“Biz hər şeyi sayıb yazmışıq”. Quran. Xəbər verildiyi kimi dünən (20.02.24) Səlyan-Şirvan marşrutu üzrə hərəkət edən sərnişin avtobusu qəzaya uğradı. Nəticədə səkkiz nəfər xəsarət aldı (yaralılara Allahdan şəfa diləyirik). Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən hadisə təsdüfü olmayıb, xüsusi qanunauyğunluğa tabedir və Allahdan Azərbaycan xalqına və onun zalım rəhbərlərinə növbəti xəbərdarlıq mesajıdır. Bunu sübut edən hesablamaları təqdim edirik: 1) Qəza baş verəndə keçən ilin 29 oktyabrında baş verən Ay tutulmasının 114-cü günüdür ki, bu da Quran rəmzi olmaqla, hadisənin Allahın elminə bağlı olduğunu sübut edir. 2) Yadınıza salaq ki, keçən il mayın 10-da Bakıxanov qəsəbəsi Anaşkin küçəsində yataqxana partlaması nəticəsində ölənlər və yaralananlar olmuşdu. Dünən həmin partlayışın 286-cı (!) günü idi ki, bu da avtobus qəzası ilə partlayışın əlaqəli olduğunu və hər ikisinin Allahdan xəbərdarlıq mesajı olduğunu sübut edir. 3) Səlyanda baş verən avtobus qəzası özündən əvvəlki analoji hadisələrlə riyazi yolla əlaqələnir. Xatırladaq ki, 13.10.2021-ci il tarixdə (ilin 286-cı günü) Bakıda 171 saylı marşrut avtobusu yük maşını ilə toqquşdu və nəticədə 5 nəfər ölüb, 21 nəfər yaralandı. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, dünən həmin hadiənin 858-ci günü idi və bundan orjinal (Kəbədəki) Quranın səhifələrinin sayını çıxsaq, yenə də Yaradanın rəqəmsal möhürü sayılan 286 ədədi alınar: 858 – 286 – 286 = 286 4) Dünənki avtobus qəzası Şirvanda hərbi zavodun partlaması (28.09.2018) ilə də riyazi yolla əlaqələnir. Belə ki, bu iki hadisə arasında 1968 gün fərq vardır ki, bundan da Quranın səhifələrinin sayını (286) çıxsaq tövbə və cəza rəmzi olan 555 ədədi alınır və hadisələrin tövbəyə çağırış olduğunu sübut edir: 1968 - (286+286+286) = (555+555) 5) Hadisənin Səlyanda baş verməsi də təsadüfü deyildir. Belə ki, qəza baş verəndə saat fərqini nəzərə almaqla, ilin 52-ci günü idi ki, bu da Səlyanın rəmzidir (seriyasıdır). və s. NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, Səlyanda baş verən avtobus qəzası tək bu rayona aid olmayıb, bütövlükdə çox hissəsi yolun azmış Azərbaycan xalqına və onun zalım rəhbərlərinə Allahdan bir xəbərdarlıqdır ki, tövbə edib, doğru yola dönsünlər. Bir-birlərini tərəzidə aldatmasınlar, haramdan, zinadan və s günahlardan əl çəksinlər. Rəhbərlər xalqın malına göz dikməsinlər, rüşvətdən, korrupsiyadan, xalqa yersiz yerə əziyyət verməkdən, zülm etməkdən çəkinsinlər; etdikləri bu cür günah əməllərə görə tövbə edib, xalqdan və Yaradandan üzr diləsinlər. Əks halda çox ağır bəlalarla üz-üzə qalacaqlar və güvəndikləri böyük mafiyalar, sonsuz sərvətləri onları Allahın əzabından qurtara bilməyəcək! “Əgər Biz istəsəydik, hər kəsi doğru yola salardıq (imana müvəffəq edərdik). Lakin Mən: “Cəhənnəmi mütləq bütün günahkar cinlər və insanlarla dolduracağam!” sözünü gerçək olaraq demişəm! (Bizim bu hökmümüz labüddür. Bu sözün, bu hökmün doğruluğunu sübut etmək üçün əzəldən günahkar, kafir, yaxud müşrik olacağını bildiyimiz şəxsi doğru yola salmadıq. Çünki həmin şəxs Bizim ona bəxş etdiyimiz ağılla yaxşını pisdən ayırıb doğru yolu özü tutmalı idi. Dində heç bir məcburiyyət yoxdur!) “. Quran, 32:13 Xəbərdarlıqları çatdırdı: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi
0 Comments
Leave a Reply. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |