Bugünlərdə paylaşdığım "Peyğəmbər ölübsə İmam niyə ölməməlidir?" Başlıqlı məqaləm sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır (məqalə bütövlükdə şərh bölümünə qoyulacaq). Axşam qrupların birində mövzu ilə bağlı mənə aşağıdakı iradları bildirmişdilər: 1) hədislərə inanmayan Paşa Yaqub niyə Həzrət Ömərdən sitat gətirir? 2) Ömər Həzrət Peyğəmbəri dəfn etməyə qoymurdusa bəs niyə onun ailə üzvləri müdaxilə etmirdilər, dəfn işi ilə məşğul olmurdular? Və s Onlara yazdığım cavabı burada da paylaşıram ki, ağıl sahibləri faydalansınlar: - Söhbət ondan gedir ki, Peyğəmbərin ətrafında olan bütün səhabələr Ömərin bu fikrinə inandılar ki, Peyğəmbər ölə bilməz, yəqin ki, o diriləcək və bir neçə saat beləcə gözlədilər... Yəni, insanlar Peyğəmbərin ölümünə inana, ölümü qəbul edə bilmirdilər.... Bir neçə saatdan sonra Əbubəkr gəldi və Quranın mən yazdığım (nədənsə siz yazmadığınız) ayələrini onlara xatırladıb dedi ki, Peyğəmbər də insandır, o da ölə bilər... Ondan sonra kəfin-dəfin işlərinə başladılar (kimin yumasının heç bir fərqi yoxdur, bu müzakirə mövzusu deyil). Bu gün 12-ci imamın ölməsini qəbul etməyənlər Quranın həmin ayələrinə zidd getmiş, üsyan etmiş olurlar.... Quranın bir ayəsinə inanmamaq, qəbul etməmək elə bütün Qurana inanmamağa bərabərdir.... Sizə nə olub ki, Qurana yox, narkobaron İran mollalarına inanırsınız? Bu yaşa gəlmisiz, ölünün dirildiyini görmüsüzmü??? Mağara əhlini deyirsinizsə, onlar ölməmişdilər, sadəcə yuxuya verilmişdilər. Oyandıqdan sonra da yaşamadılar, həmən canları alındı. (Qeyd: Allah onları ona görə yatızdırdı ki, onlar padşahın zülmündən qaçıb, mağaraya sığındıqdan sonra öz aralarında mübahisə etdilər ki, görəsən elə bir gün gələcəkmi ki, bu padşahın zülmü bitəcək?... Allah buyurur ki, Biz onları təxminən üç yüz il yuxuya verdik, sonra oyatdıq. Gördülər ki, zalım padşahdan əsər-əlamət yoxdur. Sonra Biz onları öldürdük. Bax: Mağara surəsinə). Məsləhət görərdim ki, batil inanclardan əl çəkəsiniz (çəkməsəniz də özünüz bilərsiniz, bunun mənə nə istisi, nə soyuğu?!). İkincisi, yazdığım hədis deyil, tarixi faktdır, olmuş əhvalatdır (hədis olsaydı inanmazdım). Bu fakt onu göstərir ki, o vaxtın insanları da Peyğəmbərin ölümünə inanmırdılar, necə ki, indi sizlər İmamın ölməsinə inanmırsınız. Amma, Allah Quranda buyurur ki, bütün yaranmışlar ölümə məhkumdur. Yeganə əbədi varlıq Allahdır! Xristiyanlar İsanı, sizlər də imamı Allaha bərabər tutmaqla küfr edirsiniz, biləsiz. Məsləhət görərdim ki tövbə edib, Quranın hökmlərinə təslim olasız! Kiminsə dirilib gələcəyini təbliğ edənlərin məqsədi insanları zalıma, onun zülmünə qarşı mübarizədən yayındırmaqdır, bunu biləsiniz. Həzrət Əli başda olmaqla on bir imam hamısı bilirdi ki, onlardan sonra da imam gələcək, 12-ci İmam da doğulacaq. Bəs niyə onlar onlar oturub 12-ci İmamı gözləmədilər; hamısı öz dövründə zalıma, onun zülmünə qarşı döyüşdülər, şəhidlik məqamına yüksəldilər. Dedilər haqsızlıq önündə susan dilsiz şeytandır! Onlar susmadılar, oturub 12-cinin doğulmasını gözləmədilər, daim haqdan yana oldular, yeri gələndə həyatlarını təhlükəyə atdılar, Şəhidlik, Peyğəmbərlik məqamına yüksəldilər (mənə görə hər İmam öz dövrünün peyğəmbəri olub). Onlar mübarizə aparmayıb, oturub hansısa əsrdə doğulacaq imamı gözləsəydilər, özləri heç vaxt nə imamlıq, nə şəhidlik, nə də peyğəmbərlik məqamına yüksələrdilər (onda İmam yox, sizin bir tayınız olardılar). Biləsiz ki, İmamlıq məqamı kiməsə oturduğu yerdə podnosda gətirib qabağına qoyulmur, bu məqam zülmə qarşı mübarizə ilə qazanılır (haqq edilir). Birinci İmamın həyatı, apardığı mübarizə ikinci üçün örnək olub, ikincinin həyatı üçuncü üçün, üçüncünün mübarizəsi sonrakılar.... üçün örnək olub. Bütün imamların həyatı isə, bəşəriyyətə nümunədir ki, insan oğlu yaşadığı müddətdə zalım qarşısında, susmasın; onun zülmünə qarşı qorxmadan, çəkinmədən mübarizə aparsın, Allahdan başqa heç kəsdən qorxmasın! 12-ci İmamın dirilməsini gözləyənlər üzdə özlərini imamsevər kimi göstərsələr də, əslində onlar haqsızlıq qarşısında dilsiz şeytan kimi susmaqla, xalqı yatızdırmağa çalışmaqla, əslində Dəccalizmə xidmət edirlər (onların profillərinə baxın görün ölkədə baş verən bu qədər zülmə, haqsızlığa qarşı bir cümlə etiraz bildiriblərmi?). Mənə görə imamların yolu ilə gedənlər zühuru gözləyənlər yox, bu gün meydanlarda zalıma qarşı savaşanlar, zindanlarda əziyyət çəkənlərdir. Təsadüfi deyildir ki, Allah Quranda ancaq mübarizə aparanların canlarına and içir (bu barədə onlarla ayə var). Onlar Allahın ən sevimli bəndələridir. Heç görmüsüzmü Allah hardasa ölünün dirilməsini gözləyən birinin canına and içsin. Əksinə, ölünün dirilməsini gözləmək Allaha şərik qoşmaqdır. Çünki, əbədiyyət ancaq Allaha məxsusdur. Bütün yaranmışlar ölümə məhkumdur! Söz ardı: Ey İsa Peyğəmbərin zuhurunu (dirilməsini) gözləyən kitab əhli! Ey İmam Mehdini gözləyənlər! Sizlər bu həzrətlərdən nə soruşacaqsınızsa, gəlib məndən (Paşa Yaqubdan) soruşa bilərsiniz. Onlara verdiyi elmi Allah bizə də verib. Sizə verəcəyim cavablar Quran məntiqinə uyğun gələrsə, onun Allahdan olduğuna inanarsınız... Allahın qulu: Paşa Yaqub
0 Comments
Leave a Reply. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |