"Haqqı tələb edənlər Haqqa boyun əyməlidirlər " Bu başlıq altında 2006-cı ildə məqaləm çap olunmuşdu. Orada mübarizənin taktikasını göstərmişdim. O vaxt mübarizə aparanlar təkliflərimi qulaqardına vurdular. İndi yavaş-yavaş etiraf edirlər ki, indiyə qədərki taktika özünü doğrultmur, başqa taktika seçilməlidir.... Mənim təklif etdiyim taktika budur ki, kimdənsə haqqı tələb edirsənsə gərək özün kiminsə haqqına girməyəsən, günahlarına görə tövbə edəsən, özün haqqa nümunə olasan. Onda Allah səni Dəccalın şərindən, böhtanından, zülmündən, zindanından qoruyacaq və haqqa çatdıracaq. Yox əgər sən özündən aşağının haqqını tapdalamısansa heç vaxt yuxarılardan haqqını ala bilmərsən. Haqqını istəsən səni şərləyib zindana atacaqlar. Bəşər tarixinə nəzər salsaq, nəmrudlar, fironlar hamını öldürsələr də, peyğəmbərlərə heç nə edə bilmədilər (halbuki, onları da öldürmək istədilər). Çünki, peyğəmbərlər günahlarına görə tövbə edib təmizlənmişdilər. Bu səbəbdən Allahın qoruması altında idilər.... İnsanlar bilməlidirlər ki, zalıma qarşı mübarizə aparan şəxs mütləq Allahın çətiri altına girməlidir. Bura girməyin də yolu tövbədən keçir.... Haqqa dönün ki, Haq sizi qorusun. Sizi nə Avropa, nə də başqa dövlət qoruyası deyil. Onlara Azərbaycanın sərvəti lazımdır. Sərvəti kim verirsə, onu da qoruyurlar (sizi də zapas təkər kimi baqaja qoyublar, sərvət qurtaranda lazım ola bilərsiz)... Deməli siz Avropadan, Amerikadan, Rusiyadan, İrandan....daha güclü bir himayədar tapıb, onun çətiri altına girməlisiz.... Belə bir yeganə güclü varlıq Allahdır. O sizdən pul, mal istəmir; yeganə şərti indiyədək etdiyin günahlara görə tövbə elə, bundan sonra kimsənin haqqına girmə, günah etmə. Bundan sonra apardığın mübarizədə necə qorunduğunu görəcəksən və tezliklə zalımlardan haqqını alacaqsan. Elmi-lədun hesablamalarımız göstərir ki, hazırda dünyada 313 nəfər tövbə etmiş mübariz insan olsa onlar tez bir zamanda nəinki öz ölkələrində, hətta, bütün dünyada haqqı bərqərar edərlər....
0 Comments
Leave a Reply. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |