyri-adilik hiss etmişdim. Həmin gecə yuxuda mənə dedilər ki, Veyis Babanı görmək istəyirsənsə Paşa Yaqubun üzünə bax, ona oxşayır. Dedim ki, Paşa cavandır, kitabdakı şəklə oxşamır, Veys Baba saç-saqqalı çiyinlərinə tökülmüş bir nuranidir. Deyildi ki, yaşlaşdıqca Veys Babanın görkəmini alacaq. Üstündən uzun illər keçib. Paşa yaşamaq üçün Bakıya köçüb. Son zamanlar rayona gələndə kitabdakı Veys Babanın şəklindəki görkəmi aldığını hiss edirəm. Bir dəfə də yuxuda gördüm ki, bir nurani kişi mənimlə söhbət edir. Sözarası dedi ki, “Quran”dakı “Yusif” surəsinin 3-5-ci ayələri Paşa Yaquba da şamil olunub. Səhər “Quran”ı açıb baxdım ki, yazılıb: “Biz bu “Quran”ı sənə vəhy etməklə sənə ən gözəl hekayəti danışırıq. Hərçənd ki, sən əvvəlcə ondan əsla xəbərdar deyildin. Bir zaman Yusif atasına demişdi: “Atacan! Mən yuxuda on bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər”. (Atası) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanın açıq düşmənidir. Yuxuda gördüyün kimi, Rəbbin səni başqalarından seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb verdiyi kimi, Yaqub nəslində (!) də sənə tamamlayıb verəcək. Həqiqətən, Rəbbin hər şeyi biləndir, hikmət sahibidir! Paşanın həyatına nəzər salanda bu ayələrə uyğun gəldiyini gördüm. Maraqlıdır ki, Paşa da Yaqub nəslindəndir və Yusif Peyğəmbərdə olan yuxuyozma elminin sirlərini o da bilir. Kənddə onlara “yaqublular” nəsli deyilir. Bir gün də nahar zamanı anidən Paşanı xatırladım. Elə həmin vaxt telefonuma zəng gəldi. Baxdım ki, Paşanın zəngidir.Təəccübümü gizlədə bilmədim. Paşa mütəmadi qurbanlar kəsir, xeyriyyəçiliklə də məşğul olmaqdan həmişə zövq alır. Paşada qeyri-adiliyi gördükcə onu bir gün dəvət etdim ki, gəl namazını bizdə qıl. Etiraz etmədi, gəldi və günorta namazını bizdə qıldı. O, namaz qıldıqca ona baxaraq düşünürdüm ki, İlahi bu, nə möcüzədir, balaca Paşa necə də sadə, ədəb-ərkanlı, nurani, savadlı, saf bir ağsaqqal kimi yaşlaşmaqdadır. Elə bilirəm ki, bu ata və babalarının dinə bağlılığından irsi olaraq Paşaya keçmiş bir xəzinədir. Mən Paşanı dost yox, doğma qardaş sanıram. Paşa ziyarətgahlardan, pirlərdən müqəddəslərdən kitablar yazıb, paylayanda hətta, doğmaları belə deyirdilər ki, nəyinə lazımdır, pullarını boş yerə xərcləyirsən? Paşa isə deyilənlərə əhəmiyyət belə vermədən qarşısına qoyduğu missiyasını həvəslə davam etdirirdi. Mən onun daxili aləmini başa düşdüyüm üçün həmişə hörmətlə yanaşmışam. Onunla həmsöhbət olanda mənəvi rahatlıq tapmışam. Onu-səmavi nur, möcüzə dünyası, kəramətli insan, haqqa gedən yolçu, sirlər dünyasının sirri adlandırsaq yanılmarıq. SƏADƏT XANIM YUXUDA GÖRÜR Kİ... 1998-ci il idi. Paşa bəy Zərdab rayonunda yaşayırdı. Rayonda demək olar hamı onu tanıyırdı. Ətrafındakı insanlarla söhbət zamanı Həcc ziyarətinə gedəcəyini bildirir. Həcc ziyarəti başlayan vaxt düşünür ki, həmin pula çox zəhmətlə yazıb başa çatdırdığı, lakin, çap etdirmədiyi, övliyaların həyatından bəhs edən “ALLAHIN DOSTLARI” adlı kitabını çap etdirsin, Həcc ziyarətinə növbəti illərdə imkan olsa gedər. Zəvvarlar yola çıxır, Paşa bəy nəşriyyata üz tutur. Amma, rayonda çox adam elə bilirdi ki, Paşa bəy də Həcc ziyarətindədir. Zərdab rayonunda Qeydiyyat (VVAQ) şöbəsinin müdiri Səadət xanım təsadüfən Paşa bəylə küçədə rastlaşır və təəccüblə soruşur ki, Siz nə tez gəlibsiniz? Paşa bəy suala sualla cavab verir ki, hardan gəlmişəm ki? Səadət xanım: Bəs siz Həccə getməmisiniz? -deyə soruşur. Paşa bəy getmədiyini bildirəndə Səadət xanım: - ola bilməz - deyərək, təəccübünü gizlədə bilmir. Paşa bəy Səadət xanımın təlaşlı olduğunu görərək soruşur: – “Nə olub, Siz nədən təəccüblüsiniz?” (Səadət xanım rayonda “Seyid qızı” kimi tanınır və inanclı bir xanımdır). Deyir ki, eşitmişdim ki, Siz də Həcc ziyarətinə gedəcəksiniz. Qurban bayramı günü yuxuda gördüm ki, Kəbənin ətrafında camaatla birlikdə namaz qılır, ibadət edirsiniz. Bir səs Sizə - qabağa keç, namaz qıl, deyir. Qabaqda Siz namaz qılırsınız, həmin səs arxada namaz qılanlara deyir ki, “Hamınız Paşa Yaqub kimi namaz qılın, ondan nümunə götürün, onun kimi ibadət edin”. Paşa bəy: - Yuxunuz kaş çin olsun! - deyərək sağollaşsa da, daxilindən gələn bir səs onda övliyaların kitabını çap etdirməkdə doğru qərar verdiyinə əminlik yaradır. YUXULARDA HƏCCDƏ OLAN XEYRİYYƏÇİ... Mərdlik nəsib olmaz hər bir insana, Xalq üçün yananı doğmaz hər ana. Xeyriyyəçiliyi ata və babalarından sanki miras qəbul etmişdi Paşa Yaqub. Hələ gənc yaşlarından “Quran”ın surə və ayələrinin surətlərini şəxsi hesabına çıxararaq yaymağa başlayır. Tez-tez ehsanlar verir, imkansızlara maddi köməkliklər edərək, tez bir zamanda nüfuz sahibinə çevrilir. Övliyalardan, kəramət sahiblərindən, ziyarətgahlardan kitablar yazaraq, paylamaqla xeyirxah əməl sahibinə çevrilir. Tez-tez kimsəsizlər evlərinə, uşaq evlərinə yardımlar apararaq onlarla həmsöhbət olur, xəstə olanları müalicəvi seanslar etməklə özündə rahatlıq tapır. Cəmiyyətdə kifayət qədər tanınan psixoterapevt Paşa Yaqub şəhid ailələrinə, qazilərə pulsuz xitmət etməklə də kifayətlənmir. Tez-tez sosial şəbəkələrdə pulsuz seans aksiyaları elanları verərək, müəyyən günlər pulsuz müayinələr etməklə də Allaha xoş olan əməllərlə məşğul olur. Doğulduğu Lələağacı kəndinin yaxınlığında “Pircahan Piri” kimi tanınan bir pir var. Ata-babadan həm onun ailə üzvləri və həm də ətraf kəndlər həmin Pirə inanclı olaraq, ziyarət edər, nəzirlər verərdilər. Pirə hər gün bir qadın gəlib qoyulan nəzirləri götürər və ətrafını abadlaşdırardı. İyirmi ilə yaxındır ki, həmin qadın dünyasını dəyişib. Pirin ətrafını abadlaşdıran olmadığından ərazini kol-kos basır. Bir hektara yaxın sahəsi olan Pirə ayaq basmaq mümkün olmadığından çox sayda inanclı insanlar nəzirlərini Pirə çatdıra bilmirlər. Kənd əhlinin maddi imkanları olmadığından Pirin ətrafını abadlaşdıra bilmirlər. Paşa Yaqub bu il kəndə gedəndə bir məclisdə insanların nəzirləri olmasından, Pirə yaxın düşə bilmədiklərindən gileyləndiklərinin şahidi olur. Paşa Yaqub ALLAH rizası üçün həmin ərazini öz vəsaiti hesabına min manatdan çox vəsait xərcləməklə təmizlədir. Ətrafını hasara alaraq, gül-çiçək əkdirir. Pir sahiblərindən nəzirləri götürmək və gül-çiçəyi sulayaraq, Pirin ətrafını abad saxlamağı xahiş edir. Paşa Yaqub etdiyi xeyriyyəçiliyi reklam etmir, bəziləri kimi videoya çəkdirərək sosial şəbəkələrdə paylaşmır. Deyir ki, “sağ əlin verdiyini sol əl bilməməlidir”. El məsəlimiz var, insan etdiyi hər bir əməlini Allah rizası üçün etməlidir. Məhz, belə xeyriyyə əməllərinə görə də Səadət xanım yuxusunda onun Həcc ziyarətində namaz qılanlara nümunə göstərildiyini görür. ƏFSANƏVİ LOĞMAN... “O zahir həkimlər başqadır, onlar ürəyə nəbzi tutaraq baxırlar və insanın cismini, əczalarla müalicə edirlər. Mənəvi həkimlər isə, nəbzi tutmadan ürəyə baxırlar və Allahın bəxş etdiyi elmlə (elmi-lədunla) insanın ruhunu müalicə edirlər. Onların dəlilləri kəşf, ilham və sirri-İlahidir”. Mövlanə Cəlaləddin Rumi. Paşa Yaqub öncə övliyalardan, kəramət sahiblərindən, ziyarətgahlardan, pirlərdən kitablar yazmağa başlayır. Həmin kitabları pulsuz paylamaqla 70 illik Sovet imperiyasının Allahı inkar etməsini, əslində isə Allahın varlığını və hər bir canlı və cansızın da Allahın iznilə yaranmasını təbliğ etmək fikrində israrlı olur. Respublikanın ayrı-ayrı bölgələrində yerləşən pirləri, ziyarətgahları gəzərək, onların kəramətlərini dərindən öyrənib, qələmə aldıqca özündə də belə bir hisslərin olmasını Allahdann arzu edir. Allahın varlığını, Kainatın fizikanın qanunları ilə idarə edilməsini, səmavi kitabların niyə nazil olmasını tam mənimsəmək üçün daim öz üzərində işləyir. Arzu edir ki, o da insanlara şəfa vermək qabiliyyətində olsun. Zaman yetişir. Sanki ona deyirlər ki, artıq sən insanlara şəfa vermək qabiliyyətinə maliksən. Uzun sürən yaradıcılığından sonra özündə qeyri-adiliyi hiss edr. Günü-gündən özündə dəyişiklik hiss edir. Hiss edir ki, onun əlində enerji var. Bunu yoxlamaq qərarına gəlir. Doğmalarının ağrıyan yerlərinə əlini uzadır. Ağrı kəsməyə başlayır. Beləcə, Paşa həkim doğmalarına şəfa verməklə özünün Tanrıdan Veys Baba vasitəsilə anasına yuxuda göstərilən diplomun əslində həkimlik diplomu olduğunu başa düşür. Getdikcə özündə neqativ enerjini çıxarmaq qabiliyyətinin olmasını da hiss edir. Oxuduğu saysız-hesabsız kitablardan, eyni zamanda özünün kəramət sahibləri barədə yazdıqlarından bütün xəstəliklərin şəfasının olması və əksəriyyətinin isə neqativ enerjidən əmələ gəlməsi qənaətinə gələrək, təcrübələr aparmağa başlayır və bu gün tibb elminin aciz qaldığı xəstəlikləri özünə məxsus tərzdə - Güc və Qüdrət sahibi Allahdır -deyərək əlləri və nəfəsi ilə həm neqativ enerjini təmizləyir və həm də xəstəliyi müalicə edir. Zaman-zaman ona kəramət sahiblərinin bilik və bacarıqlarından da pay verilir. Xəstəsi olan hər bir kəs Paşa həkimdə olan qeyri-adi möcüzəni hiss edir və buna şahid olur. Şəfa tapmış çox xəstələri onu əfsanəvi loğman adlandırır. Həkimlik ona Allahdan gələn DİPLOM və MÜKAFATDIR! (ardı var) Bu gün “Quran”da təsbit olunmuş iki müqəddəs bayramdan biri olan Qur(b)an bayramıdır.
Elmi-lədun hesablamalarımız göstərir ki, Qurban və Ramazan bayramları arasında riyazi bağlılıq vardır. Bu əlaqə özünü yenə də “Quran”ın səhifələrinin sayı olan 286 ədədi ilə büruzə verir. Belə ki, hər il bir qayda olaraq, Qurban bayramının 286-cı (!) günü Ramazan bayramı qeyd olunur. Yazılarımı yeni oxuyanlara xatırladım ki, “Quran”ın orijinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində İslama baxış dəyişənə qədər) çap olunan və Kəbədə, eləcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 səhifəyə yerləşdirilib. Araşdırmalarımız göstərir ki, 286 ədədi Allahın kodlaşdrılmış “möhürü” olaraq, tək dini bayramların deyil, bir çox böyük hadisələrin və dünyəvi bayramların da üzərinə vurulmuşdur. Məsələn: 1) İnsanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür ki, bu da Quranın səhifələrinin sayıdır. 2) İnsan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. 3) Hesablamalarımız göstərir ki, Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 (!) sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, elm və kamillik əsri olan XXI əsr başlayandan “Quran” ikinci (!) dəfə yaşanmağa başlamışdır. Yəni, müqəddəs kitabda təsvir olunan hadisələrin analoqunu 2-ci (!) dəfə yaşayırıq. Məsələn, XXI əsrin 2-ci (!) Qurban bayramı günü - 22.o2.2oo2-ci il tarixdə (tarixdəki sıfırlar məna bildirmir və 2 ədədindən ibarətdir.) vəhy yolu ilə mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur. Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir: “Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”¦ Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz dön-dərsəniz, bilin ki, Allahın əzabından qaçıb ca-nınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə. Allahın verdiyi elmlə dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür.) bitəcəyini bildiyimdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdim (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). Nəhayət, 22 iyunda Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu (həmin gün bəzi şəhərlər və kəndlər tamamilə Yer üzündən silindi). Ondan sonra Yerdə baş verən bütün təbii fəlakətlərin – zəlzələ, daşqın və s – eləcə də təyyarə və enerji qəzalarının bu prosesin davamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik. Əvvəlcə 22 iyunla (2oo2) bağlı verdiyimiz xəbərin doğruluğunu sübut etmək üçün daha bir dəlil gətirək. Elm əsrinin birinci, ikinci və üçüncü Qurban bayramlarının 286-cı günləri Günəş tutulub. Məsələn: 1) 14 dekabr 2001-ci il tarixli Günəş tutulması Qurban bayramının 286-cı günü idi. 2) 4 dekabr 2002-ci il tarixli Günəş tutulması da bayramın 286-cı günü baş verdi. 3) Əsrin üçüncü Qurban bayramının 286-cı günü də - 24 noyabr 2003-ci il tarixlərdə - Günəş tutuldu. Həyatda təsadüf yoxdur və eyni hadisə üç dəfə eyni tarixdə təkrarlanırsa azacıq ağlı olan adam bunu təsadüf saymamalıdır. Burada ciddi bir qanunauyğunluq vardır. Və bu qanunauyğunluq Qurban bayramı günü Qurandan qəbul etdiyimiz vəhyin doğruluğunu sübut edir. Maraqlıdır ki, qanunauyğunluqlar bununla bitmir. Həmçinin, 22 iyun 2002-ci il tarixinin 286-cı günü (3 aprel 2003-cü il tarixdə) də Günəş tutulub. Bu və digər faktlar, hesablamalar 22 iyun tarixinin də Qurban bayramları kimi xüsusi bir statusa malik olmasını və qəzetdə elan etdiyimiz xəbərin (vəhyin) doğruluğunu sübut edir. Onu da əlavə edim ki, 2-ci Qurban bayramı günü verilmiş dörd aylıq möhlət başa çatan gün - 24 iyunda (bayram üç gün olduğundan, möhlət də üç günə bitir) Ay tutulması baş verdi. Elmi-lədun hesablamalarımız göstərir ki, 2002-ci ilin 22 iyunundan başlanan Yer kürəsinin təmizlənmə prosesi bu gün də davam etməkdədir və dünyada baş verən böyük zəlzələlər, təyyarə qəzaları və daşqınlar, həmçinin, yolxucu xəstəliklər bu prosesin tərkib hissəsi olaraq, insanlara xəbərdarlıq məqsədi daşıyır. Yaxın zamanda təmizlənmə prosesi başa çatacaq və Yerdə haqq-ədalət bərqərar olacaq (hazırkı əhalinin 29 %-i bunu görəcək). Bir çox insanlarda belə yanlış rəy formalaşıb ki, koronavirus pandemiyyası massonlar tərəfindən yaradılıb və idarə olunur. Əslində bu rəyi massonlar özlərini güclü göstərmək üçün insanlarda formaladırıblar. Fikir verirsinizmi, dünyanın harasındasa bir bomba partlayanda İŞİD terror təşkilatı bu hadisəni yalandan öz üzərinə götürür. Məqsəd özlərini dünyaya güclü göstərməkdir (özləri barədə mifik rəy formalaşdırmaqdır). Bu gün dünyanı siyasi cəhətdən idarə edən mafiyalar (massonlar və s) da özlərini güclü göstərmək üçün əhali arasında belə yanlış rəy formalaşdırırlar ki, guya pandemiyanı da onlar yaradıblar və idarə edirlər. Əslində onlar bu xəstəliklərdən (dərman, vaksin və s ləvazimatlar satmaqla) qazanc götürsələr də, onu idarə etmək gücündə deyillər. Bu cür təbliğatda onların məqsədi insanların diqqətini Allahdan yayındırıb, özlərinə cəlb etməkdir. Məhz bunun nəticəsidir ki, bəşəriyyətin çox hissəsi bu gün massonları Allahdan da güclü hesab edirlər; həyatlarının onlardan aslı olduğunu (sağ qalıb-qalmayacaqlarına massonarın qərar verdiyini) düşünürlər. Bütün bunlar insanın fikrini Allahdan ayıraraq, şeytana yönəldən bir təbliğatdır. Nəticədə insanlar bəlanın götürülməsi üçün Allaha dua etmək əvəzinə, massonların bundan sonra nə edəcəkləri barədə əsassız fərziyyələr irəli sürürlər… Əslində bizə mlumdur ki, insanlar (rəhbərindən tutmuş çobanına qədər) biri-birlərinə qarşı haqsızlığa yol verdiklərinə, zülmə meyl etdiklərinə, zalıma rəğbət bəslədiklərinə, yalançı, pozğun həyat tərzi keçirdiklərinə görə Allah Yer əhlinə müxtəlif bəlalar göndərir. Bu bəlalardan biri də koronavirus pandemiyasıdır… Çoxlarında belə bir yanlış rəy də formalaşıb ki, zalım ancaq rəhbər vəzifədə oturanlardır, aşağı təbəqələr isə guya mələkdir… Bu düşüncədə olanlara bir sual ünvanlayıram: gözünüzü yaxşı-yaxşı açın, ətrafınızdakı insanlara – qohum-qonşularınıza, əmiuşağınıza, dayıuşağınıza, xala və bibilərinizin övladlarına… diqqətlə baxın. Onların sizə vurduqları ziyanları. etdikləri zülümləri gözləriniz önünə gətirin, görün rəhbəriniz sizə çox zülm edib, ziyan vurub, yoxsa öz qan qohumlarınız??? Psixoloq olaraq hər gün qəbuluma neçə-neçə problemli – ağır xəstəlikdən əziyyət çəkən, qara zolağa düşən - insanlar gəlirlər. Elmi-lədun bilicisi olduğumdan, onların səhhətlərində və maddiyyatlarında yaranmış problemlərin böyük əksəriyyətinin öz yaxın qohumlarının və qonşularının bəd əməllərinin, pisliklərinin nəticəsində yarandığını görürəm. Bunu pasiyentə deyəndə özü də etiraf edir ki, belədir. İndi bu yazını oxuyana sual verirəm: sənin ətrafında nə qədər belə zalım, paxıl, bəd əməllərlə məşğul olan adamlar var? Rəhbərindən daha çox ziyan görmüsən, yoxsa onlardan? Elə düşünməyin ki, mən sizin rəhbərlərinizi zalım hesab etmirəm. Əsla. Amma, mən ətrafıma daha geniş və daha obyektiv, gözüaçıq baxmağı sevən adamam. Bilirəm ki, tək rəhbərlər zalım, yalançı… olsaydı, Allah bu qədər genişmiqyaslı bəlalar (pandemiya və s) göndərməzdi. Həm də Quran məntiqinə görə xalq özü zalım və zülümkar, bədxasiyyət olmasa, ona zalım rəhbər qismət olmaz! Bir məqama da diqqətinizi cəlb edim ki, əsrin 2-ci Qurban bayramı günü xəbərdarlıq Azərbaycanın Şimalında olsa da (bəla gələcəyi barədə mətbuatda qabaqcadan məlumat vermişdik) 22 iyunda 9 ballıq zəlzələ Cənuba düşdü (şəhərlər və kəndlər dağıldı). Bunun sirri yəqin ki sizi maraqlandırır. Səbəb odur ki, bu barədə o vaxtkı dövlət başçısına və mətbuata yazdım. Vaxt yaxınlaşanda baxdım ki, heç kəs tövbə etməyib və deyilən bəla gəlsə, mənim qohum-əqrəbamda və yaxın ətrafımda sağ adam qalmayacaq. Bu məni çox narahat etdiyindən, iyunun 19-dan başlayaraq, bir mömün dostumla bərabər üç gün gecə-gündüz dua etdik ki, xəbər verilən bəla Azərbaycana düşməsin. Nəhayət 22-si gecə məni yuxu apardı. Yuxuda gördüm nəhəng bir əl Azərbaycanın üzərində olan qara buludu itələdi cənuba tərəf. Həmin an şüuraltı informasiya gəldi ki, bəla buradan uzaqlaşdı… 22-si səhər xəbərlər proqramında eşitdim ki, Cənubi Azərbaycanda 9 bal zəlzələ olub… Bugünkü “Qurban” bayramı əslində tövbə günüdür - tövbələrin qəbulu üçün böyük şans olan gündür. İnsanlarımız fürsəti qaçırmayaraq, günahlarına görə tövbə etməli, vəzifədə olanlar özlərindən aşağı təbəqələrlə mülayim davranmalı, haqqı, ədaləti bərqərar etməlidirlər. Vəzifəsi olmayan insanlar da pis əməllərdən uzaqlaşıb, ətrafındakı insanlara imkan daxilində ancaq yaxşılıq etməlidirlər. Unutmayaq ki, Allah-təala “Quran”da belə buyurur: “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Biz Nuhdan sonra neçə-neçə ümmətləri məhv etdik. Rəbbinin öz qullarının günahlarını bilməsi, görməsi onlara cəza vermək üçün kifayət edər”. “Quran”, 17:16-17 Qeyd: “Quran” biz insanlara göndərilmiş vəhylər toplusudur. Əgər insan bu vəhyləri qəbul edib, onlara əməl edərsə, o şəxs, mənbəyi bu kitabda olan əlavə vəhylər də qəbul edə bilər (və yaxud, buradakı vəhylərin alt qatında olan sirlərdən agah ola bilər). Koronavirus və s. bəlalardan qorunmaq üçün massonları boş verib, ancaq Allaha sığınmalı, Ondan imdad dilənməlidir. Allah Ona açılan əlləri boş qaytarmaz. Özəlliklə də bayram günü. Bayramınızı (tövbənizlə) mübarək edin. Dr. Paşa Yaqub Elmi-lədun bilicisi Sağalmaz xəstəlikdən möcüzə sayəsində şəfa tapan tanınmış vəkil Zahidə Vulkan onu həyata qaytaran doktoru Paşa Yaqub haqqında kitab yazıb. "Əfsanəvi fenomen" adlanan bu kitab elmi-lədun bilicisi, qeyri-adi müalicə üsulu olan Paşa Yaqubun həyat və fəaliyyətindən, müalicə metodundan bəhs edir.
Oxucu marağını nəzərə alaraq, https://pashayaqub.weebly.com/ saytı hazırda çapda olan bu kitabın daha bir hissəsini oxucularına təqdim edir. ALLAH DOST ETDİ, YUXUSU USTAD... Əzizim dostun olsun, Dost tut ki, dostun olsun, Allah dostunu dost tut, Allah da dostun olsun. 1998-ci ilin yay mövsümü idi. Bakıda açıq havada çayxanaların birində əyləşib çay içirdi. Hərdən də təzəcə çapdan çıxmış “ALLAHIN DOSTLARI” kitabını vərəqləyirdi. Birdən küçədə külək əsir, tozanaq başlayır, sanki fırtına qopur. Çayxanada oturanlar tez içəriyə doluşur. İçəridə oturmaq üçün yerlərin az olduğundan kim harda, kimlə gəldi, oturmaq məcburiyyətində qalır. Paşa Yaqub da bir kişinin oturduğu stolda oturur. Çay içə-içə tanış olurlar. Hadisələrin gedişi belə deməyə əsas verir ki, Allah onların dostluğuna bu an xeyir-dua vermək üçün güclü külək əsdirir. Söhbət əsnasında kişi Paşanın əlindəki kitabla maraqlanır və kitabı əlinə alaraq burda bir hikmət olduğunu deyir. Kitabı vərəqləyir Veys babanın qəbirüstü abidəsinin şəklinə baxaraq bildirir ki, bu adi qəbirüstü şəkil deyil. Burada Allahın bir hikməti gizlənib. Bu, övliya Veysəl Qəraninin (Veys baba) öz şəklidir. Şəkil çəkiləndə Veys Babanın ruhu sanki insan formasında fotoya düşüb. Paşa Yaqub etiraf edir ki, o, burda heç bir hikmət bilmir, başdaşının şəkli kimi kitabda yer ayırıb. Diqqətlə şəklə baxanda təəccübünü gizlədə bilmir. Görür ki, ayaqüstə durmuş, kürkünün yaxası açıq, saçlarıı çiyinlərinə tökülmüş, saqqallı bir kişi sanki canlıdır. Bir qədər söhbət etdikdən sonra kişi Paşa Yaquba ünvanını verərək- bizə gələrsən- deyir. Paşa Yaqub: – gələrəm, – deyib ünvanı götürür. Ayrılırlar. Aylar keçdikdən sonra Paşa Yaqub həmin kişini xatırlayır. Öz-özünə deyir ki, axı mən o kişiyə söz vermişdim ki, gələcəyəm. Ünvana baxır ki, həmin kişi Neftçalanın Qaraimanlı kəndində yaşayan Fərəcov Xalid Saday oğludur. Üz tutur Neftçalaya. Soruşa-soruşa kəndə çatır. Xalid kişinin evini tapır. Xalid kişi Paşa Yaqubu görəndə çox təəccüblənir. Paşa Yaqub onun üzünün görkəmindən nəsə olduğunu anlayır və soruşur ki, Sizə nəsə olub, yoxsa münasib vaxtda gəlməmişəm. Xalid kişi: – Yooox, elə Allahın izn verdiyi gün gəldin. Bilirdim gələcəksən. Paşa Yaqub yerindəcə donub qalır. Xalid onu süfrəyə dəvət edir. Söhbət əsnasında bildirir ki, bu gecə Həzrəti Cəbrayıl mənə nazil olaraq Qurandan üç sirr açdı. Dedi ki, sabah Paşa Yaqub gələcək, bu düsturları ona ver. Həmin disturlar insan beyninin məhsulu deyil. Bu ancaq “Quran”da olan Allaha məxsus sirlərdir. Həmin düsturları biləndə artıq kainatın Allah tərəfindən necə idarə olunduğunu, “Quran”ın heç bir dəyişikliyə məruz qalmamasını, yəni, ona bir kəlmə belə nə artıq nə də ki, əskik kəlam əlavə olmadığı həmin düsturlarla təsdiq olunur. Həm də kainatda gedən proseslərin Allah tərəfindən idarə olunmasını, kainatda baş verən böyük hadisələri həmin düsturla hesablayanda həm “Quran”ın, həm də hadisələrin sirlərini açır. Bütün hadisələr düsturla təsdiq olunan sirlərdir. Həmfikir olduqları üçün Hacı Xalidi əvvəlcə ustadı kimi, sonra isə yaxın dostu kimi qəbul edərək 23 ildir ki, bu dostluğu davam etdirirlər. Bir sözlə dostu ustadı oldu. Axtardığı dostuna vəhy olundu Uzun illər qəlbində götür-qoy edir ki, insanlıq necə yaranıb, Kainat necə idarə edilir? Təbiətdə hər bir şeyin mükəmməl idarə olunmasında bir hikmət var. Bu sirləri bilmək üçün çoxsaylı kitablar oxuyur. Kəramət sahiblərinin həyat və məşğuliyyətini araşdırır. Amma, bu sirlər barədə heç bir ədəbiyyatda rast gəlmir. Hacı Xalidin ona verdiyi üç düsturun da sirrini bilmir. Həmin düstürların açılmasında yuxusunda ona köməklik edilir. Həmin düsturları insanın başa düşəcəyi rəvan dilə çevirərək, hesablamalar aparır və yaymağa bşlayır. Düsturlar aşağıdakılardır: Birinci düstur: “Quran” niyə məhz 114 surədir? - Kainatın 4 cəhətdən; - Təbiətin 4 fəsildən ibarət olmasını; - İnsanın 4 ünsürdən yaranmasını; - Quranın 4-cü Səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır. Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə, 9 rəqəmi ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, ...... 109) surələrdəki ayələri cəmləsək 555 ədədi alınar: 129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555 Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır (yeri gəlmişkən, 9 rəqəmi “Tövbə” surəsinin sıra nömrəsi olduğundan, müqəddəs kitabda tövbə və cəza rəmzi sayılır). Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 – 555 = 114 Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı (kodu) olan 114 ədədini göstərir. Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: “Həqiqətən, Rəbbin insanların zülmlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!” Bu və digər hesablamalarımız göstərir ki, Həzrət Peyğəmbərimizə Qədr gecəsində vəhy olunan Quran surələri Həzrət Osmanın xəlifəliyi dövründə kitab halına salınsa da, buradan heç bir ayə çıxarılmamış və yaxud əlavə edilməmişdir. Yuxarıdakı düstur sübut edir ki, müqəddəs kitab insan beyninin məhsulu olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. İkinci düstur: “Məhəmməd” surəsi niyə 47 ədədiylə nömrələndi? “Məhəmməd” surəsinin sıra nömrəsi olan 47 ədədinin sirri elə Rəbbimin Öz adına olan "Rəhmli Allah" (55) surəsində açılır. Yəni, Peyğəmbərin adına olan surə riyazi yolla Allahın adına olan surəyə bağlanır. Belə ki, "Rəhimli Allah" surəsi 78 ayədən ibarətdir və bu ayələrin 31-də eyni sual təkrar olunur: "Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!" Bunu nəzərə alıb, ayələrin ümümi sayından (78), təkrar olunan sualların sayını (31) çıxsaq, “Məhəmməd” surəsinin sıra nömrəsi olan 47 ədədinin alındığını görərik: 78 - 31 = 47 Bu fakt Yaradanla, Onun Peyğəmbəri arasında olan əlaqənin riyazi sübutu olmaqla yanaşı, həm də “Quran”ın düzülüşünün birbaşa Allah-taalanın nəzarətində və iradəsi ilə baş tutduğunu sübut edir. Yəni, surə və ayələrin düzülüşü insan beyninin məhsulu olmayıb, şüurdankənar, fövqəladə bir elmlə baş tutmuşdur. Üçüncü düstur: “İbrahim” surəsi niyə 14 ədədi ilə nömrələndi? Bildiyimiz kimi, “Quran”da “İbrahim” surəsi 14 ədədi ilə nömrələnib. Allah-taala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, yerdə Xeyirlə Şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissalamın vasitəsi ilə bərpa etdi. Araşdırmalarımız göstərir ki, 14 ədədi də Allahın Öz adına olan “Rəhmli Allah” surəsinə bağlanır və “Quran”da çox böyük tarazlıq (balans) yaradır. Bunu sübut edən hesablamanı diqqətinizə çatdırırıq: "Rəhmli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı 55-dən azdır). Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda 55 dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var). Beləliklə, “Quran”da 55 ədədi 41 dəfə, 41 ədədi isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir: 55 - 41 = 14 Alınan 14 ədədi həm də İbrahim Xəlilullahın Peyğəmbərliyinin riyazi sübutudur. Haşiyə: Nuşirəvanın sarayından niyə məhz 14 sütun uçdu? Yeri gəlmişkən, haşiyə çıxaraq, diqqətinizi daha bir maraqlı və hikmətli tarixi fakta cəlb etmək istəyirəm. Belə ki, Məhəmməd əleyhissalam dünyaya təşrif gətirən gecəsi fars hökmdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Bu hadisəni şərh etmək üçün saraya yığılan kahinlər və bilicilər şaha belə izah etdilər ki, bəşəriyyətin gözlədiyi Peyğəmbər artıq dünyadadır və sütunların uçması da Nuşirəvanın hakimiyyətinin tezliklə süqut edəcəyinə işarədir. Çox keçmədi ki, verilmiş proqnoz özünü doğrultdu və Sasanilər dövləti süqut etdi. Yuxarıda qeyd etdiyim kimi, peyğəmbərlərin (elmi-ladun sahiblərinin) meydana çıxması, adətən yerdə Xeyirlə Şər arasında tarazlığın pozulduğu zamanlarda baş verir və onların missiyası tarazlığı bərpa etməkdən ibarət olur. Bu gün də yerdə Xeyirlə Şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Hər gün yüzlərlə insan fitnə-fəsad törədənlərin partlatdığı bombanın qurbanına çevrilir, yaxud, şərlənərək, başına yüz cürə oyunlar açılır; bu və ya digər formada zülmə məruz qalırlar. Yerdəki bu vəziyyət Allah-taalanın qəzəbinə səbəb olmuşdur. Hesablamalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər və müəmmalı təyyarə və s. qəzalar da məhz bu qəzəbin təzahürüdür. Odur ki, vəzifəsindən asılı olmayaraq, insanlar bu xəbərdarlıqlardan nəticə çıxarmalı, günahlarına görə tövbə edib, əməllərinə diqqət etməli və savablarının sayını artırmalıdırlar. Əks halda... "Elə isə onlardan ötrü (zalımların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Sözardı: Yeri gəlmişkən, “İbrahim” surəsindəki hikməti sübut edən bu düstur insan beyninin məhsulu deyildir. Belə ki, əvvəlki düsturlar kimi, bu düsturu da Həzrət Cəbrayıl əleyhissalam Neftçala rayon sakini Hacı Xalidə vəhy edərək: “Sabah Paşa Yaqub adlı bir nəfər sizə qonaq gələcək, bu düsturu ona ver, insanlara çatdırsın”, - deyə, tapşırmışdır (qeyd edim ki, illərdir bu düsturu axtarırdım). Düsturu insanlara çatdırmaqda Yaradanın mesajı odur ki, müqəddəs kitaba nəyinsə əlavə olunması və yaxud buradan hansısa ayənin çıxarılması haqqında deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil və bunu söyləyənlər (ateistlər və bəzi mollalar) “Quran”a və Allahın qüdrətinə şübhə edənlərdir. “Biz hər şeyi sayıb yazmışıq”. “Quran”, 78:29. Düsturlar təsdiq edir ki, hər şey Allahın nəzarətindədir. Hətta, Paşa Yaqubun Hacı Xalidgilə getməsi də, həmin gün düsturların Hacı Xalidə verilməsi də. Eyni zamanda, bu hadisə Azərbaycanda Həzrət Cəbrayıl əleyhissalamdan birbaşa vəhy qəbul etməyə layiq olan adamın olmasını da təsdiq edir. Allah tərəfindən vəhylər Cənab Cəbrayıl tərəfindən nazil olunması sirr deyil. Bildiyimiz kimi, belə vəhylər kamilliyin son həddinə çatan adamlara nazil olur. Paşa Yaqub özünü dərk edəndən həmin düsturların axtarışında olub. O, 20-25 il əvvəllər arzulayıb ki, Kainatın, Quranın sirlərini hansısa vasitə ilə açmağı bacarsın. Allah ona qəlbinə görə verib. Müdrik kəlamlarda deyilir: - Niyyətin hara, mənzilin ora. - Allah ürəyinə görə versin! Odur ki, bizi Yaradan Allah Paşa Yaquba axtardığını Hacı Xalid vasitəsilə çatdırır. Düsturlar Hacı Xalidə veriləndə izah olunmamışdı. Paşa Yaqub həmin düsturu aça bilir. İnsanlara çata bilən tərzdə izah edir. Məqalələr və kitablar yazaraq insanlara çatdırır. Zəlzələlər, təyyarə qəzaları, partlayışlar, Ay, Günəş tutulmaları kimi hadisələrin üzərində sirr pərdəsi var ki, həmin düsturlarla sirlər pərdəsini Paşa Yaqub asanlıqla açmağı bacarır. (ardı var) Sağalmaz xəstəlikdən möcüzə sayəsində şəfa tapan tanınmış vəkil Zahidə Vulkan onu həyata qaytaran doktoru Paşa Yaqub haqqında kitab yazıb. "Əfsanəvi fenomen" adlanan bu kitab elmi-lədun bilicisi, qeyri-adi müalicə üsulu olan Paşa Yaqubun həyat və fəaliyyətindən, müalicə metodundan bəhs edir. Oxucu marağını nəzərə alaraq, https://pashayaqub.weebly.com/ saytı hazırda çapda olan bu kitabın üçüncü hissəsini oxucularına təqdim edir. Paşa Yaqub İlahi tərəfindən mükafatlandırılır desək, yanılmarıq. Onun zəngin fəaliyyəti belə deməyə əsas verir. Paşa Yaqub demək olar ki, bəşəriyyətə bəlli olmayan hər gün yeni sirləri kəşf etməklə hətta, elm adamlarını da heyrətləndirir. Paşa Yaqubun bir çox sirlərin açılmasını kəşf etməsi Yaradanın istəyi olmasa mümkün deyil. Çoxşaxəli kəşfləri alimlərin uzun illər elmi axtarışlarla kəşf edə bilmədiklərini Paşa Yaqubun asanlıqla tapması onun Allah tərəfindən seçilmişlərdən olması qənaətində olmağa əsas verir. O, bir çox sirləri yuxuda öyrənib, bir çox sirləri dostlarının yuxusu vasitəsilə kəşf edib. “Bir zaman Yusif atasına demişdir ki, “atacan, mən yuxuda on bir ulduz və Günəşlə-Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər”. Yəqub dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir. Yuxuda gördüyün kimi, Rəbbin səni başqalarından seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb verdiyi kimi, Yəqub nəslində də sənə tamamlayıb verəcək. Həqiqətən, Rəbbin hər şeyi biləndir, hikmət sahibidir! “Yusif” surəsi, 4-6-cı ayələr. Yuxuda kəşf etdiyim cədvəl astronomları heyrətə saldı. Paşa Yaqub sübutlarla açıqlayır: Bildiyimiz kimi, indiyədək alimlər tərəfindən kəşf olunan bir çox elmi sirləri onlar məhz yuxuda görmüş, sonra kağıza köçürmüşlər. Bu barədə bir neçə misal deyə bilərəm: – Mendeleyev tərəfindən kəşf olunan Elementlərin Dövri Cədvəlini; - Dekartın riyazi prinsiplərin təbiətin dərk edilməsinə yönəlmiş kəşfləri; – Almaniyalı kimyaçı Fridrix Kekulenin benzol molekulunun strukturunun kəşfi; – Fridrix Burdaxın qan dövranını kəşf etməsini; – Nobel mükafatı laureatı Otto Levinin ürək impulslarının sinir vasitəsi ilə ötürülməsini kəşf etməsini; – Nils Borun atomun strukturunu kəşf etməsini (yuxuda nüvə və elektronlar ona günəş və onun ətrafında hərəkət edən planetlər sistemi obrazında görünüb); – Frederik Bantinqin insulini kəşf etməsini; – Hindistanın dahi riyaziyyatçısı Srinivasa Ramunadcanın kəşflərini; – Elias Xouv 1845-ci ildə tikiş maşınını yaratmazdan öncə maşının iynəsini necə yerləşdirmək məsələsi üzərində həddindən artıq baş sındırırdı, bu məsələ onu çox incidirdi. O bilmirdi ki, iynənin dəliyini necə yerləşdirsin ki, ip parçanın əks üzündən daxil olsun. Bir gün yuxuda görür ki, bir qrup vəhşi adam tərəfindən əhatə olunub və onu əsir götürmək istəyirlər. Vəhşilər nizələrini silkələyə-silkələyə onun ətrafında fırlanırdı. Birdən Elias diqqət yetirir ki, bu nizələrin düz iti ucluqlarının üzərində dəliklər vardır. Yuxudan ayılandan sonra, o iynənin dəliyini əks tərəfə, yəni iynənin ucunun üzərinə keçirir. Yeri gəlmişkən, qeyd edim ki, indiyədək məqalələrimdə və kitablarımda bəhs etdiyim elmi-lədun kəşflər mənə yuxu vasitəsi ilə öyrədilmişdir. Buna misal olaraq bir neçə faktı xatırlatmaq istərdim. – Bir gün yuxuda insanların Sirat körpüsündən keçmək üçün növbəyə durduqlarını, lakin heç kəsin bu tük kimi nazik və altında od yanan körpüdən keçə bilmədiyini gördüm. Mən yaxınlaşıb körpüyə çıxdım və bu vaxt sağ tərəfimdən düşən nur körpünü işıqlandırmağa, getdikcə genləndirməyə başladı. Nəhayət, körpü enlənərək ara qat (praqlatka) formasına düşdü. Heyrətlənib, soruşdum ki, körpü niyə praqlatka formasındadır? Onda öz ruhum mənə izah etdi ki, Kainat bütöv və işlək bir mühərrikdir; onun yarısı bu dünya, yarısı isə o dünyadır. Maşınlardakı mühərrikin iki hissəsi praqlatka ilə birləşdirildiyi kimi, bu dünya ilə o dünya da Sirat körpüsü vasitəsi ilə birləşib. Yəni, Sirat körpüsü əslində praqlatka funksiyasını yerinə yetirir. Yuxudan ayılandan sonra bu mövzuda məqalə yazdım. – Daha sonra Mendeleyev cədvəlində elementlərin düzülüş prinsipi ilə “Quran”da surələrin düzülüş prinsipinin üst-üstə düşməsi haqda hesablamaları da ilk dəfə yuxuda görüb, sonra bu barədə məqalə və kitab yazdım. – Yuxu vasitəsi ilə etdiyim kəşflərin ikisi astronomiya elminə dair cədvəllər oldu. Belə ki, təxminən 17 il bundan qabaq yuxuda öz ruhum mənə bildirdi ki, bütün Günəş və Ay tutulmaları hər biri 858 gündən bir təkrarlanır (hər tutulmanın 858-ci günü daha bir tutulma baş verir) ki, bu da “Quran”ın səhifələrinin (286) üç mislidir. Həmin vaxt baş vermiş bir neçə tutulmanın 858-ci günlərinin hansı tarixə düşdüyünü hesabladım. Amma, o vaxtlar internetdən istifadə edə bilmədiyimdən gələcəkdə bu tarixdə tutulma olub-olmayacağını təsdiq edən rəsmi informasiya əldə etməkdə çətinlik çəkirdim. Nəhayət, Şamaxı Astrofizika Rəsədxanasının telefonunu tapıb, onlardan öyrəndim ki, həqiqətən gələcəkdə həmin tapdığım tarixlərdə astronomik hadisə olacaq. Ondan sonrakıların da tarixlərini hesablayaraq onlardan soruşanda və düz çıxanda maraqlandılar ki, əgər səndə belə bir cədvəl yoxdursa, internetin yoxdursa, onda belə dəqiq hesablamanı nəyin əsasında aparırsan? Cavab verəndə ki, “Quran”ın səhifələrinə uyğun hesablayıb tapıram, əvvəlcə heç nə anlamadılar. Ancaq sonra “Hürriyyət” qəzetində dərc olunan astronomik cədvəlləri və onların izahını görəndə Azərbaycanın bir çox astrofizikləri zəng edib heyrətləndiklərini bildirdilər və instituta dəvət edərək, cədvəli necə tərtib etməyimlə maraqlandılar. – Yuxuda öyrəndiyim sirlərin bir çoxu da təbabət və psixologiya elmlərinə aiddir. Bu sirlərin də mənə öyrədilməsinə səbəb açığını desəm mənim kasıblığım oldu.
Belə ki, bu gün Azərbaycanın səhiyyə sistemindəki qiymətlər həddən artıq baha və mənim kimi çörəyi qələmdən çıxanların imkanlarına uyğun olmadığından, övladlarım xəstələnərkən onların qarşısında bir ata olaraq xəcalət çəkirdim. Belə anlarda Allahıma dua edirdim ki, övladlarımı pulsuz və dərmansız necə sağaltmağın sirrini mənə bildirsin. Bizdən əvvəl yaşamış bir çox peyğəmbərlər və Allah dostlarının da xəstələri dərmansız sağaltmaları haqda sonsuz sayda faktlar mövcuddur. Çox şükür ki, Allah-taala vəziyyətimi nəzərə alıb, bəzi sirlərdən məni hali etdi. Məlum oldu ki, yuxularda olan bəzi müasir elmə məlum olmayan sirləri bilməklə insana dəqiq diaqnoz qoymaq və müalicə etmək mümkündür. Bu sirləri elmi-lədun üsulu ilə öyrənməklə bərabər, paralel olaraq psixologiya kursuna da yazıldım. Hər iki istiqamətdən öyrəndiyim sirləri birləşdirərək sırf özümə məxsus olan başqaları üçün mümkünsüz görünən müalicə üsulu yaratdım. Bundan sonra övladlarım xəstələnərkən artıq onların qarşısında xəcalət hissi keçirmədim. Yeri gəlmişkən, yuxuda olan bəzi deyilməsi mümkün sirləri oxucularım üçün açıram ki, bunu bilməklə müalicə edə bilməsələr də, hər halda özlərinə diaqnoz qoya bilsinlər. 1. Yuxuda yad ölüləri çox görmək insanın xəstəlikdən əziyyət çəkməsinə, doğma ölüləri görmək isə, dünyəvi, (maddi) sıxıntılarının çox olmasına işarə verir. Ölmüş biri kimisə çağırırsa, artıq çağırılan şəxs xəstəliyin pik nöqtəsindədir. Ölü ilə əl-ələ tutub getmək ölümün astanasında olmağa işarə verir. Belə xəstəni sağaltmaq bir çox hallarda mümkün olmur. 2. Əgər yuxuda ilan görürsünüzsə, demək neqativ təsirə məruz qalmısınız və bu, sizin auranızı korlayıb. İlanı uzaqdan görürsünüzsə, bu, neqativ enerji sizə insanların nəfsindən, gözündən gəlib. Yox, əgər ilanlar sizi mühasirəyə alıblarsa və yaxud qovurlarsa, üstünüzə hücum çəkirlərsə, bu artıq tilsimin, cadunun təsiridir ki, sizə bu neqativ enerjini sifariş ediblər. Yuxuda ilan kimisə çalıbsa (Allah göstərməsin!) artıq o şəxsin ailəsi, işi, bütün mövqeləri əlindən çıxıb (yaxud tədricən çıxmaqdadır) və bütün həyatı alt-üst olub (belə adamlar nə qədər cəhd etsələr də bizim qəbulumuza gələ bilmirlər). Ümumiyyətlə, yuxuda ilan görən şəxslərin immuniteti zəifləyir və tez-tez xəstələnirlər, yuxudan diksinib oyanırlar, yuxuda boğulmaları olur. Qərar verməkdə çətinlik çəkirlər və verdikləri qərarı tez-tez dəyişirlər. 3. Yuxuda üstünüzə hürən it sizin düşməninizdir. Onun kimliyini bilmək istəyirsinizsə yuxu görən anda beyninizdən belə bir sual keçirin, – bu it kimə oxşayır, yaxud kimindir? Həmin anda it sizə düşməninizin formasında görünəcək və həyatınızı qaraldanın kimliyini tanıyacaqsınız. Yuxuda it üstünüzə kimin həyətində hürürsə, düşməniniz həmin həyətdə yaşayır (ola bilsin o sizinlə açıq düşmən olmasın və əməli işdə əleyhinizə fəaliyyət göstərməsin. Amma, o şəxs öz bəd nəfsi, gözü ilə sizi çökdürə, hətta, öldrə bilər. 4. Yuxuda gördüyünüz pişik sizə həm fayda, həm də ziyan verən qadın anlamına gəlir. Pişik ayağınıza sürtünürsə, sizə sığınan, pənah gətirəni, aqressivdirsə, düşmənçilik edən qadına işarədir. Həmin epizodda pişiyin yanında hansı qadını görürsünüzsə, və yaxud pişik hansı qadına oxşayırsa, düşmənçilik edən həmin qadındır. 5. Doğulduğunuz, hazırda yaşamadığınız evi (ata, baba evinizi), yaxud keçmişdə yaşadığınız evi, uşaqlıq dostlarınızı, sinif yoldaşlarınızı yuxuda görürsünüzsə, bu yuxuda nə qədər xoş epizodlar (meyvə-tərəvəz dərmək, su və s.) olsa da, bunlar hamısı əksinə yozulur. Yəni, çin çıxmayan yuxulardır ki, bunun da demək istəmədiyim səbəbləri var. Ruzi-bərəkətlə əlaqəli xoş yuxular o vaxt çin çıxır ki, onu kənddə yox, şəhərdə, yaxud tanımadığınız bir yerdə, tanımadığınız insanlar arasında görəsiniz. Amma, nə badə bu əlamətləri (yuxuları) gördükdən sonra hansısa bir falçıya, görücüyə (kartla, kofe ilə, şamla, “Quran”la baxanlara) müraciət edəsiniz. Nəinki faydası olmayacaq, əksinə, daha da ağırlaşacaqdır. (ardı var) Pashayaqub.weebly.com saytı xəbər verir ki, tanınmış psixoterapevt, Elmi-lədun bilicisi, 36 kitab müəllifi doktor Paşa Yaqub Qurban bayramı münasibəti ilə iki gün xeyriyyə aksiyası keçiriləcək.
18-19 iyul 2021-ci il tarixdə keçiriləcək aksiyada yaşından aslı olmayaraq istənilən şəxs ödənişsiz konsultasiya oluna biləcəkdir. Maraqlananlar üçün doktorun müalicə etdiyi xəstəliklərin siyahısını aşağıda veriririk: - Bütün növ qorxular, fobyalar; - Həzm sistemi xəstəlikləri; - Zərərli vərdişlərdən (narkomaniya, alkoqolizm və s.) xilas olmaq; - Uroloji xəstəliklər (enuroz, sistit, gecələr tez-tez sidiyə çıxma və s.); - Autizm (daun sindromu); - Epilepsiya; - Skalyoz , ostroxondroz və s. onurğa xəstəlikləri; - Təhsildə və işdə uğursuzluq; - Bütün növ depressiyalar; - Cinsi disfunksiyalar (zəiflik, həvəssizlik və s.); - Hormon pozğunluqları (oğlanın özünü qız, qızın oğlan kimi hiss etməsi və s); - Həyəcan pozuntuları (panik atak); - Sayrışan hallar nevrozu; - Sinir sistemi xəstəlikləri; - Bütün növ nevrozlar və əsəb xəstəlikləri; - Yuxusuzluq; - Parkinson xəstəliyi; - Şizofreniya; - Miqren; - Zob; - Miasteniya (əzələ zəifliyi); - Sevgisizlik, inamsızlıq; - Dəmirov və s. dəri xəstəlikləri, allergik yaralar...; - Bütün növ ağrılardan və neqativ enerjilərdən xilas olmaq; - Sonsuzluq; - Xərçəng; - Koronavirusa yoluxma (videoseansla sağaldırıq); - Analıq orqanlarının xəstəlikləri; - endometroz, kistalar, miomalar, fibrozlar, folikulların partlamaması, uşaqlığın sallanması və s. - Osteoparez; - Ürək-damar xəstəlikləri və s. Aksiya saat 12-dən 19-dək özəl klinikada keçiriləcək. Qabaqcadan zəng edib qəbula yazılmaq vacibdir. Əlaqə: 051 777 70 40 / 050 375 30 97 Söz ardı: Aksiyada iştirak edənlərə bayram hədiyyəsi olaraq Zahidə Vulkanın yenicə çapdan çıxmış “Əfsanəvi fenomen” kitabı təqdim olunacaqdır. Sağalmaz xəstəlikdən möcüzə sayəsində şəfa tapan tanınmış vəkil Zahidə Vulkan onu həyata qaytaran doktoru Paşa Yaqub haqqında kitab yazıb. "Əfsanəvi fenomen" adlanan bu kitab elmi-lədun bilicisi, qeyri-adi müalicə üsulu olan Paşa Yaqubun həyat və fəaliyyətindən, müalicə metodundan bəhs edir. Oxucu marağını nəzərə alaraq, https://pashayaqub.weebly.com/ saytı hazırda çapda olan bu kitabın üçüncü hissəsini oxucularına təqdim edir. “DOSTU” AGENT İMİŞ... “Haqqı deyin, hətta, acı olsa belə.” (Məhamməd Peyğəmbər) Paşanın izlənilməsinə göstəriş verilir. Nə yeyib-içməsi ilə belə maraqlanırlar. Hətta, hansı çayxanada oturub çay içsəydi, dərhal həmin çayxana bağlanırdı. Paşa bu halı ürək ağrısıyla qarşılayaraq, günahsız insanların çörək puluna bais olmamaq üçün heç bir ictimai yerə getməməyə qərar verir. Özünü Paşanın dostu kimi aparan birisi (hərbi komissarlıqda işləyən bu şəxsin adını yazmağı münasib bilmədik) gününün çox vaxtını Paşanın yanında keçirir. Hara getməsi, nə yeməsi, kimlə görüşməsi, nə söhbət etməsi barədə suallar verir. Çox saf və həm də gənc olan Paşa da onun suallarını dostu bilərək həvəslə cavablandırır. Bir gün Paşanın televizoru xarab olur. Həmin illərdə ancaq AzTV kanalı göstərirdi. Həmin kanalda gah bayağı verilişlər, gah da iqtidarın tərifindən başqa normal bir veriliş olmadığından Paşa televizor almır. Lakin, “Xəbərlər” proqramına baxmaq üçün ətrafda yaşayan qohumlarının evinə gedir. Bir neçə gündən sonra görür ki, hansı qohumun evinə gedirsə, ya televizor işləmədiyini deyirlər, ya da bir bəhanə ilə ona “Xəbərlər”ə baxmağa imkan yaratmırlar. Paşa başa düşür ki, onlara təzyiqlər olduğundan qohumları belə edirlər. Bacısınının həyat yoldaşı idarə müdiri işləyirdi. Rayonun rəhbərlərinin iştirakı ilə keçirilən iclasda gözlənilmədən Başçı bacısının yoldaşına sual verir ki, Paşa sizə niyə tez-tez gəlir? O isə bildirir ki, mən evdə olanda bizə gələn görməmişəm. Deyir niyə yalan danışırsan, dünən sizdə dolma yeyib. Necə olur biz kənarda ola-ola, hər şeyi bilirik, sən isə, evindən xəbərsizsən? Paşa bundan xəbər tutan kimi neçə illərdir özünü Paşanın sadiq dostu kimi qələmə verən şəxsin əslində onun izlənilməsi üçün təşkil olunmuş “dost” sifətində agent olduğunu başa düşür və ondan dərhal uzaqlaşır... ÖLÜMÜNƏ FİTVA VERİLİR... Bir Allah istəyən şəxsi Sevər külli mahal istər. (Aşıq Ələsgər) Paşa Yaqubun yazdığı kitabların çoxu böyük zəhmət hesabına başa gəlirdi. Belə ki, o rayonları gəzir, övliyaların, kəramət sahiblərinin tarixçələrini ətraflı öyrənir, arxivdə araşdırmalar aparır, bunların əsasında kitablar yazırdı. Paşa Yaqubun yazdığı kitablar bir çox dini təriqətlərin əqidəsinə zidd olduğundan, onu bu yoldan çəkindirmək üçün hərəkətə keçirlər. Bir zaman ölkədə tüğyan edən bəzi təriqətlərin yüksək eşalonu Paşa Yaqubun evinə hücum edərək onu hədələyirlər ki, kitablarını satışdan çıxarsın. Paşa Yaqub belə hədələrə məhəl qoymadığını görəndə onun öldürülməsinə fitva verirlər. Bundan qorxmayan Paşa Yaqub bir çox qəzetlərdə hadisələri işıqlandırmağa başlayır. Eyni zamanda 16 rəqəmi Allahın məhəbbət rəmzi olduğundan Paşa Yaqub Allaha sidq ürəklə yalvararaq 16 gün müddətində ona “ölüm hökmü” çıxaranların cəzasını verməsini diləyir. 16 gün tamama çatmamış Allah sevimli bəndəsi olan Paşa Yaqubun köməyinə çatır. 2002-2003-cü illərdə ölkəmizdə qatı təriqətçilərə qarşı geniş miqyaslı həbslər başlayır. Çoxları həbs edilir, çoxları isə ölkədən qaçırlar. Başbilənləri isə, deportasiya edilir, gəlir mənbələrinə qadağalar qoyularaq, bankları bağlanır. Bu bəla da Allahın istəyilə Paşa Yaqubdan sovuşur... KƏŞFLƏRİ ALİMLƏRİ HEYRƏTƏ GƏTİRDİ... AYIN ÜZƏRİNDƏKİ LƏKƏ DEYİL, XƏRİTƏDİR Paşa Yaqub bu sirri kəşf etdikdə alimlər heyrətə gəlir. Hər gün hamımızın gördüyü və diqqətimizi çəkərək sual verdiyimiz və müxtəlif cavablarla özümüzü sakitləşdirdiyimiz Ayın üzərindəki “ləkə” əslində ləkə deyilmiş. Seçilmişlərdən olan Paşa Yaqub elmi-lədun bilicisi kimi bu sirri açmağa nail olmuşdur. Bu kəşfini mətbuatda çap etdirdikdə hətta, bir müddət təzyiqlərə də məruz qalmışdır. Paşa Yaqub elmi-lədun araşdırması ilə yerin orbiti olan bu göy cisminin sirrini sübutlarla izah edərək bildirir: -Araşdırmalarımız zamanı məlum oldu ki, Ayın üzərindəki “ləkə”lər əslində, yerin ilk yaranışındakı Pangeya adlı materikin xəritəsidir. Bu şəkil coğrafiya kitablarında və internetdə də var. Həmin materikin xəritəsi ilə Ayın şəkillərini yanaşı qoyduqda Ayın üzərindəki “ləkə”nin Pangeya materikinin xəritəsi olduğu adi gözlə görünür. Bu “ləkə”lərin nəyə işarə olduğu indiyədək elmə məlum olmadığından, bu barədə dillərdə daim əfsanələr, miflər dolaşmaqdadır.
Hər gün gördüyümüz, ancaq fərqinə varmadığımız hikmətləri üzə çıxaran (kəşf edən) elmə elmi-lədun deyilir. Mənə inanmayan axşamlar Aya baxsın Salvador Dalinin əsərinin sirlərini də açır. Xilaskar kim olacaq? Belə söyləyir: -Bildiyimiz kimi, məşhur rəssam Salvador Dali (1904-1989) bir çox sirli, abstrakt rəsm əsərləri yaratmışdır ki, bu sirlər, oradakı gizli şifrələr üzərində bu gün də tədqiqatçılar baş sındırmaqdadırlar. Rəssamın belə şifrəli əsərlərindən biri də “Geopolitik uşaq yeni insanın doğuluşunu seyr edir” adlı rəsm əsəridir. Göründüyü kimi, əsərdə Yer kürəsi, materiklər təsvir edilib və kürədən bir uşaq doğulur. Əsərdə diqqət çəkən digər məqam kənarda dayanan qadının, əlilə xəritə üzərində Azərbaycanı işarə verməsidir. Bir çox təhlilçilər əsərdəki yeni doğulan körpənin dünyanı xilas edəcək xilaskar İsa Məsih, yaxud, Həzrət Mehdi olduğunu bildirirlər və qadının verdiyi işarə ilə rəssamın bu körpənin Azərbaycandan çıxacağını xəbər verdiyini güman edirlər. Elmi-lədun araşdırmalarımız göstərir ki, əsərdəki doğulan uşaq Pangeistdir (Pangeoist). Nədir (kimdir) Pangeist? Bunu izah etmək üçün Yer kürəsinin əvvəlki halına qayıdaq. Elmə məlumdur ki, ilk yaranışda Yer kürəsində cəmi bir materik olub ki, onun da adı Pangeya olub. Həmin materiki əhatə edən okeanın adı isə, Pantalas olub. Zaman keçdikcə, həmin Pangeya materiki əvvəlcə iki hissəyə - Lavrasiya və Hondvanaya bölünmüşdür. Hazırda isə, altı materik olduğu hamımıza məlumdur. “Pangeoist” sözün mənşəyi “Pan os”- “tam”, “bütöv”, “kök” (özül); “geo” – “Yer” anlamı verməklə, “bütöv Yer” mənasını bildirir. Göründüyü kimi, ilk yaranışda Yer bütöv olmuş, əsrlər keçdikcə parçalanaraq indiki halına gəlmişdir. Necə ki, insanlar əvvəlcə bir atadan və bir anadan (Adəm və Həvvadan) doğulduqdan sonra millətlərə, xalqlara parçalandılar, daha sonra irqlərə, dinlərə, təriqətlərə bölündülər və hazırkı hallarına gəldilər. Həmin eyni atanın və ananın övladları artıq bir-birlərinə düşmən kəsilərək, bir xalq digərinin, bir din o birinin, bir təriqət digər təriqətin qanını içməyə hazırdır və içirlər də. Salvador Dalinin şifrəli əsərindəki yeni doğulan Pangeist adlandırdığımız körpə həmin bu parçalanmanın qarşısını alacaq və Yeri əvvəlki halına-bütöv Yer halına gətirəcək şəxsdir. O şəxsin fəaliyyəti ilə Yerdə yaşayan bütün insanlar vahid bir ideya ətrafında birləşərək, bugünkü düşmənçiliyə və müharibələrə son qoyacaq, sülh, əminamanlıq şəraitində yaşayacaqlar. Etiraf edək ki, bu gün bəşəriyyət arasında yaranan qarşıdurmanın kökündə ilk növbədə dinlər dayanır. Daha dəqiq desək, din mafiyaları (dinlərin mafiyalaşması) dayanır. Dünyaya açıq gözlə baxsaq, “Buddizim”, “Atəşpərəstlik”, “Musəvilik”, “İsavilik” və “İslam” adı altında fəaliyyət göstərən mafiyaların dünya sərvətləri, nüfuz dairəsi uğrunda necə qanlı savaş apardıqlarını görmək olar. Bu savaşda qazanan yuxarıda sadaladığım mafiyalar, onların başında duran mafiozlar; itirən isə, onları din bilib, ardınca gedən sadə insanlardır. Bu mafiyalar insanları öz ardınca aparmaq, özlərinə tabe etdirmək üçün ibadətgahlar (kilsələr, sinaqoqlar, məscidlər) düzəldir və ora “Allah evi” adı verirlər. Halbuki, Allah hər yerdə, özəlliklə də insanın qəlbindədir. Mafiya başçılarının gəlir mənbəyi olan bu ibadətgahlarda əsas təbliğat onun üzərində qurulur ki, başqa dinlərə (yaxud təriqətlərə) mənsub olan insanlar sizin düşməninizdir və mütləq onları qətlə yetirib, sərvətlərini və yurdlarını əllərindən almalısınız. Onlar əsasən, savadsız, elmsiz, işsiz-gücsüz insanları öz təsiri altına salaraq, onlara pul vəd verməklə, müharibələrə cəlb edirlər. Nəticədə həmin müharibədə iştirak edən tərəflərə həm silahlarını satır, həm əsir götürdükləri insanları (onların daxili orqanlarını) satır, həm də qarətçilikdən küllü miqdarda sərvət qazanırlar. Bir çox hallarda müharibədə iştirak edən əsgərlərin maaşlarını və sığortalarını da vermirlər. Əsgərlər ölüncə döyüşür, ömürlərini mafiyaların yolunda qurban verirlər. Bütün bunların qarşısını almaq, insanları din mafiyalarının əsarətindən qurtarmaq üçün, əsərdə təsvir edilən Pangeist insanlara elmlənməyi və bu mafiyaların quraşdırdıqları ibadətgahlardan – “Allah evləri”ndən uzaq durmağı tövsiyə edəcəkdir. Beləliklə, bu təbliğat bütün dünyaya yayılacaq və insanlar öz əvvəlki hallarına-birlik və sülh hallarına qayıdacaqlar. Oxucuda sual yaranacaq ki, Pangeizm ideyasının rəhbəri (əsərdəki doğulan uşaq) və onun ardınca gedənlər dinsiz olacaqlarmı? Əlbəttə ki, yox! Onlar Yaradanın birliyini qəbul edəcəklər. Öz fəaliyyətlərində elmə, əxlaqa, halallığa və dürüstlüyə-bir sözlə, bəşəri dəyərlərə üstünlük verəcəklər. Sadəcə, indi mövcud olan (mafiyaların nəzarətində olan) heç bir ibadətgaha getməyəcəklər və özləri də heç bir ibadətgah yaratmayacaqlar. Onlar yuxarıda qeyd etdiyimiz kimi, Allahın təkliyini, hər yerdə olduğunu qəbul edəcəklər. Bu səbəbdən onların inancı daha çox bütün kitab verilmiş peyğəmbərlərin babası olan İbrahim Peyğəmbərin təbliğ etdiyi Tovhidə (təkallahlılığa) uyğun gələcəkdir. Bildiyimiz kimi, Tovhid bütün dinlərin mənbəyi, başlanğıcıdır (həmin vaxt ibadətgah olmayıb). Beləliklə, yeni doğulmuş Pangeist həm millətləri, həm də dinləri ilkin mənbəyinə, başlanğıcdakı halına gətirəcəkdir ki, bu da insanlar arasında sülhün, əmin-amanlığın yaranmasına səbəb olacaqdır. Salvador Dalinin “Geopolitik uşaq yeni insanın doğumunu seyr edir” əsərində diqqət çəkən digər məqam xəritə önündə dayanmış qadının Azərbaycana işarə etməsidir. Elmi-lədun araşdırmalarımız göstərir ki, yeni doğulan Pangeoist və onun təbliğ edəcəyi pangeizm ideyası həqiqətən də çox qısa zamanda Azərbaycanda meydana çıxacaq və buradan bütün dünyaya yayılacaqdır. Yazdığımız fikirlərin subyektiv olmadığını və Allahdan gələn bir xəbər olduğunu sübut etmək üçün daha bir sirri diqqətinizə çatdırmaq istəyirəm. Yuxarıda Dünyanın ilk yaranışda tək bir materikdən ibarət olduğunu, həmin materikin isə Pangeya adlandığını yazdıq. Bu materik zaman-zaman 6 hissəyə parçalanıb. İndi sizə Pangeya materiki haqda daha heyrətamiz bir sirr açacağıq. Belə ki, insanlar hər gecə bu materiki görsələr də, əslində bunun Pangeya olduğunu heç vaxt ağıllarına gətirməyiblər. İndi mən sizə həmin materikin yerini göstərirəm. Axşam qaranlıq qovuşandan sonra başınızı qaldırıb Aya baxın. Pangeya materikini orada görəcəksiniz. Belə ki, Ay Yer kürəsinin, üzərindəki "ləkə" isə, Pangeya materikinin xəritəsidir. Bütün bu və hələlik demək istəmədiyim digər sirlər Azərbaycanda doğulacaq yeni ideyanın bəşəriyyəti xilas edəcəyi barədəki fikirlərimin subyektiv olmadığını, Allahın qərarı olduğunu bir daha sübut edir. Oxucuda sual yaranacaq ki, bəşəriyyət birləşib vahid hala gəldikdən sonra, ictimai quruluş necə olacaq? Həqiqətən, maraqlı sualdır. Bəşəriyyət gələcəkdə hansı quruluşda yaşayacaq: kapitalizm, sosializm, yoxsa kommunizm olacaq? Mənə məlum olan budur ki, gələcəkdə bəşəriyyət bu quruluşların heç birində yaşamayacaq. Gələcək quruluşun adı İnformasionizm olacaq. Bu quruluşda əsas məsələ məlumat olacaq. Düzgün məlumat hər şeydən qiymətli olacaq. Hakimiyyət quruluşu isə, Meritokratiya olacaq. “Meritokratiya”- savadlıların və ağıllıların hakimiyyəti deməkdir. Yəni, insanlara mənsub olduqları partiyaya görə deyil, malik olduqları savada, ağıla görə yanaşılacaq. Onu da bildirim ki, həmin vaxt insanlarda elm çox güclü inkşaf edəcək və digər planetlərdə yaşayan canlıların elminə yaxın, bəlkə də onlardan çox olacaq. Həmin dövrdə mədəniyyət və incəsənət də indikindən güclü inkişaf edəcəkdir. Belə ki, tikilən binalar insanlara, heyvanlara və ağaclara bənzəyəcəkdir. Yəni, memarlıq o qədər güclü inkişaf edəcək ki, istənilən görkəmli adama bənzəyən, sevdiyiniz heyvana, yaxud, xoşladığınız ağaca, gülə bənzər binalar sifariş edib, tikdirə biləcəksiniz. Məşhur rəssamın əsərindəki rəqəm Qız Qalasına işarədir “Allah Kainatı riyazi dillə yaratmışdır”. (Qalileo Qaliley) Salvador Dalinin “Geopolitik uşaq yeni insanın doğuluşunu seyr edir” adlı şifrəli rəsm əsərinin aşağı hissəsində yazılmış 9 rəqəmi Paşa Yaqubun diqqətini çəkir. Aydın məsələdir ki, dünyaca məşhur bir əsərdə qeyd olunmuş rəqəm təsadüfi ola bilməzdi. Elə isə, bu rəqəm insanlara hansı kodlaşdırılmış mesajı verir sualına cavab üçün elmi-lədunla hesablamalar aparmağa başlayır və aydın olur ki, bu rəqəm Qız Qalasının sirridir. Paşa Yaqub araşdırmasını belə izah edir: Hesablamalarımız göstərir ki, Salvador Dalinin sözü gedən əsərindəki rəqəm Bakıdakı Qız qalasına işarə verir. Xatırladım ki, yazılarımızdan birində Bakıdakı yaşı minillərlə ölçülən və astronomik məqsədlə tikilən Qız qalasının sirlərindən (kodlarından) bəhs etmişdik. Təqdim etdiyimiz hesablamalar göstərirdi ki, “9” formasında tikilən qalanın kodları 9 rəqəminə (eləcə də “Quran”ın 9-cu surəsinə) bağlanır. Qalada diqqət çəkən məqamlardan biri gövdə hissəsində 32 diş, çıxıntı (qol) hissəsində isə, 23 diş olmasıdır. Elə isə: 32 - 23 = 9 Onu da qeyd edim ki, dünyadakı 11 iqlimdən doqquzu Azərbaycandadır. Burada haşiyə çıxaraq, oxucuların diqqətini “Quran”da 9 rəqəmi ilə gələn surələrə cəlb etmək istəyirik: Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr 9 rəqəmi (Qeyd edim ki, 9 “Tövbə” surəsinin sıra nömrəsidir.) ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, 39, ......109) surələrdəki ayələri cəmləsək, 555 ədədi alınar: 129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555 Bu ayələr bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır. Yenə də qayıdaq Qız qalasındakı rəqəmlərə. Maraqlıdır ki, qalanı tədqiq edən bütün tədqiqatçılar orada keçən ölçülərin hamısının 555 ədədinə bağlandığını təsdiq edirlər. Məsələn: 159 + 951 = 1110 : 2 = 555 258 + 852 = 1110 : 2 = 555 357 + 753 = 1110 : 2 = 555 456 + 654 = 1110 : 2 = 555 Qalanın tikilişində diqqət çəkən digər məqam onun kərpic qatlarının 555 sıra olmasıdır. Ona görə də tədqiqatçılar 555 ədədini Qız qalasının kodu hesab edirlər. “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Məryəm” surəsi, 94. Bildiyimiz kimi, “Quran”ın 9-cu surəsi yeganə surədir ki, “Bismillah”sız başlayır. Sual yaranır: Niyə bəs “Tövbə” (9) surəsi “Bismillah”sız başlayır? Elmi-lədun araşdırmalarımızla bu suala cavab tapmağa çalışaq. Hesablamalarımız göstərir ki, 9-cu surə 22-ci (Həcc) surənin davamıdır. Xatırladım ki, elm və peyğəmbərlik rəmzi olan XXI əsrin 2-ci Qurban bayramı günü (22. 02. 2002) mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur. Belə ki, bu ayələrdə bu gün Qurban bayramı olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir: “Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Əgər tövbə etsəniz, bu, sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” (Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə). Allahın verdiyi elmlə dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür) bitəcəyini bildiyimizdən, bu barədə ovaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdik və gözlənilən bəladan xalqı xəbərdar etdik (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). Nəhayət, 22 iyunda Cənubi Azərbaycanda baş verən 9 bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu. Ondan sonra Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin davamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik. Yəni, riyazi dildə desək, Quranda “iyirmi iki” “doqquza” çevrilir. Yeri gəlmişkən, diqqətinizi başqa bir məqama da cəlb etmək istəyirik. Bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyası 22(0) sümüyün birləşməsindən yaranmışdır (sıfır məna bildirmədiyindən onu mötərizəyə aldıq) ki, bunlardan 22-si başdadır. Maraqlıdır ki, “Quran”ın 22-ci surəsi “Həcc” surəsidir və burada Allahın evi, başqa sözlə desək, enerjinin başlanğıcı, mərkəzi olan Kəbə evinin ətrafına fırlanmaqdan söhbət açılır. Bunlar təsadüfi deyildir. 22-nin 9-a çevrilməsi tək “Quran” və anatomiya elmlərində deyil, fizika elmində də özünü büruzə verir. Belə ki, diqqətinizi cihazların daxilində qoyulmuş transformatorun funksiyasına cəlb etmək istəyirik. Bu transformatorlar 22(0) voltluq enerjini bir qayda olaraq 9-a çevirirlər. Buradan belə qənaət hasil olur ki, insan öz enerjisini əməli işə çevirərkən, onu vicdanının (oxu: daxili transformatorunun) süzgəcindən keçirməlidir. Yəni, TÖVBƏ surəsinin sərhədləri daxilində əməllər etməlidir, –öz enerjisini günah işlərə sərf etməməlidir. Əgər insan fizikanın (Allah kainatı fizikanın qanunları ilə idarə edir) qanunlarına tabe olmayıb, enerjisini günah işə sərf edərsə, onda mütləq gec-tez bəlaya məruz qalacaqdır. Son dövrlərdə cəmiyyətdə həyəcanlı hadisələrin (qəzaların, zəlzələlərin...) artması da məhz bu amillə əlaqədardır. (ardı var) Sağalmaz xəstəlikdən möcüzə sayəsində şəfa tapan tanınmış vəkil Zahidə Vulkan onu həyata qaytaran doktoru Paşa Yaqub haqqında kitab yazıb. "Əfsanəvi fenomen" adlanan bu kitab elmi-lədun bilicisi, qeyri-adi müalicə üsulu olan Paşa Yaqubun həyat və fəaliyyətindən, müalicə metodundan bəhs edir.
Oxucu marağını nəzərə alaraq, moderator.az hazırda çapda olan bu kitabı oxucularına təqdim edir. (Yazının əvvəlini bu məqalədən oxuya bilərsiniz: https://pashayaqub.weebly.com/m601qal601l601r/qeyri-adi-mualic-usulu-olan-azrbaycanl-hkim-haqda-kitab-yazld) ALLAHA SEVGİSİ SOYUNDAN GƏLİB... “Allahın iki şah əsəri var: İnsan və Kainat” (Paşa Yaqub) Hansı nəslin soykökündə xeyirxah, əməlisaleh və yaxud kəramətli bir adam olubsa, zaman keçdikcə həmin nəsildən kimdəsə bu əlamət özünü büruzə verir. Dahi Füzuli bunu nəzərdə tutub deyirdi ki, “Sədəf su içməyincə abu-nisandan, gövhər verməz”. Yəni, əslindən-soykökündən ilham almayan yaxşılıq edə bilməz və yaxud, kəramət göstərə bilməz. Bütün bu insani keyfiyyətlər bir çox hallarda kodlaşdırılmış formada, genetik yolla ötürülür... Belə bir el misalı da var ki: “Ot kökü üstə bitər”. Kür qırağının sirlərlə dolu məkanlarından biri olan Zərdab rayonunda XIX əsrin sonlarında Hacı Yaqub kimi tanınan bir tacir yaşayırdı. Hacı Yaqub bölgənin sayılan kişilərindən biri kimi böyük hörmət sahibi idi. Həm də bölgədə kasıbların, kimsəsizlərin ümid yeri kimi ad-san qazanmışdı. Dinə bağlılığı ilə bölgədə xüsusi hörmət sahibi idi. Onun düşmənçilikləri olan ailələrə gedərək qan-qadanın sona çatmasını rica etməsi, küsülüləri barışdırması kimi xeyirxah əməlləri ola biləcək çox faciələrin sipəri olmuşdu. Zamana görə Həcc ziyarətinə getmək hər adama nəsib olmasa da, bu mübarək qədəm Yaqub kişiyə nəsib olmuşdu. Hacı Yaqub Kür qırağında yerləşən Lələağacı kəndinin Aşağı bağ adlanan sahəsində pambıq əkdirər və xammalını tacir kimi tez-tez Avropa ölkələrinə, əsasən də Fransaya aparardı. Xammalını sataraq, ipək parça, şirniyyat məhsulları, kəllə qənd, konfet və s. alaraq gəmilərə yükləyib Odessa limanına gətirərmiş. Mallarının bir hissəsini satdıqdan sonra, hazırkı İpək Yolu ilə mallarını sata-sata Zərdabın Lələağacı kəndinə gələrdi. Mallarının hamısını satmaq imkanları olsa da, Hacı Yaqub bölgənin tələbatını nəzərə alaraq, lazımi qədər məhsulları saxlayaraq Lələağacı kəndində olan mağazasında satdırardı. Bütün ətraf rayonlar Hacı Yaqubun mağazasına alış-verişə gələrmişlər. Beləcə Hacı Yaqub, bölgə əhalisini həm sənaye və həm də ərzaq məhsulları ilə təmin edərmiş. Hacı Yaqubla alış-veriş etmək üçün İrandan da ticarət gəmiləri gələrmiş. Hacı Yaqub da İrana alış-veriş etməyə gedərmiş. İrandan aldıqları məhsulları Xəzər dənizindən keçməklə Kür çayı vasitəsilə çayın kənarında yerləşən Lələağacı kəndinə gətirərdi. Malın bir hissəsini kənddə, qalanını digər əyalətlərin tacirlərinə satarmış. Dövrün qanunları çox sərt idi. Yollarda qaçaq-quldur tacirlərə hücum çəkər, var-yoxunu talayardılar. Lakin, Hacı Yaqubun karvanına yaxın düşməzdilər. Ondan bac almazdılar. Ona görə yox ki, qorxardılar, sadəcə çox hörmətli kişilərdən olduğu üçün, qaçaq-quldurlar da ona hörmət edərdillər. Hacı Yaqub Sovetlər dönəminə qədər fəaliyyətini davam etdirib. Onun karvanında işləyənlər sonradan xatirə kimi kənddə danışardılar ki, yollarda qaçaqlar bütün karvanların qarşısını kəssələr də, Hacı Yaqubun karvanına yaxın durmurdular. Hacı Yaqub bu halı qiymətləndirərək, dəfələrlə onlara hədiyyələr vermək istəsə də, qaçaqlar imtina edərək, Hacı Yaquba minnətdarlıq edərdilər. Hacı Yaqub dövrünün çox varlı kişilərindən olub. Bölgədə tək-tək imarətlər olub ki, onlardan biri də Hacı Yaqubun olub. Onun imarəti zövqə görə xüsusilə seçilərmiş. İmarətinin tikinti materiallarını və içərisinin əşyalarını Fransadan gətiribmiş. Hacı Yaqub kəndin qırağında Bəylik məhəlləsi deyilən yerdə yaşamış və Həsənbəy Zərdabinin atası Səlim bəylə həm qonşu və həm də yaxın dost olmuşdur. Hacı Yaqub sonradan kənddə Aşağı bağ deyilən sahəyə köçür. Burada da 6 otaqlı imarət inşa etdirir. Hətta, otaqların qapılarının dəstəyi qızıldan olub. Otaqlar bahalı daş-qaşlarla bəzədilmişdir. Sovetlər birliyi Hacı Yaqubun bütün varidatı ilə yanaşı imarətini, heyvan sürülərini də əlindən alaraq, kolxoza verir. Onun imarəti bir müddət məscid kimi, daha sonra isə məktəb kimi fəaliyyətdə olub. Bölgədə hörmətli və kəramətli birisi kimi tanınan Hacı Yaqubun 5 oğlu olub. Oğlanlarının hərəsi bir yol seçərək, istəklərinin arxasınca gediblər. Həm möminlikdə və həm də ticarətlə məşğul olmaqda təkcə oğlu Paşa onun yolunu davam etdirib. Paşa hələ uşaq ikən atasının yanında olar, hər şeylə maraqlanar, suallar verib cavablar alaraq, özünü atasının davamçısı kimi hazırlayarmış. Hacı Yaqubun qocalaraq əldən düşdüyünü görən oğlu Paşa Sovetlər dönəmi olduğundan onun işini davam etdirə bilməsə də, zamana uyğun iş qurmağa başlayır. Tez bir zamanda bölgədə nüfuz sahibinə çevrilir. Hacı Yaqub dünyasını dəyişəndən sonra Paşa kişi bölgədə böyük hörmət sahibi kimi tanınır və bölgənin adamları onu özlərinin ağsaqqalı kimi qəbul edərək, hər işlərində onunla məsləhətləşər, dediklərini dəyərləndirərdilər. Paşa kişinin bir neçə övladı olsa da, ancaq Alı adlı oğlu Allahın yolunu seçərək, möminliyi atasından miras kimi qəbul edir. İkinci Dünya müharibəsi Alı kişini də imtahana çəkir. O da qanlı-qadalı müharibəyə gedir. Dəfələrlə yaralansa da, el-obasına qayıtmaq ona nəsib olur. 1940-1950-ci illər Sovetlər Birliyində çox çətin illər olub. Aclıq, yoxsulluq insanların həyatını kabusa çevirir. Kənddə ona doğma olan qohum-qonşuların aclıqdan özlərinin, doğmalarının həyatını itirdiklərinə ürək ağrısıyla yanaşan Alı kişi kənd camaatına köməklik etmək üçün yollar axtarmağa başlayır. Kənddə yaşayan ahıl insanlar danışardılar ki, aclıq illərində Ali kişi bizi acından ölməkdən xilas edib. İnsanlar bitkilərlə qidalanardılar. Alı kişi Kür çayından balıq tutaraq, araba ilə Qarabağa aparıb satar və çörək alıb kəndə gətirərmiş. İlk öncə müharibədən qayıtmayan həmkəndlilərinin övladlarının payını göndərərmiş. Qalanını isə, kənddə hər bir evə pay edərmiş. Babası Hacı Yaqub və atası Paşa kişi kimi ticarətindən də qalmazmış. Baramaqurdu saxlamaqla, bostançılıqla dolanışığını təmin edərmiş. Alı kişi də babası Hacı Yaqub və atası Paşa kişi kimi gənc yaşlarından kənd camaatının hörmətini qazanır. Yaşa dolduqca kəndin ağsaqqalı kimi çox böyük nüfuz sahibinə çevrilir. Kəndin camaatı elçiliyə gedəndə, barışıq üçün harasa getməli olanda özləri ilə Alı kişini də apararmışlar ki, “əliboş” qayıtmasınlar. Alı kişi kəndin sayseçmə kişilərindən olan Zaman kişinin qızı Aşa xanımla ailə qurur. 4 qızı olur. Kənd camaatı Alı kişinin oğlu olması üçün dualar edər, ziyarətgahlara gedər, nəzir verər, qurbanlar kəsərmişlər. Alı kişi özü də soyunu davam etdirən oğlunun olması arzusu ilə kəndin digər ağsaqqalları ilə birlikdə ziyarətgahlara gedərək oğlu olması üçün zikr və dualar edərdi. Adəti üzrə bir gün Ağdaşdan 45 km. cənubda yerləşən Xınalıqlı kəndində Veys Baba kimi tanınan Veysəl Qəraninin qəbrini ziyarət edir və Allahdan oğlunun olmasını arzu edir. Həmin gün yuxusunda Veys Babanın ona hədiyyə verdiyini görür. Alı kişidə oğlu olacağına əminlik yaranır. Müntəzəm olaraq Veys Babanın qəbrini ziyarət edər, qurban kəsərək, ətrafda yaşayan kasıblara paylayarmış. Tez-tez Mövlud oxudar, Mövlud ayında ehsanlar verərək, zikrlər edər və dualar oxuyarmiş ki, oğlu olsun. Alı kişini tanıyan hər kəs də onun oğlu olması üçün dualar edərmiş. Alı kişinin qəlbində Allah sevgisi qijov axan dağ selinə, çağlayan sulara bənzəyirdi. O cümə namazını camaatla qılmağın fəzilətinin böyüklüyünə inandığı üçün yaşadığı Lələağacı kəndindən rayonun mərkəzi Zərdaba atla gedər, atını orda bağlayaraq, oradan Göyçaya Cümə namazı qılmağa gedərmiş. Cümə namazından qayıdanda yolda bazarlıq edər, kəndin uşaqlarına hədiyyələr alarmış. Hər cümə günü kəndin uşaqları toy-bayrama gedirmiş kimi evdən çıxaraq kəndin qırağına yığışar, Alı kişinin gəlişini gözləyərmişlər. Alı kişi çox əliaçıq adam olub. Uşaqlara aldığı hədiyyələri onlara verdikdən sonra kiminsə evində qoca, yaxud xəstə var imişsə, etdiyi bazarlıqdan onlara da pay göndərərmiş. Alı kişinin qəlbindəki Allah sevgisinə, kənd ağsaqqallarının, ətraf rayonlardan Alı kişini tanıyaraq ona oğul arzulayanların dualarına xatir Alı kişiyə Allah hədiyyə olaraq oğul payı nəsib edir. 26 may 1968-ci il tarixində adəti üzrə rayon mərkəzinə bazarlıq etmək üçün gedir. Kəndə hay düşür ki, Alı kişinin oğlu olub. Kənd əhli onu təbrik etmək üçün Alı kişigilə axışır. Alı kişinin Zərdaba getdiyini öyrənir və onun gəlişini gözləyirlər. Alı kişi kəndə yaxınlaşanda kəndin ahıldan tutmuş oğul-uşaqların yol ustündə yığıldığını görür. Onlara yaxınlaşdıqca “Allahım, xeyr olsun!” – deyə dua edir. Alı kişinin atını görən insanlar sevinclə ona tərəf qaçırlar. Təlaşla: Nə olub? – deyə soruşur. Adamlar onu: – Muştuluğumuzu ver – deyə atın belindən qucaqlayıb düşürür və təbrik edərək, sevinclə onlara gedirlər. Alı kişi ilk qurbanını elə həmin gün kəsərək, kənd camaatına paylayır. Beləcə, bütün deyilmiş qurbanlar kəsilir, ziyarətgahlara edilən nəzirləri körpə ilə birlikdə aparırlar. ALLAHIN ALI KİŞİYƏ HƏDİYYƏSİ HAMIMIZA HƏDİYYƏ OLDU... Alı kişi atasının adını yaşatmaq üçün oğluna Paşa adı qoysa da, kənd əhli, qohum-əqraba onu hamıya doğma olduğundan Əziz deyə çağırmağa başlayırlar. Körpə Paşa bütün qayğılardan bixəbər, sevinc içində böyüməyə başlayır. Atası onu tez-tez özü ilə ziyarətgahlara, kəramət sahiblərinin, övliyaların ocaqlarına aparmaqla yanaşı, Veys Babanın (Uveys əl-Qəraninin) qəbrini də ziyarət etməyə aparırdı. Beləcə böyüməyə başlayan balaca Paşa 5 yaşına çatanda qəfildən Alı kişi dünyasını dəyişir. Aşa xanımın çiyinlərinə çox ağır 5 övladını tək böyüdüb, ərsəyə çatdırmaq kimi bir yük düşür. Kənddə çox böyük nüfuz sahibi olan Ali kişi kənd məktəbində təsərrüfat işləri üzrə çalışırdı. Ağsaqqallar yığışaraq məktəb direktorunun yanına gedib xahiş edirlər ki, Alı kişinin işini Aşa xanıma həvalə etsin. Məktəbin direktoru Aşa xanımı Alı kişinin işlədiyi işə qəbul edir. Çətinliklər olsa da, Aşa xanım 5 balasını böyüdüb ərsəyə çatdırır. Alı kişidən qalan kəramət sahiblərini ziyarət etmək kimi mirası Aşa xanım davam etdirirdi. Özü ilə Paşanı tez-tez Veys Babanın qəbirüstünə və digər kəramət sahiblərinin ocaqlarına ziyarətə aparardı. Paşa böyüdükcə hamı ona heyranlıqla baxarmış. Çox ağıllı, düşüncəli, savadlı, yaşından çox bilən birisi kimi böyüyür. Balaca Paşa danışanda, – buna bax, böyüyüb təzədən kiçilib, – deyərmişlər. Balaca Paşa ona verilən hədiyyələrdən kənd uşaqlarına pay verərmiş. Paşanın əliaçıqlığını görən kəndin yaşlı insanları onu qucaqlayıb, öpərmişlər. Deyərmişlər ki, biz müharibədən sonrakı aclıq illərində sənin atanın səxavəti sayəsində salamat qaldıq. Balaca ağsaqqal... Alı kişi dünyasını dəyişəndən sonra kənddə təşkil olunan məclislərdə onun həmişə əyləşdiyi stolda heç kim oturmur. Məclisin başında stolun boş qalmasını istəməyən ağsaqqallar təklif edirlər ki, Alı kişinin oğlu uşaq olsa da, həmin stolda onu otuzdursunlar. Belə də edirlər. Paşa əvvəllər yaşlı insanlarla əyləşmək istəməsə də, sonradan buna alışır. Tez-tez uşaqlarla məhəllədə oynayan balacanı uşaqlarla oynadığı yerdə kənd adamlarından kimsə gəlib özü ilə aparır. Yayda isə Paşa üçün daha dözülməz olur. Belə ki, o, ev paltarında oynadığı vaxt aparıldığından məclis adamı oğul-uşaqdan kimin paltarı ona yarayırsa geyindirib, sonra məclisdə atasının yerində başda otuzdurarmışlar. Çox hallarda Paşa məclislərə uşaqlarla oynamağa getsə də, Alı kişinin oğlu olduğu üçün ağsaqqallarla oturmalı olurdu. Kənddə ələlxüsus qohum-əqrəba olduğundan Aşa xanım da etiraz etmir və buna adət edir. Paşa da böyüdükcə buna adət edir. Artıq harda məclis olsa, geyinib həmin məclisə gedir. Bu hal balaca Paşanı müdrikləşdirirdi. Məclislərdə adət-ənənələri öyrənməklə yanaşı, məclis əhlindən ədəb-ərkan da öyrənir. Məhz, buna görə də dünyagörüşündə yaşıdlarından çox-çox qabağa gedirdi. Altı yaşından məclis əhli olan Paşa artıq 8-9 yaşında olanda qohum-əqrəba məclis təşkil etməmişdən öncə onu çağıraraq ondan soruşardılar ki, filankəsin məclisində sən orda idin nə bişirmişdilər, stolu necə bəzəmişdilər və s. Artıq əksəriyyət adamlar kənddə Paşanın zövqü ilə məclisini bəzəyərdi. Leninin başı... Paşa da yaşıdları kimi məktəbə gedir. Hələ birinci sinifdə oxuyarkən savadına müəlliməsi heyran qalır. Məktəbdə hərəyə bir ləqəb qoşurdular. Balaca Paşaya “Lenin” deyirdilər. (Sovet dönəmində savadlı adama “başı Leninin başıdır” deyirdilər). Müəllim nə sual versə, Paşa fikirləşmədən cavab verərdi. Müəlliməsi: – Paşa, bunları hardan öyrənmisən? – deyə tez-tez ona suallar verərmiş. Balaca Paşa böyüdükcə anasının ona başa saldığı və buyurduğu işləri mükəmməl yerinə yetirirdi. Artıq 7-8-ci sinifdə oxuyanda hətta, müəllimlər də hansı sənədi haradan almağın lazım olduğunu Paşadan soruşardılar. Məktəbli olsa da, müəllimələrinə sənədləşmə işlərini başa salaraq, hansı işə hansı sənəd lazım olduğunu öyrədirdi. Ailəsinə aid bütün sənədləşmə işlərinin də həlli Paşanın öhdəsində idi. Paşa idarə və təşkilatlara nə iş üçün gedirdisə, Alı kişinin oğlu kimi hörmət edər, onu tez yola salardılar. Paşa ibtidai siniflərdə oxuyan vaxtdan uşaq təfəkkürünə sığmayan kitablar oxuyardı. Hətta, “Elm və Həyat” jurnalını oxuyurdu. Hələ uşaq olsa da, sanki gələcəyini elmdə görürdü. “Kommunist”, “Azərbaycan Gəncləri” kimi qəzetləri müntəzəm oxuyurdu. Mütaliə etməyi çox sevərdi. Gündəlik qəzetləri izləyirdi. Hamısına abunə olurdu. Bir gün qəzet və jurnalı gec çatdırılardısa, poçtalyonu bezdirərdi. Paşa hələ uşaqlığından babaları və atasına kənddə saxlanılan hörmət-izzəti sanki miras kimi qəbul edir. Paşa orta məktəbi qurtaranda artıq ali təhsil almış insanlar səviyyəsində bilik və bacarığa malik idi. Kənd orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirir. Ömrünün təravətli çağlarına qədəm qoyan Paşa 20 yaşında ikən ölkədə İmperiyaya qarşı mübarizə başlayır və ölkəmizin müstəqilliyi uğrunda Xalq Hərəkatı vüsət alır. Gənc Paşa da bu hərəkata qoşulur. Ölkəmizin müstəqillik qazanacağına onda daxili inam olduğunu hərəkat yoldaşlarına həvəslə danışır və gələcək planlarını qurur. Ölkəmiz müstəqilliyini qazanandan sonra rayonda bizneslə məşğul olmağa başlayır. İlk öncə dəftərxana ləvazimatlarının alış-satışı ilə məşğul olur. Eyni zamanda surətçıxaran aparat alaraq, Quranın tərcüməsini əldə edib, Surə və ayələrin surətlərini çıxarıb alıcılar arasında təmənnasız paylamağa başlayır. Aylıq gəlirindən xeyriyyə məqsədilə də istifadə edir. Dini mərasimlər təşkil edir. Tez-tez şadlıq evlərində rayonun camaatını yığaraq, Peyğəmbərin şərəfinə ehsan verir, Mövlud oxutdurur, İlahi musiqləri oxuyanların rayonda çıxışlarını təşkil edir. Rayonda tez bir zamanda ad-san qazanır. Tezliklə ailəsində olan maddi çətinlikləri də arxada qoyur. Ailə həyatı qurur, 3 övladı dünyaya gəlir. Beləcə, ailəsini halal zəhmətilə dolandırdığı bir vaxtda üç rəngli bayrağımıza sevgisi Paşanın həyatının gedişini büsbütün dəyişdi. “PAŞANIN BAYRAĞI”... Vara aldanmadı, pula uymadı, Vicdanından qeyri hakim duymadı, Ağrılı anları xalqa qıymadı, Çəkdi hər bəlanı o özü ancaq. Azərbaycanda Milli Azadlıq Hərəkatı başlayanda gənc Paşa da hərəkata qoşulur və üçrəngli, ay-ulduzlu bayrağımızı aparıb, doğulduğu kəndin mərkəzində bir işıq dirəyinə sancır. Kənddə bu bayrağa hamı "Paşanın bayrağı" deməyə başlayır. Bir neçə gündən sonra Kənd Sovetinin sədri İxtiyar müəllim (Paşanın riyaziyyat müəllimi olub, indi Rusiya bazarında alver edir) bayraq asılan dirək yaxın olan evin sakini yaşlı kişini idarəsinə çağıraraq ona hədə-qorxu gəlir ki, niyə “Paşanın bayrağı” sənin evinin tuşundakı işıq dirəyinə vurulub, təcili onu çıxart ordan. Kişinin təlaşını nəzərə alıb, Paşa bayrağı həmin mərkəzi küçədəki başqa dirəyə sancır. 2 gündən sonra başqa kişini hədələyir ki, niyə “Paşanın bayrağı” sənin evinin tuşuna taxılıb? Paşa bayrağı burdan da çıxarıb, başqa dirəyə taxır. Paşa bayrağı harda asırdısa, ora yaxın yaşayan kənd adamlarını Paşanın üstünə göndərirdi ki, bayrağını ordan götürsün. Xülasə, kənddəki bütün dirəklərə taxılıb, çıxarılmaqdan bayrağın sapı dəfələrlə sınıq-sınıq olmuşdu. O boyda kənddə Kənd Sovetinin sədrinin hikkəsindən Paşa evlərə uzaq dirək tapıb bayrağını oraya sanca bilmir. Beləliklə, kənddə “Paşanın bayrağı” kimi tanınan üçrəngli ay-ulduzlu bayrağımız kəndin bütün küçələrində asılmağa və tezliklə çıxarılmağa “məhkum olur”. Kənd Sovetinin sədri İxtiyar müəllim özü də bilmədən bayrağı kənddə hamıya tanıdır, özü də “Paşanın bayrağı” kimi. Haşiyə: Sərxan Carçı adlı tədqiqatçı jurnalistin “Azərbaycan bayrağı” adlı kitabında (80-ci səhifədə) “Paşanın bayrağı”nın da “müsibətləri” yer alıb. Paşa nəinki, Kənd Sovetinin sədrinin, hətta, rayon rəhbərlərinin də “qara siyahı”sına düşür. Gənc Paşanın üstünə “səlib yürüşü”nə başlayırlar. Paşanın ofisindən kimlər alver edirdilərsə onlar da hədələrə məruz qalırdırlar. Paşa dəftərxana ləvazimatlarını bank hesabına köçürülmə yolu ilə müəssisələrə də satırdı. Tələbat çox olduğundan o da satdığı malları nisyə götürərək satdıqdan sonra pulunu verirdi. Rayonda İcra hakimiyyəti bütün idarə və təşkilatlara tapşıırq verir ki, heç kim Paşadan heç nə almasın, alınan malların pulları ödənilməsin. Vəzifə hərisləri də bu tapşırıqdan istifadə edərək, Paşanın pullarını mənimsəyirlər. Paşa isə nisyə aldığı malların pulunu qəpiyinə kimi ödəməyi özünə vicdan borcu bilir. Amma, pulunun olmaması onu çox narahat edir. Tək ağlına gələn 5 otaqlı evinin 3 otağını sökərək, daşını, qapı-pəncərəsini, pula gedən nə varsa dəyər-dəyməzinə satıb borcunu ödəyir. İki kiçik otaqda isə altı nəfərlik ailə üzvü ilə dözülməz şəraitdə yaşayır. Səbəb Paşanın Xalq Hərəkatına qoşulması və üç rəngli, ay-ulduzlu bayrağımızı çoxlarının həzm edə bilməməsi idi. İnsafla desək, Paşaya vəzifə, pul təklif edilirdi ki, hərəkatdan uzaqlaşsın. O isə, “amalım qeyrətimdir” – deyə, bütün bu təklifləri rədd edirdi. Haqq yolunda olduğu üçün bir müddət anası və beş nəfərdən ibarət ailəsini anasının təqaüdü hesabına ancaq çörək alaraq ac-yalavac dolandırmalı olur. Bu, Paşanı sarsıtsa da, çıxış yolu tapır. İlk öncə soyadından – ov şəkilçisini ataraq, Paşa Yaqub kimi özünü tanıdır. Allahdan ona sanki bir səda gəlir ki, kəramət sahiblərinə üz tut, onlardan yazdığın kitablar sənə kömək olacaq, kitabları sat, dolan. Əvvəllər kitablarından gəlir güdmürdü. Ziyarətgahlar, övliyalar haqında olduğu üçün təbliğ etmək məqsədilə çap etdirir və paylayırdı. Evinin əşyalarını və üç otağının pula gedən hissələrini satıb qurtardıqdan sonra, satılası heç nəyi qalmadığından, kitablarını satmağa başlayır. Kitablarını çap etdirmək üçün maddi imkanları da olmadığından, hərəkatdan tanıdığı, ona hörməti olan insanlardan xahiş edir ki, kitablarını nisyə çap etsinlər, sataraq pullarını ödəyəcək. Onun saflığını bilən nəşriyyatda işləyən tanışları vəziyyətdən agah olduqları üçün kitablarının nisyə çap edilməsində ona köməklik edirlər. Beləcə, yazdığı kitablarını satmaqla ailəsini dolandırmağa başlayır. Bundan xəbər tutan rayon rəhbərliyi Paşadan kitab alanların başına oyun açacaqları ilə insanlara hədə-qorxu gəlirlər. Əvvəllər fəxrlə Paşa ilə qucaqlaşıb görüşənlər belə vəziyyətdə ona salam verməyə belə qorxurlar. Paşa yaşadığı rayonun adamlarının həyatlarını təhlükəyə atmamaq məqsədilə kitablarını da götürərək, ətraf rayonlara üz tutur. Çox çətinliklərlə üzləşir. Balalarını böyütmək üçün hər bir əzab-əziyyətə qatlaşır. Beləcə, ailəsini dolandırmağa başlayır. Uşaqlarını böyüdür, təhsil almaları üçün çalışır, onlara əllindən gələni edir ki, övladları qarşısında üzüağ olsun. İLAHİDƏN GƏLƏN DİPLOM... “İnsan Mənim sirrimdir, Mən də insanın sirriyəm!” (Yaradan) Hələ Paşa uşaq ikən bir gün anası Aşa xanım yuxusunda qara atda, uzun qara libasda nurani simalı bir kişinin onlara gəldiyini görür. Öz-özünə deyir ki, bu ki, Veys Babadır. Görür ki, həmin nurani kişi eyvanlarının divarını rəngləyir. Sonra dördkünc nəsə çəkir, sonra qızılı rəngdə boyayır, ortasına DİPLOM və SSRİ yazır və dönüb ona baxan Aşa xanıma deyir ki, bu, Paşanın diplomudur. Paşa uşaq olsa da, anası gördüyü yuxunu ona danışır. Həvəslə: – Sənin diplomun İlahidən gələcək, –deyir. Paşa anasından: – Diplomu oxuyub alırlar, necə mənə İlahidən gələcək? – deyə soruşur. Anası sevinclə yuxusunu Paşaya izah edirdi:-Yuxuda gördüm ki, Veys baba bizə gəldi, atdan düşüb, onu evimizin sütununa bağladı. Sonra eyvanımızın divarını rəngləyib, divarda diplom şəkli çəkdi və dedi ki, bu Paşanın diplomudur. Paşa uzun müddət var-gəl edərək anasının yuxusunu düşünür ki, bu nə diplomu ola bilər? Beləcə, illər ötür. Ona şəfa vermək qabiliyyəti verildikdə başa düşür ki, anasının yuxuda gördüyü diplom elə bu imiş. Veyis Baba kimdir? Xalq arasında “Veys Baba”, “Veysəl Qara”, Veysəl Qərani kimi tanınan Uveys əl-Qərani İslam tarixində ən çox tanınan və sevilən mübarək bir şəxsiyyətdir. Bunu məşriqdən məğribəcən demək olar ki, hər diyarda ona nisbət edilən müxtəlif qəbirlərin mövcudluğu da sübut edir. Azərbaycanda onun məzarı Ağdaşdan 45 km. cənubda yerləşən Xınalıqlı kəndinin ərazisindədir. Veysəl Qərani Azərbaycana cihad üçün göndərilən orduyla gələrək İslamı buralarda təbliğ etmişdir. Onun kimi örnək şəxsiyyətlər İslam orduları ilə birlikdə yeni fəth olunan yerlərə gedər və orada İslamı halları, davranışları və dilləri ilə təbliğ edərdilər. Bu mübarək şəxs də Azərbaycana gələrək bu torpaqları şərəfləndirmişdir. Azərbaycan xalqının İslamı qəbul edərək müsəlmanlaşmasında şübhəsiz ki, onun da rolu olmuşdur. Bəlkə elə ona görə də bu torpaqlarda bir çox Allah dostu övliyalar və İslam alimləri, şairlər yetişmişdir. Nizami, Füzuli, Nəsimi, Seyyid Yəhya Şirvani kimi Allah və Rəsulunu şeirlərində ən gözəl şəkildə tərənnüm edən şairlərimizdəki ilahi eşq və məhəbbətlə dolu ruh halının Veysəl Qərani və onun kimi buralara gələn İslam təbliğçilərindən qaynaqlandığını söyləmək yanlış olmaz. Mənbələrdə bildirilir ki, Veysəl Qaraninin soyu Yəmən tayfalarından olan "Beni Murad" (Muradoğullarından) gəlir. Murad Beni Murad tayfasının karan (Karen, Qarani) qəbiləsindəndir. Məhəmməd Peyğəmbər dövründə yaşamasına baxmayaraq onu heç görməmişdir. Dinimizdə ana sevgisinin böyüklüyüylə anlamlandırılmış bir din böyüyümüzdür. İbn Battuta Veysəl Qaraninin Siffeyn döyüşündə Əlinin ətrafında döyüşərkən öldürüldüyünü söyləyir. Övliyalar vilayəti olan Bursa vilayətinin Osmanqazi mahalında Veysəl Qarani məhəlləsi və məscidi vardır. Veysəl Qaraninin müxtəlif dövlətlərdə türbəsi var. Muhadramundandır. Muhadram təbiri, hədisçilər istilahına görə həm cahiliyyə zamanını, həm də Peyğəmbərimizin Peyğəmbərlik zamanını idrak edib də Əfəndimizi görmə şərəfinə nail olmadan, müsəlman olanlara verilən addır. Veysəl Qərani həzrətləri də bunlar arasında sayılmaqdadır. Peyğəmbər Əfəndimiz Veysəl Qəraniyə hədiyyə olaraq özünün xirqəsini (namaz qılarkən geydiyi libası) göndərmişdir. Yunus Əmrə tərəfindən şərəfinə, “Yəmən ellərində Veysəl Qərani” adlı şeir yazılmışdır. Özünə göndərilmiş olan Xirka-ı Şərif, indi İstanbul Fətihdəki Hirka-ı Şərif məscidində, soyundan gələnlərin himayəsindədir. Veysəl Qəraninin, Din böyüklərimizin izah hekayələrində Peyğəmbər sevgisinin, ana sevgisinin böyüklüyü izah edilmişdir. Onun bu böyük duyğuları indiki vaxtda bir çox insanlara nümunə olmalıdır. Sağalmaz xəstəlikdən möcüzə sayəsində şəfa tapan tanınmış vəkil Zahidə Vulkan onu həyata qaytaran doktoru Paşa Yaqub haqqında kitab yazıb. "Əfsanəvi fenomen" adlanan bu kitab elmi-lədun bilicisi, qeyri-adi müalicə üsulu olan Paşa Yaqubun həyat və fəaliyyətindən bəhs edir.
Oxucu marağını nəzərə alaraq, moderator.az hazırda çapda olan bu kitabı oxucularına təqdim edir. MÜƏLLİFDƏN Bir işə yanaşsan əgər ürəkdən Xəbər verəcəksən Çərxi Fələkdən Kəlilə və Dimnə Dəyərli oxucular! Bu kitabı yazıb ərsəyə gətirməyimiz tarixi zərurətdən doğdu. Əsər dünyaya gəlməmişdən valideynlərinin Allahdan qurbanlar kəsməklə arzuladıqları, uşaq yaşlarından həyatını Allahın müqəddəsliyini qəbul edib, Allahın Səmavi kitablarını tam şəkildə mənimsəyərək, təbliğ etməyə, eyni zamanda əməyə, elmə, siyasətə, şərəf və ləyaqətə, insanlığın yaranışını, təbiətin quruluşunu öyrənməyə həsr edən, vətənpərvər ictimai fəal, cəmiyyətdə baş verən sosial hadisələrə biganə qalmayan, əqidə, məslək və mənəviyyat sahibi, ədəb-ərkanlı, səmimi, haqqın carçısı kimi kifayət qədər cəmiyyətdə özünü təsdiq etmiş psixoterapevt, yazıçı-publisist, dini və tarixi araşdırmaçı, ruhani, elmi-lədun bilicisi, uşaq ikən getdiyi ziyarətgahların 20 yaşlarından tarixlərini, kəramətlərini mükəmməl öyrənib qələmə alaraq təbliğ edən yüzlərlə məqalənin, 5 ensiklopediya və 34 kitabın müəllifi (elə kitabları var ki, 4 dəfə nəşr olunub), müasir tibb elmini insan sağlamlığı üçün yetərli hesab etməyərək, bir çox xəstəlikləri özünəməxsus möcüzələrlə müalicə edən, əksər hadisələrin baş verəcəyini qabaqcadan deməklə həm də öncəgörücülük qabiliyyəti olan, möcüzəvi həkim Paşa Yaqub Alı oğlunun ömür yolundan bəhs edir. Paşa Yaqub kimi fədakar, vətənpərvər və fenomen bu ziyalının həyatı, amalına çatmaq üçün yorulmadan apardığı şərəfli mübarizə yolu gənc nəsillərə böyük bir məktəbdir. Bəli, gələcək nəsillər mütləq Allahın bizə hədiyyə kimi bəxş etdiyi bu insan haqqında bilgiyə malik olmalıdırlar. Hesab edirəm ki, Azərbaycanın ən yeni tarixində “Paşa Yaqub səhifəsi” önəmli yerlərdən birini tutur və biz hər birimiz bunu oxuyub-öyrənərək nümunə götürməyə borcluyuq. Bu yol insanlığın şər qüvvələr üzərində qələbəsi üçün iti bir qılıncdır. Paşa Yaqubun qəlbində tükənməz Allah sevgisi var. O, nümunəvi ailə başçısı, mehriban ata, insanlığa, vətəninə, xalqına, millətinə, dininə, təbiətə bağlı olan bir şəxsiyyətdir. Ebu Turxan insanlar haqqında belə deyir: İnsan var dərya kimidir, baş vurduqca çətindir; İnsan var divar kimidir, qarşında durur heç nə görə bilmirsən; İnsan var şüşə kimidir, dünyanı sənə göstərməyə çalışır; İnsan var ayna kimidir, səni özünə göstərməyə çalışır. Paşa Yaqub şəffaf rəngli şüşə kimidir. Dünyanı o üzlü, bu üzlü sənə göstərməyə çalışan, elmin əksər sahələrini tam mənimsəmiş əfsanəvi fenomendir. Paşa Yaqubun bütün bildiklərini qələmə alması, gələcək nəsillərə miras kimi çatdırmaq istəyi onun bütövlükdə insanlığa töhfəsidir. Eyni zamanda tərəddüdsüz demək olur ki, Paşa Yaqub fitri istedada malik qeyri-adi bir möcüzədir. Nurani siması onu görənlərdə Allah sevgisi aşılayır. Həmsöhbət olanda ondan ayrılmaq adamda nəyisə itirəcək kimi hisslər yaradır. Belə bir deyim var ki, elə sirrlər var insan onu ancaq özü ilə qəbrə aparır. Paşa Yaqub da sirli dünyamızda sirli bir dəryadır! REDAKTORDAN Mən tanınmış publisist, dini və tarixi araştırmaçı, ruhani, psixoterapevt, 35 kitab müəllifi, qələm dostum Paşa Yaqubu 14 ildir ki, tanıyıram. Yaşının az olmasına baxmayaraq, onun zəngin həyat və yaradıcılığı var. Yaşadığı ömrün yarıdan çoxunu insanlığın yaranı yaranışını, təbiətin quruluşunu öyrənmnəyə həsr edən Paşa Yaqub elmi-lədun bilicilərindən biri kimi getdiyi ziyarətgahlar, ziyarət etdiyi pirlər, Azərbaycanın müxtəlif bölgələrində olan onlarla müqəddəs tapınaq yerləri, övliyalar, seyidlər olan onlarla müqəddəs tapınaq yerləri, övliyalar, seyidlər, kəramət sahibləri haqqında yazdığı kitablarında, məqalələrində dəyərli məlumatlar vermişdir. Cəmiyyətdə özünü tanınmış psixoterapevt kimi təsdiq etmiş, neçə-neçə xəstəyə şəfa vermiş, onları sağlam həyata qaytarmışdır. Vaxtı ilə illərlə çoxlu sayda kitablar mütaliə edib, yuxusuz gecələr keçirərək elmin əksər sahələrini mənimsədiyi üçün qazandığı bilgiləri müxtəlif kitablar halına salaraq əvəzsiz töhfə kimi gələcək nəsillərə miras qoyur. İndiyədək mən onun 6 kitabının redaktoru və “Ön söz” müəllifi olmuşam. Bu dəfə isə onun haqqında yazılan kitabın redaktoru və “Ön söz” müəllifiyəm. Tanınmış publisist, vəkil, jurnalist Zahidə Vulkan onun haqqında “Əfsanəvi fenomen” kitabını yazıb ərsəyə gətirmişdir. Paşa Yaqubun ömür yolundan, öncəgörücülük qabiliyyətindən, səxavətindən, möcüzəvi həkim kimi sağalmaz xəstələrə bəxş etdiyi həyatlardan bəhs edən bu kitab sadə və oxunaqlı bir dildə yazılmışdır. Kitabdan aydın olur ki, müəllif Zahidə Vulkan özüdə bir zaman Paşa Yaqubun pasiyentlərindən biri olub. Həkimlərin və özünün gəldiyi nəticəyə görə “sağalmaz” xəstəliyə düçar olan Zahidə xanım paşa bəyin bir neçə seansı nəticəsində sağalaraq ayağa qalxır. Elə o zamandan da Paşa bəy haqqında, onun həyat və yaradıcılığından, möcüzəli müalicə üsulundan kitab yazmaq fikrinə düşür. Beləliklə, Azərbaycanın ilk disidenti Nadir Ağayevdən və görkəmli alim Əhəd İbrahimovdan yazdığı kitabların ardınca üçüncü kitabını –Paşa Yaquba həsr etdiyi “Əfsanə fenomen” kitabını yazır. Kitabdakı ayrı-ayrı oçerk və məqalələri oxuduqca, seansları ilə xəstələrə sağlamlıq, sevinc bəxş edən Paşa həkimin pasiyentləri ilə dost kimi davrandığının da şahidi oluruq. Əksər pasiyentlərin gəldikləri qənaətdən aydın olur ki, onlar həkimin seanslarını, müalicə üsullarını İlahi möcüzə hesab edirlər. Onların fikrincə qeyri-adi xüsusiyyətlərə malik olan xeyirxah həkim Paşa Yaqub dost kimi də pasiyentlərinin qəlbində uca zirvəni fəth etməyi bacaran bir şəxsiyyətdir. Bir oxucu olaraq biz kitabda Paşa Yaqubu həm də bədii yaradıcılıqla məşğul olan şair kimi görürük. Onun “Bəs ağlamazmı?”, “Ay baba” adlı şeriləri, “Hüsnünə mail oldum gördüyüm ilk andan səni” mətləli misrası ilə başlayan qəzəli gözəl ədəbi nümunələrdir. Paşa Yaqubun kitabda çap edilmiş onlarla hikmətli kəlamları, aforizmləri insanlara cəmiyyətdə layiqli mövqe tutmaqda dəstək olacaq, bir rupor rolunu oynayacaqdır. Kitabın ayrı-ayrı bölümlərində pasiyentlərin paşa Yaqub və onun həyata keçirdiyi seanslar haqqında maraqlı fikirlər, faktlar da yer almışdır. Kitabı oxuduqca insanda Allah sevgisi, sağlamlığa həvəs daha da artır. Mən Zahidə Vulkana belə bir dəyərli kitabı araya-ərsəyə gətirdiyi üçün təşəkkür edir, ona həyatda ən qiymətli nadir nemət olan cansağlığı, ömür yollarında və yaradıcılığında uğurlar, sevinc dolu günlər arzulayiram. Hörmətlə: Nazim Tapdıqoğlu (Vəlişov) Tarixçi, tədqiqatçı, pedaqoq, publisist, şair, “Qızıl qələm” mükafatı lauratı İLK TANIŞLIĞIM... 2005-ci ildə bacım mənə “Allahın dostları” adlı bir kitab verdi və dedi bu kitabın müəllifini tap haçansa sənə lazım olar. Güldüm, dedim ki, kitab yazan mənə nədə lazım ola bilər? -Səndə də Allaha bağlılıq tükənməzdir, bəlkə birləşib insanların dinə-imana gəlməsinə öz töhfənizi verə bildiniz- dedi. İllər ötdü. 2011-ci ildə Facebook sosial şəbəkədə özümə səhifə açdım. Fikirlərimi paylaşmağa başladım. İlk dostluq mesajı göndərənlərdən biri də Paşa Yaqub oldu. Beləcə əvvəlcə virtual olaraq tanışlığımız (dostluğumuz) başladı. Facebook vasitəsilə hərdən açıq səhifədə yaza bilmədiyimiz siyasi fikirlərimizi mesajlarda bölüşməyə başladıq. Paşa Yaqub hərdən mənə peşəmlə bağlı suallar verir, hərdən də imkansız insanlara hüquqi yardım etməyimi xahiş edirdi. Onun belə xahişləri məndə Paşa Yaqubu dərindən tanımağa imkan verirdi. İmkansız insanlara yardım etmək üçün ancaq qəlbində insan sevgisi olan şəxslər yol axtara, xahişlər edə bilər. Bu sevginin Paşa Yaqubun ruhuna hopmasını səsinin ahəngindən hiss edirdim. Yazdığı kitablarından mənə dərkənarla hədiyyə göndərirdi. Mən də ona öz kitablarımdan hədiyyə etmişdim. Bir gün Paşa Yaqub zəng edərək dedi ki, bir tanışım məndən xahiş edib onun qohumlarından kitab yazım. Etiraz edə bilməmişəm. Amma, bu sahədə kitab yazmaq mənə çətindir. Göyçay bəylərindən olan Cəlil bəyin və oğlu xalqın suyunu kəsdiyi üçün XX əsrin əvvəllərində Ulaşlı Şıxlı Kommunasının sədri olan Mahmud Nuh oğluna layiqli cavab verən Cahangir bəyin sapı bizdən olan baltaların fürsət düşən kimi başlarına açdıqları oyunlardan bəhs edəcəkdir. Çox mülayim bir tərzdə həmin kitaba redaktorluq etməyimi xahiş etdi. Məmnuniyyətlə təklifi qəbul etdim. Kitabı elektron ünvanıma göndərdi. Oxudum, təəccübümü gizlədə bilmədim. Paşa Yaqubun dəsti-xəttindən tamam uzaq və həm də onun ürəyinə yaxın olan sanki, bu günümüzü əks etdirən bir kitab idi. Zəng edərək-əsil hüquqşünas sizsiniz – deyə zarafat etdim. Kitab 37-ci ilin represiyasından bəhs etməklə, rəsmi arxiv sənədləri əsasında yazılmışdı. Beləcə, bir-birimizi görməsək də, hərdən zəngləşər, mesajlarla fikir mübdiləsi edərdik. Son günlər mən ağır və sağalmaz bir neçə xəstəlikdən əziyyət çəkirdim. Bir müddət sosial şəbəkəyə qoşulmadım. Paşa Yaqub mənə zəng edərək, – Sizə nə olub, facebookda görünmürsünüz – deyə narahat olduğunu bildirdi. Elə bil qəlbinə dammışdı ki, mən nədənsə narahatam. İşim çoxdur-cavabı versəm də, o bu cavabla sanki razılaşmadı-arada görünün-dedi. Sosial şəbəkədən mənə məlum idi ki, Paşa Yaqub inşanları özünəməxsus üsulla seans edərək, müalicə edir. Bir gün zəng etdim, Mübariz Mənsimovun taleyi ilə bağlı söhbətləşdik. Sözarası dedim ki, belə haqsızlığa adamın lap ürəyi sıxılır. Paşa Yaqub sözümdən sanki anladı ki, mən xəstəyəm. Təklif etdi ki, gəlin iş yerimə oturub çay içək, söhbətləşək. Nə vaxtsa gələrəm dedim. Xəstə olduğumu duyduğunu dilinə gətirməsə də, təklif etdi ki, vasthsabla görüntülü zəng edim, seans etsin, sıxıntılarım keçsin. Təşəkkür etdim. Sən xəstəsən, hiss edirəm, demək istəsə də, nədənsə demədi. Sual verdi ki, belinizdə ağrı var? Heç yerim ağrımır – cavabını verdim. Cavablarımdan narazı qaldığının fərqindəydim. Amma xəstə olduğumu demək istəmədim. Ömrümün son aylarını yaşadığımı isə, ancaq dostluğun uca zirvəsini fəth etmiş xalqımızın dəyərli oğlu Mətləb bəy Mütəllimli bilirdi. Hər gün zəng edir, xəstəliyimlə bağlı müalicələr əks olunan səhifələr atır, oğlu Mahirlə kitablar, hazırladığı cürbəcür məcunlar, çətin tapılan şəfalı bitkilər və ərzaqlar göndərirdi. Məni sağalmaz xəsətliklərin cəngindən xilas etmək üçün yollar axtarırdı. Buna görə də, Mətləb bəy “Youtube” kanalında “Ədalət” TV-də “Sağlam həyat tərzi” rubrikası açaraq alternativ müalicə üsulları ilə məşğul olan insanları dəvət edir, onların müalicə üsullarını öyrənirdi. Məndən də hər gün verilişə baxmağımı xahiş edirdi. Bir gün mənə zəng edib, mütləq həmin gün verlişə baxmağımı və sonra həmişəki kimi fikrimi ona bildirməyimi xahiş etdi. Verilişdə sosial şəbəkədə şəkillərini gördüyüm Paşa Yaqub öz seanslarından danışırdı. Mətləb bəy onun yanına gedib seans almağımı məsləhət gördü. Mən belə seanslara inanmadığımı bildirdim. Təkrar onu verilişə dəvət etdi və Paşa bəyə suallar verərək cavablar almaqla yanaşı, məni onun seanslarına inandırmaq üçün hətta, xəstələri ilə də canlı bağlantı qurdu. Ertəsi gün məndən təkrar olaraq Paşa Yaqubun yanına getməyimi xahiş etdi. Xeyli fikir mübadiləsi etdik. Mətləb bəy bildirdi ki, xəstələrin Paşa Yaqubun seansları haqqında söylədikləri onda əminlik yaradıb. Mən Paşa bəyi tanıdığımı, ona hörmətim olsa da, düçar olduğum ağır xəstəliklərin seansla sağalmasına inanmadığımı bildirdim. Mətləb bəy Paşa Yaquba elə inanmışdı ki, məndən təkidlə xahiş edirdi ki, heç olmasa bir neçə seans gedim. Çox düşündükdən sonra fikirləşdim ki, Mətləb bəy Mütəllimli sadə olsa da, sadəlövh deyil. Hər yalana inanmaz. Görünür Paşa Yaqubun kəramət sahibi olmasına onda inam var. Ertəsi gün Paşa Yaquba zəng etdim. Ona ağır xəstə olduğum barədə telefonda qısaca danışdım. Paşa bəy, – klinikaya gəlin, Sizi seans edim – dedi və cavabımı gözləmədən iş yerinin ünvanını izah etdi. Qapının girəcəyində məni nurani bir kişi elə səmimi, isti, müsbət enerji və təbəssümlə qarşıladı ki, elə bildim, bu insanı indi yox, uzun illərdir həyatda görmüşəm. O da mənimlə elə mehriban davranır, danışırdı ki, sanki məni çoxdan görübmiş kimi. Məni dinlədikdən sonra, sağalacağıma inandırdı və dərhal seansa başladı. Nəhayət ki, ağır və sağalmaz xəstəliklərim Paşa Yaqubla virtual dostluqdan əyani dostluğa keçidin təməlini qoydu. Paşa Yaqub kimi möcüzəli bir insanı tanıdığım üçün 24 iyul 2020-ci il yaddaşımdan heç vaxt silinməyən bir tarixi gün oldu. Ertəsi gün Mətləb bəyə zəng edərək Paşa Yaqubun seansına getdiyimi bildirdim. Mətləb bəy dərindən nəfəs aldı. Mən də zəng edib səni tapşıracam-dedi. Çox sevinirdi. Paşa Yaqubun seansına getməyim onda mənim sağalacağıma nədənsə böyük ümid yaratmışdı. Mətləb bəy hisslərində yanılmamışdı. Bir neçə seansdan sonra vəziyyətimdə dəyişiklik gözlə görünən həddə hiss edilməyə başladı. Beləcə, Paşa Yaqubu kəşf etdim. Qərara aldım ki, Allahın insanlığa hədiyyəsini hamının tanıması üçün onun haqqında kitab yazım. İlk öncə Paşa bəyə onun həyat və yaradıcılığından, möcüzəli müalicə üsulundan kitab yazmaq istədiyimi bildirdikdə cavabı çox sərt oldu-axı mən nə etmişəm ki, barəmdə kitab yazılsın-dedi. Fikrim qəti idi. Təkrar ona kitab yazmağıma razılaşmasını xahiş etdim. Özünəməxsus tərzdə: – Siz xəstəsiniz qıymıram əziyyət çəkəsiniz – deyə yumşaq tərzdə fikrimdəm daşındırmağa çalışdı. – Yox, Paşa bəy, başımı qataram, fikrim dağılar, xəstəliyimi düşünməyə vaxtım olmaz-deyə birtəhər onu razı sala bildim. Anladım ki, onun haqqında kitab yazılması üçün yox, mənim bundan zövq alaraq, başımı qatıb xəstəliyimi düşünməyə vaxtım olmaması naminə razılaşdı. Bu, Paşa Yaqubun Allahın yaratdıqlarına, təbiətə və insanlığa tükənməz sevgisinin təzahürüdür. Bildirirəm ki, Paşa Yaqubun seanslarından sonra düçar olduğum bir neçə sağalmaz xəstəliklərdən hal-hazırda heç bir əlamət qalmamışdır. Hesab edirəm ki, vaxt gələcək, bu kitab Azərbaycan tarixində özünə layiq yer tutacaq və yaşayacaqdır. Mən iki kitab müəllifiyəm. Qəhrəmanlarım Azərbaycanın ilk dissidenti Nadir Ağayev və görkəmli alim Əhəd İbrahimov olmuşdur. Paşa Yaqubla əyani tanışlığımdan sonra cəmiyyətimizdə başqa bir cəsarətli ictimai-siyasi xadimin də olması mənim qəlbimə cəsarət, qələmimə təpər verdi. Beləcə, Paşa həkimlə əyani tanışlığım başladı və çox məmnun oldum ki, xalqımızın çox dəyərli oğlu, Allahın insanlığa bəxş etdiyi şəfa mələyi ilə ünsiyyətdə oldum, onun həyat və yaradıcılığını qələmə alaraq, gələcək nəsillərə çatdırmaq mənə nəsib oldu. Müəllif : Zahidə Vulkan Xəbər verildiyi kimi, dünən - 4 iyul 2021-ci il tarixdə Bakı-Naxçıvan reysi il uçan "Airbus A-319 - 111" təyyarəsi Bakı hava limanına qayıdaraq qəza enişi edib.
Qəzanın elmi-lədun sirlərini araşdırarkən, maraqlı məqamlar üzə çıxdı. Hesablamalarımız göstərir ki, bu qəza təsadüfü olmayıb, xüsusi qanunauyğunluğa tabedir. Bütün təyyarə qəzaları kimi, bu qəza da Quran rəmzləri olan 114 və 286 ədədləri ilə Ay tutulmalarına bağlanır. Məsələn: 1) Dünən bu qəza baş verəndə 21.01.2019-cu il tarixli Ay tutulmasının 891-ci günü idi ki, bundan da Quranın səhifələrinin sayını çıxsaq təyyarənin üzərindəki marka görünür və hadisənin Allahdan bir xəbərdarlıq siqnalı olduğunu təsdiq edir: 891 – 286 – 286 = 319 2) Dünən həmçinin, 17.07.2019 tarixli Ay tutulmasının 719-cu günüdür ki, bundan da Quran rəmzlərini çıxanda yenə də təyyarənin üzərindəki marka (319) görünür və qəzanın tsadüfən baş vermədiyini, zülmün ərşə dirəndiyi Azərbaycana (o cümlədən Naxçıvana) Allahdan xəbərdarlıq mesajı olduğunu bir daha sübut edir: 719 – 114 – 286 = 319 İndi isə, təyyarənin üzərindəki 111 ədədinə nəzər salaq. Bildyimiz kimi, 111 ədədi Quranın “Əbu Ləhəb” surəsinin sıra nömrəsidir. Surənin birinci ayəsində Allah-taala hökm verir: “Əbu Ləhəbin əli qurusun! Qurudu da!” Hesablamalarımız və elmi-lədun bilgilərimiz göstərir ki, ölkədə haqq-ədalət tezliklə bərqərar olmasa həmin hökm (111:1) buna məsul olanların üzərində yenidən icra olunacaqdır! Sözümüzün doğruluğunu sübut etmək üçün dünənki təyyarə qəzasından 111 gün qabaq – 17 mart tarixində hansı hadisələrin baş verdiyini araşdıraq. Araşdırmamız göstərdi ki, bu il 17 martda Gürcüstanda və Azərbaycanın bir çox ərazilərində eyni vaxtda enerji böhranı baş verib; Binəqədi rayonunda beş ailənin evi birdən yanıb. Həmin tarixdə Türkiyənin Yusifeli rayonunda Dərəiçi adlı kənd tamamilə yanıb... - Bütün bu həyəcanlı hadisələrin 111-ci günü Bakı-Naxçıvan reysi ilə uçan təyyarə qəza enişi etdi ki, həmin təyyarənin də üzərində 111 ədədi açıq-aşkaq görünür. - Sözü gedən təyyarə qəzaya uğrayanda 05.06.2020 ci il tarixli Ay tutulmasının 397-ci günüdür ki, bundan da Quranın səhifələrinin sayını çıxsaq yenə də təyyarənin marasındakı 111 ədədi aydın görünər və verdiyimiz xəbərin doğruluğunu bir daha təsdiq edər: 397 – 286 = 111 111-ci surədə diqqət çəkən məqamlardan biri də onun 5 ayədən ibarət olmasıdır. Belə ki, surənin hasili 555 ədədinə bərabərdir ki, bu da ötən yazımızda şərh etdiyimiz kimi, Tövbə və cəza rəmzidir: 111 x 5 = 555 Xatırladaq ki, Naxçıvana uçan təyyarə qəzaya uğrayanda Narkoloji dispanserdə baş verən (2 mart 2018) yanğının 1221-ci günü idi ki, bundan da “Əbu Ləhəb” surəsinin hasilini çıxanda yenə də təyyarənin üzərindəki marka görünür və zülm edənlərin əllərinin quruyacağı barədə verdiyimiz xəbərin doğruluğunu bir daha təsdiq edir: 1221 – 555 – 555 = 111 Və s. Oxucunu yormamaq üçün hesablamaları çox uzatmıram. Bu və digər yazılmsını həllik məqbul hesab etmədiyimiz faktlar sübut edir ki, dünən Bakı-Naxçıvan reysində uçan təyyarənin qəza enişi etməsi Aallahın zalımlara bir xəbərdarlıq mesajıdır ki, zülmə son qoymasalar əlləri tezliklə quruyacaqdır! “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19-cu ayə. Dr. Paşa Yaqub Psixoterapevt, elmi-lədun bilicisi “Siz günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?” (Quran, “Qızıl bəzəklər” surəsi)
Bildiyiniz kimi, dünən (04.07.21) Xəzər dənizindən yüksələn alov bütün ölkəni həyəcana saldı. Rəsmi açıqlamaların gec və biri-birinə zidd olması xalq arasında daha çox ajiotaj yaratdı. Əhalinin bir hissəsi bu hadisənin neft yatağında baş verən yanğın olduğunu, rəsmi qurumlar isə, vulkan olduğunu bildirdilər. Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən bu həyəcanlı hadisə əvvəllər ölkəmizdə baş vermiş və əhalini həyəcana salmış yanğınlarla riyazi şəkildə əlaqələnməklə, yolazmış millətimizə və onların zalım rəhbərlərinə ALLAHDAN növbəti xəbərdarlıqdır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur: 1) Elmi-lədun hesablamalarımız göstərir ki, dünənki alov püskürməsi Evrohom TM-də baş verən yanğının (10.12.19) davamıdır. Beə ki, bu iki alov arasında 572 gün fərq vardır ki, bundan da Kəbədə saxlanan orjinal Quranın səhifələrinin sayını (286) çıxsaq, yenə də müqəddəs kitabın kodu olan 286 ədədi alınır və hadisələrin Allah tərəfindn xəbərdarlıq mesajı olması haqda fikrimizi bir daha təsdiq edir: 572 – 286 = 286 “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94. 2) Xatırladaq ki, belə bir həyəcanlı hadisə üç il qabaq Gəncədə baş vermişdi. Orada bina partlaması nəticəsində (20.11.18) xeyi sayda ölən və yaralananlar olmuşdu. Dünən xəzərdən alov göyə yüksələndə həmin bina partlamasının 955-ci günü idi ki, bundan da Quranın surə və səhifələrinin sayını çıxsaq, yenə də Tövbə və cəza rəmzi olan 555 ədədi alınır və hadisələrin Allah tərfindən xəbərdarlıq siqnalı olmasını növbəti dəfə təsdiq edir: 955 – 114 – 286 = 555 Qeyd edək ki, dünən Xəzərdə baş verən hadisə Şirvanda və Xızıdakı hərbi zavodda baş verən partlayışlarla da riyazi şəkildə bağlanır. Sadəcə oxucunu yormamaq üçün hesablamaları çox uzatmırıq. Bir daha vurğulayırıq ki, baş verən sözü gedən həyəcanlı hadisə (istər zəlzlə olsun, istər vəlvələ) Azərbaycandakı zülm və haqsızlığa, pozğun həyat tərzinə son qoymaq üçün Allahdan bir xbərdarlıq mesajı idi. Əgər nəticə çıxarılmazsa və haqq ədalət bərpa olunmazsa, sərvətlər bir neçə nəfər arasında bölünməkdə davam edərsə, bütün bu zülümlərə baxmayaraq xalq da özünü alçaldıb zülm edənlərə yaltaqlanmaqda davam edərsə artıq bu ölkəyə ağır bəla enməsi labüd olar və ölkə yerlə-yeksan olar: “Biz bir məmləkəti məhv etmək istədikdə bir nəfərin dili ilə onun naz-nemət içində yaşayan başçılarına insanlara zülm etməməyi əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Biz Nuhdan sonra neçə-neçə ümmətləri məhv etdik. Rəbbinin öz qullarının günahlarını bilməsi, görməsi onlara cəza vermək üçün kifayət edər”. “Quran”, 17:16-17 Onu da qeyd etməyi vacib bilirəm ki, Azərbaycandakı şeytani dövr artıq başa çatmaq üzrədir və çox yaxın bir zamanda ölkəmiz pisliklərdən təmizlənərək, Dünyanın Mənəviyyat Mərkəzinə çevriləcəkdir (bu status artıq Məkkə şəhərindən alınaraq, Bakı şəhərinə verilib). Söz ardı: fikirləşməyin ki, gələn bəlalar ancaq aşağı təbəqəni tutur. Bilgilərimiz bunun tam əksini göstərir. Hörmətlə: Dr. Paşa Yaqub Elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |