Biri mənə yazıb ki, Peyğəmbərin hədislərində filan cür yazılıb, sən onun əksin deyirsən... Elə bil Peyğəmbər o sözü deyəndə bu onun yanında olub, doğruluğuna elə inanır ki... Rəhmətliyin oğlu, indiki "alim"lər Quranın tərcüməsinə, təfsirinə barmaq eləyib, insanları səhv istiqamətə yönəltməyə çalışırlar (avam adamları aldadırlar), o ki, qala hədis ola. Düzgün hədis qalar indiyə? (Heç düzgün İncil, Tövrat qalmayıb...) Hamısını narkobaron mollalar özlərinə uyğun "ofirmıt" eliyiblər. Əgər sən desəydin ki, Peyğəmbər filan hədisi mənim yanımda dedi, şahidəm, mən ona inanardım, amma, o hədis kitablarını kimin tərtib etdiyini, necə çap olunduğunu səndən yaxşı bildiyimə və onları tanıdığıma görə daha hədisə-mədisə inanmıram. Deyəcəksən ki, bəs sən nəyə inanırsan? Deyim ki, mən yeganə olaraq Qurana inanıram. Orada heç bir kəlmənin, nöqtənin belə dəyişmək mümkün olmadığına Allah Özü zəmanət verir. (Dəyişilmədiyinə adım kimi əminəm. Bilsəydim ki, Quranda Allahın dediyindən kənar bircə kəlmə dəyişiklik var, o kitabı heç əlinə almazdım). Amma, təfsir adıyla sırınan kitablarda çox sözlər insana məxsus olduğundan onları oxumuram. Sətri tərcüməsini oxuyuram, orada da mötərizə arasında yazılmış müəllif fikirlərinin (o cümlədən Ya Məhəmməd, Ya Peyğəmbər sözlərini) pozuram. Çünki, bunları tərcüməçi özündən pərçim edib ora. Lazım olsaydı Allah orda həmin sözləri işlədərdi. İşlətməyibsə, deməli bu sözlər lazım deyil. Bilirəm, deyəcəksiniz ki, nə fərqi var, mötərizədə Məhəmməd sözü yazılıbsa elə də oxu, niyə üstündən xətt çəkirsən? Məndə nöqsan axtaranlar bunu mənim əleyhimə istifadə edəcəklər ki, Paşa Yaqub Peyğəmbərin düşmənidir, onun adın pozur (bayaq burda elə bir rəy yazmışdılar). Ona görə də indi mən o fərqi sizə izah edim, onda biləcəksiz ki, mötərzədəkiləri niyə silirəm. Mötərizədəki (Ya Məhəmməd, Ya Peyğəmbər) sözlərini ona görə silirəm ki, birincisi, orada Allah o kəlmələri deməyib, ikincisi və ən əsası da odur ki, Quran öz oxucusuna (!) xitab eləyir. Tərcüməçilər bunu dərk etmədiklərindən mötərizə açıb, o sözləri ora pərçim edirlər. Belə olduqda oxucu həmin ayənin ona deyildiyini başa düşmür, elə bilir Peyğəmbərə xitab olunur. Mötərizəni silib oxuyanda görürsən ki, Allah sənə xitab edir, səninlə danışır... Ayədəki tapşırığı yerinə yetirməyə özünü məsul bilirsən və buna çalışırsan. Yerinə yetirdikdə də Quranı canlı yaşayırsan və daha dərindən dərk etməyə başlayırsan... Tərcüməçilər mötərizəni ora pərçimləyəndə isə, Quran sənlik olmur və dərketmə, ayəni icraetmə də baş vermir. Ayənin hökmündə özünü, yox Peyğəmbəri məsul bilirsən. İnanmırsınızsa Quranı mən deyən kimi oxuyun və icra edin... Bir müddətdən sonra görəcəksiniz ki, yerinə yetirdiyiniz (yaşadığınız) ayələr sizə vəhy olunur. Onda özünüzün Allah yanında nə qədər hörmətli, şərəfli olduğunuzu görəcəksiz.... Paşa Yaqub - Pangeyist
0 Comments
Leave a Reply. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |