Xəbər verildiyi kimi, üç gün öncə (25 martda) Bakıda 67 saylı marşrut avtobusu qəzaya uğradı. İlk baxışdan adi görünən bu qəzanı elmi-lədun üsulu ilə araşdıranda, qəzanın arxasında dayanan çox böyük sirlər üzə çıxır. Məlum olur ki, çox hissəsi yolun azmış xalqımıza və onun zalım rəhbərlərinə Allahdan böyük bir xəbərdarlıq mesajı verilir. Bu yazımızda həmin xəbərdarlıq mesajının üzərindəki sirr pərdəsini qaldırıb, izah edəcəyik ki, söz sahibi bundan agah olsun. Əvvəlcə avtobusun üzərindəki nömrədən başlayaq. Bildiyimiz kimi, 67 ədədi Quranın “Hakimiyyət” surəsinin sıra nömrəsi olduğundan bu ədəd Quranda hakimiyyət rəmzi sayılır. Üç gün öncə baş verən avtobus qəzası da əsasən hakimiyyətdəkilərə xəbərdarlıq mesajıdır ki, günahsız insanlara zülm etməsinlər. Əks halda ağlasığmaz bəlalara tuş gələcəklər. Bunu sübut edən hesablamaları diqqətinizə çatdırırıq: 1) 6 dekabrda Bakıda 46 saylı marşrut avtobusu qəzaya uğradı. Üç gün öncə isə, 67 saylı avtobus qəzaya uğradı. Bu iki analoji hadisə arasında 114 gün fərq vardır ki, bu da Quran rəmzi olmaqla, hadisələrin Allah tərəfindən törədilməsi və hakimiyyətdəkilərə xəbərdarlıq olması barədə söylədiyimiz fikri təsdiq edir. (7 dekabrda isə, Bakıda baş verən 5,6 bal zəlzələ şəhər əhalisini həyəcanlandırdı. Saat fərqini nəzərə alsaq, hər iki hadisə eyni tarixdə baş vermişdi. Yəni, həm qəzadan, həm də zəlzələdən 114 gün keçirdi) 2) 67 nömrəli avtobusun qəzaya uğraması Qusar-Bakı marşrutunda hərəkət edən avtobusun qəzası (13 avqust) ilə də riyazi yolla bağlanır. Bu iki analoji hadisə arasında 228 gün fərq vardır ki, bundan da Quran rəmzini (114) çıxanda yenə də Quran rəmzi alınır və hadisələrin Allahın elminə bağlandığını və kodlaşdırılmış mesaj olduğunu bir daha sübut edir: 228 – 114 = 114 3) Sözü gedən qəza hadisəsi Lerik-Lənkəran yolunda qəzaya uğrayan (04.09.22) səkkiz nəfərin ölümü, səkkiz nəfərin isə yaralanması ilə nəticələnən avtobus qəzasının 572-ci günü baş verib. Bildiyimiz kimi orjinal (Kəbədə və muzeylərdə saxlanan) Quranın səhifələrinin sayı olan 286 ədədi Yaradanın rəqəmsal möhürü olaraq bütün qəzaların üzərinə vurulur. Lerikdəki qəza ilə 67 saylı avtobusun qəzası arasında əlaqəni görmək üçün 572 ədədindən 286 çıxaq: 572 – 286 = 286 4) 67 nömrəli marşrut avtobusu qəzaya uğrayanda narkoloji dispanserdə baş verən yanğının (02.03.18) 2220-ci günü idi ki, bundan da tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenə də tövbə bə cəza rəmzi alınır və tövbə etməyəcəkləri təqdirdə hakimiyyətdə olanların ağır cəza alacaqlarına mesaj verir: 2220 – 555 – 555 – 555 = 555 (Bu düsturun verdiyi başqa bir mesaj da var ki, o barədə hələlik danışmırıq) 5) 67 saylı avtobus qəzaya uğrayanda Qazaxda üç uşağı ildırım vurmasının (21.09.22) 555-ci günü idi. 6) Sözü gedən avtobus qəzası 23 yanvarda Şirvandakı hərbi zavodda baş verən partlayışın 67-ci (!) günü baş verdi ki, bu da xəbərdarlıq mesajının hakimiyyətə aid olduğunu bir daha təsdiq edir. NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, 67 nömrəli avtobusun qəzaya uğraması təsaadüfü olmayıb, zalım rəhbərlərə ilahi mesajdır ki, xalqa zülm etməsinlər, günahsız insanları şərləyib zindanlara doldurmasınlar. Onları da Allah yaradıb və sizlər bu xalqa xidmət edəcəyinizlə bağlı beş dəfə əlinizi Qurana basıb, Aallah qarşısında and içmisiniz. Lakin, andınıza əməl edib, haqqı, ədaləti bərqərar etmək istəmirsiniz; boşuna inadkarlıq edirsiniz. Bu səbəbdən də sizə cürbə-cür bəlalar gəlir. Bu bəlalar əvvəllər xalqın aşağı təbəqəsini (zalıma pərəstiş və xidmət edənləri) tuturdusa, indi artıq cavabdehlərin özünü tutmaqdadır. Artıq hədəfdə hakimiyyətin yuxarı eşalonudur (bəzi sirləri hələ açıqlamaq istəmirik). Qurana and içməkdən söz düşmüşkən, hakimiyyət rəmzi olan 67 nömrəli avtobus qəzaya uğrayanda üçüncü andiçmənin 3.813-cü günü idi ki, bundan da Quran rəmzlərini çıxsaq, yenə də tövbə və cəza rəmzi (555) alınar və tezliklə tövbə etməyəcəkləri təqdirdə zalım rəhbərləri və onlara xidmət edənləri, pərəstiş edənləri ağır cəzaların gözlədiyini xəbər verir: 3813 – (114+114+114) - (114+286) – (114+286) – (114+286) - (286+286+286) - (286+286+286) = 555 Sözümüzün sonunda zülm etməkdə həddi aşan rəhbərlərə “Hakimiyyət” surəsindən bir mesaj veririk: “Bu əsgərləriniz (ordunuz, köməkçiləriniz, pərəstişkarlarınız) kimdir ki, onlar sizi Allahın əzabından xilas edə bilsinlər?! Kafirlər sadəcə yanılırlar”. “Hakimiyyət” (67) surəsi, 20-ci ayə Mesajları çatdırdı: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi
0 Comments
Leave a Reply. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |