Xəbər verildiyi kimi, 20 aprel tarixində Dərnəgüldəki taxta bazarı yenidən yandı. Elmi-lədun hesablamalarımız yanğındakı qanunauyğunluğu ortaya qoyur. Aydın olur ki, yanğın heç də təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Əvvəlki yanğın və qəzalar kimi, bu da yolazmışlara və zülm etməkdə həddi aşan rəhbərlərə Allahdan bir xəbrdarlıqdır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur: 1) Yadınıza salaq ki, 22.08.2019 tarixində Baksöl yolunda taxta bazarı yanmışdı. Bu iki analoji hadisə arasında 1699 gün fərq vardır ki, bundan orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayını (286) çıxsaq, alınan 555 ədədi tövbə və cəza rəmzi olmaqla, baş verən yangının günahkarlara gələcək böyük bəlanın xəbərdarlığı olduğunu göstərir: 1699 – 286 – 286 – 286 – 286 = 555 2) Hadisədə diqqət çəkən digər məqam ilin 111-ci günü (20 apreldə) baş verməsidir. Belə ki, Quranın 111-ci surəsi “Əbu Ləhəb” adlanmaqla, burada Əbu Ləhəb adlı bir zalımın əllərinin quruması haqda hökm verilir (və həmin vaxt onun əlləri həqiqətən də quruyur). Bildiyimiz kimi, Quranın hökmləri bütün dövrlərə aiddir və 21-ci əsr başlayandan, kitabın ayələri təkrar yaşanmağa başlayıb. Hesablamalarımız göstərir ki, 111-ci surənin hökmü indiki dövrdə xalqa zülm edənlərə də şamil olunacaq və onların da əlləri quruyacaqdır. Bu yanğınların 555 ədədi altında baş verməsi həm də ona işarə verir. Sübut üçün deyək ki, 111-ci surə 5 ayədən ibarətdir və bunun hasili 555 ədədinə bərabərdir: 111 x 5 = 555 3) Maraqlıdır ki, taxta bazarında baş verən sonuncu yanğın narkoloji dispanserdəki (02.03.18) yanğına da bağlanır. Bu iki analoji hadisə arasında 2.237 gün fərq vardır ki, bundan da Quranın səhifələrinin sayını çıxsaq, alınan ədəd tövbə və cəza rəmzi olmaqla, həm də Əbu Ləhəb haqqındakı hökmə işarə verir: 2237 – 286 – 286 = (555+555+555) (və yaxud: tövbə, tövbə, tövbə) 4) Daha bir analoji hadisəni – Alov qüllələrində baş verən partlayış və yanğını (30.12.21) yadınıza salmaq istəyirəm. Bu yanğınla taxta bazarındakı sözügedən yanğın arasında 841 gün fərq vardır ki, bundan yenə də Quranın kodu olan 286 ədədini çıxsaq, alınan ədəd zalım Əbu Ləhəbin haqqında verilmiş hökmü (surənin hasilini) göstərir: 841 – 286 = 555 5) Hesablamalarımız göstərir ki, taxta bazarındakı yanğın həm də Qurana dövlət səviyəsində and içib, əməl etməməyə bağlanır. Belə ki, yanğın üçüncü andiçmənin 3.837-ci günü baş vermişdir ki, bundan da Quranın surələrinin və səhifələrinin cəmini çıxsaq, alınan ədəd təkrar zalımların əllərinin quruyacağını göstərir: 3837 – (114+114+114+114) - (286+286+286) - (286+286+286) = (555+555+555) NƏTİCƏ: Bu və digər hesablamalarımız, həmçinin, elmi-lədun bilgilərimiz göstərir ki, Qurana and içib əməl etməmək, xalqa yersiz yerə zülm və işgəncələr vermək, ölkədə dəccalizmi bərqərar etmək Allahın qəzəbinə səbəb olmuş; Quranın Əbu Ləhəb haqqındakı “Əbu Ləhəbin əi qurusun! Qurudu da!” (111:1) hökmünün təkrar icra olunmasını vacib etmişdir. Bildyim qədər zalımlar tezliklə tövbə edib, Allahdan və xalqdan üzr diləməsələr az vaxtda hökm (111:1) icra olunacaq və zalımların əlləri quruyacaqdır. Əslində mən bunu daha öncələr bilsəm də, bu mövzuda burada danışmaq istəmirdim. Sonra fikirləşdim ki, bunu yazmamaqla əslində yuxardakılara pislik edirəm. Çünki, onlar gözlənilən təhlükədən xəbərdar olsalar ola bilsin bunun qarşısını almaq üçün gərəkəni (tövbəni) yaparlar və cəzadan xilas olarlar. Ona görə də yazmaq qərarına gəldim. Yazarkən də kiminsə xoşuna gəlib-gəlməyəcəyini düşünmədim (bu məni ən az maraqlandıran məsələdir). Kiminsə mənim haqqımda nə qərar verməsi məni qətiyyən ilgiləndirməz. Məni ilgiləndirən yeganə qərar Allahın mənim haqqımda verəcəyi qərardır. O nə qərar versə o da olacaq! Qüdrət Allaha məxsusdur! Allah haqqımızda xeyirli qərarlar versin və bizləri zalımın şərindən qorusun! Amin. "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Dr. Paşa Yaqub – Pangeyist (Sülhyaradan)
0 Comments
Leave a Reply. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |