Allah heyvanları insanlara nümunə olsun deyə yaratdı. İnsan cəmiyyəti heyvanlardan öyrənə-öyrənə inkişaf etdi, formalaşdı. Məsələn, insan oğlu dövlət və ordu qurmağı bal arısından, toxuculuğu hörümçəkdən, zəhmətkeşlyi qarışqadan... öyrəndi. Hələ bundan sonra da heyvanlardan öyrəniləsi çox şeylər vardır. Fikir verirsinizmi, heyvanlar balalarını bir müddət böyüdəndən sonra, onları ana təbiətə buraxırlar. İnsanlar bundan ibrət götürüb, öz oğlan uşaqlarını həddi-buluğa çatdıqdan sonra cəmiyyətə buraxmalıdırlar. Həmin oğullar cəmiyyətə (xalqa) xidmət etdikcə şəxsiyyət kimi formalaşır, cilalanıb-prlayır, ətrafa işıq saçırlar. Cəmiyyət də öz növbəsində həmin oğulların xidmətini qiymətləndirib, müəyyən mərtəbəyə yüksəldir və yüksək məqam sahibi kimi valideyninə qaytarır. Necə ki, İbrahim Peyğəmbər oğlu İsmaili qurban verməyə hazır oldu. Allah bu qurbanı (balaca İsmaili) qəbul edib, onu Peyğəmbər İsmail halında atasına qaytardı. Valideynlər bu hadislərdən ibrət götürüb, gərək oğullarını xalqa, cəmiyyətə xidmət etməyə (yeri gəlsə xalq yolunda qurban verməyə) hazır olsunlar. Onda cəmiyyət o oğulları sevib-əzizləyəcək və gec-tez (bərkdən-boşdan çıxandan sonra) yüksək məqam sahibinə, böyük şəxsiyyətə çevirəcək. Bütün peyğəmbərlər və tarixi şəxsiyyətlər bu cür – cəmiyyətin qoynunda, xalqa xidmətdə yetişiblər. Tarixə nəzər salsanız, ata-ana nəzarəti altında böyüyən heç bir övlad nə peyğəmbər, nə də tarixi şəxsiyyət olmayıb. Bu gün oğul övladlarını cəmiyyətlə bölüşmək (cəmiyyətə buraxmaq) istəməyən valideynlər onların püxtələşməsinin, gələcəkdə tarixi şəxsiyyətə çevrilməsinin qarşısını alırlar... Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi
0 Comments
Leave a Reply. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |